[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Doğum günümü heç vaxt qeyd etməmişəm” - İlham Əliyev


“Fürsətdən istifadə edərək mənim haqqımda dediyiniz bütün xoş sözlərinizə görə təşəkkürümü bildirmək istəyirəm. Mən əvvəlki dövrdə adətən 24 dekabr günündə məcburi köçkünlərlə bir yerdə olurdum, doğum günümü heç vaxt qeyd etməmişəm, ancaq ailə üzvlərimlə qeyd etmişəm. Hesab edirəm ki, bugünkü gün istisna deyil, yenə də ailə üzvlərimlə birlikdə qeyd edirəm”.

Bunu Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə söyləyib.

Dövlət başçısı bildirib:

“Əlli yaşım olanda Ağcabədidə məcburi köçkünlərlə bir yerdə idim və onlara demişdim ki, gün gələcək, siz məni öz doğma diyarınızda qəbul edəcəksiniz, qarşılayacaqsınız, mən sizin diyarınıza qonaq gələcəyəm və o gün gəldi. O gündən doqquz il sonra biz artıq Şuşada idik, bayrağımız da Şuşada dalğalanırdı. Altmış yaşımı Cıdır düzündə qeyd etmişəm, ondan əvvəl azad edilmiş Hadrutda hərbi hissənin açılışında iştirak etmişəm. Bu il dekabrın 24-ü üçün əlbəttə ki, bəzi fikirlərim var idi. Bu da bir rəmzi məna daşımalı idi. Hesab etdim ki, ən düzgün tədbir, bax, bizim bugünkü tədbirimiz olmalıdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev: "50 yaşım olanda məcburi köçkünlərə demişdim ki..."

"Biz gərək inamımızı itirməyək, onda istədiyimizə nail olacağıq".

Bu fikirləri Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə söyləyib.

"Əlli yaşım olanda Ağcabədidə məcburi köçkünlərlə bir yerdə idim və onlara demişdim ki, gün gələcək, siz məni öz doğma diyarınızda qəbul edəcəksiniz, qarşılayacaqsınız, mən sizin diyarınıza qonaq gələcəyəm və o gün gəldi. O gündən doqquz il sonra biz artıq Şuşada idik, bayrağımız da Şuşada dalğalanırdı. Altmış yaşımı Cıdır düzündə qeyd etmişəm, ondan əvvəl azad edilmiş Hadrutda hərbi hissənin açılışında iştirak etmişəm. Bu il dekabrın 24-ü üçün bəzi fikirlərim var idi. Bu da bir rəmzi məna daşımalı idi. Hesab etdim ki, ən düzgün tədbir, bax, bizim bugünkü tədbirimiz olmalıdır", - dövlət başçısı qeyd edib.

Qarabağ torpaqları işğal altında olanda illər keçdikcə cəmiyyətdə və ilk növbədə, məcburi köçkünlər arasında müəyyən bədbinlik əhval-ruhiyyəsinin yayıldığını qeyd edən dövlətimizin başçısı deyib: "Mənim köçkünlərlə onlarca görüşlərim olub və son illər görürdüm ki, onların ümidləri tükənir və bu təbiidir, mən bunu təbii qəbul edirdim. Təbii ki, onlara deyə bilməzdim ki, nə vaxt, necə və nə olacaq. Çalışırdım onları inandırım ki, gün gələcək. Ancaq o təbii idi, çünki otuz ilin həsrəti istər-istəməz hər bir insana mənfi təsir göstərmişdir. Ancaq bu gün biz artıq iki ildir ki, müzəffər xalq kimi yaşayırıq. Bu gün bir daha demək istəyirəm, əsas məsələ ondadır ki, biz gərək inamımızı itirməyək. Biz inanırdıq ki, qayıdacağıq, mən bir gün də o inamı itirməmişdim, inanmalıyıq və bu müqəddəs günü yaxınlaşdırmaq üçün iş görməliyik, fəaliyyətdə olmalıyıq. Onda istədiyimizə nail olacağıq".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyevdən Laçın yolundakı vəziyyətlə bağlı AÇIQLAMA


"Yəni, Laçın yolunda baş verən hadisə gün kimi aydındır. Bu, bizim legitim hüququmuzdur. Bizim təbii sərvətlərimiz istismar edilir, təbii sərvətlərimiz daşınır. O təbii sərvətlərimizi istismar edənlər istənilən beynəlxalq hüquqi normaya görə cinayətkardırlar".

Bu fikirləri Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Laçın rayonunda baş verən hadisələrə münasibət bildirərkən söyləyib.

"Çünki bu, bizim beynəlxalq birlik tərəfindən tanınmış ərazimizdir və haqlı tələbimiz var ki, bizim ictimaiyyət nümayəndələri və ilk növbədə, ondan əvvəl dövlət qurumlarının nümayəndələri monitorinq keçirməlidirlər. Baxmalıdırlar orada hansı işlər baş verir və o qanunsuz fəaliyyət dayandırılmalıdır. Bizim haqlı tələbimiz bundan ibarətdir", - deyə Prezident vurğulayıb.

Ancaq Laçın yolundakı vəziyyətin bu gün təhrif edilmiş tərzdə təqdim olunduğunu bildirən Prezident İlham Əliyev deyib:

"Yenə yalan, yenə iftira, yenə böhtan, kim bunu edir, biz hamımız yaxşı bilirik. Yenə də deyirəm, Ermənistan dövləti hazırda burada ilk sıralarda deyil. Amma bu, bizi heç nədən çəkindirməyəcək. Biz artıq bunu dəfələrlə sübut etmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, müharibədən keçən iki il bunu göstərdi. Heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək".

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mikayıl Cabbarova daha bir VƏZİFƏ VERİLDİ


Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” sərəncama dəyişiklik edilib.

Sərəncama əsasən, Komissiyanın həmsədri dəyişib. Komissiyanın həmsədri vəzifəsi İqtisadiyyat nazirinə həvalə olunub. Bundan əvvəl bu vəzifə Baş nazirinin birinci müavinində idi. Komissiyanın üzvlərinin də siyahısı yenilənib. Komissiyanın yeni tərkibi aşağıdakı kimi təsdiq edilib:

Komissiyanın həmsədri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri - Mikayıl Cabbarov

Komissiyanın üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri.

Xarici İşlər Nazirliyi bu Sərəncamda edilən dəyişiklik barədə Rusiya Federasiyasının Tatarıstan Respublikası tərəfinə bildiriş göndərməlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"İrəvanın Ermənistana verilməsi xəyanət və cinayət idi" - İlham Əliyev

"Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərib. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilib".

Bu fikirləri Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə söyləyib.

“XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik”, - deyə dövlətimizin başçısı deyib.

Tariximizdə şanlı səhifələrin də, qara səhifələrin də olduğunu qeyd edən Prezident İlham Əliyev deyib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mən dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi, baxmayaraq ki, cəmi iki il yaşadı. Ancaq, eyni zamanda, biz bu tariximizin qara səhifələrini də unutmamalıyıq, ört-basdır etməməliyik. Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qərbi Azərbaycan bizim tarixi torpağımızdır" - Prezident


"Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir".

Bu barədə Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib.

Dövlətimizin başçısı deyib: “Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki, tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.

Prezident qeyd edib ki, indi əsas vəzifə bunu dünya ictimaiyyətinə də çatdırmaqdır: “Artıq bu istiqamətdə işlər başlamışdır. Əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentin doğum günüdür


Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.

Dövlət başçısının 61 yaşı tamam olur.İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İlham Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib.

1985-ci ildə dissertasiya müdafiə edən İlham Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.

1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib.

2003-cü ildə Baş Nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib.

2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib, oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində növbəti dəfə qələbə qazanıb.

2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində İlham Əliyev 86,03 faiz səs toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Prezident İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasının sədridir. İlham Əliyev, həmçinin, 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

Evlidir, üç övladı var.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində Azərbaycan ərazilərini erməni işğalçılarından təmizləyib, ölkənin ərazi bütövlüyünü təmin edib. 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda indi üçrəngli bayrağımız dalğalanır.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayır!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“140 manat maaşa işləyirdim, bunu da mənə çox gördülər” - ETİRAZ


"20 ildir ki, mətbuat yayımı şöbəsində çalışıram. Bu yaxınlarda xəbərim olmadan işdən çıxarılmışam. Pensiya yaşına çatmamışam, amma iş tapa bilmirəm”.

Bunu Meydan TV-yə Biləsuvar rayon sakini, 58 yaşlı Füzuli Məmmədov deyib.

Onun sözlərinə görə, "Azərmətbuatyayımı” ASC-nin tabeliyindəki rayon şöbəsində çalışıb. Əmək müqaviləsinə xitam verirkən qarşılıqlı razılaşma olduğu yazılıb. Halbuki işdən çıxarıldığını sonradan öyrənib.

"Dövlət Əmək Müfəttişliyinə müraciət etdim, qayda pozuntusuna görə müəssisəni 1700 manat cərimələdi. Dedilər ki, işdən çıxarılma qanunsuzdur. Ən azından əvvəlcədən xəbərdarlıq edilməli idi. Amma nə işə bərpa etdilər, nə də təzminat ödənildi”, - şikayətçi deyib.

Füzuli Məmmədov bildirib ki, dolanışığı çətindir, əlavə gəlir yeri yoxdur.
“140 manat maaşa işləyirdim, bunu da mənə çox gördülər” - ETİRAZ

Ona işəbərpa olunması üçün "Azərmətbuatyayımı”na qarşı məhkəmə iddiası qaldırdırmağı məsləhət görüblər: "Gərək rüsum ödənilsin, vəkil tutulsun. Mənim isə buna maddi imkanım çatmır. Hətta bunu necə edəcəyimi də bilmirəm. Onu mənə başa salan yoxdur, çox çarəsiz vəziyyətdəyəm. Övladımın ailəsi var, məni dolandıra bilmir. Təsəvvür edin ki, 140 manat maaşa işləyirdim, bunu da mənə çox gördülər, ondan da məhrum etdilər”.

Biləsuvar Rayon Mətbuat yayımı Şöbəsinin rəisi Mirzə Əzizov Meydan TV-yə deyib ki, Füzuli Məmmədov poçtalyon kimi çalışıb, müəssisənin maliyyə imkanı məhdud olduğu üçün ixtisara salınıb.
//Meydan TV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan Laçın yoluna nəzarəti bərpa etdi - "Hraparak"


Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası həm Cənubi Qafqaz regionunda, həm də beynəlxalq arenada öz mövqelərini möhkəmləndirərək mühüm uğurlara nail olmuşdur. Əminəm ki, bu, gələcəkdə də davam edəcək.

Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə daimi dəstəyini, eləcə də Rusiya ilə müharibə şəraitində Ukrayna xalqına göstərdiyi yardımı yüksək qiymətləndirirəm. Biz bu cür dəstəyin artacağına ümid edirik.

Əminəm ki, ikitərəfli münasibətlərin mövcud potensialını birgə səylərlə maksimum surətdə reallaşdıra və Ukrayna-Azərbaycan əməkdaşlığını Qara dəniz-Xəzər regionunda təhlükəsizlik və sabitlik naminə daha da möhkəmləndirə bilərik.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, güclü və firavan dövlətinizin gələcək inkişafı yolunda uğurlar və yeni nailiyyətlər arzu edirəm
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident onları təltif etdi - SİYAHI


Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarının “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aşağıdakı əməkdaşları “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər:

Abbasov Elnur Abbas oğlu

Allahverdiyev Zaur Rəşid oğlu

Əliyev Elnur Qaraxan oğlu

Ənsari Elnarə Məhəmməd qızı

Əsgərov Mətləb Hünbət oğlu

Hacıyeva Fəridə Şaiq qızı

İsmayılov Azər Həsən oğlu

Kövsərov Əlişah Kadir oğlu

Nəzərova Aynurə Bəhruz qızı

Salahov Orxan Saleh oğlu.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO