[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramazanın 24-cü gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 24-cü günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 3-də Bakıda imsak saat 04:53, iftar isə saat 19:22-dədir.

Ramazan ayının 24-cü gününün duası:

"Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin".

Tərcüməsi:

"İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!"

Allah orucunuzu qəbul etsin!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ANAMA əməkdaşı Ağdamda minaya düşüb, vəziyyəti qənaətbəxşdir

Aprelin 2-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Ağdam rayon prokurorluğu məlumat yayıb.

Hadisə nəticəsində ərazidə mina təmizləmə işləri aparan Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Əliyev Xəyyam Qəmbər oğlu xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib.

Hazırda Xəyyam Əliyevin vəziyyəti qənaətbəxşdir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məsul qurumların "unutduğu" ərazinin sakinləri... - divarı çatlamış evlərdə yağış suları ilə "yaşayır"

Bakı gözəl şəhərdir, əslində. Di gəl, yağış Bakımıza yaraşmır. Yağış yağan kimi yollarımızda, küçələrimizdə, məhəllələrimizdə, qəsəbə və kəndlərimizdə gölməçələr yaranır. Sakinlərin qayığa ehtiyacı olur ki, yolları keçə bilsinlər. Bəzi qəsəbələrdə kanalizasiya sistemləri olmadığı üçün yağış suları birbaşa evlərin zirzəmilərinə dolur.
Bu gün Bakı şəhərinin Suraxanı rayonu Zığ qəsəbəsi Hövsan yolu istiqamətində yerləşən fərdi evlərin sakinləri Bizimyol.info xəbər portalına müraciətdə bildiriblər ki, yağış bərəkət olsa da, onları yağışın yağması heç sevindirmir. Çünki yağış yağan kimi, çala-çuxur yollara su dolur və keçmək mümkün olmur. Bununla yanaşı, yağış suları zirzəmilərə dolur. Bu da ərazi sakinlərinə böyük sıxıntılar yaşadır. Hətta vəziyyət elədir ki, bəzi evlərin divarlarında çatlar yaranıb.

Sakinlər hara və kimə şikayət edəcəklərini bilmirlər. Bircə bildikləri odur ki, yağış yağanda onsuz da çətin olan həyatları bir qədər də çətinləşir.

Sakinlər bildirib ki, ərazidə kanalizasiya sistemi olmadığı üçün həər kəs qapısında şanbo qazıb və tullantı suları bu şanbolara axıdır.

Bu ərazidə yaşayanlar düşünürlər və hətta əmin olublar ki, onların acınacaqlı vəziyyəti məsul qurumları heç maraqlandırmır.

Bizimyol.info ərazidən çəkilən video görüntüləri təqdim edir:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mədəniyyət Nazirliyi dəstək üçün “Baku Media Mərkəzi”nə 1,3 milyon ayırdı - DETALLAR

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi “Baku Media Mərkəzi” MMC (VÖEN – 1402552521) ilə 2 satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə Kino Agentliyi “Baku Media Mərkəzi” MMC tərəfindən çəkilən “Ölüm axtaran qadın” tammetrajlı sənədli filmi üçün 285 min manat, “Borc” tammetrajlı bədii filmi üçün isə 1 milyon manat vəsait ödəyəcək.
Məlumat üçün bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Onu da qeyd edək ki, Kino Agentliyi maliyyə vəsaitini ötən il keçirdiyi film layihələri müsabiqəsinə əsasən ayırıb.
Mədəniyyət Nazirliyindən bildirilib ki, müsabiqənin məqsədi ölkədə kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsidir.
Müsabiqənin nəticəsinə görə Kino Agentliyi ümumilikdə 11 layihə və 16 tələbə filmi layihəsini maliyyələşdircək. Bu layihələrindən 2-si “Bakı Media Mərkəzi” MMC-yə məxsus olub.
Məlumat üçün onu da bildirək ki, Dövlət Vergilər Xidmətinin reyester məlumatlarında “Bakı Media Mərkəzi” MMC barədə məlumatlar ictimaiyyət üçün açıq deyil.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Validə Yusifova DTX tərəfindən həbs edildi - Şok səbəb

Azərbaycanda qadın dövlətə xəyanətdə ittiham olunur.

Validə Yusifova Elçin qızı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Lakin cinayət işinin təfərrüatı haqda məlumat yayılmayıb. Artıq iş üzrə ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Xanım müttəhimə qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Fikrət Məmmədovun adını bu siyahıdan çıxardı


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edirik:

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 312 (Cild I) 1-ci hissəsində “Fikrət Məmmədov” sözləri “Fərid Əhmədov” sözləri ilə əvəz edilsin.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bank Respublika" 2008-ci ildə qoyulan əmanətimi qaytarmır, deyirlər, pul batıb - ŞİKAYƏT

Bakı şəhər sakini, tanınmış rəssam-fotoqraf, vaxtilə mərhum Prezident Heydər Əliyevin fotoqrafı işləmiş Tahir Cəfərov "Bank Respublika"dan şikayətçidir.

AFN.az xəbər verir ki, o, sosial şəbəkədə yayılan videomüraciətində bir neçə il əvvəl adıçəkilən banka pul qoyduğunu, lakin indi həmin pulu çıxara bilmədiyini deyib: "2008-ci ildə 5 min manat əmanət qoymuşam "Respublika Bank"a. 16 il keçib üstündən, götürmək istəyirəm, mənə deyirlər ki, pul batıb gedib".
Maraqlıdır ki, şikayətçi T.Cəfərov 2008-ci ildən bəri bankda olan əmanətinin faizini də almayıb. Üstəlik, özünün dediyinə görə, Mərkəzi Bankda da T.Cəfərova əmanətinin batdığı deyilib. "Respublika Bank"ın baş ofisində isə şikayətçiyə verilən əmanət kitabçasını əlindən almaq istəyiblər: "Əvvəl məni başqa-başqa banklara yönəltmək istədilər ki, get ordan al. Dedim mən bura qoymuşam pulu, ordan niyə istəyim?!"

"Bank Respublika"dan səsləndirilən iddialarla bağlı mövqe bildirilmədi. Qeyd edildi ki, "Bank sirri haqqında" qanuna əsasən müştəri barədə məlumatların verilməsi doğru olmaz.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ETSN Kötüklüdəki YAŞIL SOYQIRIMI rəsmən himayə edir... - BUNUN BAŞQA ADI YOXDUR...


Oxucularımıza yenə də dia-az.info olaraq Qaxın Kötüklü kəndində sayseçmə ağacların qanuni kəsilməsindən bəhs etmək istəyirik.
Daha öncə bu barədə paylaşım etmişdik. ETSN-in reaksiyası bu oldu ki, elə belə də olmalıdır. Az kötük paylaşmışdıq deyə miqyas çox da vahiməli deyildi. Bu da heç nədir. Burda cəmi 20 filan ağac var. Ölkə üzrə 10 minlərlə belə ağac qanunla kəsilir hər il. Gedib bunları bir-bir çəkməyə nə resurs var, nə də ehtiyac, bu statistikadır.
Dərd odur ki, ETSN-ə görə burda problemli heç nə yoxdur, qanunidir və söhbət öldü...
Nümunə üçün ona görə ki, bura tək deyil bütün qırma sahələri bu gündədir. Dia-az.info bildirir ki, qazlaşma artsa da, odun tələbatı olan müəssisələr mərkəzi istilik sisteminə keçsə də ETSN qanuni ağac kəsmə işini hər il artırır. Məqsəd isə yanacaq odun tədarükü deyil. Əvvəl qanunsux yolla tədarük edilən ağac materialını indi qanunla tədarük edirlər. Sizcə bu meşənin vecinədir? Əlbəttə ki yox.
Bizim meşəçilər hər cəhdlə bunu normallaşdırmağa çalışırlar. Sovet dövründə Rusiyada Ukraynada aldıqları təhsillə meşədən ağac tədarükünün planlaşdırılmasından, icrasından danışırlar. Fərq ondadır ki, o ölkələrdə meşədən ağac tədarükü meşə əkinlərindən periodik baş verirdi, o ölkələrin ucsuz bucaqsız düzən meşələri var idi. Bizim meşələr isə 90% + dağətəyi təbii meşələrdir, erroziyaya meyllidir və bizim çox az meşəmiz var.
Hər il 10 minlərlə bu cür ağaclar qanunla kəsilirsə, meşənin vecinə də deyil, bu qanunidir yoxsa qanunsuz.
Sizcə kütləvi şəkildə nəhəng ağaclar kəsilirsə bunun qanuni ya qanunsuz olmağının iqtisadi cəhətdən başqs nə fərqi var?
Biz daha öncə də təklif etmişdik, meşələrimizin az və həssas olmasını nəzərə alaraq kommersiya məqsədli ağac materialı tədarükünün tamamilə dayandırılsın. Necə ki, 2018-ci ilə qədər belə idi. İndi də təkrar edirik: Bu qanuni meşə qırğınlarına "dur" deməyin vaxtıdır.
ETSN Kötüklüdəki YAŞIL SOYQIRIMI rəsmən himayə edir... - BUNUN BAŞQA ADI YOXDUR...ETSN Kötüklüdəki YAŞIL SOYQIRIMI rəsmən himayə edir... - BUNUN BAŞQA ADI YOXDUR...ETSN Kötüklüdəki YAŞIL SOYQIRIMI rəsmən himayə edir... - BUNUN BAŞQA ADI YOXDUR...ETSN Kötüklüdəki YAŞIL SOYQIRIMI rəsmən himayə edir... - BUNUN BAŞQA ADI YOXDUR...ETSN Kötüklüdəki YAŞIL SOYQIRIMI rəsmən himayə edir... - BUNUN BAŞQA ADI YOXDUR...ETSN Kötüklüdəki YAŞIL SOYQIRIMI rəsmən himayə edir... - BUNUN BAŞQA ADI YOXDUR...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Pilot Residence”in sakinləri yenidən Ədliyyə Nazirliyinə müraciət ediblər - AÇIQ MƏKTUB


Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 7-11 və Nizami küçəsi, ev 4 kəsişməsi ünvanında yerləşən "Pilot Residence” MTK tərəfindən inşa edilmiş binadakı özbaşınalıqlar və qanusuzluqlar barədə mətbuatda mütəmadi xəbərlər yayımlanır. Binada yaşayan sakinlərin sözlərinə görə, MTK tərəfindən yaşayış kompleksində inşaat-təmir işləri dəfələrlə dondurulmuş, təsdiqlənmiş layihədən saysız-hesabsız kənarlaşma və ciddi reviziyalar baş vermiş və yaşayış binasının daxili həyətində təsdiqlənmiş Layihədə ümumiyyətlə mövcud olmayan iri ticarət obyektinin inşası həyata keçirilmişdir. Problemlər bununla da bitmir. Şikayətçilər bildirir ki, "Pilot Residence” MTK törədilmiş hüquq pozuntularına görə məsuliyyətdən qaçması üçün Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaratmaq niyyətindədir və ikinci dəfə bu Cəmiyyətin qurulması barədə bir qisim mənzil sahibinin imzasını saxtalaşdıraraq, onların adından guya imza toplamış kimi göstərərək təqdim olunan saxta Protokolu qeydiyyatdan keçirmək üçün Ədliyyə Nazirliyinə göndərmişdir. Qeyd olunur ki, MTK və ya digər bir təşəbbüs qrupu tərəfindən bu məqsədlə heç vaxt Mənzil Sahiblərinin Ümumi İclası keçirilməyib, Ədliyyə Nazirliyinə MTK-nın təşəbbüsü və təşkilatçılığı ilə təqdim olunmuş Protokolda təqdim olunan mənzil sahiblərinin imzalarının bir qismi mənzil sahibləri tərəfindən atılmayıb, digər bir qisminin isə etibarsız olduğuna ciddi əsaslar mövcuddur.

Üzərindən xeyli müddət keçməsinə baxmayaraq, MTK rəhbərliyi hələ də sakinlərin haqlı narazılıq və şikayətlərini təmin etmir. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikası Ədliyyə Naziri postunda dəyişiklikdən - yeni nazir təyinatından sonra "Pilot Residence” Yaşayış Kompleksindəki 22 nəfər mənzil sahibi adından Ədliyyə Nazirliyinə, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman), Azərbayan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Bakı şəhəri prokuroruna və Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş idarəsinə şikayət məktubu ünvanlanmışdır. Məktubda Ədliyyə nazirindən MTK-nın mənzil mülkiyyətçilərindən xəbərsiz təqdim olunan, saxta sənədlər əsasında Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) formalaşması barədə "Ümumi İclasın Protokolu” və digər sənədlərin etibarlılığının yoxlanılması, saxtakarlıq aşkar olunduqda həmin əməllərə hüquqi qiymət verilməsi məqsədilə prokurorluq orqanlarına göndərilməsi, sakinlər və MTK arasında Səbail Rayon Məhkəməsində olan mübahisələri nəzərə alaraq həmin mübahisələr yekunlaşanadək və MTK Yaşayış Kompleksinin sakinləri qarşısında tərəflər arasında Müqavilələrdə qeyd olunmuş öhdəlikləri tam yerinə yetirənədək mövcud MTK-nın yerinə yeni idarəetmə "SƏBAİL-23” MMMC-nin formalaşması barədə MTK-nın vermiş olduğu müraciətin baxılmasının dayandırılmasına göstəriş verilməsi xahiş olunur.

Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

Azərbaycan Respublikasının Ədliyyə naziri

cənab Fərid Əhmədova

Surəti: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə

Müvəkkili (Ombudsman) xanım Səbinə Əliyevaya

Surəti: Azərbayan Respublikası Baş Prokurorluğu yanında

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi

cənab Nazim Rəcəbova

Surəti: Bakı şəhəri prokuroru cənab Elşən Abbasova

Surəti: AR Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş idarəsinin rəisi cənab İlqar Məmmədova

Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 7-11 və

Nizami küçəsi, ev 4 kəsişməsi ünvanında yerləşən

"Pilot Resıdence” MTK yaşayış binasında yaşayan sakinlər tərəfindən

KOLLEKTİV MÜRACİƏT.

Hörmətli cənab Nazir!

Yaşadığımız Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 7-11 və Nizami küçəsi, ev 4 kəsişməsi ünvanında yerləşən "Pilot Residence” MTK tərəfindən inşa edilmiş binadakı özbaşınalıqların və qanusuzluqların qarşısının alınması məqsədilə mənzil sahibləri adından Sizə müraciət etmək məcburiyyətində qalmışıq.

Belə ki, Səbail Rayonu İcra Hakimiyyətinin 2 iyun 2017 il tarixli 3/10-497 saylı Sərəncamı ilə təsdiqlənmiş Pilot Layihəyə uyğun olaraq "Pilot Residence” MTK yaşayış binasının tərkibində 1) ümumi qapalı istirahət parkı, 2) yeraltı qaraj mərtəbəsi və 3) Rostropoviçlər küçəsinə avtomobil və piyada giriş-çıxışı inşa etməklə, mənzillərlə birgə 2019-cu ilin sonunadək sahiblərinə tam təhvil verməyi öhdəliyinə götürmüşdür.Binanın sakinləri ilə "Pilot Residence” MTK arasında yaşayış binası, qaraj mərtəbəsinin inşası və onun tərkibindəki mənzil və yeraltı qaraj yerlərinin, qapalı həyətin və Rostropoviçlər küçəsinə giriş-çıxışın 2017-ci ildə təsdiqlənmiş Layihəyə uyğun təhvili və istismarının təmin edilməsi və sakinlərə verilməsi istiqamətində bizimlə müvafiq alqı-satqı müqavilələri imzalanmışdır.

Buna baxmayaraq, MTK tərəfindən yaşayış kompleksində inşaat-təmir işləri dəfələrlə dondurulmuş, təsdiqlənmiş Layihədən saysız-hesabsız kənarlaşma və ciddi reviziyalar baş vermiş və yaşayış binasının daxili həyətində təsdiqlənmiş Layihədə ümumiyyətlə mövcud olmayan iri Ticarət Obyektinin inşası həyata keçirilmişdir. Belə ki, çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında tikilən, "Pilot Residence” MTK tərəfindən təxminən 850 kv.m. sahəni əhatə edən ərazidə həmin binanın dövlət orqanı tərəfindən təsdiq edilmiş layihəsində göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikili tikilmiş və "Bazarstore” MMC-yə icarəyə verilmişdir. Bu qanunsuz tikilinin mövcudluğu bina sakinlərinin binadan və binanın layihə üzrə göstərilən həyətindən normal istifadəsi üçün ciddi problem yaratmaqdadır.

Bundan başqa inşaatı faktiki 2016-cı ildən, 2017-ci ildən isə mənzil və yeraltı qarajların satışına başlanmasına baxmayaraq, idarəetməni faktiki həyata keçirən MTK Təsisçisinin acgözlüyü ucbatından "Pilot Residence” yaşayış kompleksinin həyəti və qarajlarına giriş-çıxış Layihəyə uyğun şəkildə təmin olunmamışdır, həyətinin ərazisində isə qeyri-qanuni şəkildə iri kommersiya obyektinin tikilməsi azmış kimi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin sağ tərəfində binanın rəsmi dövlət orqanları tərəfindən təsdiq edilmiş layihəsində göstərilməyən və heç bir rəsmi icazəsi olmayan 2 mərtəbəni əhatə edən qanunsuz dəmir tikili inşa olunaraq, qeyri-yaşayış obyekti sahibinə satılmışdır.

Həm "Pilot Residence” MTK, həm də "Bazarstore” MMC faktiki olaraq sakinlərə məxsus, onların Layihəyə əsasən istifadə edə biləcəyi binanın həyətini qanunsuz şəkildə istifadə edərək qanunsuz gəlir əldə edirlər. Qeyd olunan qanunsuz tikilinin binanın həyətində mövcud olması və fəaliyyət göstərməsi Şəhərsalma və Tikinti normalarının vəyanğın təhlükəsizliyi norma və qaydalarının kobud şəkildəpozuntusu oğlduğundan sakinlər tərəfindən kollektiv formada qanunsuz tikillilərin sökülməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət olunmuş, həm "Pilot Residence” MTK, həm də "Bazarstore” MMC-ni cavabdeh qismində məhkəməyə verilmiş və Layihənin ərazisində qanunsuz tikililər barədə qismində iddiamız təmin olunmuşdur. (Məhkəmə Qətnaməsi bu Müraciətimizə əlavə olunmuşdur.)

"Pilot Residence” MTK bu günədək bizimlə bağlanılmış müqavilələrdə göstərilən şərtləri yerinə yetirmir, sakinlərdən külli miqdarda vəsait toplayaraq, yaranmış öhdəliklərin icraatından boyun qaçırdır; "Pilot Residence” Yaşayış Kompleksi və onun ərazisində dövlət orqanı tərəfindən 2017-ci ildə təsdiqlənmiş Layihəsindən baş vermiş kənarlaşmaları davamlı olaraq həyata keçirdir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, yaşayış binası üzrə Səbail Rayonu İcra Hakimiyyəti tərəfindən dövlət qəbulu sənədləri təsdiqlənsə belə, mənzil sahiblərinin ciddi bir qismi müvafiq qaydada Çıxarışlarını əldə edə bilməmişdir və MTK tərəfindən 2017-ci ildə təsdiqlənmiş Layihənin tam yekunlaşması istiqamətində hələ də icra olunmayan işlər mövcuddur (yuxarıdakı ilə bağlı Səbail Rayon və Bakı

Appelyasiya Məhkəmələri tərəfindən MTK-nın öhdəlikləri təsdiqlənmişdir, İcra Olunmamış İşlərin Siyahısı da əlavə olunmuşdur).

Bildirmək istəyirik ki, "Pilot Residence” MTK törədilmiş hüquq pozuntularına görə məsuliyyətdən qaçması üçün Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaratmaq niyyətindədir və yeni Cəmiyyətin qurulması barədə mənzil sahiblərinin imzasını saxtalaşdıraraq, onların adından guya imza toplamış kimi göstərərək təqdim olunan saxta Protokolu qeydiyyatdan keçirmək üçün Ədliyyə Nazirliyinə göndərilmişdir. Xüsusi qeyd etməliyik ki, MTK və ya digər bir təşəbbüs qrupu tərəfindən bu məqsədlə heç vaxt Mənzil Sahiblərinin Ümumi İclası keçirilməyib, Ədliyyə Nazirliyinə MTK-nın təşəbbüsü və təşkilatçılığı ilə təqdim olunmuş Protokolda təqdim olunan mənzil sahiblərinin imzalarının bir qismi mənzil sahibləri tərəfindən atılmayıb, digər bir qisminin isə etibarsız olduğuna ciddi əsaslar mövcuddur.

Təsəvvvür edin ki, "Pilot Residence” MTK-nın məsul şəxsləri sakinlərdən xəbərsiz onların adından saxta imza ataraq və saxta protokol tərtib edərək yalandan törədilmiş hüquq pozuntularına görə məsuliyyətdən qaçması üçün Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaratmaq istəyirlər. Bir dəfə belə bir cəhd edilmiş və heç bir iclas keçirmədən, MTK işçiləri tərəfindən sakinlərin adından saxta imzalar atılmaqla "SƏBAİL-23” MMMC qurulması ilə bağlı AR Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş idarəsinə müraciət olunmuş, ancaq sənədlərdə səhvlik olduğundan qeydiyyat təsdiq olunmamışdır. Ancaq bizdə olan məlumatlara görətəkrarən saxta sənədlər əsasında yenidən AR Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş idarəsinə müraciət olunmuş və hazırda həmin sənədə baxılmaqdadır. Saxta sənəd tərtibatı ilə Səbail Rayon Prokurorluğuna şikayət etməyimizə baxmayaraq, prokurorluq tərəfindən heç bir araşdırılma aparılmamış və açıq aşkar saxta sənəd tərtib olunması ilə bağlı cinayət əməli araşdırılma aparılmadan bağlanılmışdır.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi bizimlə MTK arasında kifayət qədər mübahisələrimiz var və həmin mübahisələrin həlli üçün binamızın bir neçə sakinlər qrupları tərəfindən "Pilot Residence” MTK-nın götürdüyü öhdəliklərdən yayınması və fəaliyyətindəki ciddi qanunsuzluqlar, o cümlədən kvadratura itkiləri, barədə təqdim olunmuş kollektiv şikayətlər hazırda Səbail Rayon Məhkəməsi, Bakı Appelyasiya Məhkəməsinin və Ali Məhkəmənin icraatındadır.

Əlavə olaraq, xüsusi qeyd etməliyik ki, MTK kontrakt öhdəliklərini tam yerinə yetirib, mənzil və qaraj sahiblərinə müvafiq həyət və giriş-çıxış yol ifrastrukturu ilə rəsmi Layihəyə uyğun şəkildə təhvil verdikdən, mənzil sahibləri isə mülkiyyət hüququnu təsdiq edən dövlət sənədlərini tam əldə edə biləndən dərhal sonra "Pilot Residence” Yaşayış Kompleksinin mülkiyyətçiləri Mənzil Məcəlləsinin tələblərinə uyğun şəkildə həqiqi Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini təsis edib, idarəetməni həyata keçirməyə planlayır.

Hörmətli cənab Nazir!

Bakı şəhəri Səbail rayonu ərazisində,"Pilot Residence” MTK-nın mənzil mülkiyyətçilərindən xəbərsiztəqdim olunan, saxta sənədlər əsasındaMənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) formalaşması barədə"Ümumi İclasın Protokolu” və digər sənədlərin etibarlılığının yoxlanılması, saxtakarlıq aşkar olunduqda həmin əməllərə hüquqi qiymət verilməsi məqsədilə prokurorluq orqanlarına göndərilməsi, sakinlər və MTK arasında Səbail Rayon Məhkəməsində olan mübahisələri nəzərə alaraq həmin mübahisələr yekunlaşanadək və MTK Yaşayış Kompleksinin sakinləri qarşısında tərəflər arasında Müqavilələrdə qeyd olunmuş öhdəlikləri tam yerinə yetirənədək mövcud MTK-nın yerinə yeni idarəetmə "SƏBAİL-23” MMMC-nin formalaşması barədə MTK-nın vermiş olduğu müraciətin baxılmasının dayandırılmasına göstəriş verməyinizi Sizdən xahiş edirik. Dia-az.info

Qoşma:

1.Müvafiq Məhkəmə qətnamələri, qərardadları və digər sənədlərin surətləri.

2."Pilot Residence”MTK tərəfindən İcra Olunmayan İşlər Siyahısı.

İmza: "Pilot Residence” Yaşayış Kompleksindəki 22 nəfər mənzil sahibi adından.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Aznet" istifadəçilərini internetsiz qoydu - GİLEY

Azərbaycanda fəaliyyət göstərən "Aznet" İnternet Provayderi gün ərzində fəaliyyət göstərməyib.

İstifadəçilər "Arqument.az"a deyiblər ki, günün birinci yarısında internetləri kəsilib.

Şirkətdən isə onlara bildiriblər ki, sistemdə yenilənmə gedir və 1 saata internet bərpa olunacaq, ancaq günün sonuna yaxın hələ də internet bərpa edilməyib.

Abunəçilər deyirlər ki, texniki problem yaransa da, şirkət bu barədə olnlara heç bir məlumat verməyib, yalnız özləri maraqlandıqdan sonra onlara texniki nasazlığın olduğu deyilib. Bu məlumat isə provayderin "Votsap"ında verilib.

Provayderin "*8113" "qaynar xətt" nömrəsi isə ümumiyyətlə işləməyib.

İstifadəçilər hesab edirlər ki, bununla da "Aznet" İnternet Provayderi onların istehlakçı hüquqlarını pozub.

Ölkədə internet monoplistlərindən olan "Aznet" İnternet Provayderi rəsmi səhifəsində müasir telekommunikasiya xidmətləri və yüksək standartlara cavab verən internet provayder olduğunu yazır.

"AZnet Technologies" QSC hazırda Azərbaycanın bir çox bölgələrində - Bakı və Abşeron yarımadasında, respublikanin müxtəlif yerlərində və xüsusi olaraq Qarabağda fəaliyyət göstərir və istifadəçilərə Fiber Optik (GPON) xətlərlə təmin olunan sürətli internet, Statik IP, IP Telefoniya, VLAN, Data Port, LİF və AİK xidmətlər təklif etdiyini qyud edir.

Lakin görünür ki, xidmətin rəsmi səhifəsində qeyd olunan "müasir telekommunikasiya xidmətləri və yüksək standartlar" yalnız sözdə əksini tapıb.

Yeri gəlmişkən, "AZnet Technologies" QSC-dən isə "Arqument.az"a da bildiriblər ki, problem texniki nasazlıq və yenilənmə ilə bağlıdır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO