[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, aprelin 7-də bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABŞ-də atışma: 2 ölü, 7 yaralı


ABŞ-nin Florida ştatının Doral şəhərində yerləşən “CityPlace Doral” ticarət mərkəzində atışma olub.

Bu barədə Doral şəhərinin polis idarəsindən məlumat verilib.

Hadisə nəticəsində iki nəfər ölüb, yeddi isə nəfər yaralanıb. Hücum edən şəxs öldürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 28-ci günüdür.

Sabah imsak vaxtı saat 04:46, iftar isə 19:26-dadır.

İmsak duası:

“Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin”.

Tərcüməsi:

“İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!”

“İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu Peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İran İsrailə birbaşa zərbə endirə bilər? - TƏHLİL

İranın İsrailə birbaşa zərbə endirəcəyi ilə bağlı yayılan xəbərlər Yaxın Şərqdəki vəziyyəti daha da gərginləşdirib. Bir müddət əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə istinadən Tehranın 48 saat ərzində İsrailə zərbə endirəcəyinə dair məlumatlar yayılmışdı. Bu, müddət ötüb. Bununla belə, tərəflərin qarşılıqlı ittihamı və hazırlığı davam edir.

Yenixeber.org: İranın Suriyadakı baş konsulluğu kimi təqdim edilən binaya hava zərbələrinin endirilməsi nəticəsində iranlı zabitlərin ölməsi tərəflərin İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei başda olmaqla ölkə rəsmilərinn sərt açıqlama verməsinə səbəb olub. Ölkənin lideri bu hücumda İsraili ittiham edərək “sionistləri məyus edəcəklərini” bildirmişdi.

İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri isə bildirib ki, İsrailin hücumu cavabsız qalmayacaq: “Bu, İsrailin intihardır”. Baş Qərargah rəisi vurğulayıb ki, proses İsrailin məhvini sürətləndirəcək: “Dəməşqə hücumun məsuliyyəti ABŞ-nin üzərinə düşür”. İran hərbçisi İsrailə qarşı əməliyyatın vaxtını, tipini və üsulunu təyin edəcəklərini söyləyib: “Bunlar mütləq dərindən araşdırlacaq və biz düşməni (burada İsraili nəzərdə tutur - red.) əməlinə görə məyus olmağa məcbur edəcəyik”.
İran İsrailə birbaşa zərbə endirə bilər? - TƏHLİL

Yeri gəlmişkən, M.Baqeri 1979-cu ilin payızında tələbə ikən ABŞ-nin Tehrandakı səfirliyinə hücumda və diplomatik missiyanın əməkdaşlarının girov götürülməsində iştirak edib. Deməli, Baqerinin çıxışından belə nəticəyə gəlmək olar ki, hücumun vaxtı, forması və yeri hələ dəqiqləşdirilir. Bu isə hücumla bağlı yayılan xəbərin doğru olmadığını təsdiqləyir.

ABŞ və İsrail isə İranın ehtimal olunan mümkün hücumuna qarşı döyüş hazırlığı vəziyyətini artırıb. ABŞ-nin CNN telekanalı bildirib ki, ABŞ və İsrail İranın cavab zərbəsini “qaçılmaz”, “gözlənilən” sayır. Məlumata görə, bu iki ölkənin obyektləri Tehranın zərbə hədəfi ola bilər.

Bəs görəsən İran İsraili vuracaq? Bu baş versə, nəticə necə olar? İsrail dövləti yaranandan İran hakimiyyətinin ona münasibəti birmənalı olmayıb. Məhəmmədrza şah Pəhləvi İsraillə hərtərəfli əməkdaşlıq edib. Həmin illərdə İranda yəhudilərin sayı 200 mindən çox olub. 1961-ci ildə İsrailin Baş naziri David Ben-Qurion İrana səfər edib. O, İrana ərəb olmayan Yaxın Şərq dövlətləri koalisiyasının mühüm tərkib hissəsi kimi baxıb. Bu koalisiyaya İsrail və İrandan başqa Türkiyə və Efiopiya da daxil idi. Bu münasibət o qədər yaxın olub ki, İsrailin Məhəmmədrza şaha qonşu İraqa qarşı çəkindirici vasitə sayılan nüvə proqramının inkişafında köməklik göstərdiyinə dair məlumatlar yayılmışdı.
İran İsrailə birbaşa zərbə endirə bilər? - TƏHLİL

Ancaq iki ölkə arasında qurulmuş 30 illik münasibət 1979-cu ildə ayətullah Xomeyninin gəlişi ilə dağıldı. Onlar “İsrailə ölüm!” şüarını irəli sürərək yəhudi dövlətini düşmən elan etdilər. Xomeyni və onun tərəfdarları islam dininə və hakim təriqətə əsaslanaraq yəhudi dövlətinin xəritədən silinməsini əsas hədəf seçiblər. İran hakimiyyəti Holokostu hələ də tanımır. Tehran 45 ildir İsrailə qarşı davamlı mübarizə aparır. İnqilab Keşikçiləri Korpusunun (Sepah) Qüds qolu İsrailin ətrafındakı, habelə onunla tərəfkeş olanlara qarşı da müxtəlif formada mübarizə aparır. Tehran hakimiyyəti ABŞ-ni də “böyük şeytan” adlandıraraq “Amerikaya ölüm!” şüarını irəli sürməklə İsrailin arxasında onun durduğunu iddia edir.

İslam Respublikası düşmən saydığı hər iki ölkəyə, onların regional maraqlarına qarşı “müqavimət hərəkatı” adı altında silahlı-siyasi qruplar hazırlayır. Həmin dəstələr özlərini Sepahın üzvləri sayırlar. Məsələn, 1982-ci ildə Livanda Hizbullah yaradıb. Bu silahlı-siyasi qruplaşma parlament və hökumətdə təmsil olunur. Deməli, Livanda hakimiyyətdə İran təmsil olunur. Hizbullahın əsas hədəfi İsraili narahat etməkdir. İki ölkə arasında indiyədək sərhəd müəyyənləşməyib. Hizbullahın İsrailə raket zərbələri endirməsi də İranın tapşırığı ilə reallaşır. Çünki bu qruplaşmanı hərbi texnika və silahla İran təchiz edir. Ötən illərdə İsraillə müharibədə Hizbullahın istifadə etdiyi İran istehsalı olan hərbi texnika və s. bunu təsdiqləyir.
İran İsrailə birbaşa zərbə endirə bilər? - TƏHLİL

Sonrakı dövrdə Suriya və İraqda mərkəzi hakimiyyət zəifləyəndən və ABŞ orada hərbi bazalar yaradandan sonra İran bu yerlərdə kök salmağa başlayıb. Sepah hər iki ölkənin ərazisində müxtəlif silahlı qruplaşmalar yaradıb. Onlardan hazırda İsrailə qarşı hücumda istifadə edilir. HƏMAS İsrailə hücum edəndən sonra Tehranın regional maraqları və hədəfləri daha aydn görünməyə başladı. Müharibə getdiyi bir halda HƏMAS və "İslami Cihad" kimi silahlı qruplaşmaların liderləri İrana səfər edərək ayətullah Seyid Əli Xamənei ilə görüşüblər. İran lideri həmin görüşdə onları tamamilə dəstəklədiklərini bildirib. Yəməndəki husilər də Səudiyyə Ərəbistanı üzərindən İsraili raket atəşinə tuturlar. Bu o deməkdir ki, İran hakimiyyəti İsrailə qarşı bu qüvvələr vasitəsilə müharibə aparır. Özü isə kölgədə qalaraq mövcud toqquşma ilə əlaqəsinin olmadığını iddia edir.

Bundan başqa, Tehran yəhudi dövlətinə son zamanlar sınaqdan çıxardığı uzaqmənzilli ballistik raketlərlə də zərbə endirə bilər. O, İsrailin müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərinə hücumları təşkil etməklə Dəməşqdəki hadisənin əvəzini çıxmağa səy göstərər. Ancaq bütün hallarda Tehranın öz ərazisindən İsraili vurması ehtimalı yox dərəcəsindədir. Bu, HƏMAS-la qarşıdurmada özünü göstərməyən İranın İsrailə savaş elan etməsi, yaxud müharibədə iştirakı kimi dəyərləndirilər. Tehranın belə bir addım atması isə ona qarşı daha sərt addımların atılması ilə müşayiət olunar.
İran İsrailə birbaşa zərbə endirə bilər? - TƏHLİL

Bu da əvvəllər İrana qarşı sanksiyalarda qeyri-müəyyən mövqedə olan ABŞ-nin müttəfiqlərinin anti-Tehran koalisiyasına qoşulmasına səbəb olar. İranın İsraillə müharibəsi Sepahın terrorçu təşkilatlar siyahısına daxil edilməsini sürətləndirər, tərəddüdləri aradan qaldırar. Belə bir vəziyyət regionda müharibənin miqyasının genişlənməsinə səbəb olar. Bu isə dünyada yeni konfiqurasiyanın yaranmasına təsir göstərər. Nəticədə Rusiyanın Ukraynada apardığı müharibəni ikinci plana keçirə bilər. Belə olan halda İranın Rusiyaya hərbi texniki yardımları da azalar, hətta kəsilər. Vəziyyətin mürəkkəbləşməməsi üçün ABŞ İrana belə bir addımı atmaqdan çəkinməyi məsləhət görüb.

Beləliklə, Tehran rəsmilərinin İsrailə qarşı ritorik çıxışları əvvəlki illərdə verilən açıqlamaların təkrarına oxşayır, onları xatırladır. Çünki belə bir addım İran hakimiyyətinin də aqibətini həll edər. Nəzərə almaq lazımdır ki, son illər ölkədə etiraz aksiyalarında hakimiyyətin başında duran şəxs əsas hədəf olub. Ona görə də İranın İsrailə birbaşa zərbə endirəcəyi əməliyyatı bu dəfə də müxtəlif bəhanələrlə təxirə salına bilər.(Report)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda yük maşını aşıb, maye yola dağılıb

Heydər Əliyev prospekti, “Koroğlu” metro stansiyasının qarşısında bitum daşıyan yük maşını aşıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, nəticədə avtomobildə olan maye yola dağılıb. Nəqliyyat vasitələrinin hərəkətində çətinlik yarandığından mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Qeyd edək ki, baş vermiş hadisə nəticəsində həm mərkəz, həm aeroport yolu istiqamətində sıxlıq yaranıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AYNA-da qanun-manun hərləyən kimdir ki... - BU DA FAKT!!!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin "agentliyin istifadəsində olan kondisionerlərin cari təmiri,kondisioner və soyutma sistemlərinə illik texniki servis xidmətlərinin satınalınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

Tenderin qalibi "VK GROUP CONSTRUCTION" MMC olub. Tərəflər arasında 40.887 AZN-lik müqavilə bağlanıb.

Əldə etdiyimiz məlumata görə, qalib şirkətin hazırda dövlətə 17641.83 AZN vergi borcu var.

Bildirək ki, bizamanmə kapitalı 10 AZN olan "VK Group Construction" MMC-nin qanuni təmsilçisi VÜSAL KƏRİMOV ŞAMİL OĞLUdur.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevdir.

Xatırladaq ki, "VK GROUP CONSTRUCTION" MMC ötən ilin oktyabr ayında 10984.17 AZN vergi borcu olduğu halda Nizami Tibb mərkəzi ilə tender müqaviləsi imzalamışdı.(32gun)
AYNA-da qanun-manun hərləyən kimdir ki... - BU DA FAKT!!!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi ciddi nöqsanlara görə işdən çıxarılıb - ƏMR

Mədəniyyət Nazirliyinin Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarılıb.

APA-nın əldə etdiyi məlumata görə, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Səftər oğlu Mehdiyevin əmək müqaviləsinə xitam verilib.

Bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Nurəddin Mehdiyev işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsmayıl Əhmədov həbsdən YAYINA BİLƏCƏKMİ? - İLGİNC


Naxçıvanda ötən il yaradılan, bu yaxınlarda fəaliyyəti dayandırılan "Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri İsmayıl Əhmədov xüsusi ittiham qaydasında məhkəməyə verilib. Dia-az.info xəbər verir ki, iş Suraxanı Rayon Məhkəməsində hakim Namiq Kərimovun icraatındadır. İsmayıl Əhmədov Cinayət Məcəlləsinin 147.1, 147.2-ci maddələri ilə mühakimə olunacaq.

Fevralın 8-i və 21-nə təyin edilmiş hazırlıq iclasları təxirə salınmışdı. Növbəti hazırlıq iclası martın 6-da keçirilib, xüsusi ittiham qaydasında şikayət icraata qəbul olunub. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmağa görə, İsmayıl Əhmədov üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Qeyd edək ki, İsmayıl Əhmədovun adı son vaxtlar mediada tez-tez hallandırılır. Onun rəhbərlik etdiyi müəssisənin Naxçıvanda qanunsuz fəaliyyətlə məşğul olduğu iddia edilir. Onların qanunsuz əməlləri ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda da araşdırma aparılır.

Dəfələrlə qeyd olunduğu kimi, İsmayıl Əhmədov özünü Naxçıvanda xüsusi səlahiyyət verilmiş şəxs kimi aparır və yüksək vəzifəli şəxsin adını çəkir. Mediada faktlarla təqdim edilən ciddi tənqidi yazılara, muxtar respublika prokurorluğunda aparılan araşdırmalara baxmayaraq, Naxçıvandakı yüksək vəzifəli şəxs İsmayıl Əhmədovun "xidmətlərindən” imtina edə bilmir.

Görünür, həmin şəxsin artıq İsmayıl Əhmədovu müdafiə etməyə gücü çatmayıb. Bu isə çox ciddi siqnaldır. Bəzi adamlara başa salınır ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmiz qanunlarla idarə olunur.

İndiyədək qanunları heçə sayanların aqibəti yaxşı olmayıb.

Dia-az.info bildirir ki, bu günlərdə İsmayıl Əhmədov Bakıda olub və iddiaçı tərəfi dilə-dişə tutmaq üçün əlindən gələni edib. Hətta onun qarşı tərəfə böyük məbləğ vəd etdiyini də iddia edirlər...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Muğan Bank"ın Mingəçevir filialının direktoru zavod rəhbərinin ailəsini necə aldadıb? - Hökm oxundu


Ləğv edilmiş "Muğan Bank" ASC-nin Mingəçevir şəhər filialının direktoru Vüqar Əsgərova görə hökm oxunub.

Qaynarinfo-nun ələ etdiyi məlumata görə, Vüqar Əsgərov 2009-2022-ci illər ərzində filialın rəhbəri olduğu dönəmdə Mingəçevir Dəmir-Beton Məmulatları zavodunun direktoru, məşhur mühəndis, iş adamı Rafiq Xammət oglu Paşayevin ailəsinin xəbəri olmadan adlarına kredit götürübmüş.

Belə ki, bankın Mingəçevir filialında Rafiq Paşayevin ailəsinə məxsus 21.967,00 ABŞ dollar (37.343,90 manat) və a 36.900,00 manat məbləğində depozit hesabı olub. Vüqar Əsgərov iş adamının ailəsinin xəbəri olmadan, kreditin verilməsində heç bir problem olmayacağını bilərək həmin əmanəti girov qoymaqla 29 aprel 2020-ci ildə 11 min dollar pul götürüb.
"Muğan Bank"ın Mingəçevir filialının direktoru zavod rəhbərinin ailəsini necə aldadıb? - Hökm oxundu

Rafiq Paşayev

O, 1 sentyabr 2022-ci il tarixdə rəhbərlik etdiyi filialda Rafiq Paşayevin ailəsinin xəbəri olmadan 36.900,00 manat məbləğində depoziti girov qoyaraq adlarına daha 29 min manat məbləğində kredit götürüb.

İşin üstü açıldıqdan sonra Mingəçevir Şəhər Prokurorluğunda Vüqar Əsgərova Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi açılıb. Sabiq bank direktoru 14 mart 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixədək həbsdə saxlanılıb.

Cinayət işi tamamlanaraq məhkəməyə göndərilib. Məhkəmə müddətinə kimi sabiq direktorun Rafiq Paşayevin ailəsinə dəyən zərəri ödədiyi də məlum olub.

Məhkəmənin qərarı ilə Vüqar Əsgərova 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 2 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Qeyd edək ki, hazırda Vüqar Əsgərov "İnternational" Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialının müdiri vəzifəsində çalışır.

Qeyd edək ki, "Muğanbank" ASC 1992-ci ildə dövlət qeydiyyatına alınıb və 19 oktyabr 2023-cü ildə Mərkəzi Bankın (AMB) İdarə Heyətinin qərarı ilə lisenziyası ləğv edilib. Bankın əsl sahibi sabiq millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputatın oğlunun TƏHLÜKƏLİ ƏLAQƏLƏRİ... - Pul qazanmaq yaxşı şeydir, amma...

"Rusiya Ədliyyə Nazirliyi 44 günlük müharibə dövründə maddi və mənəvi cəhətdən erməniləri dəstəklədiyini bildirən “Anderson” kafelər şəbəkəsinin rəhbəri Anastasiya Tatulovanı “xarici agent”lər siyahısına salıb".
Deputatın oğlunun TƏHLÜKƏLİ ƏLAQƏLƏRİ... - Pul qazanmaq yaxşı şeydir, amma...

Anastasiya Tatulova

Dia-az.info bildirir ki, bu açıqlama ilə tanınmış araşdırmamı-jurnalist Cavanşir Həsənli çıxış edib. Qeyd edək ki 44 günlük Vətən savaşı boyunca ölkə ictimaiyyəti ermənilərə dəstək olan Tatulovaya qarşı bir vətəndaş etirazı da düzənləmişdi. Lakin görünəni odur ki, nə hörmətli deputatımız, nə də onun oğlu bu məsələdə mənsub olduqları dövləttlə əlbir olmaq fikrində olmayıblar və hazırda da deyillər...

Buna işarə edən C.Həsənli daha sonra əlavə edir: "Milli Məclisin deputatı Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovun da Moskvanın Şkulyova küçəsindəki kafesinin adı "Anderson"dur.

Yəni deputatın oğlunun Ermənistana maliyyə yardımı göstərən Tatulova ilə françayzinq müqaviləsi var və buna görə ona haqq ödəyir..."
Deputatın oğlunun TƏHLÜKƏLİ ƏLAQƏLƏRİ... - Pul qazanmaq yaxşı şeydir, amma...

deputat oğlunun obyekti

Bu da sizə cibində "millətt vəkili" mandatı gəzidərnin millət təəssübkeşliyi...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO