[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Qarabağ”da Şahruddin şoku


“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin qolu sınıb.

Bu, komandanın Antalyadakı təlim-məşq prosesi zamanı baş verib. 28 yaşlı qolkiper 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

Bu da o deməkdir ki, Şahruddin Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunları buraxacaq.

Xatırladaq ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın futbolçularından Abbas Hüseynov Antalyadakı təlim-məşq toplanışı zamanı zədələnib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sənədsiz evlərə çıxarışların verilməsi niyə gecikir? - Video


Ötən il ərzində Azərbaycan ərazisində 49 min 371 fərdi yaşayış evi, 94 min 510 mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.

Bunu Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin departament rəhbəri Lalə Əkbərova deyib.

Onun sözlərinə görə, çıxarış əldə etmək üçün vətəndaşların təqdim etdiyi bütün sənədlər qanuni olmalıdır. L.Əkbərova deyib ki, bəzən vətəndaşlar ya qanunda nəzərdə tutulmamış, ya da forma və məzmuna uyğun olmayan sənədlər təqdim edir. Ona görə də belə müraciətlərdən imtina edilir.

Həmçinin oxuyun: Заморожены миллиард долларов сына Ягуба Эйюбова в банке

Qurum rəsmisi onun da deyib ki, bələdiyyələr tərəfindən vətəndaşlara qanunmüvafiq qaydada tərtib edilmiş sənədlər təqdim edildikdə müraciət edən şəxslərin mülkiyyət üzərində hüquqları təmin edilir.

Mövzu ilə bağlı reportajı təqdim edirik:

Xezerxeber

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabirabadda hamamda qadın meyiti aşkarlandı


Sabirabad şəhəri, Vidadi küçəsi 89 ünvanında hamamda qadın meyiti aşkarlanıb.

“Report”un məlumatına görə, meyit 1974-cü il təvəllüdlü Rəhimova Şəlalə Zakir qızına məxsusdur.

Ş.Rəhimovanın dəm qazından boğulduğu güman edilir.

Faktla bağlı araşdırma aparılır.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan Fransada beynəlxalq festivalda təmsil olunacaq


Azərbaycan Fransada beynəlxalq festivalda təmsil olunacaq.

“Dünya ətrafında” adlanan festival 24-27 yanvar tarixlərində Fransanın Lil şəhərində baş tutacaq.

Festivalda Azərbaycanı tanınmış caz ustası Etibar Əsədli təmsil edəcək.

Tədbir zamanı filmlər də nümayiş olunacaq, görüş və debatlar təşkil olunacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aqil Əliyevin oğlunu məhkəməyə verdilər - DETALLAR


“Riyad-Renta” MMC və onun qanuni təmsilçisi Əliyev İlqar Aqil oğluna qarşı məhkəmə iddiası qaldırılıb.

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, məhkəmə iddiası Şahbazov Şahbaz Qara oğlu tərəfindən irəli sürülüb.

Şahbaz Şahbazov eyni zamanda İlqar Əliyevin oğlu Riyad Əliyev, Məmmədov İlham Almas oğlu, həmçinin Bank Olmayan Kredit Təşkilatı “Şah-Sevən Finans” MMC, “Araz-2011 A” MMC və “Mansa Arisa” MMC barəsində də iddia qaldırıb.

İddiaya Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənova tərəfindən 25.01.2023-cü il tarixində baxılacaq.

Qeyd edilir ki, məhkəmə iddiası müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə qaldırılıb.

Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan İlqar Əliyev mərhum prezident Heydər Əliyevin qardaşı, iqtisad elmləri doktoru, professor Aqil Əliyevin oğludur.

İlqar Əliyevin rəhbərlik etdiyi “Riyad-Renta” MMC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 min manat olan MMC-nin hüquqi ünvanı Ak. Həsən Əliyev, ev 1061-ci məhəllədə yerləşir.

Onu da bildirək ki, İlqar Əliyev barəsində iddia qaldıran Şahbaz Şahbazovun Tibb Universitetinin professoru olduğu deyilir. Eyni zamanda Şahbaz Şahbazovun vaxtı ilə İlqar Əliyevlə biznes ortaqlığının olduğu bildirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AYB hər il yazarlardan 35 min manata yaxın pul qazanır - AÇIQLAMA


“Hazırda Azərbaycan Yazıçılar Birliyinin 2300 üzvü var”.

DİA.AZ bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib. O, illik üzvlük haqqının 15 manat olduğunu bildirərək, bu ödənişin hansı üsulla həyata keçirilməsi sualına da aydınlıq gətirib:

“Birliyə üzv olmuş şəxslər üzvlük haqqını AYB-nin binasına yaxınlaşaraq mühasibatlığa, yaxud da kart vasitəsilə ödəyə bilirlər. Mühasibatlığın kartına, yəni AYB-nin hesabına göndərə bilirlər”.

Xəyal Rza mühasibatlığdakı kartın kimə məxsus olması barədə suala cavabında onun AYB-nin ümumi hesabı sayıldığını qeyd edib. Qurum rəsmisi üzvlük haqqını ödəməyənləri hansı aqibətin gözlədiyi məsələsinə də toxunub:

“Əvvəllər heç bir cəza tətbiq olunmayıb. Sonradan, yəni 2021-ci ildə belə qərara gəldik ki, son iki ilin üzvlük haqqı verilməklə əvvəlki illərin ödənişləri bağışlanılsın. 2020-2021-ci ilin ödənişləri tələb olundu. Gecikdirib və ya verməyənlər azdır, amma onlara bir neçə dəfə “Ədəbiyyat” qəzeti vasitəsilə xəbərdarlıq olunur. Hələlik bu təcrübədən istifadə olunmayıb, lakin son qərara görə üzvlük haqqını 3 il ərzində ödəməyənlər üzvlükdən xaric edilirlər”.

Beləliklə, sadə hesablamaya görə ümumilikdə il ərzində AYB-nin hesabına üzvlük haqları tam toplanarsa 34500 AZN daxil olur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elşad Həsənovun ÖZBAŞINA QƏRARLARI... - Qərar dövlətin deyil, amma...


“Gənc Qazilər” İctimai Birliyinin sədri, Vətən müharibəsi iştirakçısı Hacı Vəliyev Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovla bağlı bəzi iddialar səsləndirib.

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bir neçə paylaşım edib.

Qazi iddia edir ki, E.Həsənov hərbçilərlə könüllü şəkildə müharibəyə yollanmış şəxslər arasında ayrı-seçkilik edir.

Hacı Vəliyevin sözlərinə görə, icra başçısı hərbi qulluqçularla səfərbərliklə cəlb olunmuş könüllü döyüşçülər arasında ayrı-seçkilik edir, onları ev növbəsinə almır, süründürməçiliyə məruz qoyur:

"Yaralanmış, lakin əlillik ala bilməyən qazilərə kömək, yardım etmir, ƏƏSMN tərəfindən avadanlıqla təmin olunmuş qazilərə yer ayırmır, yeri başqalarına verir, onları küçə süpürməyə, zibil yığmağa layiq görür. Qəbuluna gələn əksər qaziləri binanın girişində günlərlə gözlədir”.

H.Vəliyevin sözlərinə görə, E.Həsənovla bağlı yazdığı statuslardan sonra ona təzyiqlər olub.

İB-nin sədri həmçinin qeyd edib ki, əgər tələbləri yerinə yetirilməsə, aclıq aksiyasına başlayacaq:

“Qazilərə qarşı süründürməçiliyi, özbaşınalığı, ən əsası özünü “Xan” kimi aparmağı dayandırmasa, şəxsən yaxın vaxtlarda Yasamal İH qarşısında, problem həllini tapmasa, mərkəzi icra hakimiyyəti orqanlarından birinin binalası qarşısında aclıq aksiya keçirəcəm”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BAŞI BƏLALI SABİRABAD... - NARAZILIQ VAR!


Sabirabad rayonunun "Qardaşkənd" kəndinin sakinləri tərəfindən "DogruXeber.az"ın votsap ünvanına müraciət və videogörüntülər göndərilib.

Sakinlər müraciətində bildirir ki, "Nəinki Qardaşkənd, eyni zamanda Sabirabad rayonunun bir çox kəndlərində qaz xətti yox, telefon xətti yox, internet xətti yox, bankomat yox, ödəniş terminalı yox, poçt yox, xəstəxanası, əczaxanası - bir sözlə yaşamaq üçün heç nəyi yoxdur. Orta məktəb binası belə SSR dövründə tikiləndir. Güya yol çəkmişdilər, onu da necə çəkdilərsə, qısa müddətdə bərbad vəziyyətə düşdü."

Sakinlərin sözlərinə görə onlar dəfələrlə bu problemlərlə bağlı Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarova müraciət etsələr də problemlər hələ də davam edir.

Odur ki, kəndlərdəki mövcud problemlərin aradan qaldırılması üçün "DogruXeber.az" vasitəsilə ölkə başçısından kömək kömək istəyən Sabirabad rayon sakinlərinin müraciətlərini aidiyyatı qurumların qısa zamanda diqqətə alacağına ümid edirik. //"DogruXeber.az"//

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qanuni oğru" Türkiyədə GÜLLƏLƏNDİ

Kriminal aləmdə "Rezo Tbilisi" kimi tanınan Gürcüstan vətəndaşı 64 yaşlı avtoritet Revaz Lortkipanidze güllənərək öldürülüb.

"Prime Crime" agentliyinin məlumatına görə, hadisə Türkiyənin Trabzon şəhərində baş verib.

O, törətdiyi cinayətlərə görə dəfələrlə məsuliyyətə cəlb olunub. Cinayətdə 4 nəfər Bolqarıstandan vətəndaşı şübhəli bilinir.

Onlar hücumdan dərhal sonra həbs ediliblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Misli” görünməmiş oğurluq: küçədə hər kəsin cibinə girmək - DÖVLƏT BABA DƏRİN YUXUDA...


“Azərlotereya” ASC və “Misli” layihəsinin fırıldaq və “küçə qumarı” olduğunu bilməyən yoxdur, hətta bunu dilə gətirənlərin də sayı az deyil.
Bu şirkəti idarə edənlər və mərc yarışının təşkilinin başında dayananlar az qala böyük bir fırıldaq şəbəkəsini xatırladırlar. Çünki cəmiyyət fəaliyyəti kifayət qədər şübhələr doğuran, maliyyə hesabatları bəlli olmayan, kuponların hazırlanması zamanı hansı saxtakarlıqlara yol verildiyi hələ də suallar doğuran bir şirkətlə üz-üzə qalıb.
Cəmiyyət isə getdikcə ona inamı itirməyə başlasa da, hələ də tora düşənlər var. Amma görünən budur ki, “Misli” artıq çökmüş olan “Topaz” bukmeykerinin aqibətini yaşamağa doğru gedir. Amma, sadəcə, hələ özünü piar edərək etimad qazanmağa cəhdlər edir.
Artıq “Azərlotereya” və “Misli” üçün açılmış sosial şəbəkə səhifələrində həqiqətlər dilə gətirilir.
Bu haqda bir dəfə mediada yazılar yazmışdıq, indi təkrar bu problemə toxunmağa gərək var. Çünki artıq sosial şəbəkədə paytaxtdan və əsasən rayonlardan olan sakinlər deyirlər ki, küçə qumarından hər kəs aldadılır, kasıb təbəqənin qara qəpiyi də əlindən çıxır. Əslində, qumar da buna hesablanıb – hamı son qəpiyini də verir, amma heç nə əldə etmir, nəticədə şirkət milyonlar qazanır.
Sosial media istifadəçiləri şirkərin sosial şəbəkə hesablarında da etirazlarını açıq dilə gətirirlər. Onlar qeyd edirlər ki, əksər bölgələrdə kuponlardan uduş çıxmır.
Üzeyir Məmmədzadə adlı Quba sakini yazır ki, artıq əhali lotoreya almır, çünki heç kəsdə inam qalmayıb. Səbəb isə uduşların azalması və ya ümumiyyətlə olmaması ilə bağlıdır.
O hesab edir ki, əslində, bu yaxşıdır, çünki getdikcə “Misli” və “Azərlotereya” gözdən düşür, onlara inam sarsılır: “Şirkət insanlara müəyyən qədər uduş şansı versəydi, insanları təşviq edə bilərdi”.
Bir müddət öncə mediada gedən yazılarda da deputatlar, sosial şəbəkə istifadəçiləri, rayonlardan ola “Misli” və “Azərlotereya” qurbanları da bu küçə qurmarının yığışdırılmasını tələb edirdilər. Onlar hesab edirdilər ki, proses əhalini soymağa hesablanıb.
2021-ci il yanvarın 16-da ölkə başçısı İlham Əliyev “Azərlotereya” dövlət lotereya şirkətinin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” (Türkiyə) şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinin idarəetməsinə verilməsinə dair sərəncam imzalayıb.
Bu şirkətin indiyə qədər Azərbaycan iqtisadiyyatına hansısa uğurlu bir töhvə verdiyi isə ortada deyil, əksinə, şəffaflıqla bağlı ciddi problemlər var.
İndi paytaxtda tez-tez rastlaşdığımız Azərbaycanda qumar biznesini monopoliyaya alan Zəfər Rəisoğlu ölkənin küçələrində kiçik qumar masası qoyub, xalqı soymasıdır. Bunu başqa cür təsvir etmək olmur, bəli, küçədə insanları soymaq…
“Dəmir Qrup” və “Misli.com” Azərbaycanda “küçə qumarı”nın inkişafı etdirir.
Bir müddət öncə deputat Fazil Mustafa da çağırış edərək “küçə qumarı”nın yaratdığı təhlükələrdən danışmışdı.
O hesab edirdi ki, bu proses ciddi nəzarətə götürülməlidir: “Yaş həddi, ailəsində problemi olan, burada müəyyən dərəcədə çox vəsait götürən insanlarla bağlı bunu ən azı nəzarətə götürüb, qarşısını almağa çalışmaq lazımdır. Bunun indi qarşısını almağın yolunu da tapmaq da, açığı çətindir. Çünki interneti necə saxlaya bilməzsənsə, bu cür oyunları da saxlaya bilməzsən. Qumar oyunları yüzlərlə imkanlı adamın evini yıxır. İndi də bu pis vərdiş idman oyunları üzərindən gerçəkləşir və bundan da milyonlar qazanılır. Biraz anlayışı zəif olan insanlar da bu tora düşürlər. Bunun qarşısını almaq üçün ancaq təbliğat aparılmalıdır. İnsanlar bilməlidir ki, bu yolla qazanılan hər hansı bir çörəyin bərəkəti olmaz. Başqa cür onun qabağını almaq çətindir”.
Yeri gəlmişkən, Fazil Mustafa bu narahatlığı dilə gətirən ilk deputat deyildi, bir neçə deputat və ictimai xadim də “küçə qumarı”nın təhdid olduğunu qeyd edib.
Bu Azərbaycanda “Azərlotereya” ASC və “Misli” layihəsinin yaratdığı mənzərədir. “Küçə qumarı”nın isə məqsədi çox sadədir: yolla keçən hər kəsin cibinə girmək, insanları qoymaq, daha obrazlı desək, mədəni oğurluq…
Arqument.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO