[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident İlham Əliyev Hacıqabul rayonunda olub


Azərbaycan Prezidenti İlham Əliyev bu gün Hacıqabul rayonunda olub.

Dövlət başçısı Hacıqabul rayonu Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında iştirak edib. Həmçinin “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident xalqımızı TƏBRİK ETDİ

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi çatdırıram.

Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu ayda müsəlmanlar Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq fürsəti qazanırlar.

Xalqımız taleyinin ən çətin dönəmlərində belə, öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamışdır. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır.

Əziz bacı və qardaşlarım!

Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq hissləri ilə yola salırlar. Ölkəmizin hər yerində xalqımıza xas xeyriyyəçilik və yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad edilir. Ümidvaram ki, dua və niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilərək cəmiyyətimizdə birliyi və həmrəyliyi daha da gücləndirəcəkdir".

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İran İsrailə birbaşa zərbə endirə bilər? - TƏHLİL

İranın İsrailə birbaşa zərbə endirəcəyi ilə bağlı yayılan xəbərlər Yaxın Şərqdəki vəziyyəti daha da gərginləşdirib. Bir müddət əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə istinadən Tehranın 48 saat ərzində İsrailə zərbə endirəcəyinə dair məlumatlar yayılmışdı. Bu, müddət ötüb. Bununla belə, tərəflərin qarşılıqlı ittihamı və hazırlığı davam edir.

Yenixeber.org: İranın Suriyadakı baş konsulluğu kimi təqdim edilən binaya hava zərbələrinin endirilməsi nəticəsində iranlı zabitlərin ölməsi tərəflərin İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei başda olmaqla ölkə rəsmilərinn sərt açıqlama verməsinə səbəb olub. Ölkənin lideri bu hücumda İsraili ittiham edərək “sionistləri məyus edəcəklərini” bildirmişdi.

İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri isə bildirib ki, İsrailin hücumu cavabsız qalmayacaq: “Bu, İsrailin intihardır”. Baş Qərargah rəisi vurğulayıb ki, proses İsrailin məhvini sürətləndirəcək: “Dəməşqə hücumun məsuliyyəti ABŞ-nin üzərinə düşür”. İran hərbçisi İsrailə qarşı əməliyyatın vaxtını, tipini və üsulunu təyin edəcəklərini söyləyib: “Bunlar mütləq dərindən araşdırlacaq və biz düşməni (burada İsraili nəzərdə tutur - red.) əməlinə görə məyus olmağa məcbur edəcəyik”.
İran İsrailə birbaşa zərbə endirə bilər? - TƏHLİL

Yeri gəlmişkən, M.Baqeri 1979-cu ilin payızında tələbə ikən ABŞ-nin Tehrandakı səfirliyinə hücumda və diplomatik missiyanın əməkdaşlarının girov götürülməsində iştirak edib. Deməli, Baqerinin çıxışından belə nəticəyə gəlmək olar ki, hücumun vaxtı, forması və yeri hələ dəqiqləşdirilir. Bu isə hücumla bağlı yayılan xəbərin doğru olmadığını təsdiqləyir.

ABŞ və İsrail isə İranın ehtimal olunan mümkün hücumuna qarşı döyüş hazırlığı vəziyyətini artırıb. ABŞ-nin CNN telekanalı bildirib ki, ABŞ və İsrail İranın cavab zərbəsini “qaçılmaz”, “gözlənilən” sayır. Məlumata görə, bu iki ölkənin obyektləri Tehranın zərbə hədəfi ola bilər.

Bəs görəsən İran İsraili vuracaq? Bu baş versə, nəticə necə olar? İsrail dövləti yaranandan İran hakimiyyətinin ona münasibəti birmənalı olmayıb. Məhəmmədrza şah Pəhləvi İsraillə hərtərəfli əməkdaşlıq edib. Həmin illərdə İranda yəhudilərin sayı 200 mindən çox olub. 1961-ci ildə İsrailin Baş naziri David Ben-Qurion İrana səfər edib. O, İrana ərəb olmayan Yaxın Şərq dövlətləri koalisiyasının mühüm tərkib hissəsi kimi baxıb. Bu koalisiyaya İsrail və İrandan başqa Türkiyə və Efiopiya da daxil idi. Bu münasibət o qədər yaxın olub ki, İsrailin Məhəmmədrza şaha qonşu İraqa qarşı çəkindirici vasitə sayılan nüvə proqramının inkişafında köməklik göstərdiyinə dair məlumatlar yayılmışdı.
İran İsrailə birbaşa zərbə endirə bilər? - TƏHLİL

Ancaq iki ölkə arasında qurulmuş 30 illik münasibət 1979-cu ildə ayətullah Xomeyninin gəlişi ilə dağıldı. Onlar “İsrailə ölüm!” şüarını irəli sürərək yəhudi dövlətini düşmən elan etdilər. Xomeyni və onun tərəfdarları islam dininə və hakim təriqətə əsaslanaraq yəhudi dövlətinin xəritədən silinməsini əsas hədəf seçiblər. İran hakimiyyəti Holokostu hələ də tanımır. Tehran 45 ildir İsrailə qarşı davamlı mübarizə aparır. İnqilab Keşikçiləri Korpusunun (Sepah) Qüds qolu İsrailin ətrafındakı, habelə onunla tərəfkeş olanlara qarşı da müxtəlif formada mübarizə aparır. Tehran hakimiyyəti ABŞ-ni də “böyük şeytan” adlandıraraq “Amerikaya ölüm!” şüarını irəli sürməklə İsrailin arxasında onun durduğunu iddia edir.

İslam Respublikası düşmən saydığı hər iki ölkəyə, onların regional maraqlarına qarşı “müqavimət hərəkatı” adı altında silahlı-siyasi qruplar hazırlayır. Həmin dəstələr özlərini Sepahın üzvləri sayırlar. Məsələn, 1982-ci ildə Livanda Hizbullah yaradıb. Bu silahlı-siyasi qruplaşma parlament və hökumətdə təmsil olunur. Deməli, Livanda hakimiyyətdə İran təmsil olunur. Hizbullahın əsas hədəfi İsraili narahat etməkdir. İki ölkə arasında indiyədək sərhəd müəyyənləşməyib. Hizbullahın İsrailə raket zərbələri endirməsi də İranın tapşırığı ilə reallaşır. Çünki bu qruplaşmanı hərbi texnika və silahla İran təchiz edir. Ötən illərdə İsraillə müharibədə Hizbullahın istifadə etdiyi İran istehsalı olan hərbi texnika və s. bunu təsdiqləyir.
İran İsrailə birbaşa zərbə endirə bilər? - TƏHLİL

Sonrakı dövrdə Suriya və İraqda mərkəzi hakimiyyət zəifləyəndən və ABŞ orada hərbi bazalar yaradandan sonra İran bu yerlərdə kök salmağa başlayıb. Sepah hər iki ölkənin ərazisində müxtəlif silahlı qruplaşmalar yaradıb. Onlardan hazırda İsrailə qarşı hücumda istifadə edilir. HƏMAS İsrailə hücum edəndən sonra Tehranın regional maraqları və hədəfləri daha aydn görünməyə başladı. Müharibə getdiyi bir halda HƏMAS və "İslami Cihad" kimi silahlı qruplaşmaların liderləri İrana səfər edərək ayətullah Seyid Əli Xamənei ilə görüşüblər. İran lideri həmin görüşdə onları tamamilə dəstəklədiklərini bildirib. Yəməndəki husilər də Səudiyyə Ərəbistanı üzərindən İsraili raket atəşinə tuturlar. Bu o deməkdir ki, İran hakimiyyəti İsrailə qarşı bu qüvvələr vasitəsilə müharibə aparır. Özü isə kölgədə qalaraq mövcud toqquşma ilə əlaqəsinin olmadığını iddia edir.

Bundan başqa, Tehran yəhudi dövlətinə son zamanlar sınaqdan çıxardığı uzaqmənzilli ballistik raketlərlə də zərbə endirə bilər. O, İsrailin müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərinə hücumları təşkil etməklə Dəməşqdəki hadisənin əvəzini çıxmağa səy göstərər. Ancaq bütün hallarda Tehranın öz ərazisindən İsraili vurması ehtimalı yox dərəcəsindədir. Bu, HƏMAS-la qarşıdurmada özünü göstərməyən İranın İsrailə savaş elan etməsi, yaxud müharibədə iştirakı kimi dəyərləndirilər. Tehranın belə bir addım atması isə ona qarşı daha sərt addımların atılması ilə müşayiət olunar.
İran İsrailə birbaşa zərbə endirə bilər? - TƏHLİL

Bu da əvvəllər İrana qarşı sanksiyalarda qeyri-müəyyən mövqedə olan ABŞ-nin müttəfiqlərinin anti-Tehran koalisiyasına qoşulmasına səbəb olar. İranın İsraillə müharibəsi Sepahın terrorçu təşkilatlar siyahısına daxil edilməsini sürətləndirər, tərəddüdləri aradan qaldırar. Belə bir vəziyyət regionda müharibənin miqyasının genişlənməsinə səbəb olar. Bu isə dünyada yeni konfiqurasiyanın yaranmasına təsir göstərər. Nəticədə Rusiyanın Ukraynada apardığı müharibəni ikinci plana keçirə bilər. Belə olan halda İranın Rusiyaya hərbi texniki yardımları da azalar, hətta kəsilər. Vəziyyətin mürəkkəbləşməməsi üçün ABŞ İrana belə bir addımı atmaqdan çəkinməyi məsləhət görüb.

Beləliklə, Tehran rəsmilərinin İsrailə qarşı ritorik çıxışları əvvəlki illərdə verilən açıqlamaların təkrarına oxşayır, onları xatırladır. Çünki belə bir addım İran hakimiyyətinin də aqibətini həll edər. Nəzərə almaq lazımdır ki, son illər ölkədə etiraz aksiyalarında hakimiyyətin başında duran şəxs əsas hədəf olub. Ona görə də İranın İsrailə birbaşa zərbə endirəcəyi əməliyyatı bu dəfə də müxtəlif bəhanələrlə təxirə salına bilər.(Report)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən Ələt azad iqtisadi zonası ilə bağlı - Sərəncam

Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“1. “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Bakı şəhəri Qaradağ rayonunun və Salyan rayonunun inzibati ərazilərində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu Sərəncama əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 4312,56 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABB kartı ilə alış-veriş edib peşman oldu - MÜRACİƏT

“Azərbaycan Beynəlxalq Bankı” təssüflər olsun ki, yeniliklər edəcəyik deyib kartı daha da bərbadlaşdırır.

Tribunainfo.az xəbər verir ki, bu barədə bank müştərisi Emin Nəsibov yazıb. O bildirib ki, ABB kartı ilə alış-veriş etdiyinə peşman olub:
ABB kartı ilə alış-veriş edib peşman oldu - MÜRACİƏT

“ABB, bütün cashbaklatı azaltdınız, anladıq. Amma bütün ödənişlər 1 faiz keşbek siyahısından çıxarmısız. Belə olan halda heç kim nə bürünc, nə gümüş, nə qızıl missiyasını tamamlaya bilməz və kiməsə sərf eləməz.
Bu gün 500 manata yaxın alış-veriş etmişəm, amma bütün ödənişlər 1 faiz keçbeki yox imiş. ABB kartından istifadə etdiyimə görə bu gün peşman oldum. Bunu nəzərə alsanız, yaxşı olar”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mövlud Çavuşoğlu: Ermənistan Zəngəzur dəhlizinin açılmasında daha maraqlı tərəf olmalıdır

Ermənistan Zəngəzur dəhlizinin açılmasında daha maraqlı tərəf olmalıdır.

Bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Bakıda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bölgədə inteqrasiya olmağa ehtiyacı olan ölkə Ermənistandır:

"Biz onsuz da Azərbaycanla bir çox layihələrlə birgə çalışırıq. Bundan sonra da çalışacağıq. Ancaq bir çox beynəlxalq layihələrdən kənarda qalan Ermənistan Zəngəzur dəhlizinin açılmasında daha maraqlı tərəf olmalıdır".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Muxtar Babayevin YARITMAZLIĞI... - BU DA FAKT!!!

"Komandamızın üzvü Nazirlər Kabinetinə məktub yazıb ki, bəs bəzi Qırmızı Kitaba düşmüş heyvan növləri Nazirlər Kabinentinin 176 nömrəli qərarında Qırmızı Kitaba düşməyən növlərin siyahısında təqdim olunur və qeyri qanuni ovlanma hallarında dəymiş ziyanları çox azdır, bunu dəyişdirmək lazımdır. Siyahı 1989-cu ildəki Qırmızı Kitaba (1-ci nəşr) əsaslanır. 2013-cü ildə Qırmızı Kitabın 2-ci nəşri çıxıb, üstəgəl 2021-ci ildə Nazirlər Kabineti ETSN in sifarişi ilə bu qərara düzəlişlər edərək ərəblərin sevimli ov quşlarının rəsmi ödənişlərini 1001 manata qaldırmağa başları qarışıb amma əsas qanunu lazımsız kağız parçasına çevirən nöqsanları düzəltmək yaddan çıxıb. İndi də ETSN cavab yazıb ki, gözləyin bir dənə də Qırmızı Kitab çıxsın hamısını bir yerdə edərik". Dia-az.info bildirir ki, bu xatırlatmanı edən ekofəallarımız bir il əvvəlki yazışmanı təsadüfən yeniləmirlər...
Muxtar Babayevin YARITMAZLIĞI... - BU DA FAKT!!!

Problem yenə də qalmaqdadır. Belə ki, bu barədə yenidən yazan ekofəal Zülfü Fərəcli bildirir: "Bu müraciətimizdən bir il keçib. ETSN-dən Firudun bəy müraciətizə yolaverdi cavab vermişdi ki, Qırmızı Kitab çıxsın məsələyə baxılacaq. Təzə Qırmızı Kitab ötən il dərc olunsa da Nazirlər Kabinentinin müvafiq qərarına heç bir dəyişiklik edilməyib! Oturdum baxdım, təzə Qırmızı Kitabda 4 zooloji sinif üzrə NK siyahısında olmayan 72 növ var (tam siyahı şərhdə)! Yəni siz bu növləri ovlasanız nə təbiətə dəymiş ziyan bilinmir, nə də ki cərimələr! Məsələn gedin nəsli kəsilməkdə olan Xəzər suitisini öldürün heç kim bilməyəcək dəymiş zərər nə qədərdi, çünki bu bədbəxt heç siyahıda yoxdur! Soruşaq görək onda Qırmızı Kitabı yeniləmək nəyə lazım idi??? Yəni ETSN bəsit bir qərara lazımi düzəlişləri belə edə bilmir!
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaz da gəlib bəlkə biraz aktivləşib heç olmasa bu gülünc vəziyyəti düzəldəsiniz?"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Fikrət Məmmədovun adını bu siyahıdan çıxardı


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edirik:

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 312 (Cild I) 1-ci hissəsində “Fikrət Məmmədov” sözləri “Fərid Əhmədov” sözləri ilə əvəz edilsin.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

Ermənistan təkcə Azərbaycanla deyil, Gürcüstanla da sərhərləri demarkasiya etməyə hazırlaşır.

Bildirilir ki, uzun müddətdir, yüksək səviyyəli erməni-gürcü təmaslarında demarkasiya və demarkasiya işlərini gücləndirdiyi barədə şayiələr dolaşır.

Nəşrin məlumatına görə, iki ölkənin sərhədində, Ermənistanın Lori vilayətinin Alaverdu bölgəsində yerləşən Ciliza kəndinin Gürcüstana verilməsi məsələsi gündəmdədir.

Bir neçə gün əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşündə Nikol Paşinyan yenidən sərhədlərin demarkasiyası məsələsini gündəmə gətirib.

“Bu gün həmkarımla mən bu birgə bəyannamənin praktiki icrası istiqamətində mümkün və zəruri addımları müzakirə etmək fürsəti əldə etdik. Vurğulamaq istəyirəm ki, bir-birinin ərazi bütövlüyü və suverenliyinin qeyd-şərtsiz tanınması həmin bəyannamənin vacib elementidir. Bu gün biz Ermənistan və Gürcüstan arasında demarkasiya prosesinin aktivləşdirilməsi imkanlarını da müzakirə etdik”, - o, Gürcüstanın baş naziri ilə görüşdən sonra bildirib.

Qeyd edək ki, Ermənistan və Gürcüstan dövlət sərhədinin demarkasiyası və demarkasiyası məsələsini 1992-ci ildən müzakirə edir, 1996-cı ildən isə iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası komissiyaları fəaliyyət göstərir, lakin onlar çox passiv rejimdə işləyirlər.

Xatırladaq ki, Ermənistan Azərbaycanla da demarkasiya və delimitasiya prosesini həyata keçirir. Bunun üçün birgə komissiya yaradılıb və baş nazir müavinləri bir neçə dəfə görüş keçirib. Hazırda Qazax rayonunun 7 kəndi - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara, Sofulu, Barxudarlı, eləcə də Naxçıvanın Kərki kəndi erməni işğalı altındadır.

Ermənilər 1990-92-ci illərdə işğal etdikləri bu kəndləri qanunsuz olaraq Ermənistanın Tavuş rayonu ərazisinə daxil ediblər.

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanla bu ilin martında keçirdiyi görüşdən sonra rəsmi Bakı işğal edilmiş 4 eksklav olmayan kəndin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz və dərhal azad edilməsini istəyib.

“Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq", - deyə rəsmi Bakının bəyanatında vurğulanıb.

Ötən həftə Tavuş rayonunda məskunlaşmış ermənilərlə görüşən Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxın işğal altında olan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) Azərbaycana qaytarmağa məcbur olacaqlarını bildirib. Əks halda, o, müharibə olacağını istisna etməyib.(“Joğovurd”)

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO