[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yol polisi hərəkət iştirakçılarına müraciət ETDİ


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qarlı hava şəraitində yolların buz bağlamasını diqqətdə saxlayaraq, hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə açıqlamasında BDYPİ-nin rəsmisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.
O ötən gündən başlayaraq paytaxtda və respublikanın bəzi bölgələrində qeyri-sabit hava şəraiti ilə bağlı bütün hərəkət iştirakçılarına yollarda diqqətli olmalarını tövsiyə edirik.

Piyadalar paytaxt ərazisində sürüşkən mərmər səkilərdə hərəkət edərkən diqqətli olsunlar. Yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan-qarşıya keçsinlər.

Valideynlərdən xahiş edirik, övladlarını nəzarətsiz qoymasınlar, uşaqların avtomobil yollarında və ya yol kənarlarında qarla oynamalarına, eləcə də yollarda sürüşmələrinə icazə verməsinlər.

Uşaqların əyləncələrini təhlükəsiz hesab olunan parklarda və yaşayış binalarının qarşısında salınan istirahət zonalarında təşkil etsinlər.

Nəzərə almaq lazımdır ki, belə havalarda tormuzlama zamanı avtomobilin yolda sürüşmə ehtimalı var və bu, hansısa bir bədbəxt hadisənin baş verməsinə səbəb ola bilər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BMT İran rəhbərliyini ölüm hökmünə son qoymağa çağırıb


İnsan Hüquqları üzrə Ali Komissarlığın ( OHCHR ) Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında İran hakimiyyətini etirazçıları edam etməyi dayandırmağa və bu praktikanı dayandırmağa çağırıb.

Bu barədə rəhbərlik Twitter-də yazıb.

Nazirlik açıqlamasında İranda etiraz aksiyaları zamanı həbs olunan Məhəmməd Qobadlu və Məhəmməd Boruqaninin qarşıdan gələn edamından narahat olduğunu bildirib.

"İran hakimiyyəti bütün edamları dərhal dayandırmalıdır", - OHCHR Twitter-də bildirib.

İranda sentyabrın ortalarından etibarən Məhsa Əmininin ölümü ilə bağlı iğtişaşlar və etiraz aksiyaları keçirilir. Qız əxlaq polisi tərəfindən saxlanılıb, bir müddət sonra dünyasını dəyişib və ölkə sakinləri bununla bağlı rəsmiləri ittiham ediblər. Sosial şəbəkələrdə iranlı qızların saçlarını kəsdirərək hicaba od vurması videoları kütləvi şəkildə yayımlanmağa başlayıb.

İran məhkəməsi polis müavininin ölümü ilə bağlı 5 etirazçıya ölüm hökmü çıxarıb . Daha 11 nəfər uzun müddətə azadlıqdan məhrum edilib.

Birinci edam dekabrın 8- də, ikincisi isə dekabrın 12- də həyata keçirilib. 2023-cü ildə, yanvarın 7-də "cinayətin əsas iştirakçıları" olan daha iki nəfər edam edildi, bunlar Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyni idi.

Bundan əlavə, yerli media 17 və 15 yaşlı iki yeniyetmənin ölüm cəzası gözlədiyini yazıb.

Edamlara görə bir çox ölkələrin Xarici İşlər Nazirlikləri İran səfirlərini çağırıb. İtaliya Xarici İşlər Nazirliyi ölüm hökmünün dayandırılmasını tələb etmək üçün diplomatı çağırıb. Hollandiya Xarici İşlər Nazirliyi səfiri etirazçıların edamına görə çağırıb . Yanvarın 9-da İran səfiri Norveç Xarici İşlər Nazirliyinə çağırılıb .
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan Pakistana 7 milyon dollar ayırıb


Cenevrədə BMT və Pakistanın birgə təşkilatçılığı ilə “İqlimə davamlı Pakistan” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın əsas məqsədi ötən ilin avqust ayında Pakistanda baş vermiş təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılmasına və yenidənqurma işlərinin həyata keçirilməsinə dəstək məqsədilə lazımi maliyyə resurslarının cəlb edilməsindən ibarət olub.

Bu barədə XİN məlumat yayıb.

Tədbirin açılış hissəsində təşkilatçı qismində Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif və BMT Baş Katibi Antonio Quterreş çıxış edib, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğanın video müraciəti yayımlanıb.

Təşkilatçıların dəvəti ilə dünyanın 46 ölkə, eləcə də 48 beynəlxalq maliyyə və vətəndaş cəmiyyəti institutunun nümayəndələrinin iştirak etdiyi tədbirdə AR Xarici İşlər nazirinin müavini Elnur Məmmədov video konfrans vasitəsilə çıxış edib.

Çıxışda ölkəmiz tərəfindən dost və qardaş Pakistan xalqı və dövlətinin ağrı-acısının bölüşüldüyü, 2010-cu ildən etibarən bu ölkədə fərqli illərdə baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə indiyədək 7 milyon ABŞ dollarına yaxın məbləğdə töhfə verildiyi qeyd olunub. Pakistan tarixinin ən ağır təbii fəlakəti hesab edilən son daşqınların səbəb olduğu dağıntıların aradan qaldırılmasına dəstək olaraq 2022-ci ilin avqust ayında Azərbaycanın Pakistana 2 milyon ABŞ dolları məbləğində maliyyə yardımı göstərdiyi nəzərə çatdırılıb. Nazir müavini, fəsadların miqyasını nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən təşəbbüsə dəstək məqsədilə ölkəmiz tərəfindən əlavə 2 milyon ABŞ dolları həcmində humanitar məqsədli maliyyə yardımının göstəriləcəyi barədə Pakistan tərəfini və konfrans iştirakçılarını məlumatlandırıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hərbçimiz intihar etdi


Müdadiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Vüsal Akif oğlunun yanvarın 9-da odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə gedilib, zəruri hərəkətlər icra olunub.

Fakt üzrə Gəncə hərbi prokurorluğunda araşdırma aparılır və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğan: “Azərbaycanla əlaqələrimiz ən yüksək səviyyəyə çatıb”


“Azərbaycanla olan əlaqələrimiz Türkiyə tarixində ən üst səviyyəyə çatıb”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Beştəpədəki iqamətgahında hökumətin ilin ilk iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Ərdoğan keçən il Türkiyənin xarici siyasətdə baş verənlərlə əlaqədar məsələlərlə bağlı danışarkən bu fikirləri səsləndirib.

O, həmçinin ölkəsinin Rusiya və Ukrayna arasında da uğurla vasitəçilik etdiyini və münaqişənin sülh yolu ilə həlli istiqamətində səyləri davam etdirdiyini vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əri xəstə olan iki uşaq anası niyə sosial yardım ala bilmir? – Video + Açıqlama


Mingəçevir şəhər sakini Azayeva Xətayə Əliağa qızı ünvanlı sosial yardım ala bilmir.

O, bu barədə Yeniavaz.com-a müraciətində bildirib.

X.Azayevanın sözlərinə görə, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, rədd cavabı alıb.

Ona deyilib ki, həyat yoldaşı da işlədiyi təqdirdə ünvanlı dövlət sosial yardım təyin oluna bilər. Ailədə iki məktəbli, 12-13 yaşlı qız uşaqları böyüyür.
2 uşaq anası Xətayə deyib ki, həyat yoldaşı xəstədir. Onlar əvvəllər sosial yardım alıblar. Həyat yoldaşı “DOST İş Mərkəzi” MMC tərəfindən işlə təmin olunub. Lakin həmin iş də iki ay çəkib. Ona görə onların sosial yardımı da dayandırılıb.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun rəsmisi Rəşad Mehdili Yeniavaz.com-a açıqlama verib:

“Mingəçevir şəhər sakini Xətayə Azayevanın ünvanlı sosial yardımla bağlı 24.05.2020-ci il tarixli müraciətinə əsasən ailəyə 270,35 manat məbləğində yardım təyin edilərək ödənilib. Bundan sonra ailənin ünvanlı sosial yardımla bağlı müraciəti elektron sistemə daxil olmayıb. Ailənin ərizə-bəyannamədə qeyd etdiyi telefon nömrəsi ilə əlaqə yaradılıb. Telefon zənginə cavab verən Xətayə Azayevanın həyat yoldaşı Vasif Azayevə ailənin ünvanlı sosial yardım hüququnun yoxlanması üçün suallar verilib. Məlum olub ki, ailə ikisi uşaq olmaqla 4 nəfərdən ibarətdir. Vasif Azayev əmək qabiliyyətli olsa da, işsizdir. Bu səbəbdən ailənin sosial yardım hüququnun yaranmadığı, Vasif Azayevin işlə təmin olunduqdan sonra sosial yardım üçün elektron qaydada müraciət etməsi tövsiyə olunub”.Yeniavaz.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qəbələnin icra başçısı Prezidentin siyasətinə zərbə vurur? – Qazi ailəsindən Prezidentə Şikayət olundu

Prezident İlham Əliyevin göstərişi ilə şəhər və rayon icra hakimiyyətlərində yaradılan Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbələrinin fəaliyyəti davam etdirilir. Amma Qəbələ rayonunda bu qurum fəaliyyətsizlikdə ittiham edilir.

DİA.AZ bildirir ki, bu haqda Dünyanınsəsi.Az saytına Qəbələ rayonun Uludaş kəndindən olan Qazimiz İsrafilov Zaur Yaşar oğlu tərəfindən video-şikayət göndərilib.
Qəbələnin icra başçısı Prezidentin siyasətinə zərbə vurur? – Qazi ailəsindən Prezidentə Şikayət olundu

Belə ki, şikayətçi qeyd edir ki, 44 günlük Vətən müharibəsinin iştirakçılarıdır.O, Ağdərə rayonun “Suqovuşan” və “Talış” kəndinin azad edilməsində iştirak edib.Döyüş əməliyyatı zamanı ağır yaralanaraq hosbitala yerləşdirilib.Hazırda 2-ci qurup əlildir.
Şikayətçimizin əsas problemi ondan ibarətdir ki, yaşadığı evin təmirə ehtiyacı var.Buna da onların nə ailə üzvülərinin maddi imkanı çatır nə də ki, özünün.
Qazimiz onu da qeyd edir ki, bu məsələ ilə bağlı dəfələrlə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısına çoxsaylı müraciətləri olsa da ona heç bir köməkdarlıq edilməmişdir.
Bu gün dövlətimizin başçısının göstərişi sayəsində Şəhid ailələri və Qazilərin bir çoxu özünüməşğulluq proqramına cəlb edilib, yüzlərlə şəhidin ailə üzvü və qazilərimiz işlə təmin olunub. Şəhid ailələrinin və qazilərimizin mənzil-məişət şəratinin yaxşılaşdırılması, imtiyazlı şəxs kimi mənzil uçotuna alınması istiqamətində işlər aparılmaqdadır.
Redaksiya olaraq inanırı ki, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bu şaxtalı soyuq havada şəraitsizlik üçbatından əziyyət çəkən xəstə qazimizin evinin təmir edilməsinə köməkdarlıq edəcəkdir.
Qazimizin video-şikayətini təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Hacı" ləqəbli restoranlar şefinin "TƏBRİK", "MÜBARƏK", "BADİ-KÜBƏ" restoranları vergidən yayınır? - SENSASİON İDDİA


Vergi dövlətin ən əsas sütun dayaqlarından biridir. Vergi təminatı əsas dövlət orqanı olaraq dövlət büdcəsinə gəlir gətirən, eyni zamanda dövlət büdcəsindən maliyyələşən orqandır. Vergi ödəyicilərinin məsuliyyəti hətta cinayət məcəlləsində müqafiq cəzayla tövsif olunur. Dəyərindən, mislindən, miqdarından asılı olmayaraq gəlir əldə edən hüquqi və fiziki şəxs dövlətin təyin etdiyi vergini ödəməlidir.

Qeyd edək ki, hər hansı bir sahibkarlıqla, iri və ya kiçik bizneslə məşğul olan sahibkar, qeydiyyata düşüb maaş alan hər işçi, qulluqçu da avtomatik vergi ödəyicisinə çevrilir. Vergi qurumlarının, orqanlarının əsas mahiyyəti, məsuliyyəti və vəzifəsi vergi ödəməsinə nəzarət etmək, onları vergiyə cəlb etmək, lazım olduqda vergidən yayınıb dövlət büdcəsinə zərər vuran işbaz sahibkarların cinayət məsuliyyətinə cəlb olunmasına cavabdeh olmaqdır.

Vergi orqanlarında çalışan hər kəs yaxşı bilir ki, vəzifəsindən süi istifadə etmək sonda onların özünə qarşı cinayət işinin açılmasına səbəb ola bilər. Odur ki, hər rayon, qəsəbə, bəzi yerlərdə kənd üzrə vergi işçiləri yoxlama məqsədilə müxtəlif istiqamətlərdə reydlər keçirir. Dövlət başçısl İlham Əliyevin şəxsən nəzarətində olan bu qurumun işində hər hansı bir nöqsan, yeyinti olarsa bu bir başa dövlət əmlakını qəsdən talama, mənimsəmə kimi qəbul edilir.

Bu isə ağır cinayət tərkibinə aid bir əməl hesab olunur...

Ayrı-ayrıllqda hər birimiz açıq gözlü olmalı, hər birimiz dövlət vergisinin ictimai nəzarətçisi olmalıyıq...

Bu gün respublikamızda vergiyə nəzarəti gücləndirmək üçün ƏDV ödənişlərinin vətəndaşlara-müştərilərə qaytarılması əməliyyatı da məhz vergiyə nəzarəti gücləndirmək məqsədi daşıyır. Lakin əfsuslar olsun ki, bu gün bir çox dələduz işbazlar öz kommersiya fəaliyyətlərindən mənimsədikləri yüz minlərlə qiyməti olan gəlirin vergisini dövlətdən gizlədir, vergi verməkdən yayınırlar. Bu da yuxarıda qeyd etdiyim kimi dövlət əmlakını qəsdən mənimsəmə deməkdir.
"Hacı" ləqəbli restoranlar şefinin "TƏBRİK", "MÜBARƏK", "BADİ-KÜBƏ" restoranları vergidən yayınır? - SENSASİON İDDİA

Hətta 1 manat kassa çeki təqdim olunmadan satılan məhsula, müştərinin əlində tutulan məhsula görə hüquqi şəxs cərimə olunur. Bəs, görəsən bu gün restoran sahiblərinin vergidən yayınmasına kim səbəb olur?! Cinayət məcəlləsində onları-restoran müdürlərini və havadarlarını hansı cəza gözləyir?! Bu gün sizə restoranlar şəbəkəsi-TƏBRİK, MÜBARƏK, BADİ-KUBƏ adı altında fəaliyyət göstərən 3 restoran haqqında və burda baş verən qanun pozuntuları haqda açıqlama vermək istəyirəm.
"Hacı" ləqəbli restoranlar şefinin "TƏBRİK", "MÜBARƏK", "BADİ-KÜBƏ" restoranları vergidən yayınır? - SENSASİON İDDİA

Ən birinci açıqlamam restoranlar şəbəkəsinin dövlət vergisindən yayınması haqdadı. Beləki, elə öz dilləriylə desək "kalendar" işləyən, yəni hər gün sifarişi olan restoranlar şəbəkəsinə aid restoranlardan heç birində vətəndaşlara kassa çeki təqdim olunmur. Pullar nağd qəbul olunur. Görəsən, onlara VERGİ KRIŞALIĞInı kim edir. Etmir deməyin. Çünki, adi bir məhlə dükanında 50 qəpiklik tum üçün verilməyən çekə görə müəyyən cərimələr tətbiq olunur.
"Hacı" ləqəbli restoranlar şefinin "TƏBRİK", "MÜBARƏK", "BADİ-KÜBƏ" restoranları vergidən yayınır? - SENSASİON İDDİA

Bəs, restoranlar şəbəkəsinin şefi məşhur Hacı ləqəbli iş adamı kimə arxalanıb 3 restoranı vergidən yayınmaqla işlədir, dövlət büdcəsinə hər ay kifayət qədər yetərli ziyan vurur. Məgər qanun ona və işlətdiyi restoranlara aid deyil? Kimdi Hacının mənafeyini dövlət mənafeyindən yüksək tutan? Niyə bu işbazların özbaşınalıqlarına göz yumulur?! Onsuz da restoranlarında müştərilərin başına oyun açırlar, özbaşınalığın həddi-hüdudu yoxdu.

Köhnə yeməklər, yarıtmaz xidmət, qeyri-peşəkar personal və daha nələr nələr...

Bir az da xidmət haqda açıqlama vermək istəyirəm. Tamada, müğənni xidməti yerinə yetirən ikisi birində xidməti müştərini aldatmağın bir növüdür. Tamada olaraq 2 cümləni ard-arda söyləyə bilməyən bu şəxsin xidməti də restoran xidmətində qiymətə daxildir. Amma və lakin adı olub keyfiyyəti sıfır olan bir xidmət. Çəkiliş xidməti də başqa problemdir.

Çəkiliş adi telefon çəkilişi səviyyəsindən aşağı olan bir keyfiyyətdə çəkilir və montajsız müştəriyə təqdim olunur. Və müştəri bütün bu şikayətlərini Hacının bir neçə əlaltı işçilərinə deməkdən başqa adam tapmır. Dövlət büdcəsinə vergidən yayınmaqla hər il küllü miqdarda ziyan vurmaqla qazanc əldə edən Hacı görünməz zirehlə əhatələnir. Əfsuslar olsun ki, günü bu günə qədər Hacının restoranlar şəbəkəsi vergidən yayınaraq fəaliyyətini davam etdirir. Vergi orqanları hara baxır?

"Azərbaycan Reallığı" yazıda adı çəkilən hər kəsin mövqeyini tanıyır.

AZƏRBAYCANREALLIĞI.COM
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Əməliyyata şəxsən Əhməd Əhmədov başçılıq edirdi" - Bənəniyar sakini SİRRLƏRİ AÇDI


Yanvarında 5-də 12-ci ildönümü tamam olan “Bənəniyar hadisələri” zamanı özünü yandıran Yunis Əliyev hələ də bədənində müxtəlif izlərin qaldığını bildirib.

DİA.AZ xəbər verir ki, o, bu barədə “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinə danışıb.

Y.Əliyev deyib ki, əlləri də yandığından o zamandan bəri bir işin qulpundan yapışa bilmir:

“Mən hər şeyimdən keçdim, təkcə intihar qaldı. Getdim benzin aldım”.

Anası Şəhrəbanu Əliyevanın sözlərinə görə, bu hadisələrdən sonra ürəyi xəstəlik tapıb, əlləri əsməyə başlayıb. O deyib ki, qapını açanda hərbi maşınları, əsgərləri görəndə çaşıb. Ermənistanla sərhədə yaxın olduqlarından elə bilib ki, müharibə başlayıb. Daha sonra onları ayaqyalın, ev paltarında polis şöbəsinə aparıb, yarıçılpaq, qarlı havada çöldə saxlayıblar. O, əməliyyata şəxsən Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlər naziri Əhməd Əhmədovun başçılıq etdiyini söyləyib.

Bildirilib ki, bugünlərdə Naxçıvanın yeni təyin olunmuş daxili işlər naziri hadisələr zamanı işgəncə gördüyü deyilən Rza Nuriyevin ailəsini qəbul edib. Yerli mətbuat yazıb ki, nazir məsələnin dövlət tərəfindən yüksək səviyyədə nəzarətə götürüldüyünü, baş verənlərin tezliklə hüquqi-qiymətini alacağını bildirib.

Daha ətraflı:

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...