[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan-Ermənistan delimitasiya üzrə Komissiyanın növbəti görüşü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB


30 avqust 2022-ci il tarixində Moskva şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci iclası keçirilib.

Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, iclasdan öncə Rusiya Federasiyası Hökümətinin sədri A.Overçuk, Ş.Mustafayev və M.Qriqoryan ilə görüşüb və komissiyaların işinin davam etdirilməsini alqışlayıb.
Tərəflər təşkilati və prosedural məsələləri müzakirə edib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar.


Görüşün yaxşı təşkilinə görə Rusiya tərəfinə minnətdarlıq ifadə edilib.

Üçüncü görüşün razılaşdırımış vaxtda keçirilməsinə dair razılıq təsdiqlənib.

xxx

14:04

Moskvada Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın görüşü keçirilir.

Rusiya xarici işlər nazirliyinin Qəbullar Evində keçirilən görüşdə Azərbaycanı baş nazirinin müavini Şahin Mustafayev təmsil edir. Ermənistan tərəfdən isə görüşdə baş nazirin müavini Mqer Qriqoryan iştirak edir.

Qeyd edək ki, bu, Azərbaycan Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası sayca ikinci görüşdür. İlk görüş bu ilin mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində baş tutub.

Xatırladaq ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyanın görüşü Rusiya tərəfinin məşvərətçi yardımı ilə keçirilir. Mətbuata qapalı keçirilən görüşün yekunları ilə bağlı Rusiya XİN-nin məlumat yayacağı gözlənilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu ölkələr Ruslara viza qadağası tətbiq edilməsinə qarşı çıxıb


Fransa və Almaniya Rusiya vətəndaşlarına Aİ ərazisində turizm vizasının verilməsinin dayandırılması barədə təklifi rədd edib.
Almaniya və Fransa xarici işlər nazirləri Avropa İttifaqının ruslara turizm vizalarına qadağa qoyması təklifinə qarşı çıxış edərək, bunun qeyri-məhsuldar olacağını bildiriblər.


Aİ-nin Şərqi Avropa və Skandinaviyadan olan üzvləri belə bir qadağanı qəti şəkildə dəstəkləyərək, Aİ-yə səyahətin hüquq deyil, imtiyaz olduğunu və ölkələrinin Ukraynanı işğal etdiyi bir vaxtda rusların Avropa çimərliklərində əylənməsinə icazə verilməsinin qəbuledilməz olduğunu bildirib.

"Reuters"in əldə etdiyi Almaniya və Fransanın hələ dərc olunmamış ortaq bəyanatında isə bildirilib ki, bu addım gələcək nəsilləri bir-birindən uzaqlaşdıracaq.

"Biz Rusiya hökumətinin "narrativi"nin qidalanmasının, vahid bayraq ətrafında toplaşmaq və yaxud gələcək nəsilləri bir-birindən uzaqlaşdırmaq kimi gözlənilməz nəticələrin qarşısını almaq üçün viza siyasətimizə qarşı geniş məhdudiyyətlərlə bağlı xəbərdarlıq edirik", ortaq sənəddə qeyd olunub.
Aİ diplomatlarından biri isə deyib ki, bu məsələ ilə bağlı fikir ayrılığı Praqada nazirlərin iki günlük görüşündə viza qadağası ilə bağlı razılaşmanın mümkünsüz olması deməkdir.

Ukrayna xarici işlər naziri Dmitri Kuleba da Avropa ölkələrini Rusiya vətəndaşlarına viza verməməyə çağırıb.

XİN başçısı Kuleba bu barədə "Twitter"də bildirib.

"Aİ-yə səyahət Rusiyanın transformasiyasına heç bir təsir göstərmədi. 2007-ci ildə viza rejiminin sadələşdirilməsindən sonra Moskva Gürcüstana hücum etdi, Ukraynaya qarşı müharibəyə başladı, çoxsaylı cinayətlər törətdi– bunların hamısını xalqın böyük dəstəyi ilə etdi. Rusiyanı dəyişdirmək üçün rus turistlərin üzünə qapını bağlayın", Kuleba deyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aqil Babayevə 173 min manat zəkat vermişəm - Özünü imam adlandıran şəxsin məhkəməsində


Bakı Ağır Cinayətlər Məhkəməsində özünü 12-ci imam kimi təqdim ediərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qalmaqal yaranıb. Təqsirləndirilən şəxs zala daxil olan kimi, zərərçəkmiş şəxslər ayağa qalxaraq onu təhqir edib.
Prosesə sədrlik edən hakim zərərçəkmişlər xəbərdarlıq edərək məhkəmənin qayda-qanunlarına tabe olmağa tələb edib.
Daha sonra "ŞaurmaN1"-in şəriki olmuş, zərərçəkmiş Natiq Sadıqov dindirilib. İttihama görə Natiq Sadıqova bu işlə bağlı 500 min manat ziyan dəyib. Zərərçəkmiş şəxsin dediyinə görə, Aqil Babayevlə tanışlığı 2004-ci ildə başlayıb. Bundan əvvəl də onu din alimi kimi tanıyıb:
" Aqil Babayevin çox güclü dini savadı var. Bizi də elə bu yolla özünə inandırdı. İlk dəfə Bakının Əhmədli qəsəbəsində görüşümüz oldu, sonradan dəfələrlə təşkil etdiyi dini məclislərdə iştirak etdim. Təsəvvür edin ki, buna su aparan adamlar imama su verdikləri üçün fəxr edirdilər. Günlərin birində bizi toplayıb özünün imam olduğunu elan etdi. Hamıya da bildirdi ki, bu sirrin qorunması üçün Allahın tapşırığı var. Biz də fəxr etdik ki, Allah bizə belə bir sirr açıb."
Zərərçəkmiş şəxsin dediyinə görə, Aqil Babayev əvvəllər çox kasıb biri olub. Ona ilk avtomobili də o alıb:
"Aqilin anası qapı təmizləyən, atası da xiyarsatan olub. Onun evini də mən təmir etmişəm. Təsəvvür edin ki, buna da özümə də qiyməti, rəngi eyni olan "Lexus" markalı avtomobil aldım. Ona görə ki, eyni aldım ki, buna çatmayım".
Natiq Sadıqov ifadəsinin davamında ittiham olunan şəxsin göstərişi ilə külli miqdarda zəkat veriyini və müharibə iştirakçılarının yaşayışının yaxşılaşması üçün kömək etdiyini qeyd edib.
"Aqil Babayevin əsas şərti zəkat çıxarmaq idi. Təkcə mən 173 min manat zəkat vermişəm. Bir dəfə də şəhid ailəsi üzvləri üçün ev tikdiyini dedi onda 370 min manat verdim. Hamımız onu böyük kimi qəbul etmişdik. Ona görə də işin üstü açılanda çox sarsıldıq."
Prokurorun "sizi nə sövq edirdi ki, buna səcdə edirdiz" sualına zərərçəkmiş şəxs "Deyirdi ki, mən Allahın nümayəndəsiyəm, kitabını bağlaya bilərəm. Məndə qorxurdum kitabımı bağlayar gedərəm cəhənnəmə. "-deyə cavab verib.
Prokurorun Aqil Babayevin bir möcüzə etməsi ilə rastlaşmısızmı sualına isə zərərçəkmiş " cənab prokuror, inanc başqa şeydir. Başınıza gəlməsə bilmərsiz. Hindistanda da inayə sitayiş edirlər məsələn...".
Zərərçəkmiş sualları cavablandıran zaman Aqil Babayevin ətrafında olan hər kəsə təxəllüs də qoyduğunu deyib. Ona verdiyi təxəllüs isə İbadulla olub.
Zərərçəkmiş şəxs Aqil Babayevin vəkillərini də suallarını cavablandırıb.
Vəkil Elnur Quliyev ilk olaraq zərərçəkmişdən Aqil Babayevin onlara hansı vədlər verdiyini deməsini soruşub:
" Vədi o idi ki, sona qədər onun yanında qalsaq cənnətə gedəcəyik."-deyə zərərçəkmiş suala cavab verib.
Vəkil Əli Hüseynov isə zərərçəkmişə " sizin kimi ziyalı adam atası xiyarsatan adama necə inanıb pul verdi"-deyə sual verib.
Natiq Sadıqov suala " onun məsələyə aidiyyatı yoxdur"- deyə cavab verib.
Vəkil Elnur Quliyevin "Şaurma1" də pay bölgüsü aparılması ilə bağlı sualını isə hakim rədd edib.
Elnur Quliyevin daha bir sualı isə ikinci Qarabağ Müharibəsində şəhid olan ailələrinə edilən köməklə bağlı epizodlar bağlı deyib.
Vəkil zərərçəkmişə üz "həmin vaxt hələ müharibə gedirdi, nə bilirdiz kimlər şəhid olub"-deyə soruşub.
Zərərçəkmiş isə kimlərin şəhid olması ilə bağlı onlara məlumat gəldiyini deyib.
Növbəti proses sentyabrın 6-a təyin olunub.
Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN)Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur. //trend//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əli Həsənovun oğlu məşhur pişiyini də ABŞ-a apardı - FOTO


Bu yaxınlarda ABŞ-ın Mayami şəhərində biznes fəaliyyətinə başlayan Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli məşhur pişiyini də özü ilə Amerikaya aparıb.

DİA.AZ xəbər verir ki, bu barədə Demokrat.az-a ABŞ-da yaşayan soydaşlarımızdan məlumat daxil olub.

Məlumata görə, bir neçə gün öncə Şamxal Həsənli ABŞ-da heyvan qidaları satılan marketdə pişiyi ilə bərabər görüntülənib.

Xatırladaq ki, Şamxal Həsənli "Xəzər TV"-nin rəhbəri olub, onun adı "Jurnalistlər binası" ilə bağlı məhkəmə işində də çəkilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin məhkəmə iclasında “Portos” MMC-də baş mühasib işləmiş Kəmaləddin Abdullayev binanın inşası üçün köçürülən 600 min manat pulu təsisçinin nümayəndəsi Şamxal Həsənliyə verdiyini demişdi.

Məhkəmədə Əli Həsənovun oğlunun prosesə şahid kimi dəvət olunması ilə bağlı vəsatət qaldırılsa da, vəsatət təmin edilməmişdi.

Əli Həsənov dövlət qulluğundakı mövqeyindən sui-istifadə edərək ailə üzvlərinin adına çoxsaylı şirkətlər açmışdı.

O, vəzifəsindən azad edildikdən sonra oğlu ABŞ-a, qızı isə Birləşmiş Ərəb Əmirliklərinə mühacirət edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX Gömrük Komitəsində əməliyyat keçirdi


Dövlət Gömrük Komitəsində daha bir anti-korrupsiya əməliyyatı keçirilib.

TİA.AZ xəbər verir ki, Gununsesi.info-nun əldə etdiyi məlumata görə, budəfəki əməliyyatı DTX ilə birlikdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq

Baş İdarəsi keçirib.Bu saatlarda keçirilən əməliyyat Cənub Ərazi Baş Gömrük İdarəsindəki Azterminal Birliyinin SDK Gömrük Postunda keçirilib. Tutulanlar barədə hələlik məlumat yoxdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 568 yeni yoluxma faktı qeydə alınıb, 612 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1677 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 312, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 890, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 155 nəfərdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Baş həkimlə FHN məmuru uşaq poliklinikasının binasını necə satdı... - İLGİNC FAKTLAR


Bakı şəhəri, Xətai rayonu 2 nömrəli uşaq poliklinikasının baş həkimi İradə Əliyeva təqaüdə çıxmaq ərəfəsində ömrünə-gününə yazılacaq faydalı sövdələşməyə imza atıb. Etibarlı mənbədən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərindən birinin poliklinikanın binasının yerləşdiyi Xocalı prospekti – 35 ünvanına (“Xətai” metro stansiyasının yanı) gözü düşüb və həmin şəxs İradə həkimlə sövdələşərək, binanı ona satmağı təklif edib.

Sevda baş tutub, xislətcə pulgir biri olan İradə Əliyeva poliklinikanın təsərrüfat şöbəsinin müdiri Bikə xanıma akt tərtib etdirib ki, guya bina qəzalı vəziyyətdədir. Həmin əsasla Fövqəladə Hallar Nazirliyinə müraciət olunub və bununla da prosesi sürətləndirən mexanizm işə düşüb. FHN poliklinika binasının qəzalı vəziyyətdə olduğunu təsdiqləyən rəy verib. Sonra da uşaq poliklinikasının personalı Xətai rayonu, M. Mehdizadə küçəsi, 48 ünvandakı 28 saylı poliklinikaya köçürülüb.

Bildirilir ki, qonşuluğunda hündürmərtəbəli binalar olan uşaq poliklinikasının əvvəlki binası təzəcə təmirdən çıxıbmış və qəzalı vəziyyətdə deyildi, əksinə 28 saylı poliklinikadakı vəziyyət ona baxanda qeyri-qənaətbəxşdir. Uşaq həkimləri və 2 saylı poliklinikanın kollektiv üzvləri yer-yurdlarından, öyrənişdikləri şəraitdən aralanaraq böyüklər üçün olan 28 saylı poliklinikanın binasında bir növ sığınacaq tapmışlar kimi birtəhər uyğunlaşmaq məcburiyyətində qalıblar. Bu hal onları əsla məmnun etmir. Darısqallıq səbəbindən ortaya çıxan çətinliklər, üstəgəl, ələlxüsus da yoluxucu xəstəliklərin cövlan etdiyi indiki vaxtda uşaqlarının böyük xəstələrdən (28 saylı poliklinikanın pasientlərindən) yoluxa biləcəklərindən ehtiyatlanan valideynlərin haqlı narazılıqları barədə İradə Əliyevaya bir söz dedikləri an isə baş həkim onların üstünə çəmkirir, sanki kölə ilə rəftar edirmiş kimi kobud davranır.

Qeyd olunur ki, uşaq poliklinikasının çemodan əhval — ruhiyyəsində olan baş həkimi İradə Əliyeva əvvəldən rüşvətə, korrupsiyaya meylli səhiyyə məmuru kimi tanınıb: Gözü uşaqların valideynlərinin əlində olub, işçiləri rüşvətlə işə götürüb, hər məsələdə şəxsi maraq güdüb, poliklinikanın inventar və avadanlıqlarını da silib satıb və s.

P.S. Məsələ ilə bağlı 2 saylı uşaq poliklinikasının baş həkimi İradə xanım Əliyevaya zəng edib mövqeyini öyrəndik. O, bildirdi ki, poliklinika qəzalı vəziyyətdə deyil. FHN- nin də heç bir qərarı da yoxdur. Biz də bu qərarı gözləyirik. Baş həkimdən soruşduq ki, əcaba, poliklinikada heç bir qəzalı vəziyyət yoxdursa nə əcəb sizi tez-tələsik darısqal yerə köçürüblər. Cavabı o oldu ki, «siz bu sualı TƏBİB-ə verin».

Deməli, nə isə torbada pişik var.

Mövzuya qayıdacağıq. //deryaz.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kiçikli kəndinin su PROBLEMİ: Ağdam RİH başçısı vədinə əməl etmir - Sakinlər çarəsiz vəziyyətdədirlər


Ağdam rayon Kiçikli kənd sakinləri susuzluqdan əziyyət çəkirlər.

Kiçikli kəndində 60 il öncə qurulan artezian quyusu 3 il əvvəl quruyub. Bir ildir tamamilə quruyan artezian quyusu kəndin acınacaqlı hala düşməsinə səbəb olub.

3 il əvvəl artezianın suyu azalanda kənd sakinləri aidiyyəti quruma üz tutublar.

Ağdam Mexaniki Suvarma İdarəsinin işçiləri quyunu yenidən bərpa etmək istəsələr də, onların cəhdləri uğursuz alınıb və belə qərara gəlinib ki, yeni quyu qazılmalıdır. Lakin yeni quyu hələ də qazılmayıb. Beləcə kənd sakinləri, ağaclar və heyvanlar susuzluqdan əziyyət çəkirlər.

Kənd sakinlərinin sözlərinə görə, artıq bir neçə ailə su probleminə görə kənddən köçüb. Bir çoxlarının həyətindəki ağaclar quruyub.

Kiçikli kənd sakini, fermer Əhmədli Nazimin sözlərinə görə, Ağdam Rayon İcra Hakimiyyəti məsələyə biganə yanaşır:

“3 il əvvəl artezianın suyu azalmışdı, yazda isə artezianın suyu tamamilə qurudu. Əvvəl yenə içməli suyu götürə bilirdik, indi içməli suyumuz belə yoxdur.

May ayından bu günə kimi həftədə bir dəfə 25-dən çox kənd sakini Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovun qəbulunda olub. Görüşlərin hər dəfəsində də söz verilib ki, quyu qazılacaq”.

Kiçikli kənd sakinlərinə, demək olar ki, 3 ildir ancaq söz verirlər, lakin vəziyyətlə yerində tanış olanda əmələ rast gəlmirsən. Yəni söz sadəcə söz olaraq havada qalıb.

Kənd lilər isə pul verib su almağa məcburdurlar. Sakinlərin sözlərinə görə, icra hakimiyyətinə çox get-gəldən sonra icra başçısı “Kamaz”la kəndə su çatdırılması barədə göstəriş verib.

2-3 gündən bir 18 tonluq su çəni gəlib kənd əhalisinə su paylayır. Ailə başına həftədə 1 ton su düşür. Həftədə bir ton su ilə həm çimməlisən, həm əl-üzünü yumalısan, həm toyuq-cücə, həm də mal-qara bu sudan istifadə etməlidir. Aydın məsələdir ki, bir ton su bir ailəyə nəinki bir həftə, heç bir gün belə bəs etməz.

Kiçikli sakinləri bildirir ki, kəndin su götürə biləcəyi digər artezian isə 800 metr uzaqlıqdadır. Dünya Marsla əlləşdiyi bir zamanda Azərbaycanda kənd sakinləri 800 metrdən daha asan necə su gətirməyin yolu üstündə baş sındırır.

Maraqlıdır, bir artezian quyusu qazmaq niyə bu qədər çətin olmalıdır?

Kiçikli kəndi kənardan baxanda digər kəndlərdən rənginə görə seçilir. Digər kəndlər yaşıl rəngdə görünür, Kiçikli isə susuzluqdan bozarıb.

Kiçikli kəndi susuzluqdan adına uyğunlaşır – kiçilir: Əhalisi köçür, ağacları quruyur, heyvanları azalır, qısası, ölür…
www.yenicag.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vətəndaşlar banka qoymağa pul tapmır - Ekspert danışır


Azərbaycan banklarına qoyulan depozitlər azalıb.

Bir neçə il öncə ölkədəki banklarda depozitlərlə bağlı artım müşahidə edilirdi ki, sonra bəzi bankların bağlanması ilə əhali bu sahədə problemlə üzləşməli oldu. Belə ki, bağlanan banklarda depoziti olan vətəndaşlar digər bankalara yönləndirildi ki, burada da vətəndaşlar bəzi çətinliklərlə qarşılaşdılar.

Ancaq son vaxtlar yenidən banklara qoyulan depozitlərdə azalma müşahidə edilir.

Bu azalmanın səbəbi yenə banklara inamın olmaması, yoxsa vətəndaşların maddi vəziyyətinin ağırlaşması ilə bağlıdır?

Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, banklara qoyduğu depozitlərin azalması daha çox əhalinin maddi vəziyyətinin ağırlaşması ilə bağlıdır:

“Yəni banklarla bağlı indi heç bir dəyişiklik baş verməyib ki, inam azalsın. Maddi vəziyyət dedikdə əsas gəlirlərin azalması deyil, məhz xərclərin çoxalması, qiymət artımıdır. Təbii ki, qiymət artımı vətəndaşların xərclərini çoxaldır və onlar da məcburən əmanətlərini çıxararaq öz xərclərini bağlamağa çalışırlar. Bu proses valyutaya inamın azalması ilə bağlı deyil. Hazırda Azərbaycanda onsuz da xarici valyutada əmanət faizi aşağıdır ki, bu, 1 faiz təşkil edir. Milli valyutada isə 12 faizə qədərdir və ən azı qarşıdakı bir il üçün sabitdir, təşviş yoxdur. Vətəndaşlar son dövrlər depozitlərini milli valyutada saxlayır. Bu baxımdan valyuta ilə bağlı təşviş məsələsi deyil, əsas səbəb məhz xərclərin çoxalmasıdır. İndi bahalaşma imkan vermir və bunu hamı hiss edir. Nəticədə pul yığmaq insanlar üçün problemdir. Bu tendensiya isə getdikdcə artacaq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AMEA-da növbəti ÇƏKİŞMƏ – Elmi işçi institut rəhbərini MƏHKƏMƏYƏ verdi


AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi Lola Hüseynova institut rəhbərliyini məhkəməyə verib. Səbəb kimi Lola Hüseynova ilə institutun baş direktoru Abbas Seyidov və Kadrlar şöbəsinin müdiri Leyla Rüstəmova arasında bir neçə il əvvəl başlayan şəxsi münasibətlər zəmnindəki problemlərdir.

DİA.AZ bildirir ki, bu iddia ilə Bizim.Media-ya Lola Hüseynova çıxış edib. Bildirdiyinə görə Abbas Seyidov və Leyla Rustəmova vəzifəyə gəldiyi gündən etibarən təzyiqlərə, şantaja məruz qalıb, onu işdən çıxarmaq üçün səfərbər olublar.

Şikayətçinin iddiasına görə rəhbərlik "işdən uzaqlaşdırma planlarını" Leyla Rüstəmovanın köməyi ilə vəzifəyə gətirilmiş İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sədaqət Məmmədlidən istifadə edərək reallaşdırmağa çalışır:

“Abbas Seyidov mənə şiddətli töhmətlə bağlı əsassız qərar verib. Bu günə qədər işimlə bağlı mənə xəbərdarlıq belə olunmayıb. Hesab edirəm ki, şiddətli töhmətin verilməsi işdən uzaqlaşdırılmağım üçün olub.

Qərarda heç bir əsası olmayan məsələlər qeyd edilib. Bildirilib ki, guya mən icazəsiz qazıntı yerini tərk etmişəm. Halbuki işdəkilər də bilir ki, bəlkə də son günə qədər ezamiyyətimdə iştirak edən 10 işçidən biriyəm. Bunu əminliklə deyə bilərəm. Sadəcə mən icazə almışam və direktorun çağırışı ilə instituta gəlmişəm. Şəxsi qərəzdir, belə istəyiblər və ediblər. Amma kimin qərəzi varsa, küçədə aparsın. İnstitut qərəz yeri deyil axı...”

Lola Hüseynovanın sözlərinə görə 6 ilə yaxındır ki, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda çalışır və nümunəvi işçilərdən sayılır:

“Elə bir ezamiyyəm yoxdur ki, adım sənəddə getsin, özüm isə orada olmayam. Şiddətli töhmətə laqiq deyiləm. Ona görə də məhkəməyə müraciət etmişəm və haqqımı tələb edirəm. Abbas müəllimlə dialoqumuz olmayıb. Direktora hörmətsizlik və sayğısızlığım olmayıb. Əgər institutun direktoru hansısı işçini başqa bir işçidən seçirsə, demək atdığım addımın da bir əsası olmayacaq”.

Lola Hüseynova qeyd edib ki, ən böyük problemi institutun Kadrlar şöbəsinin müdiri Leyla Rüstəmova ilədir:

“Maraqlıdır ki, çox yaxşı dost və bir şöbənin əməkdaşı olmuşuq. Sonradan mənlə bağlı həmkarların qondarma iclasını düzənlədilər. Orada da üzümə durdu və and içdi. Şoka düşdüm. Sözün düzü ondan gözləmirdim.

Leyla Rüstəmovanın mənə düşmənçiyi nədir, hələ də bilmirəm. Niyə Abbas Seyidov və Leyla Rüstəmova birləşib Sədaqət Məmmədli üzərindən üstümə gəldilər, anlamıram. Bilirəm ki, işdən getməyimi istəyən elə o iki şöbə yoldaşımdır.

Mən heç kimin çörəyinə bais olmamışam. Bizim Abbas Seyidov, Leyla Rüstəmova və Sədaqət Məmmədli ilə şəxsi problemlərimiz 2 il əvvəl başlayıb. Onlar işə gələn kimi ilk məqsədləri məni işdən atmaq olub. Halbuki Abbas Seyidov sevinməlidir ki, məni kimi işçisi var. Görünür, kimsə direktor haqqında qeybət etmək istəyib.

Bilib ki, bizim də belə problemlərimiz var. Yəqin düşünülmüş şəkildə adımı ortaya salıblar. Amma məhkəmədə də bu məsələlərin açılmasını istəyirəm. Direktorun məni işdən uzaqlaşdırmaq fikri olmasaydı, ilk növbədə mənə xəbərdarlıq verərdi. İşçiyə birinci xəbərdarlıq, ikinci töhmət, daha sonra şiddətli töhmət verilir.

Hətta bir neçə şəxsin yanında “mən onu işdən kənarlaşdırdıqdan sonra ömrünü məhkəmələrdə çürüdəcəyəm” deyib. Olsun, mən həvəsdən düşmürəm və işimdən kənarlaşmamaq şərtilə sonadək gedəcəyəm”.

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Abbas Seyidov məsələyə münasibət bildirib. O, əslində Lola Hüseynovanı işdən azad etmək istəyində olduğunu bildirib:

“O insan işdən azad olunmalı idi. Çünki icazə almadan iş yerini tərk edərək qanundankənar instituta qayıdıb və burada vəzifəli şəxsi təhqir edib. Şöbə müdirini qolundan tutub sürüyüb. Bura qoçuluq meydanı deyil ki, kimsə istədiyini etsin. İş yerini tərk etdiyi, vəzifəli şəxsi təhqir etdiyi və ictimai yerdə xuluqanlıq hərəkəti etdiyi üçün mən onu işdən azad etmək istəyirdim. Bir neçə şəxsə üz vurdu. Onların xahişi və minnəti ilə onu şiddətli töhmətlə işdə saxladıq. Amma belə hərəkətlərini təkrarlasa, biz onu işdən kənarlaşdıracağıq”.

Abbas Seyidov Lola Hüseynova ilə köklü problemi və ya qərəzi olmadığını qeyd edib:

“Şəxsən ona qarşı heç bir prinsipim yoxdur. Adi bir işçidir. Elə bir səviyyəli işçi də deyil ki, deyək bundan yoxdur. İki elmi rəhbər və iki mövzu dəyişib, amma heç bir iş görməyib. O qadın şər-böhtanla məşğuldur.

Onları rəhbər olaraq düz yola çəkirəm və işləmək üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Bütün işçilər kimi onun da hüququ qorunur. Amma heç kimə icazə verilmir ki, iş yerini buraxıb gəlsin və başqa bir şəxsi təhqir etsin.

Gedib məhkəməyə müraciət etsin. Dövlətin ali orqanı Lola Hüseynova haqqında müsbət qərar çıxararsa, şiddətli töhməti aradan qaldırarıq”, -deyə institut direktoru fikirlərini yekunlaşdırıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO