[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Laçın yolu sülhməramlılar tərəfindən bağlanıb” - Hikmət Hacıyev


Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün brifinqdə bildirib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışdıqlarını, mülki təyinatlı digər nəqliyyat vasitələrinin hərəkəti məsələlərinə qarışmadıqlarını deyib.

Ümumiyyətlə, Ermənistan hökumətinin Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlərini Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisi olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, belə bəyanatların Ermənistan Baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə zidd olduğu bildirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İranda senzura gücləndirilir: Yeni qanun layihəsi hazırlanıb


İran hakimiyyəti ölkə hüdudlarında senzuranı artırmaq məqsədi ilə yeni qanun layihəsi hazırlayıb.

Artıq bu gün İran parlamentinin Məhkəmə-Hüquq Komissiyası “Kiberməkanda saxta xəbərlərin hüquqi təqibi” adlı qanun layihəsini növbəti müzakirə üçün qəbul edib.

Çıxış edən şəxslər bildiriblər ki, yeni qanun layihəsi qəbul ediləndən sonra bəzi xəbərlərin müəlliflərini “ağır cəza” gözləyəcək.

Məhkəmə-Hüquq Komissiyasının sözçüsü Kazem Delxoş isə bəyan edib ki, parlamentin məhkəmə komissiyası elə bir qanun hazırlayıb və formalaşdırıb ki, yalan xəbərlər dərc edən və ya onu kiberməkanda şişirdən hər kəs ədalət mühakiməsi qarşısında cavab verməli olacaq.

Mənbə: Dw.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya MN: “Şuşa-Xankəndi yolunun açılması ilə bağlı danışıqlar aparılır”


Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının komandanlığı Şuşa-Xankəndi yolunda hərəkətin bərpası ilə bağlı Azərbaycan nümayəndələri ilə danışıqlar aparır.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qurum danışıqların təfərrüatını açıqlamayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısı Abdin Fərzəliyevin və oğlunun ev qiymətinə olan bahalı saat kolleksiyası/FOTOLAR



Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev saatı ilə diqqət çəkib. Saat həvəskarı olan icra başçısı “Rolex” markasına üstünlük verir. A.Fərzəliyev “Rolex” markasının “Celine Moon Phase” modelinə aid saat taxır. Həmin saatın sözügdən modelinin qiymətləri 45.000 AZN ilə 63.000 AZN arasında dəyişir.

Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə, icra başçısının saat kolleksiyasında ən bahalı saatlardan saylan “Patek Philippe” və İWC kimi saat markaları da mövcuddur. Sözügedən hər iki saatın ən ucuz qiyməti isə Bakıda 1 otaqlı mənzilə bərabərdir.
Xatırladaq ki, yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları isə aşağıdakı məbləğlərdə müəyyən edilib: Bakı şəhər icra başçısı 1 925 manat, Gəncə və Sumqayıt şəhərlərinin icra başçısı 1 280 manat, əhalisinin sayı 100 min nəfərdən çox olan rayon icra başçıları 1 045 manat, əhalisinin sayı 50-100 min nəfər olan icra başçıları 990 manat, əhalisinin sayı 50 min nəfərədək olan rayon icra başçıları isə 880 manat məvacib alır. Yerli icra hakimiyyəti başçılarına da maaşlarının 25 faizi məbləğində əlavə aylıq pul təminatı edilir. Məsələn, Bakı şəhər icra başçısı 1925 manat məvacib alırsa, üzərinə 481 manat əlavə aylıq pul təminatı olunur. Bu da toplam 2406 manat edir.
İcra başçısı Abdin Fərzəliyevin və oğlunun ev qiymətinə olan bahalı saat kolleksiyası/FOTOLAR
İcra başçısı Abdin Fərzəliyevin və oğlunun ev qiymətinə olan bahalı saat kolleksiyası/FOTOLAR
İcra başçısı Abdin Fərzəliyevin və oğlunun ev qiymətinə olan bahalı saat kolleksiyası/FOTOLAR

Xatırladaq ki, bir müddət öncə Abşerob Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin oğlunun taxdığı saat sa müzakirələrə səbəb olmuşdu. Şəkildə gördüyünüz, əlində iki bağlama (20 min) dollar tutub poz verən şəxs Nərimanov rayon icra başçısı Abdin Fərzəliyevin oğludur. Lakin şəkildə diqqət çəkən digər bir məsələ də var. Əsas diqqəti Abdin Fərzəliyevin oğlunun qolundakı saat çəkir. Cumhuriyyet.az-ın araşdırması nəticəsində məlum olub ki, bu saat «Audemars Piguet” markasına aiddir və qiyməti ABŞ valyutası ilə 79 000 dollardır (134 000 manat). Türk satış saytlarında isə saat 560 268 TL-yə satılır. (Azərbaycan manatı ilə 146 566 manat+170 manat çatdırma pulu). Qeyd edək ki, internet resurslarında apardığımız araşdırma zamanı məlum oldu ki, həmin markalı saatların qiyməti 5 900 dollarla 1 milyon dollar arasında dəyişir.turantv.az

İcra başçısı Abdin Fərzəliyevin və oğlunun ev qiymətinə olan bahalı saat kolleksiyası/FOTOLAR
İcra başçısı Abdin Fərzəliyevin və oğlunun ev qiymətinə olan bahalı saat kolleksiyası/FOTOLAR
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azəravtoyol ASC – Nin Sədr Müavini Əvəz Qocayevin Mülklərinin SİYAHISI


“Azəravtoyol” ASC-nin sədr müavini Əvəz Qocayevin sərvətlərinin siyahısı barədə məlumat yenidən gündə olub.

Xəbəral.az xəbər verir ki, Sözügedən mülklərin siyahısını sizlərə təqdim edirik:

1. “Ocaq” ailəvi restoran ( Binəqədi, Digah yol kəsişməsi 4)
2. Yasamal, Xətayi, Sabil rayonlarında “Ocaq” (restoran, kafe, art) şəbəkəsi
3. Tovuz rayonu Əyyublu kəndində böyük ferma, artezian quyular
4. Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil
5. “NN” Gözəllik salonları şəbəkəsi (şəhərin müxtəlif yerlərində- qızı Xatirə Qocayeva idarə edir)
6. H.Əliyev küçəsində “Real” MTK-də 380 kv.m olan ofis (ASAN xidmətin arxası)
7. Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil
8. Özəl və dövlət banklarında arvadı Tamella Qocayevanın adına 10 milyon manat depozit ( arvadının və ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş, təkcə bu depozitlərdən 12 faizlə aylıq faiz gəlir təxminən 200 min manat)
9. Hazırda oğlu Anar Qocayev İnterpol Baş İdarəsində rəis müavini vəzifəsində çalışır.
10. Köhnə “Varovski”da 3 mərtəbə villa
11. Novxanıda ayrı-ayrılıqda 3 villa
12. “Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil
13. “REAL” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil
14. Port Bakuda 150 kv m daha bir mənzil
15. Binəqədi rayonunda böyük torpaq sahələri
16. Moskvada mənzil, Türkiyədə məşhur Leventdə mənzil
17. Qızı Xatirə Qocayevanın adına 2 milyon depozit
18. Şüvəlanda villa
19. Özünə və ailsəinə məxsus “Rang Rover”, “Audi Q7”, “Sklass Mercedes”,” Porche”, “BMW” markalı bahalı avtomobillər
20. Tovuz rayonunun özündə və Əyyublu kəndində tikinti materialları mağazası
21. Dərnəgüldə tikinti materialları mağazası
22. Bacısı Afət Qocayeva Əyyublu kənd orta məkətibinin direktorudur.
23. Bir tender şirkəti, “Polat Qapı Yol” şirkəti ilə şəriklik və s…

Qeyd edək ki, ölkədə sədr-müavinlərininn ortalama maaşı 1000-3000 manat arasındadır

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.

Xəbəral.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Tender kralı” bu dəfə Gəncə Dövlət Universiteti ilə müqavilə imzalayacaq


Gəncə Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Gəncə Dövlət Universitetinin keçirdiyi tender müsabiqəsinin qalibi “CEŞMƏ-MM” MMC (VÖEN – 1405822961) olub.

Qeyd edək ki, Gəncə Dövlət Universiteti jurnalların və biletlərin satın alınması üçün “CEŞMƏ-MM” MMC-yə 22 min 940 manat ödəyəcək.
Hüquqi ünvanı Nəsimi rayonu, Sahib Zeynalov, ev 16, m. 9-da yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məmmədov Xoşbəxt Mirzə oğludur.
Maraqlı məqamlardan biri də odur ki, “CEŞMƏ-MM” MMC dövlət qeydiyyatına alındıqdan cəmi 15 gün sonra “Bakı Şəhər Dezinfeksiya Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən elan olunan tender müsabiqəsində (Kotirovka sorğusu) qalib olub.
Dezinfeksiya Mərkəzi mətbəə xidmətlərinin alınması məqsədilə 08.02.2022-ci il tarixində tender elan edib. Tenderin qalibi olan “CEŞMƏ-MM” MMC isə 25.01.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Qalib şirkətə 47 min 995 manat ödənilib.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Tender müsabiqəsindən cəmi 15 gün əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Tenderlə bağlı diqqət çəkən digər bir məqam isə odur ki, bu ilin yanvar ayının 24-də “CEŞMƏ-MM” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda (Sahib Zeynalov, ev 16, m. 9) qanuni təmsilçisi Məmmədov Xoşbəxt Mirzə oğlunun olduğu daha 4 şirkət yaradılıb. “CEŞMƏ-MM” MMC-nin qanuni təmsilçisi olan Məmmədov Xoşbəxt Mirzə oğlu eyni zamanda "BRANKO" MMC (VÖEN - 1405821351), "STERRATO" MMC (VÖEN - 1405820841), "ENRIKE" MMC (VÖEN - 1405820971) və "ALFONS" MMC-lərin (VÖEN -1405821071) də rəhbəri olub.
Bu şirkətlər qeydiyyatdan keçdikdən qısa müddət sonra çoxsaylı tenderlərin qalibi olub.

Aşağıdakı linklərə daxil olaraq bu barədə ətraflı məlumat ala bilərsiniz:

​Yeniavaz.com

Büdcə pullarını “Ceşmə” və “Alfons”a kimlər “axıdır”? - Adlar...My Webpage

130 minlik tenderi 10 gün əvvəl yaranan şirkət uddu – FOTOFAKT My Webpage
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qarşı tərəfdə cənab İlham Əliyevin olması bu proses üçün vacibdir" - Ərdoğan


"Məqsədimiz təkcə üç ölkənin xalqı üçün deyil, həm də qardaş Türkiyə dövlətləri və bölgəmiz üçün daha firavan və təhlükəsiz gələcək qurmaqdır. Başda Türk Dövlət Təşkilatlarımız olmaqla çoxtərəfli əməkdaşlığın gücləndirilməsi hədəflərimiz arasındadır".

Bunu Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfəri öncəsi açıqlama verərkən deyib.

"Avaza sammiti əsasən təbii qazla bağlı addımların atılmasına yönəlib. Bunun üçün enerji və təbii sərvətlər nazirimiz sammitdə bizimlə olacaq. Görüşləri orada keçirəcəyik. Qarşı tərəfdə cənab İlham Əliyevin olması bu proses üçün vacibdir. Ümid edirəm ki, Türkmənistan qazını Xəzər vasitəsilə ölkəmizə gətirəcəyik. Ümid edirəm ki, 21-ci əsrin Türk Əsri olması üçün çalışmağa, əməkdaşlıq etməyə və qardaşlığımızı hər sahədə gücləndirməyə davam edəcəyik. Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli zirvə görüşünün ölkəmizə, bölgələrimizə, türk dünyasına xeyirli olmasını arzulayıram" -deyə Ərdoğan bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ən böyük problemlərdən biri: Bahalı və keyfiyyətsiz dərman - NƏ ETMƏLİ?


Ölkənin dərman bazarında problemlər həllini tapmaqdansa, gündən-günə daha da artır.

Belə ki, son vaxtlar apteklərdə dərmanlar getdikcə azalmaqdadır. Hətta vətəndaşlar bu gün əllərində resept bir neçə aptekə üz tutmalı olurlar. Axtardıqları dərmanı tapsalar belə, hər zamankı qiymətindən dəfələrlə yüksək qiymətlə rastlaşırlar. Halbuki qonşu ölkələrdə həmin dərmanları dəfələrlə ucuz qiymətə almaq olur. Məsələn, Bakıdakı apteklərdə bir qutusu 75 manat 66 qəpik olan bir dərmanın iki qutusu Türkiyədə 150 lirəyə (15 manat 69 qəpik) satılır. Bakıda bir qutuya verəcəyimiz pulla təxminən 5 qutu dərman almaq mümkündür. Eyni dərmanın bir qutusunu Tblisidən 11 manata almaq olar. Yaxud Tükiyədə aptekdə 4 manat olan bir dərmanın qiyməti Bakıda 20 manata təklif olunur.

Bu gün Azərbaycanın dərman bazarında problem yalnız tapılmaması, baha olması ilə bitmir, eyni zamanda keyfiyyətsizliyi ilə özünü göstərir. Bu, bir faktdır ki, Azərbaycan aptekində aldığın bir dərmanla xarici ölkədə aldığın eyniadlı dərmanın keyfiyyətində də fərq var. Hətta bəzən həkimlər də bunu təsdiq edir. Buradan da aydın görünür ki, vətəndaşlar yalnız qiymət baxımından deyil, keyfiyyət baxımından da aldadılır.

Dərman bazarında vətəndaşların aldadılmasına nə vaxt son qoyulacaq?

Millət vəkili Tahir Rzayev Cebhe.info-ya bildirdi ki, dərmanların bahalaşmasının bir səbəbi kimi dünyada gedən bir sıra münaqişələri göstərmək olar:

“Belə ki, dərmanları daha çox Rusiya, Ukrayna, Türkiyədən alırdıq. İndi müharibə ilə bağlı müəyyən qədər idxal çətinləşib. Çox təəssüflər olsun ki, qonşu dövlət olan Türkiyədən gətirilən dərmanarın qiymətləri də artıb. Bu qiymətlər demək olar ki, hər gün artır. Aptekə gedəndə görürük ki, bir dərmanın qiyməti bu gün 50 qəpikdirsə, sabah 1manat 50 qəpikdir. Soruşanda deyirlər ki, bizə depodan belə göndəriblər.

Əlbəttə ki, bu, yaxşı hal deyil. Çünki insanlar üçün preparat daimi olaraq lazımdır, onların bu dərmanlara ehtiyacı var. Ona görə də çox ciddi tədbirlər görülməlidir. İstər hökumət, istərsə də sahibkarlar tərəfindən bu sahədə düşünülmüş tədbirlər həyata keçirməlidir, belə davam edə biməz. Aztəminatlı, imkansız ailələr var. Onlar bu gün apteklərdən adi dərmanları ala bilmirlər. Artıq məlumdur ki, bu sahədə inhisarçılıq var, onun aradan götürülməsi ilə bağlı ciddi tədbirlər görülmür. Düzdür, bazar iqtisadiyyatıdır, biz sahibkara deyə bilmərik ki, bu malı gətirmə, belə satma. Onların özlərinin insafı olmalıdır. Türkiyədən bura gələn dərmanın qiyməti 4 dəfə artıq satılır. Bu 30, 50 faiz arta bilər. Məlumdur ki, yol xərci, daşınması, gətirilməsi kimi xərclər çəkilir. Ancaq bu qədər ola bilməz axı... Mən bunu düzgün hesab etmirəm. Bu nəinki ziyalıları, bütün ictimaiyyəti narahat edən məsələdir. Bugünlərdə Baş nazir parlamentdə bildirdi ki, mütlq müəyyən tədbirlər görülməlidir. Mən də tədbirlərin həyata keçirilməsinin tərəfdarıyam”.

Dərmanın gətirilməsinə məhdudiyyətə gəldikdə isə millət vəkilinin fikrincə, eyni adda dərmandan çox alınmasına məhdudiyyət ola bilər:

“Yəni müxtəlif adda 3-5 dərman alınmasına heç bir məhdudiyyət qoyulmur. Mən bir neçə il öncə Ukraynaya gedərkən dərman almışdım, yoxladılar dedilər ki, çoxdur. Resepti göstərdik ki, həkim yazıb, o zaman heç nə demədilər. Ancaq elə hallar var ki, bizim vətəndaşlar gedib bir dərmandan 50 dənə götürürlər, bu yolverilməzdir. Müəyyən işbazlar bundan istifadə edirlər, problemlər yaranır. İnanmıram ki, kimsə az dərman alsın və buna məhduudiyyət qoyulsun”.

Millət vəkili deyir ki, dərmanların keyfiyyəti ilə bağlı səslənən iradlar çox doğrudur:

“Məsələn, Almaniyadan alınan dərmanla Azərbaycanda satılan dərman arasında çox ciddi fərqlər olur. Gətirirlər dərmanı, istifadə edirsən, görürsən təsiri olmur. Hətta bunu bir sıra həkimlər də etiraf edirlər ki, filan dəmanı get filan xarici aptekdən al, yerli aptekdən alma. Bu açıqdır, gizlətmək mümkün deyil. Burada vicdan, insaf məsələsi var. Əgər sahibkar gedib pul qazanrsa, bu pul halal olmalı, insanları zəhərləməməlidir. Əksinə, bəzi dərmanlar insanların səhhətinə nəinki müsbət təsir göstərmir, onları zəhərləyir. Bu işbazlar elə hərəkətlər edirlər ki, adam dəhşətə gəlir, puldan ötrü niyə insanları məhv edirsən? Nəinki dərman sahəsində, ərzaq sahəsində də belə hallar baş verir. Tərkibi məlum olmayan ətlərin, geni dəyişdirilmiş meyvələrin satışa çıxarılmasını göstərmək olar. Biz öz millətimizin qayğısına qalmalıyıq. Sahibkar kimi pul qazana bilərik. Ancaq bu halla yolla qazanılmalıdır. Bəzi şayiələr var ki, guya xaricdə iş adamları dərmanın tərkibinin dəyişdirilməsi ilə bağlı təkliflər edirlər. Ancaq mən buna inanmıram ki, xaricdə buna getsinlər. Çünki bu, aşkar olunsa, xarici şirkət yüksək məbləğdə cərimə oluna bilər. O şirkətlər öz nüfuzuna heç vaxt xələl gətirə bilməz. Onlar bu dərmanları dünyaya ixrac edirlər.

Əgər elə bilr hal olarsa, həmin şirkət nüfuzdan düşüb, boykot ola bilər. Ona görə də nə baş verirsə, bizim özümüzünkülər edir. Bu yolverilməzdir. Bu sahə ilə məşğul olan adamlar millətin gələcəyini düşünməlidir. Bu dərmanı yalnız mən almıram, onun xalası oğlu, öz oğlu, yaxın dostu da gəlib o dərmanı ala bilər. Ona görə də bu barədə daha dəqiq fikirləşməlidirlər”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Vəzifədə olan naxçıvanlılar indiyə kimi hara baxırdı?” - ŞOK AÇIQLAMA


“Vasif Talobovla bağlı məsələ birbaşa dövlətin nəzarətindədir. Hər halda, dövlət bu məsələylə bağlı qərar verəcək və kimin nə cəzası varsa, mütləq çəkəcək. Bu gün onun haqqında danışan bəzi insanları başa düşə bilmirəm. Bu adam vəzifədə olanda onun haqqında heç bir şey deməyənlər hamısı indi şir-pələng olub. Axı nə dəyişib?”

Bu sözləri Yenisabah.az-a politoloq Cümşüd Nuriyev deyib. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun dünən axşam saatlarında Bakıya gəlməsi ilə bağlı yayılan iddialardan sonra onun adı ərtafında müzakirələr yenidən qızışıb.

C.Nuriyevin sözlərinə görə, bu gün Talıbovun əleyhinə danışanların çoxu vaxtilə onun arxasını toplayıb:

“Vasif Talıbov elə həminki adamdır. Ona münasibət dəyişibsə, bu konkret olmalıdır. Talıbovun PR-ı niyə bu qədər gündəmdədir, onu da anlamıram. Bu adamın cinayəti var idisə, indiyə qədər orqanlar harada idi? Niyə baxmırdılar? Gömrüyün şöbə müdiri 132 milyonu bir günə yeyə bilməz, Maliyyə naziri bir günə 166 milyon xərcləyə bilməz. Burada bir az haqsızlığa yol verilir. Başa düşürəm, dövlətə ziyan dəyib və bunun cəzasını çəkməlidirlər, amma dövlətin müvafiq qurumları hara baxırdı bu vaxta qədər? Niyə bu işə DTX qarışmalı idi? Niyə digər nazirliklər öz işlərini vaxtında görmədilər ki, indi belə qeyri-adi vəziyyət yaranmasın? Bu gün izahı çətin olan bir sıra məsələlər gündəmə gəlib. Niyə Gömrük Komitəsinin əvvəlki rəhbərliyi bu məsələni açıb-ağartmadı? Çünki eyni bölgədən olanlar bir-birinin arxasını toplayırlar. Nə qədər ki, bu dövlətdə yerlibazlıq, tayfaçılıq, klançılıq var, belə məsələlər çox olacaq. Mən şəxsən Vasif Talıbovda günah görmürəm. Talıbovu monster edənlər məgər onun monster olacağını görə bilmirdilərmi? Görə bilmirdilərsə, niyə bu dövlətdə çalışırlar? Adətən insanlara bacarmadığı vəzifəni verəndə onlar “çaşırlar” və elə düşünürlər ki, əvəzolunmazdırlar. Vasif Talıbovu kim yaradıbsa, indi də çıxıb izahını versin! Niyə nazirliklər, müvafiq dövlət qurumları hər şeyi medianın üzərinə atırlar?”

Politoloq bütün günahların heç də Vasif Talıbovda olmadığını qeyd edib:

“Mənim yıxılanı baltalamaqdan xoşum gəlmir, bu düzgün deyil. Niyə adamı o boyda qaldırırdınız ki, indi də ordan yerə vurursunuz, sonra da deyirsiniz ki, o adam “çaşıb”. Xeyr, o, “çaşmayıb”, adamın səviyyəsi olmayanda səviyyəsindən yüksək vəzifə verəndə təbii ki, sonu belə olacaqdı.

Bəs bütün Naxçıvan əhli, ziyalıları qan ağlayanda, “Naxçıvanda adam qalmayıb, qapıların çoxundan qıfıl asılıb” deyəndə vəzifədə olan bu qədər naxçıvanlı harada idi? İndi hamısı çıxıb Vasif Talıbovun əleyhinə danışır, ayıbdır, vallah! Mənim bu mövzu gündəmə gələndən bir Siyavuş Novruzova hörmətim artdı, qalanlarını isə anlaya bilmədim. Belə olmaz. Naxçıvan kimi bir yeri məhv edən insanı uzun müddət qoruyub saxlayırlar, indi də deyirlər Talıbov günahkardır. Vallah, o günahkar deyil, Vasifi Vasif edənlər günahkardır”.

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu