[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

Onun fəaliyyətindən narazılıqların pik həddə olmasından asılı olmayaraq, hər dəfə nazirlərə “yol tapan” Heydər Yaqubovun bu dəfə Məcnun Məmmədovu "ram" edəcəyi də istisna olunmur...

Keçən il aprelin 14-də Kənd Təsərrüfatı Naziri təyin edilən Məcnun Məmmədovun nazir kimi fəaliyyətə başlamasının 1 ili tamam olmasına baxmayaraq, hələ də qurumda ciddi islahatlara başlamayıb.

AzFakt xəbər verir ki, buna baxmayaraq ötən həftə nazirin əmri ilə Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsindən azad olunub. Məlumata görə Məcnun Məmmədov rayonlarda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorlarını dəyişməkdə qərarlıdır. Çünki bu mərkəz direktorlarının içərisində elələri var ki, haqqında çoxsaylı şikayətlər, narazılıqlar olsa da vəzifələrini qoruyub saxlaya biliblər.

Qeyd edək ki, bunlardan biri də Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydər Yaqubovdur. İki naziri Heydər Əsədov və İnam Kərimovu yola salan Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi direktorunun nazir Məcnun Məmmədovla işləyəcəyi isə sual altındadır.

Bildirək ki, Heydər Yaqubov 2015-ci ilə qədər Sabirabad icra başçısının Aqrar məsələlər üzrə müavini vəzifəsində işləyib və daha sonra yaradılan Kənd təsərrüfatı idarəsinin müdiri təyin edilib. 2018-ci ildən isə Sabirabaq Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində işləyir.

AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, işdən çıxarılacaq Dövlət Aqrar İnkişaf Mərkəz direktorları siyasında Heydər Yaqubovun adı ilk sıralardadır. Çünki neçə ildir Sabirabad sakinləri Heydər Yaqubovdan o cümlədən ölkə mətbuatı vasitəsi ilə də müxtəlif instansiyalara şikayətlər etməkdədirlər.

Mənbəmiz qeyd edir ki, bu şikayətlərə və Yaqubovun fəaliyyətindən narazılıqların pik həddə olmasından asılı olmayaraq, hər dəfə yuxarıda adını çəkdiyimiz nazirlərə “yol tapan” Heydər Yaqubovun bu dəfə Məcnun Məmmədovu "ram" edəcəyi də istisna olunmur. Çünki Sabirabad sakinləri iddia edirlər ki, Heydər Yaqubovun himayədarı Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalovdur və Zeynalovun KTN-də mövqelərinin hələ də güclü olduğu bildirilir. Bu üzdən də Heydər Yaqubovun bütün şikayətlərə və narazılıqlara baxmayaraq vəzifəsində qalması mümkündür.(AzFakt )

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

Kürdəmir rayon Suvarma Sistemləri idarəsinin müdiri Tahir Xəlilovun əvvəlki və hazırkı fəaliyyəti dövründə "özünəxidmət" yolları barəsində məlumat vermişdik.

Kürdəmir rayonundan əvvəl Şəmkir rayon Suvarma Sistemləri idarəsində 6 aylıq müdir stajı keçən və elə bu qısa müddətdə də idarənin operatorlarından birinin iş zamanı baş vermiş ölüm hadisəsini "məharətlə" ört-basdır edərək, Kürdəmir rayonuna "transfer" olunan Xəlilovun barəsində redaksiyamıza daha bir neçə məlumatlar və görüntülər daxil olub.

Görüntülərdən belə məlum olur ki, təmiri üçün hər il dövlət büdcəsindən filan qədər pul ayrılan və anındaca "hopstop" edilən təkcə Mollakənd mexaniki suvarma idarəsinin Çərtəyəz kəndində yerləşən və xarabalığı xatırladan emalatxanası deyil, eyni zamanda Kürdəmir rayon Suvarma Sistemləri İdarəsinin 10-larla istismara yararsız, daha doğrusu təmirə ehtiyaclı texnikaları da var. Hansı ki, görüntüləri bizə göndərən mənbə bir ildir bu texnikaların işləmədiyi, lakin onların təmiri və yanacağı üçün mütəmadi olaraq, dövlət büdcəsindən pul ayrıldığını deyir. Onun sözlərinə görə yüz minlərlə qiyməti olan bu dövlət əmlaklarının operatorları texnikaların təmiri üçün idarənin müdiri Tahir Xəlilova dəfələrlə müraciət etsələr də, o, "mənə lazım olanda düzəldib, işləyəcəm" cavabını verib.

Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun milyonçu müavini Rafiq Quliyevin hami durduğu bu "ərköyün" oğlan bəlli ki, rayonun ərazisindəki kollektor və su kanallarının təmizlik işlərini həyata keçirmir.



"Metallom həyəti"ni xatırladan istismar yararsız bu texnikalar Tahir Xəlilov fəaliyyətinin bariz nümunəsidir. Kimsəyə sirr deyil ki, bütün Suvarma Sistemləri idarələrinin bütün texnikalarının təmiri və yanacağı üçün dövlət büdcəsindən mütəmadi olaraq, müəyyən məbləğlər ayrılır. Elə isə maraqlıdır, vaxtaşırı kollektivinin "sevimli simaları" ilə restoranlarda ziyafət təşkil etdiyi deyilən "şahzadə" Xəlilov bu məbləğləri yoxa çıxarmaq üçün hansı "sehr növü"ndən istifadə edir ki, bu vaxta qədər ona "gözün üstə, qaşın var deyən olmayıb?"

Yox, bu sehr gücü də deyil əslində.

Yeri gəlmişkən, mənbənin redaksiyamıza bildirdiyinə görə milyonçu müavin Rafiq Aslanovun himayəsinə sığınan Tahir Xəlilov, eyni zamanda Zaur Mikayılovun keçmiş iş yoldaşı olub, yəni onun da hiper marketdə bir ticarət keçmişi var.

"Market" deyib, keçməyin. Görünür keçmişi Xəlilovun həyatının ən böyük şansı olub ki, bu gün o, əli cibində, dövlətin büdcəsinə "düdük uzadıb", havayı pulları doya-doya sovurur. Elə bu "havadan gələn" sorğu-sualsız pulların verdiyi özgüvəndir ki, bu gün o, işçilərlə də, vətəndaşlarla da, mətbuat nümayəndələri ilə də nə səmimi, nə də hüquqi əsaslarla danışmağı bacarır. Əlləri rüşvətə alışan, beyinləri yalnız pul qarşılığında hərəkət etməyə çalışan Tahir Xəlilov da, onun həmkarı Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Əhliman Kərimov da "hər dərdə kontur pulu ilə dərman tapacaqlarını" zənn edirlər. Söz yox ki, biraz da burada hamilərinin varlığından qaynaqlanan "yekəxanalıq" var.

Əlbəttə, qurumun rəhbəri Zaur Mikayılovun iş yoldaşı olmaq şansı Tahir Xəlilov kimi və Rafiq Aslanov kimi tələbə yoldaşı, olmaq şansı Əhliman Kərimov kimi hər adama qismət olmur...

Amma, atalar misalıdır, "balığın ömrü sudan çıxıncadır"...

Haqqında bəhs etdiyimiz "balıqların suda hələ uzun müddət qalmaları şansı" onların həm də yüksək alver bacarığına söykənir. Belə ki, yerli əhali tərəfindən "Yanacaqdoldurma məntəqəsi" kimi tanınan Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Əhliman Kərimovun da Tahir Xəlilov kimi "geniş ticarət əlaqələri " mövcuddur. Texnikaların, emalatxananın və sair təmiri, avadanlıqların alınması, yanacaq sərfiyyatı və sair adları altından dövlət büdcəsindən "əkişdirdiyi" pullardan əlavə, işə işçilər götürmək, həmçinin idarənin texnikalarını - yeni dövlət əmlaklarını iş adamlarına gündəlik icarəyə verməklə də cibini doldurur. Hələ öz yaxınlarının adların rəhbərlik etdiyi idarədə "işlə təmin edib", cibində gəzdirdiyi "ölü canlar"ın maaş kartlarını demirik. Hansı ki, xatırlayırsınızsa, bütün bunlar barəsində idarənin keçmiş əməkdaşı tərəfindən"DogruXeber.az" bildirilən məlumatları diqqətinizə çatdırmışdıq.

Yerli sakinlərin redaksiyamıza bildirdiyinə görə bütün qanunsuz əməllərinin ifşa olunmasına rəğmən Zərdab rayon Suvarma Sistemləri İdarəsinin nə strukturunda, nə də heçolmasa müdürü Əhliman Kərimovun fəaliyyətində zərrə qədər dəyişiklik yoxdur.

"Köhnə hamam, köhnə tas"...

"Tələbəlik illərinin şansı" bu gün də onu müşaiyət edən "bəxtəvər" müdür dövlətin milyonlar xərclədiyi idarə və əmlakları ilə özünə sərvət toplamaqda davam edir.

Necə deyərlər, itirən dövlət, qazanan Zaur Mikayılov, Rafiq Aslanov, Əhliman Kərimov, Tahir Xəlilov və eləcə də Zaur Mikayılovun digər bir çox rayonlara müdür təyin etdiyi şəxslərdir. O, şəxslər ki, Əhliman Kərimovun, Tahir Xəlilovun "pul qazanmaq metodları"ndan istifadə edərək, yalnız özlərinə xidmət edir və çox böyük "canfəşanlıq"la vətəndaşları dövlətə qarşı qaldırmağa çalışırlar.

Dövlətin büdcəsini və əmlaklarını qəddarcasına dağıdıb, ölkənin vətəndaşlarına vəzifə borcları olan xidməti göstərməmək, şikayətçi olan şəxslərə isə "get kimə deyirsən de " deyərək, kimsədən, hətta qanunlardan qorxan insanlara qanunlardan belə qorxmadıqları aşkar göstərmək o, insanları məqsədli şəkildə dövlətin qanunlarına və dövlətə qarşı qaldırmağa köklənmiş fəaliyyət olduğunu göstərir.

Bu isə o, deməkdir ki, ölkə başçısının ona göstərdiyi etimadı sözügedən qurumun rəhbəri Zaur Mikayılov birinci növbədə məhz ölkə başçısının özünün və dövlətçiliyin əleyhinə istifadə edir. Hakimiyyətin mənbəyi olan xalqı əlindəki səlahiyyətlərdən istifadə edərək, dövlətdən və hakimiyyətdən narazı salmağın başqa adı yoxdur.

Zaur Mikayılov və onun komandası kimi məmurların bu cür dırnaqarası xidmətləri narazı xalqa "bu ölkənin yiyəsi yoxdur, olsa bunlar belə at oynamazdılar" dedizdirirsə, bu hakimiyyətin xalq arasındakı nüfuzuna məmurlar tərəfindən məqsədli şəkildə xələl gətirməkdir. (DogruXeber)

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.



[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

Türkiyə Milli Kəşfiyyat İdarəsi Suriyanın “Barış Pınarı” bölgəsində yeni əməliyyat keçirib.

Bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının 2 məsul şəxsi ələ keçirilib.

Onlar "Abu Bekir El Kureyşi" kod adlı Ziyad El Hacci və "Abu El Bera" kod adlı Musa Muhammed El Habibdirlər.

Qeyd olunub ki, Z.E.Hacci qruplaşmanın Dəməşqdəki fəaliyyəti üzrə maliyyə işləri ilə məşğul olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

Müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli Cavanşir Feyziyevin Gürcüstandakı biznesi ilə bağlı faktları açıqlayıb. Sadəcə bizədə maraqlı gələn odur ki, bu gün Prezidentin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri apardığı bir zamanda ona dəstək olmaqdansa xaricdə belə çox milyonluq tikinti işləri aparmaq nəyin göztəricisidir?

Müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənlinın araşdırmasını təqdim edirik:
Deputat Cavanşir Feyziyevin Tiflisdə tikdirdiyi binalar
1. Tiflis, Niko Keçoveli küçəsi 16 “Horizon Gldani” yaşayış kompleksi (2020-ci ildə tamamlanıb);
2. Tiflis, Abai küçəsi 5 “Horizon Temka” yaşayış kompleksi, (2021-ci ildə tamamlanıb);
3. Tiflis, Graf Şulenberq küçəsi “Horizon Gldani-2” yaşayış kompleksi (2019-cu ildə tamamlanıb).
Binaların tikintisi Feyziyevlər ailəsinə məxsus NEW HORIZON LTD şirkəti tərəfindən aparılıb. Şirkət 2015-ci ildə Tiflisdə qeydiyyatdan keçib. Təsisçiləri Cavanşir Feyziyevin qardaşı oğlu Elman Cavanşir və yaxın qohumu Rüstəm Cavanşirdir.
Gürcüstanda Feyziyevlər ailəsinə məxsus digər şirkət RIMO GROUP LTD 2018-ci ildə Elman Cavanşirin təsisçiliyi ilə qeydiyyata alınıb. Bu ilin fevralında əmlak şirkətinin səhmlərinin 50 faizi Feyziyevin qohumu Rüstəm Cavanşirin və Şahnazar Hacıyevin adına rəsmiləşdirilib. Şirkətin direktorluğu da Şahnazar Hacıyevə tapşırılıb.

Məlum olduğu kimi Böyük Britaniya məhkəməsi Londonda Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyev və həyat yoldaşına məxsus $50 milyon dollar dəyərindəki mülkə həbs qoyulması ilə bağlı qərarı qüvvədə saxlayıb. Bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Hesabatı Layihəsi (OCCRP) məlumat verib. Müvafiq mülkiyyət sənədləri ilə tanış olan OCCRP Feyziyev ailəsinə məxsus mülklərə 2023-cü ilin iyun ayında Britaniyanın Milli Cinayət Agentliyinin (National Crime Agency – NCA) müraciəti əsasında həbs qoyulduğunu aşkarlayıb. NCA Feyziyev və həyat yoldaşının dondurulmuş mülkləri çirkli pulların yuyulması yolu ilə əldə etdiyinə dair ciddi dəlillərin olduğunu, əməliyyatların daha əvvəl çirkli pulların yuyulmasında iştirak etdiyi aşkar edilən şirkətlərin vasitəsilə həyata keçirildiyini iddia edir.
Feyziyev ailəsinin vəkili həbs qərarının ləğv edilməsi üçün vəsatət təqdim edib. Bunu Amerikanın Səsinə Cavanşir Feyziyevin köməkçisi təsdiq edib. Fevral 22-də baş tutan məhkəmə dinləməsində Feyziyev ailəsinin vəkili Milli Cinayət Agentliyinin zəruri prosedurlara əməl etmədiyini və mülklərin qanunsuz yolla əldə edildiyini mübahisələndirmək üçün əsaslı dəlillərin olmadığını iddia edib.
Məhkəmə martın 8-də vəsatəti rədd edib. Britaniyanın Transparency International təşkilatı qərarı alqışlayıb və indi Milli Cinayət Agentliyinin daşınmaz əmlakın “cinayət yolu ilə əldə edilmiş gəlirlər”lə əldə edildiyini sübut etmək imkanı olduğunu vurğulayıb. “Azərbaycan kimi dövlətlərdə vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı təzyiqləri nəzərə alsaq, Böyük Britaniyaya daxil olan cinayət və korrupsiyadan əldə olunan hər hansı şübhəli gəlirlərin mümkün qədər təqib edilməsi çox vacibdir. Hökumət hüquq-mühafizə orqanlarını iqtisadi cinayətlərin düzgün araşdırılması üçün lazım olan resurslarla təmin etməli və Birləşmiş Krallığın çirkli pulların sığınacağı roluna son qoymalıdır”, Transparency International nümayəndəsi Stiv Qudriç deyib.
Böyük Britaniyanın Milli Cinayət Agentliyi bundan əvvəl Cavanşir Feyziyevin ailə üzvlərinin hesablarındakı 20 milyon dollardan artıq məbləği “Azərbaycan landromatı” kimi tanınan beynəlxalq çirkli pulların yuyulması mexanizmi ilə qanunsuz əldə edildiyini iddia edərək dondurmuşdu. 2022-ci ilin yanvarında “Westminster Magistrates” məhkəməsi pulların qanuni biznes əməliyyatlarından əldə edildiyini göstərən sənədlərin “tamamilə uydurma olduğunu və hesabları təşkil edən şəxslərin çirkli pulların yuyulması fəaliyyətlərini ört-basdır etmək üçün hazırlandığını” göstərən sübutlara istinad edərək dondurulmuş məbləğin 7 milyondan dollardan artıq bir hissəsinin müsadirə edilməsinə qərar verib.
OCCRP-nin 2017-ci ildə dərc edilən “Azərbaycan landromatı” araşdırma yazılarında Cavanşir Feyziyevə məxsus olduğu iddia edilən iki şirkətə çirkli pulların yuyulması mexanizmi ilə 138 milyon dollar vəsait daxil olduğu qeyd edilir. 2023-cü ildə Azərbaycan Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə mükafatlandırılan Cavanşir Feyziyev bugünədək verdiyi açıqlamalarda hər hansı çirkli pulların yuyulması və ya başqa qanunsuz əməllərlə əlaqəsi olduğunu qəti şəkildə inkar edib. Məhkəmə prosesi davam etdikcə, bu iş maliyyə cinayətlərinə qarşı mübarizədə və qlobal maliyyə sistemlərinin bütövlüyünün qorunmasında beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayır.
Ölkədə dərman bazarında hökmranlıq edən “Avromed”in bazarı inhisara alması səbəbindən bu gün Azərbaycanda dərmanların qiyməti nəinki Avropa ölkələri, eləcə də qonşu ölkələrlə müqayisədə xeyli bahadır. “Avromed”ə rəhbərlik edən deputat Cavanşir Feyziyevdir, apteklərə mal paylayan yenə həmin şirkətdir, bahalığın, inhisarın baiskarı da onlardır, prezidentin tənqidlərini qulaqardı edən də biznesmen-deputatdır. Məlumat üçün cumhuriyyet.az olaraq bildirək ki, b həmin deputatdır ki, “Quska” ləqəbli keçmiş deputat, həbsdə olan Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alması, müğənni Gülyazın adına rəsmiləşdirməsi ilə gündəmə gəlmişdi. 2014-cü ildə Hüseyn Abdullayevin mərhum atasının adına olan və Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetr qeyri-yaşayış sahəsini millət vəkili Cavanşir Feyziyev öz oğluna alıb. Cavanşir Feyziyevin ondan az əvvəl də ölümlə nəticələnən qəzada adı keçmişdi. “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında deputat Cavanşir Feyziyev olubmuş.
Cavanşir Feyziyev 2002-ci ildən “Tour İnvest” şirkətinin təsisçisidir. Bu şirkətin Şəkidə yerləşən dördulduz ”Şəki Saray Hotel”in direktoru Rüstəm Bəşir oğlu Cavanşirdir. Deyilənə görə, deputat Cavanşir Feyziyevin əmisi oğludur. Rüstəm Bakıdakı “Novo Trade” Qapalı Səhmdar Cəmiyyətinin, Şəkidəki “Asel Aqro Park” şirkətinin də direktorudur. Bu aqropark 2020-ci ildə yaradılıb. Şəki şəhərində, Olimpiya Kompleksinin arxasında ucsuz-bucaqsz qoz bağları salıb. Əlavə olaraq cumhuriyyet.az bildirir ki, Cavanşir Feyziyevin digər əmisi oğlu Elman Cavanşir Sumqayıtda 2018-ci ildə istifadəyə verilən, sərmayəsi 78 milyon manat olan “Tabaterra” şirkəti¬nin siqaret zavodunun direktorudur. Sumqayıt Kimya Sə¬naye Parkının rezid¬enti olaraq fəaliyyətə başlayan müəssisədə 8 ədəd istehsal xətti fəaliyyət gös¬tərir ki, bunların illik istehsal həcmi 14 milyard ədəd siqa¬ret təşkil edir. Ha¬zırda müəssisədə həm “Tabaterra” şirkətinə məxsus brendlər, həm də dünyanın ən böyük istehsalçıları olan “British Am¬erican Tobacco”, “Ja¬pan Tobacco İnternat¬ional” və “İmperial Tobacco” kimi şirkə¬tlərə məxsus beynəlx¬alq brendlər istehsal olunur.
Elman Cavanşir 2021-ci ildə “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə çıxarıldığı zaman “Tabaterra Leaf” Qapalı Səhmdar Cəmiyyəti təsis edir. Nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Elman Bəşir oğlu Cavanşir, Sumqayıt şəhəri, Sülh küçəsi, 18 ünvanında – “Xovlu İpək Fabriki”nin ərazisində qeydiyyatdan keçən şirkət Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 85 faizini alıb. Xatırladaq ki, Elman Cavanşir in də adı Böyük Britaniyada çirkli pulların yuyulması qalmaqalında hallandırılmışdı. “The Evening Standard” qəzeti yazmışdı ki, Böyük Britaniyanın Milli Kriminal Agentliyinin tələbi ilə bank hesabları dondurulan Feyziyev ailəsi üzvlərindən biri də Elman Cavanşirdir, onun bank hesabında 1 milyon funt sterlinqdən bir az çox vəsait aşkar edilmişdi.(Yenixeber.org)


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

Sosial media və sosial şəbəkələrdə bu başlıq altında çoxlu sayda yazılı məlumatlar, fotoşəkillər və videogörüntülər yer alır.

Rayonun hələ təkcə Həzi Aslanov qəsəbəsi (10-larla), Əhmədli qəsəbəsi, NZS qəsəbəsi, Köhnə Günəşli qəsəbəsi, Qaçaq Nəbi küçəsi və sair ərazilərində aparılan qanunsuz tikintilər barəsində məlumatları görüntüləri ilə birlikdə dəfələrlə yayımlamışıq, eyni zamanda aidiyyatı qurumlara sorğu şəklində göndərmişik. Dəyişən isə aparılan tikinti işlərinin təkcə gündüzlər deyil, gecə-gündüz fasiləsiz aparılaraq, sürətlə başa çatdırılmaları olur.

İstər Xətai rayon İcra Hakimiyyəti, istərsə də digər aidiyyatı qurumların "karam, koram, lalam" prinsipi ilə iki ildən çoxdur ki, bütün qanunsuz tikintilər və rayonun ərazisindəki çoxsaylı yaşıllıq ağaclarının yerində iaşə obyektləri tikilməsi üçün kəsilməsinə qarşı gözlərini yumub, "yoqa vəziyyətini almaları" təbii ki, səbəbsiz deyil. Və bu səbəbin "şirnikləndirici" olduğu da kimsəyə sirr deyil. Məhz buna görədir ki, Xətai rayonunun Həzi Aslanov qəsəbəsində daha bir neçə tikintilərin aparıldığı barəsində redaksiyamıza görüntülər daxil olmuşdur. Bütün məlumatlar və görüntülər barəsində Xətai rayon İcra Hakimiyyətinə göndərdiyimiz sorğuları isə sanki, yazıb quyuya atırıq. Nə bir cavab yox, nə də hər hansı bir reaksiya. Barəsində qanuni tədbir görmək ümumiyyətlə yoxdur.

Deyəsən, "sarayı sağlam sütunlara söykənən", daha doğrusu belə zənn edən Xətai rayon rəhbərliyi qanunları ciddi qəbul etmir. Hətta, "burda mənəm, Bağdadda kor xəlifə" prinsipi ilə rayonda "meydan sulayır".

Maraqlıdır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada icazə üçün lazım olan rəsmi sənədləri müvafiq icra hakimiyyətinə təqdim etməli olan sahibkarlar hansı sənədləri təqdim ediblər ki, yüksək gərginlikli elektrik xətlərinin altında, yaxud yaxınlığında, eləcə də yaşıllıq ağaclarının olduğu yerlərdə, özü də o, ağacların kəsilməsi bahasına başa gələn tikintilər aparmaq üçün icra hakimiyyətini razı sala biliblər ?

1 saat 38-ci dəqiqədən sonra diqqət !


1997-ci ildən "meylini" Xətai rayon rəhbərliyinə salan və sosial mediada "yaşıllıq qənimi" ləqəbini alan Rafiq Quliyev, bəlli ki, bu illər ərzində rayonun hər qarışını çox gözəl tanıyıb, "analiz edib", hər addımdan necə istifadə etməyin planlarini mühəndis gözü ilə ölçüb-biçib. Odur ki, rayonun qəsəbələrində daxili küçələr kələ-kötür, bərbad olmasına, "həftə səkkiz, mən doqquz" Kazımağa Kərimov küçəsindən daşıb "8 noyabr" prospektinə qədər küçənin ortası ilə axıb uzanan kanalizasiya sularına (GÖRÜNTÜLƏRİ BURADA !) baxmayaraq, Kazımağa Kərimov küçəsində, köhnə yataqxananın həyətindəki, həmçinin Həzi Aslanov qəsəbəsinin müxtəlif küçələrindəki tikintilər maneəsiz şəkildə davam etdirilir.

Köhnə Günəşli qəsəbəsi, Mehmandarov və Qaçaq Nəbi küçələrində aparılan tikintilər də həmçinin, başa çatdırılmaq üzrədir.

Yeri gəlmişkən, bir tərəfi "gəlir mənbəyi" (agacları kəsilərək, yerində iaşə obyektləri inşa edilən yaşıllıq zolağı nəzərdə tutulur) olan "Əhmədli" metrostansiyasının digər tərəfində, Məhəmməd Hadi küçəsi 159a ünvanındakı yaşayış binasının zirzəmisinə axan kanalizasiya sularının qoxusu binanın yaxınlığından keçənlərin belə ürəyini bulandırır. Uzun müddətdir sözügedən yaşayış binasında bu cür antisanitar şərait, üfunət hökm sürməsinə baxmayaraq, aidiyyatı idarələr problemləri də, bu problem içində yaşamağa məhkum çoxsaylı insanları da görməzdən gəlirlər.

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

Əlqərəz....
Qayıdaq, qanunsuz tikintilər məsələsinə. Görünür, Xətai Rayon İcra Hakimiyyəti ərazisində aparılan qanunsuz tikintilərdən xəbərdar və bu halından məmnundur. Bəs Şəhərsalma və Arxitektura Komitəsi (ARXKOM), Fövqəladə Hallar Nazirliyi (FHN) və digər aidiyyatı qurumlar niyə kənarda dayanıb???

P,S: Qeyd edək ki, məlumatları yayıma hazırlayıdıq ki, ARXKOM-nin özünü ərazi üzrə "kurator" kimi təqdim edən Ağa adlı əməkdaşı bizə zəng edib, sözügedən tikintilərin araşdırılması ilə bağlı ərazidə digər əməkdaşlarla baxış keçidiyini bildirdi və bizdən o, tikintilərin ünvanlaını göndərməyimizi xahiş etdi. Biz Ağa müəllimin verdiyi telefon nömrəsinə hazırda bir çox tikintilərin aparıldığı ünvanları və fotoşəkilləri göndərmişdik ki, ərazidə baxış keçirən əməkdaş buna etirazını bildirdi və yalnız sonuncu məktubda qeyd edilən Kazımağa Kərimov və S.Mehmandarov küçələrində aparıln tikintilərin ünvanını istədiyini dedi. Sən demə bu baxış bizim sorğumuza cavab vermək üçün aparılırmş.

Maraqlıdı ki, Xətai rayonunda aparılan bir çox tikintilər barəsində biz əvvəllər də dəfələrlə ARXKOM-nə sorğular göndərmişik, lakin cavabsız qalan o, sorğulardakı bir çox tikintilər atıq maneəsiz başa çatdırılıb. Bu gün isə ərazidəki ARXKOM əməkdaşının, "nə vaxtsa tikinti aparıldığı ünvan bizə lazım deyil, hazırda tikinti gedirsə, məktubdakı iki ünvanı göndərin" deməsindən belə görünür ki, bu qurum da öz vəzifələrini Xətai rayon icra hakimiyyəti kimi "icra edir". Yoxsa, qanunsuz işlərin "safı-çürüyü" olmaz ki, içində seçim olunsun...

Mövzunu davam etdirəcəyik.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.(DogruXeber.az)
Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR
Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR
Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR
Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR
Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR
Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR
Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR
Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR
Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR
Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR
Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR
Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO


Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, “Bakı”, “Dostluq”, “Moskva”,”Nizami”, “Qələbə”, “Savalan”, “Sülh”, “Şəfəq” və s. kimi adlar adı altında kinoteatrlar fəaliyyət göstərirdilər. Həmin illərdə insanlar müxtəlif məzmunlu filmlərə baxmaq üçün kinoteatrlara üz tutardılar. Elə ki, SSRİ dövləti süquta uğradı və gündəlik qayğılar çoxaldı, o halda insanların kinoteatralara getməyə imkanları məhdudlaşdırıldı. Belə bir səbəbdən də, tamaşaçı üzünə həsrət qalan kinoteatrlar boş qaldılar və fəaliyyətlərini dayandırmağa məcbur oldular. Çox keçmədi ki, yaranmış fürsətdən sui-istifadə edən bəzi işbazlar həmin kinoteatrları bu və ya digər yollarla ələ keçirib özəlləşdirdilər. Hətta, bəzi kinoteatrlara məxsus binaları yerlə-yeksan edib, onların yerində hündür mərtəbəli yaşayış binaları da inşa etdilər. 
İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

Bəzi kinotetrları isə kafeyə, mağazaya, internet-kluba və s. çevirdilər. Bir sözlə, ayrı-ayrı işbazlar öz düşüncə və yanaşmalarına uyğun olaraq kinoteatrlara qənim kəsildilər. Diqqət yetirək ki, bu sırada Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti- 76 ünvanında yerləşən “Dostluq” kinoteatrı da, məhz “işbazların təcavüzü”nə məruz qalan kinoteatrlardan biri olur. Qeyd edək ki, bu mədəniyyət abidəsi əvvəllər Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi) balansında olsa da, hansısa qüvvələrin verdiyi dəstək sayəsində 2017-ci ildə özəlləşdirilir. Elə ki, bu ilin əvvəllərində “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı addımların atılmasına hazırlıq işləri görülür, o halda işbazlar elə bir ictimai təpki ilə üzüzə qalırlar ki, son anda onlar öz məqsədlərindən daşınmalı oldular. 
İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

Söz yox ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi rəsmlərinin verdikləri qərar da, bu məsələdə mühüm rola malik olur. Yəni, ictimai rəyi nəzərə alanlar kinoteatr binasının sökülməsinə icazə vermirlər.  Heç də məsələ bununla bitmir və bəzi işbazlar bu yöndə fəaliyyətlərini davam etdirməkdə qərarlı olurlar. Məsələn, bir qədər vaxt keçdikdən sonra oxşar aqibətlə üzüzə qalan kinoteatrlardan biri də, Nəsimi rayonu, Hüseynbala Əliyev və Alı Mustafayev küçələrinin kəsişməsində yerləşən "Moskva" kinoteatrı oldu. Amma, bu dəfə fərqli formada. Qeyd edək ki, bu mədəniyyət abidəsi 2006-cı ildən fəaliyyətini tamamilə dayandırır və binanın giriş qapıları bərk-bərk qıfıllanır. Yəni, “Moskva” kinoteatrının binası uzun illər ərzində fəaliyyət göstərmədiyindən yararsız hala düşür və kinoteatrın ətrafında insanların asudə vaxt keçirmələri üçün salınan parkdan da əsər-əlamət qalmır.
İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

Qeyd edək ki,  Əbülfəs Qarayevin nazir təyin olunduğu il, yəni 2006-cı ildə “Moskva” kinoteatrı nazirliyin balansından çıxarılır və həmin bina Dövlət Əmlak Komitəsinin (indiki Əmlak Məsələləri Dövlət Komitəsinin) balansına verilir. Bir neçə həftə bundan əvvəl isə mediada "Moskva" kinoteatrına məxsus binada söküntü işlərinin dayandırılması haqda məlumatlar yayıldı. Aidiyyəti dövlət qurumları söküntü ilə əlaqədar icazə alınmadığı üçün, söküntü işlərinin dayandırıldığını açıqladılar. Təəssüf doğuran hal odur ki, hal-hazırda bu mədəniyyət obyekti sökülüb və verilən məlumatlarda isə qeyd olunur ki,“söküntü” dayandırılıb. Görəsən bu yöndə məlumatlar hansı “başbilənlər”in hansı maraqları əsasında  dövriyyəyə ötürülür? (Qeyd: Təqdim etdiyimiz videodan da görünür ki, "Moskva" kinoteatrı tamamilə tarmar edilib) 
İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

Hal-hazırda müəyyən çevrələrdə dolaşan söz-söhbətlərə görə, "Moskva" kinoteatrı Xətai rayonunun Babək prospektində fəaliyyət göstərən “Maşın bazarı”nın sahibi Rasim adlı şəxslə, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qurduqları işbirliyi nəticəsində tarmar olunub. Yəni, hər iki şəxsin yaxın vaxtlarda bu kinoteatra məxsus binanın yerində yeni yaşayış binası tikməyi planlaşdırdıqları danışılır. Bütün bunlar onu söyləməyə əsas verir ki, sabiq aparat rəhbəri Ramiz Mehdiyev uzaqgörənlik edir və o, belə bir strateji əhəmiyyət kəsb edən mədəniyyət obyektinin ələ keçirilməsi üçün, vaxtında öz dəstəyini əsirgəmir. 
İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

Sual oluna bilər ki, nəyə görə "Moskva" kinoteatrının söküntü işlərində başqa şəxs(lər)in deyil, birbaşa Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin və bu şəxslə işbirliyi olan “Maşın bazarı”nın sahibi Rasim adlı şəxsin adı hallanır? Atalar demişkən “od olmayan yerdən tüstü çıxmaz”. Deməli, bu tarixi mədəniyyət abidəsinin tarmar olunmasında hər iki şəxsin adının hallanmasının əsaslı səbəbləri var.
İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

Bəli, yuxarıda qeyd etdiyimiz kimi "Moskva" kinoteatrının “qara günləri”nin əsası 2006-cı ildən qoyulur. Belə ki, həmin ildə Mədəniyyət Nazirliyi bu dövlət əmlakını daha səmərəli istifadə etmək məqsədilə keçmiş Dövlət Əmlak Komitəsinin sərəncamına verir. Daha sonra bu Komitə tərəfindən adıçəkilən müəssisə “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na əsasən, 27.05.2011-ci il tarixdə icarəçi tərəfindən özəlləşdirilir. Maraqlı hal o odur ki, həmin vaxtlarda bu dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı dərc olunmalı məlumatlar sırasında alıcının adı qeyd olunmur. Yəni, həmin şəxsin (sahibkarın) kimliyi, hansı işlə məşğul olması haqda heç bir xəbər verilmir. Bir sözlə,“Moskva” kinoteatrının gələcək taleyi onu özəlləşdirən şəxsin ixtiyarına verilir. Bugünkü mənzərə də, məhz bu kinotetrın “qara günlər”inin əyani sübutudur. 
İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

Əslində, bu cür oyun qaydalarının qurulması birbaşa xalqımızın tarixinə, onun mədəniyyətinə, mədəni irsinə və s. edilən qəsdir. Yəni, buna başqa bir ad vermək olmaz. Hal-hazırda bu mədəniyyət abidəsi tamamilə tarmar edilib və atılan addımlara da kimlərsə göz yumub. Bir sözlə, olan olub, keçən keçib. Yaxşı olmazmı ki, “Moskva” kinoteatrının əhatə etdiyi ərazidə yaşıllıqlar salınsın, insanların asudə vaxtlarında istirahət etmələri üçün park yaradılsın. Eyni zamanda, bu işlərə cavabdehlik daşıyan və göz yuman hər kəs hüquqi müstəvidə məsuliyyətə də cəlb olunsunlar. Yəqin ki, o halda haqq-ədalət öz yerini tapacaq (GundemXeber)
İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

“Bakıda yerləşən “Azərşin” ASC-nin rəhbərliyi dövlətdən aldığı elektrik enerjisini bizə baha qiymətə satır. Pulu ödəyə bilməyəndə isə, elektrik enerjisinin verilişini dayandırırlar”

Yenixeber.org: Bu sözləri “Azərşin” ASC-nin ərazisindəki sexlərdən birinin icarədarı Yusif Məmiş oğlu Alıyev deyib.

Onun sözlərinə görə 2006-cı ildə “Azərşin” ASC-nin ərazisində sex icarələyib: “Mən ölkədə tanınan qapı-pəncərə, mebel ustalarındanam. İşimə görə ölkə rəhbərliyi səviyyəsində tanınıram. 18 ildir ki, “Azərşin” ASC-nin ərazisində sex icarələyib işləyirəm. Pandemiya dövründə işlərimiz çox çətinləşdi. Bu gün mənə çoxsaylı borclular var, hansılar ki, iş gördürüblər, pulu isə ödəməyiblər, ödəyə bilmirlər. Ona görə də çox pis duruma düşmüşəm. Alacaqlarım var, ala bilmirəm. Buna görə icarəyə görə borcum yaranıb. Təqaüdçüyəm, təqaüdümü alıb icarə haqqını ödəyirəm. ASC-nin əvvəlki rəhbərliyi bizə icarədarlara anlayışla yanaşırdı. Elə olurdu ki, mal-material almağa pul olmayanda bizə dəstək verirdi ki, işləyə bilək, icarə haqqını da ödəyək. Yeni rəhbərlik Xanlar Süleymanov isə elektrik enerjisini – dövlətin strateji məhsulunu bizə dövlətin müəyyən etdiyi qiymətdən də baha satır. Üstəlik, pulu ödəyə bilməyəndə elektriki kəsirlər, dəzgahlar da elektriksiz işləmir deyə işimiz də dayanır. Hazırda 1 aydır ki, elektriki kəsiblər, 200-300 manat borca görə məni işsiz qoyublar. Anlamaq belə istəmirlər ki, işləməsəm, borcu ödəyə bilmirəm. Ona görə də ölkə rəhbərliyindən xahiş edirəm ki, “Azərşin” ASC-də baş verən qanunsuzluqla bağlı ölçü götürülməsi üçün göstəriş verilsin”.

Yusif Alıyev deyib ki, ASC-nin yeni rəhbərliyi ərazidə silahlı oyunlar təşkil edir: “İşlədiyimiz yerdə belimizə silahdan atılan qurğuşun dəyir. Həmin qurğuşun gözümüzə dəysə, bizi kor edə bilər. Bu, Xanlar Süleymanovu düşündürmür. Ölkə rəhbərliyindən çox xahiş edirəm ki, işimizə olan əngəllərin aradan qaldırılması üçün göstəriş versin”.

Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.(musavat.com)

E.MƏMMƏDƏLİYEV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

“Best Brands Group MA” MMC-nin nizamnamə kapitalı kəskin azaldılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu barədə təsisçilərin ümumi yığıncağında qərar qəbul edilib.

Qərara əsasən, şirkətin nizamnamə kapitalı 3 920 080 manatdan 120 080 manata endirilib.

Şirkətin nizamnamə kapitalının 3,8 milyon manat həcmində azaldılmasının səbəbi məlum deyil.

Qeyd edək ki, “Best Brands Group MA” MMC 2016-cı ildə təsis olunub. BBG MA Türkiyənin dünyaca məşhur geyim markaları olan LC Waikiki və Penti kimi tanınan markaların Azərbaycanda rəsmi nümayəndəsidir. Ölkə ərazisində LC Waikiki brendinin 22 mağazası, Penti brendinin 14 mağazası mövcuddur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

İsmayıllının İstisu kəndi yaxınlığındakı “Şahdağ”Milli Parkının İsmayıllı Bölməsinə aid meşəli dağlardan son 7 aydır ki, Elçin adlı şəxsin sifarişləri əsasında dövlət qeydiyyat nişanları olmayan “Zil” və “QAZ -66” markalı yük avtomobilləri vasitəsilə uzunluğu 1.4 metr, diametric 44-76 sm olan yeni kəsilib yerində doğranmış fıstıq cinsli meşə materiallarının müntəzəm olaraq İsmayıllı şəhərində Ekologiya İdarəsinin yaxınlığında yerləşən taxta sexinə emal üçün daşınması barədə məlumatları hələ ötən il ictimailəşdirmişdik. Bu barədə İstisu kəndindəki mənbələrimiz qeyd etmişlər ki, əvvəllər də bu barədə Ekologiya nazirliyinə və yuxarı orqanlara dəfələrlə şikayətlər etsək də xeyri olmamışdır. Təxminən 1 ay əvvəl DİN-nin 102 xidməti”nə edilən şikayətlərdən sonra məsələ nəzarətə götürülmüş, şikayətin əsaslı olması təsdiqini tapdıqdan sonara təşkil edilən əməliyyat nəticəsində hüquq-mühafizə orqanları “Şahdağ” Milli Parkında qırılan çoxsaylı ağacların kəsilməsini müəyyən etmiş, 18 kub m həcmdə kəsilmiş və sexə gətirilən ağaclar gecə saat 1 radələrində müsadirə edilmişdir. O da məlum olmuşdur ki, kəsilən ağacları taxta sexini icarəyə götürmüş iş adamı Elçin 7 ay idi ki, sifarişlər əsasında taxta yeşiklər düzəltməklə iş adamlarına satmaqla məşğul olurmuş.
26 sentyabr 2023-cü il tarixli “Şahdağ” Milli Parkda kütləvi kəsilib satılan ağaclarla bağlı araşdırma məqaləmizdən sonra aidiyyatı dövlət qurumları lazımi tədbirlər görməyə başlamışlar. Belə ki, Baş Prokurorluğun İdarə rəisi də bizi bu məsələni dəqiqləşdirmək üçün oktyabrın 16-da prokurorluğa dəvət edərək izahatımızı almış və xəbərdarlıq etmişdir ki, əgər bu məsələ öz təsdiqini tapmasa sizə qarşı tədbirlər görüləcəkdir. Biz də razılaşmışdıq. Sonradan araşdırmalar zamanı taxta sexinin sahibi Elçin də cəmi 13 nəfər şəxs saxlanılaraq barələrində sübutlar üzrə Baş Prokurorluğun nəzarəti altında araşdırmalara başlanmışdır. Və “Şahdağ” Milli Parkının İsmayıllı Bölməsində bu miqyasda törədilmiş ekoloji terror görə cinayət işi açılmışdır. Sonradan o da məlum olmuşdur ki, əsas məsul şəxs olanlardan biri ETSN İsmayıllı Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri “sabiq təqaüdçü komissar” olmuş Quliyev Rəsul Həsənbala oğlu “xoruza yük” edilərək vəzifəsindən azad edilmişdir. Çox güman ki, cənab nazir Muxtar Babayev “meşə quldurları” ilə gizli əlaqəyə girərək pul qazanan Quliyev Rəsulu cinayət məsuliyyətindən xilas etmək üçün onu vəzifəsindən azad etmişdir. Bəs o zaman irimiqyaslı cinayət işi üzrə məsul şəxs olan ETSN 6 saylı Ekologiya İdarəsinin müdiri Yusifov Namiq necə “sudan quru” çıxa bilmişdir? “
Bu suala cavab tapmaq üçün 20 fevral 2024-cü il tarixli informasiya sorğumuza cava olaraq ETSN 6 saylı Ekologiya İdarəsi müdiri N.Yusifovun imzaladığı 27 mart 2024-cü il tarixli cavab məktubunda bird aha təsdiq edilir: “…2023-cü ilin sentyabrında İsmayıllının İstisu kəndi yaxınlığında “Şahdağ” MP-nın İsmayıllı Bölnməsində ağacların qanunsuz kəsilərək dövlət qeydiyyat niçanları olmayan “ZİL” və “QAZ 66” markalı avtomobillərlə Elçin adlı vətəndaşın İsmayıllı şəhərində yerləşən taxta sexinə daşınması ilə əlaqədar hüquq –mühafizə orqanları tərəfindən öncə araşdırılmışdır”.
Bəli cənab Yusifov Namiq biz də, yerli sakinlər də, hüquq-mühafizə orqanları da hamı bilir ki, 7 ay “Şahdağ” Milli Parkındakı meşə cinsli, iri diametrli fıstıq ağacları qanunsuz kəsilərək daşınır. Təkcə bu hadisəsədən sizin xəbərinizin olmaması hətta orta məktəb şagirdləri üçün də “variant” sayıla bilməz.

Elə Yusifov Namiq Polad oğlu nəzarət etdiyi ərazilərdə baş verən kütləvi yaşıl soyqrımlara görə özünü cəzasızlıq mühitində hiss etdiyinə görə cari aprelin əvvəlində də Qəbələ rayonun Nic kəndinin Bələdiyyə meşə fondunda yenə kütləvi ağac kəsintilərilə müşayət olunan yaşıl soyqrımın törədildiyi bildirilir. Yerli sakinlərin çoxsaylı şikayətlərindən sonra 1 ay əvvəl, yəni martın 20-də ETSN-nin Audit şöbəsinin əməkdaşı faktı yerində araşdırmaq üçün Nic kəndinə gələrək ciddi araşdırmaya başlamışdır. Yerli sakinlərin köməkliyilə kəsilən kütləvi ağacların yeri qonağa göstərilmişdir. Məlumatlı mənbə onu da bildirir ki, hələlik kəsilən ağaclara görə auditin əməkdaşı 58000 manat cərimə aktı tərtib etsə də, nədənsə üzə çıxarmaq istəmir. Kütləvi kəsintini törədən Qəbələ rayon Qum qəsəbə sakini və Mıxlı Qovaq kənd sakini dindirilmiş və onlar etiraf etmişlər ki, çoxsaylı ağac kəsintilərinə görə ETSN 6 saylı Ekologiya İdarəsinin işçisi –nəzarətçisi olan Əfqana pul vermişlər. Onlar pul müqabilində bu kəsintiləri etdiklərini etiraf etmişlər. Bu gün yerli sakinləri narahat edən budur ki, niyə ETSN –dən gəlmiş audit əməkdaşı faktları gizlədərək nəticə barədə onlara heçnə demir.
Bəli, bizlərə o da gün kimi aydındır ki, 6 saylı Ekologiya İdarəsinin işçisi Nic kənd Bələdiyyəsinə məxsus meşə fondunda kütləvi kəsilmiş çoxsaylı ağaclardan yerli Ekologiya idarəsinin qazdan ayıq müdiri kimi tanınan Polad oğlu Namiqin xəbəri olmasın. Və ya onun birbaşa icazəsi olmadan yerli sakinlərin gözləri qarşısında belə bir ekoloji cinayətlər baş versin.
Bəli, bu gün, aprelin 25-də yenə də Qəbələnin Nic kəndindəki mənbəmizin verdiyi məlumata görə 1 ay əvvəl ETSN-nin audit şöbəsindən bu kəndin bələdiyyə fonduna daxil olan meşə ərazisində kəsilən ağaclarla bağlı aparılan yoxlamalar nəinki ört-basdır edilmiş, əksinə yenə də Qəbələnin Mıxklı-Qovaq və Bum kənd sakinləri olan iki “meşə qulduru” 6 saylı yerli Ekologiya İdarəsi nəzarətçini kəndxudanı görən kimi “görərək” yerdə qalan ağacları da kəsməklə məşğul olmuşlar. Sağ olsunlar yerli camaatı ki, vicdanları susmamış və baş verməkdə davam edən cinayətlə bağlı Daxili İşlər Nazirliyinə məlumatlar vermişlər. 2 gün öncə DİN-nin əməkdaşları da Bakıdan Nic kəndinə gələrək təkcə bir ərazi üzrə 58 ədəd müxtəlif diametrli meşə cinsli ağacların kəsintisini aşkarlamış və kəsintini icra edənləri yaxalamışlar. Və kənd sakinlərinə bird aha aydın olmuşdur ki, Ekologiya Nazirliyinin ən etibar edilən Audit şöbəsinin əməkdaşı 1 ay əvvəl həmin ərazidə qanunsuz kəsilən çoxsaylı ağaclara görə 58000 manat cərimə aktı yazıb tərtib etsə də, sonradan həmin sənədləşmə öz rəsmi statusunu necə olubsa ala bilməmişdir. Daha doğrusu, cinayət faktları hansısa maraqlardan gizlədilmiş- ört –basdır edilmişdir. Necə deyərlər, “Əl əli yuyar, əl də qayıdıb üzü”. Sakinlərin dediyinə görə Bakıdan gələn DİN-nin əməkdaşları vaxtlarının azlığından Nic kənd bələdiyyəsinin meşə fonduna aid təkcə bir ərazidə 58 ədəd qanunsuz təzə kəsilmiş ağacları qeydə almışlar. Yaxşı ki, kəndə gedən əsas yoldan 225 metr içəridə kəsilmiş və diametric 1.5-2 metr olan iri gövəli çoxillik ağacların kəsintilərini görmədilər. Bəli, təkcə Qəbələnin Nic kəndindi yaxınlığındakı meşə ərazisində məhv edilən çoxsaylı ağacların miqdarını Ekologiya Nazirliyinin Audit şöbəsinin sədri də gəlsə hesablayıb akt tərtib edə bilər. Əgər buna 6 saylı Ekologiya İdarəsinin müdiri Yusifov Namiq icazə versə.
Biz araşdırma məqaləmizdə də vurğulamışdıq ki, ağacları kəsən iki meşə qulduru etiraf etmişlər ki, ağac kəsintilərindən əvvəl yerli ekologiya İdarəsinin nəzarətçisi Əfqana pul vermişik. Bəli, 2 gün əvvəl də yenə həmin meşə quldurları tək bir ərazi üzrə bu dəfə 58 müxtəlif diametrli ağacları günün günorta vaxtı Yerli Ekologiya İdarəsinin “xüsusi razılığı” əsasında, sakinləri gözü qabağında məhv etmişlər. Deməli, 20 gün əvvəl yazdığımızdan bir daha nəticə çıxarır və əmin oluruq ki, ETSN 6 saylı Ekologiya İdarəsi rəhbərliyi “meşə quldurları” ilə gizli iş birliyinə gedərək regiondakı meşələrdəki təbii sərvətlərimizi tamamilə məhv etmək hesabına çoxlu pul qazanmaq qərarına gəliblər. Bəli, istər “Şahdağ” Milli Parkının İsmayıllı Bölməsində kütləvi qırılan çoxsaylı ağaclarla bağlı, istərsə də hazırda Qəbələnin Nic kənd Bələdiyyəsinə məxsus meşə fondunda baş vermiş və verməkdə davam edən ekoloji terrorla bağlı cənab nazir Muxtar Babayevi dəflərlə xəbərdar etmiş və təbii sərvətlərimizin qorunmasıilə bağlı tədbirlər görməsini xahiş etmişik. Budur, bu gün bizə yenə məlum oldu ki, “Çax çax baş ağrıdır, dəyirman öz işindədir.”
Cənab nazir Muxtar Babayev. Bu il Azərbaycan COP 29-a ev sahibliyi edir. Və Siz də bu beynəlxalq tədbirə rəhbər təyin olunmusunuz. Dünyanın bir çox ğlkə rəhbərləri bu tədbirə qatılacaqlar. Bu arada təbii sual yaranır. Axı Siz, cənab nazir öz “EVİNİZ!”də ekologiyanı Yusifov Namiq kimi idarə müdirlərinizlə qorumaq əvəzinə onu məhv edirsinizsə, tədbirlər zamanı mərasimə qatılan dövlət başçılarının gözlərinin içinə baxa baxa hansı ekologiyanın qorunmasının vacibliyi haqqında danışacaqsınız?
Niyə Yusifov Namiqdən soruşmursunuz ki, 2021-ci ilin iyul ayında Qax rayonun Oncalı Bələdiyyəsi ərazisində kəsilən qovaq ağaclarına görə bu araşdırma məqalənin müəllifinin qohumu – Abdullayev Kamran Mövlüd oğlu barəsində 27700 manat cərimə aktı tərtib etməklə, onu həbs etdirə bilirsiniz, amma “Şahdağ” milli Parkında, Buynuzlu kənd meşəliyində, Nic kənd bələdiyyə meşəliyində minlərlə ağac kəsilir, amma siz riyakarçasına bundan xəbərinizin olmamasını deyirsiniz?
Odur ki, Biz yenidən ETSN 6 saylı Ekologiya idarəsinin nəzarət etdiyi zonada pul müqabilində törədilən ekoloji cinayətlərin – kütləvi meşə cinsli ağacların kəsintisi ilə müşayət edilən dərhal araşdırılmasını və üzə çıxarılaraq birbaşa ağac kəsintisini törədənlərlə gizli sövdələşmələr edən yerli Ekologiya İdarəsinın məsul şəxsləri barəsində tədbirlər görülməsini və turistik zonada ağac kəsintisinə son qoyulmasını aidiyyatı üzrə yerli və respublika prokurorluğu rəhbərliyinin birbaşa ekoloji cinayətlərin dərhal dayandırılması və lazımi tədbirlərin görülməsini tələb edirik. Bizi izləyin.

Aktualinfo.org-un araşdırma qrupu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Xatırladaq ki, aprelin 23-də Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO