[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabahdan ÇÖRƏK bu qiymətə satılacaq - "NUR" şirkətinin rəhbərindən AÇIQLAMA
Yen il gələr-gəlməz artıq bəzi məhsullarda qiymət artımı müşahidə olunmağa başlayıb. Bir neçə gün əvvəl vətəndaşlar unun bahalaşması ilə bağlı sosial şəbəkələrdə şikayətlər bildiriblər. Hətta çörəyin də qiymətinin artdığını deyənlər var. Bəs unun bahalaşması çörəyin qiymətinə necə təsir edəcək?

Zamantv.az xəbər verir ki, məsələ ilə bağlı Sonxeber.az-a "NUR" çörək zavodunun rəhbəri Söhrab Cabbarov açıqlama verib. O, çörəyin qiymətinin artmasını təsdiqləyərək bildirib ki, çörəyin qiyməti sabahdan 0.65 AZN olacaq:

"Bizdə indiyədək qiymət artımı olmamışdı. Lakin sabahdan "NUR" çörəyi artıq dövlət tərəfindən tənzimlənən bir qiymətə satılacaq. Bu günə qədər 0.50 AZN-ə olan çörək yanvar ayının 6-dan 0.65AZN-ə satılacaq. Bazarda qiymət 40 faiz artıb. Zavodlar tərəfindən müəyyən güzəştlər olunduğu üçün biz 40 deyil, 30 faiz əlavə edəcəyik".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qiymətlər kəllə-çarxa vurub" - Deputat hökumətə SƏSLƏNDİ
"Maaşların, təqaüdlərin və pensiyaların hazırki məbləği ölkədəki qiymət artımları ilə adekvat deyil". Zamantv.az : - Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Millət vəkilinin sözlərinə görə, pensiya və maaşlardakı artımın nə qədər olmasından asılı olmayaraq bazarda qiymətlər daha sürətlə qalxır.

"Necə deyərlər qiymətlər kəllə-çarxa vurub. Düzdür, qiymət artımı dünyada gedən proseslərlə bağlıdır. Lakin əhalinin alıcılıq qabiliyyəti aşağı düşəndə ciddi iqtisadi böhrana gətirib çıxaracaq. Ona görə də bu məsələ üzərində hökumət çox ciddi şəkildə düşünməlidir. Hökumət təcili şəkildə vətəndaşın vəziyyətini yüngülləşdirən addımlar atmalıdır. Əks halda böyük narazılıq elementləri üzə çıxa bilər. Ötən ildən bəri dünya bazarında ərzaq məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunur. Lakin ötən il hökumət subsidiyalarla unun və çörəyin qiymətinin bahalaşmasının qarşısını ala bildi. Lakin bu il iqtisadi çətinliklər yaratdığına görə bu addım atılmadı”.

Fazil Mustafa bildirdi ki, əhalinin vacib ərzaq məhsullarını alması və vəziyyətinin yaxşılaşdırılması üçün fərqli addımlar atılmalıdır:

“İlk növbədə pensiya və maaşların məbləği qiymət artımına adekvat olmalıdır. Digər tərəfdən yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin edilməsi həll olunmalıdır. Özəl sektora yaradılan süni maneələr aradan qalxmalıdır. Tikinti sektoru hazırda dayanıb. İstehsalla bağlı vəziyyət elədir ki, sahibkarlar ölkədən qaçır. İş görməyə o qədər maneələr var ki, heç kim bu sahəyə yaxınlaşmaq istəmir. Çünki heç bir təminat da yoxdur. Ona görə də qiymətlərin azaldılması istiqamətində işlər görülməlidir. Çörək, un, düyü və digər gündəlik tələbat məhsullarının qiymətinin bahalaşmasının qarşısını almaq üçün konkret və inandırıcı tədbirlər görülməlidir. Əks halda sosial narazılıq artacaq. Təxribatçılar isə bu vəziyyətdən sui-istifadə edəcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir Şərifovun bacısı qızının yerinə onu təyin etdi
Təhsil naziri Emin Əmrullayev 189-190 nömrəli tam orta məktəbə direktor əvəzi təyin edib.
Zamantv.az : - Qaynarinfo.az-a istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə ötən ay baş nazirin sabiq müavini Abid Şərifovun bacısı qızı, məktəbdə xərcləri təmin etmək üçün valideynlərdən pul yığılması ilə bağlı yayılan səs yazısına görə işdən çıxarılan Ceyran Quliyevanın yerinə məktəbin direktor əvəzi Rəşad Alcanov təyin olunub.
Qeyd edək ki, R.Alcanov bundan əvvəl də Bakıda qalmaqalla işdən çıxarılan bir neçə məktəb direktorun yerinə təyinat alıb.
Nazir Şərifovun bacısı qızının yerinə onu təyin etdi
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağstafadakı qətlin TƏFƏRRÜATI
Ağstafa rayon prokurorluğu məlumat yayıb.

Ağstafa rayonu, Dağkəsəmən kənd sakini 1984-cü il təvəllüdlü Elvin Abdullayevin yaşadığı evdə öldürülməsi barədə yanvarın 4-ü saat 12 radələrində rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla zərərçəkmişin arvadı 1985-ci il təvəllüdlü Aynur Abdullayevanın yanvarın 3-ü saat 05 radələrində birlikdə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə Elvin Abdullayevin baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Aynur Abdullayeva təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda oğurlanmış iki yaşlı körpə tapıldı? - AÇIQLAMA
Ötən il dekabrın sonlarında Bakıda naməlum qadının iki yaşlı Məhəmməd adlı uşağı qaçırdığına dair məlumat vermişdik.

Zamantv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınmışdı.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Sabunçu RPİ istintaq şöbəsində cinayət işi başlayıb:

“İntensiv əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bank kartlarından oğurluqlar artıb! – “Bəzi bankların təhlükəsizliyi zəifdir”
Zamantv.az : - Xəbər verdiyimiz kimi, ötənlərdə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycanda iki şəxsin bank kartlarından oğurluq edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 27-də Bakı şəhər sakini Z.Yusifovun bank hesabından 1 593 manat pul oğurlamaqda şübhəli bilinən V.Məmmədov müəyyən edilərək saxlanılıb. Digər məlumata görə, dekabrın 28-də Tovuz rayon sakini V.Əhmədovun bank hesabından 500 manat pul oğurlamaqda şübhəli bilinən F.Qənbərli müəyyən edilərək saxlanılıb.

Dünyanın bir çox ölkəsində kibercinayətkarlığa qarşı mübarizə aparılır. Fırıldaqçılıq halları son illərdə ölkəmizdə də müşahidə edilməyə başlayıb. Dələduzlar bank kartı məlumatlarını oğurlamaq üçün müxtəlif üsullara əl atırlar. Daha çox bank müştərilərini aldadaraq onların pullarını internet üzərindən ələ keçirməyi bacarırlar.

“Sherg.az”a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, Mərkəzi Bank nəzarəti gücləndirməlidir:

“Vətəndaşların bank kartından pul oğurlanması həm vətəndaşdan, həm də bankdan asılıdır. Məsləhət görürəm ki, bank istifadəçisi şifrəsini, pin kodunu heç kəsə deməsin.

Banklarda belə bir sistem var ki müştərinin kartından pul silinməzdən əvvəl telefonuna SMS gəlir. Əgər vətəndaş əməliyyatın icra olunmağını istəyirsə, təsdiq verməlidir, istəmirsə, rədd etməli və banka əməliyyat üçün müraciət etmədiyini bildirməlidir. Bu sistemdən istifadə etməyi hər kəsə tövsiyə edirəm.

Digər tərəfdən bəzi vətəndaşlar bütün lazımi tədbirləri gördüklərini söyləyirlər, lakin yenə də vətəndaşların bank hesablarından vəsaitlər oğurlanır. Artıq burada günahkar bankdır.

Qeyd etmək istəyirəm ki, Azərbaycan banklarının əksəriyyətində informasiya təhlükəsizliyi çox zəifdir. Hakerlər isə çox güclüdürlər. Zəif bank sistemlərinə daxil olaraq pul oğurlamaq onlar üçün asandır. Belə hadisələrin qarşısını almaq üçün bankların başlıca vəzifəsi möhkəm sistem yaratmaqdır.

Baş vermiş bir situasiyadan bəhs etmək istəyirəm. Deməli, ötən il Azərbaycan vətəndaşının kartında avqust ayından noyabra qədər 100-dən çox əməliyyat icra olunub.

Bankın müştərisi SMS sisteminə qoşulsa da, əməliyyat icra olunarkən ona sms gəlməyib. Bankdan isə bildirilib ki, SMS daim göndərilir. Məhkəmələrin əksəriyyətinin bu barədə anlayışı olmadığı üçün bir qayda olaraq, bankın tərəfini tuturlar. Proses hələ bitməyib. Əgər vətəndaşın əleyhinə qərar qəbul edilərsə, məhkəmənin qərarını dərc edəcəyəm.

Qoy, hamı görsün. Vətəndaş tələb olunan hər şeyi edir, lakin bankın təhlükəsizlik sistemi pis işləyirsə, bunun günahkarı vətəndaş olur”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hökumət un və çörəyin bahalaşmasını dayandıra bilər: - Ekspert yol təklif etdi
Zamantv.az : - Artıq bir neçə gündür ki, ölkədə un məhsullarının, o cümlədən çörəyin bahalaşmasıyla bağlı xəbərlər yayılır.

Səbəb olaraq əsasən dünyada ərzaq məhsulların qiymətinin kəskin artmasının ərzaqlıq buğdanın qiymətinə də təsirsiz ötüşməməsi göstərilir.

Mövcud vəziyyətlə bağlı Azərbaycanın iri un və çörək istehsalçıları müraciət yayıb. İstehsalçılar müraciətdə qeyd edib ki, hesablamalara görə, uyğunlaşmanın nəticəsi olaraq,

50 kq-lıq bir kisə unun topdansatış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur.

Qeyd edək ki, bu gün ölkədə ərzaq məhsullarının qiyməti kifayət qədər yüksəkdir və çörəyin də bahalaşması ailə büdcəsinə xeyli ziyan vuracaq.

Çörəyin bahalaşması digər sahələrdə də yenidən bahalaşmalara təkan verəcəkmi və mövcud vəziyyətdən çıxış yolu nədir? DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirdi ki, unun bahalaşması ilə bağlı məsələyə iki aspektdən baxmaqda fayda var:

“Çörək psixoloji bir məhsul növüdür və qiymətinin bahalaşması digər məhsulların qiymətinin bahalaşması üçün zəmin formalaşdırır. Bu, eyni zamanda cəmiyyətin özünü qiymət bahalaşmasına hazırlığını təmin edən bir proses kimi ortaya çıxır. Ancaq uzun müddətdir ki, faktiki olaraq hökumət tərəfindən istifadə edilən bir alətdir. Əslində digər sahələrdə hökumətin özünün qəbul etdiyi qərarlar nəticəsində ailə büdcəsinə dəyən zərər çörəyin bahalaşmasından dəyən zərərdən daha çoxdur.

Təkcə suyun qiymətinin artırılması nəticəsində 1 nəfər üçün aylıq xərc yükü 3 manat artıb və dörd nəfərlik ailə büdcəsində bu 13 manat edir. Ancaq bundan sonrakı dövrdə çörək 20 faiz bahalaşarsa, 4 nəfərlik ailədə təxminən 6 manat əlavə xərc yükü formalaşdırılır. Göründüyü kimi, əslində çörəyin qiyməti ilə bir manipulyasiyanın olduğunu düşünürəm. Çünki çörəyin qiymətinin altında çox sayda digər məsələlər arxada qalır. Sadəcə çörəyin qiyməti ilə müəyyən bir tarazlığı təmin etməyə çalışırlar. Bütün digər istiqamətlərdə yaranmış təzyiqi bununla neytrallaşdırırlar”.

Ekspert düşünür ki, indiki şərtlər ailə büdcəsi üçün əlavə maliyyə, xərc yükü formalaşdırır və psixoloji təzyiq, digər məhsulların bahalaşması üçün imkanlar yaradır:

“Ancaq eyni zamanda daha yaxşı olar ki, hökumət çörəkdə ortaya qoyduğu mövcud həssaslığı digər məsələlərdə də ortaya qoysun. Nəzərə almaq lazımdır ki, unun qiymətinin bahalaşması, çörəyin qiymətinə təsirinin neytrallaşdırılması sadəcə bir neçə məhsul növü üzrədir. Digər bütün çörək növləri və un məmulatları onsuz da bahalaşıb və hökumət bunun qarşısını almır. Əhalinin istehlak səbətində kiçik payı olan bir məhsul növü üzrə cəhd ortaya qoyulur, nəticədə isə digər məsələlər onun kölgəsində qalır”.

Ekspert deyib ki, hazırda taxılın topdansatışı, idxalı prosesində subsidiyalaşma var:

“Həmçinin çörək istehsalı ƏDV-dən azaddır. Demək olar ki, bu istiqamətdə hökumətin əlində olan imkanlar tükənir, alətlər azalır. Azərbaycan idxaldan asılıdır və insan qidası üçün lazım olan taxılın 95 faizini idxal edirik. Dünya bazarlarında taxılın qiymətləri sürətlə bahalaşmaqdadır ki, buna pandemiya, nəqliyyat xərclərinin artması və digər səbəblər təsir göstərir. Biz həmin bahalaşmanı idxal vasitəsilə Azərbaycana gətirmiş oluruq və hökumətin indiki halda ortaya qoyacağı mövqe, qısamüddətli həll subsidiya məbləğlərinin yenidən gözdən keçirilməsi olmalıdır. Çalışmaq lazımdır ki, optimal vəziyyət təmin edilsin.

Bir var ki, çörək üçün istifadə edilən un məmulatları, bir də digər məqsədlərlə, lüks kateqoriyalı şirniyyat məhsullarının istehsalı üçün istifadə edilən unu hökumət subsidiyalaşdırmalıdır? Niyə bunun əvəzini hansısa sıravi vətəndaş ödəməlidir, hansı ki, həyatı boyu həmin kateqoriyalı məhsulu istehlak etməyib. Məsələn, aztəminatlı ailələrin istifadə etdiyi makaron kimi məhsullar üçün un istehlakının qiymətlərinin subsidiyalaşdırılması daha məntiqli yanaşmadır, nəinki bütüövlükdə unun. Buna görə də tarazlığı tapmaq lazımdır”.

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar