[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dənizə yolumuz niyə bağlanıb - AKTUAL
Hər il çimərlik mövsümü ərəfəsi Xəzər dənizi sahilinin hasarlanması problemi aktuallaşır. Bu günlərdə dənizin hasarlanması Milli Məclisdə yenidən gündəmə gəlib. Parlamentdə çıxışı zamanı deputat Razi Nurullayev bildirib ki, yaz-yay mövsümü gəlib və istilər başlayıb. Vətəndaşlar dəniz sahilində gəzmək və çimərliklərdən istifadə etmək istəyirlər. Amma hər kəsin bildiyi kimi, Xəzər dənizinin sahilləri işğal altında qalmaqda davam edir.

"Dənizi hasarlayanların hasarı və mülkləri sökülsün"
O qeyd edib ki, son illər IDEA-nın rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çimərliklərin yaradılmasına başlanılıb:
"Bunu alqışlayıram. Dəniz Allah tərəfindən xalqımıza lütf edilən bir ilahi sərvət, ondan maneəsiz istifadə isə Konstitusiyamız tərəfindən verilən bir hüquqdur. Hər kəs dənizin beş-on hektarını çəpərləyib. Bu qanunsuzluğu hər bir vətəndaş görür, yaşayır və narazı qalır. Sonra da onlara hüququn, qanunun aliliyindən danışırıq və hər kəsin də qanun qarşısında bərabər olduğunu deyirik. Xalq da görür ki, bu fikir doğru deyil".
Onun sözlərinə görə, rəhmətlik Prezident Heydər Əliyevin fərmanı ilə dənizdən 130 metr kənarda tikinti işi aparmağa icazə verilirdi:

“İndi bu məsafə 30 metrə endirilib. Bu məsələni əsaslandırıb cənab prezidentə imzaya təqdim edənlər bu xalq və dövlət qarşısında məsuliyyət daşıyır, çünki öz torpaqlarını və mülklərini nəzərdə tutub bu addıma gedib. Təklifim budur ki, dəniz kənarından 130 metr məsafədə tikintiyə qadağa qanunla təsbit edilsin və dənizi hasarlayanların hasarı və mülkləri sökülsün”.

Şıxov çimərliyində dənizin sahili zəbt edilib
Zamantv.az xəbər verir ki, "Sputnik Azərbaycan"ın əməkdaşı problemin aktuallığını nəzərə alaraq dənizin hasarlandığı ərazilərdə olub. Bakıdan üzü Lökbatan dairəsinə doğru dənizin ətrafı hasarlandığından Şıxovda çimərliklərə daxil olmaq elə də asan olmur.
Bibiheybət məscidindən başlayaraq çimərlik ərazilərinin demək olar ki, hər tərəfi hasarlanıb. Dəniz kənarında yerləşən istirahət məkanları, restoranlar demək olar ki, sahili zəbt edib. Şıxov ərazisində hündür çəkilmiş hasarlar nəinki insanları dənizə yaxınlaşmağa, onu kənardan seyr etməyə belə imkan vermir.
Elə biz də Şıxovda sahilə yaxınlaşmaq üçün xeyli piyada məsafə qət etməli oluruq. Çünki sahili zəbt edən sahibkarlar dənizin ətrafını hasara almaqla yanaşı, girişə iri darvazalar qoyublar.

Burada yaşayan sakinlərin köməyi ilə nəhayət ki, hasarlanmamış çimərlik ərazisi tapırıq. Həmsöhbət olduğumuz təmizlik işçisi Camal Allahyarov deyir ki, Şıxov dənizi sevən, onun sahilində dincəlmək istəyənlər üçün əlçatmaz olub:
"Özünüz də gördünüz ki, Bibiheybət məscidindən üzü bu yana hər yan hasarlanıb. Sahibkarlar insanları dənizə həsrət qoyublar. Hər iki-üç hektar ərazini hasarlayaraq pullu çimərliyə, istirahət məkanına çeviriblər. Kasıb insanların dincəlməsi üçün bircə ictimai çimərlik qalıb".

Ərazidə müşahidə apararkən görürük ki, hündür hasar çəkilən ərazilərin yanındakı boş torpaqların da zəbt olunmasına hazırlıq işləri aparılır. Dənizin sahilindəki boş ərazilərə kənardan daşınaraq torpaq tökülür.
Sakinlər bildirirlər ki, həmin ərazilərdə obyektlərin tikilməsinə hazırlıq işləri aparılır. Hətta bəzi sahibkarlıq subyektləri hasarladıqları ərazidə sahildən dənizə pilləkən də qoyublar. Obyektlərdən birinə yaxınlaşıb bunun səbəbini soruşsaq da, mühafizəçi rəhbərliyin olmadığını, çimərlik işləyəndə gəlməyi məsləhət gördü.

Ələtdən başlayaraq Bibiheybətə qədər dəniz hasarlanıb
Milli Məclisin deputatı Aqil Abbas Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ələtdən Bibiheybət məscidinə qədər dənizin sahili hasara alınıb. Deputat deyib ki, hətta bəzi yerlərdə elə hündür hasar çəkilib ki, dənizi görmək mümkün deyil:

"Gürcüstanda Batumidə Türkiyə sərhədə qədər açıq çimərlikdir. Bizimkilərin əli çatsa, gedib Gürcüstanda da dənizi hasarlayarlar. Ələtdən Şıxova qədər dəniz hasarlanıb. Heç mən inanmıram ki, həmin hasarlar sökülsün. Heydər Əliyev sağ ikən dənizin ətrafında obyekt tikmək üçün 130 metr məsafənin gözlənilməsi ilə bağlı sərəncam imzalamışdı. Amma bizim sahibkarlar nəinki dənizi hasarlamaqla kifayətləndi, hətta dənizin içində də obyekt tikməyə başladılar. Mən də dənizin hasarlanmasının əleyhinəyəm. Hər halda bu barədə hökumət, əlaqədar qurumlar hərəkətə keçməlidir".
Deputat qeyd edib ki, ən azından bundan sonra dənizin hasarlanmasına icazə verilməməlidir:
"İndiyə qədər dənizi hasarladıqları cəhənnəm, bundan sonra heç olmasa buna göz yummasınlar, icazə verməsinlər".

Qanunla dənizin 20-50 metr sahili tutula bilməz!
Qeyd edək ki, hələ 2003-cü il yanvarın 13-də mərhum Prezident Heydər Əliyev tərəfindən məsələ ilə bağlı sərəncam imzalanıb. Sənəddə deyilirdi ki, əhalinin çoxsaylı şikayətlərini, Xəzər dənizinin xalqa məxsus olduğunu əsas götürərək, dənizin 130 metrlik sahil sahəsində tikilmiş, fiziki və ya hüquqi şəxslərə qanunsuz olaraq verilmiş sahələr ya inzibati, ya məhkəmə qaydasında alınsın və insanların dəniz çimərliklərinə sərbəst giriş-çıxışı təmin edilsin.
Bundan sonra qəbul edilmiş qanunvericiliyə görə isə, dənizin 20-50 metr sahili tutula bilməz və İnzibati Xətalar Məcəlləsi də dəniz kənarının hasarlanmasını qadağan edir.
Məlumat üçün onu da qeyd edək ki, sahilboyu ərazilərin zəbt olunmasının, hasarlanmasının qarşısını almaq rayon icra hakimiyyətlərinin üzərinə düşür.

Hasarlar söküləcəkmi?
Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, bununla bağlı araşdırılma aparıldıqdan sonra sorğumuza cavab veriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Paşinyan Putinlə görüşdən sonra 180 dərəcə dəyişib - GƏLİŞMƏ
2 gün əvvəl, aprelin 23-də saat 08.58-də Moderator.az saytında “Robert Ermənistan xalqının taleyini siyasi mübarizə alətinə çevirmək üçün çalışırsa...” başlığı altında bir məqaləm dərc olundu. Məqalədə Qarabağda qondarma erməni soyqırımının ildönümünə həsr olunan ənənəvi məşəl yürüşü keçirən və 4000 nəfərə yaxın azərbaycanlının 30 illik cəsəd qalıqları ilə savaşan bir toplumun hansı soyqırımdan danışdığını, bu zehniyyətin 107 il əvvəl baş verən hadisələrə don geyindirmək əvəzinə, Baqanis Ayrım, Başlıbel, Edilli, Xocalı, Qaradağlı, Malibəyli, Quşçular və digər ərazilərdə törətdikləri soyqırım cinayətlərinə aydınlıq gətirməli olduqlarına diqqət yönəltmişdim. “Soyqırıma” məruz qaldıqlarını iddia edən tərəfin arxivlərini açmaqdan imtina etməsi, ermənilərin cəfəngiyyatlarının üstünün açılması qorxusu ilə bağlı olduğunu, bu dəfə keçiriləcək 23-cü qondarma məşəl yürüşünün daha maraqlı olacağını, özü hakimiyyətdə olduğu 10 il ərzində qadağan etdiyi yürüşə Ermənistanın eks prezidenti R.Köçəryanın şəxsən rəhbərlik edəcəyini və bu yürüşdən müxalifətin şəxsi siyasi məqsədləri üçün istifadə edəcəyini xüsusilə qeyd etmişdim. Məqalədən daha bir cümləni olduğu kimi təqdim edirəm:

“Bu dəfə Ermənistandakı mövcud hərbi-siyasi vəziyyəti, ermənilərin çıxılmazlıq əhval-ruhiyyəsini nəzərə alsaq, o zaman məşəl tədbirinin həm Ermənistanın daxilində, həm də Azərbaycanla sərhəddə və Qarabağdakı rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərin perimetri boyunca növbəti təxribatlara yol aça biləcəyi istisna edilməməlidir”.

Yuxarıda qeyd etdiyim məqalənin dərc olunmasından 9 saat sonra sərhəddə Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun fəaliyyəti müşahidə olundu. DSX bu barədə məlumatı rəsmi olaraq səhəri gün, daha dəqiq desək 18 saat sonra təsdiqlədi: “Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərilib”.

Dövlət Sərhəd Xidmət görülən tədbirlər nəticəsində təxribat-diversiya qrupunun Azərbaycan Respublikasının ərazisinə keçməsinin qarşısı alındı. Diversantlar geri çəkilməyə məcbur edildi və Ermənistan tərəfinin təxribatı ilə bağlı Rusiya Federasiyasının Federal Sərhəd Xidmətinin Ermənistandakı sərhəd idarəsinin nümayəndələrinin məlumatlandırıldığını, belə hal bir daha baş verərsə DSX tərəfidən daha ciddi tədbirlər görüləcəyini də bildirdi. Bu məlumatdan 7 saat sonra Dövlət Sərhəd Xidməti növbəti məlumatı dərc olundu və sərhədçilərimiz tərəfindən Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç saxlanıldığı məlum oldu. Saxlanılan Matirosov 25 saat əvvəl diversiya törədən qrupun yaxud da başqa diversiya qrupunun üzvü olduğu məlum deyil.

Ermənistan baş naziri N.Paşinyan Brüssel görüşündən sonra birgə Bəyanatın yerinə yetirilməsi ilə bağlı verdiyi müsbət bəyanatların ritorikasını, V.Putinlə görüşdən sonra 180 dərəcə dəyişib. Odur ki, törədilən son diversiya faktı iki ölkə arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına Paşinyan komandası tərəfindən törədilən təxribatçı maneə faktı kimi dəyərləndirilməlidir.

Görünür N.Paşinyan da Ermənistanda aktivləşən revanşist qüvvələrə qoşulmağa məcbur olub. Ermənistan hakimiyyəti hələ də baş verən prosesləri lazımınca dəyərləndirə bilmir və anlamır ki, Azərbaycanın birgə Bəyanatın şərtlərinin yerinə yetirilməsində zaman itkisinə yol vermək və erməni təxribatlarına təmkinlə yanaşmaq niyyəti yoxdur.

Azərbaycan Prezidenti İ.Əliyevin “Bu (sülh müqaviləsi- red) Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq” bəyanatını həm Ermənistan rəhbərliyi, həm də “ilana zəhər verən kərtənkələlər” diqqətlə oxumalıdrlar. Dünyada az sayda məntiqli adam tapılar ki, Ermənistanın Azərbaycana qarşı minimal müqavimət imkanlarına belə malik olduğunu iddia etsin. Ermənistanı qismən cəsarətləndirən Rusiyadır. Kreml Ermənistan ilə Azərbaycan arasında münasibətlərin Avropa vasitəsilə nizamlanmasında maraqlı deyil. Bu belə olmasaydı, il yarımda həm erməni silahlısı Qarabağdan çıxarılardı, həm də kommunikasiyalar açılardı. Hadisələrim müsbət məcrada inkişafı və birgə Bəyanatın tam yerinə yetirilməsi, Rusiyanın 2025-ci ildə və ya daha erkən Qarabağdan, ardınca isə Qafqazdan çəkilməsini şərtləndirə bilər. Onsuz da rus əsgərinin ayağı dəyən ərazidə nə ot bitmir, nə qan tökülməsi dayanmır, nə də fəlakətlər başa çatmır. Odur ki, nə qədər tez getsələr, bütün Qafqaz üçün, xüsusilə də üzməyə sahil tapmayan məğlub ermənilər üçün bir o qədər yaxşıdır.

Ermənistan ordusunun törətdiyi təxribat diversiya fəaliyyətlərini, cəmiyyətdə baş qaldıran revanşist meyllləri nəzərə alaraq, o zaman sərhəddə və ya rus sülhməramlılarının müvəqqəti nəzarət etdikləri ərazilərdə erməni silahlılarının növbəti təxribatlarının mümkünlüyü ehtimalı yenə də yüksək olaraq qalır.

Odur ki, Silahlı Qüvvələrimizin hissə və bölmələrimizin şəxsi heyəti ayıq-sayıqlığı daha da artırmalı, mümkün təxribatların qarşısının qətiyyətlə alınması, düşmənin layiq olduğu və effektiv şəkildə cəzalandırılması üçün bütün ssenarilərə hazır olmalıdırlar. Düşmənin təxribatlardan çəkindirilməsi məqsədi ilə erməni silahlılarının Qarabağdan çıxarılması, Laçından və ya Zəngilandan Naxçıvana maneəsiz dəhlizin açılması üçün fəliyyətlər dayandığı yerdən və revanşistlərin anladığı dildə davam etdirilməsinə artıq zərurət yaranıb. Ermənistan yaratdığımız yeni reallıqları qəbul etməyənə və imzaladığı bəyanatların şərtlərini yerinə yetirməyənə qədər başı yumruqlu qalmağa məhkumdur.

Ermənistanın imza atdığı, lakin açılmasını süni şəkildə uzatdığı Zəngəzur dəhlizinin keçəcəyi Zəngilan rayonuna təxribat -diversiya qrupu göndərməsi, Azərbaycanı bu istiqamətdə daha effektiv tədbirlər görməyə vadar da edə bilər.

Ədalət Verdiyev, hərbi ekspert //moderator.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan hərbçiləri Türkiyədə növbəti təlim kursu keçiblər
Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə növbəti təlim kursu keçiblər.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Quru Qoşunlarının Təlimlərə Nəzarət Mərkəzi Komandanlığında azərbaycanlı qardaşlarımızın iştirakı ilə “Sarsılmaz Qardaşlıq-2022 Kompüter Dəstəkli Komanda Qərargah Təlimi” uğurla həyata keçirilib”, - deyə məlumatda vurğulanıb.
Azərbaycan hərbçiləri Türkiyədə növbəti təlim kursu keçiblər
Azərbaycan hərbçiləri Türkiyədə növbəti təlim kursu keçiblər
Azərbaycan hərbçiləri Türkiyədə növbəti təlim kursu keçiblər
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyanın ABŞ-dakı konsulluqlarının bank hesabları bağlanıb
Rusiyanın Ukraynaya müdaxiləsi və Qərbin sanksiyalarının tətbiqindən sonra Rusiyanın ABŞ-dakı konsulluqlarının “Bank of America”dakı özəl hesabları bağlanıb.

Bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov “Rossiya 1” telekanalına verdiyi açıqlamada məlumat verib.

“Əslində səfirlik ABŞ dövlət qurumları tərəfindən blokadadadır, Hyuston və Nyu Yorkdakı iki baş konsulluğumuzun hesabları “Bank of America” tərəfindən bağlanıb”, - deyə diplomat deyib.

Onun sözlərinə görə, hələ də ABŞ-da olan Rusiya Federasiyasının nümayəndələri telefonla və ya yazılı qaydada təhdidlər alırlar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BMT Mariupolda hərbi əməliyyatları dayandırmağa çağırıb
“Mariupolda döyüşlər dərhal dayandırılmalıdır ki, mülki əhalinin təxliyə imkanları olsun”.

Bunu BMT-nin Ukrayna üzrə böhran koordinatoru Amin Avad bildirib.

“Mariupolda qadınlar, uşaqlar və qocalar da daxil olmaqla on minlərlə insanın həyatı təhlükə altındadır. İnsanların həyatını xilas etmək üçün hazırda döyüşlərdə fasilə lazımdır. Nə qədər gözləsək, bir o qədər çox insanın həyatı risk altında olacaq. Onların təhlükəsiz şəkildə təxliyə edilməsinə icazə verilməlidir. Sabah çox gec ola bilər”, - Avad açıqlamasında deyib.

Bundan əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Mariupoldakı vəziyyətdən narahatlığını bildirib və mülki əhalinin şəhərdən təxliyəsi üçün təcili humanitar yardım çağırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya Ukraynanı Xəzər dənizindən vurdu
Ukraynanın Odessa vilayəti raket hücumlarına məruz qalıb.

Zamantv.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Yermak məlumat verib.

Onun sözlərinə görə, 5 Ukrayna vətəndaşı ölüb. Yaralı sayı isə 18 nəfərdir. Ölənlərin sayının artacağı istisna edilməyib.
Bildirilib ki, qanadlı raketlər Rusiyanın “Tu-95” strateji təyyarəsi tərəfindən Xəzər dənizindən buraxılıb.

Döyüşlər zamanı Cənub Hərbi Hava Qüvvələri Komandanlığının zenit-raket bölmələrinin əsgərləri Odessa şəhərini vuran düşmənin 2 qanadlı raketini və 2 əməliyyat-taktiki PUA-nı sıradan çıxarıblar.

Həmçinin, qeyd olunur ki, Rusiya ordusunun Xəzər dənizindən atdığı qanadlı raketlərdən 2-si hərbi obyektə və digər 2-si isə yaşayış binasına düşüb.
Rusiya Ukraynanı Xəzər dənizindən vurdu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada fəxri konsul oğurlandı
Ukraynanın Melitopol şəhərindəki Bolqarstanın konsulu oğurlanıb.

Zamantv.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Melitopol meri İvan Fedorov məlumat verib.

“Ölkə boyu 50-dən çox həmkarım oğurlanıb. Bu gün onlardan 29-u qarşı tərəfdə həbsxanada saxlanılır. Bir neçə saat əvvəl məlum olub ki, Melitopolda Bolqarıstanın fəxri konsulu oğurlanıb”,- deyə o bildirib.
Melitopoldakı əməliyyat vəziyyətinə gəlincə, Fyodorov bildirib ki, artıq dördüncü gündür ki, rus hərbçiləri Zaporojye istiqamətində getmək istəyən sakinləri buraxmırlar.

“Son dörd gündə onlar Zaporojyedə istənilən evakuasiya marşururtu tamamilə bloklanıb. Yalnız Krıma getməyə imkan verirlər”, - deyə o bildirib.

Merin sözlərinə görə, şəhərdə nağd pul yoxdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yarış atının qanında psixoaktiv maddə tapıldı
Yeni Zelandiyada jokey Roşel Lokett və onun yarış atının yarışlardan birində qalib gəldikdən sonra qanlarında metamfetamin (şüşə) izləri aşkar edilib.

Zamantv.az-ın xarici mediaya istinadla məlumatına görə, bu səbəbdən idmançı qız və atı yarışdan üç illik diskvalifikasiya edilib. Bununla belə, Lokett 18 ay narkotikdən istifadə etməzsə, yenə də manejə qayıda bilər. Həmçinin qaydanı pozanlara yarışı təşkil edən “Otaki-maori” yarış klubunun mükafat məbləği 6720 Yeni Zelandiya dolları (təxminən 4428 ABŞ dolları) büdcəsinə qaytarılması barədə göstəriş verilib.

Jokey özü metamfetaminin atın bədəninə necə daxil olduğunu hələ izah etməyib, lakin 2021-ci ilin noyabrında özünün ondan istifadə etdiyini etiraf edib.
Testin müsbət nəticələrini aldıqdan sonra o, dərmanı yarışa iki gün qalmış ad günündə istifadə etdiyini də boynuna alıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çavuşoğlu ermənilərə "Bozqurd" göstərdi
Xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikasına səfəri çərçivəsində Uruqvaya gedib.
Zamantv.az “Haberler” saytına istinadən xəbər verir ki, paytaxt Montevideoda iki mühüm sənədə imza atan Çavuşoğlu, iki ölkə arasında İnvestisiyaların Gücləndirilməsi və Azad Ticarət Sazişinə dair İstinad Sənədinin imzalanmasının ardından Uruqvay xarici işlər naziri Fransisko Bustillo ilə də birgə mətbuat konfransı keçirib.

Nazir Çavuşoğlu Uruqvay səfərinin bir hissəsi zamanı Montevideodakı Türkiyə səfirliyindən çıxarkən etiraza məruz qalıb. Bir qrup erməni etirazçı səfirliyin qarşısındakı parka toplaşaraq Türkiyə və Azərbaycan əleyhinə şüarlar səsləndirib.
Səfirlikdən çıxaraq avtomobilininə əyləşən nazir Çavuşoğlu şüarlar səslləndirən etirazçılara “Bozqurd” işarəsi göstərərək cavab verib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ali Baş Komandanın Quru Qoşunlarına-TAPŞIRIĞI
Quru Qoşunlarının N hərbi hissəsində 2022-ci tədris ilinin birinci rübünün nəticələrinə dair yekun iclas keçirilib.

Müdafiə Nazirliyindən Zamantv.az-a verilən xəbərə görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İclasda rüb ərzində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzələr dinlənilib, həyata keçirilən islahatlar, döyüş hazırlığının, maddi-texniki təminatının, hərbi intizamın və qoşun xidmətinin vəziyyəti təhlil olunub.
Qeyd olunub ki, hesabat dövrü ərzində Azərbaycan Ordusunda müxtəlif növ hərbi təlimlər, döyüş hazırlığı məşğələləri keçirilib, qoşunların döyüş qabiliyyəti artırılıb, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlib. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə quruculuq işləri aparılıb, yeni hərbi obyektlər istifadəyə verilib, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

İclasda tərbiyəvi işin planlı şəkildə aparılması, ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

Sonda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında orduda aparılan davamlı islahatların həyata keçirilməsi ilə bağlı qarşıda duran vəzifələrin icrası, eləcə də müdafiə nazirinin döyüş növbətçiliyinin və qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə əlaqədar göstərişləri komandir-rəis heyətinin diqqətinə çatdırılıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO