[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan-Qırğızıstan sənədləri imzalandı


Oktyabrın 11-də Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Birinci Dövlətlərarası Şuranın iclasının Qərar”ını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzalayıblar.

“Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”unu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğız Respublikasının Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev imzaladılar.

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandum"unu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Qırğız Respublikasının Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev imzaladılar.

"Azərbaycan Respublikasının Bakı şəhəri və Qırğız Respublikasının Bişkek şəhəri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Memorandum"unu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Bişkek şəhərinin meri Emilbek Abdıkadırov imzaladılar.

"Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırğız Respublikasının Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi arasında qarşılıqlı anlaşma və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Dinara Kutmanova imzaladılar.

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Sosial Fond arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol"u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının Sosial Fondunun sədri Bəxtiyar Əliyev imzaladılar.

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2025-ci illər üzrə əməkdaşlıq Proqramı"nı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov və Qırğız Respublikasının kənd təsərrüfatı naziri Askarbek Canibekov imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş"i Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev imzaladılar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Jurnalist vəsiqəsinin forması təsdiq edilib


Azərbaycanda jurnalist vəsiqəsinin forması, vəsiqənin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd olunub ki, eyni zamanda beynəlxalq praktikaya uyğun olaraq jurnalistlərin könüllülük əsasında Media Reyestrinə daxil edilməsi nəzərdə tutulmuşdur ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərə Medianın İnkişafı Agentliyi tərəfindən jurnalist vəsiqəsi veriləcək.

Jurnalist vəsiqəsi jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, onların inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədi daşıyır.
Jurnalist vəsiqəsinin forması təsdiq edilib

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
2 şirkət sahibi qardaşı oğlunu 16 min manat müqabilində hərbi xidmət yayındırıb? - "Nə xəstəliyi var ki? Turp kimi də oğlandır..."

Azərbaycan Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin üzvü Rəşid Yasin oğlu Çulaqov qardaşı oğlunu pul müqabilində hərbi xidmətdən yayındırıb.

DİA.AZ AzToday.az-a istinadla xəbər verir ki, belə bir iddia ilə jurnalist Həbib Müntəzir çıxış edib.

Onun sözlərinə görə, “Poliplast” və “Tuna” adlı şirkətlərin sahibi Rəşid Çulaqov bunun üçün 16 min manatından keçib:
2 şirkət sahibi qardaşı oğlunu 16 min manat müqabilində hərbi xidmət yayındırıb? - "Nə xəstəliyi var ki? Turp kimi də oğlandır..."

Turqut Yalçın oğlu Çulaqov

“Bu şirkətlər hazırda kağız, qablaşdırma və plastik istehsalı sahəsində Azərbaycanın qabaqcıl müəssisələrindən biridir. İlham Əliyev Çulaqov Rəşid Yasin oğlunu “Tərəqqi” medalı ilə təltif edib. Onun, qardaşı oğlu olan Turqut Yalçın oğlu Çulaqovu 16 min manat müqabilində hərbi xidmətdən saxlatdırdığı deyilir.

Xaçmaz rayonunda qeydiyyatda olduğu üçün, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rahim Əlifağa oğlu Ağayevdən soruşmaq lazımdır ki, bu qanunsuzluq necə baş verib? Bu sadəcə bir nümunədir, onlarla, yüzlərlə belə faktlar var”.

İş adamı jurnalistin ittihamlarının əsassız olduğunu yazıb. Onun sözlərinə görə, qardaşı oğlu Xaçmazda yox, Bakıda 2010-cu ildən qeydiyyatdadır:

“Hərbi qeydiyyatı da Xaçmazda yox, Bakıda olduğunu bilməliydin, xəstəliyini daha düzgün öyrənməliydin…”
2 şirkət sahibi qardaşı oğlunu 16 min manat müqabilində hərbi xidmət yayındırıb? - "Nə xəstəliyi var ki? Turp kimi də oğlandır..."

Jurnalist isə Rəşid Çulaqovun sözlərinə reaksiya verərək bildirib ki, Turqut Çulaqovun Bakıda yaşadığını bilir:

“Qardaşınız və oğlunun Bakının Xətai rayonu, Araz Novruzov küçəsində yaşadığını bilirəm. Mənə nağıl danışmaq lazım deyil. Deyin görək necə hərbi xidmətdən yayındırmısız? Nə xəstəliyi var ki? Turp kimi də oğlandır.”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dərman mafiyası Azərbaycanda MEYDAN SULAYIR - İLGİNC FAKTLAR


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus bu günlərdə Böyük Britaniyanın “The Guardian” nəşrinə müsahibəsində bəzi dərman və siropların uşaq orqanizminə çox mənfi təsirlərindən bəhs edib. Onun deməsinə görə, belə hallar Afrikanın Qambiya bölgəsində 66 uşağın ölümü ilə nəticələnib. Azərbaycana da dünyanın bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdən dərman gəlir. Rəsmilərin onların keyfiyyətli olmasına dair iddialarına baxmayaraq, bəzi ekspertlər hesab edirlər ki, Azərbaycana da bir çox keyfiyyətsiz dərmanlar gətirilir.

DİA.AZ “Azadlıq Radiosu”na istinadla xəbər verir ki, adını çəkmək istəməyən bir şikayətçi, yüksək qan təzyiqinə qarşı olan dərmanlardan birinin Azərbaycanda baha satıldığını, lakin effektinin az olduğunu bildirib:

“Azərbaycanda bu dərmanın qiyməti 27 manatdır. Gündə bir ədədini içməli olsam da, hərdən ikisini içməliyəm ki, effekti olsun. Türkiyədən mənə gətirilən eyniadlı dərman isə daha yaxşı təsir göstərir. Həm də bu dərman orda beş dəfə ucuzdur”.
“Dərman vasitələri haqqında” Qanunun 1.0.14 maddəsinə əsasən, dərman vasitələrinin keyfiyyəti onların dövlət standartlarının tələblərinə uyğunluğu deməkdir. Həmin qanunun 3-cü maddəsinə əsasən isə, dövlətin əsas vəzifələrindən biri əhalinin keyfiyyətli dərman vasitələri almaq hüququna təminat verilməsi, keyfiyyətli, effektiv və təhlükəsiz dərman vasitələrinin müəyyən edilməsi üçün elmi tədqiqatların aparılmasıdır.
Qanunda həmçinin yazılıb ki, dərman vasitələrinin keyfiyyətli, effektiv və təhlükəsiz olmadığına dair əsaslandırılmış faktlar müəyyən edildikdə müvafiq icra hakimiyyəti orqanı onların dövlət qeydiyyatına alınmasını və Azərbaycanda tətbiqini qadağan edir.
“Azərbaycan Həkimləri” İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev bildirib ki, bu sahədə Azərbaycanda vəziyyət bərbaddır:
“Çünki bizdə dərman monopoliyası var. Üstəgəl, Azərbaycana gətirilən dərman preparatlarının tam dəqiq yoxlanmasında ciddi problemlər var. Misal üçün, monopoliya olduğuna görə ölkəyə dərman gətiriləndə deyirlər ki, bu, filankəsin adamıdır, onu dərindən yoxlamayın”.
Həkimin sözlərinə görə, ölkədə fəaliyyət göstərən xarici apteklər şəbəkəsində satılan dərmanların təsiri ölkədəki digər apteklərdə satılan dərmanların təsirindən daha çoxdur:
“Bu, heç kimə sirr deyil. Eşitdiyimə görə, xaricdən dərman idxal edən bizimkilər ucuz başa gəlsin deyə, istehsalçılara deyiblər ki, dərman preparatının tərkibində təsiredici maddəni az qoysun”.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən isə “Turan”a bildirilib ki, Azərbaycana idxal edilən dərman vasitələrinin keyfiyyəti Mərkəzin Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinin yoxlanılması laboratoriyasında yoxlanılır.
Qurumdan tənqidlərə cavab olaraq əlavə edilib ki, Analitik Ekspertiza Mərkəzinə keyfiyyətsiz dərmanla bağlı müraciət qeydə alınmayıb:
“Heç bir etibarlı istehsalçı dərman vasitəsinin tərkibinə dəyişiklik etməz. Çünki etdiyi təqdirdə bu məlumat dünyada rezonansa səbəb olar, bu da, öz növbəsində, istehsalçının adına ziyan olar. Əsassız iddialardır. Kimdəsə hər hansı əsaslı fakt olarsa, Mərkəzə müraciət etmələri tövsiyə olunur”.
Vurğulanıb ki, dərman vasitələrinin keyfiyyətinə təsir edən amillər daşınma, saxlanma, istehsal şəraiti, insan faktoru və digər səbəblər ola bilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Dələduzluqla evlərimiz alınıb, küçələrdəyik” - “Dağlar” MTK-da aldadılanlar


Bakıda mütəşəkkil cinayətkar dəstənin qurbanı olan olan vətəndaşlar etiraz edir. Belə ki, tikinti mafiyasının qurbanlarının aidiyyati dövət qurumlarına etdiyi şikayət və müraciətlər nəticəsiz qaldığından, vətəndaşlar əlacsız vəziyyətdə qalıblar.

Paytaxtın Təbriz küçəsində yerləşən “Konqres” mərkəzi ilə üzbəüz hündürmətəbəli binada ev almaq istəyən 30-dan çox vətəndaş aldadılıb. Tikintini aparan “Dağlar” MTK-nın təsisçilərinin mənimsəmədən xəbərdar olsalar da. hüquq-mühafizə orqanları yalnız Şahin Əliyev adlı bir nəfəri məsuliyyətə cəlb ediblər. Şikayətçilər bildirir ki, şirkətin əsas təsisçisi Çingiz Rzayev kimlərinsə himayədarlığı sayəsində məsuliyyətdən kənar qalıb. Məhkəmə qərarı ilə həmin binadakı qeyri-yaşayış sahəsinin zərərçəkənlərə dəyən ziyanın ödənilməsi üçün nəzərdə tutulduğu halda, ona da süni maneələr yaradılıb. //aztoday.az//


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şuşada yaşayış binalarını tikən iş adamları kimdir? - 56 milyon alıblar...


Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqələrinin qalibi “Archico” MMC (VÖEN-1501701551) olub.

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, İdarə şirkətə Şuşa şəhərində salınacaq Cənub yaşayış zonasının inşasına görə 41 milyon manata yaxın vəsait ödəyəcək.

Məlumat üçün bildirək ki, hər biri 3-5 mərtəbəli olacaq 15 yaşayış binası inşa olunacaq.

Onu da qeyd edək ki, daha əvvəl Şuşada 8 yaşayış binasının inşası üzrə keçirilən tender müsabiqəsində "Conco" QSC (VÖEN – 1403054601) qalib olub və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bu şirkətə 15 milyon manat ödəyəcək.

Şuşa şəhərində yaşayış binaları inşa edəcək “Archico” MMC 50 manat nizamnamə kapitalı ilə 2010-cu ildə təsis olunub. MMC-nin qanuni təmsilçisi Musayev Musa Məhəmməd oğludur. Şirkətin hüquqi ünvanı "Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli, ev 758"də yerləşir.
2 min manat nizamnamə kapitalı olan “Conco” QSC-nin qanuni təmsilçisi isə Şıxseyidov İlham Ağa oğludur. 3 mart 2015-ci ildə dövlət qeydiyyatına alınan QSC-nin hüquqi ünvanı "Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, ev 81A, m. 1/2/3"də yerləşir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vidadi İsayevin işçisi QOÇULUQ EDİR... - "Deyirəm, pulumu ver, çıxım, gedim..."


Bərdə rayonu sakini Nəsrəddin Qurbanov çıxılmaz durumla üz-üzə qalıb.

DİA.AZ-ın məlumatına görə, vətəndaş oktyabrın 10-da keçirdiyi aksiyada bildirib ki, qardaşı Sədrəddin Qurbanov döyülüb...

Şikayətçi deyir ki, zərərçəkəni döydürən Bərdə Rayonu İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşı Xalid Qədirovdur.

“Xalid Qədirovun ferması var, malları otarılmalıdır. Mənim torpağım həmin əraziyə yaxındır. Mənim torpağımı əlimdən almaq istəyirlər. Deyirəm, pulumu ver, çıxım, gedim. Bunun üstündə qardaşımı döydürtdürür, başına oyun açır”, deyə şikayətçi qeyd edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hesablama Palatasının Biləsuvar Pambıq zavodu ilə `QƏRƏZ`İ VAR? - YARIM MİLYONLUQ QALMAQAL...


Biləsuvar rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən hər il on min hektardan artıq sahədə pambıq əkilir ki, bunlar da ”MKT İK” MMC, “Azərpambıq” MMC, «P-Aqro” MMC və fərdi mülkiyyətçilər tərəfindən həyata keçirilir.

Bu günlərdə redaksiyamıza daxil olmuş məlumata görə, Hesablama Palatası “MKT” istehsalat kommersiya MMC-nin Biləsuvar pambıq zavodunda yoxlama aparıb və audit nəticəsində 500000 (beş yüz min) manat civarında yeyinti aşkarlanıb. Qanunsuzluğun əsasən çiyid satışında baş verdiyi və məsuliyyətin rəhbərlik tərəfindən ayrı-ayrı işçilərin üstünə atıldığı bildirilir.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün zavodun direktoru Qulam Əliyegvlə telefon əlaqəsi saxladıq. Direktor məlumatda ehtiva olunan məsələləri qəti şəkildə təkzib etdi.

Hərçənd, Qulam Əliyevin rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən başqa şikayətlər də vardır.Sahibkarlar toxum, texnika, mineral gübrələr, ziyanvericilərə qarşı müxtəlif dərmanlarla vaxtlı-vaxtında təchiz edilmir. Zavodun mütəxəssisləri əkinçiləri maarifləndirmir, lazımi tövsiyələr vermirlər. İstehsalçı təhvil verdiyi pambığın pulunu vaxtında ala bilmir.

Qeyd edək ki, MKT Azərbaycanın iri pambıq emalçılıq müəssisəsidir, Azərbaycan müstəqillik qazandıqdan sonra bu sahənin dirçəlməsinə sərmayə yatıran ilk şirkətdir. O çox zavodların nəzarət səhminin sahibidir və başqa müəssisələrlə eksklüziv əməkdaşlıq sazişləri bağlayıb. Ondan pambıq alanlar Türkiyə, ABŞ, Rusiya və başqa ölkələrin geyim istehsalçıları və pambıq ticarətçiləridirlər. MKT-nin Biləsuvardakı zavodunun fəaliyyəti 1985-ci ildən başlayıb. 1997-ci ildə özəlləşdirmədən sonra o, «Biləsuvar pambıq» səhmdar cəmiyyətinə çevrilib. Yəqin ki, MKT rəhbərliyi “MKT — Biləsuvar” filialının fəaliyyətindəki neqativ hallardan xəbər tutunca, bu məsələlərdə Qulam Əliyevin də məsuliyyət dərəcəsini dəqiqləşdirəcəklər. //Deryaz.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hicran Valehov BAŞ DƏMİRYOLÇU OLA BİLMƏDİ... - İLGİNC İDDİALAR...


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti adlı qurumda narazlıq bitib-tükənmək bilmir. Cavid Qurbanovun bu quruma rəhbərlik etdiyi dönəmdə demək olar ki, sözügedən qurum bataqlığa çevrilmişdir. İşçilərin narazlığının pik həddi, uğursuz kadrların vəzifəyə təyinat alması, maliyyə vastələrinin aidiyyatı üzrə xərclənməməsi və digər bu kimi faktlar yerli KİV-də kifayət qədər ictimailəşib.

Bütün bu narazlıqlardan sonra ölkə başçsının Cavid Qurbanovu vəzifəsindən kənarlaşdırılması haqqında imzaladığı sərəncamından sonra onun yerinə müvəqqəti olaraq muavini Hicran Valehov gətirildi. Cavid Qurbanovun yaxın adamı və həmyerlilərindən olan Hicran Valehov da demək olar ona həvalə olunan etimadı doğrulda bilmədi, bir sözlə “Azərbaycan Dəmir Yolları”nda vəziyyət daha da mənfiyə doğru getdi.

Etibarlı mənbə "Azərbaycan Reallığı"na bildirir ki sözü gedən qurumun mətbuat xidmətinə peşəkar kadırlar cəlb olunmağ əvəzinə" Çuda Peçka" Kulinariya işçilərin sözü gedən quruma iş başına gətirdilər hətta bu yaxınlarda nazir müşavirinin sözü gedən qurumu yoxlanılma zamanı mətbuat şöbəsinin işçisinə bundan öncə harada işləmisiz sualına birinin çudapeçkada digərinin kulnarıyada cavabı gülüşə səbəb olmuşdu.

Eibarlı mənbənin "Azərbaycan Reallığı"na verdiyi digər məlumata görə sözü gedən quruma yaxın vaxtlarda yeni təyinat olacaq. Quruma sədir gəlmək istəyən bir neçə nəfər var ki, onlar arasındada savaş şiddətlənib buna baxmayaraq artıq böyük ehtimallarla kimin gələcəyi şəxsin də kimliyi müəyən edilib. //"Azərbaycan Reallığı"//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputatın şirkəti Şəhid anası ilə ÇƏKİŞİR - Borcu silən “Kontakt Home” yenidən PUL tələb edir


Vətən müharibəsinin Qaradağdan olan ilk şəhidi Ağabəy Məmmədquliyevin anası “Kontakt Home”dan şikayətlənib. İlahə Məmmədquliyevanın sözlərinə görə 2020-ci ilin dekabrında şirkətdən kreditlə mobil telefon və televizor alıb.

Bir müddət sonra şəhid ailələrinə olunan güzəştlərlə bağlı digərləri kimi onların da kreditə götürdükləri məhsulların ödənişi ləğv edilib.

Üzərindən 2 il keçəndən sonra Məmmədquliyevlər ailəsinə Qaradağ Rayon Məhkəməsindən qətnamə gəlib. Iddiaçı tərəf şəhid ailəsindən Samsung Galaxy A31 telefonuna görə 828 manat, Samsung LED televizoruna görə isə 1575 manat borcun ödənilməsini tələb edir.

Çarəsiz qalan şəhid anası Bizim.Media-ya müraciətində “Kontakt Home”un bu addımından gileylənib:

“İki il əvvəl “Kontakt Home”un 28 may filailından telefon və televizor almışdıq. Bir müddət sonra bütün şəhid ailələrinin kredit borclarının bağışlanması ilə bağlı elan verildi.
Deputatın şirkəti Şəhid anası ilə ÇƏKİŞİR - Borcu silən “Kontakt Home” yenidən PUL tələb edir

Elandan sonra biz də öz növbəmizdə şəhid oğlumun ölüm kağızı və digər lazım olan bütün sənədləri “Kontakt Home”a təqdim etdik. Bir neçə gün sonra şirkətdən bir xanım əlaqə saxladı və “borcunuz silindi” dedi. Üzərindən 2 il keçəndən sonra məhkəmədən məktublar gəlib və 2403 manat borcun ödənilməsi tələb olunur.

Oğlum şəhid olandan sonra Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Qurum məni süpürgəçi işinə düzəlti və ayda 284 manat əməkhaqqı alıram. Ödəməyə gücüm yoxdu və məcburam ki, məhsulları geri qaytarım. Amma “Kontakt Home” məni hədələyir ki, borc ödənilməsə, özləri əməkhaqqı kartımdan pulu çıxacaqlar.

Yeganə övladım şəhid oldu, onu qara torpağa verdim. Ürəyim dərddən qübar bağlayıb. Bu azmış kimi indi də məhkəmələrdə qalım?”

Məsələ ilə bağlı "Kontakt Home" mağazalar şəbəkəsinin mətbuat katibi Vəfa Rüstəmova Bizim.Media-ya açıqlamasında məsələnin araşdırılacağını deyib:

“Qətnamələrdə əks olunan müqavilələr müharibədən sonrakı borclarla bağlıdır. Qarabağ Proqramı çərçivəsində şəhid ailələrinin (birinci dərəcəli ailə üzvləri) Vətən müharibəsinə qədər alışları ilə bağlı borcların bağışlanması nəzərdə tutulub. Hər bir halda araşdırıb sizə geri dönüş edəcəyik”, - deyə şirkət rəsmisi əlavə edib.

Məlumat üçün bildirək ki, Vətən müharibəsinin Qaradağ rayonundan olan ilk şəhidi Ağabəy Zaur oğlu Məmmədquliyev 2020-ci il sentyabrın 28-də Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı 19 yaşında şəhid olub.

Bizim.Media

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO