Qılıncoynatma üzrə üçqat Olimpiya çempionu Aleksandra Zabelina 85 yaşında vəfat edib.
Zamantv.az Rusiya mediasına istinadla bildirir ki, Zabelinanın ölüm səbəbi açıqlanmır.
Zabelina SSRİ yığmasının tərkibində üç dəfə Olimpiya oyunlarının qalibi olub. 1960, 1968 və 1972-ci il olimpiadalarında qızıl medal qazanıb.
Zabelina sovet idmanı tarixində fərdi çempionatda qılıncoynatma üzrə ilk dünya çempionudur. Doqquz dəfə Dünya Çempionatının, üç dəfə Avropa Kubokunun qalibi olub.
Zabelina 23 dəfə fqılıncoynatma üzrə SSRİ çempionatının qalibi olub. SSRİ-nin əməkdar idman ustası adına layiq görülüb.
Zamantv.az