““Ağ Şəhər”də məni 327 min xərc qoyduğum obyektimə buraxmırlar” - ÖZBAŞINALIQ!

20:40 14.10.2022 164
““Ağ Şəhər”də məni 327 min xərc qoyduğum obyektimə buraxmırlar” - ÖZBAŞINALIQ!


Sahibkar Ülvi Əliyev “Bakı Ağ Şəhər Ofis Binası” MMC tərəfindən külli miqdarda ziyana məruz qaldığını iddia edir. Onun sözlərinə görə, şirkətlə iaşə obyekti ilə əlaqədar bağladığı icarə müqaviləsinin şərtlərinə əməl olunmayıb. Nəticədə sahibkarın restorana yatırdığı 320 min manatlıq investisiya batıb.

Zamantv.az-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən Ü.Əliyev bildirib ki, 2018-ci ildə “Bakı Ağ Şəhər Ofis Binası” MMC ilə Nobel prospektində yerləşən 422 kv metrlik restoran üçün illik 75 960 manatdan icarə müqaviləsi bağlayıb: “Müqavilənin müddəti 1 sentyabr 2018-ci il tarixdən qüvvəyə minməklə 31 avqust 2028-ci ilədək müəyyən edildi. Restoranın işlək vəziyyətinə gətirilməsi üçün, ümumilikdə 319 112 manat xərc çəkmişəm. Həmin xərcə restorana mənim tərəfimdən alınan avadanlıqlar daxildir. 2020-ci ilin martından etibarən dünyada baş verən COVID-19 virusunun qarşısının alınması məqsədilə tətbiq olunan qapanmalarla əlaqədar, restoranın da fəaliyyətini dayandırmaq məcburiyyətində oldum.

Pandemiya vaxtı onlayn fəaliyyətin davam etdirilməsi mümkün olmadı. Buna baxmayaraq, mülkiyyətçi tərəfindən icarə haqqının ödənilməsi tələb olundu. Pandemiya vaxtı bəzi aylarda icarə haqqını şəxsi vəsaitim hesabına ödəsəm də, restoran fəaliyyət göstərmədiyindən icarə haqqını tam şəkildə ödəyə bilməmişəm. Bundan sonra, mənə icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsi və restoranı qısa zaman ərzində boşaldaraq təhvil verməli olmağımla bağlı xəbərdarlıq məktubları göndərdilər. Mən icarə müqaviləsinin 10-cu maddəsinə əsasən fors-major hallarının olması (pandemiya) ilə əlaqədar icarə haqqından borcumun yarandığını, ümumiyyətlə qanunvericiliyin və müqavilənin tələblərinə əsasən mənim restoranı təhvil verməyim üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduqlarını bildirirdim. Lakin, buna baxmayaraq restoranı təhvil verməyim üçün təhdidlər edərək hədə-qorxu gəlirdilər”.

Şikayətçi deyir ki, 20 dekabr 2021-ci ildə restorana gələndə MMC rəhbərliyi tərəfindən restoranın qapılarının bağlandığını görüb: “Bundan sonra onlarla əlaqə saxladığımda mənə və işçilərmə restorana girməyin qadağan olunduğunu, onlara olan icarə haqqı borcunu ödədikdən sonra restoranda mənə məxsus olan avadanlıqları mənə təhvil verəcəklərini bildirdilər. Bu günədək dəfələrlə müraciət etməyimə baxmayaraq, mənə qarşı qanunsuz əməllərinə davam edirlər. Artıq mənə məxsus olan avadanlıqların hamısı yararsız vəziyyətə düşüb. Böyük çətinliklə 319 112 manat xərc əsasında yaratdığım restoranın qanunsuz əməlləri nəticəsində yararsız vəziyyətə salaraq mənə külli miqdarda zərər vurmaqla yanaşı, orada işləyənlər də işsiz qoyulub. Restoran bağlanarkən təxminən 8000 manat həcmində ərzaq məhsullarını belə dəfələrlə xəbərdarlıq etsəm də, mənə təhvil verməkdən imtina edirlər”.

Ülvi Əliyev bildirir ki, o, “Baku Food” MMC-nin rəhbəri olaraq bu işdən 327 112 manat ziyan görüb. Sahibkar məsələ ilə bağlı Bakı Kommersiya Məhkəməsinə də müraciət edib. “Bakı Ağ Şəhər Ofis Binası” MMC də məhkəmədə qarşılıqlı iddia qaldıraraq Ü.Əliyevdən ödənilməmiş ayların icarə haqqını istəyir.

Məsələ ilə bağlı “Bakı Ağ Şəhər Ofis Binası” MMC ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi. Eyni zamanda sorğumuza cavab ala bilmədik.

Hazırda iş məhkəmə araşdırması mərhələsindədir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO