[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
G7 ölkələri Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
“G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Yaponiya, Fransa və ABŞ) Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işləyir. Məhdudiyyətlərdə qarşıya qoyulan məsələ Rusiya Prezidenti Vladimir Putinin öz ordusunu maliyyələşdirmək üçün pulunun olmamasına əmin olmaqdır”.

Bunu Britaniyanın xarici işlər naziri Liz Trass deyib.

Siyasətçi konkret olaraq hansı sanksiyaların müzakirə olunduğunu isə açıqlamayıb.

“Biz artıq G7 ilə yeni sanksiyalar paketi üzərində işləyirik”, - deyə nazir Vaşinqtonda çıxışı zamanı qeyd edib.

Bununla yanaşı, söhbət Rusiya Federasiyasının ticarət statusundan məhrum edilməsindən, rüsum və kvotaların tətbiqindən də gedə bilər.

G7 ölkələri Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Mənbə: VOA
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan XİN başçısı BMT-nin Qaçqınlar üzrə Ali Komissarı ilə görüşdü
11 mart 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (UNHCR) Filippo Qrandi ilə görüşüb.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran humanitar məsələlərə dair fikir mübadiləsi aparılıb. Həmçinin, 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, məcburi köçkünlərin öz evlərinə qayıdışı məsələsi də müzakirə olunub.

Görüş zamanı Ceyhun Bayramov Azərbaycanın BMTQAK ilə əməkdaşlığa önəm verdiyini qeyd edərək azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri və məcburi köçkünlərin bu ərazilərə geri qayıtması tədbirləri ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib.

Filippo Qrandi ətraflı məlumata görə öz təşəkkürünü ifadə etdi və ölkəmizin bu istiqamətdə gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd etdi.

Tərəflər məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışını təmin etmək üçün əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə ediblər.

Görüşdə, həmçinin regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət müzakirə edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Putin müharibəni seçdi, biz Ukraynanın yanındayıq" - ABŞ səfiri
APA ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer Ukrayna-Rusiya münasibətlərinə dair məqaləsini yayıb.

İndi Avropa üçün və bütün dünyada azadlıqsevər insanlar üçün təhlükəli məqamdır. Vladimir Putin Ukrayna xalqına qarşı qəddar hücumu ilə qlobal sülhə və demokratiyaya da hücum etmiş oldu. Lakin Ukrayna xalqı dözümlüdür və onların şücaəti dünyanı ruhlandırır. Ukrayna xalqını öz ölkəsini müdafiə etdiyi bir zamanda Birləşmiş Ştatlar dünya üzrə müttəfiqlərimiz və tərəfdaşlarımızla birgə onları dəstəkləməyə davam edəcək.
Cavabımızda birik

Mən ABŞ-nin Azərbaycandakı səfiri kimi, bu işğalın Azərbaycan xalqında nə qədər açıq rezonans doğurduğunu görürəm. Minlərlə Azərbaycan vətəndaşı Ukraynada işləyir və təhsil alır. Buradakı bir çox insanın orada dostları, ailələri var. Bu il Azərbaycan kimi Ukrayna da ABŞ ilə əlaqələrinin 30 illiyini və Sovet İttifaqından müstəqilliyinin 30 illiyini qeyd edir. Bu gün Ukraynanın müstəqilliyi təhlükə altındadır. Ukraynada insan tələfatı, o cümlədən günahsız Azərbaycan vətəndaşlarının – qadınların və uşaqların, gənclərin, hətta yeni doğulmuş körpənin faciəvi vəfatı məni çox kədərləndirir. Azərbaycan hökumətinin və xalqının Ukraynaya yardım üçün humanitar yardım göndərməsi məni ürəkləndirir.

Birləşmiş Ştatlar müttəfiqlərimiz və tərəfdaşlarımız ilə birlikdə Ukraynanın yanında olmaq və Rusiyanı məsuliyyətə cəlb etmək üçün tədbirlər görürlər. Prezident Bayden Rusiyanın iqtisadiyyatına, maliyyə sisteminə və texnologiyaya çıxışına zərər verəcək geniş maliyyə sanksiyaları və sərt ixrac nəzarəti elan etdi.

Eyni zamanda, Prezident Bayden dərhal Ukraynaya özünü müdafiə etmək üçün əlavə 350 milyon dollarlıq təhlükəsizlik yardımı ayrılmasına icazə verdi. Bununla da Amerikanın Ukraynaya son bir ildə ümumi təhlükəsizlik yardımı 1 milyard dolları aşdı. Bu böhran zamanında Ukrayna xalqını dəstəkləmək üçün biz bu yaxınlarda 300 milyon dollara əlavə olaraq 54 milyon dollar humanitar yardım elan etdik.

Eyni zamanda, Birləşmiş Ştatlar qlobal enerji təchizatının təmin edilməsində ümumi marağımızı vurğulamaq üçün əsas neft hasil edən və istehlak edən ölkələrlə əlaqələndirmə işləri aparmışdır. Biz enerji şirkətləri ilə işləyirik ki, qiymətlərin artımı fonunda onların bazara enerji təchizatı imkanlarını artıraq. Biz Azərbaycanın bu sahədə bazar sabitliyini təşviq etmək səylərini yüksək qiymətləndiririk.

Putinin səbəbsiz və əvvəlcədən düşünülmüş müharibəsi

Bu, Vladimir Putinin çoxdan planlaşdırdığı hücum idi. O, 150 mindən çox əsgər və hərbi texnikanı Ukrayna sərhədinə köçürdü, qan ehtiyatlarını hazır vəziyyətə gətirdi və hazırlıq üçün səhra xəstəxanaları tikdi. O, lüzumsuz münaqişələrdən qaçmaq, diplomatiya və dialoqa getmək üçün ABŞ-nin, müttəfiqlərimizin və tərəfdaşlarımızın göstərdiyi hər cür xoş niyyətli səyləri rədd etdi.

Putin öz oyununu bizim əvvəlcədən xəbərdar etdiyimiz şəkildə icra etdi. Biz Rusiyanın etibarlı qüvvələrinin Donbasda atışmaları artırdığını gördük. Biz Rusiya hökumətinin Ukraynaya qarşı kiber əməliyyatlara başladığını gördük. Biz Moskvada səhnələşdirilmiş siyasi tamaşanı gördük və Rusiyanın təcavüzünə bəraət qazandırmaq üçün Ukrayna haqqında absurd və əsassız iddialar eşitdik. Rusiya heç bir dəlil olmamasına baxmayaraq, Ukraynada “soyqırımın” dayandırılmasının zəruriliyi ilə bağlı saxta iddialar irəli sürməklə, hərbi təcavüzünə haqq qazandırmağa davam edir. Rusiya indi fərq qoymadan mülki şəxslərə, xəstəxanalara və məktəblərə qarşı hücumlara əl atır. 2014-cü ildə Ukraynanı, 2008-ci ildə Gürcüstanı işğal edəndə Rusiyanın bu taktikadan istifadə etdiyini görmüşdük.

Biz Rusiyanın planları ilə bağlı kəşfiyyat məlumatlarımızı açıqladıq ki, qarışıqlıq və ört-basdır olmasın. Putin təcavüzkardır. Putin bu müharibəni seçdi. İndi isə onun xalqı prezidentlərinin onlara deyil, müharibəyə sərmayə qoymaq qərarının nəticələrini çəkəcək. Putin bizi parçalaya bilmədi. Putin qürurlu Ukrayna xalqını silə bilməyəcək.

Növbəti bir neçə gün, həftə və ay Ukrayna xalqı üçün inanılmaz dərəcədə çətin olacaq. Putin onları böyük əzaba düçar edir. Ancaq Ukrayna xalqı 30 illik müstəqilliyi dadıb və ölkələrini geriyə aparmağa çalışan heç kəsə qarşı dözümlü olmayacaqlarını dəfələrlə nümayiş etdirib. Biz Ukraynanın yanında qalmağa və qlobal sülhü təhdid edən təcavüzə qarşı durmağa davam edəcəyik.

Putinin Ukraynaya qarşı təcavüzü Rusiyaya həm iqtisadi, həm də strateji baxımdan çox baha başa gələcək. Rus xalqı öz hökumətlərinin bu işğalına görə üzləşməli olacaqları acı nəticələrə deyil, daha yaxşısına layiqdir.

ABŞ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna hərbçiləri Putinin müharibə ilə bağlı ŞOK PLANINI ələ keçirdi
Ukrayna hərbçiləri Rusiya prezidenti Vladimir Putinin NATO-ya qarşı döyüşmək planlarını əks etdirən sənədləri ələ keçirə bilib.

Zamantv.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə ukraynalı hərbi jurnalist Andrey Tsaplienko məlumat verib
Ukrayna hərbçiləri Putinin müharibə ilə bağlı ŞOK PLANINI ələ keçirdi
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri xüsusi xidmət orqanları ilə birlikdə Rusiyanın NATO ilə döyüşə hazırlığını göstərə biləcək qiymətli sənədləri ələ keçirib. Belə ki, Xerson və Nikolaevski yaxınlığındakı döyüşlərdə ələ keçirilən Rusiyaya məxsus sənədlərdə onun ehtimal olunan düşməni, o cümlədən ABŞ, Türkiyə, Yunanıstan və digər ölkələr haqqında broşürlər hazırlanıb.

Bundan əlavə, qeyd olunur ki, hər bir Rusiya hərbçisinə NATO ölkəsinin əsgərini müəyyən etmək üçün materiallar verilib.

Tsaplienko qeyd edib ki, ələ keçirilən sənədlərdə NATO ölkələrinin tanınma nişanları, onların hərbi geyimləri, aviasiya, artilleriya, zirehli və digər hərbi texnika təsvir edilib. O əlavə edib ki, bu, Putinin NATO bloku ölkələri və bütün dünya ilə mübarizə aparmaq niyyətindən xəbər verir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda bu əraziyə 30 santimetr qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanda faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Zamantv.az-a verilən məlumata görə, martın 10-u saat 12:00-a olan məlumata əsasən bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.

Yağıntı: Lerikdə 11.0 mm, Şabranda 6.0 mm, Sədərək, Gədəbəy, Zaqatala, Xaltanda 2.0 mm, Ağdərə (Ordubad), Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Quba, Qusar, Bərdə, Göyçay, Salyan, Neftçala, Ağsu, Maştağada 1.0 mm-dək olub.
Qar örtüyünün hündürlüyü: Şahdağda 30 sm, Qrızda 5 sm, Göygöldə 4 sm, Daşkəsəndə 3 sm, Xaltanda 1 sm olub.

Külək: Cənub-şərq küləyi arabir Gəncədə 24 m/s, Neftçala, Naftalanda 20 m/s, Ağdamda 18 m/s, Kəlvəzdə 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Eldar Əzizov icra başçılarına iki ay vaxt verdi
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) müşavirə keçirilib və icra başçılarına ciddi xəbərdarlıq edilib.

Bu barədə BŞİH-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri ərazisində qanunsuz tikintilərlə bağlı vəziyyət və bu halların qarşısının alınması məsələləri paytaxt rayonlarının icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları rəhbərlərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə müzakirə edilib.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov martın 3-də Prezident İlham Əliyevin çıxışı zamanı Bakı şəhərində qanunsuz tikintilərlə bağlı tutduğu iradlar və bu neqativ halların qarşısının alınması ilə bağlı verdiyi tapşırıqlar barədə məlumat verib.

Bildirilib ki, son vaxtlarda rayon icra hakimiyyəti başçılarına qanunsuz tikililərlə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı dəfələrlə tapşırıqlar verilib, buna baxmayaraq, rayon icra hakimiyyətləri başçıları, onların aparatının məsul əməkdaşları bu vacib məsələni daimi nəzarətdə saxlamayıb və nəticədə ərazidə qanunsuz tikintilərin artmasına şərait yaranıb.

Müşavirədə paytaxt ərazisində aparılan monitorinq zamanı aşkar edilən qanunsuz tikililər barədə film nümayiş etdirilib.

Toplantıda paytaxtın hər bir rayon icra hakimiyyəti başçısının rayon ərazisindəki bütün məsələlərlə bağlı şəxsi məsuliyyət daşıdıqları vurğulanıb və bildirilib ki, RİH-in qanunsuz tikintilərə qarşı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma Nəzarəti şöbəsi ilə birgə fəal əməkdaşlıq etməlidirlər.

Müşavirədə ərazisində daha çox qanunsuz hallara yol verilmiş bəzi icra hakimiyyəti başçılarına ciddi xəbərdarlıq edilib, qanunsuz tikinti halların qarşısının alınması ilə bağlı təcili və təxirəsalınmaz tədbirlərin görülərək bu barədə 2 ay müddətində hesabat verilməsi tapşırılıb.

Müşavirədə həmçinin yaz mövsümü ilə əlaqədar şəhərdəki park, istirahət bağları, “Abad məhəllə”lərdə cari təmirlərin aparılması, ağac və yaşıllıqlara qulluq göstərilməsinə nəzarətin artırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Bizimlə əlaqə saxlayın
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ceyms Hippi: “NATO müharibəyə müdaxilə edə bilər”
Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə edəcəyi iddiası iki gündür dünya mediasının manşetlərindən düşmür.

Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippi kimyəvi silahların qırmızı xətt olduğuna diqqət çəkərək, belə bir vəziyyətdə NATO-nun münasibətinin dəyişə biləcəyini iddia edib.

Bu barədə o, “BBC Radio 4”ün “Today” proqramında açıqlayıb. Onun sözlərinə görə, belə halda NATO-nun müharibəyə müdaxiləsi baş tuta bilər.

“Müharibədə iştirak etməyəcəyini təkid edən NATO münaqişəyə müdaxilə etməli olarsa, müharibədə bütün balansların dəyişməsi mümkündür”, - deyə o qeyd edib.

Mənbə: Hürriyet

Bizimlə əlaqə saxlayın
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Boks millimiz Avropa çempionatına yola düşdü
22 yaşadək (U-22) boksçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında iştirak üçün Xorvatiyaya yollanıb.

Zamantv.az xəbər verir ki, yığma 13-23 mart tarixlərində Poreç şəhərində keçiriləcək qitə birinciliyində yeddi idmançı ilə təmsil olunacaq.

Millinin böyük məşqçisi Nəriman Abdullayev U-22-lərin Avropa çempionatında Nicat Hüseynov (-51 kq), Ruslan Qədirov (-54 kq), Maqsud Xasmetov (-57 kq), Cəlal Qurbanov (-63,5 kq), Nəbi İsgəndərov (-67 kq), Mirşərif Kazımzadə (-75 kq) və Murad Allahverdiyevə (-80 kq) şans verəcək. Çempionatda beynəlxalq dərəcəli referimiz Anar Babanlı da hakimlər sırasında yer alacaq.

Komandaya İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edir. Yığma Bakıya martın 25-də qayıdacaq.

Qeyd edək ki, 13 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatının püşkü sabah atılacaq.

Bizimlə əlaqə saxlayın
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya qoşunları İvano-Frankovsk şəhərini atəşə tutdu
İvano-Frankovsk səhəri partlayışlarla açıb. Rusiya ordusu Ukraynaya genişmiqyaslı hərbi əməliyyatlar başlayandan bəri şəhərə ikinci dəfə hücum edib.

Qurbanlar və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

Qeyd edək ki, İvano-Frankovsk vilayəti Ukraynanın qərbində, Rumıniya ilə sərhəddə yerləşir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO