[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputatın meyiti tapıldı
Rusiyanın Krasnoyarsk diyarı dumasının deputatı Andrey Şalkonun meyiti tapılıb.

Zamantv.az-ın Rusiya mətbuata istinadən məlumatına görə, hazırda hadisə yerində müstəntiqlər işləyir.

Onlar ölümün səbəbini aydınlaşdırmağa çalışırlar.
Regiona Rusiya istintaq komitəsinin nümayəndələri də gəlib.

Deputatın meyiti tapıldı
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəbdə FACİƏ: 1-ci sinif şagirdi öldü
Cəlilabadda birinci sinif şagirdini elektrik cərayanı vuraraq öldürüb.

Cəlilabad rayon Təhsil Şöbəsinin mətbuat xidmətindən Zamantv.az-a verilən məlumata görə, hadisə rayonun Ocaqlı kəndində baş verib.

Həmin kənddə yerləşən 2 saylı tam orta məktəbin 1-ci sinif şagirdi, 7 yaşlı Hüseyn Yaşar oğlu Zeynalovu elektrik cərayanı vurub. Nəticədə məktəbli dünyasını dəyişib.
Hadisə məktəbli dərsdən çıxıb evə gedərkən baş verib. Uşaq evə gedərkən məktəbin həyətindəki transformatora toxunub. Nəticədə onu cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rüstəm Əbülfətoğlu MEDİA-dan getdi
Rüstəm Əbülfətoğlu Medianın İnkişafı Agentliyində Jurnalistə Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru vəzifəsindən istefa verib.

Zamantv.az-ın məlumatına görə, bu barədə o, özünün “Facebook” hesabında paylaşım edib.

R. Əbülfətoğlu öz xahişi ilə vəzifəsindən ayrıldığını bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın əməkdar rəssamı VƏFAT ETDİ
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin birinci vitse-prezidenti Arif Həşimovun qardaşı, Azərbaycanın əməkdar rəssamı vəfat edib.

Bu barədə Zamantv.az-a AMEA-dan məlumat verilib.

Bildirilib ki, vitse-prezidentin qardaşı, Azərbaycanın əməkdar rəssamı, professor Fikrət Həşimov biraz əvvəl dünyasını dəyişib. Nədən rəhmətə getdiyi hələ ki, məlum deyil.
Azərbaycanın əməkdar rəssamı VƏFAT ETDİ
Qeyd edək ki, Həşimov Fikrət Məmməd oğlu Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci direktoru idi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda 15 yaşlı qız uşaq doğdu: körpəsi də, özü də öldü - YENİLƏNİB
Prokurorluq Bakıda 15 yaşda ana olan yeniyetmənin ölümü ilə bağlı məlumat yayıb.

Xəzər rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, fevralın 4-də, saat 18 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi sakini 06 may 2006-cı il təvəllüdlü Nigar Rüstəmova (ad və soyad şərtidir) və bətnindəki dölün ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, mərhum 10 ay əvvəl 1993-cü il təvəllüdlü Elvin Məmmədov (ad və soyad şərtidir) ilə ailə həyatı qurub, fevralın 4-də, saat 14 radələrində yaşadığı ünvanda ev şəraitində ölü döl doğduqdan sonra halının pisləşərək komatoz vəziyyətə düşməsi səbəbindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilmiş və saat 18 radələrində xəstəxananın reanimasiya şöbəsində ölüb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, Nigar Rüstəmovanın (ad və soyad şərtidir) və dölün meyitlərə baxış keçirilib, meyitlərin bədən səthi üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

Hazırda faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

***

10.32

Bakıda uşaq dünyaya gətirən yeniyetmə ilə bağlı rəsmi məlumat yayılıb.

Zamantv.az xəbər verir ki, xəstəxanadan APA-ya verilən məlumatda bildirilir ki, yeniyetmə qız xəstəxanaya gələndə artıq hamilə olmayıb: "Aqonal vəziyyətdə qanaxma ilə xəstəxanaya çatdırılan yeniyetmə reanimasiyaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb" - xəstəxanadan bildirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

***

saat 10:06

Bakıda yeniyetmə qız uşaq dünyaya gətirib, sonra özü və körpəsi ölüb.

Hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb.

Belə ki, 15 yaşlı G.B. və dünyaya gətirdiyi uşaq ölüb.

Araşdırmalar nəticəsində G.B.-nin əvvəllər 28 yaşlı Mayıl Hadıyevlə qeyri-rəsmi nikah münasibətlərində olması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, M.Hadıyev saxlanılıb. /Report/
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İtkin düşən gənc qız axtarılır
Bakıda 24 yaşlı qız itkin düşüb.

Zamantv.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” massivində qeydə alınıb. Orada yaşayan 24 yaşlı Fərqanə Süleymanova yanvarın 28-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun axtarışları davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident yarımstansiya açılışında
Azərbaycan Prezidenti İlham Əliyev yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib.

Zamantv.az xəbər verir ki, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Rusiya-Azərbaycan enerji sistemlərini əlaqələndirərək, dövlətlərarası qovşaq yarımstansiyası funksiyasını daşıyan “Yaşma” yarımstansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə tikilib. Yarımstansiya dənizə yaxın, nəmişlik ərazidə yerləşdiyi üçün dəmir-beton və metal-konstruksiyaların aşınması, həmçinin uzunmüddətli istismar nəticəsində avadanlığın köhnəlməsi, izolyasiya parametrlərinin pisləşməsi tez-tez qısaqapanma hadisəsinin baş verməsinə səbəb olurdu. Bundan əlavə, sistem qəzalarının başvermə ehtimalı və sürətlə artan tələbatı ödəyə bilməməsi ilə əlaqədar yarımstansiya Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal qaydada tam yenidən qurulub. Spesifik sahə olduğundan yenidənqurma işləri yerli mütəxəssislər tərəfindən növbətçilik əsasında, elektrik gərginliyi saxlanılmaqla aparıldığı üçün yarımstansiyanın fəaliyyətində fasilə yaranmayıb.
“Sumqayıt”, “Qobu”, “Xaçmaz” elektrik stansiyaları ilə birbaşa, “Azərbaycan” İstilik Elektrik Stansiyası və “Cənub” Elektrik Stansiyası ilə isə “Abşeron” yarımstansiyası vasitəsilə əlaqələndirildiyindən çox mühüm strateji funksiyanı üzərinə götürən “Yaşma” qovşaq yarımstansiyasının “Qobu” Enerji Qovşağına, bu ilin yanvarında əsası qoyulan “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və tikintisinə başlanılacaq yeni “Yaşma” Elektrik Stansiyasının enerji sisteminə inteqrasiyasının həyata keçirilməsi üçün yeni yuvalar quraşdırılıb. Şimal-şərq rayonlarının və Abşeron yarımadasının enerji təchizatında müstəsna əhəmiyyət kəsb edən “Yaşma” yarımstansiyasında 330, 220 və 110 kilovoltluq açıq paylayıcı qurğular sökülərək genişləndirilmiş formada yenidən qurulub. Burada hər birinin gücü 250 meqavat olan üç yeni avtotransformator quraşdırılıb. Nəticədə yarımstansiyanın ümumi gücü 110 meqavat artırılmaqla 750 meqavata çatdırılıb. “Qobu” Elektrik Stansiyasından “Yaşma” yarımstansiyasına 47 kilometr məsafədə 330 kilovoltluq ötürmə xətti çəkilib.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Məlumat verildi ki, enerji sistemində ilk dəfə məhz bu yarımstansiyada respublikanın şimal-şərq rayonlarının və Abşeron yarımadasının reaktiv gücünü kompensasiya edə biləcək şuntlayıcı reaktor quraşdırılıb. 120 MVAr gücündə idarəolunan şuntlayıcı reaktor 330 kilovoltluq elektrik verilişi xətlərinin tutum reaktiv gücünü qəbul edərək tənzimləyəcək, xətlərin ötürmə qabiliyyətini artırmaqla bərabər, texniki itkiləri azaldacaq və bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitinə qənaət etmiş olacaq.

Yarımstansiyanın ərazisində yeni idarəetmə mərkəzi tikilib. Burada yeni əks-qəza avtomatikası sistemi yaradılıb, yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub və enerjisistem mərkəzi SCADA sisteminə inteqrasiya olunub. Rəqəmsal enerjisistem konsepsiyasına uyğun olaraq, yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, açılıb-qoşulma əməliyyatları proqram təminatı vasitəsilə avtomatik həyata keçirilir.

Bakı-Quba magistral yolundan yarımstansiyaya qədər dörd kilometr məsafədə yol təmir edilib, bir kilometr məsafədə yeni yol çəkilib və daxili yollar salınıb.

Sistem əhəmiyyətli 330/220/110/10 kilovoltluq “Yaşma” yarımstansiyasının əsaslı yenidən qurulması ilə onun yükötürmə qabiliyyətinin artırılmasına, dövlətlərarası və ölkədaxili elektrik təchizatının etibarlığının və dayanıqlılığının yüksəldilməsinə, itkilərin azaldılmasına, müasir texnologiyaların tətbiqinə nail olunub. Ən müasir idarəetmə, rele mühafizəsi və avtomatika dövrələrinin quraşdırılması avadanlıqların imtinası və zədələnməsinin qarşısının alınmasını, mühafizələrin cəld, selektiv, etibarlı işini və operativ əməliyyatların çevikliyini təmin edəcək.
Prezident yarımstansiya açılışında
Prezident yarımstansiya açılışında
Prezident yarımstansiya açılışında
Prezident yarımstansiya açılışında

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəblərdə xəstəlik TÜĞYAN EDİR: Siniflərin yarısı boşdur - ARAŞDIRMA
Azərbaycanda epidemioloji vəziyyət yenidən neqativə doğru dəyişməkdədir. Xüsusilə də son günlər ölüm sayının artması narahatlıq doğurub. Yoluxmanın ölkə üzrə ən pik həddə çatması məktəblərdə də vəziyyəti pisləşdirib.

Belə ki, sosial şəbəkələrdə bir sıra müəllim, valideyn və şagirdlər məktəblərdə koronavirusun “Omicron” ştamına yoluxmanın çox olmasına baxmayaraq hələ də distant təhsilə keçilməməsindən şikayətlənirlər.

Araşdırma nəticəsində məlum oldu ki, respublikanın bir çox məktəblərində vəziyyət həddən artıq pisdir. Hətta şikayətçi müəllimlərdən biri sinif uşaqlarının 80 faizdən çoxunun xəstə olduğu üçün dərsə gəlmədiyini bildirdi. Lakin buna baxmayaraq həmin təhsil müəssisəsi hələ də bağlanmayıb.

Neftçala şəhər Samir İmanov adına 1 saylı orta məktəbin müəllimi Flora Gülüsova bildirir ki, məktəbdə çox adam xəstədir:

"Bizim məktəbdə nə qədər müəllim, şagird xəstədir. Buna baxmayaraq hələ də məktəbimiz bağlanmayıb. Sinfin yarısından çoxu dərsə gəlmir".

Abşeron rayonu Ə.Vahid adına 1 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Zeynəb Babayev də şikayətçilər sırasındadır:

"Məktəbimizdə hər 10 müəllimdən 7-i xəstədir. Şagirdlər 40 dərəcə qızdırma ilə evdə otururlar. Bu qədər xəstəliyin sürətlə yayılmasına nəzərə almırlar. Ən azı 1 həftə karantinə alınmalıyıq".

İsmayıllı rayonu, Təzəkənd kənd tam orta məktəbin müəllimi Selcan Uğur məktəbdə xəstəliyin pik həddə olduğunu vurğulayıb:

"Artıq uzun müddətdir ki, normal dərs keçə bilmirik. Hər gün nə qədər uşaq xəstəliyə yoluxduğu üçün dərsdən qalır".

Tovuz rayonu Y.Sadıqov adına Bozalqanlı kənd orta məktəbinin tarix müəllimi Pəri Hüseyn qeyd edir ki, dərsə gələn 5 müəllimdən 4-ü xəstədir:

“Təbii ki, xəstəlik olmasa, məktəblərin bağlanmasını heç kim istəməz. Amma, vəziyyət bərbaddır. Məktəbimizdə xəstəlik baş alıb gedir. Sinifə gün ərzində 5 müəllim dərsə girirsə, onlardan 4-ü xəstədir. Və ya uşaqların 80%-i xəstədir, dərsə gəlmir. Belə laqeydlik olmaz. Fəsadları böyük olacaq”.

Xətai rayonu 116 saylı orta məktəbin müəllimi Günel Cəfərovanın sözlərinə görə isə yanvar ayı həm özü, həm də övladları xəstə olub:

"Yanvar ayının cəmi 6 günü sağlam olduq. Həm mən, həm övladlarım bütün ay ərzində xəstə yatdı. Bu qədər biganəlik olmaz. Məktəblər bağlanmalıdır".

Lent.az məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanlayıb.
Məktəblərdə xəstəlik TÜĞYAN EDİR: Siniflərin yarısı boşdur - ARAŞDIRMA
Nazirlikdən sorğuya cavab olaraq bildirilib ki, bizdə qapanma ilə bağlı bir məlumat yoxdur: "Ölkə üzrə karantin vəziyyəti barədə qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir. Bundan əlavə, məktəblərin müəyyən müddətə bağlanılması ilə bağlı məsələ nazirliyin gündəliyində deyil".



Məsələni şərh edən təhsil eksperti Kamran Əsədov fevralın 14-dən məktəblərin 1 həftəlik bağlanmasını təklif edib:

“Bu gün məktəblərin distanta keçməsinə ehtiyac yoxdur. Biz bu vəziyyətdə sadəcə tətil elan etməliyik. Çünki şagirdlərimiz sentyabrın 22-dən fasiləsiz olaraq dərs prosesində iştirak ediblər. Fiziki, psixoloji cəhətdən həm müəllimlər, həm də şagirdlər yorulublar.

Mən təklif edirəm ki, fevral ayının 14-dən uşaqlara tətil elan edək. Bu tətil həm də koronavirusun qırılma nöqtəsi olacaq. Çünki virusun ən çox yayıldığı məkanlardan biri də məktəblərdir. Tətil yoluxmanın sayının azalmasında müsbət təsir edəcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda evdən 17 minlik OĞURLUQ
Bakıda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, fevralın 4-də Mərdəkan qəsəbəsindəki evlərin birindən 600 manat pul, 2000 dollar (təxminən 3400 manat) və 13.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsi və Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri E.İsmayılov və İ.Abbasov saxlanılıblar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BNA Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi - FƏRMAN
Prezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Zamantv.az-ın xəbərinə görə, fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs statusu ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilir.

2. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Agentliyin yenidən təşkil və ləğv edilməsi;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

2.2.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin idarəetmə orqanlarının yaradılması;

2.2.3. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin işçilərinin say həddinin təsdiqi;

2.2.4. “Publik hüquqi şəxslər haqqında” qanunun 3.3-cü maddəsinə uyğun olaraq Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;

2.3. Bakı şəhər İcra Hakimiyyətinə:

2.3.1. bu fərmanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

3. Agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirlyinin tabeliyinə verilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Agentliyin yeni nizamnaməsini üç ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

4.2. bu fərmanın 1-ci və 3-cü hissələri ilə əlaqədar olaraq Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. bu fərmanın 3-cü hissəsinə uyğun olaraq Agentliyin balansında olan və “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansına verilməsini bir ay müddətində təmin etsin;

4.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO