[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) “İmprotex İndustries” MMC (VÖEN – 1401813511) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə ANAMA minatəmizləmə texnikaları, ehtiyat hissələri və təlim xidmətlərinin satın alınması üçün “İmprotex İndustries” MMC-yə 19 milyon 629 min 520 manat ödəyəcək.
Qeyd edək ki, “İmprotex İndustries” MMC 1 iyul 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Həzi Aslanov, ev 115, m. 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdullayev Mühəmməd Fərid Azər oğludur.
Məlumat üçün bildirək ki, ANAMA-dan 20 milyon manatlıq sifariş alan şirkət Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur.
Sabiq nazir işğaldan azad olunan ərazilərdə yaradılan “Araz Vadisi İqtisadi Zonası”nda xüsusi təyinatlı texnika və metal məmulatları istehsal edən müəssisə açıb. Həmin müəsssiədə mexaniki minatəmizləyənlərin də hazırlandığı bildirilib.
Məlumat üçün bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
“Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, minatəmizləmə texnikasının satın alınması məxfi məlumat hesab oluna bilməz. Hətta ötən ilin oktyabr ayında mətbuatda “İmprotex İndustries” MMC-nin ANAMA-ya 4 ədəd “Revival P” mexaniki minatəmizləmə maşını təhvil verdiyi barədə məlumat yayılıb. Bu səbəbdən də, ANAMA-nın satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT


Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalının detalları məlum olub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb Abel Məhərrəmovun Xızı rayonunun Altıağac qəsəbəsindəki əmlakı ilə bağlıdır.

İddia olunur ki, keçmiş rektor həmin ərazidə onu məhkəməyə verən Nazim Əmirova məxsus torpaq sahəsini zəbt edib. Həmin torpaq sahəsi Abel Məhərrəmovun həyat yoldaşı Rəhimə Mahmudovanın adına rəsmiləşdirilib. Məlumata görə, ərazidə Abel Məhərrəmovun villası var.

Qaynarinfo məsələ ilə bağlı keçmiş rektorla əlaqə saxlaya bilməyib. Abel Məhərrəmovu məhkəməyə verən Nazim Əmirov isə bizmlə söhbətində məlumatı təsdiqləyib.

Məlum olub ki, Nazim Əmirov Qarabağ qazisidir. 30 il hərbi xidmət keçib. Hazırda ehtiyatda olan polkovnik-leytenantdır. O, 2011-ci ildə Altıağac qəsəbəsində 2 hektar torpaq sahəsi alıb. "Torpağın çıxarış daxil bütün sənədləri qaydasındadır. Lakin buna baxmayaraq, Abel Məhərrəmov mənim torpağımı zəbt edib. Ekspertiza rəy verib ki, torpaq mənə məxsusdur. Amma buna baxmayaraq, Abel Məhərrəmov torpağımdan çıxmaq istəmir. Bu baxımdan, onu məhkəməyə vermişəm. İşə Xızı Rayon Məhkəməsində baxılıb. Sənəd-sübutlara baxmayaraq məhkəmə iddiamı təmin etməyib. Mən də apellyasiya şikayəti vermişəm", deyə Nazim Əmirov bildirib.

Polkovnik-leytenant torpaq sahəsinin Abel Məhərrəmovun həyat yoldaşının adına rəsmiləşdirildiyini təsdiqləyib:

"Bəli, torpaq onun xanımın adına rəsmiləşdirilib. Bunu mən sonradan bilmişəm. Mən məhkəməyə meraciət edəndə Abel Məhərrəmovun vəkili bildirdi ki, onun adına həmin ərazidə torpaq yoxdur. Sonradan araşdırdım məlum oldu ki, torpaq onun xanımının adınadır. Fərqi nədir ki? Nəticədə mənim torpağım zəbt olunub".

Nazim Əmirov Abel Məhərrəmov və xanımı ilə yanaşı Tağıyev İlqar Nizami oğlu ilə Tağıyev Nizami Haqverdi oğlu adlı şəxsləri məhkəməyə verməsinə də aydınlıq gətirib:

"Mənə məxsus torpaq sahəsini bir tərəfdən Abel Məhərrəmov, digər tərəfdən isə Nizami Tağıyev zəbt edib. Bu baxımdan, onu da məhkəməyə vermişəm. Nizami Tağıyev dünyasını dəyişdiyinə görə onu hüquq varisi kimi oğlu İlqar Tağıyev əvəz edir".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT


Qərbi Kaspi Universitetinin sabiq sektor müdiri Asim Əliyev əcnəbi tələbələrin təhsilhaqqını mənimsədiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2022-ci ilin avqustuna kimi Beynəlxalq Əlaqələr şöbəsinin əcnəbi tələbələrlə iş sektorunun müdiri işləmiş 32 yaşlı A.Əliyev 22 əcnəbi gəncin pulunu ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməkdə təqsirləndirilib.

İttihamda deyilir ki, əcnəbi tələbələrin 2022/2023-cü tədris ilində Qərbi Kaspi Universitetində 10 aylıq hazırlıq kursunda iştirak etməsi üçün təhsil ödənişlərinin toplanması sektor müdiri A.Əliyevə həvalə edilib. O isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Türkiyə, Nigeriya, Pakistan və Hindistan vətəndaşlarının təhsilhaqqı kimi verdikləri ümumilikdə 36 min manatı mənimsəyib.

Qeyd olunan əməllərə görə, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Onun haqda ibtidai və məhkəmə istintaqı dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Cinayət işi Səbail Rayon Məhkəməsində araşdırılıb. Müttəhim məhkəmədə ona qarşı irəli sürülmüş ittihamları qəbul etməyib, özünü təqsirli bilmədiyini deyib. Maraqlıdır ki, özünü təqsirli bilməsə də, A.Əliyev müəyyən edilmiş 36 min manat məbləğində ziyanı tam olaraq Baş Prokurorluğun depozit hesabına ödəyib.

Qərbi Kaspi Universiteti keçmiş əməkdaşlarını istintaqda yazılan məbləğdən çox ziyan vurmaqda ittiham edib. Universitet təqsirləndirilən şəxsdən 70 min manat tələb edib.

İş üzrə şahid qismində dindirilmiş əcnəbilər məhkəmədə müttəhimə pul verdiklərini təsdiq ediblər.

Bütün sübutlar tədqiq edildikdən, tərəflərin çıxışları dinlənildikdən sonra hökm oxunub. Azər Tağıyevin sədrlik etdiyi məhkəmə heyəti dəymiş ziyanın ödənilməsini yüngülləşdirici hal kimi qəbul edib.

Hökmə əsasən, A.Əliyevə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Müttəhimin üzərinə daimi yaşayış yerini hər gün saat 23.00- dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, həmçinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisini tərk etməmək öhdəliyi qoyulub.

Qərbi Kaspi Universitetinin qaldırdığı mülki iddia isə rədd edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?


Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevin öz vəzifəsindən sui-istifadə etməsi, şəxsi maraqları naminə dövlət və ictimai maraqları qurban verməsi ilə bağlı ölkə mediasında kifayət qədər məlumat mövcuddur.

Görünən odur ki, Ramin Abdullayev öz “biznes bacarığı” sayəsində kifayət qədər şöhrət qazanan, media və sosial mediada populyarlıq əldə edə bilib. Lakin nə qədər qəribə olsa da, media Ramin Abdullayevin göydələn biznesi haqqında məlumatsızdır. Halbuki, bu biznes İdarə Heyətinin sədrinin əsas gəlir mənbələrindən biridir.

Tikinti üçün icazə almaq istəyənlərə sual: “Mənə neçə mənzil verə bilərsən?”

Artıq xeyli müddətdir ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev bina tikintisi üçün nəzərdə tutulan dövlət standartlarının siyahısına yeni və bütün digər standartlardan daha önəmli olan bir standart gətirib. Bu da bina inşası üçün icazə almaq istəyən hər kəsin tikəcəyi binadan Ramin Abdullayevə bir neçə mənzil peşəkəş etmək məcburiyyəti ilə bağlıdır. Nə qədər inanılmaz görünsə də, Ramin Abdullayev bina tikintisi üçün ona müraciət edən şəxslər qarşısında sadəcə bir tələb qoyur: Tikiləcək hər binadan ona bir neçə mənzil verilməlidir!

Ramin Abdullayevə veriləcək mənzillərin sayını isə inşa ediləcək binanın blok və mərtəbə sayı müəyyən edir. Çoxbloklu və çoxmərtəbəli binaların bəzisindən Ramin Abdullayev nə az nə çox - 10 mənzil tələb edir ki, bu da sahibkarların ciddi narazılığına səbəb olur. Lakin Ramin Abdullayevin razılığı olmadan bina inşası mümkün olmadığı üçün, iş adamlarının bir çoxu dövlət məmurunun qanunsuz tələbi ilə əvvəl-axır razılaşmalı olurlar.

Ölkədə ən çox mənzil sahibi olan adam – Ramin Abdullayev!

Məhz bu yolla Ramin Abdullayev hər ay onlarla mənzil ələ keçirir ki, bu da onu nəinki paytaxtın, bütün ölkənin ən çox mənzi sahibi olan adamına çevirir.

Nəhəng daşınmaz əmlak imperiyasına malik olan Ramin Abdullayev iş adamlarını, tikinti şirkətlərini inşa edilən hər binadan ona “xərac” verməyə məcbur etməklə öz mülklərinin sayını sürətlə artırmaqdadır. Bəzi iş adamları Ramin Abdullayevin qanunsuz tələbini qarşılaya bilmədikləri üçün öz layihələrini illərlə gerçəkləşdirə bilməmiş, maddi baxımdan böyük itkiyə məruz qalmış, dövlətdən narazı salınmışdır.
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

Namiq Hümmətov

Təbii, Ramin Abdullayevin ölkənin tikinti sektorunda təkbaşına bu cür at oytantdığını düşünmək sadəlövhlük olardı. İdarə Heyətinin sədri iş adamlarının dərisini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Namiq Hümmətovun xeyir-duası və himayəsi altında soyur.

Ramin Abdullayevlə Namiq Hümmətovun şəxsi maraqlara söykənən, dövlət və ictimai maraqları hədəf alan “biznes müttəfiqliyi” haqqında gələn məqaləmizdə ətraflı danışacağıq.(Hurriyyet")

A.MƏMMƏDOV
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında müəmmalı olaylar baş verir. Elektron media yazır ki, rəsmi olaraq Klinikanın direktoru tibb üzrə fəlsəfə doktoru Mahir Səfərovdur. O, həm də Klinikada Universitetin rektoru Gəray Gəraybəylinin qeyri-leqal işlərinin başında durur. Onun rektoun ən yaxın adamlarından biri olduğunu da yazır mətbuat. Məlumata görə Mahir Səfərov burada rektor Gəray Gəraybəyliyə göstərişlərinə uyğun qaydalar qoyub. Klinikaya girən kimi hər pasientdən 5 manat tələb olunur. Qapıya xüsusi nəzarətçi təyin edib ki, klinikaya daxil olan pasientlərin dəqiq sayını hesablayır. Hətta pullu pasientləri birbaşa Mahir Səfərovun yanına aparırlar. Mahir Səfərov da diroktor olduğu xidməti otağında diş kabineti yaradaraq pasientləri müalicə edir. Yəni, pul yığır. Məlumatlara görə Klinikada şəxsi stomatoloji kabinetlər fəaliyyət göstərir. Nə mənada? Dövlət tərəfindən vəsait ayırmasına baxmayaraq kabinetlərin bütün avadanlıqları, təmiri həkimlər tərəfindən toplanan pullar hesabına həyata keçirilir. Burada hər bir həkimə, diş texnikinə aylıq 500-100o manat civarında “stavka” müəyyən edilib. Klinikanın direktoru Mahir Səfərov heç kimdən çəkinməyərək, bu “stavka”nı yuxarıların, yəni Gəray Gəraybəylinin göstərişi ilə təyin edildiyini bildirir.
Mediada da qeyd olunduğu kimi dövlət tərəfindən Stomatoloji Klinikanın saxlanılmasına külli miqdarda vəsaitlər xərclənir. Bu vəsaitlər Klinikaya tabeliyində olduğu Tibb Universiteti tərəfindən ayrılır. Elektron medianın Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatları üzərindən apardığı araşdırmada məlum olub ki, Stamatoliki Klinika 23.06.2017-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Tibb Universitetinin rəsmi portalında isə Stomatoloji Klinikanın 2002-ci ildə açıldığı göstərilir. İndi təsəvvür edin klinika fəaliyyətə başladığı dövr ilə dövlət qeydiyyatına alındığı gün arasında, yəni 15 il ərzində buraya nə qədər pullar daxil olub və Klinika sosial və vergi ödənişlərindən nə qədər yayınıb. Yazılanlara görə bununla bağlı hətta nazirliklər səviyyəsində danışıqlar aparılıb. İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti İlə Səhiyyə Nazirliyi arasında aparılan danışıqlardan sonra Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında yaranmış külli miqdarda vergi borcunun müəyyən hissəsi ödətdirilib. Məlumatlara görə həmin borcun bir hissəsi hələ də ödənilməmiş olaraq qalır.
Bəs indi Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında nələr baş verir?
Aktualinfo.org-un dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığı araşdırmada məlum oldu ki, Azərbaycan Tibb Universiteti ATU – nun Tədris Stomatoloji Klinikasının 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınması üzrə açıq tender müsabiqəsi elan edib. Tenderin şərtlər toplusunda müsabiqənin dərc edilmə tarixi və vaxtı: 07.01.2024 17:37; Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 10.01.2024 12:00; Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 18.01.2024; Zərflərin açılış tarixi və vaxtı: 19.01.2024 12:00 müəyyən edilib.
Lakin dövlət satınalmalarının vahid internet portalında üstündən 3 ay keçməsinə baxmayaraq hələ bu açıq tenderin nəticələri barədə heç bir məlumat yoxdu. Amma qanuna görə Tibb Universitetinin Satınalmalar Komissiyası zərflər paketinin açılışından 5 bank günü ərzində satınalmanın nə qədər vəsait təklifi ilə hansı şirkətin qalib olduğunu elan etməli, gözləmə müddəti bitdikdən sonra satınalma müqaviləsinin bağlanılması barədə satınalmalarının portalında məlumat yerləşdərməli idi.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız hərtərəfli araşdırmalar zamanı Azərbaycan Tibb Universitetinin Satınalmalar Komissiyası tərəfindən Stomatoloji Klinikasının 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınması üzrə elan etdiyi açıq tender müsabiqəsinin nə ləğv olunması barədə, nə də hansısa səbəbdən baş tutmaması barədə heç bir bildirişin yerləşdirilmədiyini müəyyən etdik.
Buradan suallar yaranır:
Azərbaycan Tibb Universitetinin Satınalmalar Komissiyası Stomatoloji Klinikasının 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınması üzrə elan etdiyi açıq tender müsabiqəsinin nəticələrini nə üçün açıqlamayıb?
Açıq tender baş tutmayıbsa və ya ləğv edilibsə tədris müəssisəsinin Satınalmalar Komissiyası nə üçün qanunla müəyyən edilmiş qaydada səbəbini göstərməklə bildiriş verməyib?
Qeyd edək ki, burada daha bir müəmmalı məsələ var. Qeyd etdiyimiz kimi tenderin şərtlər toplusunda müsabiqənin dərc edilmə tarixi və vaxtı: 07.01.2024-cü il tarixə müəyyən edilib. Amma Tibb Universitetinin Satınalmalar Komissiyası tərəfindən tender və kotirovkaların keçirilməsi məqsədi ilə iddiaçılara verilən elektron dəvət elanlarının sıralamasında Stomatoloji Klinikasının 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınması üzrə elan etdiyi açıq tender müsabiqəsi yanvar ayında deyil, lap aşağıda, 2019-2021-ci illərdə elan olunmuş satınalmaların sırasına yerləşdirilib. Maraqlıdır niyə?
Aydın məsələdir elan satınalmaların portalına bir prosedur qaydası kimi formal olaraq yerləşdirilib. Müqavilə Tibb Universitetinin rəsmilərinə yaxın şirkətlərin biri ilə bağlanılıb. Bəlkə də Klinikanın 4-cü mərtəbəsində cüzi kosmetik təmir işləri çoxdan aparılıb. İndi də büdcədən pul çıxarmaq üçün formal tender elan ediblər. Nə qədər büdcə vəsaitin ayrıldığını gizlətmək məqsədi ilə də tenderin qalibini açıqlamayıblar. Bu qədər sadə. Yoxsa, qanunla yanvar ayında elan olunmuş açıq tenderin nəticələri bu vaxta qədər açıqlanmalı, ya da baş tutmamasının səbəbləri göstərilməli idi. Necə ki, Tibb Universitetinin Satınalmalar Komissiyası baş tutmayan, ləğv edilən başqa satınalmalarda bu prosedura ciddi əməl edir, bildirişlər verir. Stomatoloji Klinikasının 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınması üzrə elan edilmiş açıq tender müsabiqəsində bu qaydalara nə üçün əməl edilməyib, çox müəmmalıdır.
Qeyd edək ki, elektron mediada həmçinin yazırlar ki, bir müddət əvvəl Səhiyyə Nazirliyinin xüsusi komissiyası Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında yoxlamalara başlayıb. Səbəb Universitetin Stomatoloji Klinikasında yol veilən maliyyə pozuntuları olub. Amma elektron medianın yazdığına görə bu gün Tibb Universitetinin rektoru Gəray Gəraybəyli ilə Səhiyyə naziri Teymur Musayev arasında bir gərginlik yaşanmaqdadır. Bu gərginlik heç də Stomatoloji Klinikada yol verilən maliyyə pozuntuları ilə bağlı deyil. Əksinə, Klinikada gün ərzində qeyri-leqal olaraq toplanan pullara sahiblənmək üstündədir.
Maraqlıdır görəsən Səhiyyə naziri Teymur Musayevin bu ilginc faktlardan, Tibb Universiti tərəfindən Stomatoloji Klinikada cari təmir işlərinin satınalınması üzrə formal tender keçirməsindən, bu məqsədlə nə qədər büdcə vəsaiti ayrıldığından, həmin vəsaitlərin necə silindiyindən xəbəri varmı?
Tədris Stomatoloji Klinikasının doktoru Mahir Səfərova gəlincə. Onun artıq çoxdan Səhiyyə naziri Teymur Musayevin hədəfində olduğu bildirilir. Hazırda onun vəzifəsindən kənarlaşdırılması prosesi gedir. Tibb Universiteti tərəfindən Stomatoloji Klinikanın 4-cü mərtəbəsinin cari təmir işlərinin satınalınmasına ayrılan vəsatlərin silinməsində onun da əlinin olduğu üzə çıxarsa, durum bu prosesi bir az da sürətlənə bilər.

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

"RR Constructions" tikinti şirkətinin fəaliyyətində nöqsanlar aşkarlanıb.

İqtisadiyyat.az xəbər verir ki, MTK-nın məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi məlum olub.

Buna görə də Ədliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib və iş hakim Orxan Məmmədlinin icraatına verilib.

Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, "RR Constructions" şirkəti 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 300 010 manatdır. MTK-nın qanuni təmsilçisi Nadir Abdullayev, rəhbəri isə Rafael Abdullayevdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

Qax rayonu, İbaxlı kənd sakini Abdurahmanova Vüsalə Firudin qızı tərəfindən başda Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva olmaqla bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə alimentin uzun müddət ödənilməməsinə görə artıq 3-cü dəfədir Qax rayon İcra Şöbəsinin qanunsuz hərəkətlərinin aradan qaldırılması ilə bağlı müraciət ünvanlanıb.

Vətəndaş Vüsalə Abdurahmanova tərəfindən bir surəti də Aktualinfo.org-un elektron poçtuna ünvanlanmış müraciətdə deyilir:

Əvvəlcə məlumat üçün bildirim ki, mən, Qax rayon Qıpçaq kənd sakini Osmanov Rüstəm Rafiq oğlu ilə 2012-ci il tarixində rəsmi nikaha girmişik. Bu nikahdan 24.09.2013-cü il tarixdə Osmanova Zəhra Rüstəm qızı və 04.01.2016-cu il tarixində Osmanova Zeynəb Rüstəm qızı adlı, qızlarımız dünyaya gəlmişdir.

Mən toyumuzdan sonra ərimə məxsus Qax rayonun Qıpçaq kəndindəki ünvanında yerləşən 5 otaqlı mənzilə gəlin köçmüşdüm.

29 dekabr 2015-ci il tarixli Qax Rayon Məhkəməsinin qətnaməsilə mənimlə ərim arasında nikah pozulmuşdur.Və həmin vaxtdan başlayaraq Rüstəmlə bigə nikahdan doğulmuş 2013-cu il təvəllüdlü Osmanova Zəhra Rüstəm qızının və 2016-cı il təvəllüdlü Zeynəbin saxlanması və müalicələr olunması üçün 2022-ci ilədək heç bir maddi köməklik göstərilməmişdir.

Baxmayaraq ki, Qax rayon Məhkəməsində aliment verilməsi qət edilmişdir. Qətnamə çıxanadək o bir manat da olsa pul ödəməmişdir. Sonradan isə Qax rayon Məhkəmə hakimilə gizli sövdəkləşməsindən sonra o tövsiyəyə uyğun olaraq Sosial Təminat Nazirliyində “VTEK-dən özünə əvəlcə saxta əlillik ( 3-cü qrup üzrə) dərəcəsini rüşvət verib düzəltdirmişdir ki, hər iki uşaq üçün cəmi 50 manat pul ödəsin. Bəli, belə də olmuşdur.

2014-cü ildən boşanma rəsmiləşmişdirildikdən sonra mən yenidən övladlarımla ata yurdu olan Qax rayonun İbaxlı kəndindəki evdə yaşayıram. Budur rəsmi boşanmadan 10 il keçməsinə baxmayaraq ailə başçısı olmuş Rüstəm hər bir uşağa aliment olaraq əvəllər bir neçə il cəmi 25 manat pul ödədi. Halbuki, keçmiş ərimin maddi imkanları çox genişdir. Ailəsinin yeganə övladı kimi onların hazırda Qaxın İbaxlı və Qıpçaq kəndindəki geniş evlərindən başqa Bakı, Mingəçevir, Qax şəhərlərində də şəxsi evləri vardır. Yaşadıqları Qıpçaq kəndində isə 1000 baş xırdabuynuzlu və 55 baş baş iribuynuzlu mal-qara sahibidir. Geniş torpaq sahələri(hansı ki, rəsmən taxıl əkməyə görə son illər 6 ha torpağa görə 2019-cu ilədək 3000 manat subsidiya alırlar), fındıq, qoz bağları, fermaları, kənd təsərrüfatı texnikaları və işçiləri vardır. Bir sözlə, kəndin ən imkanlı və varlı fermer ailəsi hesab olunurlar. Amma Rüstəm iki zavallı və köməksiz qalmış övladlarına dövlətin təyin etdiyi hər bir uşaq üçün olan sabit pul məblıəğini ödəməmək üçün Sosial Təminat Nazirliyinin yerli şöbəsində özünü 2-cü qrup əlil kimi sənədləşdirərərk(tam sağlam olan Rüstəm 2017-ci ilin iuyl ayında 3000 manat rüşvət hesabına 3-cü qrup əlillik dərəcəsi almışdır) guya 55 manat pensiya aldığını bəyan etməklə aliment vermək imkanının olmadığını rəsmi orqanlara yalandan bildirmişdir.Və belə də bir müddət aliment etmişdir Yəni pensiyasının məbləğini göndərmişdir 55 manatı.

Hələ o vaxtı – 6 yanvar 2018-ci il tarixli şikayət ərizəmizə 19 fevral 2018-ci il tarixli Ombudsman Aparatının sədrinin imzasıilə daxil olmuş cavab məktubunda bizə bir çox məsələlər aydın olmuşdur. Belə ki, hörmətli Elmira Süleymanova Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə tapşırıq verərək mənim aliment məsələmin araşdırılmasını xahiş etmişdir. Rəsmi cavabdan aydın olur ki, Qax İcra Şöbəsi əvvəlcə 2014-cü ildən başlanmış icraat zamanı borclu alimenti qeyri-müntəzəm şəkildə ödədiyini bildirir və yaranmış aliment borcunun ödənilməsi üçün R.Osmanovun yetərli əmlakı “aşkar edilməməsini” vurğulayır. Bəs o zaman sual olunur ki, valideynlərilə birlikdə yaşayan və fermer fəaliyyətilə intensiv məşğul olan Rüstəmə görəsən heç olmasa ailənin əməkhaqqı verdiyi çoban və nökərləri qədər əməkhaqqı və pay vermirmi?

Qax rayon İcra Şöbəsi həmişəki kimi mənim işimdə də qanunsuz işlərlə məşğul olaraq çoxsaylı milyonluq sərvətlər toplamış ərimin guya heçnəyi yoxmuş kimi “sudan quru çıxarması” cəhdi” onun bu adamla gizli sövdələşməsindən xəbər verir. Axı Bakıdakı, Mingəçevir şəhərindəki Qax şəhərindəki evlərin hamısı Rüstəmin adınadır. Eləcə də bir çox əmlaklar.

Necə dəfə cəhd etmişəm ki, ünvanlı sosial yardım ala bilim. Özünəməşğulluq proqramına yazılım. Amma imkan verilməyim. Süründürməçilər bir iş də olsa təşkil etməyiblər ki, atamın çörəyinə möhtac qalmayım.
Bəli, 2017-ci ildən isə Qax İcra şöbəsi Ombudsman Aparatına rəsmi cavab verir ki, R.Osmanov 55 manat təqaüd aldığı müəyyən edilərək tələb həmin vəsaitə yönləndirilmişdir. Yəni, son 3 il ərzində bu şöbə müəyyən edib ki, 2017-ci ilin iyul ayında Rüstəm 3-ci qrup əlil olubmuş və dərhal hərəkətə keçib məsələni “Həll ediblər. Digər tərəfdən sağ olsunlar ki, İcra şöbəsi 2016-cı ildə R.Osmanov barəsində aliment verməkdən yayındığına görə formal olaraq inzibati protokol tərtib edib Qax rayon Məhkəməsinə göndəriblər. Və bugünə kimi bizə məlum olmayan 08.11.2016-cı il və təkrar olaraq 01.02.2018-ci il tarixli məhkəmə qərarına əsasən yerli icra şöbəsinin təqdimatının rədd edilməsilə bağlı vicdansız hakim məhkəmə qərarı verilmişdir. Əsaslandırlmışdır ki, guya R.Osmanovun maddi imkanı yoxdur və o əlildir. Halbuki, R.Osmanov rəsmən 2017-ci ildə rüşvət hesabına “əlillik” dərəcəsi almışdır.

Amma mən bir insan olaraq, bir ana olaraq Osmanovlar ailəsinin var-dövlətində gözüm və iddiam yoxdur, başlarına dəysin.Orada qalan cehiz əşyalarım da başlarına dəysin. Mənim bircə istəyimvarki, son illərdə dövlətin təyin etdiyi hər bir uşaq üçün sabit pul olan alimentpulunualıbbuzavallı uşaqları dolandırım. Başqaheçnə.

Rüstəm Osmanov 2015-ci ildən 2017-ci ilədək hərdən bir neçə dəfə ayda 25 manat olmaqla 2017-ci ildən isə sağlam olduğu halda özünə rüşvət hesabına aldığı əlillik dərəcəsinə görə bir neçə dəfə az miqdarda pul ödəsə də, son illərdə aliment ödəməmişdir. Cəmi yığılan pul isə 2024-cü ilədək 7500 manatdır. Ona görə alimentdən yayınmaq üçün R.R. Osmanov aliment pulunu az ğdəməsi üçün 2022-ci ildə yenidən 4000 manat ( norma belədir) rüşvət verib ikinci 5 illiyə özünü 2-ci qrup psix əlil kimi yerli komisiyaya təsdiq etdirmişdir. Sonuncu şikayət məktrubumdan sonra isə onu təsdiq ediblər ki bu adam tam sağlamdır. Amma yenə də illərlə yığılıb qalan aliment pullarını təxminən 7500 manatı ödəmir. Və Qax icra Şöbəsinin icraçısı da süründürməçiliklə məşğuldur. Yəni belə bir vicdansız adamla sövdələşib 2 azyaşlı uşaqların ac qalması səbəbindən öz ailəsini haramçılıqla dolandırmaqla məşğuldur. Ədliyyə Nazirliyinin belə vicdansız icra məmuru barəsində nəhayət son qərar verilməlidir ki, mənim ailəmə düşən və yığılıb qalan bütün aliment ödənişləri hesablanaraq verilsin. Rüstəm Osmanov bu günə kimi mənim cehizlərimin də hamısını dağıdıb mənimsəmişlər. Tək nişan üzüyündən başqa digər mənə çatacaq qızılları da mənimsəyib satmışlar. Yəni bu ailə tam bir yaramazlar.

Çox təəssüflər olsun ki, mənim Qax İcra şöbəsinin icra məmurunun süründürməçiliyindən yazdığım 4 fevral 2024-cü il tarixli şikayətimdən sonra Qax İcradan gündə 30 dəfə zəng edərək tələb edirdilər ki, gəl idarəyə və izahat yaz ki, mən bu şikayət məktubunu yazmamışam. 20 gün ardıcıl olaraq zəhləmi tökdülər. Mən də getmədim. Qax İcra Şöbəsinin müdiri olan Sənan məni hədləyərək bildirdi ki, bundan sonra görəcəksən aliment necə ödənilir. bu vaxta kimi biz hissə hisə Osmanova ödətdirirdik. Ona görə də səninlə biz prinsip apararıq şikayət yazmağının nəticəsini görərsən. Doğrudan da, Sənan müdir dediyini edir. Əvvəl 2 uşağa birlikdə 120 manat ödənirdisə, indi 105 mant ödənir və çox gec. budur, çarəsizlikdən şikayət yazdığımdan xoşlanmayan Sənan mən başsız ailənin uiki azyaşlı ilə kirayələrdə sürünən bir zavallı ilə «KİŞİ» mübarizəsi aparır. Bu da dövlət məmuru olan Azərbaycan kişisi. Bu adam son 10 ildə alimentdən yığılıb qalan pulların ( təxminən 7000 manat) ödənilməsini xahiş etdiyim üçün mənimlə prinsipə girməyi özü üçün böyük bir QƏHRƏMANLIQ hesab edir. Dövlət isə bu qulluğu və vəzifəni ona görə Sənan kimisinə verib ki, ağır sosial vəziyyətdə yaşayan insanların qanunqarşısında qorunan hüqularını və Azərbaycan Dövlət adından qəbul edilmiş qərar və qətnamələri heç bir şərt qoymadan yerinə yetirməklə məşğul olsun. Bir tərəfdən mən Sənanda da bir o qədər günah görmürəm. Ədliyyə Nazirliyinin Baş İcra İdarəsi rəisi belə xarakterli adamı bu vəzifəyə təyin edibsə, və mənim şikayətimi araşdırmaq və tədbir görmək əvəzinə mənə şikayətimi geri götürmək üçün təzyiq edirsə. deməli günah nazirdə və İcra baş İdarəsi rəisi İlqar Cəfərovda olub.
Ona görə də yeni nazir cənab Fərid Əhmədovdan və yeni İcra və probasiya Baş İdarəsi rəisindən xahişim budur ki, Sənan kimi vəzifə səlahiyyətlərindən düzgün istifadə etməyənləri başa salmalı və onların işlərini nəzarətdə saxlamalıdırlar ki, Qax rayonunda özbaşnalıq çox olmasın.

Hörmətli nazir Siz 10 gün əvvəl bütün İcra məmurlarına ilk növbədə göstəriş vermisiniz ki, qanunvericiliyin tələblərinə vaxtında və operativ surətdə əməl edilsin. Ona görə də Sizdən çox xahiş edirəm ki, çörəyə möhtac qalan azyaşlı uşaqlara çataqcaq aliment pulunu ödəməyə məcbur etməyən, yığılıb qalan pullarla bağlı tədbir görməyən Qax rayon İcra Şöbəsində baş verən qanunazidd hərəkətlər barəsində ciddi araşdırma aparılmasına

və lazımi tədbirlər görülməsinə göstəriş verəsiniz ki, sonda bizim ailəyə çatacaq aliment pulları birdəfəlik ödənilsin. Sağ olun.

Sağ olun.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT


SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT..

NUH.az saytına daxil olan ərizədən bəlli olur ki, SOCAR-ın vitse prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə keçmiş həyat yoldaşı Fidan Abbasovaya qarşı Xətai məhkəməsində iddia qaldırıb. Və qarşı tərəfdən 100 min manat təzminat tələb edir.

Orxan İsmayılzadənin vəkili Aytən Əliyevanın imzaladığı müraciəti olduğu kimi dərc edirik:

“Cavabdeh Abbasova Fidan Loğman qızı tərəfindən mən və atam Mikayıl İsmayılov barəsində 04 yanvar 2024-cü il tarixdə “Yotube” sosial platformasında “1 xeber “ kanalında “Sabiq məmur nəvəsindən imtina edir” başlığı ilə verdiyi müsahibədə səsləndirdiyi bütün məlumatların şərəf və ləyqətimi, işgüzar nüfuzumu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi və bu məlumatların adıçəkilən “Yotube” kanalında təkzib edilməsi və yaydığı məlumatlara görə üzr istənilməsi…

2.Cavabdeh tərəfindən 04 yanvar 2024-cü il tarixdə “Yotube” sosial platformasında “1 xeber “ kanalında “Sabiq məmur nəvəsindən imtina edir” başlığı ilə verdiyi müsahibəni adı çəkilən kanaldan sildirməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması

3. Mənə dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 100000 ( bir yüz min ) manat məbləğində pul vəsaitinin xeyrimə tutulması barədə qətnamə çıxarasınız.

Qoşma – məktublar

Dövlət rüsumunun ödənilməsi barədə qəbz

İmza:

İddiaçı İsmayılzadə Orxan Mikayıl oğlunun nümayəndəsi və vəkili Aytən Əliyeva.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Redaksiyadan : Vəkil Aytən Əliyeva ilə telefon əlaqəsi saxladıq. Vəkil belə bir müraciətin-iddianın olduğunu təsdiq elədi.

NUH.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

Gəncə Şəhər Birləşmiş Xəstəxanasını kim idarə edir, direktor, yoxsa “otdelkadr?” Ümumiyyətlə, 80-ci illərdən kadr məsələləri ilə məşğul olan Məlahət Bayramova, bir çox baş həkimləri yola salsa da, o, indiyə kimi öz postunda möhkəm qərarlanmağı bacarıb.

Mərhum İsa həkimdən bu günə qədər, ələlxüsus Nazim Əhmədovla, daha sonra İlkin İsmayılovla dil tapıb işləmək məharət tələb edir. Baş verənlərə diqqət yetirdikdə görürsən ki, baş həkimlər dəyişsə də, kadr məsələləri ilə bağlı yanaşma dəyişmir. 2023- cü ildə Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində bəlli oldu ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasında vəziyyət o qədər də ürəkaçan olmayıb.... Çünki, 2023-cü ilin iş planına əsasən, Hesablama Palatasının bu Xəstəxanada həyata keçirdiyi audit yoxlamaları nəticəsində çoxsaylı nöqsanlar aşkar olunur. Hətta, Hesablama Palatasının verdiyi rəyi oxuduqdan sonra ortaya düşündürücü suallar da çıxır. Görəsən bir çox səhiyyə müəssisələrində, o cümlədən Abbas Səhhət adına xəstəxanada necə olur ki, baş həkim İlkin İsmayılov 2023-cü ildən Gəncə Şəhər Birləşmiş Xəstəxası publik hüquqi şəxsin direktor vəzifəsinə təyinat almağı bacarır? Məlumat üçün qısa şəhr verək, 02 fevral 2024-cü ildə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin tabeliyində olan Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxs direktor vəzifəsinə təyinat olur. Sözügedən vəzifə isə, həmin vaxta qədər Abbas Səhhət adına xəstəxanaya az öncə baş həkim təyin olunan İsmayılov İlkin Yusub oğluna həvalə olunur.

Bəs bu gənc həkim kimdir? İlkin İsmayılovun bioqrafiyasına nəzər salaq. Bu şəxs 22 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində (Müalicə işi) təhsil alır və həmin Universitetin Onkologiya kafedrasında internatura keçərək, 2009-cu ildə Türkiyənin Qazi Universitetinin Ümumi Cərrahiyyə fakültəsində təhsilini davam etdirir. Bu Universitetdə Uzmanlıq elmi dərəcəsini alan İlkin İsmayılov, 2016-cı ildə Gəncə Beynəlxalq Xəstəxanasında ümumi cərrah, baş həkim, daha sonra baş direktor vəzifəsində çalışır. (Gəncə Beynəlxalq Xəstəxanası özəl klinikadır, çatdırılan məlumatlara görə bu xəstəxananın sahibi sabiq vergilər naziri, mərhum Fazil Məmmədovdur.) 2017-ci ildə Tibb üzrə fəlsəfə doktoru adını alır. Hal- hazırda Tibb Universitetinin Birinci Cərrahiyyə Xəstəliklər kafedrasının doktorantıdır. İlkin İsmayılov, 2021- ci ildən Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxsi direktorun müavini - Abbas Səhhət adına xəstəxananın rəhbəri olaraq fəaliyyət göstərir. Obyektivlik olsun deyə, cərrah işlədiyi müddətdə işinin peşəkarı olaraq cəmiyyətdə ad çıxarmağı bacarır və bunu heç zaman unutmaq olmaz. Bəli, artıq deyəsən problemin ən ilginc nöqtəsinə çata bildik. Xatırlatmaq üçün deyə bilərik ki, elə Abbas Səhhət adına xəstəxanadan kadrlar şöbəsinin müdiri Məlahət Bayramova ilə birlikdə çalışır. Bir məqama xüsusi diqqət edək, Məlahət Bayramova uzun illərdir ki, yəni 1980-ci ililərdən indiyə kimi kadr məsələləri ilə məşğuldur və xəstəxanada çalışanların çoxu, ələlxüsus yaxın qohum-əqrabası, qonşuları, tanışları və s. onun sayəsində iş tapa biliblər. Əgər dərindən düşünsək o halda belə bir qənaətə gəlmək olar ki, burada nə var ki?

Yəni, adətən indiki reallıqda çömçə kimin əlində olursa, yeməyin yağlı yerindən pay da həmin çömçə tutanın sülaləsinə çəkilir. Unutmaq olmaz ki, dövlət xəstəxanası olan bu səhiyyə müəssisəsində uzun illərdir ki, baş həkimlərdən biri digərini əvəz etsə də “otdelkadr”postu dəyişməz qalır, xəstəxana bu formada idarə olunur. Bunun səbəbi baş həkimdə deyil, onu bu posta dəstəkləyəndə axtarsaq, yaxud da aidiyyəti qurumlar, o cümlədən Hesablama Palatası xəstəxananı daha diqqətlə yoxlasaydı, yəqin ki, uzun illər ərzində yaşanan problemlər ortaya çıxardı. Deməyi özümüzə borc bilirik. Özünün dediyinə görə M. Bayramovanın arxasında duran qüvvənin korrupsiyaya qarşı qəti münasibət bildirənlərdən sayılan biri olsa da, hansı ki, bu da sözdə belədir, necə olur ki, simsarının əməllərindənmi xəbərsizdir? Deməzdim. Bütün dövlət qurumlarından onu hifz etməyi hələlik bacaran məmurun gözündəki eynək əcaba (rozovıy) cəhrayımı rəngdədir ? Yəqin ki, əks təqdirdə bu qədərləri görə bilmək o qədər də çətin deyil. İki nəfərdən artıq şəxsin bildiyi sirr artıq sirr deyil. Görünür onun ətəkləri də (yəni söhbət sponsordan, himayədardan gedir-müəllif) korrupsiya çamuruna artıq çoxdan batıb və yaxud da HAQQI unudub. Nə isə... uzun illər ərzində Abbas Səhhət adına Xəstəxananın kadr məsələləri ilə məşğul olan (vəzifəsi kadrlar şöbəsinin rəisi) Məlahət Bayramovanın Adil və İsmayıl adında iki oğul övladı var. Oğlanlarından biri bu Xəstəxanada texnik, digəri isə mülki müdafiə üzrə mütəxəssis kimi çalışır. Hərçəndi onların işə gəlişi belə bayramda şəkərbura, paxlamanı görmək kimi bir şeydi. Oğlunun həyat yoldaşlarından biri ümumi şöbədə katibə işləsə də, digəri Birləşmiş Xəstəxanada kadrlar şöbəsində mütəxəssisdir.

Məlahət Bayramova haqqında çoxsaylı şikayətlərin ardı, arası kəsilməsə də ,nə o,nə də rəhbərlik barəsində olan şikayətlərə əhəmiyyət vermir və özündən sonra, bugünkü vəzifəsinə gəlini Gülnarəni hazırlamaqla məşğul olur. Yəni, bu xanım kadr artıq səhiyyə idarəsini özünün deməyək, himayədarının özünküləşdirməsindən tam əmindir. (Bizsə deyil.) Haşiyə çıxaraq bildirim ki, ölkədə özəl xəstəxalar mövcud olduğundan hamımız məlumatlıyıq, amma səhiyyə idarəsinin özəlləşməsini ilk dəfədir görürük. Belə də ki, media nümayəndələrinin işi görmək, bilmək, məlumatlandırmaqdır. Qalanı Dövlətin işidir. Qayıdaq siyahımıza, siyahıda onun qardaşı qızları, yəni Əliyeva Samirə Aydın qızı və Tağıyeva Həyat Aydın qızının da adı var ki, bu iki xanım da bibiləri Məlahət Bayramovanın sayəsində iş başındadırlar. Məlahət xanım təkcə özünü deyil, həyat yoldaşının qohumlarını da ayrı seçkilik etmədən işlə təmin edə bilib. Məsələn, Aygün Qafarova - bu “otdelkadr”ın qaynı Sərxanın qızıdır və o, sığortanın təşkili və innovasiya şöbəsinin şöbə müdirinin müavini vəzifəsini daşıyır. Bundan əlavə, qaynı Sərxanın oğlu Samir İbrahimov hemodializə şöbəsində texnik vəzifəsində, baldızının oğlu Həsənov Vasif Yusif oğlu isə, xəstəxananın informasiya texnologiyaları şöbəsində çalışır. Bu xəstəxana dövlətdən maliyyələşən səhiyyə müəssisəsi olsa da, burada çalışan işçilərin demək olar ki, yarısından çoxu Məlahət Bayramovanın “bığının altından keçməklə” işlə təmin olunublar. Bəli, uzun illərdir ki, bu xəstəxana “otdelkadr” tərəfindən qoyulan şərtlər daxilində fəaliyyət göstərir desək, heç də yanılmarıq. Yada gələn baş həkimlər gərək Məlahət xanımın uşaqlıq dostları, sinif yoldaşları, yada ki, qohumları ola ki, ona bu qədər artıqlaması ilə səlahiyyət verilib? Redaksiyamıza daxil olan məlumatlarda vurğulanır ki, Məlahət xanımın həyat yoldaşı Faxrəddin İsmayıl oğlu İbrahimov I qrup əlil olduğu halda, o, avtomobil idarə edir. Bu faktın doğru olub-olmadığını aydınlıq gətirmək üçün, üz tutduq Dövlət Sosial Müdafiə Fonduna. Apardığımız araşdırmalar, əldə etdiyimiz məlumatlar, görüb bildiklərimiz və s. bizi belə bir qənaətə gətirdi ki, Gəncənin səhiyyə müəssisələrindəki korrupsiya şəbəkəsinin başında, üzdə, dünən direktor vəzifəsinə gətirilən İlkin İsmayılov olsa belə, araşdırmalarımızdan görünən idarəetmə mexanizminin başında bir başqasıdı, yəni səhiyyə tam başqa səmtdən idarə olunur. Belə bir səbəbdən də, hazırda xəstəxanalarda baş verənləri diqqətdən keçirmə zamanı yetişmiş sayılır.

Gəncə səhiyyəsinin bataqlıq dönəmindən keçdiyi yolun sonuna gəlib çıxdığımız bəlli olar. Məni heç də yalnış anlamayın və bunu “Gəncə xəstəxanalarında korrupsiya yığışdırılıb”anlamı kimi də başa düşməyin. Əksinə, Hesablama Palatasından sonra adı çəkilən bu “otdelkadr”ın “iş qabiliyyəti”ni “nəzərə aldılar və onu daha da başa çəkdilər. Yəni, Gəncənin “Qubernator”u onu daha mühüm posta təyin etdi. Hesablama Palatasının hesabatı əsasında dəyişən nə oldu? Əsasən kadr islahatında və maliyyə məsələlərində aşkar olunanlardan sonra Məlahət Bayramovanın vəzifəsinin daha da böyüdülüb başa çəkilməsi, yəni bu xanımı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının insan resursları şöbəsinin müdiri vəzifəsinə təyin etdilər. Deyilənlərə görə, işinin peşəkarı hesab olunan İlkin İsmayılovu cərrahlıq işindən ayırıb, onun təmiz adı altında baş verənləri ört-basdır etmək üçün direktor vəzifəsinə gətirilməsi kimin ağlına gəlib? Görünür “Qubernator” artıq peşəkarcasına şahmat oynamağı da öyrənib. Məlahət Bayramovanı bu vəzifəyə yüksəldən “Qubernator”un tapşırığına əsasən, İlkin həkimin bu şəxsdən icazəsiz hər hansı qərar qəbul etməsi, yaxud da işçini qəbul etməsi absurd məsələdir. Sözümüz burada bitmir, söhbət səhiyyədən getmişkən , əsas odur ki, səhhətinizdən muğayat olun və bizi izləməyi unutmayın, elə məndə .

P. S. Əziz oxucular! Bir haşiyə çıxmaqla tarixi bir faktı xatırlatmaq və ürəyimdən keçənləri sizlərlərlə bölüşmək qərarındayam. XVIII əsrin ikinci yarısında Rusiyanın dövlət idarəçiliyində hərc-mərclik yaranan vaxtlarda müəyyən qruplaşmalar, əsasəndən qazaxlar çar ordusu üzərində bir sıra uğurlu qələbələr əldə edirlər. Bütün zamanlarda xalq hərəkatlarında olduğu kimi, yəni, Puqaçovun başçılıq etdiyi kəndli üsyanında da əvvəlcədən hazırlanmış plan qurulmur və üsyançılar arasında nizam- intizama nəzarət etmək də mümkün olmur. Üsyançılar adi soyğunçu və quldurlar kimi hərəkət edirlər. Ayağında çarıq olan Yemelyan Puqaçov özünü çar elan edir və onun hökmdarlığı heç də uzun sürmür, az bir müddətdən sonra çariçanın əmri ilə onun özünü və yaxın ətrafını Moskvada tuturlar və boyunlarını da vururlar.

P.S.S Bütün bunlar hadisələri qabaqlamaq kimi çıxdı. Hələlik isə onu deyə bilərək ki, Prezident Gəncə şəhərinin statusunu dəyişməyib və bu şəhərə quberniya adı isə hələlik verilməsə də, artıq bu şəhərdə özünü Qubernator sayan şəxsin kimliyi əksəriyyətə bəllidir. Gəncədə “Qubernator” adını daşıyanın kimliyi isə... Əgər Məlahət Bayramovanın dediyi kimi, mən qubernatorun qəzəbinə düçar olmayıb sağ qala bilsəm də, bilməsəm də yenidən bu mövzuya qayıdacağıq. Ömrü yazan yazır, bəndə kimdir?

global.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Sosial şəbəkələrdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış massivindəki binalarda əyilmə olduğu və ərazidə bərkitmə işlərinin aparıldığı barədə görüntülər yayılıb.

Bildirilib ki, işlər təhlükəsizlik qaydalarına riayət olunmaqla aparılır.

Sakinlər İTV-yə bildiriblər ki, binanın bünövrəsi zəif olduğundan artıq əyilməyə başlayıb. Odur ki, ərazidə quyu qazılıb, bərkitmə işləri görülür.

Tikintini aparan işçilər isə öz növbəsində söyləyiblər ki, təhlükəsizlik qaydaları pozulmayıb.

Lökbatan qəsəbəsi üzrə Mənzil İstismar Sahəsinin nümayəndələri də ərazidə olublar. Onların sözlərinə görə, hazırda bərkitmə işləri bina 26-da aparılır. Növbə ilə deformasiyaya uğrayan digər binalardakı probemlər də aradan qaldırılacaq.

Daha ətraflı İTV-nin süjetində:

Dia-az.info bildirir ki, əyilən bina bir vaxtlar məcburi köçkünlər üçün tikilmiş və açılışında prezident İlham Əliyevin iştirak edib. Digər bir fakt isə odur ki, “Qobu Park-3” yaşayış massivindəki əyilən binaların inşası zamanı böyük yeyintiyə yol verilib.

Sifarişçisi dövlət olan bu binalar "Kristal Abşeron" tərəfindən inşa edilib. Bu şirkətin sahibi isə deputat Ağalar Vəliyevdir. İndi dövlətimiz çoxdandı ərköyünlük edən bu deputatı cəzalandıracaq, ya yox?.. Bunu zamanla görəcəyik...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO