[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qubada silah-sursat aşkarlanıb
Qubada silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun bildirdiyinə görə Quba Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə, şəhər qəbiristanlığında silah-sursat olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gedən polis əməkdaşları həmin ərazidən 1 tapança, 45 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda metrostansiyanın yaxınlığında YANĞIN
"Ulduz" metrostansiyasının yaxınlığında yanğın başlayıb.

Bu barədə "Zamantv.az"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunda "Ulduz" metrostansiyasının yaxınlığında açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir. İlkin məlumata əsasən, təqribən 50 m² sahədə məişət tullantıları və mazut qalıqları yanır.

Əlavə məlumat veriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu icra başçıları vəzifələrini itirəcək
"Ərazi vahidləri ləğv olunursa, həmin ərazi vahidlərində fəaliyyət göstərən icra hakimiyyətləri də ləğv olunacaq. Onlar Gəncə Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə keçəcək".

Bunu "Zamantv.az"a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov Gəncənin Kəpəz və Nizami rayonlarının ləğv edilməsi ilə bağlı deyib.

Deputat bildirib ki, həmin rayonlar ərazi vahidləri kimi ləğv olunur:

"İcra hakimiyyətləri idarəetmə qurumlarıdır. Amma rayonların ləğvi isə ərazilərin dəyişdirilməsidir. Əvvəl inzibati ərazi bölgüsünə baxılır, ondan sonra orada fəaliyyət göstərən idarəçilik qurumları ilə bağlı qərar qəbul olunur. Qanunun qüvvəyə minməsindən sonra müvafiq fərman və sərəncamlar olacaq".

Qeyd edək ki, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı isə Nizami Hacıyevdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kürdəmirdə polis əməliyyat keçirdi – saxlanılan şəxsdən 3 kiloqramdan artıq narkotik götürüldü
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Zamantv.az"a verilən məlumata görə, şöbə əməkdaşların keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş Tural Rasulov yaşadığı evin yaxınlığında saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı əynində olan gödəkçənin cibindən bir ədəd kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanaraq götürülüb.
Kürdəmirdə polis əməliyyat keçirdi – saxlanılan şəxsdən 3 kiloqramdan artıq narkotik götürüldü
Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində isə T.Rasulovun kənd ərazisində yetişən böyürtkən kollarının arasında gizlətdiyi təmiz çəkisi 3 kiloqram 50 qram olan marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı həmin şəxs narkotik vasitələrin ona məxsus olduğunu və qanunsuz əməllə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir "TIR" sürücülərinin etiraz etdiyi şöbə müdirini İŞDƏN ÇIXARDI
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirib.

"Zamantv.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, iclasda nazirliyin yanında fəaliyyət gösətərən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və bir sıra rəhbər şəxslər iştirak ediblər.

Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb.

Rəşad Nəbiyev baş verən hadisəyə görə xidmət rəisi Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Macəralarla dolu Mingəçevirdən daha bir ŞOK MƏLUMAT - FOTO // VİDEO
Mingəçevir - Nur şəhəri...

DogruXeber.az: - Çox təəssüflər olsun, nur şəhərimizin hazırkı görüntüləri onun "nurlu sima"sına və şəhər adına ləkə gətirir.

Biz ötən yayımlarımızda 5 və 7 saylı uşaq bağçası - körpələr evlərinin yerinin baha qiymətə həyətyanı torpaq kimi satılması,

Uşaq bağçalarının əraziləri kimlərin "biznes dairəsi"nə daxildir?


uçma təhlükəsi ilə üz-üzə, qəzalı vəziyyətdə olan köhnə yaşayış binaları,

Mingəçevir sakinlərinin haqlı narazılıqlrı

Seçdikləri deputatdan yarımayan Mingəçevir sakinləri İcra başçısından da narazıdır

nəmli, şəraitsiz evdə yaşamağa məcbur qalan şəhid ailəsi,

sakinlərin sözlərinə görə İcra Hakimiyyəti tərəfindən sökülməyə məcbur edilən şəhid bulağı, həmçinin bərbad yolları və məişət tullantıları ilə zəngin küçələri barəsində dəfələrlə məlumatlar dərc etmişik.
\
Yuxarıda sadaladığımız bütün problemlərə rəğmən sözügedən şəhərin İcra Hakimiyyəti ümumiyyətlə məlumatlara nə reaksiya vermir, nə də həlli üçün bir addım atmır. Sakinlər belə deyir. Görünür başı daha mühüm işlərə qarışan İlham İsmayılov, belə "xırda mövzular"a zaman xərcləmək istəmir.

Yeri gəlmişkən, xatırlamış olarsınız ki, ötən həftə yayımladığımız məlumatda sosial şəbəkələrdə paylaşılan bir məlumatdan bəhs etmişdik. Hansı ki, o məlumatda İcra başçısının 66 yaşlı texnikum məzununu hansı mühüm vəzifəyə təyin etdiyindən də danışmışdıq.

Texnikum məzunu pensioner rəis - ŞOK İDDİA

Nə yazıq ki, düşdükləri durum sosial şəbəkələrdə giley-güzar etməyi bu şəhərin sakinlərində "adət" halına gətizdirib.

Belə ki, bir neçə gün əvvəl "Facebook" sosial şəbəkəsində, Mingəçevir şəhər sakinləri tərəfindən yenicə paylaşılmış daha bir neçə narazılıq dolu statuslarla rastlaşdıq.

Həmin statuslardan birində deyilir:

"HEYFF SƏNDƏN İNTERNASİONAL NUR ŞƏHƏRİ..
İÇRA BAŞÇILARI XALQIN
XİDMƏTÇİLƏRİDİR.
İLHAM ƏLİYEV.

Ölkə Prezidentinin dəfələrlə xəbərdarlığına baxmayaraq, rayon məmurları rayonun sakinlərini dinləmir. Əhalinin problemlemlərini həll etməkdən boyun qaçırır. Prezidentə və xalqa dəstək olmadıqları, xalqa olan münasibətlərindən məlumdur. Vaxtilə göz oxşayan Nur şəhəri İndi zibillər içində, üfunətdə inləyir. Mingəçevir Azərbaycanın appendisitidir(kor bağırsagı) desək, lap yerinə düşər. Kəsilib atılsa sakinlər bu çirk vermiş sancıdan azad olar. Bu şəhərdə qanun adında söz yoxdur.. "QANUN" sözü eşidən əhali çaşıb qalır. Bütün şəhərlər kimi burada da şəhər idarə etmə orqanları "fəaliyyət" göstərir. Amma... İşləri əks fəaliyyətdən ibarətdir. Şəhərin haqlı problemləri, qolu güclü, pullu, haqsız şəxslər tərəfindən "haqq"- verilərək qanuna zidd həll olunur. Mingəçevirdə gedən abadlıq işləri yalnız yer satmaq və torpaq mənimsəməkdən ibarətdir. Uşaqların asudə vaxt keçirmək üçün meydançaları, Hətta məişət tullantıları üçün qutu qoyulan torpaq sahələri zəbt olunmaqdadır.
1 Fakta diqqət edin.
1966-cı ildən son illərə kimi istifadə etdikləri Uşaqların asudə vaxtlarını keçirmək üçün uşaq meydançasının (4-5sota yaxın) torpaq sahəsi satılaraq artıq 2 mərtəbəli yaşayış evləri tikilib. Elə o vaxtdan sonra yaşayışçılara qarşı haqsızlıqlar dözülməz həddə, hətta sakin qarşı durmalarına gətirib çıxarıb.
2021ci ildən isə Mingəçevir şəhər Ü. Haclbəyov küçəsi 86-2 ünvanında son 3 ilə yaxındır ki, qeydiyyatda olan 11saylı körpələr evində dayə işləyən Səlmi adlı yaşayışçı hegemonluq nümayiş etdirərək, M.Fizuli 17/84, 19/85, Maqamayev 87; 89, Ü Haclbəyov bağçalı evləri əhatə edən, 3 teretoriyanın məişət tullantıları üçün qutu qoyulan torpaq sahəsini sənədsiz - sübutsuz qırmızı lentlə hasara alaraq, zəbt etmişdir. Haqlarını tələb edən sakinlər Səlminin qarğışına və təhqirlərinə məruz qalırlar. Adı gedən ərazidə qanuna zidd zibilə aid torpaq yerini sənədsiz zəbt edən Səlmi dayə, bu cılız, cinayət xarakterli işin arxasında Mingəçevir deputatı Aydın Mirzəzadənin durduğunu vurğulayır. Mingəçevir şəhər İH.Təssərrüfat işləri üzrə şöbə müdiri Hüseynov Vəli, Sanitar təmizlik idarəsinin müdirəsi Validə doktor, yaşıllaşdırma idarəsinin müdiri Əli Ağamirov, yerli asayiş və (102) polis şöbəsinə zərər çəkən sakinlər tərəfindən dəfələrlə əyani və yazılı şikayətlər, zənglər olunub. Şikayətlər həll edilmir, əksinə məmurlar problemləri daha da dərinləşdirir. Pandemyanın can aldığı bir dövrdə natəmizliyin, üfunətin aradan qaldırılması tələblərini həll edə bilməyən İH. kimə lazımdır ?!

Aşağıdakı şəkildə göstərildiyi kimi zəbt olunmuş torpağın sakinləri məişət tullantılarını bina önünə, park kənarına, ağacların altına atmağa məcbur qalırlar. Bununla belə xəstəliyin bütün dünyada meydan oxuduğu bir vaxtda natəmizlik, üfunət dolu virus ətraf mühitü çirkləndirir.
Adı gedən ərazi sakinlərinin dəfələrlə əlbəyaxa, münaqişəli vəziyyətdə olduğunun şahidi olan, İH. və yaşıllaşdırma məmurları "Özünüz həll edin"- deyib yoxa çıxıblar. Dövlət Konstitutsiyasının qanunlarına zidd gedən icra məmurları əhalinin haklı qəzəbinə səbəb olur. Çox acınacaqlı bir haldır. Şikayətlər bununla bitmir.. (davamı var)
Ilk öncə Prezident Administradsiyası, Vitse Prezident Mehriban xanımdan və Mingəçevir şəhər seçicilərinin deputatı Aydın Mirzəzadə və əlaqədar təşkilatlardan Mingəçevir sakinlərinə kömək əllərini uzatmasını rica edirik. Üfunət qoxuyan və üzərlərində öz qara güclərini sınayan məmurlardan əlacsız qalmış əhalini xilas etmənizi xahiş edirik...
İmza: Mingəçevirin çoxsaylı sakinləri və 50ailə öz imzası ilə təsdiqləyir."
Macəralarla dolu Mingəçevirdən daha bir ŞOK MƏLUMAT - FOTO // VİDEO
Macəralarla dolu Mingəçevirdən daha bir ŞOK MƏLUMAT - FOTO // VİDEO
Macəralarla dolu Mingəçevirdən daha bir ŞOK MƏLUMAT - FOTO // VİDEO
Macəralarla dolu Mingəçevirdən daha bir ŞOK MƏLUMAT - FOTO // VİDEO
Fotoşəkildə də gördüyünüz kimi xəstəxanadan Şəkərli diabet xəstəsinə verilən "insulin' preparatının tarixi ağardıcı ilə ağardılıb, üzərində çap yazılar ilə yeni tarix yazılıb.

Fotoşəkildən əlavə, məlumatı təkrar yazmaqda məqsədimiz diqqətinizi tarixə biraz da cəmləməkdir. Çünki, sözümüzün canı var.

Belə ki, məlumatı əldə etdikdən sonra qarşı tərəfin də açıqlamasını dinləmək məqsədilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına telefon açdıq. Dəstəyi qaldıran Xəstəxa direktorunun katibəsi Almaz xanım bizi dinlədi və deyilənləri təkzib etdi.

Xanım bildirdi ki:
- "Ola bilməz. Kimsə bizə şər atır. Gözləyin mən sizi Şəkər şöbəsinin müdiri ilə danışdırım, özü desin".

Almaz xanım elə bizimlə danışa-danısa şöbə müdiri Ellada xanım İsmayılovanı da xəttə qoşdu. Ellada xanım xəttə qoşulan kimi Almaz xanım məsələni ona da izah etdi və əvvəlcədən də "təlimatlandırdı" ki, "bəs doktor, mən bu vətəndaşlara deyirəm ola bilməz. Bizdə insulin 5-10 günə bitir. Qalmır".

Ellada xanım da, Almaz xanımın sözünə "qüvvət verərək" davam etdi ki:
- "Bizdə dərman qalmır axı. O kimdirsə bizə şər atır. Yəqin, özləri çoxdan alıb qoyub evə, indi də tarixini dəyişib bizi şərləyir."

Bu da şöbə müdirinin açıqlaması.

Sonra, Almaz xanım bizdən həmin fotonu istədi ki, direktora göstərsin. Biz də votsap vasitəsilə xanıma göndərdik.

Bundan sonra da cavab dəyişmədi. Elə sakinlərin onlara "şər atdığını" iddia edib, durdular.

REDAKSİYADAN: Vaxtı keçmiş dərman preparatlarının xəstələrin dərdinə dəva olmayacağı aydın məsələdir. Lakin, zəhərlənmə verə bilmə ehtimalı çox yüksəkdir. Bu fakt şəxsi məqsədlər naminə insanların həyatını riskə atmaqdır.
Biz "DogruXeber.az" olaraq, hesab edirik ki, sözügedən faktlar hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılıb, barəsində tədbir görülməlidir.

Güman edirik ki, aidiyyatı qurumlar məlumat barəsində dərhal hər gərəkən tədbirlər görəcəkdir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası barəsində kifayət qədər narazılıqlar var. Dəfələrlə bu barədə redaksiyamıza da şikayətlər ünvanlanıb, eyni zamanda digər sosial media və sosial şəbəkələrdə paylaşılıb.

Növbəti yayımlarımızda sözügedən xəstəxana barəsində ətraflı məlumatlar dərc edib, yayımlayacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
MSŞA milli koalisiyası Təbii Sərvətlərin İdarə Edilməsi İnstitutunun (NRGI) 2021-ci üçün qiymətləndirmə indeksinə münasibət bildirdi.
MSŞA milli koalisiyası Təbii Sərvətlərin İdarə Edilməsi İnstitutunun (NRGI) 2021-ci üçün TRİ indeksi ilə bağlı sənədə münasibət bildirib.

25 Noyabr 2021-ci il tarixli Təbii Sərvətlərin İdarə Edilməsi İnstitutunun (NRGI) açıqladığı indekslər haqqında, MSŞA milli koalisiyası 8 Fevral 2022-ci il Şura iclasında mövqe sənədi qəbul etmişdir.

“Azərbaycanın neft və qazsektoru 2021-ci il Təbii Resursların İdarə Edilməsi İndeksi” qiymətləndirməhesabatıiləbağlıİctimai Birliklərin MSŞA Koalisiyasının

Mövqe Sənədi[1]



25 noyabr 2021-ci ildə Təbii Sərvətlərin İdarə Edilməsi İnstitutu (NRGI) tərəfindən hazırlanmış Azərbaycanın neft və qaz sektoru üzrə 2021-ci il üçün Təbii Resursların İdarəedilməsi İndeksi (TRİİ) açıqlanıb. Bu sənədə görə, Azərbaycanın neft və qaz sektoru 2021-ci il Təbii Resursların İdarəedilməsi İndeksində (TRII) 100 mümkün baldan 56 bal toplayaraq, 2017-ci illə müqayisədə 9 pillə yüksəlib. Bu yüksəliş üç komponent üzrə (dəyərin reallaşması, əlverişli mühit və gəlirlərin idarə olunması) dəyişiklik sayəsində mümkün olub. Belə ki, ölkənin neft və qaz sektorundan yaranan dəyərin reallaşması qabiliyyəti 10 bal geriləmə ilə 39 balla son qiymətləndirmədən sonra pisləşsədə, ümumi“mühit”göstəricisi 1 bal irəliləmə ilə 50 bal,gəlirlərin idarə olunması üzrə göstərici isə 35 pillə irəliləmə ilə 43 baldan 78 bala yüksəlib və hazırda “yaxşı” icra əlverişli qrupuna daxil olub.

NRGI açıqladığı sənəddə “Gəlirlərin idarə edilməsi sahəsindəki irəliləyişlərə baxmayaraq, Azərbaycanda resurs idarəçiliyi zəif olaraq qalır” qənaətini ifadə etsə də və “dəyərin reallaşması“ komponenti üzrə qiymətləndirmə ümumən reallığa yaxın hesab edilsə də hesabatın bir çox vacib göstəricilərinin, xüsusilə də 2017-ci ilə nisbətdə TRİİ tərkib balının 9 bal, gəlirlərin idarə olunması üzrə komponent göstəricisinin 35 bal, əlverişli mühit göstəricisinin 1 bal olsa da yüksəlməsinin ifadə olunması Azərbaycan ictimaiyyətində, vətəndaş cəmiyyətində, xüsusilə də QHT-lərin bu sahədəki ixtisaslaşmış birliyi olan və gəlirlərin şəffaflığı prosesini 2003-cü ildən izləyən, ona ictimai nəzarəti həyata keçirən İctimai Birliklərin MSŞA Koalisiyasında birmənalı qarşılanmayıb.

Məlumat üçün qeyd edək ki, indeksi hazırlayanlar qiymətləndirmə üçün nəticələrı beş göstərici aralığında qruplaşdırıblar: “yaxşı” (75 baldan yuxarı), “qənaətbəxş” (60-74 bal), “zəif” (45-59 bal), “qeyri-qənaətbəxş” (30-44 bal) və “uğursuz”(30 baldan aşağı).  TRİİ 2021-ci il üçün təbii resurslarla zəngin 18 ölkənin neft, qaz və mineral sərvətlərini necə idarə etdiklərini qiymətləndirir. İndeksin tərkib balı üç komponentdən ibarətdir. Bunlardan ikisi hasilat sektorunun əsas xüsusiyyətini -dəyər reallaşması və gəlir idarəçiliyini ölçür; üçüncüsü isə idarəetmənin daha geniş məzmununu – əlverişli mühiti əhatə edir. İdarəçiliyin bu üç ümumi ölçüsü 136 suala cavabın cəmlənməsi ilə hesablanan 51 indikatordan ibarət 14 altkomponentdən təşkil olunub. NRGI-nin indeksin hazırlanma metodologiyası ilə bağlı qeydlərinə görə, 18 ölkənin hər birində müstəqil tədqiqatçılar dəyər reallaşması və gəlir idarəçiliyinə dair ilkin məlumatları toplamaq üçün sorğunu cavablandırıblar. Üçüncü komponent üçün isə NRGI, 20-dən çox beynəlxalq təşkilatın məlumatlarına əsaslanıb. Təbii Resursların İdarəedilməsi İndeksinin Azərbaycan neft və qaz sektoruna 2021-ci il üzrə verdiyi ballar 2017-ci illə müqayisədə təqdim edilib.

Sənədə görə, ökənin neft-qaz sektorunda yaranan dəyərin reallaşması qabiliyyəti göstəricisi son qiymətləndirmədən sonra pisləşib. Və bunu lisenziyalaşdırma prosesində qaydaların və məlumat açıqlılığının olmaması, habelə, vəzifəli şəxslərin maliyyə məlumatlarının açıqlanmaması və bu sektorda iştirak edən şirkətlərin benefisiar sahiblərinin müəyyən edilməməsi, ətraf mühit və sosial təsirlərin qiymətləndirilməməsi, eyni zamanda, ətraf mühitə təsirlərin azaldılması planları ilə bağlı qanunlar və məlumat açıqlanması məsələləriylə bağlı ciddi problemlərin mövcud olması ilə əlaqələndiriblər. Qiymətləndiricilər ARDNŞ-in hesabatlılığının zəiflədiyini, şirkətin məhsul satış qaydaları və açıqlamalarının xüsusilə problemli hesab etsələr də Şirkət (aşağı hissədə olsa da) “qənaətbəxş” qrupunda yer alıb.

Qeyd etmək vacibdir ki, 2021 Resursların İdarəedilməsi İndeksi: seçilmiş dövlət müəssisəsi göstəricilərinə görə dövlət müəssisəsinin idarə olunması təkmilləşdirilmiş olsa da, korrupsiyaya qarşı həssaslıq qalmaqdadır. Dövlət müəssisələrinin idarə olunması demək olar ki, 10 bənd yaxşılaşıb, seçmə üzrə qiymətləndirilən 21 dövlət şirkətindən 14-ü son beş ildə göstəricilərini yaxşılaşdırıb. Lakin, cəmi dörd dövlət müəssisəsi (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Mərakeş OCP, Meksikanın Petroleos Mexicanos (PEMEX) və Tanzaniya Neft İnkişaf Korporasiyası (TPDC) idarəçilik göstəricilərinin pisləşdiyini nümayiş etdirib. Hesabata əsasən qiymətləndirilən 21 dövlət şirkətindən 19-da gəlirlərin transferini tənzimləyən hüquqi qaydalar var. Yalnız ARDNŞ (SOCAR) və Konqo Demokratik Respublikasına məxsus dövlət şirkəti bunları qanunvericilikdə təsbit etmir, baxmayaraq ki, şirkətlər gəlirlərin bölüşdürülməsi ilə bağlı məlumatı praktikada açıqlayır. Bu nüans Azərbaycanda müvafiq sahə üzrə şəffaflıq və hüquqi öhdəliklərin təminatı üzrə hüquqi çərçivənin çatışmazlıqlarından biri kimi qiymətləndirilməlidir.

MSŞA Koalisiyasının mütəxəssisləri hesab edir ki, TRİİ hesabatında SOCAR-ın İdarə Heyətinin və Müşahidə Şurasının əksər üzvlərinin hökumətdən müstəqil olmaları haqda hesabatdakı iddia doğru deyildir. SOCAR-ın İdarə Heyətinin üzvləri (Prezident və vitse-prezidentlər) və Müşahidə Şurasınınüzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir və azad edilir. Şirkət öz nizamnaməsinə görə hökumət və parlament qarşısında hesabat öhdəliyi daşımasa da, ali icra hakimiyyətinin rəhbəri olan ölkə prezidentinin qarşısında hesabat öhdəliyi daşıyır.

SOCAR illik hesabatlarını ictimaiyyətə açıqlama öhdəliyini də hüquqi çərçivədə məyyən etməyib və bu resursların idarə edilməsində şəffaflığın təmini üçün hüquqi çərçivənin yaxşlaşması iddiasına zərər vuran nüansdır.

Yuxarıda təqdim olunan rəqəmlərdən də göründüyü kimi, “Gəlirlərin idarəedilməsi” üzrə göstəricinin kəskin dəyişməsi Azərbaycan üçün TRİİ-nin “yaxşı” icra əlverişli qrupuna keçidini təmin edib.  “Gəlirlərin idarəedilməsi” göstəricisi üzrə belə kəskin dəyişiklik iki altkomponentin yüksəlişi sayəsində mümkün olub. Sənədə görə, “Milli Büdcə” altkomponentinin 2017-ci illə müqayisədə (33 bal) 2021-ci ildə 37 bal artaraq 70 bal olub, “Suveren Rifah Fondları” altkomponenti isə 34 bəndlik artımla (2017-ci ildə 52 bal) 2021-ci ildə 86 bal toplayıb.

Qiymətləndiricilər “Milli büdcə” altkomponenti üzrə balların 37 bənd yaxşılaşmasını, 2019-2020-ci illər üçün büdcə və hökumət xərclərinin açıqlanması, Maliyyə Nazirliyinin həm neft -qaz sektorundan əldə edilən gəlirlərin, həm də neft gəlirlərinin proqnozlarını göstərən sənədlərin dərc edilməsi, fiskal qaydaların qəbulu, bu qaydalara əməl edilməsi və nəzarət orqanı kimi Hesablama Palatası tərəfindən təsdiqlənməsi ilə izah ediblər.

NRGI “Suveren Rifah Fondları” altkomponentinin 86 balla “yaxşı” göstəricilər kategoriyasına düşməsini ARDNF-nun idarə edilməsində əhəmiyyətli irəliləyişlərin qeydə alınması ilə əlaqələndirib. Sənəddə 2018-ci ilin dekabrında qəbul edilən qərarlarla fonddan vəsaitlərin çəkilməsini tənzimləyən qaydaların təkmilləşdirilməsini, Büdcə Sistemi haqqında Qanunun həm depozitlər, həm də pul çəkilmələrinin illik büdcədə qeydə alınmasını və hökumətin qanunvericilik çərçivəsinə daxil edildiyini müəyyən etməsini, Fondun hesabatlılıq qaydalarının təkmilləşdirilməsini, Mühasibat Uçotu haqda Qanunun illik hesabatın dərci, eləcə də, ARDNF-in maliyyə hesabatlarının illik xarici maliyyə auditi tələb etməsini yüksəlişi təmin edən faktorlar kimi dəyərləndiriblər.

Lakin MSŞA Koalisiyası bu qiymətləndirmənin reallığa adekvat olmadığı qənaətindədir və qeyd etməyi vacib hesab edir ki, 2019-2020-ci illərdən əvvəl də Azərbaycanda büdcə və hökumət xərcləri açıqlanır, Maliyyə Nazirliyi neft -qaz sektorundan əldə edilən gəlirləri də, neft gəlirlərinin proqnozlarını da ehtiva edən sənədləri dərc edirdi. Hesablama Palatası isə dövlətin ali maliyyə nəzarəti orqanı funksiyasını 2001-ci ildən bəri yerinə yetirməkdədir və hər maliyyə ilində fiskal qaydalara əməl edilib-edilməməsini qiymətləndirir və MM-ə hesabat verir.

Azərbaycan büdcə qaydasını 2018-ci ilin yayında qəbul edib[2]. Həmin qayda cəmi 1 il – 2019-cu ilin icmal büdcəsinə münasibətdə tətbiq edilib. 2020-ci ildə pandemiyanın neqativ təsirlərinin aradan qaldırılması üçün büdcə xərclərinin artırılmasına yaranan ehtiyac əsas gətirilərək qaydanın tətbiqi 2022-ci ilədək dayandırılıb. Hazırda isə yeni büdcə qaydasının tətbiqi ilə bağlı “Büdcə sistemi haqqında” Qanuna dəyişiklik[3] təsdiq edilsə də yeni qayda Neft Fondundan büdcəyə transfertlərin məhdudlaşdırılmasına gətirib çıxarmayıb, əksinə cari ildə Neft Fondundan dövlət büdcəsinə transfertlər 510 milyon manat artırılıb. Koalisiyanın mütəxəssisləri hesab edir ki, 2018-ci ildə qəbul edilən fiskal qaydanın hesabat dövründə cəmi 1 il işləməsi, sonra təxirə salınması heç cür bu komponent üzrə mövcud artımı şərtləndirə bilməz.

Digər tərəfdən, Azərbaycanda milli büdcə prosesində ictimai iştirakçılıq yox səviyyəsindədir. Belə ki, hesabat dövründə nə İctimai Birliklərin MSŞA Koalisiyasının, nə də digər ixtisaslaşmış QHT-lərin milli büdcə prosesində iştirakı qeydə alınmayıb. Bundan başqa, Parlamentdə büdcə prosesi 2019-cu ildə təxminən on gün, 2020-ci ildə isə cəmi üç gün davam edib və heç bir QHT bu müzakirələrdə iştirak etməyib.

ADRNF-nin hesabatlılığına gəlincə isə, burada da heç bir keyfiyyət dəyişikliyi yoxdur, 2017-ci ilə qədər də qüvvədə olan qaydalara uyğun olaraq hesabatlar açıqlanmaqda davam edir və bu istiqamətdə heç bir təkmilləşdirmə aparılmayıb, əksinə Neft Fondu 2018-ci ilə qədər EITI hesabatlarını da açıqlasa da sonradan bunu da dayandırıb. Eyni zamanda, Koalisiya üzvləri olan QHT-lərin verdiyi məlumatlara görə, son illər Dövlət Neft Fondundan informasiya almaq çətinləşib, hətta bəzi Koalisiya üzvləri 2019-cu ildə göndərdiyi informasiya sorğularına indiyədək cavab almadıqları üçün Fondu məhkəməyə də veriblər.

Sənədə görə, hökumət 2018-ciildə Fondun vəsaitlərinin idarə olunmasıyla bağlı fiskal qaydaları təkmilləşdirib. Lakin qiymətləndiricilər “unudublar” ki, hökumət fonddan vəsaitlərin çəkilməsi qaydasını cəmi 1 il tətbiq edib sonra dayandırıb. Yəni, qanunvericilikdəki dəyişiklik, demək olar ki, praktikada tətbiq edilməyib. Bundan başqa, dövlət budcəsinin ARDNF-dən transfer edilən vəsaitlərdən asılılığını azaltmagı və 2025-ci ilədək 15 faizə endirməyi nəzərdə tutan “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” 2016-ci ildə qəbul edilsə də ona da əməl olunmayıb. Təəssüf ki, bu gun dövlət sektorunda xərclənən hər manatın 45 qəpiyi ARDNF-dən edilən transfertlər hesabına maliyyələşdirilir (dövlət büdcəsinin gəlirləri 26407 milyon, ARDNF-dən büdcəyə transfertlərin həcmi 11860 milyon manat).

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 8 sentyabr 2021-ci il tarixdə “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair” Açıqlama sənədində 2022-2025-ci illər üzrə bir sıra vacib makroiqtisadi göstəricilər, o cümlədən, dövlət büdcəsinin və Dövlət Neft Fondunun gəlir və xərcləri, habelə, Neft fondundan dövlət büdcəsinə ediləcək transfertlərlə bağlı proqnozlar açıqlanıb. Bu sənədə görə 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 27127,0 milyon manat, Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcmi 10840,0 milyon manat, Neft Fondunun gəlirləri 10092,4 milyon manat, xərcləri isə 10862,9 milyon manat həcmində

Bu rəqəmlərdən bəlli olur ki, 2025-ci ildə dövlət budcəsinin ARDNF-dən transfer asılılığı“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə4 nəzərdə tutulduğu kimi 15% deyil, 40% proqnozlaşdırılır. Eyni zamanda, onu da qeyd etməliyik ki, 2025-ci ilin proqnoz rəqəmlərinə görə, bu ildə Neft Fondunun xərcləri gəlirlərini 8% qabaqlayacaq, yəni xərclər gəlirlərdən 8% çox olacaq. Deməli, hətta proqnoz rəqəmlər belə ARDNF-n “gələcək nəsillərin fondu” fəlsəfəsini və “idarə etmədəki praktik irəliləyişlərin” mvcud olmasını inkar edir.



ARDNF-nun idarə edilməsində əhəmiyyətli irəliləyişləri təmin etdiyi iddia olunan digər arqumentlərə əksarqument kimi isə aşağıdakıları qeyd etmək istərdik:

ARDNF 2017-ci ildən sonra deyil, fəaliyyətə başladığı ildən bəri təbii ehtiyatların idarə olunmasından əldə edilən gəlir və xərcləri, investisiya fəaliyyəti haqqında rüblük, Fondun fəaliyyəti barədə illik hesabatları mütəmadi olaraq dərc edir. Fond maliyyə fəaliyyəti haqqında hesabatının müstəqil auditor tərəfindən yoxlanılmasını təmin edir və onun nəticələrini də açıqlayır. Yəni, səthi analizlə belə, hesabatlılıqda əhəmiyyətli hər hansı inkişaf olmadığını deməyə əsas verir.
Ölkə üçün əhəmiyyətinə baxmayaraq, ARDNF–in fəaliyyəti ayrıca qanunla deyil, ölkə Prezidentinin (yəni bir nəfərin) fərman və sərəncamları ilə tənzimlənir, Fond yalnız prezident qarşısında hesabat verir və məsuliyyət daşıyır. ARDNF-in İcraçı Direktoru və müavini ölkə prezidenti tərəfindən bu vəzifəyə təyin və azad edilir. ARDNF-in nəzarətedici orqanı olan Müşahidə Şurasının üzvlərini prezident sərəncamla təsdiq edir. Müahidə Şurası 6 nəfər yüksək səviyyəli hökumət və parlament nümayəndələrindən ibarətdir, halbuki Şuranın əsasnaməsində bu tərkib müvafiq dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrindən, habelə digər şəxslərdən ibarət olacağı qeyd edilmişdir. Müşahidə Şurasının formalaşdırılması mexanizmi isə (seçki və ya təyinat) Fondun əsasnaməsində göstərilməmişdir. Fondun Müşahidə Şurasının Prezident Administrasiyasının rəhbər üzvlərindən, Baş Nazir və hökumət nümayəndələrindən, parlament üzvü və Mərkəzi Bank rəhbərindən əsasnamədə müəyyən edilməmiş qaydalarla formalaşdlırılması Fondun idarə edilməsində beynəlxalq şəffaflıq prinsip və meyarlarının nəzərə alınmadığını, prosesdə ictimai nəzarət mexanizminin qurulmadığını açıq-aşkar göstərir.
ARDNF-nin büdcəsi parlamentdə ayrıca müzakirə olunmur. Belə ki, ARDNF-nin gəlir və xərcləri icmal dövlət büdcəsinin tərkib hissəsi olaraq ölkə parlamenti tərəfindən dövlət büdcəsi layihəsi ilə birlikdə müzakirə edilir və təsdiq edilir. “Büdcə Sistemi Haqqında” Qanun Hesablama Palatasına ARDNF-i audit etmək səlahiyyəti versə də indiyədək belə bir fakta rast gəlinməyib. Hesablama Palatası yalnız ARDNF-nin büdcəsinin layihəsi və icrasına dair hesabata rəy verir.
Nəhayət, hesabat dövründə əhəmiyyətli dəyişikliklərdən biri də Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən (EİTİ-dan) çıxması və vətəndaş cəmiyyətinin bu prosesdə iştirakına son qoyulmasıdır. Belə olan halda “Gəlirlərin idarə edilməsi” üzrə göstəricinin 35 pillə irəliləməsinə beynəlxalq səviyyədə tanınmış universal yaxşı idarəetmə prinsiplərindən olan açıqlıq, şəffaflıq, səmərəlilik və effektivlik prinsiplərinə əməl olunması baxımından yanaşma da çoxlu sualar və sorğulama ehtiyacı yaradır. Belə ki, Azərbaycan 2017-ci ilin mart ayında MSŞT-ni tərk etdikdən sonra ölkədə mədən sənayesində şəffaflıq standartlarının tətbiqi və bu sahəyə ictimai nəzarətin təşkili sahəsində vəziyyət pisləşib. Həmin ilin aprel ayında iki tərəfin- aidiyyəti dövlət qurumlarının yüksək vəzifəli şəxslərin və mədən sənayesi şirkətlərinin nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffalıq Komissiyası yaradılmışdır. Yeni yaranmış Komissiya VC-ni tərəf kimi tanımayıb, yalnız fərdi qaydada toplantıları müşahidə etməyə izn verib. 2020-ci ilin iyulunda hökümət Komisiyası da ləğv olunub və şəffaflıq üzrə hesabatlılığın təmin edilməsi Dövlət Statistika Komitəsinə (DSK) həvalə edilib. Beləliklə də, 2017-ci ildən sonra Azərbaycanda yerli VCT-lər şəffaflıq prosesdə iştirak imkanını tamamən itirib. MHŞT üzrə son hesabat 2018-ci il üçün dərc olunub. Bundan sonra hasilat sənayesi ilə bağlı statistik məlumatlar açıqlanmayıb və bu informasiyalara çıxış məhduddur.
“Gəlirlərin səmərəlilik və effektiv idarə edilməsinə gəldikdə isə rəqəmlərə nəzər salmaqla mövcud durum haqda aydın təsəvvür əldə etmək mümkündür. Belə ki, ARDNF-in 2019-cu ildə gəlirləri 15.45 mlrd manat, o cümlədən, valyuta aktivlərin idarə edilməsindən 1 mlrd. 442 mln. 497 min manat, dövlət büdcəsinə transfer- 11.36 mlrd.manat (yəni illik daxilolmaların 73.5 faizi həcmində): 2020-ci il üzrə gəlir – 12,38 mlrd. manat, valyuta aktivlərinin idarə edilməsi- 1 mlrd.31 mln. 271 min manat, dövlət büdcəsinə transfer- 11.35 mlrd.manat (yəni illik daxilolmaların 91.6 faizi həcmində); 2021-ci il üzrə gəlir – 8 mlrd. manat, o cümlədən, valyuta aktivlərin idarə edilməsindən 759 mln. 717 min manat, dövlət büdcəsinə transfer- 12.2 mlrd. Manat (yəni illik daxilolmaların 150 faizi həcmində) təşkil edib. Göründüyü kimi, həm Fondun vəsaitlərindən dövlət büdcəsinə transferlərtin həcmi artıb: 2019-cu ildə bu rəqəm illik daxilolmaların 73.5 faizin təşkil edirdisə, 2021- ci ildə artaraq 150 faiz olub. Fondun valyuta aktivlərinin yerləşdirilməsi və idarəedilməsindən əldə edilən gəlirlər 2019- cu ilə nisbətən 2021-ci ildə düz 48 faiz azalıb.
Maraqlıdır, bütün bu qeyd etdiklərimizin fonunda Azərbaycanda “Gəlirlərin idarə edilməsi” üzrə altkomponentin 35 pillə irəliləmə qət etmiş kimi qiymətləndirilməsi necə baş verib?! Əslində, NRGİ “Resursların İdarə Edilməsi İndeksi, Azərbaycan 2021” sənədində ARDNF-un idarəçiliyinin daha da təkmilləşdirilməli olduğunun, parlamentin ARDNF-in illik maliyyə hesabatlarını nəzərdən keçirməsini qanunverici normaya çevirməyin, Büdcə Sistemi haqqında Qanunun 12-ci maddəsinə (Dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlər) ARDNF-in daxil edilməsinin və fondun investisiya fəaliyyətinin müəyyən edilmiş qaydalara uyğun olub-olmadığını müəyyən edə bilmək və fondun maliyyə sağlamlığını və idarəçiliyini dərindən araşdırmaq imkanı baxımından fondun maliyyə hesabatlarının qiymətləndirmə dövründə parlament tərəfindən nəzərdən keçirilməsinin vacibliyini vurğulayır.

Bütün bunlara görə, MSŞA Koalisiyası Azərbaycanın “Suveren Rifah Fondları” altkomponentində 86 bala yuksəlib “yaxşı” göstəricilər kategoriyasına keçməsini qeyri-real hesab edir və ARDNF-nun idarəedilməsində əhəmiyyətli irəliləyişlərin təmin edilməsi müddəasını əsaslandırılmamış və qeyri-obyektiv sayır.

Həmçinin, MSŞA Koalisiyası hesab edir ki, “Əlverişli mühit” göstəricinin 1 ballıq da olsa yüksəliş göstərərək 50 balla qiymətləndirilməsi də real vəziyyəti əks elətdirmir. Bu göstəricinin altkomponentlərindən “Hökumətin effektivliyi”nın 61-dən 65-ə, “Korrupsiyaya nəzarət”in 37-dən 38-ə, “Siyasi sabitlik və zorakılığın olmaması”nın 40-dan 42-yə, “Acıq məlumat”ın 70-dən 74-ə yüksəlməsi də qəbul edilən deyil. Çünki, ölkədəki mövcud durum iqtisadiyyatının xammal ehtiyatlarından yüksək səviyyədə asılılığı[4], monopoliyalar[5], korrupsiya[6], kölgə istisadiyyatı[7], məmur özbaşınalığı, məhkəmə-hüquq sisteminin icra hakimiyyətinin təsiri altında olması[8], mərkəzləşmiş siyasi və iqtisadi sistem[9] və s.-lə xarakterizə olunur. İndiki siyasi durum vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti üçün əlverişli deyil. QHT-lər tərəfindən beynəlxalq vətəndaş cəmiyyəti və ixtisaslaşmış təşkilatlarla birlikdə grant layihələrinin həyata keçirilməsinə hüquqi, bank və praktiki baryerlər var.[10]Ölkədə vətəndaşların azad toplaşmaq, birləşmək, söz və ifadə azadlığı hüququ təhlükə altına düşüb. Müstəqil media tamamilə sıradan çıxarılıb. İnsan hüquqlarının pozulması, söz, fikir, ifadə, birləşmək və digər azadlıqlarının məhdudlaşdırılması ilə bağlı ciddi faktlar mövcuddur və s.[11] Bütün bu sadalananlar (bu faktlar beynəlxalq təşkilatların hesabatlarında da ifadə olunub) əlverişli mühit komponenti üzrə də qiymətləndirmənin obyektivliyi ilə razılaşmamağa əsas verir.


MSŞA Koalisiyası bu qənaətdədir ki, ümumən 2021-ci il üzrə Azərbaycan üçün Təbii Resursların İdarəedilməsi İndeksi reallığa adekvat deyil. NRGİ-nin TRİİ-də əsaslandırılmış yanlışlıqları düzəltmək üçün əməkdaşlığa hazır olması bəyanına əsaslanaraq Koalisiya mövqeyinin və bu sənəddə ifadə olunan arqumetlərin diqqətə alınacağına ümid edir. Eyni zamanda, Koalisiya nüfuzlu beynəlxalq təşkilatları reallığın əksinə Azərbaycanı ”inkişafda” göstərən hər bir qiymətləndirmənin ölkədəki mövcud əlverişsiz mühiti dəyişməmək üçün hökümətin (siyasi hakimiyyətin) əsaslandığı arqumentləri möhkəmləndirdiyini nəzərə almağa çağırır.
İctimai Birliklərin MSŞA Koalisiyası

[1]Mövqe sənədi 08 fevral 2022-ci ildə MŞSA Koalisiyası Şurasında qəbul edilib

http://e-qanun.az/framework/39838]“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

https://www.meclis.gov.az/news-layihe.php?id=1621&lang=az&par=0&fbclid=IwAR34fxtp4qQglObrs29j82YcEamBUTXX4o4s-gJyxZCtPHbJz6Ke7aEB1JY]“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

https://www.economy.com/azerbaijan/indicators] Azerbaijan - Economic Indicators

https://bakuresearchinstitute.org/en/socar-big-problems-at-the-largest-company-in-azerbaijan/]SOCAR: Big Problems at the Largest Company in Azerbaijan

https://www.transparency.org/en/countries/azerbaijan]Country data

Azerbaijan: Shadow economy

https://www.nhc.nl/assets/uploads/2017/07/Functioning-of-the-Judicial-System-in-Azerbaijan-and-its-Impact-on-the-Right-to-a-Fair-Trial.pdf]Judicial System in Azerbaijan

https://www.ebrd.com/documents/strategy-and-policy-coordination/azerbaijan-diagnostic.pdf?blobnocache=true][9]https://www.ebrd.com/documents/strategy-and-policy-coordination/azerbaijan-diagnostic.pdf?blobnocache=true

https://www.icnl.org/resources/civic-freedom-monitor/azerbaijan]LAST UPDATED: 3 JUNE 2021 Introduction

https://www.state.gov/reports/2020-country-reports-on-human-rights-practices/azerbaijan/]2020 Country Reports on Human Rights Practices: Azerbaijan
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Pambıqla "baş kəsən" sahibkarlara kimlər şərait yaradır? - VİDEO // FOTO
Hər hftənin hər günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) haqqında sosial mediada məlumatlar yayımlanır. Yayımlanan məlumatların demək olar hamısının əsasını isə vətəndaş etirazları təşkil edir.

Məsələn, Samux rayon Nabiağalı qəsəbəsində məhv edilmiş meşə zolağı barəsində məlumat sözügedən rayonun sakinləri,

Meşə əraziləri mənimsənilir - NAZİR HARA BAXIR ?!

Oğuz meşələrində kömür hazırlanması barəsində məlumatlar Oğuz sakini,

Nazirliyin təbiətə bəd nəzəri

cənub meşələri barəsində məlumatlar yerli sakinlər tərəfindən redaksiyamıza göndərilib.

Həmçinin, xatırlayırsınızsa bir neçə il öncə, yəni 2020-ci ilin ikinci yarısında "DogruXeber.az" olaraq, Cəlilabad rayonunun Göytəpə qəsəbəsində çoxillik yaşıllıq ağaclarının məhv edilməsi barəsində həyəcan siqnalı vermişdik.


Hansı ki, həmin məlumatlarda yerli sakinlər Rafiq Abışov adlı bir sahibkarın Qurtuluş küçəsindəki istirahət parkındakı oturacaqların bir gecədə götürülməsinə, yaşıllıq ağaclarının kökünə mazut tərkibli maddələr tökülüb, onların məhv edilməsinə etiraz edirdilər. Onlarda haqlı narahatlıq və narazılıq doğuran məsələ barəsində yerli icra nümayəndəsinə, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya şöbəsinə şəxsən məlumat verib, eyni zamanda agentliyimiz vasitəsilə yayımlamışdıq.

İnzibati binanın önündə cinayət xarakterli əməl

Məsələdən artıq iki ilə yaxın müddət keçib və həmin ərazidə yaşayan sakinlər tərəfindən redaksiyamıza yenidən müraciət daxil olub.

Bu dəfəki məlumatda isə bildirilir ki, artıq, sözügedən ərazidəki istirahət parkı və yaşıllıq ağacları tamamilə məhv edilib. Yerində isə böyük iaşə obyekti ucaldılmaqdadır. Hazırda, obyektin üçüncü mərtəbəsində qızğın iş gedir. Hələ neçə mərtəbəli olacağı sakinlərə bəlli deyil.

Qeyd edək ki, istirahət parkı və yaşıllıq ağacları məhz həmin iaşə obyektinin tikilməsi məqsədilə yandırılaraq, məhv edildi. Təəssüflər olsun ki, media vasitəsilə yayımladığımıza baxmayaraq, məsələyə bütün aidiyyatı qurumlar susdu və hələ də susmaqda davam edirlər.

Görəsən niyə?

QEYD : Yeri gəlmişkən, sözügedən qanun pozuntusu barəsində "DogruXeber.az" informasiya portalı adından Azərbaycan respublikasının İqtisadiyyat Nazirliyi, Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Cəlilabad rayon İcra Hakimiyyətinin elektron poçt ünvanına rəsmi müraciətlər göndərmişik.

Bu günlərdə "DogruXeber.az" redaksiyasına daha bir rayon, Goranboy rayonunun bəzi sakinləri tərəfindən məlumat daxil olmuşdur. Məlumata deyilir: - "Goranboy rayonunda 2008 ci ildə yaradılmış ETSN nin tabeli qurumu, "Korçay" Dövlət Təbiət qoruğu ərazisində yeganə sututar var. Onu ETSN nin Bioloji müxtəlifliyin qorunması xidmətinin "Korçay" dövlət qoruğunun direktoru Yusif Kazımov qeyri-qanuni icarəyə verib, qurutdurub. Bildiyimiz kimi, qoruq ərazisində istənilən təsərrüfat fəaliyəti qadağandır.

Qoruğun ərazisi 4833,6 (dörd min səkkiz yüz otuz üç tam, onda 6) hektardır. Yuxarıda da qeyd etdiyimiz kimi bu göl qoruq ərazisində yeganə su tutardır və Yusif Kazımov tərəfindən icarəyə verilib. 2021 ci ildə göldə balıq saxlanılırdı. Bunun nəticəsində qoruğun mühafizə rejimi pozulub.
İnzibati Xətalar Məcəlləsinin (İXM) 242-ci maddəsinin tələbləri pozulub və "Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri haqqında qanun"un tələbləri pozulub. 9 ay göldə balığa baxıblar, sonra balıqları tutmaq üçün gölün suyunu qurudublar. Nazirlik tərəfindən araşdırma aparılıb, amma heçbir tədbir görülməyib. Çünki yusif kazımovu müdafiə edənlər var. Qeyd edək ki, qoruq direktoru həmin gölün qurudulmasına etiraz edən iki işçini - sahə müfəttişi Əli Rəsulov və Rəşad Həmidovu şərləyib işdən çıxarıb. Məsələ qoruq direktorunun özbaşnalığı, qanunları heçə saymağı, öz maraqlarını dövlətdən üstün tutmağıdır."
Pambıqla "baş kəsən" sahibkarlara kimlər şərait yaradır? - VİDEO // FOTO
Pambıqla "baş kəsən" sahibkarlara kimlər şərait yaradır? - VİDEO // FOTO
Pambıqla "baş kəsən" sahibkarlara kimlər şərait yaradır? - VİDEO // FOTO
Gördüyünüz kimi sakinlər də bildirir ki, nazirlik tərəfindən araşdırma aparılıb və heç bir tədbir görülməyib. Eynilə Daşkəsən rayon Çanaqçı kəndindəki çayın məcrasında yerləşən villa və balıq gölləri kimi.

QEYD: Sözügedən villa barəsində aylardır ki, təkrar-təkrar məlumatlar dərc edib, dəfələrlə telefon açıb cavab istədikdən sonra, nəhayət ki, ötən həftə nazirlik tərəfindən cavab göndərildi. Lakin, yenə də qaneedici cavab verilməyib. Görünür, nazirlik hələ də bizə gözümüzdən daha yaxşı gördüklərini sübut etməkdə israrlıdır.

Yeri gəlmişkən, buvaxta qədər ETSN tərəfindən reaksiya verilən, daha doğrusu qurumu narahat edən yeganə məlumat, iki saata 24.000 (iyirmi dörd min) AZN qazandığı deyilən Fizuli Babayevin Nazirin əmisi oğlu olmasıdır. Sözügedən qurumun bəzi səlahiyyətli nümayəndələri telefonla danışdığımız zaman israrla, təkrar-təkrar Fizuli Babayevin nazirin əmisi oğlu olmadığını bildirirlər. Əslində, biz Babayevlərin qohumluq əlaqələri barəsində də kiçik araşdırma aparmışıq. Onu da qeyd edək ki, ETSN-nə gəlməzdən əvvəl Muxtar və Fizuli Babayevlər "SOCAR" neft şirkətində çalışıblar. Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Naziri vəzifəsinə təyin edildikdən sonra, Fizuli Babayevi də yanına gətirərək, nazirlikdə ona mühüm (ən gəlirli) vəzifəni əmanət etdi. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə Fizuli Babayev nazirlikdə söz sahibidir. Yəni, nazir Muxtar Babayev çox zaman, çox işlər barəsində onunla məsləhətləşir və onun tövsiyyələrinə xüsusi önəm verir. Bütün bunlar Babayevlər arasında qan bağlılığı olmasına işarə edir. Bu barədə növbəti yayımlarımızda daha ətraflı araşdırma məlumatları diqqətinizə çatdıracağıq.

Mövzu diqqətimizdədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda qadın narkotacir və daha 2 nəfər saxlanılıb - VİDEO
Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Nəticədə narkotik vasitələrin satışı ilə məşğul olan 3 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 5 kiloqramdan artıq müxtəlif xassəli narkoik vasitə və psixotrop maddə çıxarılıb. Bu barədə Zamantv.az -a DİN-dən verilən məlumatda deyilir.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri ilk əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan Elvin Hüseynov saxlanılıb. Bu şəxsdən 5 kiloqram 10 qram heroin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Abşeron rayonn sakini Şahin Qurbanov və Lalə Məmmədova saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 50 qrama yaxın heroin, metmfetamin və elektron tərəzilər aşkar edilib.

Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq həmin şəxslərin ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdikləri narkotikləri qəbul ediblər. Həmçinin saxlanılan şəxslərin hər biri ölkə ərazisində narkotik vasitələrin satışını təşkil etməyə, gəncləri və yeniyetmələri narkokuryerliyə cəlb etməyə çalışıblar.

Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Elvin Hüseynov, Şahin Qurbanov və Lalə Məmmədova barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakıda qadın narkotacir və daha 2 nəfər saxlanılıb - VİDEO

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO