[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğan Fələstini əmin etdi: İsraillə əlaqələr...


İsrail ilə əlaqələrimiz istiqamətində atılan addımlar Fələstin məsələsindəki dəstəyimizi heç bir şəkildə azaltmayacaq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Fələstin lideri Mahmud Abbasla görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

"Qüds və Əqsa məscidinin statusunu dəyişdirməyə yönəlmiş hərəkətləri heç bir qəbul etmirik. Həssaslığımızı israilli həmkarlarımıza da çatdırdıq" , - Ərdoğan bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xırdalanda məktəbli formaları ilə bağlı narahatlıq: Satış niyə bir nöqtədə aparılır? - VİDEO


Artıq yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Amma Xırdalan sakinləri məktəbli formalarının tapılmamasından şikayətlənirlər.

Buna səbəb isə formaların satışının yalnız bir nötqtədə olmasıdır.

Valideynlər bildirir ki, məktəb direktoru onlara formaları həmin məntəqədən almağı tapşırıb.

Sahibkar Məzahir İsmayılov isə bu məsələnin müəllimlər və direktor arasında olduğunu deyib.

Daha ətraflı BAKU.TV-nin süjetində:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR


“Bakı Metropoliteni”nin şərti adı “Xocahəsən” olan elektrik deposu və yerüstü metro stansiyasında tikinti işləri başa çatıb.

Xeberekspress.az “Report”a istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda stansiya və depoda təchizat, quraşdırma və istehsalat işləri aparılır:

“Artıq stansiya və depoda bu işlər paralel aparılır, tamamlanma işləri görülür. Sərnişin stansiyası və elektrik deposu bu ilin sonuna qədər istifadəyə veriləcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
UEFA bu futbol klublarına sanksiyalar tətbiq edəcək


Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) köhnə qitənin 10 böyük klubuna qarşı sanksiyalar paketi təqdim etməyə hazırlaşır.

Sanskiyalar maliyyə feyr-pleyinin pozulmasına görə cəza kimi nəzərdə tutulub.

Daha əvvəl Fransada PSJ və “Marsel”ə qarşı bu sanksiyaların tətbiq ediləcəyi bildirilib. Hazırda klubların siyahısı genişlənir. Belə ki, İspaniyanın “Barselona”, İtaliyanın “Yuventus”, “İnter” və “Roma”, həmçinin İngiltərənin “Arsenal” klubları da sanksiyalara məruz qala bilər.

Bildirildiyinə görə, bütün sanksiyalar maliyyə xarakterli olacaq və klublarla razılaşdırılacaq. Lakin klublardan biri razı olmasa, UEFA-nın birtərəfli qaydada qərar vermək hüququ olacaq.

Daha 10 klubun maliyyə feyr-pleyinə görə cəzalandırıla biləcəyi qeyd edilir. Lakin onlar hələ müşahidə altındadır və ötən mövsüm üçün yenilənmiş maliyyə hesabatlarını təqdim etməlidirlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Quba rayon Psixonevroloji Reabilitasiya Mərkəzinin ŞÜBHƏLİ TENDER ORTAĞI - DETALLAR


Quba rayon Psixonevroloji Reabilitasiya Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Xalqxeber.az -ın xəbərinə görə, yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Ciara Trend” MMC (VÖEN- 1007613291) olub.

Quba rayon Psixonevroloji Reabilitasiya Mərkəzi abadlaşdırma xidmətləri üçün “Ciara Trend” MMC-yə 14 min 980 manat, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyim mallarının satın alınması üçün isə 24 min 960 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, 39 min 940 manatlıq tender müsabiqəsinin qalibi olan “Ciara Trend” MMC tender elanından təxminən 2 ay əvvəl dövlət qeydiyyatına alınıb.

Quba rayon Psixonevroloji Reabilitasiya Mərkəzi tender elanını 03.08.2022-ci il tarixində elan edib. Qalib şirkət isə 31.05.2022-ci il tarixində qeydiyyata alınıb.

Onu da qeyd edək ki, cəmi 2 ay əvvəl yaranan bu şirkət artıq 2 tenderin də qalibi olmağı bacarıb. İlk tender müsabiqəsini dövlət qeydiyyatına alındıqdan təxminən bir ay sonra qazanıb. “Ciara Trend” MMC son 2 ayda Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 60 min 390 manatlıq, Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin isə 15 min 950 manat 10 qəpiklik tenderlərini udub.

Maraqlıdır ki, cəmi bir ay əvvəl yaranan şirkət Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinə laboratoriya üçün kimyəvi maddələr və avadanlıqlar satır. Xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün cəmi bir ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Nizamnamə kapitalı 10 manat olan “Ciara Trend” MMC -nin hüquqi ünvanı “Binəqədil rayonu, Mikrorayon 7, ev 11B”-də yerləşir. Qanuni təmsilçisi isə Fətullayev Romal Şakir oğludur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cəlilabadda əki sahələri ŞOR SU İLƏ SUVARILIR... - NARAZILIQ VAR!


Cəlilabad rayonun bir neçə kəndində pambıq sahələri susuz qalıb.

Bu barədə "Report"un Muğan bürosuna Cəlilabad rayonunun muğan hissəsində yerləşən kəndlərin bir neçə fermeri müraciət edib.

Onların bildirdiyinə görə, pambığın sahələrinin hal-hazırda suya ehtiyacı yaranıb:

"Biz sahəni suvarmağa su tapmırıq. Su olmasa, bu il məhsuldarlıq kəskin şəkildə aşağı düşə bilər. Məcbur qalıb sahələri şor su ilə suvarmışıq. Bu da torpağın keyfiyyətinin məhv olmasına gətirib çıxaracaq.

Məsələ ilə bağlı Cəlilabad Suvarma Sistemləri İdarəsindən bildirilildi ki, rayona gələn su kanalına buraxılan suyun miqdarı azaldığı üçün bu problem yaranıb.

Qeyd edək ki, ötən il Cəlilabadda 500 hektar sahədə pambıq əkilsədə, bu il sahə 100 hektara qədər azalıb.

"Report"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəmaləddin Heydərov məşhur generalları işdən çıxardı - YENİ TƏYİNATLAR


Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişiklikləri baş tutub.

Millitv.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Şahmar Paşayev tutduğu vəzifəsindən azad edilərək, FHN-in Bakı Regional Mərkəzinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə, FHN-in Bakı Regional Mərkəzinin rəisi, general-mayor Etibar İsmayılov vəzifəsindən azad edilərək, FHN-in Xüsusi Riskli Xilasetmə xidmətinin rəisi təyin edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi


Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti əsnasında iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.


Bu ilin iyun ayında ali səviyyəli görüşlərin yekunlarına əsasən əldə olunmuş razılaşmaların reallaşmasında nəzərəçarpacaq tərəqqi məmnunluqla qeyd edilib.

Avqustun əvvəlində Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasının, Özbəkistan, Azərbaycan və Türkiyənin xarici işlər, ticarət və nəqliyyat nazirlərinin birinci görüşünün səmərəli olduğu vurğulanıb.

Bildirilib ki, cari ildə qarşılıqlı əmtəə dövriyyəsi 70 faiz artıb, kənd təsərrüfatı, ipəkçilik və toxuculuq sənayesi, maşınqayırma, kimya və digər sahələrdə birgə kooperasiya layihələrinin həyata keçirilməsinə başlanılıb. Qeyd edilib ki, Özbəkistan-Azərbaycan investisiya fondunun tezliklə fəaliyyətə başlaması üzrə iş aparılır və mədəni-humanitar mübadilə genişlənir.

Dövlət başçıları praktiki qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə tərəfdar olduqlarını bildiriblər. Bu baxımdan cari ilin payızında Regionların Forumunu və iki ölkənin sənaye potensialı sərgisini keçirməyin vacibliyi qeyd edilib.

Telefon söhbəti zamanı regional gündəliyə dair fikir mübadiləsi də aparılıb. Qarşıdakı çoxtərəfli görüşlərin, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatının və Türk Dövlətləri Təşkilatının Səmərqənddə baş tutacaq zirvə görüşlərinin qrafiki və gündəliyi nəzərdən keçirilib.

Özbəkistan və Azərbaycan prezidentlərinin telefon söhbəti ənənəvi açıq, səmimi və dostluq şəraitində keçib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həbsxanada oturub, Bakıda restoranlar işlədir – Saxta içki ilə iki nəfəri öldürən şəxsi kim himayə edir? – SENSASİYA


Bir müddət əvvəl Bakıda tanınmış meyxanaçı Aqşin Fatehin işlətdiyi “ByFateh1” restoranında baş verən insidentdən yazmışdıq. Yazıda qeyd olunurdu ki, restoranda A.Fatehlə şəriki Füzuli Alıyev arasında narazılıq yaranıb və dava da bu səbəbdən baş verib.

Narazılığın səbəbinə gəlincə, Aqşin Fatehlə Kamal ləqəbli Füzuli Alıyev ötən ilin payızında şərik restoran açıblar, amma bəlli olmayan səbəbdən aprelin əvvəlindən F.Alıyev A.Fatehi restorana buraxdırmayıb və onlar arasında mübahisə yaranıb, şəriklik müqaviləsinə xitam verilib. Bu il aprelin 17-də isə A.Fateh təhvil-təslim üçün restorana gedib və tərəflər arasında dava düşüb. Restoranı işlədənlər “102” xidmətinə və Binəqədi rayon Polis İdarəsinin 5-cı Polis Bölməsinə şikayət ediblər.

Onlar iddia ediblər ki, A.Fateh bir neçə idmançıyla restorana hücum çəkib, əllərində bıçaqla onları hədələyiblər, zor tətbiq ediblər. Bu zaman restoranda gül satan qız isə zədələnib. Qarşı tərəf bunun böhtan olduğunu, onlara məxsus əşyaları mənimsəmək üçün və qisas məqsədi ilə belə bir şikayət verildiyini bildirib. Məsələ ilə bağlı 6-cı Polis Bölməsi şikayətçilərin iddialarının əsassız olmasını, heç bir sübut olmadığını əsas gətirərək şikayəti rədd edib.


Bu hadisənin detalları, həm də yazıda adı hallanan Füzuli Alıyev barəsində Bakupost.az-a ilginc məlumatlar daxil olub.

Hazırda həbsdə olan Füzuli Alıyev kimdir və həbsxanaya hansı səbəbdən düşüb? Füzuli Alıyev həbsdə ola-ola şəhərdəki prestijli restoranları necə idarə edir?

Bu suallar ətrafında apardığımız araşdırma zamanı maraqlı detallar üzə çıxdı. Aydın oldu ki, Füzuli Alıyev yalnız Aqşin Fatehlə deyil, digər şərikləri ilə də problemlər yaşayıb, kriminal dillə desək, onlara da “atıb”. Hər halda Füzuli Alıyevin keçmiş şəriklərindən olan Nuru Qurbanov dediklərindən belə anlaşılır:

“Bu işdə adı hallandırılan İlqar Əliyevin Moskvada Füzuli Alıyevlə yaxın münasibəti olub. İlqar Moskvadan gələndən sonra onunla görüşüb. Təklif edib ki, bir restoran işi var, gəl bir yerdə başlayaq. Razılaşıblar və bir yerdə işləməyə başlayıblar. Sonra elə oldu ki, Füzuli Alıyevin “Baku City” restoranında saxta spirtli içkidən ölüm hadisəsi baş verdi və onu həbs etdilər”.

Bu yerdə qısaca olaraq, adı müxtəlif qalmaqallarda hallanan Füzuli Alıyevin həbsi barədə bəzi məlumatları xatırlatmaq yerinə düşərdi. Qeyd edək ki, onun həbsi ölkədə böyük səs-küyə səbəb olan cinayət işi ilə bağlı idi. Belə ki, Füzuli Alıyevin Tibilisi prospektində yerləşən “Baku City” restoranında müştərilərə saxta içki verilməsi nəticəsində iki nəfər – Hacıqabul rayonu, Nəvahi kəndi sakini Ü.Qurbanov və Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin böyük müstəntiqi, baş leytenant Sərxan Bayramov dünyasını dəyişiblər. İkincinin dostu isə Cəlal Həmzəyev isə zəhərli içkinin təsirindən tamamilə kor olub.

Onu da qeyd edək ki, zərərçəkənlər Füzuli Alıyevin “Baku City” restoranında “Chivas Regal 12” viskisi qəbul ediblər və məhz bu içki 2 nəfərin ölümü, bir nəfərin isə şikəst olması ilə nəticələnib. Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında aparılmış “Chivas Regal 12” nümunəsinin təhlili nəticəsində güclü zəhərli təsir göstərən metil spirtinin tərkibinin icazə verilən normadan (76,6%) dəfələrlə çox olması səbəbindən içkilərin sağlamlıq üçün təhlükəli olduğu müəyyən edilib.

Məhz bu səbəbdən Füzuli Alıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1 və 314.2 maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. O da maraqlıdır ki, baş vermiş ölüm hadisələri ilə əlaqədar olaraq, “Baku City” restoranın fəaliyyəti dayandırılsa da, bir müddət sonra restoran yenidən oranın işçisi Yetər Əliyevanın adı altında fəaliyyətini davam etdirməyə başlayıb.

İndisə Füzuli Alıyevlə digər şərik arasında baş verənlərə qayıdaq. Nuru Qurbanov deyir ki, Füzuli həbs olunduqdan sonra o, pandemiya ərəfəsində “Everest” restoranına sərmayə qoyub, daha sonra restoranın adını dəyişib “Baku Music Hall” qoyublar:

“Füzuli həbsxanada ikən İlqar Əliyev ora 140-150 min arası xərc qoydu. Restoran isə sənədlərdə mənim adıma gedirdi. Sonra oranı işlətməyə başladıq. Düşünürdüm ki, Füzuli həbsdən çıxandan sonra təmirə qoyduğum pulun yarısını verər. Elə oldu ki, 2021-ci ilin noyabr ayında Aqşin Fateh ora gəldi. Füzulinin qardaşı Kəmaləddin həmin vaxt ora nəzarət edirdi. Bizim xəbərimiz olmadan Kəmaləddin Aqşin Fatehi şərik gətirdi. Başladıq onunla birlikdə işləməyə. Kəmaləddin bizə dedi ki, Aqşin Fateh şou aləmində tanınmış adamdı, ona görə gətirib. İş gedən vaxtlarda hər şeyə Aqşinlə Kəmaləddin nəzarət edirdi. İlqar həmin vaxt Moskvada idi. Bakıya gələndən sonra Aqşinlə tanış oldu”.
Həbsxanada oturub, Bakıda restoranlar işlədir – Saxta içki ilə iki nəfəri öldürən şəxsi kim himayə edir? – SENSASİYA

Füzuli Alıyevin qardaşı Kəmaləddin Alıyev

Müsahibimiz deyir ki, bundan bir ay sonra onların xəbəri olmadan kassadan pul götürülüb: “Füzuli (ləqəbi “Kamal”dır- red.) həbsxanadan zəng edib pul istəyib. Həbsxananın “nadzor”u gəlib 5 min manat məbləğində pulu götürüb. Kassir də onların öz adamıdır. Bunu bizə xəbər vermədən ediblər. Bundan sonra Aqşin Fatehlə Füzuli Alıyev arasında mübahisə başladı. Bundan sonra İlqar bu işdən uzaqlaşmaq istədi. Beləd də oldu: hər şeyi orada qoyub çıxdıq. İlqar dedi ki, Füzuli həbsxanadan çıxar, onunla görüşüb söhbətimizi edərik. Buna baxmayaraq, Füzuli həbsxanadan göstərişlər verirdi, işçi qrafiki qururdu, işçilərlə əlaqə saxlayırdı. Hətta vəziyyətlə bağlı xadimə ilə də əlaqə saxlayırdı. Bir sözlə, Füzuli Alıyev həbsxanadan restoranın işinə tam nəzarət edirdi. Biz ordan çıxanda obyekt sahibilə mənim aramda olan icarə müqaviləsinə xitam verdik. Aprelin 15-də Füzuli Alıyevin tapşırığı ilə obyekt sahibi və Füzulinin xalası oğlu arasında müqavilə bağlandı”.

Nuru Qurbanovun sözlərinə görə, müqavilə bağlanan günü Füzuli Alıyev işçilərini göndərərək, restoranın qarşısında Aqşin Fatehin adına olan reklamı sökdürüb: “Aqşin də gəlib gördü ki, reklamını sökürlər, ona çox pis təsir etdi. Həmin vaxt arada mübahisə oldu. Daha sonra mediada yazdırdı ki, İlqarın mənə borcu var, orada yeyinti ediblər. 2 milyona yaxın şişirtmə rəqəmdən danışır. Həmin müddətdə Füzulinin qardaşı Kəmaləddin orada hər şeyə, eləcə də pula nəzarət edirdi. Bu yaxınlarda mediada yazıblar ki, guya, pandemiya dövründə dövlət bizə 35 min manat yardım edib. Lakin heç bir yardım olunmayıb. Bunların hamısı cəfəngiyyat, yalan üzərində qurulmuş bir oyundur”.

Müsahibimiz deyir ki, qardaşlar öz oyunlarını şər-böhtanla davam etdirmək istəyirlər.

Nuru Qurbanovun sözlərinə görə, ona və Aqşin Fatehə qədər Füzuli Alıyev digər şəriklərini də başına eyni oyunları açıb: “Sonradan mənə məlum oldu ki, Füzuli Alıyev əvvəllər mafiya klub işlədib. Bir nəfərin təklifi və şərikliyilə “Melodiya” adlı restoran açıblar. Həmin şəxs oraya külli miqdarda vəsait qoyub. Bir neçə ay işlədikdən sonra Füzuli Alıyev həmin şəxsə şər-böhtan atıb, hədə-qorxu gəlib və onu restorandan uzaqlaşdırıb. Daha sonra həmin restoranın adını dəyişərək, “Baku City” qoyub. Eyni ssenari üzrə bizi “Baku Music Hall” restoranından uzaqlaşdırdı. Bezdirdi və İlqar xərclədiyi pulları qoyub çıxmağa məcbur oldu. İlqar burada olmadığı müddətdə Füzuli Alıyevin qardaşı Kəmaləddin Alıyev işçilərin, aşpazların əmək haqlarını belə ödəməyib. Onlar da Əmək Müfəttişliyinə şikayət ediblər. Əmək Müfəttişliyi tərəfindən də 4 min manat cərimə olunmuşuq. Füzuli Alıyev indi həmin pulları ödəməkdən imtina edir”.

Qeyd edək ki, Füzuli Alıyevin hazırda Bakıda iki restoranı var. Onlardan biri Tiblisi prospektindəki “Yaşıl Ada” ( keçmiş Baku City) restoranı, digəri də indiki “Baku Music Hall”dır. Sonradan “Baku Music Hall”ın adı dəyişdirilib və restoran “Məktub” adlandırılıb. Məlumatlara görə, “Yaşıl Ada”ya (Baku City) Füzuli Alıyevin qardaşı Kəmaləddin, Baku Music Hall-a isə Vüsal Rəhimov nəzarət edir.

Onu da qeyd edək ki, uzun müddətdir Füzuli Alıyev həbsxananın hospitalında yatır. Lakin məlumatlara görə, onun səhhətində heç bir problem yoxdur.

Maraqlıdır, iki nəfərin ölümü, bir nəfərin isə gözdən əlil olmasına səbəbkar olan Füzuli Alıyev həbsxanada ola-ola bizneslə necə məşğul olur? Həbsxanada mobil telefon və smartfonlar qadağan olunduğu halda o, hər gün dəfələrlə öz işçilərinə necə zəng edir və səsli mesajlar göndərir? Buna həbsxana nəzarətçiləri, yoxsa Kürdəxanı təcridxanasının rəhbərliyi şərait yaradır?

Suallar çoxdur. Biz də elə bu saysız-hesabsız suallara aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə sorğu ilə müraciət etdik. Lakin təəssüf ki, sorğumuza olduqca qeyri-müəyyən bir cavab aldıq. Bizə göndərilən mətndə yuxarıda sadaladığımız konkret sualların heç birinə cavab tapa bilmədik. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin bakupozt.az-ın sorğusuna verdiyi cavabı olduğu kimi təqdim edirik:
Həbsxanada oturub, Bakıda restoranlar işlədir – Saxta içki ilə iki nəfəri öldürən şəxsi kim himayə edir? – SENSASİYA

“Müraciətinizə uyğun olaraq bildirmək istərdik ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsininin 16-cı maddəsinə (Cəzanın icra edildiyi yer barədə məlumat verilməsi) əsasən, cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkumun razılığı ilə onun ailəsinə və ya yaxın qohumlarından birinə, yaxud məhkumun göstərdiyi şəxsə ona təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə məlumat verməlidir və müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin razılığı ilə onlar barəsində cəzanı icra edən müəssisə və ya orqan onların dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq nümayəndəliklərinə, habelə onlara himayədarlığı öz üzərinə götürmüş beynəlxalq təşkilatlara dərhal məlumat verir. O cümlədən qeyd etmək istərdik ki, həbs edilmiş və azadlıqdan məhrum edilmiş şəxslərin sağlamlığı ilə bağlı məsələlərlə əlaqədar olaraq aidiyyəti üzrə bu işə məsğul olan quruma – Tibb baş idarəsinə müraciıət edilməlidir”.

Cavabdan belə aydın olur ki, məhkumla bağlı yalnız onun yaxınlarına, əcnəbi vətəndaş olduqda isə həmdə onun vətəndaşı olduğu ölkənin diplomatik nümayəndəliyinə məlumat verilə bilər. Ancaq iş burasındadır ki, Füzuli Alıyevlə bağlı situasiya fərqlidir. Restoran biznesi ilə məşğul olan bu şəxsin cinayət törətdiyi, istehlakçı hüquqlarını kobud şəkildə pozduğu, müştərilərinə saxta içki təklif etdiyi artıq həm AQTA, həm də hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib və o, layiq olduğu cəzanı alıb. Lakin şahidlər təsdiq edir ki, Füzuli Alıyev yenə də Bakıda iki restoranı idarə edir. Onun köhnə əməllərini yenidən təkrarlamayacağına kim qarantiya verir? Kim qarantiya verir ki, Füzuli Alıyev müştərilərinə yenidən saxta, zəhərli içki təklif edib yeni yeni ölümlərə səbəb olmayacaq?

Təəssüf ki, aidiyyəti qurumlar hələlik bu suallara aydınlıq gətirmək istəmirlər. Ancaq biz mövzunu diqqətdə saxlayacağıq. (Bakupost.az)

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO