[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda 10 yaşlı məktəblini avtomobil vurub
Bakıda məktəbin qarşısında yeniyetməni avtomobil vurub.

Zamantv.az” xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

159 nömrəli tam orta məktəbin qarşısında yolu keçən 2012-ci il təvəllüdlü Quliyev Ayxan Amil oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanlı jurnalistin əmisi oğlu ruslara ƏSİR DÜŞDÜ
Tanınmış Azərbaycan jurnalistinin əmisi oğlu Ukraynada ruslara əsir düşüb.

Zamantv.az xəbər verir ki, bu barədə jurnalist Esmira Qasımova məlumat verib.

Onun sözlərinə görə, əmisi oğlu Hafiz Qasımov (Kasumov) döyüşlərdə əsir götürülüb:
“O, Ukraynada gedən döyüşlərdə Zaporoje vilayəti Enerqodar şəhərində ruslara əsir düşüb. Əmim oğlu 1980-ci illərdən Ukraynada yaşayır. Onun 62 yaşı var”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
8 yaşlı qızı öldürüb 7 gün döşəyinin içində saxladı - Cinayət DOSYESİ
Cinayət DOSYESİ – 010

Əvvəlki yazı

İtkin düşən 8 yaşlı qızı 7 gün döşəyinin içində saxlayıbmış. Məqsədi onun səsini kəsmək olub. Onun həmyaşıdı başqa bir oğlan isə riyaziyyat dərsinə girəndə sinif yoldaşı qızı öldürür. Səbəbini isə...
Hər iki cinayətkarın hadisəni törədən zaman 14 yaşı olub... Bu cinayətləri ürək ağrısız oxumaq mümkün deyil. Ömürlərinin ən gözəl vaxtlarında bu qədər pisliyə necə sahib ola bilirlər?

“Cinayət Dosyesi” layihəsində sizə uşaq simasında qaniçən qatillərə çevrilənlərin hekayələrini təqdim etməkdə davam edirik.

2 fevral 1996-cı ildə Vaşinqtonun Sərhəd İctimai Liseyində baş verən insident filmlərə mövzu ola biləcək bir hadisə idi. 14 yaşlı oğlan özünü lap peşəkar killer kimi apardı. Məktəbdə atəş səsi eşidildi, insanlar girov götürüldü.
8 yaşlı qızı öldürüb 7 gün döşəyinin içində saxladı - Cinayət DOSYESİ
Barri Lukatis

Barri Lukatis həmin gün məktəbə kovboy kostyumunda gedir. Bu artıq ətrafa bir mesaj idi. Həmin zaman onun sinif yoldaşları riyaziyyat dərsindəydilər. Yoldaşlarının əksəriyyəti onları gözləyən faciədən xəbərsiz Barrinin kostyumuna gülürdü. Lakin onun qəribə davranışı da gözdən qaçmırdı. Şagirdlər Barrinin kostyumda nə gizlətdiyini bilmirdilər. Heç kimə məlum deyildi ki, sinif yoldaşları paltarında iki tapança, bir tüfəng və 78 patron gəzdirir.
Barri Lukatis

Gözünü qan örtən oğlan cinayət törətməkdə israrlı idi. O atəş açmağa başlayır. Və onun ilk qurbanı 14 yaşlı Manuel Vela olur. Bir neçə saniyədən sonra isə qurbanların sayı artmağa başladı. Müəllimi və başqa bir sinif yoldaşı da Barrinin cinayəti nəticəsində ölür.

14 yaşında təhlükəli caniyə çevrilən bu oğlan öz sinif yoldaşlarına belə üzülmür. Məktəbdə şagirdlər girov saxlanılır. Özü də cəsədləri yanında. Həmin an o uşaqların hansı dəhşətləri yaşadıqlarını təsəvvür etmək belə qorxuludur.
Barri Lukatis

Bu hadisədə qurbanların sayı durmadan arta bilərdi. Əgər məktəbin bədən tərbiyəsi müəllimi fərasətli davranmasaydı...

O uşağı tərksilah etməyə müvəffəq olur. Onun qorxu saçan qışqırıq səsi uzun müddət hadisə şahidlərinin qulağından getmədi: "Bu cəbr haqqında danışmaqdan daha maraqlıdır, elə deyilmi?". Bu, Stiven Kinqin “Qəzəb” romanından bir sitatdır, burada baş qəhrəman iki müəllimi öldürür və sinfi girov götürür.

8 yaşlı qızı öldürüb 7 gün döşəyinin içində saxladı - Cinayət DOSYESİ
Barri Lukatis

Barri hazırda iki ömürlük həbs cəzasını çəkir, ona 205 il azadlıqdan məhrum etmə cəzası verilib.

***

3 noyabr 1998-ci ildə Coşua Fillipsin 14 yaşı var idi. Həmin gün onun qonşusu, 8 yaşlı qız itkin düşür. Heç kim ondan şübhələnmir.

Coşua Fillips

Oğlanın anası bir səhər onun otağını təmizləyər. Coşuanın su yatağı vardı. Ana görür ki, oğlunun yatağının altında nəm bir ləkə var. O bu sızıntının haradan gəldiyini tapmaq istəyir. Birdən görür ki, su döşəyi altdan yapışqan lentlə bağlanıb.

Ana lenti açanda gördükləri onu dəhşətə salır. Döşəyin içərisindən yeddi gündür bütün şəhər tərəfindən axtarılan Maddie Clifton adlı itkin düşmüş 8 yaşlı qonşunun cəsədi çıxır.
8 yaşlı qızı öldürüb 7 gün döşəyinin içində saxladı - Cinayət DOSYESİ
Coşua Fillips

Məhkəmədə münsiflər heyəti onun hekayəsinə inanmadı. Onun bunları sakitcə, halını belə pozmadan anlatması isə onları əməllicə heyrətə salmışdı. O birinci dərəcədən qətldə ittiham olundu. Coşuanın yaşı 16-dan az olduğu üçün ölüm cəzasından qurtula bilir. Amma ona heç vaxt şərti azad edilmə imkanı olmadan ömürlük həbs cəzası verilib.
Coşua Fillips illər sonra

İllər sonra o həbsxanada yenə də qətl törədir və növbəti dəfə ömürlük cəza alır.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"İlkin sayıqlayanda iki nəfərin adını çəkirdi" - Kamera yoldaşı
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Zamantv.az APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanovla eyni təcridxanada qalmış Rəvan İsmayılov ifadə verib.

Şahid deyib ki, İlkin Süleymanov onunla birgə qaldığı müddətdə Nərmin Quliyevanı öldürdüyünü etiraf edib. Bundan başqa, o, yuxuda olarkən də hadisəni törətməyi barədə sayıqlayırmış:
"İçəridə İlkinlə dost olduğumuza görə 2020-ci ilin fevral ayının ortalarında cinayət törətməsi ilə bağlı mənə etiraf etdi. Gecələr yatarkən əl-qol hərəkəti ilə sayaqlayaraq “Nərmini mən öldürmüşəm” deyirdi. Sayıqlamaları zamanı Mətanət və Vəfadar adları da çəksə də, onların kim olduğunu bilmirəm. Birlikdə qaldığımız müddətdə ata-anasına qarşı da dəfələrlə təhqiramiz ifadələr işlədirdi. Amma ümumilikdə onu mədəni və intellektual adam kimi tanımışam. Bir müddət sonra düşündüm ki, mənim də bacım var, ona görə dekabr ayında müvafiq qurumlara məlumat verdim".

Şahidin ifadəsinə münasibət bildirən İlkin Süleymanov Rəvan İsmayılovun tamamilə yalan danışdığını, ona heç vaxt etiraf etmədiyini deyib. Təqsirləndirilən şəxs bildirib ki, təcridxanada xüsusi nəzarətdə saxlanılıb.

Təqsirləndirilən şəxsin vəkilləri də şahidin ifadəsində səmimi olmadığını deyiblər. Vəkillər bildirib ki, 2020-ci ilin yanvar ayının 23-də İlkin Süleymanov barəsində həbs-qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılıb. Həmin vaxt da təqsirləndirilən şəxs günahsız olduğunu deyib: "Necə ola bilər ki, bir ay sonra hadisəni törətməsini etiraf edib?"

İlkin Süleymanov özü də şahiddən etiraf edən zaman deyil, üstündən xeyli müddət keçəndən sonra məlumat verməsinin səbəbini soruşub. Şahid suala cavab verməyib.

Onu da bildirək ki, bu gün prosesdə ifadə verən məhkum Rəvan İsmayılov dələduzluqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib.

Proses sabah davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tramp jurnalistə əsəbiləşərək studiyanı tərk etdi
ABŞ-ın keçmiş prezidenti Donald Tramp uzun fasilədən sonra kameralar qarşısına keçib.

Zamantv.az xəbər verir ki, o, 15 illik dostu olan britaniyalı jurnalist Piers Morqanın “Senzurasız” yeni proqramının qonağı olub.

Belə ki, 75 dəqiqəlik proqramın 30 saniyəlik tanıtımında Trampın Morqana “Mən çox dürüstəm, sizdən də dürüstəm” deməsi gərginliyin artdığını göstərib. Bundan sonra Morqan prezident seçkilərini ədalətli adlandırıb və Trampı məğlubiyyəti etiraf etmədiyinə görə tənqid edib. Buna cavab olaraq Trampın “Yalnız axmaq belə düşünür” deməsindən sonra Morqan “Sən məni axmaq hesab edirsən?” deyə cavab verib. Trampın “hə” deməsi ilə əsəblər daha da gərginləşib.

Bu dialoqdan qəzəblənən Tramp jurnalisti “sədaqətsizlik”də ittiham edib. Daha sonra studiyanı tərk edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynalılar ən çox hansı ölkələrə gedib?
Rusiya qüvvələrini paytaxt Kiyev yaxınlığından geri çəkdikdən sonra diqqət mərkəzinin böyük hissəsini Ukraynanın şərqinə yönəldib.

Zamantv.az xəbər verir ki, sakinlərdən son hücumdan əvvəl bölgəni tərk etməyə çağırılıb.

BMT-nin məlumatına görə, münaqişə başlayandan bəri Ukraynada 11 milyondan çox insanın evlərini tərk etdiyi güman edilir.

Qonşu ölkələrə gedən 5 milyon nəfərlə yanaşı, daha 6,5 ​​milyon insanın müharibə şəraitində olan ölkənin daxilində köçkün düşdüyü güman edilir.

Qaçqınlar həmçinin qərbdəki qonşu ölkələrə, əsasən də Polşaya keçirlər.

BMT bildirir ki, aprelin 19-na kimi beş milyondan çox insan Ukraynanı tərk edib.

Polşa 2 milyon 825 min 463 qaçqını qəbul edib:

Rumıniya 757 047

Rusiya 549 805

Macarıstan 471 080

Moldova 426 964

Slovakiya 342 813

Belarusiya 23 759

Bəzi insanlar Moldovadan Rumıniyaya gediblər və bu səbəbdən qaçqınlar hər iki ölkənin ümumi siyahısına daxil ediliblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kamran Əliyev rayon prokurorlarına tapşırıqlar verdi
Baş prokuror Kamran Əliyev aprelin 21-də Füzuli rayon prokurorluğunun inzibati binasında Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə Zamantv.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Kamran Əliyev bölgədə yaşayan 35 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror Füzuli və Xocavənd rayon prokurorluqlarının işçiləri ilə, eləcə də Füzuli hərbi və Beyləqan rayon prokurorluqlarında olmaqla əməkdaşlarla görüş keçirib, bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları diqqətə çatdırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"O, Putinə Zelenski və məni məhv edəcəyinə söz verib" - Danilov
Çeçenistan lideri Ramzan Kadırov Ukraynaya işğalı planlaşdırarkən Rusiya diktatoru Vladimir Putinə Ukrayna prezidenti Vladimir Zelenskini və məni məhv edəcəyinə söz verib.

Zamantv.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov "Radio NV" yə müsahibəsində deyib.

"Plan fevralın 3-də Putinin səfəri zamanı Kadırov tərəfindən alınıb. Bu görüşdə prezidentimizin aradan qaldırılması planı razılaşdırılıb və Kadırov öz qrupunun bunu edəcəyinə söz verib", - Danilov deyib.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi müsahibəsində Ukrayna kəşfiyyatının “bu proseslərə nəzarət etdi"yini xüsusilə vurğulayıb.

"Fevralın 26-da ölkəmizə 3 qrup daxil olub. Fevralın 24-də yox, çünki iki gündür gözləyirdilər ki, paytaxtın mərkəzi məhəlləsində yaşıl dəhliz verilsin. Biz hər üç qrupa nəzarət etdik. Onlardan biri bizim hərbçilər tərəfindən məhv edilib. Hazırda həmin qruplardan biri bu gün Donetsk vilayətində, digəri Mariupol şəhərindədir”, - deyə Danilov bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Moskva görüşü Azərbaycan üçün təhlükə yaradırmı? - İNCƏLƏMƏ...
Ermənistanın baş naziri Nikol Paşinyanın iki gün öncə gerçəkləşən Moskva səfəri, Rusiya prezidenti Vladimir Putinlə görüşünün nəticələri ətrafında bir-biri ilə uyğun gəlməyən şərhlər verilir. Putin-Paşinyan görüşündə üçtərəfli əməkdaşlığın gücləndirilməsi, baş nazir müavinlərinin birgə sədrliyi ilə yaradılan komissiyanın fəaliyyətinin aktivləşdirilməsi barədə razılığa gəlinib. 3+3 əməkdaşlıq formatının uğurla fəaliyyətə başladığı qeyd edilib. Putinlə Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığa gəliblər.

Görüşlə bağlı Kremlədən yayılan rəsmi sənəddən iki məqamı təqdim edək:

- Moskva və İrəvan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri və üç liderin 9 noyabr 2020-ci il, 11 yanvar tarixli razılaşmalarının icrası çərçivəsində konstruktiv işi davam etdirmək barədə razılığa gəliblər;

- Tərəflər Rusiya sülhməramlı kontingentinin təhlükəsizliyin təmin edilməsinə, Dağlıq Qarabağ əhalisinin həyatı üçün əlverişli və təhlükəsiz şəraitin yaradılmasına həlledici töhfəsini vurğuladılar. Onlar təxirəsalınmaz humanitar vəzifələrin tezliklə həllinin, Dağlıq Qarabağ nizamlanmasının siyasi və diplomatik vasitələrlə həllinin zəruriliyini, bu kontekstdə ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun potensialından və təcrübəsindən onun beynəlxalq mandatına uyğun istifadənin vacibliyini qeyd ediblər.

Maraqlıdır ki, görüşlə bağlı Kremldən yayılan sənəddə Minsk Qrupunun həmsədrlik institutunun potensialı və təcrübəsindən yararlanmaq ifadələri var. Rusiya MQ-ni proseslərə qoşmaq istəyir. Artıq Azərbaycandan bəzi politoloqlar bu görüşə sosial şəbəkə üzərindən və peşəkar media vasitəsilə şərh veriblər. Əsas tezis budur ki, Kreml Avropa İttifaqının Qarabağla bağlı apardığı prosesə mane olmaq xətti tutub. Sanki Aİ Qarabağın tamamən azad edilib, Azərbaycana qaytarılması üçün “sinəsini yerə sürtür”, Rusiya buna qarşı çıxır... Qərbin Qarabağla bağlı rolu niyə bu qədər qabardılır, bunun özü də olduqca maraqlıdır.

Paşinyanın Moskvada Putinlə görüşü Azərbaycan üçün təhlükə yaradırmı? Sülh prosesini zədələyirmi? Ermənistanın danışıqlarda mövqeyini gücləndirirmi? Putinin Paşinyanla Qarabağda təhlükəsizlik məsələlərini müzakirə edəcəyini söyləməsi niyə bu qədər rahatsızlıq doğurub ölkəmizdə? Burada qorxulu, Azərbaycan üçün təhlükəli nə var? Bundan 2 ay öncə Prezident İlham Əliyev Moskvada səfərdə olub. Putinlə müttəfiqlik sazişi imzalayıb. Hazırda da Rusiya ilə Azərbaycan arasında Qarabağdan tutmuş, digər məsələlərə qədər heç bir sahədə fikir ayrılığı, ziddiyyət yoxdur. Münasibətlər normaldır. O zaman rəngləri tündləşdirmək, Putinin Azərbaycan əleyhinə fəaliyyətə başladığı PR-ı aparmaq nəyə və kimə, kimlərə lazımdır? Biz niyə Rusiyanı özümüzə düşmən etməyə, bizə qarşı açıq şəkildə düşmənçilik etməkdə bu qədər maraqlıyıq? Nədən “arının yuvasına çöp uzatmağı” sevirik?

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirdi ki, Paşinyanın Putinlə görüşü və imzalanan sənədlər ermənilərin səfərə bağlanan ümidlərini doğrultmadı. Danışıqların mətbuata açıq hissəsində Rusiya prezidentinin “Dağlıq Qarabağ”ın deyil, Azərbaycanın tələb etdiyi kimi “Qarabağ”ın təhlükəsizliyindən danışması, imzalanan 30 bəndlik yekun sənəddə bu məsələyə yer verilməməsi, imzalanma mərasiminin qapalı keçirilməsi və iki liderin mətbuat qarşısına çıxmaması Ermənistan cəmiyyətində ciddi narahatlıqla qarşılanıb: “Bu görüşü iki ay əvvəl Prezident İlham Əliyevlə keçirilən danışıqlarla müqayisə edənlər Kremlin Azərbaycanla Ermənistana nə qədər fərqli yanaşdığını və bu müqayisənin açıq-aşkar ermənilərin xeyrinə olmadığını etiraf etmək məcburiyyətində qalırlar.

Elə isə Azərbaycanda bəzi dairələr nədən əksini iddia etməyə və həqiqətlə heç bir əlaqəsi olmayan iddialar irəli sürməyə cəhd göstərirlər. Məncə, bunun iki mühüm səbəbi var. Birincisi, Qərbin müəyyən dairələrinə kor-koranə, yaxud, bilərəkdən xidmət göstərmək istəyidir. Bu qrupa daxil olanların bir hissəsinin ciddi maddi və hakimiyyət maraqları var və bu səbəbdən hər cür yalanlar səsləndirməkdən çəkinmirlər.

İkinci səbəb savadsızlıqdır. Rusiyanın əleyhinə ən kəskin ittihamlar səsləndirmək üçün heç bir ciddi mütaliəyə ehtiyac yoxdur. Respublikada hamıya məlum həqiqətlər var və bu həqiqətlərdən çıxış edib Rusiyanı nə qədər istəsən ittiham edə bilərsən. Ancaq Rusiyanın İkinci Qarabağ müharibəsi zamanı və sonrakı dövrdə tutduğu mövqe barədə obyektiv söz demək üçün prosesləri dərindən araşdırmalı və qaragüruhun hücumlarına hazır olmalısan. Ciddi mütaliə və cəsarət olmadan Rusiya ilə bağlı həqiqətləri dilə gətirmək mümkünsüzdür. Həqiqət isə ondan ibarətdir ki, müstəqilliyimiz üçün ən böyük təhlükə olan Rusiya Qarabağ məsələsində bizə daha yaxın mövqe tutur və bunu açıq şəkildə bəyan etməkdən çəkinmir. Bu iddianı sübut etmək üçün həm prezident Putinin, həm Lavrovun son iki ildə səsləndirdikləri və qaragüruhun xəbərsiz olduğu fikirləri xatırlamaq kifayətdir".

A.Səmədov qeyd etdi ki, Qərbi cani-dildən müdafiə edənlər Azərbaycan Prezidentindən fərqli olaraq Paşinyanın Rusiyanın vasitəçiliyinə qarşı çıxması və Minsk Qrupunu “xidmətə çağırması” barədə bir az düşünsələr pis olmaz: “Onların dövlət başçımızın ötən ilin iyulunda söylədiyi-”Qarabağ münaqişəsinə münasibətdə Azərbaycanla Rusiya arasında fikir ayrılığı yoxdur!" - sözlərini xatırlamaları da, məncə, düzgün nəticə çıxarmağa imkan verərdi. Bununla yanaşı, Türkiyə prezidenti Ərdoğanın İkinci Qarabağ müharibəsində Rusiya prezidentinin oynadığı müsbət rol barədə 22 sentyabr 2021-ci il tarixdə söylədiklərini də oxusalar əmin olardılar ki, dünən Moskvada keçirilən görüş, verilən bəyanatlar və imzalanan sənədlər Azərbaycan üçün heç bir təhlükə törətmir.

Qarabağ üçün ən böyük təhlükə son günlər İrəvanı yenidən “su yoluna” döndərən və “Deyton sazişi” və buna bənzər variantlar təklif edən Qərb dövlətləridir. Bu dövlətlər regionda formalaşan Rusiya-Türkiyə ittifaqından və bu birliyin Qarabağ məsələsini gündəlikdən birdəfəlik çıxaracağından narahatdırlar. Ermənistan da bu ittifaqı qətiyyən istəmir və ermənilərin ən böyük istəyi regionda hələ söz sahibi olan Rusiya ilə Azərbaycanın münasibətlərinin pozulmasıdır. Çox təəssüf ki, bəzi həmvətənlərimiz qəsdən, yaxud bilməyərəkdən “erməni dəyirmanına” su daşımaqla məşğuldurlar. İndiki şəraitdə bizim üçün ən böyük təhlükə budur".

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Putin Kremldə Paşinyanla görüşün mətbuata açıq hissəsində “Qarabağda hələ çox problem var” deməklə bölgədəki vəziyyətdən detallarına qədər xəbərdar olduğunu nümayiş etdirib: “Bəli, Qarabağda problemlər var və bu problemi yaradanlar Rusiya hərbçiləri ilə erməni separatçılarının birgə fəaliyyətidir. Putinin bu açıqlamasından aydın oldu ki, Rusiya postlarının və Qarabağda Rusiya bayraqlarının sayının artırılması təlimatını elə Kreml sahibi verib. Putin daha sonra dedi ki, Paşinyanla Qarabağın təhlükəsizliyi məsələsini müzakirə edəcək. Kreml sahibi bu cümləsi ilə Qarabağın Ermənistana dəxli olmadığı reallığını qəbul etmək istəmir. Rusiya prezidenti Azərbaycana aid Qarabağ mövzusunu Ermənistanın baş naziri ilə müzakirə edirsə, burada xoş niyyət yoxdur.

Danışıqlar yekunlaşdıqdan sonra Kremlin mətbuat xidmətindən yayımlanan xəbərdə deyildi ki, tərəflər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığa gəliblər. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri çərçivəsində konstruktiv işin davam etdirilməsinin və üç liderin noyabrın 10-da imzaladığı razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olduqları bildirilib.

Kremldən yayımlanan bu xəbər Moskvanın atdığı addımlarla üst-üstə düşmür. Kreml İkinci Qarabağ müharibəsindən sonra eyni məzmunlu xəbərlər yayımlayır, ancaq ortada ciddi nəticə yoxdur. Kremlin vasitəçiliyi ilə nə sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqlar intensivləşib, nə də 3 ölkənin baş nazirlərinin müavinləri kommunikasiyalar xətlərinin açılması istiqamətində irəliləyiş əldə ediblər. Paşinyanın və daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın qısa müddət ərzində Moskvaya çağırılmasının tək səbəbi var: Kreml Avropa İttifaqının vasitəçiliyini əngəlləmək istəyir".

Politoloq bildirdi ki, Brüssel Kremlin bu planlarından xəbərdardır: “Brüssel bilir ki, Moskva İrəvana təzyiq etməklə gedişatı poza bilər. Ona görə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Paşinyana Moskvaya yollanmadan əvvəl zəng edib və izah edib ki, o, Kremlin Brüsselin planlarını pozmasına imkan verməsin. Sonra isə Mişel Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaarı Bakıya göndərdi. Paşinyan Moskvada ikən prezident İlham Əliyev Toivo Klaarla görüşdü və ona bildirdi ki, rəsmi Bakı Brüsselin faydalı vasitəçiliyinə önəm verir. Əslində Paşinyan da Brüsselin vasitəçiliyindən faydalanmaq istəyir, sadəcə, ona Kreml və Rusiyanın Ermənistandakı vassalları mane olur”.

Deputat Hikmət Babaoğlu isə bildirdi ki, Paşinyan-Putin görüşündə Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlər kontekstində bir neçə razılaşma əldə edildi. Bunların içərisindən önə çıxan məsələlər iki ölkənin xarici siyasət məsələlərində məsləhətləşmələr aparmasının zəruriliyi, hərbi-texniki sahədə əməkdaşlığın gücləndirilməsi, ədliyyə sahəsində hüquqi yardımla bağlı əməkdaşlığın artırılması, sosial sahədə əməkdaşlıq və s. oldu. Eyni zamanda Rusiya tərəfi bir daha dəmir yolu kommunikasiyası sahəsində hər cür əməkdaşlığa hazır olduğunu ifadə etdi. Ən əsas razılaşmalardan biri isə tərəflərin ərazisindən bir-birinin maraqlarına qarşı üçüncü ölkələrin istifadə etməsinə izn verməməklə bağlı öhdəlik götürməsi oldu: “İkitərəfli münasibətlər baxımından bu razılaşmaların sadə izahı ondan ibarətdir ki, bundan sonra xarici siyasət məsələlərində Ermənistan Rusiya ilə məsləhətləşmələr aparmadan müstəqil qərarlar qəbul etməkdən ya çəkinməli, ya da mütləq Rusiyanın da maraqlarını nəzərə alaraq qərarlar qəbul etməlidir.

Regional tərəfdaşlıq məsələlərində isə Rusiya yenə Ermənistan-Azərbaycan sərhədlərinin sürətlə delimitasiya və demarkasiya edilməsini, 3+3 formatında əməkdaşlığın gücləndirilməsini və kommunikasiyaların açılmasının zəruriliyini önə çəkib. Belə bir zərurət onunla izah edilməlidir ki, hazırkı mürəkkəb şəraitdə Rusiya özünün cənub sərhədlərindən arxayın olmaq istəyir. Eyni zamanda Şimaldan və Qərbdən faktiki təcrid vəziyyətinə düşən Rusiya istər ticari istərsə də kommunikasiya əlaqələrini cənub dəhlizi ilə kompensasiya etməyə çalışır . Yəni Rusiya özünün enerji və iqtisadi vektorunu Cənuba və Şərqə doğru kardinal şəkildə dəyişir. Elə bu dəyişiklik də Rusiya-Türkiyə münasibətlərinin yeni keyfiyyət mərhələsinə qalxmasını zəruri edir. Ona görə də Putin Türkiyə-Ermənistan dialoqunun baş tutmasını alqışladığını bildirir. Bütün bunlar isə Rusiyanın Cənubi Qafqaz siyasəti kontekstində olduqca aktualdır. Rusiya bu regionda Azərbaycan-Türkiyə tandeminin yaratdığı yeni geostrateji konfiqurasiyanın uzunmüddətli perspektivdə həlledici olacağını bildiyi üçün bu reallığın əsas aktorlarından biri kimi də özünü görür. Qərbin isə bu reallıqda iştirakçılığını Rusiyanın təhlükəsizliyinə təhdid hesab edir. Elə Paşinyanın Moskva səfəri öncəsi İrəvanda baş tutan mitinqlər də, Moskvada yuxarıda bəhs etdiyimiz razılaşmaların əldə edilməsi də Paşinyanın Qərblə Rusiya arasında manipulyasiya etmək imkanlarını məhdudlaşdırmağa, Ermənistanın Rusiyanın siyasi orbitində qalmasına hesablanıb".
“Yeni Müsavat”

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO