[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xaçmaz təhsilindən acınacaqlı MƏNZƏRƏ... - "30 ildir ki..."

"Bura Xaçmaz rayonunun Qobuqıraq məktəbidir.
Xaçmaz təhsilindən acınacaqlı MƏNZƏRƏ... - "30 ildir ki..."

400 dən çox şagird burda təhsil alır... Biz müəllimlər bu məktəbin orasın-burasın öz hesabımıza təmir etməklə, burda neçə-neçə bayramlar kecirməklə ölkəmizin qüdrətindən danışmaqla, 30 ildir dünyanın ən böyük yalançısına dönmüsük.

Şagirdlər, valideynlər dəfələrlə bizə irad tutanda ki qüdrətli ölkənin belə məktəbi olarmı... deyəndə, biz Qarabağ kimi böyük dərdimiz olduğunu bəhanə gətirirdik.

Yaxşı indi Laçında müasir keçi tovləsi tikən hökumət nümayəndələri niyə bu məktəbi tikməyi düşünmürlər? 30 ildir - hər il on dəfələrlə bu barədə respublikanın əlaqədar təşkilatlarına şəxsən mən müraciət etmişəm...

Nə düşünürsünüz? Bu qədərdə biganəlik olarmı?"
Xaçmaz təhsilindən acınacaqlı MƏNZƏRƏ... - "30 ildir ki..."

Müəllif: Səbinə Rasim İctimai fəal
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"OBA" Marketlər şəbəkəsi xalqa qurdlu şokolad yedizdirir? - ŞOK VİDEO

Bir neçə gündür sosial şəbəkələrdə və media resuslarında iri həcmli marketlər şəbəkələrindən narazılıq demək olar ki, kütləvi hala çevirilib.

Xüsusəndə bu marketlərdə endirim adı ilə satılan qidaların yararsız və keyfiyyətsiz olması müştərilərin narazlıqına səbəb olur.

"Azərbaycan Reallığı" xəbər verir ki, Bu marketlərdən birdə insanların daha çox tələbatına ehtiyac olan "OBA" marketlər şəbəkəsdir.

Sosial şəbəkədə paylaşılan videoda vətəndaş iddia edir ki, Bakıxanovda yerləşən 6 saylı oba marketdən endirimdə olan şokalat alıb, amma şokalat açıldıqdan sonra görüntülər həqiqətən insanda şok yaşadıb. Belə ki, şokaladın içindən qurd çıxıb.

Müştərinin iddiasına görə nə az nə çox düz 32 manatlıq şokalad alıb hələ aldıqı şokalatdan rayona nəvələrinə göndərib.

Rəhbərliklədə danışdım, amma reaksiya verən olmadı. Millətə qurdlu və vaxtı keçmiş şokalat yedizdirirlər.

Getdim marketə gördüm bu şokalatlar artıq yoxdur bu qurdlu şokalatı artıq bizim millətə satıb yedizdiriblər deyə sonda vətəndaş iddia edib.("Azərbaycan Reallığı")

Səsləndirilən iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Vimay Klinikasında" qarabağ vetranı uğursuz əməliyyat etdilər - Nəfəs ala bilmirəm

"Azərbaycan Reallığı"na müraciət edən 44 günlük ikinci vətən müharibəsi zamanı Zəngilan Qubadlı istqamətində gedən döyüşlərin iştirakçısı qarabağ vetranı Ümüd Kərimli bildirir ki, İyul ayının 24 də "Vimay Klinikasına" burunun çəpər əyriliyi ilə bağlı müraciət edir. Ona klinikanın Lor estetik cərrah həkimi Şəhla Həsənova əməliyyat etməyi məsləhət görür.

Pasent 1550 manat həkimin Əli adlı köməyçisinə ödəniş etdikdən sonra əməliyyat edirlər, lakin əməliyyat uğursuz alınır. Nəfəs alma və burunun çöl tərəfində olan əyriliy olduğu kimi qalır.

Pasent bir neçə aydan sonra buna etiraz edəndə gülməli cavab alır ona bildirilir ki, problem 2-3 ilə düzələcək. Digər həkimlərə üz tutanda isə ona əməliyyatın uğursuz olduğu diyaqnozu qoyulur.

Ümüd Kərimli bildirir ki, Əməliyyat zamanı ona klinikada heç bir ödəniş qəbizi və sənədi verilməyib, hələ üstəlik klinkaya məxsus olan səhifədə məni paylaşıb reklam etdilər ki, sən demə məni pulsuz əməliyyat ediblər.

Mən etiraz edəndə izah etdilər ki, yalnız klinika xərci ödənməklə etmişik. Paylaşıma məndə bildirdim ki, klinikanın xərci 1550 manatdır?

- Sualıma cavabda verə bilmədilər. Cavab olaraq dedilər paylaşım 3-4 gündən sonra aşağı düşəcək kimsə görməyəcək.

Daha sonra Ümüd Kərimli iddia edir ki, "Vimay Klinikasının" Lor estetik cərrah həkimi Şəhla Həsənovanın Əli Adlı köməyçisinin heç bir tibbi təhsili yoxdur, yalnız həkimin reklam və menicerlik işlərini həyata keçirir.

Sonda 44 günlük ikinci vətən müharibəsinin vetranı Ümüd Kərimli adiyyəti qurumlardan ona köməklik göstərilməsini xayiş edib.

O bildirir ki,əməliyyatdan sonra əvvəlkindən daha da narahatdır. Əvvəlki kimi nəfəs ala bilmirəm mənim ya pulumu qaytarsınlar yada sağlamlığmı əvvəlki kimi bərpa etsinlər deyə bildirib.

Mənbə: "Azərbaycan Reallığı"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu təhsil İdarəsində ibtidai sinif şagirdlərinə məcburi kitab satılır - NARAZILIQ VAR...

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərin ibtidai siniflərində şagirdlərə məcburi kitab satılır.

Bu barədə Arqument.az-ın əldə etdiyi məlumatda bildirilir.

Məlumata görə, ibtidai siniflərə məcburi kitabların satılması Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyinin təşəbbüsüdür.

Məktəb direktorlarına kitabların satılması barədə göstərişindən Regional Təhsil İdarəsindən verildiyi deyilir.

"Azərbaycan dili" və "Riyaziyyat" test tapşırıqları kitablarının ibtidai siniflərə r 7.5 manatdan satılır.

Kitabların layihə rəhbəri "Körpü nəşriyyatı"nın sahibi Akif Şahbazovdur.

İlginc məqam isə kitabda texniki səhvlərin çox olmasıdır.

İlk səhifələrindən texniki səhvləri diqqət çəkən test kitablarının ibtidai siniflərin şagirdlərinə məcburi satılmasına səbəb layihə və nəşriyyat rəhbəri Akif Şahbazovun Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva ilə dostluq münasibətlərinin olması göstərilir.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində 99 orta məktəb, 95 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevadır.

O, 2022-ci ilin aprel ayında İdarəyə rəhbərlik edir.
Bu təhsil İdarəsində ibtidai sinif şagirdlərinə məcburi kitab satılır - NARAZILIQ VAR...Bu təhsil İdarəsində ibtidai sinif şagirdlərinə məcburi kitab satılır - NARAZILIQ VAR...Bu təhsil İdarəsində ibtidai sinif şagirdlərinə məcburi kitab satılır - NARAZILIQ VAR...
Mənbə: Arqument.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda Konstitusiya Günü qeyd edilir

Noyabrın 12-si Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür.

Ölkə Konstitusiyası 28 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib.

Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi.

Azərbaycan dövlətinin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.

Bu il artıq üçüncü dəfədir ki, Konstitusiya Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib.

2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan bu protokola qoşuldu

Azərbaycan Respublikası “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair 2014-cü il aprelin 4-də Monreal şəhərində imzalanmış Protokola qoşulub.
Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sürücülərin nəzərinə: Bu yolda hərəkət məhdudlaşdırılacaq

Sabah səhər saat 8:00-dan axşam saat 17:00-dək Bakının Əbdülvahab Salamzadə küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsində yerləşən yoltürücüsündə təmir işləri aparılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, bununla əlaqədar olaraq qeyd olunan vaxt müddətində yolötürücüsünə giriş Xutor tuneli istiqamətində məhdudlaşdırılacaq.

Agentlik sürücülərə təmir işlərinin aparıldığı müddət ərzində müvəqqəti olaraq Əbdülvahab Salamzadə küçəsinin yan yolundan istifadə etmələrini tövsiyə edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Nə etmişəmsə, özüm etmişəm" - Novruz Məmmədovun kürəkəni

“Deyirlər ki, Pərviz Qasımov bura pul xərcləyir, ora pul xərcləyir. Pərvizin nə biznesi var, nə də... Bu dəyirmanın suyu saytlardan gəlir. Başlıq yazırlar, xoşuma gəlmir. Xahiş edirəm, belə şeylər etməyin. Yazırlar ki, sabiq baş nazirin kürəkəni idman yarışında yer tutub. Bunun nə dəxli var? Mən əvvəl də yer tuturdum. Siyasəti musiqiyə qatmaq olmaz”.

Bu sözləri keçmiş baş nazir Novruz Məmmədovun kürəkəni, xanəndə Pərviz Qasımov ATV-də yayımlanan “Rəngarəng” verilişində deyib.

“Novruz Məmmədov Azərbaycanın dövlət xadimidir, gözəl insandır, amma məsələləri qarışdırırlar. Saytlara zəng edirsən ki, zəhmət olmasa, özüm haqqında yazın. İndiyə kimi nə etmişəmsə, vallah, özüm etmişəm. Qayınatamın burada heç bir rolu yoxdur”, - P.Qasımov bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əliheydər Ağakişiyev vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru, Elmi-Tədqiqat Laboratoriyasının müdiri, Əməkdar müəllim Əliheydər Ağakişiyev vəfat edib.

Əliheydər Ağakişiyev, 66 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Ağakişiyev 1957-ci il iyunun 29-da Bakıda anadan olub. 1964-1974-cü illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə təhsil alıb. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsil alıb. 1990-cı ildən də həmin ali təhsil müəssisəsində çalışıb.

O, BDU-nun 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar müəllim adına layiq görülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hava mülayimləşəcək

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, noyabrın 10-da ölkə ərazisində qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti müşahidə olunub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. Noyabrın 10-da axşam saatlarından güclü külək tədricən zəifləyib, 11-də səhər saatlarından yağıntılar kəsilib.

Düşən yağıntının miqdarı Astarada 45 mm (aylıq normanın 29%-i), Lənkəranda 24 mm (aylıq normanın 14%-i), Yardımlı, Xaltan, Altıağac, Lerik, Qəbələ, Zaqatala, Qax, Qrız, Naxçıvan, Oğuz, Şəki, Quba, Şamaxı, İsmayıllı, Biləsuvar, Ağsu, Şahdağ, Mingəçevir, Sabirabadda 6 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Qrızda 1 sm olub.

Şamaxı, Qrız, Lerik, Şəmkirdə duman müşahidə olunub.

Noyabrın 11-də və 12-də ölkə ərazisində hava şəraitinin nisbətən mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO