[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
..Deyir, deputatların sayını artırmaq lazımdır: Sıfırın üstünə sıfır gələndə neçə edəcək ki?.. - Replika
Keçmiş deputat Çingiz Qənizadə yerli mətbuata verdiyi açıqlamada qeyd edib ki, deputatların sayı artırılmadır. O, bildirib ki, Milli Məclisin indiki tərkibi 7 milyon əhaliyə hesablanmışdı. İndi isə 10 milyondan çoxuq. Buna görə də dünya təcrübəsini əsas gətirərək deyib ki, 10 milyondan çox əhalisi olan ölkələrdə deputatların sayı 200-300-dən çoxdur.
Keçmiş deputat dediklərini əsaslandırmağa da çalışıb. Deyib ki, 1 deputatın 40 min seçici ilə işləmək imkanı çətinliklə reallaşır. Bu yerdə “Qəribi ağlamaq tutur”...

Əvvəlcə onu deyək ki, Çingiz Qənizadə 2020-ci il seçkilərində məğlub oldu. Və onun 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv edildi. Sonradan nə qədər cəhd edilsə də, nəticə olmadı. Bu heç...

İndi keçək əsas məsələyə. Çingiz Qənizadə deyib ki, deputatlar 40-42 min seçici ilə işləməyi çətinliklə reallaşdıra bilir. İşləmək istəyirlərmi? Hamımız görürük ki, Milli Məclisdə deputatların bəziləri sadəcə, mandat xatirinə, öz biznesini darə etmək və ya kiməsə tapşırıq verib, öz varidatının qorunması üçün oturub. Bəziləri heç oturmur da.

Götürək elə Cavanşir Feyziyevi. Cavanşir Feyziyev 115 saylı Şəki ikinci seçki dairəsindən deputat "seçilib". Milli Məclisin iclaslarında belə tam iştirak etməyən deputatı görəsən, seçicisi tanıyırmı? İnanmıram. Xüsusi qeyd edim ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyinin araşdırmasından deputatın bank hesabında saxlanılan milyonlarla funt-sterlinqi müsadirə edilib. Deputat bu məbləğin bir hissəsini geri qaytara bilib, amma bir hissəsi hələ də həbsdədir. Deputatda bu qədər pul hardandır? Niyə xarici dövlətlərin maraqlandığı kimi Azərbaycandakı aidiyyatı qurumlar deputatların gəlirləri və qazancları ilə maraqlanmır? Bir deputatda bu qədər sərvətin mənbəyi nədir? Çox pulu olan hansısa deputat sərvətini qorumağa vaxt xərcləyərkən seçicisi ilə niyə görüşüb problemi ilə maraqlansın.

Bu bir kənara, Hacı Madər Musayevdən danışaq. O, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən "seçilib". Bəli, Hacını nəinki Binəqədi, bütün Azərbaycan tanıyır. Amma deputat kimi deyil, oliqarx kimi. Milli Məclisdə onun danışdığını, hansısa bir məsələyə fikir bildirdiyini nadirən görmək mümkündür. Çox zaman yuxulamağa üstünlük verir. Hacı müsahibələrinin birində qeyd edib ki, “Gərək dünyada elə bir ad qoyasan ki, nəvə-nəticələrin sənin adın gələndə sevinsin”... Hacı ad deyəndə sahib olduğu sərvəti nəzərdə tutub yəqin. "Seçicilərindən" soruşsan, Hacının bir yaralı barmağa dərman tökdüyünü görən olmayıb.

Bəs 62 saylı Saatlı seçki dairəsindən seçilən Əziz Ələkbərovu tanıyrsınızmı? Səsini eşitmisinizmi? Bir çıxışını görmüsünüzmü? Mən şəxsən görməmişəm.

88 saylı Göyçay seçki dairəsindən seçilmiş deputat Sabir Hacıyevi tanıyan varmı? Bir faydalı təklifini və ya mətbuata açıqlamasını görən olubmu?

58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindəın seçilmiş Rafael Hüseynovu tanıyırsınızmı? Çətin, tanıyasınız.

Bu gün Milli Məclisdə "oturanların" - bəli, məhz oturanların - bəziləri kiminsə, nəyinsə xatirinə oturub. Soruşsan, hansı seçki dairəsindən seçildiyini deyə bilməz. Mətbuata qapalı olan bu deputatlar sadəcə, maket xarakteri daşıyır, hazır əmək haqqı alır və bir də qanunlar qəbul ediləndə lehinə-əleyhinə prosesində "işə yarayırlar" ki, heç qanunlardan da çoxunun başı çıxmır.

Ay balam, çox pulu olan deputatın başı niyə qanundan çıxmalıdır ki? Biznesdən başı çıxırsa, kifayət edər yəqin. Polisi döyən biri vardı, o qədər harınlamışdı ki... Eldəniz Səlimovu deyirəm. İndi həbsdədir.

Belə deyək ki, sanki Milli Məclis deputatların öz mənfəətlərini qorumaq üçün bir arenadır. Biri kirayə pulu istəyir, biri ev, biri avtomobil, biri velosiped yolu. And olsun Allaha, dilləri tutub iki kəlmə danışa bilməyən, mətbuata açıqlama verəcək qədər savadı olmayanlar da deputat olub qanunlara qol qoyurlar. Elə buna görədir ki, ölkədə qanunlardakı boşluq adamın gözünün bəbəyini deşir.

Haqqına girməyim: Çingiz Qənizadə deputat olanda ən azından jurnalistlərə açıq idi. Savadlıdır və diskussiya aparmağı da bacarır. İndi Azərbaycan əlifbasını bilməyənlər deputat olub. Sonra da deyirlər bizi xalq seçib. Vallah, bu bəhs edilən “xalqı” mən də tanımaq istəyirəm. Bu qədər deputatın işinə yarayan "xalq" bəlkə bizim də işimizə yarayar…

Qısacası, gələn dəfə açıqlama verəndə ələkdən keçirin. Guya indi deputatxanadakılardan gül dərmişik, yeni gələnlərdən gülab çəkəcəyik.

Deyəcəm ki, gənclərə yer verilsin, yer verilən gənclərin də mövcud olanlardan nə öyrənəcəyi və ya nəsə öyrənəcəyi qaranlıqdır. Naqif Həmzəyevi xatırlamaq yetərlidir...

Xülasə, deputatxananın mövcud kadrını yeniləmək lazımdır, sayını artırmaq yox. Kəmiyyətə yox, keyfiyyətə nəzər salmaq gərək. Sayını nə qədər artırsanız da, parlament yox səviyyəsində qalacaq - sıfırın üstünə sıfır gələndə necə olmalıdır ki...
Bizimyol.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda daha bir məktəbli öldü - SƏBƏB
Gəncədə azyaşlı ölüb.

Zamantv.az-ın məlumatına görə, hadisə şəhərin Yeni Qəsəbə adlanan ərazisində baş verib. 10 yaşlı Kəlbəcər rayon sakini Ə. Əlizadə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin müayinəsi zamanı onun öldüyü məlum olub.

Qəsəbə məktəbində təhsil alan Ə. Əlizadənin qıcolmadan öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Omicron"a yoluxan insanlarda ən çox BU ƏLAMƏT olur
“Omicron” koronavirusun mutasiyalarından biridir. “Omicron”da xəstəliyin gizlin dövrü çox qısadır. Dünya ölkələrində həmin ştamın da müəyyən növləri var”.

Zamantv.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, bu xəstəlik 3-4 gün, nadir hallarda 5 gün çəkə bilər:
“Buna görə də karantin müddəti 7 günə qısaldıldı. Yoluxuculuq günlərinin sayı da azdır. Hətta bəzi ölkələrdə karantin müddəti 5 günə qədər azaldılıb. Əlamətlərdə də fərqlilik var. Yuxarı tənəffüs yollarının zədələnməsi mövsümi xəstəliklərin simptomları ilə oxşarlıq təşkil edir”.

Nazirlik rəsmisi qeyd edib ki, digər infeksiyalarda 38-39 qızdırmalarda insanlar halsız olmurdusa, indi 37 dərəcə qızdırmada yorğunluq olur:

“Əvvəlki ştamlardakı iy, dad bilmə yeni ştamda az müşahidə olunur. Mədə-bağırsaq sisteminin pozulması daha çox qeydə alınır. Bəzi xəstələrdə ilkin əlamətlər bu cür ola bilər”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda jurnalistin maşınının şüşəsini qırdılar - İKİNCİ DƏFƏ
Bakıda “Yeni Müsavat” qəzetinin əməkdaşı İlkin Muradovun maşınının şüşəsi sındırılıb.

Zamantv.az xəbər verir ki, bu barədə zərərçəkmiş jurnalist sosial şəbəkə hesabında paylaşım edib.

O, bildirib ki, hadisə bu gecə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində, yaşadığı evin qarşısında qeydə alınıb. Naməlum şəxs və ya şəxslər tərəfindən maşının şüşəsi sındırılaraq oğurluğa cəhd olunub.
Jurnalistin sözlərinə görə, hadisəni törədənlər avtomobildən ona məxsus poverbankı aparıblar.

Hadisə qonşulardan birinin quraşdırdığı təhlükəsizlik kamerasına yansıyıb.

Faktla bağlı polisə məlumat verilib.

Qeyd edək ki, bir neçə ay əvvəl İ. Muradov eyni hadisə ilə üzləşmişdi. Belə ki, naməlum şəxslər paytaxtın Nizami rayonunda avtomobilin şüşəsini sındırılıb salondan pulqabını aparmışdılar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səkkiz peyvənd vurduran Jirinovski koronavirusa yoluxdu - Vəziyyəti ağırdır -YENİLƏNİB
Rusiya Liberal-Demokrat Partiyasının lideri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski ağır vəziyyətdə Moskva Mərkəzi Klinik Xəstəxanasına çatdırılıb.

Zamantv.az-ın Rusiya mediasına istinadla məlumatına görə, siyasətçi bir neçə gündür xəstəxanadadır.
Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Moskvada xəstəxanaya düşüb.

Zamantv.az-ın Rusiya mediasına istinadla məlumatına görə, mənbə onun COVID-19-a yoluxduğunu bildirib.

Dekabrda siyasətçi iki il ərzində koronavirusa qarşı səkkiz peyvənd edildiyini bildirmişdi.

Mənbələrə görə, Jirinovskinin ağciyərlərinin 50-75 faizi zədələnə bilər, o, koronavirus fonunda inkişaf edən ikitərəfli pnevmoniya ilə xəstəxanaya yerləşdirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda fontan başlıqlarını oğurlayanlar TUTULDU
Bakıda parklardan fontan başlıqları və elektrik avadanlıqları oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən xəbərə görə, Səbail rayonunda yerləşən parklardan birindən 32 ədəd ümumi dəyəri 2560 manat olan fontan başlığı oğurlanıb. Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Balakən rayon sakini Rəşad Qurbanov saxlanılıb. O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib.

Bölmədə əlavə araşdırma aparılan zaman Rəşad Qurbanovun paytaxtın müxtəlif rayonlarında yerləşən parklarından da elektrik avadanlıqları oğurladığı müəyyən edilib.
Faktlarla bağlı saxlanılan şəxs barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Rəşad Qurbanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Bakıda fontan başlıqlarını oğurlayanlar TUTULDU
Bakıda fontan başlıqlarını oğurlayanlar TUTULDU

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda XÜSUSİ ƏMƏLİYYAT: narkotik satan dəstə tutuldu
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi xüsusi əməliyyatlar zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirib narkoşəbəkə yaradan 4 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən 76 kiloqram narkotik vasitə və psixotrop maddə, eləcə də 965 ədəd psixotrop tərkibli həb çıxarılıb.

Daxil olmuş əməliyyat məlumatı əsasında paytaxtın Nərinmanov rayonunda keçirilən tədbir zamanı əvvəllər məhkum edilmiş Nazim Zeynalov saxlanılıb. Onun üzərindən və evindən ümumilikdə 66 kiloqramdan artıq, o cümlədən 52 kiloqram 708 qram heroin, 10 kiloqram 312 qram “patı”, “şüşə” adlandırılan metamfetamin, 2 kiloqram 144 qram marixuana, 1 kiloqram tiryək, narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi, 450 ədəd metadon həbi və 1 ədəd narkotik vasitələrin satışı zamanı qeydlər apardığı dəftər aşkar olunub.
Baş İdarə əməkdaşlarının keçirdikləri əlavə təxirəsalınmaz əməliyyat tədbirləri zamanı narkoşəbəkənin digər üzvləri Kamal Məmmədov, Qaraoğlan Süleymanov və Samir Rəhimov Bakı şəhəri ərazisində saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 10 kiloqram 128 qram heroin, metamfetamin, 515 ədəd ekstazi və metadon həbi, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, elektron tərəzilər aşkar olunub.

Sonuncu əməliyyatlar zamanı saxlanılan 4 nəfərin ətrafında aparılan tədbirlərlə müəyyən edilib ki, onlar narkotik vasitlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini təşkil edən əsas fiqurlar olublar. Beynəlxalq narkoşəbəkənin ölkə ərazisində dayaqları olan Nazim Zeynalov, Kamal Məmmədov, Qaraoğlan Süleymanov və Samir Rəhimov paytaxt, eləcə də bölgələrdə narkotik vasitələrin satışını təşkil edən narkokuryerlərdən ibarət mütəşəkkil dəstə yaradıblar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Azərbaycanda XÜSUSİ ƏMƏLİYYAT: narkotik satan dəstə tutuldu

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dırnağına iynə sancdılar, çəkiclə döyəclədilər... - MƏKTƏBLİ QIZIN FACİƏSİ
Rusiyanın Krasnoyarsk şəhərində 16 yaşlı məktəbli qız faciəli şəkildə öldürülüb.

Zamantv.az da Rusiya İstintaq Komitəsinin məlumatına istinadən xəbər verir ki, 19-23 yaş aralığında olan 4 kişi və 1 qadın 16 yaşlı məktəbli qızı qaçıraraq işgəncə verərək öldürüblər.

İstintaqın məlumatına görə, əvvəlcə qızı qəbiristanlığa gətirərək orada onun dırnaqları arasına iynə sancıblar. Sonra isə barmaqlarını çəkiclə əziblər.
Bu da azmış kimi, işgəncəni Yenisey çayının sahilində davam etdiriblər. Nəhayət məktəbliyə elektrik cərəyanı verərək öldürüblər.

İşgəncə və qətlin bütün iştirakçıları müəyyən edilərək saxlanılıb. Hazırda cinayət işi prokurorluğa verilib, məhkəmə üçün sənədlər hazırlanır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Evakuatorlar yenidən qayıdır? - RƏSMİ CAVAB
Bakıda qanunsuz park edilən avtomobilləri evakuatorlar daşıyıb.

Zamantv.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb.

Görüntülərdə “28 Mall”un qarşısında taksi duracaqlarında, qanunla qadağan edilən yerlərdə saxlanılan maşınların yol polislərinin müşayiəti ilə evakuasiya edilməsi əks olunub.
Ancaq həmin avtomobillərin hansı qurum tərəfindən evakuasiya edilməsi dəqiq bilinmir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a həmin məsələnin araşdırılmalı olduğunu bildirib:

“Fotoda yol polislərinin olması o demək deyil ki, evakuasiyanı onlar aparır. Evakuasiya başqa qurumun səlahiyyətindədir. Hər halda o maşının yoldan kənarlaşdırılması zamanı hərəkətlə bağlı maneə yarana bilər. Yaxud səlahiyyətli digər qurumun qanunvericiliklə tələb olunan formada inzibati tənbeh tədbirinin görülməsi ola bilər. Başa düşürəm, bu fotoya ilk baxanda, başa düşmək olar ki, yəqin evakuasiyanı yol polisi icra edir. Amma bu qənaətə gəlmək olmaz. DYP yollarda təhlükəsizliyə nəzarət edən, yol hərəkəti iştirakçılarının rahat və fasiləsiz hərəkətini təşkil edən səlahiyyətli şəxsdir. Ərazidə xidmət aparan əməkdaş görsə ki, yolda maşın qalıb, əlbəttə evakuator çağırıb onu hərəkət hissəsindən kənarlaşdırır. Yaxud belə hadisə olanda, biz aidiyyəti quruma məlumat veririk. Həmin qurumun evakuatoru da gəlir və qanun çərçivəsində avtomobili cərimə meydançasına aparır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yollar buz bağlayacaq
Fevralın 9-na avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Zamantv.az" bildirilib ki, sabah gecə və axşam saatlarında Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Ucar-Zərdab-Ağcabədi, Bərdə-İstisu, Ağsu-Kürdəmir-Bəhramtəpə, Xankəndi-Xocavənd, Xaldan-Mingəçevir, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.

Gecə və səhər yüksək dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO