[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Tərtər işi" ilə bağlı daha 163 şəxs müəyyən edilərək zərərçəkmiş qismində tanınıb

Tərtər işi ilə bağlı daha 163 şəxs müəyyən edilərək zərərçəkmiş qismində tanınıb
Ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalan 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib.

Bu barədə Zamantv.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib.

Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilmişdir. İş üzrə zərərçəkmiş şəxslərin müəyyən edilərək dindirilməsi prosesi davam etdirilir. 2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar isgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, habelə qanunsuz olaraq azadlıqdan məhrum edilən, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, habelə 012-361-16-47 nömrəli telefonla əlaqə saxlanılaraq dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Məni düşmən görürlər" - Xatun
"İncimirəm, sadəcə nəticə çıxarıram. Düşmənim yoxdur, amma məni düşmən görənlər var".

"Zamantv.az" xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva bildirib. Sənətçi bir çoxlarının onu düşmən kimi gördüyünü vurğulayıb.

"Öz fikirlərim və prinsiplərim var. Hansı ki, onlardan vaz keçmirəm. Xoşum gəlməyən insanın üzünə yalandan gülmürəm. Mənə maraqlı olmayan insanlarla ünsiyyət qurmuram. Məzlumlara, zəiflərə xarakter göstərib, kapriz etmirəm. Həddini bilməzləri, zalımları, yekəbaşları adam saymayıb, görməzdən gəlirəm. Allaha sığınıb, gücü ibadətə, duaya, yaxşılıqlara yönəldirəm. Allah imanımızı kamil etsin" deyə, Xatun sözlərinə əlavə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vətəndaş Ucar RİH-nin başçısı Mənsur Məmmədovun etdiyi qanunsuzluğa görə Ölkə Prezidentinə müraciət etdi
Vətəndaş Ucar RİH-nin başçısı Mənsur Məmmədovun etdiyi qanunsuzluğa görə, Ölkə Prezidentinə müraciət etdi.

"Zamantv.az" Qanunla.Az-a istinadən xəbər verir ki, Zərdab rayon Məlikli kənd sakini Hüseynov Qəzənfər Dayı oğlu 2005-ci ildə Zərdab rayonunda İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş,hal-hazırda Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovdan Ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlayıb.

Redaksiyamıza təqdim olunan məktubu sizlərə təqdim edirik:

Azərbaycan Respublikası Prezidenti çox hörmətli cənab İlham Əliyevə…

Çox hörmətli cənab Prezident!

Bu ərizəmlə yazıb Sizdən xahiş edirəm ki, Mənsur Məmmədov 2005-ci ilin sentyabr ayında Zərdab rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən məndən taxıl əkmək üçün 10 (on) ton buğda toxumu alıb. Həmin toxumu məndən Zərdab rayon İcra Hakimiyyətinin başçısının müavini cənab Tofiq Abdullayev və Zərdab rayon torpaq şöbəsinin müdiri cənab Abdul Orucov, Zərdab SSİ-yə məxsus avtomobillə aparmışlar. Həmin buğda toxumunun qiyməti 2000 azn (iki min) edirdi. Mən həmin 2000 azn-i (iki min) dəfələrlə Tofiq Abdullayev və Abdul Orucovdan istəmişəm. Onlar mənə cavab verirdi ki, həmin 2000 azn (iki min) sənə cənab başçı Mənsur müəllim verəcək və ən nəhayət, cənab Mənsur müəllim Göyçay rayonuna başçı təyin edilən zaman mənə 12.12.2007-ci ildə özünün sərəncamı ilə həmin 2000 azn-in (iki min) əvəzinə Gümüşlü adlanan sahədən 85 ha (səksən beş) icarəyə torpaq verdi. Lakin həmin torpaq sahəsi uzun müddət mənə tanıdılmadı. Abdul Orucovla Zərdab rayon torpaq şöbəsində işləyən Mehman İsmayılov məndən əlavə olaraq 1000 azn (min) pul aldılar ki, sənə kadastr verəcəyik və ondan sonra həmin torpaq sahəsi sənə tanıdacağıq. Sən demə bunlar məni aldadırmışlar. Torpaq komitəsi ləğv edildi, əmlak komitəsi gəldi. Mən dəfələrlə aidiyyatı orqanlara məktubla müraciət etdim. Heç bir nəticəsi olmadı. Mən 2017-ci ilin dekabr ayında, 2019-cu ilin aprel, iyul aylarında cənab sədr Kərəm Həsənovun, 2019-cu ilin iyul ayında sədr müavini Rafiq Cəlilovun, sədr müavini F.Şahbazovun qəbulunda ola zamandan sonra həmin başı bəlalı icarə torpaq sahəsi tapılaraq yeri müəyyən edildi. Məlum oldu ki, həmin icarə torpaq sahəsi Zərdab rayonu Alıcanlı kənd ərazisinə bitişikdir və Alıcanlı kənd sakinləri tərəfindən zəbt edilərək evlər tikilmiş, əsaslı və yardımçı binalar inşa edilmişdir. Dəfələrlə Zərdab rayon İcra Hakimiyyətinin sabiq başçısı cənab Lütvəli Babayevə müraciət etmişəm, lakin o mənə cavab verirdi ki, sənə icarə torpaq sahəsini sabiq başçı Mənsur müəllim verib, get həmin torpaq sahəsini ondan al, bizlik deyil.

Çox hörmətli cənab Prezident!

Odur ki, Sizdən xahiş edirəm ki, Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Ucar rayon Əmlak İdarəsinin işçisi Mehman İsmayılov mənə çatası 3000 azn-in (üç min) və çəkdiyim digər xərcləri hesablayıb, cəmi 5000 azn-in (beş min) mənə vermələrinə yaxından köməklik göstərəsiniz.

Öncədəm Sizə öz təşəkkürümü bildirirəm.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Vətəndaş Ucar RİH-nin başçısı Mənsur Məmmədovun etdiyi qanunsuzluğa görə Ölkə Prezidentinə müraciət etdi
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qarabağ"ın futbolçusu "Zirə"yə keçdi
"Qarabağ"ın futbolçusu Rahil Məmmədov "Zirə"yə keçib.

"Zamantv.az" xəbər verir ki, 27 yaşlı müdafiəçi cari mövsümün sonunadək paytaxt təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Rahil Məmmədov 2018-ci ildən Ağdam klubunda çıxış edir. O, daha əvvəl "Neftçi" və "Səbail" komandalarının şərəfini qoruyub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Leş ət mafiyası" iş başında! - Bu sahəyə "krışalıq" edənlər var?
İstifadəyə yararsız 4 ton at və mal əti satan mütəşəkkil dəstə üzvləri həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə tədbir keçirilib. Xaçmaz rayonunda ət tədarükü məntəqəsi yaradıb heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnən dəstə üzvləri ifşa olunub.

Toplanan materiallar əsasında müəyyən edilib ki, Xaçmaz rayon sakini Azik Babayev başçılıq etdiyi dəstənin üzvləri Hatəm Bayramov və Yalçın Babalıyevlə birgə ölmüş at və iri buynuzlu heyvanların ətinin toplanması, tədarükü və satışı ilə məşğul olublar.

Müəyyən ərzaqlar var ki, onları ölkə vətəndaşları yemir. At, eşşək və s. tipli heyvan ətləri də onların qida rasionunda deyil. Bu, həm dini, həm də ənənəvi nəsnələrlə, dəyərlərlə bağlıdır. Təəssüf ki, bəzi insanlar öz mənfəətləri üçün bu tip ətləri əhaliyə sırıyır. Görülən tədbirlər də nəticə vermir. Hətta məhkəmələr bu cür insanları həbs etmir, yalnız cərimələyərək cəzalandırır. Zamantv.az xəbər verir ki, məsələ ilə bağlı “Sherg.az”a münasibət bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov düşmənlərimizin də bu məsələdən istifadə etdiyini bildirib:

“Azad İstehlakçılar Birliyində bir kitabça var. 1967-ci ildə hazırlanıb. 15 müttəfiq respublika arasında təkcə Azərbaycanda eşşək əti yeməli ət kimi şərh olunub. Ətin qiyməti, yağlığı və s. qeyd edilib. İllər öncə müəyyən işlər apardıq. Məlum oldu ki, o kitabçanı ermənilər hazırlayıb. Biz bununla razı deyilik. Bu, Azərbaycan üçün ənənəvi qida deyil. Düşmənlərimiz də bundan istifadə edərək bizi vəhşi xalq kimi təqdim edirlər. Sovet vaxtı elə sənədlər meydana çıxırdı. Birmənalı şəkildə bu tip ətlər yeyilməz və İslam dininə görə də haramdır”.

Birlik sədri sovet dövrü ilə müstəqillik dövrümüzün müqayisəsini verib:

“Sovet vaxtı kim murdar ət satardısa, onun yeddinci nəsilinəcən başına vurardılar. Təəssüf ki, müstəqillik dövrü başlayandan sonra, hətta əhali varlansa belə, bu, davam etdi. AİB 24 ildir, bu leş tayfasını təqib edir. Bu prosesdə ən uğurlu işi Daxili İşlər Nazirliyi yanında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Çünki bu qurum cinayətkarları cərimələyib getməsinə imkan vermir, həbs edir. Ancaq məhkəmələr nədənsə bunlara bəraət verib azadlığa buraxır. Heydər Əliyev demişkən, ömrümün axırınacan o məhkəmələri ifşa etməklə məşğul olacam”.

Sədr yararsız ət satanların ifşasında iştirakından bəhs edib:

“Məsələ təkcə at və eşşək əti də deyil. Ölmüş və mundar olmuş heyvanların ətini satırlar.Səlahiyyətli şəxs olsaydım, həmin heyvanlardan bir xaş bişirtdirərdim, bu işlə məşğul olanlara zorla yedizdirərdim. Buna qarşı ümumxalq mübarizəsi qalxmalıdır. Çünki bələdiyyələrin, qurumların və xalqın gözü qarşısında yaramazlar bunu edirlər. Dəfələrlə bu cür insanların ifşasında iştirak etmişəm. Məndə onların vizitkartları var. Rayonlarda bu işlə məşğul olanların üstünə adamlar göndərmişəm. Axundlarıyla danışmışam ki, kəndinizdə belə bir şey baş verir. Məsələn, Xəlfəli kəndində bu cür hadisə olmuşdu. Daxili İşlər Nazirliyi aşkarlamışdı. Mən bilən orada sakitçilik olurdu, belə şeylər yox idi. Azad İstehlakçılar Birliyi nəzarət edirdi”.

O, məsul şəxslərin bu məsələyə laqeyd yanaşdığını qeyd edib:

“DİN-ə təşəkkür edirəm. Həqiqətən, digərlərindən çox fərqlənir. Çünki digər qurumlar, xüsusilə də, Kənd Təsərrüfatı Nazirliyi yararsız ət satanları cərimələyib buraxırdılar. Amma DİN həm cəzalandırır, həm də ifşa edir”.

E.Hüseynova görə, ölkədə yuxarı vəzifədən tutmuş adi vətəndaşa qədər hər kəs bir olsa, bu məsələ kökündən yox olar:
“Yeyilə bilməyəcək ətlərlə bağlı sənəd olmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi çıxış etdi ki, hər bir əti yemək olar, sadəcə istehlakçını aldatmamaq üçün adını qoymaq lazımdır. Bəli, de-yure belədir. Lakin de-fakto belə olmalı deyil. Hər birimiz mübarizə apararaq ölkədə mundar ətin satılmasına son qoya bilərik. Düşünürəm ki, heyvanların identifikasiya məsələsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həll olunandan sonra bu da, yaxın beş ildə baş verə bilər. Demək olar, məsələ 80 faiz yığışacaqdır".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ruslar nə zaman qədər BİZİMLƏ MƏZƏLƏNƏCƏK? - BUNUN BAŞQA ADI YOXDUR...
Rusiyanın Müdafiə Nazirliyi Qarabağda sülhməramlıların bu ilin yanvar ayı üçün fəaliyyətləri barədə hesabat yayıb. Zamantv.az-ın “Yeni Müsavat”a istinadən xəbərinə görə, Müdafiə Nazirliyinin rəsmi saytında yayılmış hesabatda diqqətçəkən məqamlar var. Əvvəla, hesabatda dəfələrlə “Dağlıq Qarabağ” termini işlədilir ki, bu da müharibədən sonra Azərbaycanın yaratdığı reallıqları inkar etmək deməkdir.

Çünki keçmiş “DQMV” ləğv edilib və Azərbaycan Prezidentinin sərəncamı ilə “Qarabağ”, “Şərqi Zəngəzur” iqtisadi zonaları yaradılıb. Azərbaycan Prezidenti dövlətimizin adından keçmiş Dağlıq Qarabağın inzibati sərhədlərinin ləğv edildiyini rəsmən bəyan edib.

İkincisi, hesabatın əhatə etdiyi fəaliyyət istiqamətləri göstərir ki, sülhməramlılar olduqları ərazidə yalnız erməni maraqlarının müdafiə zərurəti çərçivəsində fəaliyyət göstərir. Belə ki, humanitar yüklərin daşınması, təmas xətləri boyunca patrul xidmətinin göstərilməsi, minalardan təmizlənmə, humanitar aktların həyata keçirilməsi kimi əsas istiqamətlər üzrə fəaliyyətlərdən söhbət açılır.

Yada salaq ki, bundan əvvəl də sosial şəbəkələrdə Kəlbəcərə gedən Azərbaycan maşınlarının sülhməramlılar tərəfindən yoxlanılarkən onların yanında erməni separatçılarının olmasını əks etdirən video cəmiyyətdə hiddətlə qarşılanmışdı. Bildirilir ki, Azərbaycan tərəfi sülhməramlıların rəhbərliyinə narazılığını və etirazını bildirib. Rusiya sülhməramlılarının rəhbərliyi öz növbəsində belə halın təkrarlanmayacağına söz verib. Amma bu qeyri-rəsmi məlumatdan başqa heç bir izahat verilməyib. Bəs niyə Rusiya Müdafiə Nazirliyi hələ də Qarabağ regionu qarşısında “naqornı” ifadəsini işlədir? Bu yanlış bilərəkdən edilir, yoxsa Azərbaycanın topoqrafiyasından (dəyişən adlar) xəbərləri yoxdur? Biz bu qədər sadəlövh ola bilərikmi? Ümumiyyətlə, Rusiya sülhməramlıları nə vaxtadək ermənilərə odun daşıyacaq, evlərini qızdıracaq...

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a dediyinə görə, bu qədər texniki xəta ola bilməz. Politoloq hesab edir ki, ilyarım ərzində bu cür “xətaları” saysaq, nə qədər təxribata məruz qaldığımızı görərik: “Bundan əvvəl də erməni separatçısı maşınımızı yoxlayırdı, sülhməramlı söz verdi k, bir də təkrar olmayacaq. Amma xəndək qazırlar, göz yumurlar, atəş açırlar, göz yumurlar. Azərbaycan üçün ”Dağlıq Qarabağ" ifadəsi yoxdur, Rusiya Müdafiə Nazirliyi Azərbaycan Prezidentinin qərarına hörmətlə yanaşmalıdır". E.Şahinoğlu xatırlatdı ki, bizim üçün “Stepanakert” adlı şəhər də yoxdur: “Xankəndidir, amma heç bir rus rəsmisi belə adlandırmır. Heç olmasa mötərizədə Xankəndi göstərmək olar, onu da etmirlər. Ona görə hesabatda məqsədli şəkildə ”naqornıy" sözü təkrar-təkrar yer alır. Bununla demək istəyirlər ki, Azərbaycanın qərarı ilə hesablaşmırıq, yəni Rusiya üçün “Dağlıq Qarabağ”, “Stepanakert” var. Və bütün bu addımlar göstərir ki, belə siyasət davam edəcək".

Siyasi analitikin fikrincə, sülhməramlılar separatçıları tərk-silah etmirlər, Laçın yolunu ciddi şəkildə yoxlamırlar, bütün bunlara özləri geniş şərait yaradırlar: “Bu il yarımda gördüklərimiz kifayət edir, Rusiya şikayətləri qulaqardı edir, sabahısı başqa təxribata yol verilir. Ona görə təhlükə qalır, Donbasda, Abxaziyada pasport paylamışdılar, bu təxribatla biz də üzləşə bilərik. Ona görə 4 ilin sonunda 6 ay qalmış tam ixtiyarımız çatır ki, sülhməramlıları çıxaraq, deyək ki, sizə ehtiyacımız yoxdur, erməni vətəndaşlarla da dialoqumuz olacaq. Elə etməliyik ki, buradan çıxsınlar. Üstəlik, 10 noyabrda müqavilə imzalanıb, əlimizdə sənəd var, digər separatçı bölgələrlə bağlı heç bir saziş yoxdur, fərqimiz budur. Ancaq qarşıda zaman varsa, o demək deyil ki, bu 4 ildə onların təxribatlarına göz yummalıyıq. Artıq Xocalı genosidinin 30 illiyi gəlir, bu şəhərə qayıdış məsələləri, Şuşanın kəndlərinin qaytarılması qaldırılmalıdır, yoxsa bizim üçün getdikcə daha ciddi problem olaraq qalacaq”.

Hərbi ekspert Ramil Məmmədli hesab edir ki, dünyanın bütün güc strukturlarında olduğu kimi Rusiya MN-ın də hesabatını baş qərargah rəisi təsdiqləyir və mətbuata ötürülür: “Burada heç bir texniki yanlışlıqdan söhbət gedə bilməz. Rusiya dövləti üçün məsələ bu formada qalıb, hesab edirlər ki, ərazi ”Dağlıq Qarabağ" kimi qalmalıdır. Onlar bu cür göstərməklə sülhməramlının xidmət etdiyi ərazini guya dəqiq çatdırmağa çalışırlar. Biz istəyərdik ki, Qarabağın dağlıq hissəsi yazılsın, hər halda, bu vəziyyət arzuolunan hal deyil, bizim üçün tarixin arxivinə getmiş məsələdir. Ona görə Rusiya Müdafiə Nazirliyinin mövqeyini dövlətin mövqeyi kimi qiymətləndirməliyik. Bundan əvvəl də bəzi şəhər və kənd adlarını ermənilər adlandırdığı kimi qeyd edirdilər. Hər dəfə Azərbaycan tərəfi buna etiraz edəndə deyirlər ki, texniki səhv olub. Mən isə burada texnikidən daha çox, siyasi motiv görürəm. Belə qənaətə gəlinir ki, sanki sülhməramlılar orada ermənilərə yiyəlik edir".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramiz Mehdiyevin adamı Mərkəzi Nəbatat Bağının ərazisinini “avtobaza”ya çevirib — ŞOK FAKTLAR
Son dövrlər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışan bir qrup rəhbər şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya hallarına yol verilməsi, eləcə də alim heyətinin elmi ictimaiyyətdə nüfuzdan salınması barədə məlumatlar geniş vüsət almaqdadır. Belə ki, AMEA-nın fəaliyyətini yaxşılaşdırmaq məqsədilə bağın yaxınlığında yerləşən “Avtobaza” və “Təmir Tikinti” əraziləri bu gün qeyri-qanuni olaraq, saxta sövdələşmələrlə özəl şirkətlərə icarəyə verilməkdədir.

Əldə etdiyimiz məlumata əsasən, sözügedən “Avtobaza”nın “kassası” Mərkəzi Nəbatat Bağının direktoru Natiq Allahverdiyev tərəfindən ələ keçirilərək, qanunsuz olaraq biologiya elmləri doktoru, professor Süleyman Allahverdiyevə “arendaya” verilib. Əvvəllər orada çalışmış kassirlər işdən qovulub, onların yerinə Natiq Allahverdiyev öz yaxınını yerləşdirib.

“Avtobaza”nın kassasında yığılmış pul vəsaitinin bir qismi dövlət büdcəsinə köçürülür, digər qismi isə (21.500 AZN) AMEA-nın İşlər İdarəsinin rəisi, Ramiz Mehdiyevin kürəkəninin qardaşı Fikrət Əliyev tərəfindən mənimsənilir.

Biologiya və Tibb Elmləri Bölməsinin sədri, Molekulyar biologiya və biotexnologiyalar institutunun direktoru akademik İradə Hüseynova ona göstərilən etimaddan sui-istifadə edərək vətənpərvər kadrları AMEA Rəyasət Heyətinin Aparat rəhbəri Seyfəl Həsənov və Natiq Allahverdiyevin əli ilə şərlənib, işdən çıxmağa məcbur etdirir, bununla da sonuncular biologiya və tibb elmləri bölməsi institutlarında öz istəklərini həyata keçirirlər.
Bu gün akademik İradə Hüseynova Natiq Allahverdiyevin əli ilə “yenidənqurma” adı altında Mərkəzi Nəbatat Bağının kolleksiya sahələrini məhv etdirərək, nəbatat bağlarına xas ənənələri dağıdaraq öz bildiyini etməkdədir. İradə Hüseynova “xofu” hər kəsi səsin çıxarmamağa, çıxararsa işdən qovulacaqları qorxusu altında danışmamağa məcbur edir.

Bu gün “iş adı altında” Lənkəranın bazarlarından ucuz qiymətə alınan ağaclar baha qiymətə rəsmiləşdirilərək Bağın giriş hissəsində olan kolleksiya fondu bitkilərini məhv etdirərək həmin ərazilərə əkilməkdədir.

N.Allahverdiyev və himayədarlarının birgə apardıqları işlər bağın kolleksiyasında olan bitki müxtəlifliyinin məhvinə, Bağda formalaşmış kadrların oradan uzaqlaşdırılmasına və nəticədə uzun illər boyu bağa qoyulmuş sərmayənin məhvinə səbəb olmaqdadır.

Qeyd olunanlar Azərbaycan elmini gözdən salmağa, elmi ictimaiyyəti çaşdırmağa xidmət edir. Bu təzyiqlərə tab gətirməyən, uzun illər böyük zəhmət və vəsait hesabına yetişdirilmiş gənc istedadlı və təcrübəli kadrlar, Bağçılıq və landşaft quruculuğu, eləcə də Bioloji kolleksiyalar sahələrində çalışan mütəxəssislər öz xahişləri ilə işdən azad olunublar. Bütün bunların səbəbkarı AMEA-da səriştəsiz idarəetmə üsulu tətbiq edən Ramiz Mehdiyev və onun Akademiyadakı əlaltılarıdır.
Demokrat.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bacısı oğlunun həbsi xəbəri yayılan Əflatun Amaşovdan AÇIQLAMA
Bakı Mühəndislik Universitetinin təsərrüfat şöbəsinin müdiri Eldar Səmədovun oğlu Səməd Səmədov dələduzluq üstündə həbs olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Səməd Səmədov Nərimanov rayon polis əməkdaşları tərəfindən saxlanılaraq məhkəməyə gətirilib.

Məhkəmənin qərarı ilə Səməd Səmədov AR Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Səməd Səmədov Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun bacısı oğludur. Səməd Səmədov Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli Xəzər TV-yə rəhbərlik edən dövrdə bu telekanalda da çalışıb.

AZXEBER.COM məsələ ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşov ilə əlaqə saxlayıb.

O məsələdən xəbərsiz olduğunu deyib: "Mən belə bir şeyi ilk dəfədir ki, sizdən eşidirəm. Qətiyyət belə bir şey yoxdur".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qazi Goranboy Rayon İcra Hakimiyyəti qarşısında ÖZÜNÜ YANDIRDI - VƏZİYYƏTİ AĞIRDIR
Zamantv.az-ın məlumatına görə, bu dəqiqələrdə Hurriyyet.az-a daxil olan məlumatda deyilir ki, sardar adlı Qarabağ qazisi Goranboy Rayon İcra Hakimiyyəti qarşısında özünü yandırıb.

Onun vəziyyətinin ağır olduğu deyilir.

Hadisə ilə bağlı ətraflı məlumat verməyə çalışacağıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda belə məktəb də var...
Kənd məktəblərinin yararsız və qəzalı vəziyyətdə olması ilə bağlı çox eşidirik. Bu cür hallar şagirdlərin təhsil alma istək və cəhdlərinə təbii ki, mənfi təsir göstərir.

Şamaxının ucqar dağ kəndində - Yuxarı Çağanda isə vəziyyət tamamilə fərqlidir. Kəndin müasir məktəbi var, amma şagird çatışmazlığı mövcuddur. Burda təhsil alan 3 uşaq isə qonşu kənddən gəlir. Şagirdlərdən biri birinci sinifdə ikisi isə 8 sinifdə təhsil alır.

Birinci sinifdə təhsil alan Göyçəyin leksikonunda “sinif yoldaşım” ifadəsi yoxdur.

İllər öncə məktəbdə təhsil alan şagird kontingenti çox olub. Məktəb 9 illik olduğu üçün ötən il 3 şagird bu məktəbi bitirərək hazırda digər məktəblərdə təhsilini davam etdirir.

Çağan kəndində vaxtı ilə 30 evdə yaşayış olub hazırda isə kəndə 3 ailə yaşayır. Onların kütləvi köçünə səbəb həm baş verən sürüşmə, həm də kənddə yaşanan bir sıra çətinliklərdir. Elə buna görə də kənddə məktəb yaşında uşaq tapmaq mümkün deyil. Təhsil almaq üçün Aşağı Çağan kəndindən bura gəlirlər.

Şagirdlər müəllimlərin tez-tez yerdəyişmə etməsinin, hava səbəbindən yaşanan çətinliklərin tədrisə təsirsiz ötüşmədiyini bildirirlər.

Burada müəllimlərin sayı uşaqların sayından iki dəfə çoxdur. Müəllimlərdən altısı bura təyinatla gəlib. Onlar Bakı, Sumqayıt, Şamaxı və müxtəlif ərazilərdən bura təşrif buyurublar.

22 ildir məktəb direktoru işləyən Natəvan Mürsəliyeva əhalinin kəndi kütləvi şəkildə tərk etməsinə baxmayaraq valideynlər arasında təbliğat aparıldığını deyir. Uşaqları məktəbə qaytarmaq üçün əllərindən gələni etdiklərini söyləyir.

Məktəbin direktoru bildirir ki, kollektivin bir istəyi var, o da burada şagirdlərin daha çox olmasıdır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO