İctimai iştirakçılıq, yoxsa İCTİMAİ FIRILDAQÇILIQ... - Kimin kimə nəzarət etdiyi bəlli deyil

11:40 10.02.2022 205
İctimai iştirakçılıq, yoxsa İCTİMAİ FIRILDAQÇILIQ... - Kimin kimə nəzarət etdiyi bəlli deyil
Xəbər verildiyi kimi, özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədov həbs olunub. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, R.Məmmədov sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək, heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynova və anbardar Sabir İsmayılova qarşı zorakılıq tətbiq edib.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə R.Məmmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu hadisənin ardınca özünü “Yeni İctimai Nəzarət Şurası”nın sədri kimi təqdim edən Ramil Şükürov da həbs edilib.

Baş verənlər ictimaiyyətdə haqlı suallar doğurur. Azərbaycanda ictimai nəzarət zəif olduğu üçünmü bu cür qurumlar sürətlə çoxalır? Onların qanunsuz fəaliyyətinə maraq yaradan səbəblər nədir? Bu məqamda qeyd edək ki, 2014-cü ilin iyun ayından Azərbaycanda “İctimai iştirakçılıq haqqında” qanun qüvvəyə minib və bundan sonra dövlət qurumlarında ictimai şuralar təsis edilib. Prezident İlham Əliyev dəfələrlə institusional ictimai nəzarətin vacibliyindən danışaraq dövlət qurumlarına bununla bağlı tapşırıqlar verib.

Bir çox ekspertlər hesab edirlər ki, əksər dövlət qurumları yalnız formallıq xatirinə ictimai şuraları yaradıb və onlardan ciddi nəticələr gözləməyə dəyməz. Son dövrlər Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı Nəqliyyat Agentliyi yanında ictimai şuraların fəaliyyətinin kəskin tənqid olunması da bununla əlaqələndirilir. Aiddiyyəti sahələrdə baş verən neqativ halların qarşısının alınmasında, ictimaiyyətə müfəssəl məlumatların verilməsində bu şuraların heç bir fəaliyyətinin olmadığı iddia olunur. Zamantv.az-ın məlumatına görə, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanda ictimai nəzarəti həyata keçirmək üçün ən yüksək səviyyədə siyasi iradə var: “Prezident İlham Əliyev dəfələrlə ictimaiyyətə açıq və şəffaf fəaliyyət göstərməklə bağlı dövlət qurumlarına xəbərdarlıq edib. Son çıxışlarından birində isə institusional ictimai nəzarətin formalaşmasının vacibliyindən bəhs edib. Uzun müddətdir ki, Azərbaycanda “İctimai iştirakçılıq haqqında” qanun qəbul edilib. Bu qanunun qəbul edilməsi bir daha göstərir ki, dövlətin özü də ictimai nəzarətin ən yüksək səviyyədə təmin edilməsində maraqlıdır. Əksər dövlət qurumlarında ictimai şuralar təsis edilib və onların üzərinə ictimai nəzarəti təmin etməklə bağlı öhdəliklər qoyulub”.

Deputatın sözlərinə görə, ictimai şuraların əksəriyyəti etimadı doğrultmayıb: “Bu, başqa məsələdir ki, dövlətin və dövlət rəhbərinin siyasi iradəsi var, lakin bəzi qurumlar bundan sui-istifadə edir. Cəmiyyətin ictimai şuralardan böyük gözləntiləri var idi. Hər bir sahə üzrə yaradılan bu təsisatların dövlət-vətəndaş münasibətlərinin inkişafına töhfə verəcəyi, münasibətləri sağlamlaşdıracağı, dialoq mühiti yaradacağı və müxtəlif təkliflərlə çıxış edəcəyi gözlənilirdi. Çox təəssüf ki, bunlar baş verməyib”.

“Biz ictimai şuraların uğurlu fəaliyyətini hələlik müşahidə etmirik. Hesab edirəm ki, bu sahədə ciddi islahatlara ehtiyac var. İctimai şuralar formal yaradılmamalı, öz fəaliyyətləri ilə təmsil olunduğu quruma və sahəyə yeniliklər gətirməlidir”, - deyə həmsöhbətimiz bildirib.

Məmmədov əlavə edib ki, özünü ictimai nəzarət təşkilatları kimi təqdim edən şəxslərin məsuliyyətə cəlb edilməsi vacib addımdır: “İctimai nəzarət o demək deyil ki, bu adla öz şəxsi maraqlarını təmin edə və ya var-dövlət qazanasan. İctimai nəzarət odur ki, cəmiyyətdə baş verən neqativ halları işıqlandıra, ictimai nəzarət mühiti yarada, onların həllinə nail olasan”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə də AYNA-ya söyləyib ki, ölkədə ictimai nəzarətin və sağlam mətbuatın fəaliyyəti vacibdir: “Prezident İlham Əliyev uzun illərdir bununla bağlı bəyanatlar verir. İctimai nəzarətin və sağlam medianın fəaliyyətini təqdir edir. Qeyd edir ki, bu istiqamətdə səylər daha da artırılmalıdır. 2012-ci ildə Azərbaycanın qərb bölgəsinə səfəri zamanı Prezident qeyd etmişdi ki, ölkədə ictimai nəzarət artırılmalıdır. Bundan sonra bəzi işbazlar hərəkətə keçdilər və özlərini ictimai nəzarətçi, bloger, media təmsilçisi kimi təqdim edərək, bu və ya digər sahələrə müdaxilə etməyə başladılar. Əsas məqsədləri isə pul qazanmaq, şəxsi maraqlarını həyata keçirmək idi. Buna aid çoxsaylı misallar göstərmək olar. Çox təəssüf ki, biz bu məsələdə gecikdik. Burada həm dövlət qurumlarının, həm də ictimai fəaliyyətlə məşğul olan QHT-lərin, yəni bizlərin günahı var”.

Hüquq müdafiəçisinin sözlərinə görə, bəzən bu cür işbazların arxasında müəyyən qüvvələr dayanır: “Misal üçün, özünü bolger kimi təqdim edən Ata Abdullayevin daxil ola bilmədiyi obyekt yox idi. Bəzi hallarda dövlət orqanlarının nümayəndələri də onun arxasınca gedir, bu qanunsuz yoxlamalarda iştirakına şərait yaradırdı. Hazırda həbs edilmiş “İctimai nəzarət koalisiyaları” adlı qurumların rəhbərləri də dövlət orqanlarından böyük ərazilər icarəyə götürüblər”.

“Çox təəssüf ki, bu sahədə böyük boşluqlar mövcuddur. Mediada olduğu kimi, qeyri-hökumət təşkilatları sektorunda da qanunvericilik bazası təkmilləşdirilməli, bu sahədə də dərin islahatlar həyata keçirilməlidir. “İctimai iştirakçılıq haqqında” qanun qəbul edilsə də, müvafiq icra strukturlarının çoxunda ictimai şuraların fəaliyyəti qənaətbəxş səviyyədə deyil. Bu, özünü həm də şuralara keçirilən seçkilər zamanı büruzə verir”, - deyə müsahibimiz vurğulayıb.

Qənizadənin fikrincə, ictimai şuralara seçkilərin keçirilməsi qaydaları tənzimlənməlidir: “Bəzi qurumlara seçkilərdə istənilən sayda QHT-lərin iştirakına şərait yaradılacağı deyilsə də, sonradan məlum oldu ki, bəzi QHT-lər müxtəlif adlar altında ictimai birlikləri seçkilərdə iştiraka cəlb edirlər. Nəticədə isə öz qələbələrini təmin edirlər. Elə QHT-lər var ki, eyni anda 3-4 dövlət qurumunda ictimai şuranın üzvüdür. Bu qurumlara o şəxslər seçilməlidir ki, aiddiyəti sahə üzrə anlayışlı olsunlar və ixtisaslaşsınlar”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO