[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bizi dəyişdirən zəfər: Qururuq, yaradırıq, yaşadırıq - ŞƏRH

Ən böyük nemətimiz sayılan müstəqilliyimizin yaşı cəmi 32 ildir. Tarix üçün çox qısa müddət sayılsa da, bu zaman kəsiyində dövlət, xalq olaraq yaşadıqlarımız bəlkə də əsrlərə bərabərdir. İşğal, soyqırımlar, milyondan artıq məcburi köçkün və qaçqın ordusu, viran qoyulmuş, xarabaya çevrilmiş şəhərlər, kəndlər, məğlubiyyət, ən sonda isə yaddaşlarımıza əbədi həkk olunan tarixi zəfər. Sadaladıqlarımızın hər biri fərd olaraq, millət olaraq düşüncəmizdə, həyat tərzimizdə, dünyaya baxışımızda dəyişikliyə yol açdı.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Artıq işğal günlərini yox, zəfər tarixini öyrənirik

Bir milləti var edən, yaşadan onun əyilməz qüruru, sınmaz iradəsi, əzmidir. 30 illik işğal bizim iradəmizi sındıra bilməsə də, qürurumuzu incitdi. Bəzilərimizdə istər-istəməz məğlub xalq, məğlub dövlət stereotipi yaranmağa başladı. Lakin sahib olduğumuz dəyərlər, əzmkarlıq, dövləti doğru yola yönəldən, cəmiyyətdə Vətən sevgisini ölməyə qoymayan liderlik bizləri möhtəşəm zəfərə apardı.

Artıq məktəblərdə uşaqlarımıza işğal günləri yox, zəfər tarixi tədris edilir. Bu gün ayrılıq, həsrət şeirləri, mahnıları yox, qəhrəmanlıq dastanları yazılır. Ruhumuz qələbə notları ilə bəslənir. Gəncliyimiz işğalın fəsadlarından azad ruhda böyüyür, inkişaf edir. Biz fərd olaraq, cəmiyyət olaraq dəyişirik. Yenə də minlərlə şəhidimizin qanı, canı hesabına qazandığımız, bizləri bütövləşdirən, tam edən zəfərimizin hesabına...

Kim nə əkirsə, onu da biçir

Dəyişən tək insanlarımız yox, həm də cəmiyyətimiz, dövlətimizin dünyaya baxışıdır. Tarixi zəfərlə tək ərazi bütövlüyümüzü, suverenliyimizi, millət olaraq qürurumuzu bərpa etmədik. Həm də kimlərin bizim üçün dost, kimlərin isə sözdə dost olduğunu görmək imkanı qazandıq. Azərbaycan artıq özünün dostlarını, müttəfiqlərini çətin gündə ona göstərilən münasibət əsasında seçir. Beynəlxalq səviyyədə əlaqələrini bu prinsip əsasında qurur. Ən başlıcası isə, seçimlərimizə, yanaşmalarımıza kimsə irad bildirə, bizləri dövlət olaraq qınaya bilmir. Çünki ortada üç illik reallıq, təcrübə var. Atalarımız demiş, kim nə əkirsə, onu da biçir. Çətin günün dostu olanlar bu gün dünyanın ən mühüm geosiyasi məkanlarından sayılan bölgəmizdə Azərbaycanın tarixi zəfərdən sonra yaratdığı yeni imkanlardan, reallıqlardan geniş şəkildə istifadə etmək, yararlanmaq fürsətinə malikdir. Hansı ki, biz artıq bunun ilkin nəticələrini də görürük. Haqq işimizi kölgələyənlərə isə sadəcə kənardan baxmaq qalır, məkrli planları artıq işə yaramır. Çünki biz dəyişmişik, dünyaya, dost-düşmən anlayışına baxışımız dəyişib.

Qururuq, yaradırıq, yaşadırıq...

Millətimizin özgüvəni qayıdıb, gücünə, potensialına olan sarsılmış inamı bərpa olunub. Artıq gələcəyə qaranlıq keçmişdən yox, nurlu sabahdan baxırıq. Qururuq, yaradırıq, yaşadırıq...

Zəfər həm də tarixi torpaqlarımızın simasını dəyişir. 30 illik işğal dövründə xarabaya çevrilmiş yurd yerlərimizə qayıdırıq, orada cənnət yaradırıq. Bütün çətinliklərə, bizlərin dəyişməməsi üçün əllərindən gələni edənlərin bütün məkrli planlarına, təxribatlarına baxmayaraq, qarşımıza qoyduğumuz hədəfə doğru inamla irəliləyirik.

Dünyaya bir millətin, dövlətin çox qısa müddətdə necə dəyişdiyini, hansı potensiala malik olduğunu, qurub-yaratmaq əzmini qürurla nümayiş etdiririk.

Dünyanın da bizə baxışı dəyişib

Bunun nəticəsidir ki, dünyanın da bizə baxışı dəyişib. Qalib dövlət, qalib lider, qalib millət olaraq sözümüzlə hesablaşır, yaşadığımız coğrafiyada məhz bizim əsl söz sahibi olduğumuzu qəbul edirlər. İndi hər birimizin səfər etdiyi hər hansı xarici ölkədə işğala məruz qalan dövlətin vətəndaşı kimi yox, öz gücü və imkanları, ordusunun qəhrəmanlığı və liderinin əzmi, iradəsi ilə qalib gələn millətin təmsilçisi kimi qarşılanırıq. Artıq haqq-ədalətin bərpası, həqiqətlərin qəbul edilməsi, işğalın aradan qaldırılmasına görə kimlərdənsə yardım ummuruq. İndi bizdən məsləhət alırlar, indi Azərbaycan bir çoxlarına yol göstərir.

Dəyişməyən tək həqiqət

Bəli biz dəyişdik. Millət olaraq, xalq olaraq, dövlət olaraq dəyişdik. Tarix boyu dəyişməyən tək bir reallıq var - “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Bu həqiqət dövlətimiz, millətimiz var olduqca dəyişməyəcək. Bu reallığı dəyişməyə cəhd edənlər isə, hər zaman qarşısında güclü Azərbaycan, qalib millət, qüdrətli Ordu görəcəklər. Artıq bu dəyişikliyi hər kəsin qəbul etməsinin zamanı çatıb. Bizə bu dəyişiklikləri yaşadan zəfərin mübarək, Azərbaycan!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
80 manat- savaş veteranlarına Prezident təqaüdüdür, kommunal xidmətlərə görə sosial müavinət yox

Prezident aktları, qanunlar mənimsəmə amacı ilə yanlış izah və tətbiq olunur
Son günlərin ən çox diqqətə çatdırılan “diqqət və qayğısı” Qarabağ savaşı veteranlarına ayrılan 80 manatın artırılması “mexanizmi” ilə bağlıdır. Gerçəkdə bu mövzu spekulyasiya predmetinə çevrilib. Hətta “sosial-iqtisadi” deputatlar bu 80 manatın kommunal xidmətlərə görə ödənilən sosial müavinət olduğunu, artan xidmət haqlarına uyğun arta biləcəyini topluma sırıyırlar. Halbuki 80 manat- Qarabağ savaşı veteranlarına verilən Prezident təqaüdüdür, kommunal xidmətlərə görə sosial müavinət deyil.
2019-cu ilin aprelinə kimi işləməyən, əmək pensiyaçısı olmayan müharibə veteranlarına kommunal xidmətlərə görə sosial müavinət ayrılırdı. Prezident 15.04.2019-cu il tarixli “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi” haqqında fərman imzalayıb və təqaüdün aylıq məbləğini 80 manat müəyyən edib. Fərmanla müəyyən edilib ki, Prezident təqaüdü 2019-cu ilin aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alanlara həmin müavinətin ƏVƏZİNƏ, əmək pensiyası alan və döyüşən ordunun tərkibində iştirak etmiş müharibə iştirakçılarına ( Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla)- onların təqaüdləri 4-5 dəfə çox olduğuna görə- M.B.), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; dövlət büdcəsində ƏƏSMN-ə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Yəni 2019-cu il aprelin 1-dən qüvvəyə minən 80 manatlıq təqaüdün məbləğinin artırılmasını yalnız Prezident qərara ala bilər. Nədən fərman onun fərmanıdır, artırıb-azaltmaq da onun müstəsna səlahiyyətindədir. Kiminsə bu barədə speklyasiya-manipulyasiya etməsi savaş veteranlarının başını nağıllarla qatmaqdan özgə bir şey deyil.
Qarabağ savaşı əlillərinə Prezidentin 26.01.2001 tarixli fərmanla ayırdığı kommunal , nəqliyyat və digər xidmətlər əvəzi 26 manatlıq aylıq müavinətin məbləği isə 22 ildir dəyişməz qalıb. Pensiya orqanı fərmanı cibinə uyğun izah və tətbiq edib qazi- əlillərin müavinətini yeyir. Cibə uyğun izaha baxın, guya Prezident 22 il qabaq savaş əlillərinə kommunal xidmətlərə görə sosial müavinət müəyyən edib. Halbuki 22 il qabaq, ümumiyyətlə, “sosial müavinət” anlayışı yox idi, “sosial pensiya” dövriyyədə idi. Və Prezidentin 26.12.2001 tarixli fərmanında sosial pensiyaçılara 6 manat müavinət ayrılması doğrulanıb. Sosial müdafiə orqanlarının mənimsəmə məntiqindən belə çıxır ki, Prezident sosial pensiyaçılara 6 manat sosial müavinət müəyyən edib?! Biz hələ digər qərəzli məntiqləri demirik. Sadəcə, onu deyirik ki, Maliyyə Nazirliyi 17.01.2017 tarixli arayışla bildirib ki, Qarabağ əlillərinə ayrılan 26 manatın verilməsi davam edir, pensiyanın sığorta hissəsinə əlavə edildiyindən “görsənmir”. Baxın, Maliyyə Nazirliyi 26 manatın verildiyini , DSMF-in pensiya verməli olanları isə 26 manatı “sosial müavinət” kimi qəbul edib, əmək pensiyasına əlavə etməyin mümkünsüz olduğunu rəsmi məktublarla bildirirlər.
Prezident aktlarının, qanunların bilərəkdən yanlış izah və tətbiq edil(mə)məsi savaş əlillərinin cibinə ziyan olsa da, qeyri -rəsmi “təfsirçilərin” cibini doldurur. Qanunların düzgün tətbiq edilməsini təmin etməli olan prokurorluq , digər nəzarətedici orqanların “nəzarəti” isə qazilərin haqqından pay almaqla susmaqdan ibarətdir. Hamısı yeyintidə ortaqdır, şübhəlidir, susmaq “hüquqları” qanunla qorunur.
Məğrur Bədəlsoy
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Uşaqlar səhər su tapmırlar ki, üzlərini yuyub dərsə getsinlər" - GİLEY

“2 aya yaxın müddətdir ki, susuz qalmışıq. Uşaqlar səhər su tapmırlar ki, üzlərini yuyub dərsə getsinlər”.

Bu şikayətlə “Qafqazinfo”ya Yeni Yasamal Əsəd Əhmədov 43A ünvanında yaşayan sakinlər müraciət ediblər.

“Şərur İnşaat”a məxsus “Şaiq” MTK binasının sakinləri bildirirlər ki, problemlə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb: “Aylıq kommunal haqlarını yığırlar, lakin heç bir iş görülmür. Şirkət sakinlərin şikayətlərini nəzərə almır. Zəng edirik, deyirlər ki, “Azərsu”yun problemidir”. “Azərsu”ya müraciət edirik, bildirirlər ki, “Biz suyu veririk, lakin binanın su xəttində problem olduğuna görə təzyiq gəlmir”. Beləcə davam edir, problem həll olmur”.

Məsələ ilə bağlı “Azərsu” ASC-yə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Onlar xarici dairədir və magistral su kəmərindən qidalanırlar. Ötən həftə həmin kəmərin təxminən 30 metrə yaxın hissəsini dəyişdirdik. Buna görə də müəyyən problemlər yaranmışdı. Artıq yavaş-yavaş rejimə çıxırıq. Bir məsələ də var ki, Şaiq MTK yeni xətt çəkməlidir. Çünki ərazidə iki- Şaiq MTK və Safari MTK bir xətdən qidalanır. Safari MTK aşağıda yerləşdiyi üçün onun anbarı daim dolu olur. Şaiq MTK-da isə vəziyyət belə deyil. Burada yaşayan sakinlər su məsələsində bəzi çətinliklər çəkirlər. Buna görə də biz həmin MTK-ya demişik ki, yeni texniki şərt alsınlar və özlərinin anbarına qədər yeni xətt çəksinlər, digər binadan asılı olmasınlar. Hazırda həmin əraziyə suyun verilişi davam edir, sadəcə bir həftə təmir işləri aparılarkən su dayandırılmışdı. Tək fərq odur ki, 24 saat su olmur. Buna da səbəb anbarın hissə-hissə su ilə dolmasıdır. Davamlı olaraq su gəlməsi üçün həmin xəttin yenilənməsi lazımdır”.

Şikayətlə bağlı “Şərur İnşaat”​a da müraciət etdik. Müraciətimizə cavab olaraq bildirildi ki, su xəttində heç bir problem yoxdur: “Məsələ ilə bağlı sakinlər tərəfindən bizə də müraciət olunub. Lakin burada MTK ilə bağlı heç bir problem yoxdur. Problem “Azərsu”yun problemidir ki, suyu çox zəif verirlər. Buna görə də su kəsildiyi müddətdə deponu doldura bilmir. Bu da sakinlərin su problemi yaşamasına səbəb olur. Bu günə qədər su xəttində heç bir problem yaşanmayıb. Əgər belə bir hal olsaydı, çoxdan ortaya çıxardı. Lakin son bir aydır ki, su problemi yaşanır. Bu, sadəcə suyun təzyiqinin çox aşağı olmasından yaranır”.

​“Qafqazinfo”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda müəllimlərin məktəbin internetdən istifadəsinə qadağa qoyulmasının səbəbi açıqlanıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şahbuz rayon Külüs kənd tam orta məktəbində müəllimlərin məktəbə aid internetdən istifadəsinə qadağa qoyulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlikdən verilən məlumatda bildirilib ki, Şahbuz Rayon Rabitə İdarəsi ilə bağlanmış müqaviləyə əsasən, sözügedən məktəbə 2,5 meqabit/saniyə sürətlə internet verilir:

“İnternetdən məktəb tərəfindən üç elektron lövhə və kompüter otağındakı kompüterlərdən tədris prosesinə uyğun olaraq istifadə edilir. Həmin internetdən müəllimlər şəxsi məqsədləri üçün istifadə etdikdə isə internetin sürəti aşağı düşür. Bu da tədrisdə müəyyən çətinliklər yaradır. Həmçinin müəllimlərin şəxsi məqsədlər üçün internetlə təmin olunması ilə bağlı məktəbin heç bir öhdəliyi yoxdur”.

Qeyd olunub ki, məktəbdə tədris elektron lövhəli otaqlarda qrafikə əsasən, kompüter otaqlarında isə dərs cədvəlinə uyğun olaraq aparılır:

“Həmin qrafikdə və dərs cədvəlində nəzərdə tutulmuş tədris saatlarından kənar vaxtlarda müəllimlər öz şəxsi inkişafları üçün məktəbin elektron lövhələrindən və kompüterlərindən istifadə edirlər. Bunun üçün də pedaqoji heyətə heç bir məhdudiyyət qoyulmur. Külüs kəndində mobil internetdən istifadə ilə bağlı problemə gəldikdə, sakinlər müvafiq operatorlardan istifadə etməklə 4G şəbəkəsi ilə internetə qoşula bilirlər”.

Məlumatda məktəbdə suyun olmaması ilə bağlı yayılanların da həqiqəti əks etdirmədiyi vurğulanıb:

“Hazırda məktəbdə su ilə bağlı heç bir problem yoxdur və digər vasitələrdən istifadə olunmaqla müvəqqəti olaraq məktəbə su çəkilib. Məktəbin artezian quyusunun avadanlığında olan nasazlıqla bağlı məlumat aidiyyəti qurumlara göndərilib. Yaxın müddət ərzində artezian quyusunda təmir işləri aparılacaq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mağazadan qızıl-zinət əşyaları oğurlayan şəxsdən silah-sursat götürüldü

Bakının Nizami rayonu ərazisindəki mağazaların birindən 1 050 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxsdən silah-sursat götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş, 1972-ci il təvəllüdlü Cəlal Məmmədov saxlanılıb, ondan 1 ədəd odlu silaha aid döyüş sursatı aşkarlanıb.
Davam etdirilən tədbirlərlə onun gizlətdiyi yerdən “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
MİDA HOQQABAZLIĞI BELƏ İFŞA OLDU - FOTOFAKT

Mənzil İnşaatı Dövlət Agentliyinin həyata keçirdiyi alqı-sattqıdakı ədalətsizlik faktlarla sübuta yetirilir. Hər halda, aşağıda təqdim edəcəyimiz məqam qeyd etdiyimiz mələbə işarədir.

Belə ki, şəhid qardaşı, ictimai fəal Elyar İslamoğlu maraqlı fakt açıqlayıb.

E.İslamoğlu yazır: "MİDA mənzilə ehtiyacı olanlar kirayələrdə sürünür....

Kimlərsə xakerlərə və MİDA-nın maklerlərinə verdiyi rüşvətlə mənzilləri alıb kirayə verirlər.

Heç cinayət işi açılan xakerlərdən də səs-soraq yoxdur...."

Qeyd edək ki, E.İslamoğlu dediklərinin təsdiqi olaraq fotofaktları da təqdim edib:
MİDA HOQQABAZLIĞI BELƏ İFŞA OLDU - FOTOFAKT
MİDA HOQQABAZLIĞI BELƏ İFŞA OLDU - FOTOFAKT
MİDA HOQQABAZLIĞI BELƏ İFŞA OLDU - FOTOFAKT
MİDA HOQQABAZLIĞI BELƏ İFŞA OLDU - FOTOFAKT
MİDA HOQQABAZLIĞI BELƏ İFŞA OLDU - FOTOFAKT
MİDA HOQQABAZLIĞI BELƏ İFŞA OLDU - FOTOFAKT
MİDA HOQQABAZLIĞI BELƏ İFŞA OLDU - FOTOFAKT
MİDA HOQQABAZLIĞI BELƏ İFŞA OLDU - FOTOFAKT
MİDA HOQQABAZLIĞI BELƏ İFŞA OLDU - FOTOFAKT
MİDA HOQQABAZLIĞI BELƏ İFŞA OLDU - FOTOFAKT
MİDA HOQQABAZLIĞI BELƏ İFŞA OLDU - FOTOFAKT
MİDA HOQQABAZLIĞI BELƏ İFŞA OLDU - FOTOFAKT

Müəllif: Azər FİKRƏTOĞLU
DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Əsas məsələ odur ki, yemək bərbad idi..." - GİLEY

"9.11.2023-cü il tarixində Xəqani küç. 42/1 ünvanında yerləşən IL Patio & Planet Sushi Azerbaijan restoranında 62 azn hesab ödəyərəkv əlavə 9%-a 5,20 AZN servis xidməti ödəməyə məcbur etməyə çalışdılar, müştərini səhv çıxardaraq, belə bir qanun olmadığını mənə sübut etməyə çalışırdı, uzun mübahisələrdən sonra, servisi çıxarmağa razılaşdılar.

Bu bir tərəfə əsas məsələ odur ki, yemək bərbad idi!!! Suşi rolların içi boş. 1-ni sifariş etdik, irad bildirdik və yeməkdən imtina etdik, başqasını sifariş etdik, o da bunun kimi içində qızılbalıq yox, onun qırıntıları idi. Birincinin şəklini çəkmədik. 2-cini çəkdik. Normal şəkildə iradımızı bildirdik, sifarişlərin yarısını geri qaytardıq, yemədik və hesabı ödədik. Administrator günahını qəbul etmək əvəzinə, bizi səhv çıxarmağa çalışırdı. İçində 3 qram belə qızılbalıq yox idi, deyir qramajnan qoyuruq.
"Əsas məsələ odur ki, yemək bərbad idi..." - GİLEY

Deməli, qızılbalıq qırıntıları, bir damcı üstdən, bir damcı da o biri tərəfdən göstəriş üçün qoyublar, heç o belə görünmür, ortası ilə boş. Bu kankret müştərini mal yerinə qoymaqdı, dələduzluqdur. Üzr istəmək əvəzinə özünü təmizə çıxarmağa çalışırdı. Dəfələrlə iradlardan sonra yenə də dəyişmədi. Üstəlik hələ servis hesabladı.
Getməyin ora, bərbad!!!"
"Əsas məsələ odur ki, yemək bərbad idi..." - GİLEY

Mənbə: "Şikayətim Var" Sosial Qrupu - Müəllif: Əsli

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BU NƏDİ BELƏ: Dərman əvəzinə KİMYƏVİ TƏMİZLƏYİCİ? - İLGİNC FAKT

Daha çox təmziləyici vasitələr və kosmetika məhsullarının istehsalı və satışı ilə məşğul olan “Ersağ” şirkətinin əməkdaşları Bakıda dələduzluq edir.

Bu barədə RePost.Az-a həmin şirkətin qurbanlarından biri – Kəlbəcər rayonundan olan məcburi köçkün Alpanahov Ayaz Yusif oğlu məlumat verib. Onun sözlərinə görə, şirkətin əməkdaşları xroniki bruselloz xəstəliyindən əziyyət çəkən 62 yaşlı atasına dərman adı ilə 326 manatlıq kosmetik vasitələr və hamam-tulet təmizləmək üçün istifadə olunan kimyəvi təmizləyici satıblar.

Belə ki, Alpanahov Yusf Mərkəzi Dəmiryol Xəstəxanasından Biləcəri qəsəbəsindəki mənzilinə qayıdarkən məhəllədə Gəray adlı qonşusu ilə qarşılaşır. Hal-əhvaldan sonra Gəray Yusf kişiyə Bakıda fəaliyyət göstərən Türk klinikasında tanıdığı məşhur uzman həkimlər olduğunu bildirərək qonşusunu özü ilə bəhs etdiyi “xəstəxana”ya aparır. “Xəstəxana”da onları özünü türkiyəli həkim kimi təqdim edən Zəhra adlı qadın qarşılayır. Yusf Alpanahovla qısa söhbətdən sonra heç bir müayinə aparılmadan 326.77 AZN-lik “dərman” satır. “Dərman” vasitələrinin arasında olan hamam və tulet təmizləyici ilə 62 yaşlı kişiyə hər axşam vanna qəbul etməyi tapşırır və onu əmin edir ki, bir həftəyə xəstəliyi keçib gedəcək.

Ayaz Alpanahovun sölərinə görə, atası evə qayıdanda “həkim”in tövsiyə etdiyi kimi “dərman”larını qəbul edir. Üstündən bir müddət keçdikdən sonra qəbul etdiyi “dərman”lar əks təsir göstərir və atasının vəziyyəti daha da pisləşir. Həkim müdaxiləsindən sonra xəstənin vəziyyəti nisbətən sabitləşir.

“Məşhur klinika”nın yazdığı “dərman”lara baxış zamanı məlum olur ki, onalara proteyn, kosmetik vasitələr və kimyəvi təmizləyicilər satlblar. Özünü həkim kimi təqdim edən Zəhra xanımın isə heç bir tibbi təhsili olmadığı, müraciət etdikləri müəssisənin isə sadəcə kosmetik vasitələr və kimyəvi təmizləyici vasitələrin istehsalı və satışı ilə məşğul olan “Ersağ” şirkəti olduğu məlum olub.

Ayaz Alpanahov deyir ki, dəfələrlə şirkətə müraciət etsə də, nə məhsullarını geri götürüblər, nə də pulu qaytarıblar.

Hadisə ilə bağlı Səhiyyə Nazirliyinin qaynar xəttinə və Daxili İşlər Nazirlyinə məlumat verilib, 19-cu Polis Bölməsində araşıdırama başlanılıb.

Sözügedən şirkətin Bakıdakı nümayəndəliyi ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı.

RePost.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vüqar Qurbanovun yüksək vəzifə verdiyi baş həkimə cinayət işi açılıbmış - TƏBİB MÖCÜZƏSİ...

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun yüksək vəzifə verdiyi xanım baş həkimə cinayət işi açılıbmış.

Qaynarinfo-nun məlumatına görə, Laçın Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru, baş həkimi 1985-ci il təvəllüdlü Güllü İbadova isə Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini təyin olunub.

Gülli İbadova Baş Prokurorluq tərəfindən Laçın Rayon Mərkəzi Xəstəxanasına ayrılmış pul vəsaitini, yəni ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə israf etmə yolu ilə talamaqda ittiham olunub.

Barəsində Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayyət işi açılıb və iş məhkəməyə göndərilib.

Gülli İbadova 2017-2020-ci illər ərzində ştat cədvəllərində saxtakarlıqlar edərək israf etmə yolu ilə 17.575,92 manat məbləğində dövlət vəsati mənimsəyib.

O, məhkəmə prossesinə kimi Səhiyyə Nazirliyinə 17.575,92 manat məbləğində dəymiş maddi ziyanı, həmçinin dövlət nəfinə ödənilməli olan 4394 manat ödəməsi məlum olub. Ona görə də zərərçəkmiş Səhiyyə Nazirliyinin nümayəndəsi onun barəsində cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etməyib.

İki həftə əvvəl məhkəmənin qərarı ilə, Gülli İbadova barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilib, Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə CM-nin 73-1.2-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunub.

Gülli İbadova 2011-2017-ci illərdə Sumqayıt Oftalmoloji Xəstəxanasında həkim-oftalmoloq vəzifəsində işləmiş, 2017-ci ilin aprel ayında Laçın rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub. 2020-2021-ci ildə "Laçın rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb. Baş həkim və direktor kimi vəzifələrinə xəstəxananın idarə olunması, səhiyə işinin təşkili, işçilərə nəzarət və digər bu kimi inzibati işlərə rəhbərlik edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin ediliblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nizami rayonunda YAŞIL TERROR TƏDARÜKÜ... - AXI NİYƏ?

Bakının Nizami rayonunda bəzi tikinti şirkətlərinin ağacların qırılması ilə bağlı məlumatlar ilk dəfə deyil ki, mətbuatın diqqətini cəlb edir...

Nizami rayonunda yenidən ağacların qanunsiz məhv edilməsi və sonradan həmin ərazilərin satılması ilə bağlı qalmaqal gündəmə gəlib.

Poliqon xəbər verir ki, bir neçə gün əvvəl jurnalist Pərvin Abışova Nizami rayonu Çoban Bəkirzadə küçəsindəki meşə zolağının daxilində qanunsuz tikinti üçün hazırlıq işlərinin başladığını və təməl qazıldığını təsdiqləyən videomaterial paylaşıb.

Videomaterialda qeyd olunur ki, bəhs edilən ərazidə bir müddət əvvəl baş verən yanğından sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən görülən “tədbir və cərimələmələr”dən vəziyyəti düzəlmək əvəzinə, daha da pisləşib.

Jurnalist qeyd edib ki, oradakı ağacların məhvinin və hazırlıq görülən tikinti işlərinin gözdən uzaq qalması üçün rayon rəhbərliyi ərazidən keçən yolu da bağlayıb.

Həmin videomaterialı təqdim edirik:

Videoda diqqət çəkən görüntülərdən biri isə ərazidəki Eldar şamlarının çoxlarının artıq quruması olub. Qeyd edək ki, belə bir hadisə ilk dəfədir ki. baş vermir. Son illər Bakının bir neçə rayonunda analoji hadisələr baş verib. Onlardan biri də bu gün Nizami rayonuda baş verib.

Bəs necə olur ki. bu cavan şam ağacları birdən birə quruyur?

Əslində bunun səbəbi çox sadədir və bu ağaclar bir başa insan müdaxiləsi ilə qurudulur və sonradan kəsilmələri qaçılmaz hala gətirilir. Bunun üçün, ya bir neçə dəfə davamlı olaraq ağacların kökünə dizel yanacağı tökülür, ya da ağacların qabığı dairəvi şəkildə soyulur ki. bununla da ağacların kökləri ilə budaqları arasında əlaqə kəsilir. Təbii olaraq budaqlar qidalana bilmədikdə quruyurlar.

Ağacların qurudulmasının bir başqa you isə ərazidə yanğın şıxarmaqdır və yanğından sonra isə ağacların çoxusu quruyur. Bütün üç halda ağacların kəsilməsi qaçılmaz hala gəlir və bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məcburi qaydada həmin ağacların kəsilməsinə icazə verir. Qəribə olan və məntiqə sığmayan isə isə odur ki, qurumuş ağaclar qanuni qaydada kəsildikdən sonra həmin ərazilərdə yeni ağaclar əkilmir. Bir qayda olaraq həmin ərazilər icra hakimiyyətləri tərəfindən kimlərəsə, fiziki, ya da hüquqi şəxslərə satılr və tezliklə həmin ərazilərdə tikinti işləri başlayır.

Son olaraq Nizami rayonunda meşə zolağının məcburi qurudulması ilə bağlı əldə etdiyimiz məlumata görə bu “əməliyyat” əvvəlcədən planşaldırılıb və yaxın zamanlarda icra hakimiyyətinin həmin ərazini kimə, ya da kimlərə satdığı məlum olacaq.

Qeyd edək ki, bayram günləri ilə əlaqədar olaraq Nizami rayon İcra Hakimiyyətinin mövqeyini öyrənə bilmədik. Hesab edirik ki, Nizami rayon İcra hakimiyyəti bu məsələ ilə bağlı açıqlama verəcək. Arzu edərdik ki, icra hakimiyyəti ərazidə yenidən ağaclarınəkiləcəyi ilə bağlı ictimaiyyətə söz versin.

Mənbə: Poliqon.info

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO