Cəlilabadda birinci sinif şagirdini elektrik cərayanı vuraraq öldürüb.
Cəlilabad rayon Təhsil Şöbəsinin mətbuat xidmətindən
Zamantv.az-a verilən məlumata görə, hadisə rayonun Ocaqlı kəndində baş verib.
Həmin kənddə yerləşən 2 saylı tam orta məktəbin 1-ci sinif şagirdi, 7 yaşlı Hüseyn Yaşar oğlu Zeynalovu elektrik cərayanı vurub. Nəticədə məktəbli dünyasını dəyişib.
Hadisə məktəbli dərsdən çıxıb evə gedərkən baş verib. Uşaq evə gedərkən məktəbin həyətindəki transformatora toxunub. Nəticədə onu cərəyan vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Zamantv.az