[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputat və məmurları HƏDƏLƏMƏK... - Qanunvericilikdə hansı cəza nəzərdə tutulur?
Son zamanlar deputatların, məmurların, ictimai şəxslərin sosial şəbəkələr üzərindən təhdid, təhqir olunması hallarına tez-tez rast gəlirik.

Dəfələrlə bununla bağlı təhqirə, təhdidə məruz qalan şəxslər açıqlamalar verib, hüquq-mühafizə orqanlarına müraciət etdiyini açıqlayıb. Son olaraq isə deputat Tahir Kərimli sosial şəbəkədə bir video paylaşaraq ölümlə hədələndiyini deyib.

Bəs bunun üçün hansısa cəza nəzərdə tutulub? Deputat və məmurları hədələyən şəxsi hansısa cəza gözləyir? Zamantv.az -ın məlumatına görə, hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında deyib ki, təhdidin icrası realdırsa, o zaman cinayət məsuliyyəti yaranır:

“İstənilən şəxsə qarşı hər hansı bir hərəkət, təhqir, əmlakına zərər vurmaqla bağlı təhdid əlbəttə ki, cinayət məsuliyyəti yaradır. Bu, xüsusilə də həmin şəxsin öz qulluq mövqeyinin icra etməsi ilə bağlıdırsa, bu, ağırlaşdırıcı haldır.

Qanunvericilikdə təhdidlə bağlı 3-5 ilə qədər cinayət məsuliyyəti nəzərdə tutulub. Ancaq burada o hədənin icrası real olmalıdır. Məsələsən, deyirəm ki, ay filankəs, gözlə, gələcəm yanına gör başına nə oyun açacam. Ancaq mən heç onun yaşayış yerini, iş yerini bilmirəm. O zaman bu real hədə sayılmır. Təbii ki, təhdid edənin şəxsiyyətindən də çox şey asılıdır.

Əvvəllər zorakılıq törətməyibsə, cinayət əməli yoxdursa, bu, gündəlik söhbətdən o tərəfə keçmir. Qanun tələb edir ki, hədənin icrası real olmalıdır. Sadəcə söyüş əvəzinə olan sözdürsə, şəxs heç bir məsuliyyət daşımayacaq”.
0
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada həbs edilən azərbaycanlı iş adamı ekstradisiya olunub - TƏFƏRRÜAT
Ukraynada həbs edilən azərbaycanlı iş adamı ekstradisiya olunub. Zamantv.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Baş Prokurorluğun Azərbaycan Respublikasının vətəndaşı Kərimov Nizami Qulam oğlunun ekstradisiyası haqqında vəsatəti Ukrayna Baş Prokurorluğu tərəfindən təmin edilmişdir. Abşeron Rayon Polis İdarəsinin İstintaq bölməsinin icraatında olan cinayət işi üzrə Nizami Kərimovun “Rafat LTD” MMC-nin direktoru vəzifəsində işləyərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə mülkiyyət hüququ olmadan torpaq sahələrini satmaqla vətəndaşlara külli miqdarda ziyan vurduğuna dair əsaslı şübhələr müəyyən edildiyindən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində 17.11.2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. N.Kərimov 13.01.2022-ci il tarixdə Ukraynada müəyyən edilərək saxlanılmışdır. 17.02.2022-ci il tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Nizami Kərimov Ukraynadan Azərbaycana gətirilmişdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zərdabda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Zamantv.az Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini Nicat Kərimovun idarə etdiyi “VAZ-21013” markalı avtomobil qayda pozuntusuna yol verdiyinə görə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən N.Kərimovun psixotrop maddə olan metamfetamin qəbul etdiyi məlum olub.

Hazırda faktla bağlı Zərdab RPŞ-də araşdırmalara davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Peskovun etirafı Azərbaycan üçün hansı təhlükəli ssenaridən xəbər verir? - GƏLİŞMƏ
Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Donbasda Rusiya pasportlarının paylanıldığını təsdiqləyib. "Donbasda Rusiya pasportlarının paylanılması Minsk razılaşmalarını pozmur. Bunun üçün Minsk razılaşmalarının qısa mətnini bir dəfə oxumaq kifayətdir. Moskva bunu humanitar məqsədlər üçün edir”, - deyə o, jurnalistlərə açıqlaması zamanı söyləyib. Zamantv.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzovun sözlərinə görə, Rusiya bilavasitə olsa da, separatçılığını etiraf edərək özünə haqq qazandırmağa çalışıb:

"Rusiya sülhməramlıları Qarabağa müvəqqəti yerləşdikdən sonra bir çox fikir adamları, o cümlədən politoloqlar Donbass ssenarisinin gələcəkdə Azərbaycan torpaqlarında da təkrarlana biləcəyini istisna etmirdilər. Peskovun sözügedən açıqlaması bu ehtimalı daha da artırır. Rusiyanın Cənubi Qafqazdan çıxmaq fikri yoxdur. Bu isə o deməkdir ki, Qarabağda rus hərbçilərinin fəaliyyət müddətinin bitməsi vaxtı yaxınlaşdıqca müxtəlif həmlələr ola bilər. Bunlardan birincisi təxribatların sayının artmasıdır. İkincisi və bəlkə daha qorxulusu isə, sülhməramlıların müvəqqəti olaraq yerləşdiyi ərazidəki insanlara rus pasportlarının paylanmasıdır. Belə olsa, işimiz xeyli çətinləşəcək”.

Müsahibimiz bildirib ki, Kremlin bu cəhdi təkcə regional proseslərdən yox, həm də Türkiyə, Qərblə münasibətlərdən, həmçinin Ukrayna ilə gərginliyin nəticəsindən asılı olacaq:

"Qabaqlayıcı addımlar atılmalıdır - bunun üçün ilk növbədə Qarabağa köç prosesi sürətlənməlidir. Eyni zamanda beynəlxalq ictimaiyyətin Yuxarı Qarabağın Azərbaycana məxsusluğunu tanıması istiqamətində daha ciddi işlər görülməlidir. Ermənistanın həmin vaxt Rusiya ilə razılaşmamasından ötrü regional əməkdaşlıq sürətlənməli, lazım gəldiyi halda, təzyiqlər artırılmalıdır. Əlbəttə, bu məsələdə kommunikasiyaların açılması və Ankara ilə İrəvan arasında diplomatik münasibətlərin bərpası əsas məqamlardandır. Rəsmi İrəvana başa salmaq lazımdır ki, Rusiyanın "təşəbbüslərindən" ona heç bir xeyir gəlməyəcək.
O vaxtadək Ermənistanda hakimiyyətin dəyişə biləcəyi ehtimalı da nəzərə alınmalıdır. Elə etmək lazımdır ki, baş nazir Nikol Paşinyan iqtidarını Rusiyameyilli kimsə əvəz etsə, nə isə etməyə, "suları bulandırmağa" imkanı qalmasın. Bütün hallarda proseslər sürətlənməlidir. Rusiyanın Qarabağda Donbas ssenarini təkrarlamaması üçün bütün mümkün addımlar atılmalı, preventiv tədbirlər görülməlidir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nəcməddin Sadıkov Bakıda Qarabağ qazilərinə "gözdağı" verir - BUNUN BAŞQA ADI YOXDUR...
Azərbaycanın sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun son görüntüləri Dubay çimərliklərindən olsa da, bu gün sabiq “rəis” Bakıda törətdiyi yol-nəqliyyat hadisəsi ilə yenidən gündəmə gəlib. Belə ki, o, özünün “Land Cruiser” markalı, 90 AS 020 qeydiyyat nömrə nişanlı avtomobili ilə “Toyota Prius” markalı maşını vurub. Məlumata görə, hadisəni törədən Sadıkov 40 manat məbləğində cərimələnib.
Göydə axtararkən, yerdə tapdığımız Nəcməddin Sadıkov, şahidlərin dediklərinə görə, maşınından 10 min dollar pul götürərək, köməkçisinə verib. Bununla o, dəymiş ziyanı ödəmək istəyib. Təbii ki, bu, hadisə şahidlərinin hallandırdığı fikirlərdir. Yəqin ki, həmin zaman kimsə “general”ın əlindəki dollar “paçka”larını saymayıb, yaxud buna cürət etməyib. Bütün bunlar bir yana, ehtiyatda olan sabiq Qərargah rəisi öz maşınında niyə 10 min dollarla gəzir? Manat da yox ha, dollar. Bu hadisə mənə balaca vaxtı izlədiyim bir filmi xatırlatdı. Richie Rich adında dünyanın ən varlı ailəsinin övladı şəxsi helikopterindən enib, özü yaşda uşaqların yanına gəlir. Bu zaman həmin uşaqlar futbol oynayırlar. Richie də istəyir ki, onlara qoşulub, oynadıqları şeydən nə həzz aldıqlarını öyrənə bilsin. Bu zaman, uşaqlardan birinin vurduğu top kənardakı evin şüşəsini sındırır. Uşaqlar qaçıb gizlənirlər. Bu zaman Richie cibindən yüzlük dollar bağlamasını çıxarır və xərci ödəyə biləcəyini xatırladır. Bunu görən uşaqlar təəccüblənirlər və bir qədər qəzəbli şəkildə ondan uzaqlaşırlar. Elə Richie də uşaqların təəccüblü baxışları altında özünü günahkar hiss edir. Düşünür: “əcəba nə səhvə yol verdim ki, məni qəzəblə süzüb, tərk etdilər?”. Nə uşaqlar Richieni anlayır, nə də Richie uşaqları.

İndi keçmiş generalın törətdiyi bu yol-nəqliyyat hadisəsində ziyan vurduğu şəxsə 10 min dollar pul təklif etməsi, cəmiyyətimizə də bir qədər qəribə gəlir. Kim qəza törədib, ziyan verdiyi maşın sahibinə öz maşınından 10 min dollar pul çıxarıb, “buyur, dəymiş ziyanın haqqı. Özünə yeni maşın alarsan” deyir? Özü də ilin-günün bu vaxtında. Bu, yuxarıda çəkdiyim film misalı, elə Sadıkovun özünə də təəccüblü gəlir: “burda nə var ki?”. Ödədiyi 40 manatın əslində cərimə olması da yəqin ki, ona gələn il məlum olacaq.

Sosial şəbəkələrdə isə “Toyota Prius” artıq “xalq qəhrəmanı” elan edilib. Nəhayət, “Prius” da bir işə yaradı. Bir qəza hadisəsinə qarışaraq, Vətənə öz layiqli töhfəsini verdi - aylarla itkin düşən sabiq Qərargah rəisini bir göz qırpımında cəmiyyətin qarşısına çıxardı. Hər bir halda, bu böyük “zəfər”dən sonra gərək, sabiq Qərargah rəisini göz önündən kənara buraxmayaq. Dünən Dubay çimərliyindəki şəkilləri ilə, bu gün də yol-nəqliyyat qəzasında gündəm olan Nəcməddin Sadıkovun üçüncü gündəmi ümid edirik ki, DTX ilə olar. Cəmiyyətimizin Vətənə xəyanətdə ittiham etdiyi bu şəxsin “Land Cruiser” markalı maşında, yanında 10 min dollar pulla gəzintiyə çıxması, yəqin ki, həm də, Vətən uğrunda sağlamlığını itirib, əlil arabası üçün növbədə duranların da ürəyini ağrıdır. Bu isə tək qazilərimizin yox, hər birimizin yaralı yeridir.

P.S. Yəqin ki, bu, Nəcməddin Sadıkovun Azərbaycanda törətdiyi ən yüngül qəzadır. Onun orduda törətdiyi "qəza"ların dəhşətləri hələ də minlərlə ailənin qorxulu yuxusudur. Və bu adam hələ də azad şəkildə Azərbaycanın havası ilə nəfəs alıb oksigen ehtiyatımızı xərcləyə bilirsə, deməli, yaxamız hələ də Rusiyanın əlindədir. Bu, qırmızı istiot kimi acı olsa da, həqiqətdir...
Bizimyol.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb.

Zamantv.az APA-ya istinadən verdiyi xəbərə görə, o, bu barədə azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı bildirib.

Türkiyəli nazir Ceyhun Bayramovu COVID-19-a yoluxduğuna görə qarşıdakı günlərdə planlaşdırılan Azərbaycan səfərini təxirə salmaq məcburiyyətində qaldığına dair məlumatlandırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Uşaqları çubuqla döyən direktorun səsyazısı yayıldı: - "Kökünüzü kürüyərəm"
Cəlilabad şəhər akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin direktoru Səidə Şükürovanın sinifdə şagirdləri çubuqla döydüyünu əks etdirən kadrların ardınca kobud rəftarı ilə bağlı səsyazısı yayılıb.

Zamantv.az-ın məlumatına görə, Cebhe.info-ya daxil olan səsyazısında direktor ətrafdakı insanlara "Rədd edərəm hamınızı, itirərəm. Sizin boyunuzu yerə soxum. Məsələ qaldıraram, kökünüzü kürüyərəm burdan",- deyir.

Səsin məktəbdə qeydə alındığı deyilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vilayət Eyvazovdan yeni TƏYİNAT - ƏMR
Daxili işlər orqanında kadr dəyişikliyi olub.

Zamantv.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Ələddin Musayev vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməliyyat üzrə rəis müavini təyin olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Oqtay Şirəliyev bu xəstəxananı öz adına keçirdi - FOTO
Respublika Diaqnostika Mərkəzinin yeni qanuni təmsilçisinin adı müəyyənləşib. Zamantv.az Qaynarinfo-ya istinadla xəbər verir ki, nizamnamə kapitalı 2 milyon 415 min 646 manat olan Respublika Diaqnostika Mərkəzi qanuni təmsilçisi sabiq Səhiyyə naziri Şirəliyev Oqtay Kazım oğlu olub.

Qeyd edək ki, Respublika Diaqnostika Mərkəzinin saytında hələ də baş direktor Rəşid Vəzirov göstərilir.

Xatırladaq ki, "Qaynarinfo" bir müəddət əvvəl Oqtay Şirəliyevin Respublika Diaqnostika Mərkəzinin baş direktoru təyin olunması ilə bağlı məlumat yaymışdı.

Oqtay Şirəliyev 1988-2005-ci illərdə Respublika Diaqnostika Mərkəzinin direktoru olub. 20 oktyabr 2005-ci ildən 23 aprel 2021-ci ilə qədər isə Səhiyyə naziri vəzifəsini tutub.
Oqtay Şirəliyev bu xəstəxananı öz adına keçirdi - FOTO

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO