[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əflatun Amaşov koronavirusa yoluxub
Mətbuat Şurasının sədri Əflatun Amaşov koronavirusa yoluxub.

Zamantv.az xəbər verir ki, bu barədə sədr Musavat.com-a verdiyi açıqlamada bildirib.

O, hazırda koronavirusa yoluxduğunu və evdə müalicə aldığını söyləyib
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
40 yaşlı kişini cərəyan vurub öldürdü
Ağcabədi sakinini cərəyan vuraraq öldürüb.

Zamantv.az Ağcabədi rayon prokurorluğundan verilən məlumata görə, fevralın 6-sı saat 15 radələrində Ağcabədi rayonu, Şənlik kənd sakini 40 yaşlı Ehtiram Əmirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla müəyyən edilib ki, Ehtiram Əmirov Şənlik kəndinə gedən yolun kənarında quraşdırılmış transformatorda təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Toyda kütləvi dava: Gəlin qohumlarını məhkəməyə verdi
Türkiyənin Sakarya bölgəsindəki toy məclislərinin birində kütləvi dava olub.

Zamantv.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, məclisdə iştirak edən yüzə yaxın qonaq əlbəyaxa olub.

Hadisə zamanı 24 nəfər yaralanıb. 40-a yaxın şəxsin ifadəsi alınıb, polisə müqavimət göstərdiyi üçün 1 nəfər saxlanılıb.
Məlumata görə, dava zinət əşyaları üstündə olub.

Qeyd edək ki, gəlin qohumlarını məhkəməyə verib.

Hadisənin görüntülərini təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xocavənddə qəzaya düşənlərin 11-i Türkiyə vətəndaşıdır -YENİLƏNİB
Xocavənddəki qəza nəticəsində xəsarət alan şəxslər Bakı Sağlamlıq Mərkəzinə yerləşdiriliblər.

Zamantv.az xəbər verir ki, bu barədə Səhiyyə nazirliyindən bildirilib. Belə ki, qəza nəticəsində mərkəzə müştərək travmalarla 13 nəfər yerləşdirilib. Onlardan 11-i Türkiyə vətəndaşıdır. 2 nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağırdır.

Qeyd edək ki, digər 11 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Hazırda müayinə və müalicələr davam edir.

Dünən axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış 16 nəfər ilkin tibbi yardımdan sonra Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.

Zamantv.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd edək ki, qəza dünən axşam saatlarında Xocavənd rayonu ərazisində baş verib

Qəza nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar olub.

Qəzanın baş vermə səbəbləri və digər təfərrüatlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
https://youtu.be/Ny8ge7NZHxk
Azərbaycan təhsilində baş verən ilginc hadisələr barəsində kifayət qədər yazılıb. Bu sahəni tənqid etmək üçün münəccimliyə, tədqiqatçılığa ehtiyac yoxdur. Necə deyərlər, görünən dağa bələdçi lazım olmur. Amma rastlaşdığım hadisə məni bu sətirləri yazmağa vadar etdi. Yazdım ki, çox hörmətli Təhsil nazirimiz Emin Əmrullayev, Texniki Universitetin rektoru Vilayət Vəliyev də məsələdən hali olsunlar. Çünki yazacaqlarım təhsil adına bir utanc, Azərbaycan vətəndaşı üçün isə rüsvayçılıqdır. Rüşvət almaq da, korrupsioner olmaq da mümkündür-insan xisləti bu xüsusiyyətlərdən xali deyil. Amma öz dövlətinə, onun qazisinə nifrət bəsləmək, milli kimliyini pərdələyərək genetik köklərinin qisasını almaq heç bir mizan-tərəziyə uyğun gəlmir.

Beləliklə baş verənləri bəzək-düzəksiz, sadə el dilində diqqətinizə çatdırıram ki, siz də bu rüsvayçılıqdan, xalqımıza qarşı baş qaldıran milli nifrətdən xəbərdar olasınız.
Qələm əhli olan dostumuzla xəbər tutduq ki, aprel döyüşçüsü olan qardaşımızın Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində təhsil alan övladının kəsirləri var. Bir döyüşçü qardaşımız qarşısında mənəvi borcumuzu azacıq da olsa ödəmək istəyi ilə onun özünün xəbəri belə olmadan yaranmış borcu ödəmək və tələbə övladımızın imtahanlara qatılmasına şərait yaratmaq istədik. Ən azından tələbə övladımızın atası cəbhədə olarkən keçirdiyi mənəvi iztirabların onun təhsil almasında hansı problemlər yaratdığını müəllimlərindən daha yaxşı anlayırıq. Əlqərəz, yollandıq Kollecə və qapının ağzında bizi qarşılayan mühafizəçiyə gəlişimizin məqsədini və direktor Bəxtiyar Bəxtiyarovla görüşmək istədiyimizi söylədik. Mühafizəçi Bəxtiyar müəllimin gəlişimzdən xeyli bəxtiyar olacağını söyləyərək təəssüflə qeyd etdi ki, direktor burda yoxdur, nazirlikdədir və sabah gəlməyimizi məsləhət gördü. Geri qayıdaraq Kollecin binasından bir az aralanmışdıq ki, mühafizəçi qaçaraq gəldi ki, bəs direktor olmasa da müavini Üzeyir müəllim buradadır və sizi o qəbul edəcək.
Romanlarda deyildiyi kimi elə nə oldusa da bundan sonra oldu. Geri dönərək Tədris işləri üzrə direktor müavini Üzeyir Salehzadə ilə görüşdük. Gəlişimizin məqsədini ona söyləyəndə Üzeyirin (inciməsin müəllim deməyəcəyəm) mimikası, jestləri qəflətən dəyişdi. Nə qədər pərdələməyə çalışsa da onda xalqımıza, qazilərə qarşı olan pataloji nifrəti elə ilk andaca sezdik. Çünki nifrət onun baxışlarında alovlanaraq sözlərindən od kimi tökülürdü. Bir döyüşçü övladına kömək etmək istədiyimizi eşidən kimi Salehzadə Üzeyir necə əsəbləşdisə bizi gah reketçilikdə, gah da qanunları pozmaqda ittiham etməyə başladı. Anlamadıq ki, bir müharibə iştirakçısına, qəhrəman döyüşçü övladına kömək etməyin reketçiliklə nə əlaqəsi var. Üzeyirin HAYqırtısına bayaqdan nazirlikdə olduğu söylənilən Bəxtiyar müəllim kabinetindən çıxdı və hadisənin məğzindən xəbər tutmamış müavinisayaq üzərimizə hücuma keçdi. Onu birtəhər sakitləşdirərək gəlişimizin məramını anlatdıq. İnsafən Bəxtiyar müəllim bizi dinləyəndən sonra tələbələrin gəlməsini və onlara kömək ediləcəyini bildirdi. Amma artıq necə deyərlər, olan olmuşdu və Üzeyirin bulandırdığı suyu Bəxtiyar müəllimin sözləri durulda bilmədi.
Bir təhsil ocağında qazilərə olan bu münasibət məni sadəcə olaraq dəhşətə gətirmişdi. Apardığım qısa araşdırmadan sonra baş verənlərin məğzini anladım. Aldığım xəbərlərə görə, Üzeyirin xalqımıza və qazilərimizə qarşı olan nifrətinin kökündə onun Hadrutdan rədd edilən qohumlarının təəssübkeşliyi dayanır. Görünür, qəhrəman Azərbaycan əsgərinin qazandığı möhtəşəm qələbə və Hadrutun azadlığı genetik kodları süni milli kimliyindən güclü olan Üzeyiri hələ də rahat buraxmır. Bu səbəbdən də qazi adını eşidən kimi HAYqırtısı bütün Kollecə yayılır.
Üzümü hüquq-mühafizə orqanları, təhlükəsizlik xidmətinin əməkdaşlarına tutaraq bu faktın araşdırılmasını xahiş edirəm. Böyük bir təhsil ocağında xalqımıza qarşı düşmən münasibət bəsləyən birisinin rəhbər mövqedə əyləşməsi, at oynatması, qazilərimizə fürsət düşən kimi əlindən gələn pisliyi etməsi hansı məntiqə sığır? Bəs deyilmi belə hallara göz yumduğumuz?
Məncə Təhsil nazirliyi və Texniki Universitet rəhbərliyi də baş verənlərə qəti münasibət açıqlamalıdır. Ən azından bütün bunlarda onların da mənəvi və hüquqi məsuliyyəti vardır. Hansı haqla qəlbində xalqımıza nifrət hissi bəsləyən, 44 gün ərzində məğlub olaraq haqlı cəzasına çatan qohumlarının ədavətini aparan birisi balalarımızın gələcəyinə balta çalmalıdır? Bəs olmadımı bu qədər unutqan, soyuqqanlı olduğumuz ?
İndi söz sizindir, cənab yetkililər. Bizsə məsələni diqqətdə saxlamaqda davam edəcəyik !

Nicat Mahmudov
Rubrika.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Zövqdən danışırıqsa, biri mənə başa salsın ki, qara parçanın yanında yaşıl parça nə gəzirdi"
Müğənni Elnarə Xəlilova onun geyim tərzini tənqid edən stilist Elnur Həsənova cavab verib. Zamantv.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə o, “Şourum” verilişində danışıb.

İfaçı dəb bilicisinin əl işlərini bəyənmədiyini bildirib. Xəlilova Əməkdar artist Lalə Məmmədovanın Türkiyənin TRT telekanalında qatıldığı verilişdə əynindəki geyimini buna misal çəkib:

“Elnurun geyindirdiyi, Elnurun yaratdığı Lalə Məmmədova obrazında dərin dekolte var idi. Bunu mən gördüm və gördüm ki, TRT o dekolteni bağlayıb. Özü də yaşıl parça ilə. Qara paltarı yaşıl parça ilə bağlamışdılar. Zövqdən danışırıqsa, biri mənə başa salsın ki, qara parçanın yanında yaşıl parça nə gəzirdi. Bu mənim zövqüm deyil. Mən elə geyinməzdim. Sözüm həmkarlarımadır. Heç kim özünü pis hiss etməsin, heç kim dediyim sözü şəxsisinə qəbul etməsin, çünki söhbət obrazdan gedir, sizin şəxsiyyətinizdən yox.

Qeyd edək ki, daha əvvəl Xəlilova instaqram hesabında ad çəkmədən Həsənova bir işlə məşğul olmasını, sadəcə makiyaj etməsini təklif etmişdi: “Məncə, sən bir iş görsən olar. Ya vizaj et, ya da kolor. Geyim sənlik deyil, inan. Pornoqrafik, ürəkbulandıran sonuncu obrazlarının TRT-dən sorağı gəlir”.


Məmmədovanın isə cavabı belə olmuşdu: “Həddini bilmədikdən sonra çox şey bilmək mənasızdır. Susqunluq heç kimi çaşdırmasın. Çünki susan danışsa, dözən olmaz. Bu arada TRT-yə qucaqdolu sevgilər və salamlar”.

Xatırladaq ki, L.Məmmədovanın TRT-də qonaq olduğu “İpek Açar ile ipek yolu” verilişi yanvarın 13-də efirə gedib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cavanşir Feyziyevin Mətbuat Şurasının İdarə Heyətindən çıxarılması müzakirə olunub - AÇIQLAMA
Cavanşir Feyziyevin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsi müzakirə olunub. Zamantv.az "Report"a istinadla xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, bu gün səhər Cavanşir Feyziyevlə əlaqə saxlayıb: "Baş verənlər və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsini müzakirə etdik. Hazırda Cavanşir müəllim ölkədə yoxdur. Bir neçə günə gələcək. Onun özünün də iştirakı ilə İdarə Heyətinin iclasında məsələni bir daha müzakirə edəcəyik".

"Koronavirusa yoluxduğum üçün bir neçə gündür ki, işə çıxmıram. Belə bir durumda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən birinin İdarə Heyətinin iki üzvünə və digər həmkarlarımıza qarşı səsləndirdiyi fikirlər məni üzdü. Xeyli təəssüfləndim. İstənilən vəziyyətdən, emosional durumdan asılı olmayaraq, jurnalistlərə qarşı həssas davranmaq vacibdir. Nəzərə alaq ki, hazırkı xoşagəlməz situasiyaya səbəb olmuş mövzunun özü də kifayət qədər həssas idi. Belə olan halda yalnız soyuq həqiqətlər açıqlanmalıydı, əlavə ritorikaya ehtiyac yox idi", - deyə Ə.Amaşov əlavə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Mənim qardaşım adam öldürməyib, ancaq ona ən ağır ölüm maddəsi veriblər" - Prezidentə müraciət olundu
7 saylı cəzaçəkmə müəsissəsində ölüm aclığı keçirən məhkum Qubuşov Tural Tağı oğlunun bacısı Qubuşova İradə Azinforum.az vasitəsilə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, qardaşı ilə bağlı məsələni nəzarətə götürməyi xahiş edib: “Mənim qardaşım adam öldürməyib, ancaq ona ən ağır ölüm maddəsi veriblər. Ortada ölən də yoxdur. Saxta ittihamlar əsasında ona 18 il iş veriblər. Bütün bu şərlənmə kampaniyasının arxasınd daxili işlər nazirinin müavini Zahid Dünyamalıyevin oğlu Vəli Dünyamalıyev durur. İşə obyektiv baxılsa onun hansı saxtakarlıqlara imza atdığı üzə çıxacaq. Qardaşımın səhəti çox ağırdı, xahiş edirəm haqq-ədalətin bərpa olmasına tardımçı olun”.
Azinforum.az olaraq müraciətdə adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazır olduğumuzi bildiririk. Eyni zamanda, Penitensiar Xidmətdən bu məsələ ilə bağlı mövqe bildirmələrini xahiş edirik.

Mövzuya qayıdacayıq… //azinforum.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Goranboydakı dəhşətli qətlin TƏFƏRRÜATI
Goranboyda iki nəfərin qətli ilə bağlı cinayət işi açılıb.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 6-sı saat 17 radələrində rayonun Qarasüleymanlı kəndi ərazisində kənd sakinləri - 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişlərin həmkəndlisi, 1965-ci il təvəllüdlü İlham Haqverdiyevin torpaq mübahisəsi ilə əlaqədar aralarında yaranan münaqişə zamanı Pərviz Namazov və Səlmi Namazovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənilərin növbəti təxribatı: Sülhməramlılar hara baxır? - REAKSİYA
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki erməni silahlı birləşmələri, separatçı rejimə aid qüvvələr fevralın 6-sı gecə saatlarında Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Nəticədə itkilərimiz olmasa da, mülki obyektə ziyan dəyib. Zamantv.az xəbər verir ki, separatçıların təxribatları haqqında Modern.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Azərbaycanın atmalı olduğu addımlara toxunub.

Ç. Qənizadənin fikrincə, Tərtərin atəşə tutulması bir daha göstərir ki, separatçı rejimin tör-töküntüləri hələ də təxribatları davam etdirməkdə maraqlıdırlar:

"Burada məsələyə iki baxış ola bilər. Birincisi, erməni separatçılarının bu cür davranışları onların sülh istəmədiyini, birgəyaşayış qaydalarına gələcəkdə belə əməl etməyəcəyini, sülh olacaqsa, Qarabağda qalan ermənilərin normal yaşamayacaqlarını sübut edir. İkinci bir tərəfdən sülhməramlıların məsuliyyətsizliyi, bu cür məsələlərə ciddi yanaşmaması problemlərə gətirir. Sülhməramlılar 10 noyabr sazişinin bəndlərinə uyğun olaraq, Qarabağa yerləşdiyi andan erməni separatçıları oradan çıxarılmalı, atəşkəs bərqərar olmalı, silahlı heç bir dəstənin fəaliyyətinə imkan verilməməli idi. Lakin biz görürük ki, nəinki erməni separatçılar oranı tərk etmədilər, əksinə 2020-ci il noyabrın 26-dan sonra Azərbaycan ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatları nəticəsində 60-dan çox terrorçu zərərsizləşdirildi. Özləri etiraf etdilər ki, atəşkəsdən 15-16 gün sonra Ermənistan tərəfindən bölgəyə göndərilib, təxribat törətmək tapşırılmışdı. Bəs Ermənistan silahlı dəstələrini Laçın dəhlizi ilə Qarabağa gətirib, terror törətmək üçün yerləşdirəndə sülhməramlılar hara baxırdılar? Eyni zamanda Qarabağda olan erməni separatçıları gah səngərlər qazır, gah istehkamlarını möhkəmləndirir, gah texnikalarını nümayiş etdirirlər. Bu zaman sual yaranır, sülhməramlılar, siz bu bölgəyə niyə gəlmisiniz? Nəyə xidmət edirsiniz? Sülhməramlılar, bölgədə sülhü təmin etməyə yönəltməli olduğunuz addımları niyə göstərmirsiniz?"

Son zamanlar sülhməramlıların nəzarət etdikləri bölgələrdəki özbaşınalıqların artdığını vurğulayan Çingiz Qənizadənin sözlərinə görə, mövcud durum göstərir ki, Qarabağdakı erməni separatçıları burada normal yaşamaq niyyətində deyillər:

"Azərbaycan tərəfi şübhəsiz ki, Rusiya sülhməramlılarına bununla və baş verən digər hadisələrlə bağlı kifayət qədər ciddi mövqeyini bildirir, tələblərini ortaya qoyur. Amma bizim istəyimizdən asılı olmadan baş verən addımlara qarşı adekvat cavablar zamanı gələndə veriləcək. Hesab edirəm ki, bu cür cılız addımlara qarşı ciddi reaksiya sərgiləyib, bizi sevməyən qüvvələrə, beynəlxalq təşkilatlara, üçtərəfli bəyanatın digər subyekti olan Rusiyaya əsas verməməliyik. Onların bizə qarşı hansısa çirkin niyyətlərini ortaya qoymasına şərait yarada bilmərik. Hələ ki, səbr nümayiş etdiririk. İndiki məqamda daha çox Rusiya sülhməramlılarından razılaşmaya uyğun nəzarət həyata keçirməyi tələb etməliyik. Bu cür qanunsuzluqlardan istifadə edərək, atəşkəs rejimini pozanların tutulub, cəzalandırılmasını istəməliyik".

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO