[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Moskva görüşü Azərbaycan üçün təhlükə yaradırmı? - İNCƏLƏMƏ...
Ermənistanın baş naziri Nikol Paşinyanın iki gün öncə gerçəkləşən Moskva səfəri, Rusiya prezidenti Vladimir Putinlə görüşünün nəticələri ətrafında bir-biri ilə uyğun gəlməyən şərhlər verilir. Putin-Paşinyan görüşündə üçtərəfli əməkdaşlığın gücləndirilməsi, baş nazir müavinlərinin birgə sədrliyi ilə yaradılan komissiyanın fəaliyyətinin aktivləşdirilməsi barədə razılığa gəlinib. 3+3 əməkdaşlıq formatının uğurla fəaliyyətə başladığı qeyd edilib. Putinlə Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığa gəliblər.

Görüşlə bağlı Kremlədən yayılan rəsmi sənəddən iki məqamı təqdim edək:

- Moskva və İrəvan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri və üç liderin 9 noyabr 2020-ci il, 11 yanvar tarixli razılaşmalarının icrası çərçivəsində konstruktiv işi davam etdirmək barədə razılığa gəliblər;

- Tərəflər Rusiya sülhməramlı kontingentinin təhlükəsizliyin təmin edilməsinə, Dağlıq Qarabağ əhalisinin həyatı üçün əlverişli və təhlükəsiz şəraitin yaradılmasına həlledici töhfəsini vurğuladılar. Onlar təxirəsalınmaz humanitar vəzifələrin tezliklə həllinin, Dağlıq Qarabağ nizamlanmasının siyasi və diplomatik vasitələrlə həllinin zəruriliyini, bu kontekstdə ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun potensialından və təcrübəsindən onun beynəlxalq mandatına uyğun istifadənin vacibliyini qeyd ediblər.

Maraqlıdır ki, görüşlə bağlı Kremldən yayılan sənəddə Minsk Qrupunun həmsədrlik institutunun potensialı və təcrübəsindən yararlanmaq ifadələri var. Rusiya MQ-ni proseslərə qoşmaq istəyir. Artıq Azərbaycandan bəzi politoloqlar bu görüşə sosial şəbəkə üzərindən və peşəkar media vasitəsilə şərh veriblər. Əsas tezis budur ki, Kreml Avropa İttifaqının Qarabağla bağlı apardığı prosesə mane olmaq xətti tutub. Sanki Aİ Qarabağın tamamən azad edilib, Azərbaycana qaytarılması üçün “sinəsini yerə sürtür”, Rusiya buna qarşı çıxır... Qərbin Qarabağla bağlı rolu niyə bu qədər qabardılır, bunun özü də olduqca maraqlıdır.

Paşinyanın Moskvada Putinlə görüşü Azərbaycan üçün təhlükə yaradırmı? Sülh prosesini zədələyirmi? Ermənistanın danışıqlarda mövqeyini gücləndirirmi? Putinin Paşinyanla Qarabağda təhlükəsizlik məsələlərini müzakirə edəcəyini söyləməsi niyə bu qədər rahatsızlıq doğurub ölkəmizdə? Burada qorxulu, Azərbaycan üçün təhlükəli nə var? Bundan 2 ay öncə Prezident İlham Əliyev Moskvada səfərdə olub. Putinlə müttəfiqlik sazişi imzalayıb. Hazırda da Rusiya ilə Azərbaycan arasında Qarabağdan tutmuş, digər məsələlərə qədər heç bir sahədə fikir ayrılığı, ziddiyyət yoxdur. Münasibətlər normaldır. O zaman rəngləri tündləşdirmək, Putinin Azərbaycan əleyhinə fəaliyyətə başladığı PR-ı aparmaq nəyə və kimə, kimlərə lazımdır? Biz niyə Rusiyanı özümüzə düşmən etməyə, bizə qarşı açıq şəkildə düşmənçilik etməkdə bu qədər maraqlıyıq? Nədən “arının yuvasına çöp uzatmağı” sevirik?

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirdi ki, Paşinyanın Putinlə görüşü və imzalanan sənədlər ermənilərin səfərə bağlanan ümidlərini doğrultmadı. Danışıqların mətbuata açıq hissəsində Rusiya prezidentinin “Dağlıq Qarabağ”ın deyil, Azərbaycanın tələb etdiyi kimi “Qarabağ”ın təhlükəsizliyindən danışması, imzalanan 30 bəndlik yekun sənəddə bu məsələyə yer verilməməsi, imzalanma mərasiminin qapalı keçirilməsi və iki liderin mətbuat qarşısına çıxmaması Ermənistan cəmiyyətində ciddi narahatlıqla qarşılanıb: “Bu görüşü iki ay əvvəl Prezident İlham Əliyevlə keçirilən danışıqlarla müqayisə edənlər Kremlin Azərbaycanla Ermənistana nə qədər fərqli yanaşdığını və bu müqayisənin açıq-aşkar ermənilərin xeyrinə olmadığını etiraf etmək məcburiyyətində qalırlar.

Elə isə Azərbaycanda bəzi dairələr nədən əksini iddia etməyə və həqiqətlə heç bir əlaqəsi olmayan iddialar irəli sürməyə cəhd göstərirlər. Məncə, bunun iki mühüm səbəbi var. Birincisi, Qərbin müəyyən dairələrinə kor-koranə, yaxud, bilərəkdən xidmət göstərmək istəyidir. Bu qrupa daxil olanların bir hissəsinin ciddi maddi və hakimiyyət maraqları var və bu səbəbdən hər cür yalanlar səsləndirməkdən çəkinmirlər.

İkinci səbəb savadsızlıqdır. Rusiyanın əleyhinə ən kəskin ittihamlar səsləndirmək üçün heç bir ciddi mütaliəyə ehtiyac yoxdur. Respublikada hamıya məlum həqiqətlər var və bu həqiqətlərdən çıxış edib Rusiyanı nə qədər istəsən ittiham edə bilərsən. Ancaq Rusiyanın İkinci Qarabağ müharibəsi zamanı və sonrakı dövrdə tutduğu mövqe barədə obyektiv söz demək üçün prosesləri dərindən araşdırmalı və qaragüruhun hücumlarına hazır olmalısan. Ciddi mütaliə və cəsarət olmadan Rusiya ilə bağlı həqiqətləri dilə gətirmək mümkünsüzdür. Həqiqət isə ondan ibarətdir ki, müstəqilliyimiz üçün ən böyük təhlükə olan Rusiya Qarabağ məsələsində bizə daha yaxın mövqe tutur və bunu açıq şəkildə bəyan etməkdən çəkinmir. Bu iddianı sübut etmək üçün həm prezident Putinin, həm Lavrovun son iki ildə səsləndirdikləri və qaragüruhun xəbərsiz olduğu fikirləri xatırlamaq kifayətdir".

A.Səmədov qeyd etdi ki, Qərbi cani-dildən müdafiə edənlər Azərbaycan Prezidentindən fərqli olaraq Paşinyanın Rusiyanın vasitəçiliyinə qarşı çıxması və Minsk Qrupunu “xidmətə çağırması” barədə bir az düşünsələr pis olmaz: “Onların dövlət başçımızın ötən ilin iyulunda söylədiyi-”Qarabağ münaqişəsinə münasibətdə Azərbaycanla Rusiya arasında fikir ayrılığı yoxdur!" - sözlərini xatırlamaları da, məncə, düzgün nəticə çıxarmağa imkan verərdi. Bununla yanaşı, Türkiyə prezidenti Ərdoğanın İkinci Qarabağ müharibəsində Rusiya prezidentinin oynadığı müsbət rol barədə 22 sentyabr 2021-ci il tarixdə söylədiklərini də oxusalar əmin olardılar ki, dünən Moskvada keçirilən görüş, verilən bəyanatlar və imzalanan sənədlər Azərbaycan üçün heç bir təhlükə törətmir.

Qarabağ üçün ən böyük təhlükə son günlər İrəvanı yenidən “su yoluna” döndərən və “Deyton sazişi” və buna bənzər variantlar təklif edən Qərb dövlətləridir. Bu dövlətlər regionda formalaşan Rusiya-Türkiyə ittifaqından və bu birliyin Qarabağ məsələsini gündəlikdən birdəfəlik çıxaracağından narahatdırlar. Ermənistan da bu ittifaqı qətiyyən istəmir və ermənilərin ən böyük istəyi regionda hələ söz sahibi olan Rusiya ilə Azərbaycanın münasibətlərinin pozulmasıdır. Çox təəssüf ki, bəzi həmvətənlərimiz qəsdən, yaxud bilməyərəkdən “erməni dəyirmanına” su daşımaqla məşğuldurlar. İndiki şəraitdə bizim üçün ən böyük təhlükə budur".

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Putin Kremldə Paşinyanla görüşün mətbuata açıq hissəsində “Qarabağda hələ çox problem var” deməklə bölgədəki vəziyyətdən detallarına qədər xəbərdar olduğunu nümayiş etdirib: “Bəli, Qarabağda problemlər var və bu problemi yaradanlar Rusiya hərbçiləri ilə erməni separatçılarının birgə fəaliyyətidir. Putinin bu açıqlamasından aydın oldu ki, Rusiya postlarının və Qarabağda Rusiya bayraqlarının sayının artırılması təlimatını elə Kreml sahibi verib. Putin daha sonra dedi ki, Paşinyanla Qarabağın təhlükəsizliyi məsələsini müzakirə edəcək. Kreml sahibi bu cümləsi ilə Qarabağın Ermənistana dəxli olmadığı reallığını qəbul etmək istəmir. Rusiya prezidenti Azərbaycana aid Qarabağ mövzusunu Ermənistanın baş naziri ilə müzakirə edirsə, burada xoş niyyət yoxdur.

Danışıqlar yekunlaşdıqdan sonra Kremlin mətbuat xidmətindən yayımlanan xəbərdə deyildi ki, tərəflər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığa gəliblər. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri çərçivəsində konstruktiv işin davam etdirilməsinin və üç liderin noyabrın 10-da imzaladığı razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olduqları bildirilib.

Kremldən yayımlanan bu xəbər Moskvanın atdığı addımlarla üst-üstə düşmür. Kreml İkinci Qarabağ müharibəsindən sonra eyni məzmunlu xəbərlər yayımlayır, ancaq ortada ciddi nəticə yoxdur. Kremlin vasitəçiliyi ilə nə sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqlar intensivləşib, nə də 3 ölkənin baş nazirlərinin müavinləri kommunikasiyalar xətlərinin açılması istiqamətində irəliləyiş əldə ediblər. Paşinyanın və daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın qısa müddət ərzində Moskvaya çağırılmasının tək səbəbi var: Kreml Avropa İttifaqının vasitəçiliyini əngəlləmək istəyir".

Politoloq bildirdi ki, Brüssel Kremlin bu planlarından xəbərdardır: “Brüssel bilir ki, Moskva İrəvana təzyiq etməklə gedişatı poza bilər. Ona görə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Paşinyana Moskvaya yollanmadan əvvəl zəng edib və izah edib ki, o, Kremlin Brüsselin planlarını pozmasına imkan verməsin. Sonra isə Mişel Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaarı Bakıya göndərdi. Paşinyan Moskvada ikən prezident İlham Əliyev Toivo Klaarla görüşdü və ona bildirdi ki, rəsmi Bakı Brüsselin faydalı vasitəçiliyinə önəm verir. Əslində Paşinyan da Brüsselin vasitəçiliyindən faydalanmaq istəyir, sadəcə, ona Kreml və Rusiyanın Ermənistandakı vassalları mane olur”.

Deputat Hikmət Babaoğlu isə bildirdi ki, Paşinyan-Putin görüşündə Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlər kontekstində bir neçə razılaşma əldə edildi. Bunların içərisindən önə çıxan məsələlər iki ölkənin xarici siyasət məsələlərində məsləhətləşmələr aparmasının zəruriliyi, hərbi-texniki sahədə əməkdaşlığın gücləndirilməsi, ədliyyə sahəsində hüquqi yardımla bağlı əməkdaşlığın artırılması, sosial sahədə əməkdaşlıq və s. oldu. Eyni zamanda Rusiya tərəfi bir daha dəmir yolu kommunikasiyası sahəsində hər cür əməkdaşlığa hazır olduğunu ifadə etdi. Ən əsas razılaşmalardan biri isə tərəflərin ərazisindən bir-birinin maraqlarına qarşı üçüncü ölkələrin istifadə etməsinə izn verməməklə bağlı öhdəlik götürməsi oldu: “İkitərəfli münasibətlər baxımından bu razılaşmaların sadə izahı ondan ibarətdir ki, bundan sonra xarici siyasət məsələlərində Ermənistan Rusiya ilə məsləhətləşmələr aparmadan müstəqil qərarlar qəbul etməkdən ya çəkinməli, ya da mütləq Rusiyanın da maraqlarını nəzərə alaraq qərarlar qəbul etməlidir.

Regional tərəfdaşlıq məsələlərində isə Rusiya yenə Ermənistan-Azərbaycan sərhədlərinin sürətlə delimitasiya və demarkasiya edilməsini, 3+3 formatında əməkdaşlığın gücləndirilməsini və kommunikasiyaların açılmasının zəruriliyini önə çəkib. Belə bir zərurət onunla izah edilməlidir ki, hazırkı mürəkkəb şəraitdə Rusiya özünün cənub sərhədlərindən arxayın olmaq istəyir. Eyni zamanda Şimaldan və Qərbdən faktiki təcrid vəziyyətinə düşən Rusiya istər ticari istərsə də kommunikasiya əlaqələrini cənub dəhlizi ilə kompensasiya etməyə çalışır . Yəni Rusiya özünün enerji və iqtisadi vektorunu Cənuba və Şərqə doğru kardinal şəkildə dəyişir. Elə bu dəyişiklik də Rusiya-Türkiyə münasibətlərinin yeni keyfiyyət mərhələsinə qalxmasını zəruri edir. Ona görə də Putin Türkiyə-Ermənistan dialoqunun baş tutmasını alqışladığını bildirir. Bütün bunlar isə Rusiyanın Cənubi Qafqaz siyasəti kontekstində olduqca aktualdır. Rusiya bu regionda Azərbaycan-Türkiyə tandeminin yaratdığı yeni geostrateji konfiqurasiyanın uzunmüddətli perspektivdə həlledici olacağını bildiyi üçün bu reallığın əsas aktorlarından biri kimi də özünü görür. Qərbin isə bu reallıqda iştirakçılığını Rusiyanın təhlükəsizliyinə təhdid hesab edir. Elə Paşinyanın Moskva səfəri öncəsi İrəvanda baş tutan mitinqlər də, Moskvada yuxarıda bəhs etdiyimiz razılaşmaların əldə edilməsi də Paşinyanın Qərblə Rusiya arasında manipulyasiya etmək imkanlarını məhdudlaşdırmağa, Ermənistanın Rusiyanın siyasi orbitində qalmasına hesablanıb".
“Yeni Müsavat”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"BU HALDA ÜÇTƏRƏFLİ BƏYANATLAR SUAL ALTINA DÜŞƏCƏK" - "Azərbaycan da öhdəliklərindən azad olacaq"
"Paşinyan bildirib ki, dəhlizlərin açılması və sərhədlərin dəqiləşdirilməsi ilə bağlı yekun razılıq əldə olunub. Aprelin sonuna qədər gözlmək zorundayıq". Zamantv.az "AzPolitika.info"ya istinadla xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov Moskvada keçirilən Putin-Paşinyan görüşünün yekunlarını şərh edərkən bildirib.

Ekspert qeyd edib ki, Avropa İttifaqının təşəbbüsü Rusiyanın vasitəçilikdə növbəti fəallığına səbəb olub.

"Gözlənildiyi kimi, Rusiya məsələlərin onun iştirakı ilə yaradılan formatlar çərçivəsində həllini təmin etməyə çalışacaq. Üçtərəfli görüşlərdə əsas məsələ kommunikasiyaların açılmasıdır. Sərhəd prosesində isə Rusiyanın məsləhətçi rolu qeyd olunub",-F.Məmmədov vurğulayıb.

Ekspert əlavə edib ki, Paşinyan bu dəfə də razılaşmadan boyun qaçırsa, o zaman bütün üçtərəfli bəyanatlar sual altına düşəcək: "Prezident İlham Əliyev hökumətin son iclasında qeyd edib ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, o zaman Azərbaycan da öhdəliklərindən azad olacaq".

Xatırladaq ki, Prezident həmin çıxışında bildirmişdi ki, əgər Ermənistan Zəngəzurdan Naxçıvana keçidi təmin etməsə, o zaman özünə zərbə vuracaq.: "Çünki ilk növbədə bu öhdəliyi yerinə yetirməməklə 10 noyabr Bəyannaməsini pozur.Sənəddə açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında rabitə olmalıdır və bu, Ermənistanın öhdəliyidir.

Əgər o, bunu yerinə yetirmək istəmirsə, o zaman biz də müəyyən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Bunu bilməli və vaxtı gecikdirməməlidirlər. Onsuz da istədiyimizi alacağıq. Tələssələr daha yaxşı olar. Əks halda onlar çıxılmaz vəziyyətdə qalacaqlar”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azərbaycanda Rusiyanın yetişdirdiyi casuslar var" - Kremlin planı nədir?
“Azərbaycanın milli maraqları Rusiyanın çöküşündən, Qafqazda milli və dini konfliktlərin sönməsindən ibarətdir. Ancaq Azərbaycanda da problemlər çoxdur. Bizdə də erməni müxalifəti kimi düşünən başlar var”. Zamantv.az xəbər verir ki, bu fikirləri Ermənistanda sülh əleyhdarlarının qruplaşması və Rusiyanın Qarabağ problemində dominantlıq oyunlarını şərh edən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Zəlimxan Məmmədli bildirib ki, postsovet məkanında etnik separatçılığı, erməniləri Azərbaycan və Türkiyə üzərinə yönəldən Rusiyadır:

“Rusiya siyasi sistemi üçün millətlərin azad yaşaması yox, konfliktlər üzərindən istismar olunması əsasdır. Rusiya ətrafında olan bütün ölkələrdə bunu edir. Baxmayaraq ki, Rusiyanın Ukraynada ciddi itkiləri var, ancaq Qarabağ kartını da əlindən buraxmır. Bu bir kombinasiyadır. Rusiyanın Azərbaycanın daxil olduğu bölgədə oturmasının yolu azərbaycanlılarla erməniləri toqquşdurmaqdan keçir.

Ermənistanda da, Azərbaycanda da Rusiyanın yetişdirdiyi casuslar var. Bu casualarla Rusiyanın istəyi Ermənistanı batırmaq yox, Azərbaycana zərbə vurmaqdır. Ona görə də bu casuslar var olduqca Rusiyada nicat axtaracaqlar. Putin rejiminin çöküşü casusların və konfliktin Qafqazdan yox olması deməkdir. Rusiyaya bağlı qüvvələrin işi sülh yox, konflikt, arada barışmaz mühit yaratmaqdır. O qüvvələri sülh içərisində, adam kimi yaşamaq maraqlandrmır.

İstər Türkiyə, istər Avropa Birliyi olsun, onlar iki ölkə arasında birbaşa danışıqların aparılmasında maraqlıdır. Şarl Mişellə iki ölkə rəhbərinin görüşündən sonra xoş mesajlar ortaya çıxdı. Bu, təbii ki, Rusiyanı narahat edir. Eyni zamanda, Ermənistan müxalifətini də. Paşinyanın Moskvaya dəvət olunmasının kökündə o durur ki, Rusiya Qərbə Ermənistanın arxasında durduqları mesajını vermiş olur. Paşinyanın xəttində problemin həll olması istəyi görünür”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Polad Həşimov dedi ki, məni şərləyib başqa tədbirlər görmək istəyirdilər" - İLGİNC FAKTLAR
Qarabağ qazisi Kamil Musavi özünün feysbuk səhifəsində şəhid general Polad Həşimovla bağlı xatirəsini yazıb.
Zamantv.az yeniavaz.com-a istinadla xəbər verir ki, qazi haqqında yazdığı hadisə ilə bağlı əvvəlcədən məlumat verdiyini qeyd edib. K. Musavi bildirib ki, “Tərtər işi”nin yenidən araşdırılması Polad Həşimovun ona dediklərini ictimaiyyətlə bölüşməyə imkan verib:
“General Polad Həşimov mənim xidmət etdiyim korpusun qərargah rəisi olmuş və yaralanandan sonra medalımı da şəxsən özü təqdim etmişdir. Aprel döyüşləri bitəndə Polad Həşimovun yerini Şəmkir korpusuna dəyişdirmişdilər. Günlərin birində komutanla Qazaxda görüşdük və aprel döyüşləri haqqında mənə qaranlıq qalan bir çox suallar verdim. Polad Həşimov bütün suallarımı cavablandırandan sonra, ağlımda olan son sualı da verdim. Dedim komutan, bu qədər qəhramanlıqdan sonra sizi niyə yüksək vəzifəyə yox, buraya eyni vəzifəyə göndərdilər? Polad Həşimov gülərək dedi: “Yüksək vəzifə nədir, hələ məni şərləyib başqa tədbirlər görmək istəyirdilər. Bəzi yüksək rütbəlilər döyüşdə etdiyim uğurlu əməliyyatları, guya etməmişəm kimi üzərimə yıxmağa çalışırdılar. Mən də onları yaxşı tanıdığım üçün, döyüş meydanında bir çox əməliyyatların video çəkilişini etmişdim. O çəkilişləri göstərəndən sonra, heç nə edə bilməyəcəklərini başa düşüb, məni yanlarından uzaqlaşdırıb, buraya göndərdilər. Mən də ərizəmi yazmışam, ehtiyata çıxacağam”. Komutanın ərizə yazdığını eşidəndə heyifislənərək dedim: “Sizin kimi komandirlər getsə, bəs biz kimlərə baxıb örnək alacağıq? O da mənə, "neynəyim Kamil, bunlarla xidmət etmək heç cür mümkün olmadı" dedi.
Polad Həşimov kimi insana qarşı belə adımmların atıldığının şahidi olandan sonra, “Tərtər hadisəsi”nin də bir qurma olduğunu anladım. Başa düşdüm ki, bu hadisəni təşkil edənlərin məqsədi, döyüşdən qalib çıxan ordunu cəmiyyətə xain kimi təqdim edərək gözdən salmaq və şəxsi heyətin döyüş ruhunu sındırmaq idi.
Düşünürəm ki, əgər bu olaylar dəqiqlik və dürüstlüklə araşdırılsa, hadisənin altında rus agenturasının və onlara xidmət edən xainlərin barmağının olduğunun şahidi olacağıq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Nəcməddin Sadıkovun həbsi labüddür” - GƏLİŞMƏ
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müdafiə Nazirliyində (MN) bir-birinin ardınca həyata keçirdiyi həbslərdən 1 aydan artıq müddət ötür. Cəmiyyətdə geniş rezonans yaradan bu əməliyyatlar Azərbaycanın Müdafiə Nazirliyi sistemində çox böyük bir korrupsioner şəbəkənin olduğunu ortaya qoydu. MN-in Maliyyə və Büdcə İdarəsinin rəisi, general Nizami Məmmədov daxil, xeyli sayda yüksək vəzifəli və yüksək rütbəli zabitlər həbs olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin Müdafiə Nazirliyində və tabeliyindəki qurumlarda həyata keçirdiyi əməliyyatlarla nazirliyin Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadə və Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov saxlanılıblar. Onların hər biri barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. İlkin olaraq həbs edilən 4 şəxsə Cinayət Məcəlləsinin 179.4-cü - xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə ittiham verilib. Polkovnik Cəlal Kazımova bu maddə ilə yanaşı 313-cü - vəzifə saxtakarlığı, 341.2.1-ci - bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərini aşma və 341.2.3-cü, ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham elan edilib. Dünən isə MN-in Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğlu da həbs edilib.

İctimaiyyət üçün açıqlanan rəsmi məlumatlarda həbs olunanların dövlət büdcəsindən ordu üçün ayrılan on milyonlarla manat vəsaiti korrupsiya yolu ilə mənimsədikləri bildirilir. Bəs Müdafiə Nazirliyinə, orduya büdcədən ayrılan vəsaitləri talayan mafiyanın tamamilə axırına çıxmaq mümkün olacaqmı? Müdafiə Nazirliyi sistemində aparılan həbslər dayandımı? Bu proses də icra hakimiyyəti başçılarının həbsi kimi bir neçə adamın saxlanmasından sonra dayandırıla bilərmi? MN-də yoxlamalar və həbslər başlayanda deyilirdi ki, yekun olaraq Nəcməddin Sadıkov və digər şəxslər də tutulacaq. Amma bu ictimai arzu həyata keçmədi. Ordu sistemində həyata keçirilən təmizləmə əməliyyatı davamı gələcəkmi? Dia.az-ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Müdafiə Nazirliyində maliyyəçilərin həbs dalğası olduqca ciddi yeyintilərdən xəbər verir: “Belə aydın oldu ki, ən səthi yoxlamalarla ölkənin müdafiəsinə ayrılan 20 milyon manatın çırpışdırılması müəyyən edilib. Əlbəttə ki, həbs olunanlar bu cinayətləri 1 günün içində törətməyiblər. Həbs edilməyəcəklərinə arxayın olublar. Kim olub həmin cinayətlərin başında? İndi əsas məsələ bu cinayətlərin illərlə baş verməsinə şərait yaradan, hamilik edənlərin kimliyini ortaya qoymaqdır. Saxlanan hərbçilər yüksək vəzifəlidir və aydındır ki, belə bir miqyasda mənimsəməni təkbaşına həyata keçirə bilməzdilər. Bu qədər vəsaitin ələ keçirilməsinin Nəcməddin Sadıkovun rəhbərliyi ilə baş tutması haqda iddialar araşdırılmalıdır. Hərbi ekspertlərdən biri açıqladı ki, Müdafiə Nazirliyinə ayrılan 200 milyonun 10 faizi Nəcməddin Sadıkova çatıb. Dedi ki, Müdafiə Nazirliyinə 300 milyon ayrılıb, yenə də 10 faizi onun cibinə gedib. Hər dəfə 20-30 milyona sahiblənib. Pullar təyinatı üzrə xərclənmədən, işlər başlanmazdan öncə Nəcməddin Sadıkova çatdırılıb. Hərbi ekspertin bu açıqlamasını bir çox mətbuat orqanlar yayıb. Bu məsələ araşdırılmalıdır. Digər bir hərbi ekspert də çox maraqlı məlumat açıqladı. Dedi ki, Müdafiə Nazirliyində Büdcə və Maliyə İdarəsinin rəisi sırf Nəcməddin Sadıkovun birbaşa dəstəyi ilə təyin edilmiş şəxsdir. Belə məlum olur ki, köhnə işlər idarəsinin rəisi İlqar Məmmədov təzə struktura keçəndən sonra yeni təyin olunub, amma o da sırf Nəcməddin Sadıkovun kadrı idi. Onun sözlərindən bəlli oldu ki, Nəcməddin Sadıkovun kadrları hələ də vəzifədədir. Sadıkovun sağ əli, orduda ”şlyapa Zahid" kimi tanınan kadrının qudası Hərbi Hava Qüvvələrinin maliyyə rəisi idi, həbs olunub. O da sırf Nəcməddin Sadıkova bağlı insan idi. Bu məlumatlar araşdırılsa, Nəcməddin Sadıkov həbs olunmalıdır".

Hüquqşünas deyir ki, hər kəs bilir ki, o qədər büdcə vəsaitini hansısa idarə rəisi götürüb cibinə qoya bilməzdi: “İstintaq belə bir miqyaslı mənimsəmənin illərlə necə davam etməsi sualına aydınlıq gətirməlidir. İlkin məlumatlardan belə aydın olur ki, bu qədər vəsaiti mənimsəmək üçün uzun müddət sistemli iş aparılıb. Bunu görməzdən gələn Müdafiə Nazirliyi rəhbərliyinin marağı nə olub? Niyə Müdafiə Nazirliyi kimi bir quruma ayrılan büdcə vəsaitlərinin düşməncəsinə ələ keçirilməsinə göz yumublar? Bu işlərə Nəcməddin Sadıkovun da aidiyyəti xüsusi araşdırılmalıdır. Bu adam Vətən müharibəsinin ən qızğın günlərində vəzifəsindən uzaqlaşdırılıb. Onun vəzifədə olduğu dövrdə mətbuatda korrupsiya cinayətləri ilə bağlı yüzlərlə yazı dərc olunub. Əgər həmin məsələlər qaldırılsa, araşdırılsa, Sadıkovun həbsi labüddür. Deməyim odur ki, onun həbsi üçün kifayət qədər əsaslar var. Sadəcə, müvafiq tapşırıq verilməlidir ki, onu həbs etsinlər. 30 ilə yaxın Azərbaycanın Müdafiə Nazirliyində onun adı hansı vəzifə cinayətlərinə qarışmayıb ki?”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısının həbsdə olan birinci müavini: “Pulları Ceyhun Cəfərovun göstərişi ilə almışam”
Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) başçısının həbsdə olan birinci müavini Tacəddin Novruzovun istintaqa verdiyi ifadəsi məlum olub.

Zamantv.az əldə etdiyi məlumata görə, o, dindirilən zaman bildirib ki, 2001-2014-cü illərdə Kürdəmir rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib.

T.Novruzov istintaqa ifadəsində deyib ki, 2014-cü il iyunun 8-də Kürdəmir RİH-in başçısının birinci müavini vəzifəsinə təyin olunub:

“Vəzifəyə təyin olunduğum dövrdən saxlanıldığım dövrədək Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov olub. O, 2016-cı ilin yanvar ayında məni xidməti otağına çağıraraq göstəriş verdi ki, rayonda olan müxtəlif abadlıq işlərinin görülməsi üçün Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatından aylıq olaraq 1500-2000 manat pul alıb ona verim. Onun göstərişinin qanunsuz olduğunu bildim, yenə də razılaşdım. Kombinatın direktoru Müşfiq Sadıqovu xidməti otağıma çağırdım və ona başçının verdiyi tapşırığı söylədim. Müşfiq Sadıqov da həmin vaxt razılaşdı və bir neçə gün sonra xidməti otağıma gələrək 1500-2000 manat məbləğində pulu təqdim etdi. Bundan sonra Ceyhun Cəfərovun xidməti otağına gedərək həmin pulu ona verdim. Ceyhun müəllim də həmin pulu saymadan oturduğu masanın kənarında olan daxıla qoydu. Həmin puldan da mənə 300-400 manat təqdim etdi.

Həmin dövrdən başlayaraq təxminən 2019-cu ilin aprel ayınadək mütəmadi olaraq ildə 4-5 dəfə olmaqla Kommunal Müəssisələr Kombinatının direktorundan 1500-2000 manat məbləğində pulu xidməti otağımda alıb təklikdə şəxsən Ceyhun Cəfərova vermişəm. O isə həmin puldan hər dəfə mənə 300-400 manat təqdim edirdi.

Sonra Müşfiq Sadıqov vəfat etdi. Həmin Müəssisəyə rəhbərliyə onun oğlu Emin Sadıqov gətirildi. Emin Sadıqovdan da mütəmadi olaraq həmin məbləğdə pulu alaraq Ceyhun Cəfərova verirdim. 2019-cu ilin təxminən oktyabr ayında Kommunal Müəssisələr Kombinatının direktoru Emin Sadıqov həmin vəzifədən azad edilib, digər vəzifəyə keçirildi. Kombinata direktor isə Məhəmmədəli Surxayev təyin olundu. Yenə eyni qaydada onu xidməti otağıma çağıraraq Ceyhun Cəfərovun göstərişi barədə məlumat verdim və o, da razılaşdı. 2019-cu ilin oktyabr ayından başlayaraq 2020-ci ilin yanvar, fevral və mart aylarında mənə hər ay 1000-2000 manat məbləğində, bir dəfə də karantin rejimi vaxtında əlavə olaraq yenidən 1000-2000 manat məbləğində pul təqdim edib. Mən də həmin pulu təklikdə Ceyhun Cəfərova vermişəm. O da həmin puldan mənə həmişəki kimi 300-400 manat pul verdi”.

T.Novruzov istintaqda Kürdəmir RİH-in həbsdə olan başçısı Ceyhun Cəfərovun göstərişi ilə rayon Təhsil Şöbəsinin inspektoru Mətləb Allahverdiyevdən 35-40 min manat və Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Eynulla Novruzovdan aylıq olaraq 3-4 min manat pul aldığını etiraf edib.

O, əlavə olaraq ifadəsində vurğulayıb ki, Kürdəmir rayon Təhsil Şöbəsinin vəzifəli şəxsi Mətləb Allahverdiyev, Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatının direktoru Müşfiq Sadıqov, Emin Sadıqov və Məhəmmədəli Surxayev, Kürdəmir RMX-nın baş həkimi Eynulla Novruzov həbsdə olan icra başçısı Ceyhun Cəfərovun onları həm xidməti otağında, həm də rayon səviyyəli tədbirlərdə danlayacağını, irad bildirəcəyini, işlərinə maneçilik törədəcəklərini bildikləri üçün həmin pulu verməyə razılaşaraq etiraz etməyiblər.

T.Novruzov məkkəmədə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, həmin şəxslərdən pulları rayonda əsaslı təmir və abadlıq işləri aparıldığı üçün aldığını söyləyib.

Qeyd edək ki, Ceyhun Cəfərov, Tacəddin Novruzov və digərlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərovla Tacəddin Novruzovun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna ordusu Luqanskda əcnəbi muzdluların məhvi üzrə əməliyyat keçirib
Ukrayna ordusu Luqansk vilayətində əcnəbi muzdluların məhv edilməsi üzrə uğurlu əməliyyat keçirib.

" Zamantv.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Popasna uğrunda gedən döyüşlərdə liviyalı və suriyalılardan ibarət dəstəni məhv edib.

Rusiya ordusunun tərəfində vuruşan əcnəbi muzdluların döyüş qabiliyyəti barədə suala Danilov cavab verib ki, onların Popasna bölgəsində məhv edilməsinə dair təkzibedilməz sübutlar var.

“Onların döyüş bacarıqları haqqında danışmaq mənim üçün çətindir. Fərqli iqlim şəraitimiz var. Və müharibə fərqlidir. Düşünürəm ki, onların burada gördükləri heç də gözlədikləri kimi olmayıb”, - Danilov qeyd edib.

O, həmçinin vurğulayıb ki, məhv edilmiş liviyalı və suriyalı dəstə nisbətən kiçik, yəni 20-25 nəfərdən ibarət olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Makron Kiyevə səfər etməyə hazırdır
“Fransa Prezidenti Emmanuel Makron Kiyevə səfər etməyə hazırdır. Lakin bu səfər həll baxımından tərəqqiyə töhfə verə biləcəyi zaman mümkün olacaq”.

Zamantv.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal bildirib.

O, bununla belə bu səfərin Makronun yenidən prezident seçilməsindən sonra ilk səfər olacağı ilə bağlı sualı cavablandırmaqdan yayınıb.

Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-u baş tutub, ikinci turu isə aprelin 24-də keçiriləcək. DİN-in yekun məlumatına görə, Emmanuel Makron ilk turda seçicilərin 27,84%-nin səsini toplayıb. İkinci yerdə 23,15% səslə Marin Le Pen qərarlaşıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həkimlər niyə həm özəl həm də dövlət tibb müəssisələrində işləməli olur?
İndi səhiyyə sistemimizlə bağlı əsas şikayətlərdən biri də dövlət xəstəxanalarında peşəkar kadrların çatışmazlığı ilə bağlıdır. İddia olunur ki, hətta dövlət xəstəxanasında çalışan həkim də səhər əsas iş yerində 1-2 saat görünüb, özəl xəstəxanaya qaçır, pasientlərini də burada qəbul edirlər. Nəticədə vətəndaş dövlət müəssisələrindəki xidmətlərdən yararlana bilmir, məcbur qalıb özəl xəstəxanaya əlavə pul ödəməli olur.

Zamantv.az-ın APATV-yə istinadən xəbərinə görə, tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla deyir ki, mövcud vəziyyət daha çox İcbari tibbi sığortanın tətbiqindəki problemlərlə bağlıdır.

Endokrinoloq Fərhad Burzu isə dövlət klinikalarında kadr çatışmazlığının əsas səbəbi kimi 2 əsas nünası vurğuladı. Onlardan biri göstərilən xidmətlərin məhdud sayda olması, digəri isə əmək haqqının aşağı olmasıdır.
Məsələyə aydınlıq gətirmək üçün TƏBİB-lə əlaqə saxladıq. Qurumdan bildirildi ki, həkimlərin özəl tibb müəssisələrində fəaliyyət göstərmək hüququ var, lakin bu dövlət müəssisəsindəki iş saatı bitdikdən sonra mümkündür.

Mütəxəssislərin fikrincə, neçə ki, işin təşkili məsələlərinə düzgün yanaşılımır, bu kimi hallar tez-tez baş verəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu ölkədə maska rejimi ləğv edildi
İspaniyada qapalı məkanlarda maskadan istifadə sərbəstləşdirilib.

Zamantv.az -ın “El Pais”ə istinadla xəbərinə görə, bu gündən etibarən qapalı məkanlarda, ticarət mərkəzləri və mədəni müəssisələrdə maskadan istifadə könüllüdür.

Bununla belə, ictimai nəqliyyat və tibb müəssisələrində maskadan istifadə tələbi qüvvədə qalır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO