[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Səfirliyin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcək" - Prezident


"Biz tarixən dostluq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-İsrail münasibətlərinə xüsusi əhəmiyyət veririk”.

Bu barədə Prezident İlham Əliyev İsrailin Baş naziri Benyamin Netanyahuya ünvanladığı təbrik məktubunda bildirib.

“Bu ilin noyabrında Azərbaycanın İsraildə Səfirliyinin təsis edilməsi barədə qərar qəbul edilmişdir.

Ümidvaram ki, Səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcəkdir” – dövlət başçısı məktubda qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Həkim dedi uşaq yaxşıdır, amma bir neçə saat sonra vəfat etdi” - GİLEY


“Avtobusda düşəndə azyaşlı övladımı maşın vurdu. Hadisə bu ilin oktyabrın 23-də Suraxanı rayonu, Zığ qəsəbəsində baş verib. Sürücü xəstəxananın xərclərini çəkib, müalicəsi üçün yardım etdi. Övladım 2 ay xəstəxanada yatdı, həkimlər ona yaxşı baxmadılar, buna görə də vəfat etdi”.

DİA.AZ xəbər verir ki, bunu Meydan TV-yə müalicə aldığı xəstəxanada vəfat edən Hüseyn Cəfərovun anası Yasəmən Cəfərova deyib.

Onun sözlərinə görə, 5 yaşlı oğlunu yaralı vəziyyətdə iki xəstəxanaya aparıblar, amma heç biri qəbul etməyib. Sonra onu Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriblər:
“Uşaq başından, ciyərindən, qabırğalarından zədə almışdı, amma komadan ayıldı. Vuran sürücünün yaxınları müalicəsi üçün pul verirdi. Həkimə dedim ki, uşağın vəziyyət pisdirsə, müalicə edə bilməyəcəksinizsə, daha yaxşı şəraiti olan xəstəxanaya, özəl klinikaların birinə aparım. Həkim dedi ki, yaxşılaşıb, 4 günə palataya köçürəcəm. Qızdırması yoxdur, səhhəti get-gedə düzəlir”.
O bildirib ki, həkimlə danışdığı gün övladı vəfat edib:
“Həkimlə danışdım, uşağın yaxşı olduğunu dedi. Bir neçə saat sonra müstəntiq yığıb vəfat etdiyini xəbər verdi. Uşağım axşamdan ölüb, nə bizə, nə də vuran sürücünün ailəsinə xəbər veriblər. Bizim xəbərimiz olmadan uşağı “morq”a aparıblar. Halbuki, telefonlarımız onlarda vardı. Ölən kimi bizə xəbər vermədən uşağımı niyə “morq”a yerləşdiriblər? Həkim məni arxayın etdi, uşağıma baxmadılar”.
3 saylı Şəhər Klinik Xəstəxananın qəbul şöbəsindən bildiriblər ki, onlar xəstəxanada ölüm baş verən kimi hüquq-mühafizə orqanlarına məlumat verirlər. Mətbuatın suallarını isə yalnız TƏBİB cavablandıra bilər. TƏBİB-dən isə müraiətin araşdırılacağını deyiblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Şəxsi heyətə verilən əmək haqqının 25 faizi qanunsuz yerə tutulur” - FHN-də YEYİNTİ


Xaçmaz rayon sakini Cəlilov Rəhim Siyavuş oğlu Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu göndərib. Şikayətçi iddia edir ki, Fövqələdə Hallar Nazirliyinin hərbi hissəsində baş leytenat Vəli Vəlibəyov şəxsi heyətin əmək haqlarının və il sonunda verilən 13-cü əmək haqqının 25 faizini qanunsuz yerə tutur.

“Mən, Cəlilov Rəhim Siyavuş oğlu, Fövqəladə Hallar Nazirliyinin Xaçmazda yerləşən hərbi hissəsində gizir rütbəsində və baş sürücü vəzifəsində xidmət edirəm. Hərbi hissənin komandiri, baş leytenant Vəli Vəlibəyov şəxsi heyətin əmək haqlarının kəsilməsində və şəxsi heyətin “boğazına təpik” qoyulmasında baş roldadır. İlin sonunda dövlətimizin bizə verdiyi 13-14-cü əmək haqqının 25 faizinin tutulmasını göstəriş verərək, 250-300 manatı kəsir. Etirazlarımızı bildirdiyimiz halda isə, bizi şərləyərək ağır cəza sisteminə məruz qoyur.

Hər çıxışında “cənab Prezidentin və cənab nazirin ən böyük səhvlərisiniz ki, sizi işlə təmin ediblər, sizlərlə işləməyə utanıram”, - deyərək bizi və ailələrimizi təhqir edir.

Dəfələrlə şikayətimizi cənab nazirə bildirmək istəsək də, hər yolla bizlərə mane olmağa çalışıb. “Şikayət etsəniz, artıq-əskik danışsanız işinizdən olacaqsınız”, - deyir. Ailəmizi dolandırmağın, kasıbçılığın dərdindən onun kimi insanların sözünü götürürük. Xahiş edirəm, mənim şikayətimi işıqlandırasınız”.

Qeyd edək ki, məlum iddialarla bağlı Fövqəladə Hallar Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərinə cavab verən olmadı.

Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İbrahim Cəfərovla bağlı ŞOK İDDİA - NAZİR OLACAQMIŞ...

KİV-də dolaşan, həm də etibarlı olduğu deyilən mənbələrə istinad edən məlumatlara görə, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun qəzəbə tuş gəlməsinin əsas səbəbi bu yay Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Mərdəkandakı bağ evində keçirilən gizli toplantı olub.
“Qlobalinfo.az” saytının yaydığı məlumatda qeyd edilir ki, sözügedən toplantıda V.Talıbov və ev sahibi R.Mehdiyevdən başqa Naxçıvandan olan bəzi deputatlar, iş adamları iştirak edib. Qonaqlar arasında deputat Siyavuş Novruzovun da olduğu deyilir.
“Zirvə Toplantısı”nda “konsey” yaradılması haqda qərar qəbul edilib. “Konsey”in ilk məqsədi Prezident İlham Əliyevin siyasi idarəsinə dirəniş təşkil etmək, Naxçıvan klanının qanunsuzluqlarına qarşı tədbirlərə mane olmaq, “təcili tədbirlər“ görərək, ölkədə aparılması zəruri olan kadr və digər islahatların qarşısını almaq olub. Məlumata görə, toplantıda gələcəkdə fors-major vəziyyət yarandığı halda Naxçıvanı müstəqil dövlət elan etməklə bağlı razılığa gəliblər. “Konsey”in növbəti hədəfi isə Azərbaycan Ordusunun Naxçıvanda yaradılacaq separatçı rejimin varlığına son qoyub ölkənin suverenliyini bərpa etməsinin qarşısını almaq üçün İranla maksimum yaxınlaşmaq olub. Xatırladaq ki, V.Talıbovun İranın siyasi, hərbi və dini çevrələri ilə yaxın münasibətlərinin olduğuna dair indiyədək məlumatlar yayılıb. Və bu məlumatların heç biri təkzib edilməyib. Hətta mediada yazıldığına görə, SEPAH generalları Naxçıvana gələrək V.Talıbovla təkbətək görüşüblər.
Qeyd olunur ki, artıq Vasif Talıbovun gələcəkdə qurmaq variantını nəzərdən keçirdiyi “müstəqil” Naxçıvanın kənd təsərrüfatı naziri yerinə namizəd də müəyyənləşib – həmin şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin sabiq rektoru İbrahim Mehtiyevdir.
Uzunmüddətli araşdırmalardan sonra məlum olub ki, Talıbov-Mehdiyev tandemi dövlətə və Prezidentə qarşı sözün əsl mənasında xəyanət yolu tutublar. Onlar unitar dövlətin içində ayrıca müstəqil dövlət yaradıb, Azərbaycanı bölmək yolu seçiblər. Bu “müstəqil” dövləti də ilk tanıyan İran olacaqmış.
Yeri gəlmişkən xatırladaq ki, İbrahim Cəfərovun rektorluğu dönəmində Azərbaycan Dövlət Aqrar Universitetində baş alıb gedən qanunsuzluqlar barədə “Aktualxeber.az” saytında son aylarda “ADAU-da rektorun tacir kafedra müdirləri”, “ADAU-da sistem çöküb”, “ADAU-da təhsil biabırçılıqları…” sərlövhəli və başqa tənqidi məqalələr dərc olunub, Universitetin tərəqqipərvər professor və müəllimlərinin İ.Cəfərovun yarıtmaz idarəçilik siyasətinə qarşı etiraz nidaları yayımlanıb.
Doğrudur, İ.Cəfərov vəzifəsindən azad olunsa da, onun Azərbaycan təhsilinə və kənd təsərrüfatına vurduğu ziyanı böyük hesab edən ziyalılar sabiq rektorun müttəhimlər kürsüsündə əyləşdirilməsini və ondan hesabat sorulmasını istəyirlər. Düşünürük ki, bu son informasiya həmin gözləntilərin həqiqətə çevrilməsini tezləşdirəcək. //aktualxeber.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncənin icra başçısı fəhlənin HAQQINI YEYİR... - HARINLIQ...


Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər Gəncə şəhərində geniş abadlıq-quruculuq işləri aparılır, yeni infrastruktur layihələri icra olunur. Amma buna baxmayaraq Gəncənin İcra başçısı görülən bu işlərdən şəxsi maraqları naminə istifadə edir.
Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin də birgə icra etdiyi layihə üzrə çalışan fələləri istismar etməklə nə onlarla əmək müqaviləsi bağlayıblar nə də ki, əməkhaqlarını verirlər.

Bu haqda Dünyanınsəsi.Az saytına Kəlbəcər, Goranboy və ətraf rayonlardan əməyə cəlb edilmiş fəhlələr tərəfindən video-şikayət göndərilib.

Şikayətçilər qeyd edirlər ki, Gəncənin küçə və prospektlərinin işıqlandırılması sistemi yenidən qurulması ilə nəzərdə tutulan layihədə çalışırıq.Buna baxmayaraq bizimlə nə əmək müqviləsi bağlayıblar nə də ki, rəhbərliyimiz tanımırıq.Məhz buna görədə konkret olaraq kimdən əməkhaqlarımızı tələb edə bilək.Bizə təyin edən başçı isə deyir ki, Xaliq müəllim Bakıdan gələn kimi maaşlarınız verəcəkdir.İndi isə bəhanə edərək bildiri ki, sizin pullarınızı Bəxtiyar müəllim verəcəkdir.O da laçına gedib.
Redaksiya olaraq apardığımız araşdırma nəticəsində məlum oldu ki, sözügedən layihəni Gəncə Şəhər İcra Hakimiyyəti, “Bakı Abadlıq Xidməti ” MMC və Polşanın “The Company Signify Poland sp.z.o.o” şirkəti icra edir.Amma fəhlələr bu genə kimi şikət sahibləri tərəfindən istismar olunduqlarından xəbərsizdirlər.Belə fors-majot vəziyyətdə Dövlət Əmək müfəttişliyi Xidməti eləcə də Dövlət Vergi Xidməti hara baxır?

Prezident İlham Əliyevin son illər diqqət və qayğısı sayəsində regionlarda aparılan abadlıq-quruculuq işlərinə dövlət büdcəsindən ayrılmış olan MİLYONLARLA vəsait bu cür icra başmçıslarına yaxın olan MMC-lər tərəfindən əlbir olmaqla talanıb.
Şikayətçilər mətbuat vasitəsi ilə Prezident İlham əliyev cənablarına üz tutaraq xahiş edirlər ki, əməkhaqlarının veriməsinə aidiyyatı üzrə müvafiq göstərişlər versin.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Vətəndaşların video-şikayətini təqdim edirik:

Dünyanınsəsi.Az

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev xanımı və nəvələri ilə birlikdə Şabrana getdi - YENİLƏNİB (VİDEO)


Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şabran rayonunda "Şabran" İstirahət Kompleksinin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri kompleksdə yaradılan şəraitlə tanış oldular.

Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma oteldə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Şabran rayonunun Pirəbədil kəndində yerləşən kompleks paytaxt Bakıdan 147 kilometrlik məsafədədir. Kompleksin ərazisində 12,6 hektar sahədə inşa olunan otel müxtəlif kateqoriyalı 119 nömrədən, birmərtəbəli 10, ikimərtəbəli 20 kottecdən ibarətdir.

Kompleks Azərbaycanda Hindistanın qədim təbabət sistemi – Ayurveda ilə müalicə metodlarını tətbiq edən ilk istirahət mərkəzidir. Burada peşəkar Pançakarma (toksinlərdən azadolma) mütəxəssisləri tərəfindən Hindistan ənənələri əsasında xüsusi orijinal terapiya metodları təklif edilir.

“Ayurveda Spa” mərkəzində gözəllik salonu, 6 prosedur otağı, fin saunası, buxar otağı, istirahət zonası və qapalı hovuz vardır. Burada, həmçinin fitnes və yoqa ilə məşğul olmaq üçün hər bir şərait yaradılıb. Mərkəzdə şəfalı Pançakarma prosedurları, Pranayama seansları, yoqa və həyat tərzi üzrə təlimlər təşkil olunacaq.

Eyni zamanda, kompleksdə “Rübai”, “Ahəng”, “Ocaq” restoranları, “Misra Lobby Lounge”, “Badə Lounge Bar”, “Aura Cafe”, müxtəlif əyləncə və oyun otaqları fəaliyyət göstərəcək.

Oteldə işgüzar görüşlər, konfranslar və xüsusi tədbirlər üçün 180 nəfərlik “Bayatı” və “Şiraz” konfrans zalları yaradılıb. Həm də yaradıcılıq mərkəzi kimi xidmət göstərəcək kompleksdə bəstəkarlar, yazıçılar və rəssamlar üçün kotteclər də nəzərdə tutulub.

Qeyd edək ki, Şabran rayonu turizm marşrutları üzrə mühüm istiqamətlərdən biri olmaq potensialına malikdir. Odur ki, artan tələbata uyğun olaraq rayon ərazisində infrastrukturun formalaşdırılması əsas vəzifələrdən biridir. Prezident İlham Əliyevin istifadəyə verilən yeni istirahət kompleksi ilə tanış olması dövlətimizin bu məsələyə həssas münasibətini nümayiş etdirir.

Beləliklə, bu kompleksin istifadəyə verilməsi bölgələrdə turizm infrastrukturunun və xidmət səviyyəsinin yaxşılaşdırılması baxımından növbəti mühüm addımdır.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vasif Talıbovun prokuror qardaşı İŞDƏN ÇIXDI - FOTO


Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov işdən çıxması ilə bağlı müraciət edib.

"Unikal"ın əldə etdiyi məlumata görə, onun istefa ərizəsi qəbul edilib.

Qeyd edək ki, Məhərrəm Talıbov Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun qardaşıdır.

Xəbəri Baş Prokurorluğun Mətbuat Xidmətindən "Unikal"a təsdiqləyiblər.
Vasif Talıbovun prokuror qardaşı İŞDƏN ÇIXDI - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yardımlıda torpaq uçqunu oldu, 1 nəfər öldü

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yardımlı rayonunun Gavran kəndində 1 nəfərin torpaq uçqunu altında qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri uçqun baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ərazidə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə 1 nəfər dərinliyi təqribən 5 metr olan çuxurda uçqun altında qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində meyit çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Balaxanı Əməliyyat Şirkətinin iki vəzifəli şəxsi neftli ərazidə restoran tikdirir - ÖZBAŞINALIQ!


Hüquq müdafiəçisi indiyədək neft buruqlarının olduğu ərazini satdığına görə kiminsə cəzalandırıldığını eşitmədiyini deyir

“İllərdir ki, neft sahəsində yaşayanların həyatının təhlükədə olduğunu bildiririk. Araşdırmalar göstərir ki, neftlə çirklənmiş ərazilərdə yaşayanlar onkoloji və allergik xəstəliklərə digərlərindən daha çox yoluxurlar. Lakin neftlə çirklənmiş, yaxud neft buruqlarının olduğu ərazilər hələ də satılır”.

Bunu Meydan TV-yə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, təşkilata daxil olmuş məlumata (video material) əsasən Balaxanı Əməliyyat Şirkətinin ərazisində restoran tikintisinə başlanılıb.

Halbuki ərazidə həm işlək, həm də bağlı neft quyuları var, sağlamlıq üçün risklidir.
Sözügedən ərazi Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan kontrakt ərazisidir. Belə ki, 2010-cu ilin iyun ayında (ARDNŞ), ARDNŞ-in “Ortaq Neft Şirkəti” (ONŞ) və Sinqapurun “UQE-Lancer PTI. Ltd” şirkəti arasında “Hasilatın Pay Bölgüsü haqqında” Saziş (UQE-Lancer PTİ Ltd – 75%, SOCAR ONŞ – 25%) bağlanıb.

“Sağlamlıq üçün riskli hesab edilən ərazilər uzun illərdir hissə-hissə satılır və təəssüf ki, satılmaqda da davam edir. Restoranın da Balaxanı Əməliyyat Şirkətinin iki vəzifəli şəxsinə aid olduğu bildirilir. Tikintiyə başlamazdan öncə ərazidəki neft buruğu demontaj olunub, ləğv edilib. Amma məsələyə hələ ki ARDNŞ tərəfindən münasibət bildirilməyib”, – hüquq müdafiəçisi deyib.

Mirvari Qəhrəmanlı xatırladıb ki, neft ərazisində sadə vətəndaşın evi qanunsuz olduğu əsas gətirilərək sökülür, indiyədək yüzlərlə vətəndaş məhkəməyə verilib. Amma iş öz əməkdaşlarına gəldikdə susurlar.

Üstəlik, neft buruqlarının olduğu ərazini satdığına görə indiyədək heç kimin cəzalandırıldığının şahidi olmayıb.

ARDNŞ-dən məsələyə münasibət bildirməyiblər.

Balaxanı Əməliyyat Şirkətinə məxsus telefonlara cavab verən əməkdaş isə sualı dinləyəndən sonra telefonu söndürüb. //Meydan TV//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO