[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Universitetin saytına baxanda məlum olur ki, 15 il bundan qabaq rəhmətə gedən universitet əməkdaşları hal-hazırda "elmi iş aparır", hətta "uğurlu elmi nəticələr əldə ediblər"(?)

Redaksiyamıza Gəncə Dövlət Universitetinin bir qrup müəllimi adınadan müraciət daxil olub. Müraciətdə rektorun qanunazidd əməllərindən və bir sıra digər özbaşınalıqlardan bəhs olunur. Biz Yenixeber.org olaraq yazıda yer alan iddialarla bağlı adları hallanan tərəfləri də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu...

Aktuallığınbı nəzərə alıb müəyyən düzəliş və ixtisarla müraciəti dərc edirik:

Gəncə Dövlət Universitetindən nə qədər şikayət olunsa da, əlaqədar qurumlar heç bir tədbir görmədiyinə görə rektor Yusif Yusibovun özbaşınalığı pik həddə çatıb. Rektorun bu özbaşınalığının arxasında Mikayıl Cabbarov, Ceyhun Bayramov və Samir Şərifov üçlüyü dayanır. Ona görə ki, rektorun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyinin aparat rəhbəridir. Rektor o qədər "uzaqgörəndir" ki, beş il tamam olmamış qardaşının hesabına Maliyyə Nazirliyinin Yoxlama Komissiyasını gətirib öz korrupsiya əməllərini qanuniləşdirir.

Artıq rektor ölkə Prezidenti İlham Əliyevin siyasətinin əleyhinə getməyə başlayıb. Ölkə Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında işçilərin iş saatı və iş günləri haqqında danışmışdır. Lakin rektor işçiləri şənbə və bazar günləri də işə gəlməyə məcbur edir, həmin günlər işə gəlməyən əməkdaşları yoxlatdırıb, maaşlarını kəsdirir. Universitetin əməkdaşlarının maaşı ən aşağı səviyyədədir. Gəncə Dövlət Unversitetinin tələbələrinin sayı Gəncədəki digər universitetlərin tələbələrindən çoxdur. Buna baxmayaraq, Gəncədəki digər universitetlərdə olan əmək haqqı GDU-dan qat-qat çoxdur. Alt qruplarda yığılan milyonlarla pulun hara getdiyi naməlumdur. Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir, universitetdə adi dəftərxana ləvazimatları, kağız, marker belə verilmir, bu məqsədlə ayrılan pullar mənimsənilir. Dərslərdə markeri tələbələr pul yığıb özləri alırlar.

Universitetin keçirdiyi tenderlər qanuni şəkildə yoxlansa bu universitetin respublikada ən böyük korrupsiya yuvası olduğu aşkar olunar.

Müəllimlərin maaşları artırılmır, universitetdə heç kim öz işi ilə məşğul deyil. Hərə əlinə bir siyahı alıb, yoxlama aparır, bir dərsdə beş-altı dəfə müxtəlif adamlar girib yoxlama aparır, tədris prosesi tam iflic vəziyyətindədir.

Təsəvvür edin ki, professorun dərsinin keyfiyyətini, onun sənədlərini 7000-10000 manat civarında rüşvət müqabilində işə təzə götürülmüş uşaqlar yoxlayır.

75 yaşlı, işə çəkələklə gələn prorektor Gülsüm Fətəliyeva dərsin ortasında dərsə girir, əlindəki siyahı üzrə höcələyə-höcələyə adları oxuyub, tələbələri adbaad yoxlayır. Dərsin də bütün vaxtı gedir. Görəsən qrup nümayəndəsi, tyutor, dekan müavini nə üçündür?

Rektor qorxur ki, birdən prorektor Şahin Xurşudov və dekanlar ondan xəlvət tələbələri aylığa buraxar, pul məsələsində rektoru aldadarlar. Ona görə qoca prorektoru göndərib təkrar-təkrar yoxlatdırır ki, onu haqq-hesabda aldatmasınlar. Rektorun qəbul saatı yoxdur, heç bir əməkdaş rektoru görə bilmir, çünki əməkdaşları qəbul etmir. Kabinetdən çölə çıxmır.

Universitetdə işləyən erməni əsilli vətəndaşlara yüksək maaş və xüsusi qayğı göstərilir. Bu erməni qardaşlardan biri Vasif Həsənov hələ də universitetdə at oynadır, prorektorları belə saymır. Digər qardaşı isə Bərdə rayonunda qeyri-hökumət təşkilatlarının birində yüksək vəzifədə işləyir,amma buna baxmayaraq adı Gəncə Dövlət Universitetində də gedir, buradan da maaşını alır. Amma bu heç vaxt işə gəlməsə də tam maaşını verən Yusif Yusibov laborantların 270-300 manatına göz dikir, onların beş-altı dəqiqə işə geçikmək dəqiqələrini sayır. Universitetdə özü Rusiyada olub, burada texniki işçi və ya müəllim işləyən şəxslər onlarladır. Görəsən rektor Yusif Yusibovda bu erməni sevgisi hardandır???

Universitet daha bir ilkə də imza atıb. Universitetin saytına baxanda məlum olur ki, 15 il bundan qabaq rəhmətə gedən universitet əməkdaşları hal-hazırda elmi iş aparır, hətta uğurlu elmi nəticələr əldə ediblər(?) Fəxrəddin Süleymanov, Cəlal Zeynalov, Nurəddin Əliyev, Mayıl Mustafayev, Maya Rəhimova 10-15 il bundan qabaq rəhmətə gediblər. Amma onlar Yusif Yusibovun qabaqçıl iş təcrübəsi nəticəsində dirilib, gəlib universitetin elmi-tədqiqat işlərinə sanballı töhfələr verirlər(?) http://rif.gdu.edu.az/?page_id=358 Linkə baxın, hər şey oradan açıq-aydın görünür. İqtisadiyyat fakültəsinin saytı bərbad gündədir, rəhmətə gedən adamlar burada da "elmi iş aparır", Menecment və turizm kafedrasında isə kafedra, onun əməkdaşları haqqında məlumat belə yoxdur. http://iif.gdu.edu.az/?page_id=4951 Filologiya fakültəsinin bəzi kafedralarında da vəziyyət belədir, müəllimlər haqqında heç bir məlumat yoxdur. http://filologiya.gdu.edu.az/?page_id=226 Bu sayta ümumi nəzarəti erməni qardaşlar və Təhsildə Keyfiyyətin Təminatı şöbəsinin müdiri, sabiq icra başçısı Elmar Vəliyevin yaxın qohumu İsmayıl İsmayılov həyata keçirir. Bunların özlərini gördüyü işin səviyyəsi budur, amma bunlar da gəlib kollektiv üzvlərində nöqsan axtarır, dərsə davamiyyəti yoxlayır, imtahanları bunlar götürür. Dərsi deyən müəllim qalır kənarda, bütün imtahanları "hərşeyşünas" İsmayıl İsmayılov götürür.

O qədər çatışmamazlıq var ki, bilmirsən hansından yazasan......Tədbir görən də yoxdur.... Artıq siqnal yox, vaqon siqnalı çalırıq ki, bəlkə eşidib tədbir görələr.... Əmiralı müəllimin şirkəti isə Leonid İliç Brejnev demişkən "şiroko şaqaet" yəni, iri addımlarla irəliləyir.....(Yenixeber.org)

Qarşı tərəflərin cavab haqqını tanıyırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Bu gün bir çox məktəblərin 10-11-ci siniflərində normal tədris prosesi pozulub, sistematik dərslər keçirilmir. Bu siniflərin əksər şagirdləri repetitor yanına gedirlər. Az sayda şagird tapmaq olar ki, onlar repetitor yanına və ya kurslara getmirlər. Bunun da əsas səbəbi ailələrinin maddi durumunun çətin olmasıdır. Maraqlı tərəfi budur ki, dərs keçilməyən məktəblərdə də şagirdlərin dərsə gündəlik gəlməsi tələb olunur. Əks halda “qayıb” yazırlar, sonra da qayıbın “silinməsi ” asan başa gəlmir.
Dərs keçilməyən məktəbə uşaq niyə getməlidir?
Dərs proqramı bitibsə, nazirlik bu məsələ ilə bağlı niyə bir addım atmır?
Niyə uşaqların ömrünün 2 ili boş yerə məktəbə ayaq döyməklə keçməlidir?
Məlumdur ki, ali təhsil müəssisələrinə qəbul ancaq 11-ci sinifi bitirib, attestat aldıqdan sonra mümkündür. Ya da gərək övladını 9-cu sinifi bitirdikdən sonra hansısa peşə liseyinə yazdırıb, (bəlkə peşə öyrədərlər ümidi ilə) iki il sonra ali məktəbə daxil olmasını gözləyəsən.

Təhsil məsələləri üzrə ekspert İlham Əhmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 10-11-ci siniflərdə əksər şagirdlər məktəbə gəlmir, təlim repetitor yanında davam edir. Bu, təhsil sistemi üçün ciddi problemdir. Bu proses hamının gözü qarşısında olur, hamının övladı bu vəziyyətlə qarşılaşır və bu mərhələdən keçir. Elm və təhsil nazirliyi 30 ildir ki, bu məsələyə göz yumur. Bu məsələlərə biganələyi ilə repetitorluğu dəstəkləyir.

Ekspert hesab edir ki, Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi arasında sanki hansısa bir razılaşma var. Dövlət İmtahan Mərkəzi bir çox hallarda qəbul imtahanlarına məktəb proqramında olmayan suallar daxil edir, uşaqlar dərslikdə onun cavabını tapa bilmirlər və repititor yanına getməyə məcbur olurlar. Bunun sayəsində 30 il ərzində repetitorluq daim inkişaf edib. Repetitorluğun inkişafı çoxlarının, o cümlədən məmurların maraqlarına uyğundur. Ona görə də onun qarşısı alınmır. Hətta nazir deyir ki, repetitorluğun ləğvi gündəlikdə yoxdur, başqa ölkələrdə də repetitorluq var. Amma niyə demir ki, heç bir ölkədə bizdəki kimi kütləvi deyil.

Görəsən, Elm və Təhsil Nazirliyi niyə Dövlət İmtahan Mərkəzinin imtahan suallarının bəzilərinin proqramdan kənar olması ilə əlaqəli şagirdlərin hüquqlarını qorumur? Nazirlik niyə Dövlət İmtahan Mərkəzini məhkəməyə verib, sualların proqrama uyğun olmadığını sübut etmir? Bu məsələni birdəfəlik həll etmir? Amma bu il belə problemli vəziyyət müşahidə edilmədi. Nə əcəb?

Görünür universitetlərə qəbul planlarının artması nəticəsində keçid balının ilbəil enməsi və bunun ictimai qınağa səbəb olması Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi arasında əvvəlki “razılaşma”nın müvəqqəti saxlanılmasına səbəb olub, bu səbəbdən bu il xeyli şagird 300 bal toplaya bilib.

Repetitorluğun geniş yayılması məktəbdə təlim-tədris prosesinin fasiləsizliyini pozur, təhsilin keyfiyyətinə ziyan vurur və ailələrin böyük maddi itkisinə səbəb olur. Orta statistik ailə hər övladina görə repetitorlara ayda ortalama 500 manat pul verməli olur. Bu da 2-3 ildə 10-15 min manat deməkdir. Nə qədər ki, ölkədə kütləvi repititorluq var, keyfiyyətli təhsildən danışmaq mümkün olmayacaq, çünki keyfiyyətli təhsil tədris prosesi normal qurulmuş məktəblərdə mümkündür. -deyə İlham Əhmədov əlavə edib.

İlham Əhmədov qeyd edib ki, təhsil sistemindəki kütləvi repititorluq qanunsuzluqlara yol açır və kölgə təhsilinə rəvac verir. Məktəbdə dərs keçirilmir, dərs keçməyən müəllimə maaş necə verilir? Məktəb otaqları niyə repetitorlara icarəyə verilir? Digər tərəfdən repetitor yanına getməyən imkansız şagird niyə dərs keçilməyən məktəbə hər gün gəlməlidir? Sinifdə 3-4 şagird olur, onlar da 1 saat məktəbdə olub, dərs keçilmədiyi səbəbi ilə evə qayıdırlar. Şagird məktəbə gəlməsə ona niyə qayıb yazırlar? Nazirlik bu məsələlərlə məşğul olmalıdır.

Repetitorluqda hər il iri həcmdə pullar dövr edir. Bu da çoxlarının - bir çox məmurların, məktəb direktorlarının, müəllimlərin və s. marağındadır. Repititorluq artıq biznesə çevrilib. Müəllimlər bir çox hallarda məktəbdə rəsmi dərsini demirlər, enerjilərini repetitor dərslərinə saxlayırlar. Repetitorluğun kütləviliyi təhsildəki bir çox problemlərin əsas səbəbidir. Nazirlik bu ciddi problemləri həll etmək yerinə təhsilin keyfiyyətinə az aidiyyatı olan məsələlərlə məşğuldur.

İlham Əhmədov bildirib ki, dünya təhsil sistemində yaxşı təcrübələr var və məktəb təhsilini indiki böhrandan çıxarmaq üçün bu təcrübələrdən peşəkarlıqla faydalanmaq lazımdır: "Təhsildə ciddi dönüş yaradılmalıdır. Məktəb təhsili düzəlməsə, ali təhsilimiz də zəif olacaq. Amma biz vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün hər hansı ciddi qərarlar və addımlar görmürük. Çox vaxt bəyanatlarla əməllər arasında ciddi fərqlər müşahidə edilir. Bunu da hamı görür, başa düşür. Belə də təhsil islahatı olar?"

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

"Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov bu gün rəsmən MR-da keçmiş dönəmin əsas "qoruyucu mələyi" kimi çıxış edir, özünü Vasif Talıbov dövrünün məmurları kimi aparır. Əslində, geniş planda vəziyyət elə həqiqətən də Ceyhun Cəlilovun yaratdığı təəssürat kimidir. Yəni Vasif Talıbov getsə də, yaxşılığa doğru dəyişən nəsə yoxdur. Əskinə, vəziyyət günü gündən pisləşir".

Dia-az.info bildirir ki, bu barədə redaksiyamıza yazan Naxçıvanın bir qrup Qarabağ Qazisi öz ümarciətində başlıca problemlə bağlı da izahat5 verərək, ölkə rəhbərliyindən kömək istəyirlər.

Müraciətin davamında deyilir: "Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov şəhid ailələrini, müharibə qazilərin aldadır iki ildir... İşi-gücü yola verməkdir... ev-maşın vermir, bu bir yana, hətta üstəlik təqaüdlər də iki aydan bir verilir. Qazilərin və digər əlillərin protezləri iki ildir ki dəyişilmir.

Əlillərə ayrılan maddi yardım verlimir. Biz dia-az.info vasitəsilə ölkə rəhbərliyindən xahiş edirik ki, Ceyhun Cəlilovla bağlı ölçü götürülsün və problemlərimizə diqqətlə yanaşılsın".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA


Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul olunması inhisarçı biznesdə təşviş yaradıb. Uzun illərdən bəri müxtəlif sahələrdə rəqabətin qarşısını “əjədəha” kimi kəsən iş adamları bizneslərini qorumaq üçün üzlərini parlamentə tutmaq qərarına gəliblər.

AFN.az-a bu istiqamətdə maraqlı məlumat daxil olub. Bildirilir ki, uzun illərdir ölkənin ərzaq bazarında böyük monopolistlərdən biri kimi tanınan “Veysəloğlu” Şirkətlər Qrupunun rəhbəri, iş adamı Aydın Talıbov da deputat olmaq qərarına gəlib. Belə ki, onun növbəti parlament seçkilərində namizədliyini verəcəyi deyilir. Xəbərin detalları bizə məlum deyil, A.Talıbovun hansı dairədən deputat olmaq istəməsi haqda da dəqiq məlumata malik deyilik. Lakin onun bu qərara gəlməsi kifayət qədər maraqlı haldır desək, yanılmarıq. A.Talıbovun rəhbərlik etdiyi “Veysəloğlu” Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyət göstərir. Onun özü isə biznes fəaliyyətinə 1992-ci ildə başlayıb.
Şirkətlər Qrupunun saytında bildirilir ki, A.Talıbov 1994-cü ilin 5 noyabr tarixində Türkiyədən Azərbaycana biskvit-peçenye kateqoriyasında ilk iri həcmli idxalını həyata keçirərək “Veysəloğlu Distribusiya” şirkətinin əsasını qoyub.
O, 2001-ci ildə ortaqları ilə birgə "Ulduz" Şokolad Fabrikini yaradıb. 2010-cu ildə ortaqları ilə birlikdə əsas səhmdar kimi Gürcüstanda "VG" adı ilə yeni distribusiya şirkətini, 2011-ci ildə "Araz" supermarketlər şəbəkəsini yaradıb.
2016-cı ildən etibarən sahibkarı olduğu biznesləri daha da inkişaf etdirərək "Araz" supermarketlər şəbəkəsini genişləndirməklə yanaşı, "OBA" marketlər şəbəkəsini qurub. O, 2017-ci ildə ölkənin ilk supermarketlərindən olan "Favorit" şəbəkə marketlərini satın alıb.
2017-ci ilin iyunun 14-dən “AVT Logistics” şirkətinin fəaliyyətinə start verilib. Bu, Cənubi Qafqazda ən böyük logistika mərkəzinə sahib olan şirkətlərdən biri hesab edilir. Aydın Talıbovun təşəbbüsü ilə 2018-ci ilin may ayından etibarən qida və xidmət sektorunda keyfiyyətli və münasib qiymətə xammal tədarük edən “Vesta-Horeka” distribusiya şirkəti fəaliyyətə başlayıb. 2015-ci ildə isə qida sektorunda topdan tədarük fəaliyyəti göstərən “V-Trade” distribusiya şirkəti qurulub. 2016-cı ilin fevral ayından “Xonça” brendi adı altında şirniyyat məhsullarının istehsalına başlanılıb.
Aydın Talıbov “Entrée Azərbaycan” ilə ölkəmizdə kafe biznesinə də daxil olub. Hazırda françayzinq hüquqi əsasında bu tanınmış brend adı altında ölkədə 5 kafe fəaliyyət göstərir.
Göründüyü kimi, kifayət qədər geniş biznes şəbəkəsinə malik olan A.Talıbovun bu il iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsi ilə bağlı narahatlıqlarının olması normaldır. Bazarda xeyli dərin inhisarçı olan “Veysəloğlu” Şirkətlər Qrupunun yaranacaq rəqabətə davam gətirib-gətirməyəcəyinin sual altına düşdüyünü bu qərardan da görmək olar.
Şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatın doğru olmadığı bildirilib. Belə ki, sorğumuza cavab olaraq A.Talıbovun növbəti parlament seçkilərində namizədliyini irəli sürməklə bağlı niyyətinin və fikrinin olmadığı qeyd edilib. “Azərbaycan iqtisadiyyatına və vətəndaşların işlə təmin olunmasına töhfə verən “Veysəloğlu” Şirkətlər Qrupunda hazırda 23 mindən çox əməkdaş çalışır. Aydın Talıbovun gələcək fəaliyyət planı yalnız “Veysəloğlu” Şirkətlər Qrupu ilə bağlıdır” – deyə cavabda bildirilir.

Bəs Rəqabət Məcəlləsi inhisarçı biznesə hansı problemləri yarada bilər? İqtisadi yazar Dünya Sakit AFN.az-a açıqlamasında bildirdi ki, əslində normal halda Rəqabət Məcəlləsi biznes üçün əlverişli mühit deməkdir: “Bu qanun heç bir halda sahibkarlara problem yaratmaq üçün deyil. Rəqabət Məcəlləsi sahibkarların qarşılaşdığı inhisarçı və rəqabətsiz bazar mühitinin aradan qaldırılması, bazarda sağlam rəqabət yaradıb sahibkarlığın inkişafını təmin etmək üçündür. Azərbaycanda da hazırlanan sənəd kifayət qədər təkmil hesab edilir, çatışmazlıqları, demək olar ki, çox azdır. Real icrasına nail olunarsa, kiçik və orta, hətta bəzi iri, inhisarçı olmayan sahibkarlar üçün geniş fürsətlər, inkişaf potensialı yarada bilər. Əsas məsələ bu məcəllənin icrasıdı, işləkliyidir. Ekspertlər də bildirirlər ki, onun tam icrasının effektivliyinə 2-3 il ərzində nail olmaq olar. Ən təkmil qanun belə icra olunmadığı halda heç bir işə yaramır. İndiyə qədər də Azərbaycanda sağlam rəqabəti təmin edə biləcək qanun aktları vardı. Düzdür, Rəqabət Məcəlləsi səviyyəsində deyildilər, amma o qanunvericilik aktları da icra olunsaydı, inhisarçılığın indiki ifrat həddini biz görməzdik. Rəqabət Məcəlləsi o qanunlardan daha təkmil və vahid sənəd olduğuna görə üstün hesab olunur”.
D.Sakitin sözlərinə görə, Rəqabət Məcəlləsi kimi sənədlərin, çərçivələrin, məhdudiyyətlərin olmaması hər bir ölkədə inhisarçılığın inkişafına, təşəkkül tapmasına imkan yaradır: “Azərbaycanda indi inhisarçılıq ən yüksək səviyyədə inkişaf edib, bazarlar inhisarçı şirkətlərin əlindədir, sağlam rəqabətdən danışmaq mümkün deyil. Daha çox bu və digər məmura söykənən arxalı biznesdən danışa bilərik, azad biznes hələ ki, yoxdur. Dediyim kimi, əgər Rəqabət Mərhələsi qəbul olunduğu formada icra olunarsa, biz indiki qeyri-sağlam mühitin aradan qalxmasını görə bilərik”. (AFN)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

Bu ilin yanvar-mart aylarında Azərbaycandan xarici ölkələrə gedən vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 31,7 % artaraq 472,3 min nəfər olub.

"Cebhe.info" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, vətəndaşlarının 38,3 %-i Türkiyəyə, 20,8 %-i Rusiyaya, 9,4 %-i Gürcüstana, 8,6 %-i İrana, 22,9 %-i digər ölkələrə səfər edib. Son 1 ildə İrana gedən vətəndaşların sayı 40,6 %, Gürcüstana gedənlərin sayı 29 %, Türkiyəyə gedənlərin sayı 28,1 %, Rusiyaya gedənlərin sayı 20,1 % artıb. Gedənlərin 67,2 %-ni kişilər, 32,8 %-ni qadınlar təşkil edib. Vətəndaşların 67,4 %-i hava, 30,3 %-i dəmir yolu və avtomobil, 2,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Daxili turizmlə bağlı isə vəziyyət ürəkaçan deyil.

İqtisadçı-alim Vüqar Qocayev “Cebhe.info”-ya bildirib ki, Azərbaycanda turizm və xidmət sektoru iflas edəcək vəziyyətdədir:

“Son illər ölkəmizdə turizm sektorunda kifayət qədər çox nöqsanlar var. Belə ki, bölgələrdə istirahətə gedən vətəndaşlar fantastik qiymətlərlə rastlaşırlar. Qiymətlər kifayət qədər baha olduğundan vətəndaşların xarıcə üz tutması normaldır. Üstəlik bölgələrdə xidmət göstərən personalların qeyri- peşakar rəftarları, bir zamanlar ərəblər üçün təyin edilmiş qiymətlərin sadə Azərbaycan vətəndaşı üçün də keçərli olması xaricdə istirahət etməyə marağı daha da artırır”.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, ölkəyə gələn turistlərin 90 % -i Bakıya istirahətə gəlir:

“Bu il gələn turistlərin əksəriyyəti Bakıya gəlib. Bakı daxili turizm üçün o qədər də yararlı deyil. Daxili turizmin inkişaf etməsi üçün Bakıdan rayonlara gedənlərin sayında artım olmalıdır ki, turizmə müsbət töhfə verə bilsin”.

Ekspertin fikrincə, Qəbələdə və digər istirahət zonalarında turizm axını ləngiyə bilər:

“Buna səbəb kimi otellərdə qiymətlərin yüksək olmasını da göstərə bilərik. Çünki ölkəmizdə, əsasən də regionlarda beşulduzlu otellərdə həddindən artıq bahalıqdır. Çünki tələb var, təklif azdır. Yəni otel sayı ölkəmizdə kifayət qədər azdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar


Ermənistanın paytaxtı İrəvanda qondarma erməni “soyqırımı” münasibətilə təşkil olunan yürüşdə növbəti dəfə təxribata əl atılıb.

Yürüş iştirakçıları Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar.

Tədbirdə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan və müxalifət nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, analoji tədbirlər 2000-ci ildən bəri hər il Ermənistanda keçirilir. Bundan öncəki ildə də iştirakçılar Azərbaycan və Türkiyə bayraqlarını yandırmışdı.(Qafqazinfo)
İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar
İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar
İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar




[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.

Həlledici matçda "Azərreyl” "Abşeron”la üz-üzə gəlib. Bakı İdman Sarayındakı qarşılaşma "Azərreyl”in 3:1 (25:13, 15:25, 25:21, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da "Azərreyl” 2023/2024-cü illər mövsümünün qızıl medallarına sahib çıxıb.

Qeyd edək ki, ötən gün "Azərreyl”in kişilərdən ibarət komandası finalda "Murov Az Terminal”ı (3:2) məğlub edərək ölkə çempionu olmağı bacarıb.

Əlavə edək ki, qadınların Yüksək Liqasında bürünc medalları "Gəncə”yə 3:0 hesabı ilə qalib gələn "Murov Az Terminal” əldə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Xəbər verdiyimiz kimi, “Qobu Park-3” yaşayış massivində məcburi köçkünlər üçün tikilən bina əyilib.

Qeyd edək ki, kompleksə daxil olan 26-cı binada bərkitmə işləri aparılması ilə bağlı görüntülər də yayımlanıb. Görüntülərdən məlum olur ki, ərazidə iş aparılarkən heç bir təhlükəsizlik qaydalarına riayət olunmur. Lakin məsələ ictimailəşdikdən sonra binanın həyətində, azyaşlıların mütəmadi oynadığı ərazidə qazılan quyunun ətrafına təhlükəsizlik lenti çəkilib.

Eyni zamanda, hadisə yerindən “İctimai” TV-nin hazırladığı reportajda binada əyilmənin aidiyyatı qurumların nümayəndələri tərəfindən adi hal kimi təqdim edilməsi də diqqət çəkir. Belə ki, Lökbatan Mənzil İstismar Sahəsinin rəis müavini Xaqani Həsənov bildirib ki, yaşayış massivində 26-cı binada iki blok arasında “bir balaca” fərq yarandığı üçün bərkitmə işləri aparılır: “Bunun qarşısını almaq məqsədilə, gələcəkdə problemlər yaranmasın deyə maili müstəvi şəklində bərkitmə işləri aparılır”.

Onu da xatırladaq ki, bundan əvvəl eyni problem “Qobu Park-1” və “Qobu Park-2” yaşayış massivində də yaşanıb. “Qobu Park-3”-ün tikintisində isə problem daha əvvəldən mövcud idi. Diqqətli oxucular xatırlayar ki, həmin yaşayış kompleksində binaların üstü tam tollanmamış açılışı edilmişdi və ölkə başçısı da həmin açılışa dəvət edilmişdi\Sonxeber.az

Yenicag.az-a açıqlamasında yeni tikilən yaşayış binalarının təhlükəsizlik baxımından nə qədər dözümlü olduğu ilə bağlı fikirlərini səsləndirən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc deyib ki, hesablamalar dəqiq aparılmalı, materiallar keyfiyyətli olmalıdır ki, sürüşmə-əyilmə, vaxtından öncə aşınma kimi təhlükəli vəziyyət yaranmasın.

Onun sözlərinə görə, əgər lazımi qurumlar və strukturlar öz vəzifəsini qanunauyğun şəkildə icra edərsə, mənfi hallarla qarşılaşma ehtimalı ən aza endirilə bilər.

“Ölkəmizin seysmik zonada yerləşdiyini nəzərə alsaq, yaşayış binalarında yaşana biləcək hər hansı təhlükə yüzlərlə, bəlkə də minlərlə insanın həyatı bahasına başa gələ bilər. Yaxın müddət ərzində seysmikliyin artacağına dair proqnozlar mövcuddur. Belə olduğu təqdirdə, çoxmərtəbəli binaların dözümlülüyünə diqqət daha çox artırılmalıdır. Həmçinin indiyə qədər müəyyən səhvlər varsa, mütləq aradan qaldırılmalıdır”, – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, sözügedən məsələlərin araşdırılması və qarşısının alınması üçün bir neçə dəfə komissiyanın yaradılması barədə təkliflər irəli sürülüb:

“Aidiyyatı qurumlarla yanaşı ictimaiyyət nümayəndələrindən təşkil olunacağı bu komissiya mənfi tendensiyaların qarşısını ala bilər. Tikinti üzrə qurumlar heç bir halda qayda pozuntusuna göz yummamalıdır. Yerindəcə həmin tikintiyə rəhbərlik edən şəxs cəzalandırılmalıdır”.

O, barəsində danışılan problemlərin bir çox zaman tikinti materiallarının keyfiyyətsizliyi, eyni zamanda, mühəndis-layihə işlərinin lazımi tələbləri qarşılamadığı hallarda baş verdiyini vurğulayıb:

“Hesablamalar dəqiq aparılmalı, materiallar keyfiyyətli olmalıdır ki, sürüşmə-əyilmə, vaxtından öncə aşınma kimi təhlükəli vəziyyət yaranmasın. Ən azından qardaş Türkiyənin yaşadığı acı praktika bizlər üçün nümunə olmalıdır. Lazımi tədbirlər görülməzsə, çox təəssüf ki, həmin taleyi biz də gözləyirik”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda bu taksi şirkəti bağlanır

Azərbaycanda taksi şirkətlərindən olan “Uklon” fəaliyyətini dayandırıb.

Şirkət tərəfindən bununla bağlı həm sürücülərə, həm də tətbiq istifadəçilərinə bildiriş göndərilib.

Məlumatda 30 apel 2024-cü ildən etibarən Uklon avtomobil çağırış xidmətinin və müvafiq tətbiqinin Azərbaycanda fəaliyyətini dayandıracağı qeyd olunub.

Qeyd edək ki, “Uklon” ötən ilin mayında fəaliyyətə başlamışdı.
Azərbaycanda bu taksi şirkəti bağlanırAzərbaycanda bu taksi şirkəti bağlanır


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən - aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb. Belə ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov rayonların birindən gəlirmiş və bu zaman Səbail rayonunda yerləşən BŞBGİ-nə də baş çəkmək barədə qəfil qərar verib. Amma əsl həngamə bundan sonra başlayıb. Komitə sədri təxminən 5 dəqiqə “şlaqbaum”da gözləməli olub, postda adam olmadığına görə “şlaqbaum”u açan olmayıb. Bundan sonra sədrin sürücüsü maşından düşməyə məcbur olub və daha sonra sədrin həyətə daxil olması mümkün olub.

Bu barədə Azsiyaset.az-a saytına daxil olan məlumatlarda bildirilir.

Qeyd olunur ki, Ş.Bağırovun bir neçə dəqiqə İdarəyə daxil ola bilməməsi ciddi gərginlik yaradıb. Növbəçi hissənin rəisi yerində olmayıb. Hətta gömrük işçilərinin əksəriyyəti sədri tanımayıb:

“İlk olaraq, Şahin Bağırov birinci mərtəbədə maliyyə şöbəsinə daxil olub, maliyyə inspektorlarına suallar ünvanlayıb, amma ona cavab verə bilməyiblər. Daha sonra İdarənin rəisi Elmir Ramazanova Komitə sədrinin orada olduğunu deyiblər. Ş.Bağırov Elmir Ramazanovu danlayıb, İdarədəki özbaşınalıqları sərt tənqid edib, insanların narazı qaldığını, incildiyini bildirib və bundan sonra əsəbi şəkildə çıxıb gedib”.

Sədr gedəndən sonra BŞBGİ-nin rəisi Elmir Ramazov əl-ayağa düşüb və insanlara yaxınlaşaraq problemlərinin olub-olmadığını soruşub.

Redaksiya bildirir ki, bu faktın özü BŞGİ-də özbaşınalıqların, qanunsuzluqların hökm sürdüyünün göstəricisidir.

Əldə olunan məlumata görə, BŞBGİ-nin növbəi hissənin rəisi işdən çıxarılıb və yerinə yeni rəis təyin edilib. Yəni, E.Ramazanovun səriştəsizliyinə və idarədəki özbaşınalıqlara görə yalnız növbəçi hissə rəisi cəzalandırılaraq işdən çıxarılıb.

Azsiyaset.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO