[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əli Əsədov bu nazirliklə bağlı qərar İMZALADI


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının 12 nəfərdən ibarət yeni tərkibi təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının rəhbəri Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin direktoru.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağstafada BƏLƏDİYYƏ PROBLEMİ... - İLGİNC İDDİALAR...


2019 -cu ildə Ağstafa rayonunda yerli özünü- idarəetmə orqanı bələdiyyələrə seçkilər keçirilən zaman həyata keçirilən qanun pozuntularının fəsadları özünü göstərməkdədir.

Belə ki,o zaman rayon rəhbərliyində təmsil olunan bir sıra vəzifəli şəxslərin korporativ maraqlarından irəli gələn bir şəkildə seçkiyə müdaxilə,baxça müdirəsinin,məktəb direktorunun,idarə rəisinin,yaxınlarının vəs. həm də bələdiyyəyə üzv "seçilməsinə" səbəb olub.
Faktinfo.az bildirir ki,burada məqsəd birinci halda həmin vəzifəli şəxslərdən pul almaq,ikinci halda ediləcək qanun pozuntularından kimsənin xəbərdar olmamasını təminat altına almaq ola bilərdi.Belə də, AĞISTAFA şəhəri və onun kəndlərində istədikləri şəxsi seçki qutusundan çıxara biliblər.Amma RİH-dəki həmin vəzifəli şəxslər irəliləyən aylarda onları nələrin gözləyəcəyini proqnozlaşdıra bilməyiblər.Ağstafa RİH-in birinci müavini həbs olunub,Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şaiq Qurbanov adında birisi də işindən "tullanılıb".

Əlqərəz, bu özfaliyyətlərə qurban verilən seçki prossesindən karlı çıxanlar,bələdiyyə inistitutunun formalaşmasına maneə olanlar kənarda qalıb,fəsadlarını bu gün də aradan qaldırmaq mümkün olmayan kəndlərdə əziyyətə salınan, bələdiyyəsiz qalan kasıb zümrə olub.

Hazırda Ağstafanın bir sıra kəndlərində olduğu kimi Qıraq Kəsəmən kəndində də bələdiyyə sədri olmaq istəyən yoxdur,kənd bir neçə ildir əziyyətlidir.İcarə müqaviləsi imzalamaq istəyən şəxslər,yaranan zəruri hallarda bələdiyəyə müraciət etməli insanlar,onlarla problem vəs. barədə kimə üz tutacaqlarını bilmirlər.Apardığımız araşdırmadan bəlli olur ki,"rəsmiyyət" üçün də olsa RİH-in bələdiyyələrə aid siyahısında Yaqubəliyev Ramel Yaqubəli oğlunun adı hələ də saxlanılır.

Beləliklə peçatı,ştampı illərlə onun-bunun,RİH rəsmilərinin cibində gəzən Qıraq Kəsəmən kənd bələdiyyəsi formal xarakter daşıyıb, "papka" funksiyasından o yana keçməyib.Yəni "fatı dur, fatı otur" qədər iryənc şəkil alıb.

Həmçinin,kənd bələdiyyəsinin balansında olan torpaqlar aidiyyatı oldu-olmadı rəsmiləşdirilərək satılıb.Odur ki,Ağstafanın istənilən ərazisində olduğu kimi,Qıraq Kəsəmən kəndində də bələdiyyənin balansında olan torpaqların "icarə müqaviləsi" əsasında kimlərə verildiyi,hansı illərə rəsmiləşdirildiyi təftiş edilməlidir.

Bəlkə bu halda gələcəkdə kənddə bələdiyyələrə seçkilər normal keçirilə,bələdiyyə üzvüləri də istədikləri şəxsi bələdiyyə sədri seçə.Nəticədə,Qıraq Kəsəmən kəndində də bələdiyyənin görməli olan bir sıra problemlərdən bir qismi, heç olmasa həllini tapa.Faktinfo.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəranda torpağı zəbt edilən sakin Prezidentdən kömək istəyir - MÜRACİƏT


Lənkəran sakini Rza Məsud Səfərəli oğlu rayonda üzləşdiyi haqsızlıqla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

DİA.AZ-ın məlumatına görə, Qaynarinfo-nun da redaksiyasına daxil olan müraciətdə vətəndaş bildirir ki, Dövlət Reyestr Xidmətinin Lənkəran 10 Saylı Ərazi İdarəsi və Lənkəran Rayonu Aşağı Nüvədi Bələdiyyəsi Prezidentin fərmanını və məhkəmə qətnamələrini saymır.

Qaynarinfo həmin müraciəti təqdim edir:

"Hörmətli Cənab Prezident!

Siz 2003-cü ildə ilk dəfə Prezident seçiləndə "mən hər bir azərbaycanlının prezidenti olacağam” söyləmişdiniz. Biz – Azərbaycan vətəndaşları sizin həqiqətən dediyiniz sözlərin arxasında inamla durduğunuzun, təkcə Azərbaycanda deyil, bütün dünyada yaşayan hər bir azərbaycanlının prezidenti olduğunuzu əməldə sübut edən böyük işlər gördüyünüzün şahidiyik.
Bütün dünya gördü ki, Azərbaycan xalqını 30 ildir həsrətində qaldığı doğma Qarabağa, böyük zəfərə yenilməz şəxsi iradəniz və ordumuzun qüdrəti ilə məhz, Siz qovuşdurdunuz!

Hörmətli Prezident!

Son ümid yeri olaraq, Sizə müraciətimin səbəbi Lənkəran Rayonu Aşağı Nüvədi Bələdiyyəsi və Dövlət Reyestr Xidmətinin Lənkəran 10 Saylı Ərazi İdarəsinin şübhəli əməlləri ilə bağlıdır.

Belə ki, Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi, Küvənil kəndində mənə məxsus olan 0.22 Ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ortasından arx keçdiyi üçün 2015-ci ildə iki yerə (0.1514 Ha və 0.0686 Ha ölçülərdə) bölündü. 15.10.2015-ci il tarixdə Dövlət Reyestr Xidməti tərəfindən həmin torpaq sahələri 802013075453 və 802013075452 saylı çıxarışla mənim adıma özəlləşdirildi. Bundan sonra Türkiyənin Altınbaş Universitetində təhsilimi davam etdirmək üçün qardaş ölkəyə yollandım və həmin torpaq sahələrinə faktiki nəzarət etmək imkanım olmadı. Təhsil aldığım müddətdə xəbər tutdum ki, 0.1514 Ha ölçüdə olan torpaq sahəmdən məndən icazə almadan və tam qanunsuz olaraq, Əliyeva Səkinə Ağəli qızı ilə onun qohumları güng (quyular üçün beton halqalar) kəsib satmaqla istehsal sahəsi istiqamətində istifadə edirlər. Mən ölkəyə qayıtdıqdan sonra bu əməllərinə görə onlara etirazımı bildirdikdə, onlar torpağı artıq mənimsədiklərini dedilər. Bundan sonra mülkiyyət hüququmun pozulması ilə əlaqədar Lənkəran Rayon Məhkəməsinə müraciət etdim. Lənkəran Rayon Məhkəməsi 3 mart 2020-ci il tarixdə Əliyeva Səkinə Ağəli qızı tərəfindən zəbt edilmiş torpaq sahəsinin qanuni olaraq mənim mülkiyyətimdə olmasına dair qətnamə qəbul etdi. 16 sentyabr 2021-ci ildə isə Şirvan Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlamaqla torpaqların mənim mülkiyyətimdə olması və Səkinə Əliyeva tərəfindən mənimsənildiyinə dair qərarı təsdiq etdi. Əlimdə həmin torpaq üzərində mülkiyyətçi hüquqlarımı təmin edən məhkəmə qətnamələrinin olmasına baxmayaraq, 8 ildir, mən öz torpağımdan istifadə edə bilmirəm.

Reallıq budur ki, Aşağı Nüvədi bələdiyyəsinin sədri İqbal İbrahimov və Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşları Səkinə Əliyevanın və onun qohumlarının tamahkar maraqlarını Azərbaycan Respublikasının Konstitusiyasından və Azərbaycan Respublikası Prezidentinin "Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli fərmanının tələblərindən üstün tutur.

Hörmətli Cənab Prezident!

Torpağımı zəbt edən Səkinə Əliyeva süni əngəllərlə növbəti məhkəmə proseslərini qəsdən uzadır, ekspert və mütəxəssisləri aldadır, bir çox hallarda onları mübahisəli əraziyə buraxmır, yuxarıda adlarını çəkdiyim dövlət orqanlarında olan tanışlıq və qohumluq əlaqələrindən istifadə edərək sorğulara yalan, həmçinin, tam olmayan cavablar alınmasını təmin edir, bununla da yeni xəritənin onun xeyrinə uyğun tərtibinə nail olmağa çalışır.

Nəzərinizə çatdırım ki, Şirvan Apellyasiya məhkəməsinin 06 iyul 2022-ci il tarixdə təyin etdiyi ekspertizanın rəy verə bilməsi üçün mübahisəli əraziyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsindən mütəxəssis dəvət olunub. 06 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, əraziyə baxış keçirilən zaman vətəndaş Abdullayev Ağazadə Fəttah oğlu həmin torpaq sahəsindən özünün istifadə etdiyini, Səkinə Əliyevanın həmin torpaq sahəsinə heç bir aidiyyəti olmadığını bildirib. Halbuki əvvəlki məhkəmələrdə onun qohumu Səkinə Əliyeva dəfələrlə torpaq sahəsindən Ağazadə Abdullayevin deyil, özünün istifadə etdiyini qeyd etmişdir.

06 sentyabr 2022-ci il tarixdə torpaq sahəsinə baxış keçirilsə də hələ də 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyi təqdim edilməyib. Qurumdan şifahi olaraq bildiriblər ki, mənə məxsus 0.1514 Ha və 0.0686 ölçülərdə olan torpaq sahələrinin yeri dəyişdirilib.

Halbuki, 0.0686 Ha ölçüdə olan digər torpaq sahəsi ümumiyyətlə mübahisələndirilməyib, heç kim tərəfindən zəbt edilməyib və boş sahədə yerləşir.

Mən həmin torpaq sahələrinin xüsusi mülkiyyətimdə olduğunu, mənim razılığım olmadan yerdəyişmənin qanunsuz olduğunu bildirsəm də 10 saylı Lənkəran Ərazi Dairəsinin Nail adlı əməkdaşı bizə bildirdi ki, torpaq sahələrinin yeri Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanına əsasən dəyişdirilib.

Halbuki həmin Fərman hər hansı yerdəyişmə ilə əlaqədar torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin qarşılıqlı razılığını nəzərdə tutur. Yəni, Azərbaycan Respublikası Prezidentinin məlum fərmanına və Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, vətəndaşın mülkiyyətində olan hər hansı əmlak, onun razılığı olmadan heç bir orqan və ya vəzifəli şəxs tərəfindən dəyişdirilə bilməz.

Lakin Lənkəran 10 saylı Ərazi İdarəsi və Lənkəran rayonu Aşağı Nüvədi Bələdiyyəsi Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-ci il tarixli fərmanından və Azərbaycan Respublikası Konstitusiyasının Xüsusi Mülkiyyət Haqqında Qanunundan irəli gələn tələblərə, o cümlədən məhkəmə qətnamələrinə məhəl qoymur, şikayətçilərə Prezidentin sözügedən fərmanını saxtalaşdıraraq təqdim edirlər.

Hörmətli Cənab Prezident! Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı və vətəndaşların son ümid ünvanı olan Sizdən Lənkəran 10 saylı Ərazi İdarəsinin və Aşağı Nüvədi Bələdiyyəsinin sərhədsiz özbaşınalığına son qoyulması, məhkəmənin qanuni tələblərinin yerinə yetirilməsi üçün kömək göstərməyi xahiş edir, Sizin bütün məsələlərdə olduğu kimi bu işdə də haqqın yerini tapmasına yardım edəcəyinizə inanıram.

Hörmətlə: Rza Məsud Səfərəli oğlu

Tel: (055) 667-77-05
(050) 400-26-82"
Lənkəranda torpağı zəbt edilən sakin Prezidentdən kömək istəyir - MÜRACİƏT
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əmrullayev onu vəzifəyə gətirdi... Həyat yoldaşı AXTARIŞA VERİLDİ - İLGİNC


Beyləqan rayon Eyvazalılar tam kənd orta məktəbinə yeni təyin olunmuş xanım direktorunun əri barədə həbsli axtarış elan olunub.

Bu barədə RealMedia.az portalı məlumat yayıb.

Sayt xəbər verir ki, xanım direktorun həyat yoldaşı Rüfət Ələkbərliyə qarşı Qarabağ qazisinə 28.000(iyirmi səkkiz min) manatlıq dələduzluq etməsi faktına görə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 342-ci (hərbi hissəni özbaşına tərk etmə)maddələri ilə barəsində cinayət işi açılıb və Rüfət Ələkbərli barəsində həbsli axtarış verilib.

Eyni zamanda da Rüfət Ələkbərli barəsində 26 000 min manat mülki idda barədə məhkəmə qətnaməsinin olduğu da bildirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev sərəncam imzaladı


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Hacıqabul rayonunun Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edirik:

1. On iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.8-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 12,0 (on iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Bərxudarova generel-leytenant rütbəsi verdi


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mais Bərxudarova “general-leytenant” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edir:

“General-mayor Mayis Şükür oğlu Bərxudarova “general-leytenant” ali hərbi rütbəsi verilsin”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX-nin həbs etdiyi nazir müavini DANIŞDI - "Mən hazırda evimdəyəm"


DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi anti-korrupsiya əməliyyatında saxlanılan və sonradan sərbəst buraxılan nazir müavini Elnur Əliyevlə Gununsesi.info-ya qısa açıqlama verib.

Baş verənlərlə bağlı əməkdaşımızın telefonla əlaqə saxladığı Elnur Əliyev “Mən hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar” deyə bildirib.

Qeyd edək ki, Elnur Əliyev sərbəst buraxılsa da nazir müavini vəzifəsindən azad olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident açılışa qatıldı


Noyabrın 4-də Prezident İlham Əliyev Bakının Xəzər rayonunun Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışda iştirak edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO