[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nizami rayonunda YAŞIL TERROR TƏDARÜKÜ... - AXI NİYƏ?

Bakının Nizami rayonunda bəzi tikinti şirkətlərinin ağacların qırılması ilə bağlı məlumatlar ilk dəfə deyil ki, mətbuatın diqqətini cəlb edir...

Nizami rayonunda yenidən ağacların qanunsiz məhv edilməsi və sonradan həmin ərazilərin satılması ilə bağlı qalmaqal gündəmə gəlib.

Poliqon xəbər verir ki, bir neçə gün əvvəl jurnalist Pərvin Abışova Nizami rayonu Çoban Bəkirzadə küçəsindəki meşə zolağının daxilində qanunsuz tikinti üçün hazırlıq işlərinin başladığını və təməl qazıldığını təsdiqləyən videomaterial paylaşıb.

Videomaterialda qeyd olunur ki, bəhs edilən ərazidə bir müddət əvvəl baş verən yanğından sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən görülən “tədbir və cərimələmələr”dən vəziyyəti düzəlmək əvəzinə, daha da pisləşib.

Jurnalist qeyd edib ki, oradakı ağacların məhvinin və hazırlıq görülən tikinti işlərinin gözdən uzaq qalması üçün rayon rəhbərliyi ərazidən keçən yolu da bağlayıb.

Həmin videomaterialı təqdim edirik:

Videoda diqqət çəkən görüntülərdən biri isə ərazidəki Eldar şamlarının çoxlarının artıq quruması olub. Qeyd edək ki, belə bir hadisə ilk dəfədir ki. baş vermir. Son illər Bakının bir neçə rayonunda analoji hadisələr baş verib. Onlardan biri də bu gün Nizami rayonuda baş verib.

Bəs necə olur ki. bu cavan şam ağacları birdən birə quruyur?

Əslində bunun səbəbi çox sadədir və bu ağaclar bir başa insan müdaxiləsi ilə qurudulur və sonradan kəsilmələri qaçılmaz hala gətirilir. Bunun üçün, ya bir neçə dəfə davamlı olaraq ağacların kökünə dizel yanacağı tökülür, ya da ağacların qabığı dairəvi şəkildə soyulur ki. bununla da ağacların kökləri ilə budaqları arasında əlaqə kəsilir. Təbii olaraq budaqlar qidalana bilmədikdə quruyurlar.

Ağacların qurudulmasının bir başqa you isə ərazidə yanğın şıxarmaqdır və yanğından sonra isə ağacların çoxusu quruyur. Bütün üç halda ağacların kəsilməsi qaçılmaz hala gəlir və bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məcburi qaydada həmin ağacların kəsilməsinə icazə verir. Qəribə olan və məntiqə sığmayan isə isə odur ki, qurumuş ağaclar qanuni qaydada kəsildikdən sonra həmin ərazilərdə yeni ağaclar əkilmir. Bir qayda olaraq həmin ərazilər icra hakimiyyətləri tərəfindən kimlərəsə, fiziki, ya da hüquqi şəxslərə satılr və tezliklə həmin ərazilərdə tikinti işləri başlayır.

Son olaraq Nizami rayonunda meşə zolağının məcburi qurudulması ilə bağlı əldə etdiyimiz məlumata görə bu “əməliyyat” əvvəlcədən planşaldırılıb və yaxın zamanlarda icra hakimiyyətinin həmin ərazini kimə, ya da kimlərə satdığı məlum olacaq.

Qeyd edək ki, bayram günləri ilə əlaqədar olaraq Nizami rayon İcra Hakimiyyətinin mövqeyini öyrənə bilmədik. Hesab edirik ki, Nizami rayon İcra hakimiyyəti bu məsələ ilə bağlı açıqlama verəcək. Arzu edərdik ki, icra hakimiyyəti ərazidə yenidən ağaclarınəkiləcəyi ilə bağlı ictimaiyyətə söz versin.

Mənbə: Poliqon.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısının bacısı oğlu Füzulidə QOÇULUQ EDİR... - BU NƏDİ BELƏ?!

Zaman-zaman Füzuli rayonunun icra başçısı Alı Alıyevin qanunsuz və özbaşınalıqlarından, korrupsiya huquqpozmalarından, rayon sakinlərinə soyuq münasibət sərgiləməsindən, sahibkarlara zülm etməsindən, ətrafında “qoçu dəstəsi” saxlamasından, lazım gələndə isə həmin “qoçu” şəbəkə üzvləri vasitəsilə haqqını tələb edən insanları döydûrməsindən, bir sözlə desək, Füzuli rayonunda Alı Alıyevin yaratdığı “reket-cinayətkar” şəbəkə barədə yazmışıq.
Məlum məsələdir ki, bu günləri Füzuli sakinləri çox yaxşı bilir ki, Alı Alıyev rayonu üsul-idarə sistemi ilə idarə edir. Onun bir başçı olaraq fəaliyyəti Azərbaycan Respublikasının qanunlarından yanadır. Və daha çox rayonu kriminal-üsul qaydalarla idarə edir.
İcra başçısının bacısı oğlu Füzulidə QOÇULUQ EDİR... - BU NƏDİ BELƏ?!

Elə çox uzağa yox, bir neçə il geriyə, 2017-ci ildən bu yana nəzər salsaq görərik ki, bu illər ərzində Füzuli rayonunda nə qədər krminal və cinayət olayları baş verib. Bircə “İbişovların” və “Həsənovların” başına gətirilən hadisələrə nəzər yetirmək kifaəy edir. Bütün bu cinayət olayları adı bir vətəndaşlar tərəfindən törədilməyib. Bütünlüklə törədilən hadisələr püxtələşmiş, profesional, peşekar cinayətkar quruplaşmalar tərəfindən törədilib.
Bütün bu hadisələrin fonunda icra başçısı Alı Alıyevə qarşı da müxtəlif ittihamlar səsləndi. Hardasa Alı Alıyev şəxsinə yönəlmiş ittihamların əsassız olduğuna dair əks arqumentli fikir səsləndirməklə rədd edə bilərdi. Məsələ ondadır ki, Alı Alıyev bu videodakı hadisədən özünü necə savundura biləcək, bax o maraqlıdır. Axı videoda görûntülənən “Prado” markalı avtomobillə sürətlə yolun kənarında yerləşən obyektin qarşısında duran vətəndaşların üzərinə sûrərək onları vurmaq istəyən şəxs elə onun öz bacısı oğlu, İltizamdır.
Hətta məlumatlara görə, həmin vaxt Alı Alıyev özüdə həmin avtomobilin içərisində olub. Hər halda qarşı tərəf belə iddia edir. İndi keçək hadisənin təfərrüatlarına:

Gördüyünûz videoda əks olunan ərazi, Füzuli rayonunun Əhmədbəyli “4 yol” adlanan ərazisidir. Dava da icra başçının İltizam adlı baçısı oğlu ilə, bir marketdə satıçı işləyən Fərid Süleymanov arasında olub.

Belə ki, icra başçısının İltizam adlı baçısı oğlu girib marketdən iki paçka siqaret alıb. Siqareti götûrdûkdən sonra satıcıya kart ödənişi edəcəyini deyib. Yəni, kartdan karta. Satıcıda kart hesabını deyib. Başçının bacısı oğlu İltizam da ona deyilən kart hesabına pul köçürmək üçün telefonda qurdalanıb. Lakin son köçûmə əməliyyatını etməyib, oturub maşına gedib. Az sonra məlum olub ki, başçının bacı oğlu aldığı siqaretin pulunu karta köçurməyib. Beləliklə satıçı Fərid Süleymanov İltizama zəng edərək aldığı siqaretin pulunu istəyib. İltizam da satıcını təhqir edib və ərazidən uzaqlaşan İltizam həmin marketin qabağına gələrək öncə idarə etdiyi qara rəngli “Prado- Lexsus” markalı avtomobili sürüb (videoda əks olunur) satıcının üzərinə. Zərərçəkən satıcı avtomobilin qabağından qaçıb canınî qurtarsa da, lakin icra başçısının bacısı oğlu İltizamın pəncəsindən qurtula bilməyib. Dayısına gûvənən bacı oğlu avtomobilindən düşər düşməz satıcını döyüb. İlgin iddia ondan ibarətdir ki, həmin vaxt icra başçısının da avtomobildə olduğu deyilir. Bildirilir ki, hadisəylə bağlı iş polisə düşsə də, Alı Alıyev məsələni “qaydasına” qoyub.
O da vurğulanır ki, İltizam icra başçısı Alı Alıyevin ən sevimli bacı oğlusu sayılır. Bacı oğlu da nə bacı oğlu. Dayısına güldən ağır söz deyənin işıqlı dünyasını qaraldan bacı oğlu. İcra başçısı kimisə susdurmaq istəyirsə üzərlərinə İltizamı göndərir. Bacı oğlu da dayısına arxayın olub reketlik edir. Ona görə də yetənə yetir, yetməyənə isə racon kəsir.
Qeyd edək ki, İltizam icra başçısının göstərişi ilə sahibkarlara qan undurur. O, istənilən marketlərə girir, bazarlıq (haramlıq) edir, sonrada pulunu vermir çıxır. Haqqını tələb edən sahibkarlarıda gözüm çıxdıya salırlar, dayı bacı oğlu.
Eh, kiminin əvvəli, kiminin axırı. Hardan hara gəldin ay, Alı Alıyev. Sən icra başçısısan, yoxsa MAFİYA BABASI?

Mənbə: RealMedia.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Oba`dakı piştaxta-kassa TOQQUŞMASI... DAVAM EDİR...

"Son vaxtlar bir çox marketlərdə, özəlliklə də "Oba" marketlərdə ya qiymət yazılmayan, ya da səhv yazılan mallar görməkdən bezdim..

Götürüb gətiririk kassaya, kassir deyir “xanım qiymətlər dəyişilib”... Üzsüzcəsinə adamı da səhv çıxardırlar...

Deyirəm, mən hansı qiymətə görmüşəmsə, o qiymətə də alacam... Deyirlər, sata bilmərik...

Bu marketlərin bu cür dolandırıcılıq hallarını kimə deyək ki, əsəblərimiz sakit qalsın?"
`Oba`dakı piştaxta-kassa TOQQUŞMASI... DAVAM EDİR...

Mənbə: "Müşərinin Səsi" Sosil Qrupu - Müəllif: Azadə Əhmədova
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakı “dəyişək” təklifini qəbul etməyəcək - Ağazaryan

Bildiyim qədərilə, Azərbaycanla Ermənistan arasında anklavlar məsələsi müzakirə edilmir, ancaq belə bir məsələnin olmadığını demək də yanlışdır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Mülki Müqavilə Partiyasından olan deputat Ovik Ağazaryan çıxış edib.

Erməni deputat hesab edir ki, iki ölkə arasında sülh müqaviləsinin əsas bəndləri təmin edildikdən sonra anklavlar məsələsi gündəmə gələcək və hansısa yolla həllini tapacaq.

Onun fikrincə, ən yaxşı variant anklavların dəyişməsidir:

“Ancaq Azərbaycan bunu qəbul etməyəcək və deyəcək ki, bizim olan bizim, sizin olan sizindir. Nəticədə buralar qeyri-sabitlik ocaqları olacaq. Buradan belə çıxır ki, Azərbaycan Ermənistanı sıradan çıxarmaqla Türkiyə ilə bu bölgədə sülh yaratmaq istəyir".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Onkoloji xəstəyə zülm edənlər kimdir... - NARAZILIQ VAR...

Xətayi rayonundakı 98 saylı MKİS də var, onun rəisi Taleh Mirzəyev ad soyadlı rəisi də. Təəssüf ki, Taleh bəy vətəndaşa xidmət göstərmək, qayğısına qalmaq əvəzinə qonşular arasında konflikt yaradıb sonra da bundan bəhrələnmək üzrə “ixtisaslaşıb”. Adam hər hansı problemi yoluna qoymaq əvəzinə yanan ocağa, necə deyərlər, benzin tökməklə məşğuldur.
Şikayətçi Laləzar Hüseynovanın dediklərindən aydın olan budur. Redaksiyamıza təşrif gətirən bu xanım onkolji xəstəlikdən əziyyət çəkir. Onu bu qədər yolu gəlməyə vadar edənlərin vicdanı sızlamasa da bizi xeyli narahat elədi.
Laləzar Həsənova Köhnə Günəşli yaşayış massivində, İnqilab İsmmayılov küçəsindəki 30 saylı binada olan 3 nömrəli mənzilini xəstəliyi səbəbindən satmaq məcburiyyətində qalır. Mənzili satıb müalicəsinə xərcləyən laləzar beləcə qalır yurdsuz-yuvasız. Hələ mənzildə yaşadığı müddətdə blokun girişindəki piiləkənaltı sahəni sahmana salıb qapı qoyduran Laləzar xanım ora müəyyən əşyalar yığıbmış. Təbii ki, həmin sahə heç kimə məxsus olmadığından mənzil satıldıqdan sonra da Laləzar xanım həmin sahədən istifadə etməkdə davam edir.Onun vəziyyətini başa düşən, insanlıq naminə bu sahədən istifadə etməsinə şərait yaradan MKİS-in keçmiş rəisi Aftandil Novruzov da susur. Amma bu mənzilin təkrar satılmasına qədər çəkir. Təxminən 1 ay bundan əvvəl mənzilə yeni sakin köçür və qonşu Aydın ismayılov onu inandıra bilir ki, sən demə Laləzarın anbar kimi istifadə etdiyi sahə onun olmalıdır. Mənzilin yeni sahibi də eləmə tənbəllik, Aydın ismayılov və onun oğlu ilə birlikdə anbarın qapısını sındıraraq içəridək avadanlıqları, əşyaları damadağın edir. Bu hadisədən xəbər tutan Laləzar Həsənova gələrək ona məxsus əşyaların yerində olmadığını grdükdə mənzilin yeni sahibindən əşyalarını tələb edir. “Qara məni basınca mən qaranı basım” prinsipi ilə hərəkət edən sakin isə dərhal 98 saylı MKİS-in rəisi Taleh Mirzəyevə müraciət edir. Yeni sakinlə məsələnin həll yolu kimi Laləzar Həsənovadan tələb edir ki orada nəyin varsa götür, get. Amma Laləzar xanımın nəyi götürə biləcəyini heç aydınlaşdılrmaq belə istəmir. Adam Laləzar xanımı dinləmir belə. Dinləsəydi başa düşərdi ki, indi orada heç nə yoxdur.Şünki mənzilin yeni sahibi və qonşu Aydın İsmayılov qapını sındıraraq əşyaları aparıblar. Məcburiyyət qarşısında qalan Laləzar Həsənova vəziyyəti belə görüb Xətayi Rayon Polis İdarəsinə müraciət etməli olur. Laləzar xanım heç də həmin yerə iddialı deyil. Adam sadəcə oradakı əşyalarını tələb edir və bu məsələdə haqlıdır. Biz də inanırıq ki, Xətayi Rayon Polis İdarəsində onun bu haqlı şikayəti və tələbi həllini tapacaqdır. Lakin MKİS-ə yenicə gələn və hələ oturduğu yeri isinməyən Taleh Mirzəyev bu üsulla işləsə o binada, daha doğrusu 98 saylı MKİS-in ərazisində şox belə qovğalar yaşanacaqdır.Görünən budur.
Aktualxeber.az

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sürücü buna görə `Azpetrol`dan GİLEY EDİR - "...bir vətəndaşı yarı yolda qoydu"

Şikayətim Gəncədə H.Əliyev parkı ilə üzbəüz yerləşən "AZPETROL"dandır. Belə ki, bugün avtomobilim (benzin bitdiyindən) yolda qaldığı üçün 5 litrlik qab götürub digər maşınla yaxınlaşdım "Azpetrol"a. İşçi dedi biz qaba benzin vurmuruq. Səbəbi soruşanda dedi müdiriyyətə yaxınlaşın.

Müdiriyyət isə sən demə, bizim yaxınlığımızda dayanıb, qulaq asırmış. Yaxınlaşdı və salamsız-kəlamsız monitora baxa-baxa ki, biz qaba benzin vurmuruq. Mən, bir az narazılıq edəndən sonra isə dedi: plastik qaba benzin vurmuruq, gedin dəmir və görünməyən qab gətirin vuraq.

Adama başa sala bilmədim ki maşınım yolda qalıb! Və beləcə "Azpetrol" rəhbərliyi bir vətəndaşı yarı yolda qoydu!!! Səbəb isə hələ də anlaşılan deyil.
Sürücü buna görə `Azpetrol`dan GİLEY EDİR - "...bir vətəndaşı yarı yolda qoydu"

Mənbə: "Müştərinin Səsi"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsmayıllıda mərhum döyüşçünün HAQQI YEYİLİR - ETİRAZ VAR...

İsmayıllı rayonu sakini Əflatun Həsrətov bildirir ki, onun oğlu Vusal Həsrətov ikinci Qarabağ savaşında iştirak edib və oğlu 3 medalla ölkə başçısı tərəfindən təltif edilib. Onun sözlərinə görə, oğlu dünyasını dəyişib və bu günə qədər onun veteralıq pulunu ala bilməyib.
Ata deyir ki, vəfat edən oğlunun azyaşlı Övladı var və həmin pulun nəvəsinə verilməsini istəsə də iddiasına görə hərbi komissarlıq oğlunun veteran olmadığını deyib.
Şikayətçi kanalımız vasitəsilə ölkə başçısı İlham Əliyevə və aidiyyatı qurumlara müraciət edərək baş vermiş haqsızlıqla bağlı tədbir görülməsini xahiş edir.
KANAL13

Daha ətraflı aşağıdakı videoda:

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ölkədə güclü külək olacaq, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında noyabrın 9-da cənub küləyinin 15-20 m/s, səhər və gündüz arabir 23-28 m/s, 10-da isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Azərbaycanın rayonlarında noyabrın 10-u səhər dağlıq ərazilərdən başlayaraq 11-i səhərədək arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Noyabrın 9-u axşamdan 10-u günün ikinci yarısınadək qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rəcəb Babşovun nümayəndəsi ötən il 230 min manat xərclədiyi abadlıq işinə bu il 972 min AZN xərcləyəcək – TENDER

Qazax RİH başçısı Rəcəb Babaşovun Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin “Qazax şəhərində abadlıq işləri” ilə bağlı elan etdiyi tenderin qalibi açıqlanıb. 

32gun.az xəbər verir ki, müsabiqənin qalibi “Göygöl Tikinti” MMC olub. Tərəflər arasında 972.101,69 AZN-lik müqavilə imzalanacaq.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan “Göygöl Tikinti” MMC-nin qanuni təmsilçisi Anar Tağıyev Əhməd oğludur.

Xatıladaq ki, Qazax RİH başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ötən il Qazax şəhərində abadlıq işləri” ilə bağlı elan etdiyi tenderə görə, qalib şirkət “AZƏRTRANSS” MMC-yə 229.937,3 AZN ödəyib.(32gun.az )

Qazax RİH başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Vəliyevdir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO