[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakı “dəyişək” təklifini qəbul etməyəcək - Ağazaryan

Bildiyim qədərilə, Azərbaycanla Ermənistan arasında anklavlar məsələsi müzakirə edilmir, ancaq belə bir məsələnin olmadığını demək də yanlışdır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Mülki Müqavilə Partiyasından olan deputat Ovik Ağazaryan çıxış edib.

Erməni deputat hesab edir ki, iki ölkə arasında sülh müqaviləsinin əsas bəndləri təmin edildikdən sonra anklavlar məsələsi gündəmə gələcək və hansısa yolla həllini tapacaq.

Onun fikrincə, ən yaxşı variant anklavların dəyişməsidir:

“Ancaq Azərbaycan bunu qəbul etməyəcək və deyəcək ki, bizim olan bizim, sizin olan sizindir. Nəticədə buralar qeyri-sabitlik ocaqları olacaq. Buradan belə çıxır ki, Azərbaycan Ermənistanı sıradan çıxarmaqla Türkiyə ilə bu bölgədə sülh yaratmaq istəyir".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Daşkənddə Zirvə toplantısında iştirak edir

Noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Sonra birgə foto çəkdirildi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Onkoloji xəstəyə zülm edənlər kimdir... - NARAZILIQ VAR...

Xətayi rayonundakı 98 saylı MKİS də var, onun rəisi Taleh Mirzəyev ad soyadlı rəisi də. Təəssüf ki, Taleh bəy vətəndaşa xidmət göstərmək, qayğısına qalmaq əvəzinə qonşular arasında konflikt yaradıb sonra da bundan bəhrələnmək üzrə “ixtisaslaşıb”. Adam hər hansı problemi yoluna qoymaq əvəzinə yanan ocağa, necə deyərlər, benzin tökməklə məşğuldur.
Şikayətçi Laləzar Hüseynovanın dediklərindən aydın olan budur. Redaksiyamıza təşrif gətirən bu xanım onkolji xəstəlikdən əziyyət çəkir. Onu bu qədər yolu gəlməyə vadar edənlərin vicdanı sızlamasa da bizi xeyli narahat elədi.
Laləzar Həsənova Köhnə Günəşli yaşayış massivində, İnqilab İsmmayılov küçəsindəki 30 saylı binada olan 3 nömrəli mənzilini xəstəliyi səbəbindən satmaq məcburiyyətində qalır. Mənzili satıb müalicəsinə xərcləyən laləzar beləcə qalır yurdsuz-yuvasız. Hələ mənzildə yaşadığı müddətdə blokun girişindəki piiləkənaltı sahəni sahmana salıb qapı qoyduran Laləzar xanım ora müəyyən əşyalar yığıbmış. Təbii ki, həmin sahə heç kimə məxsus olmadığından mənzil satıldıqdan sonra da Laləzar xanım həmin sahədən istifadə etməkdə davam edir.Onun vəziyyətini başa düşən, insanlıq naminə bu sahədən istifadə etməsinə şərait yaradan MKİS-in keçmiş rəisi Aftandil Novruzov da susur. Amma bu mənzilin təkrar satılmasına qədər çəkir. Təxminən 1 ay bundan əvvəl mənzilə yeni sakin köçür və qonşu Aydın ismayılov onu inandıra bilir ki, sən demə Laləzarın anbar kimi istifadə etdiyi sahə onun olmalıdır. Mənzilin yeni sahibi də eləmə tənbəllik, Aydın ismayılov və onun oğlu ilə birlikdə anbarın qapısını sındıraraq içəridək avadanlıqları, əşyaları damadağın edir. Bu hadisədən xəbər tutan Laləzar Həsənova gələrək ona məxsus əşyaların yerində olmadığını grdükdə mənzilin yeni sahibindən əşyalarını tələb edir. “Qara məni basınca mən qaranı basım” prinsipi ilə hərəkət edən sakin isə dərhal 98 saylı MKİS-in rəisi Taleh Mirzəyevə müraciət edir. Yeni sakinlə məsələnin həll yolu kimi Laləzar Həsənovadan tələb edir ki orada nəyin varsa götür, get. Amma Laləzar xanımın nəyi götürə biləcəyini heç aydınlaşdılrmaq belə istəmir. Adam Laləzar xanımı dinləmir belə. Dinləsəydi başa düşərdi ki, indi orada heç nə yoxdur.Şünki mənzilin yeni sahibi və qonşu Aydın İsmayılov qapını sındıraraq əşyaları aparıblar. Məcburiyyət qarşısında qalan Laləzar Həsənova vəziyyəti belə görüb Xətayi Rayon Polis İdarəsinə müraciət etməli olur. Laləzar xanım heç də həmin yerə iddialı deyil. Adam sadəcə oradakı əşyalarını tələb edir və bu məsələdə haqlıdır. Biz də inanırıq ki, Xətayi Rayon Polis İdarəsində onun bu haqlı şikayəti və tələbi həllini tapacaqdır. Lakin MKİS-ə yenicə gələn və hələ oturduğu yeri isinməyən Taleh Mirzəyev bu üsulla işləsə o binada, daha doğrusu 98 saylı MKİS-in ərazisində şox belə qovğalar yaşanacaqdır.Görünən budur.
Aktualxeber.az

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mağaza müştəriyə satdığı yararsız məhsulu niyə YENİLƏMİR? - “Karaca”dan ŞİKAYƏT

Bakı sakini “Karaca” mağazalar şəbəkəsi tərəfindən aldadıldığını iddia edir.

Bununla bağlı Bizim.Media-ya Nəsimi rayonu M.Mirqasımov 21 ünvanında yaşayan Məsmə Əliyeva müraciət edib. Şikayətçinin sözlərinə görə 04.10.2023 cü il tarixində Bakı şəhər Nəsimi rayon filialı, Azadliq 99 ünvanda yerləşən "Karaca"magazasından 195 AZN-lik "Kenwood" markalı şirəçəkən maşın alıb. İstifadə zamanı məhsulun yararsız olduğunu görüb:

“Qayda budur...”

“Övladım xəstə olduğu üçün şirəçəkən maşına ehtiyacım var. Məhsulu işlətməyə başlayanda qəribə mənzərənin şahidi oldum. Meyvə doğrayıb çəkən zaman meyvənin kiçik qabıqlarının şirəçəkənin kənarlarından evə sıçradığını gördüm. İşimlə əlaqədar əlaqədar şirəçəkəni 14 gün müddətində deyil, 25 gün sonra – yəni oktyabrın 29-da "Karaca"mağazasına mənə verilmiş 2 illik zəmanət talonu ilə bərabər apardım. Tələb etdim ki, məhsul qüsurlu olduğu ücün yenisi ilə dəyişdirilsin.

Mağazadan mənə bildirdilər ki, şirəçəkəni Əhməd Rəcəbli 21 ünvanda yerləşən texnoservisə aparım. Elə də etdim və özümlə meyvə də götürdüm. Texnoservisdə şirəçəkəni istifadə etdik. Servisin ustası onun həqiqətən də nasaz olduğunu təsdiqlədi. Hətta eyni modeli alan bir neçə alıcının da narazı qaldığını etiraf etdi. 1 gün şirəçəkənin servisdə qalacağını bildirdilər. Etiraz etsəm də, “qayda budur” deyə israr etdilər”.

“Biz belə işləyirik...”

Məsmə Əliyeva deyib ki, bir gün sonra servis nümayəndəsinin tərtib etdikləri istifadəyə yararsız yazılmış talonla bərabər şirəçəkəni yenidən "Karaca"mağazasına aparıb. Yolda talona baxanda isə təccüblənib:

“Guya ki, mən maşına cızıqlar cəkmişəm. Bunu bilərəkdən servisdə ediblər ki, günahı mənim boynuma atsınlar. Zəng edib səbəbini soruşanda, “sadəcə o şəkildə yazmışıq, narahatlığa əsas yoxdur” dedilər. Mağazada çalışan satış meneceri Günay xanıma yaxınlaşıb servis rəyini təqdim etdim. Xanım "Kenwood" markalı şirəçəkəninin yenisini verdi.

Şərt qoydum ki, üstümdə olan meyvəni onlarla bərabər yeni şirəçəkəndə yoxlamaq istəyirəm. Meyvəni çəkən zaman yenə də həmin prosesin təkrarlandığını gördüm. Mağazanın digər əməkdaşları da bu mənzərədən təccübləndilər. Anladım ki, məhsulun bütün modelləri belədir. Yəni istehsalda problem var. Ona görə də başqa markalı, hətta bir qədər bahalı şirəçəkənlə əvəzlənməsini tələb etdim.

Amma nə fayda...

Mağazadan məhsulu başqa markalı şirəçəkənlə əvəz etməyəcəklərini bildirdilər. Hətta satıcının mənə məsləhəti bu oldu ki, şirəçəkəni işlədən zaman kənarlarından çıxan meyvə qırıqlarının qarşısını skoç və ya dəsmalla qapadım. Məni elə həddə çatdırdılar ki, şirəçəkən maşını mağazada qoyub oradan kənarlaşdım. Servisin yazdığı talon da onlarda qaldı. Hətta satış meneceri Günay xanımın mənə son sözləri bu oldu ki “gedin kimə istəyirsiz şikayət edin, biz belə işləyirik”.

Məsələ ilə bağlı “Karaca” mağazalar şəbəkəsi ilə əlaqə yaratdıq. Şirkətin rəsmisi Səma xanım məhsulu qaytarmayacaqlarını, eyni markalı yenisi ilə yenə əvəzləyə biləcəklərini bildirib. O, deyib ki, sonuncu dəfə məhsul yoxlanılaraq müştəriyə təqdim edilib:

“Biz xanıma maksimum şəkildə kömək etdik. Öncə onu deyim ki, məhsulu 14 gün bitəndən sonra gətirmişdi. Onu qaytara bilməzdik. Servisin rəyinə görə yenisi ilə dəyişdik, yoxlayıb verdik. Amma müştəri yenə də eyni problem yarandığını əsas gətirərək məhsulu mağazaya gətirib təhvil verdi.

İndi də xanım tələb edir ki, şirəçəkəni başqa modellə əvəzləyək. Bu mümkün deyil. Servisin şirəçəkənin yararsız olduğuna dair növbəti rəyi olarsa, yalnız o halda eyni modelin yenisini təklif edə bilərik. Bunun üçün isə müştəri yenidən servisə müraciət etməlidir”, - deyə şirkət rəsmisi qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sürücü buna görə `Azpetrol`dan GİLEY EDİR - "...bir vətəndaşı yarı yolda qoydu"

Şikayətim Gəncədə H.Əliyev parkı ilə üzbəüz yerləşən "AZPETROL"dandır. Belə ki, bugün avtomobilim (benzin bitdiyindən) yolda qaldığı üçün 5 litrlik qab götürub digər maşınla yaxınlaşdım "Azpetrol"a. İşçi dedi biz qaba benzin vurmuruq. Səbəbi soruşanda dedi müdiriyyətə yaxınlaşın.

Müdiriyyət isə sən demə, bizim yaxınlığımızda dayanıb, qulaq asırmış. Yaxınlaşdı və salamsız-kəlamsız monitora baxa-baxa ki, biz qaba benzin vurmuruq. Mən, bir az narazılıq edəndən sonra isə dedi: plastik qaba benzin vurmuruq, gedin dəmir və görünməyən qab gətirin vuraq.

Adama başa sala bilmədim ki maşınım yolda qalıb! Və beləcə "Azpetrol" rəhbərliyi bir vətəndaşı yarı yolda qoydu!!! Səbəb isə hələ də anlaşılan deyil.
Sürücü buna görə `Azpetrol`dan GİLEY EDİR - "...bir vətəndaşı yarı yolda qoydu"

Mənbə: "Müştərinin Səsi"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cəlilabadda EKOTERRORU kim törədir? - BƏLLİ OLDU...

"Azerinfo.info" xəbər saytına daxil olan məlumata görə, Göytəpə meşəbəyliyinin 11 saylı dolayında olan çay yataqları vəhşicəsinə qazılaraq qrabil və qumu daşınır.

Yerli sakinlərin verdiyi məlumat görə, son bir neçə gün ərzində həmin ərazidən 200-ə yaxın "kamaz" markalı maşın qazıntı daşınıb.

Bu işin başında 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsini rəisi Ceyhun Hüseynovla İdarənin müfəttişi Talıb Kərimovun durduğu bildirilir.

Hətta sözügedən ərazidə olan qazıntı ilə bağlı vətəndaşların müraciətindən sonra, 2023-cü ilin 07 noyabr Talıb Kərimov bir saxta aktda yazıb ki, qoy onlardan çıxsın.

1 saylı Idərinin sabiq rəisi Şakir Quliyevin vaxtında belə biabırçılıqlar çox az idi, nəyin ki indi.

Çünki Şakir Quliyevdən çəkinirdilər və o, öz vəzifə səlahiyyətlərin yerinə yetirməyə çalışırdı.("Azerinfo.info")
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu gün Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.

Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib.


1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib.

2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” qanun ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama əsasən, Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Bu il artıq üçüncü dəfədir ki, Dövlət Bayrağı Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib. 44 gün davam edən Vətən müharibəsi dövrü Azərbaycanın qələbəsi ilə başa çatıb və azad edilən torpaqlarda Azərbaycanın şanlı bayrağı ucaldılıb.

2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.

Dövlət başçısı oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edib, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırıb.

Hazırda azad edilmiş bütün torpaqlarda bayrağımız dalğalanır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO