[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qırğızıstan-Azərbaycan İnkişaf Fondu iş yerlərinin yaradılmasına xidmət edəcək" - Prezident


Qırğızıstan-Azərbaycan İnkişaf Fondu inkişaf işinə, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin yaradılmasına xidmət edəcək.

Bu fikirləri Prezident İlham Əliyev Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında bildirib.

"Sadır Nurqojoyeviçin qeyd etdiyi kimi, yarım il bundan qabaq biz onu Bakıda qəbul etmişdik, bu gün mən Bişkekdəyəm. Bu, onu göstərir ki, biz nəzərdə tutduqlarımızı daha tez həyata keçirmək niyyətindəyik və nəticələrə hədəflənmişik. Məmnunluqla deməliyəm ki, Bakı görüşü zamanı nəzərdə tutduqlarımızın bir hissəsi artıq icra olunub", - dövlət başçısı vurğulayıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BƏƏ prezidenti Putinlə görüşə idman ayaqqabısında gəldi


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Rusiya prezidenti Vladimir Putinlə görüşə "Nike" corabında idman ayaqqabısı ilə gəlib.

Əl Nahyan 2019-cu ildə də Əbu-Dabidə Putinlə görüşdə idman ayaqqabıları ilə iştirak edib.

Xatırladaq ki, BƏƏ Prezidenti bu gün Rusiyaya səfər edib. O, Sankt-Peterburqda Putinlə ikitərəfli münasibətləri və beynəlxalq vəziyyəti müzakirə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərbaycan artıq uzun illərdir ki, dost ölkələr üçün investordur” - Prezident


“Azərbaycan artıq uzun illərdir ki, dost ölkələr üçün investordur və bizim investisiyalar vəsait qoyduğumuz ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsi işinə, bizim qarşılıqlı maraqlarımıza xidmət edib və edir. Onlar iş yerləri, biznesin inkişafı üçün yeni imkanlar yaradır”.

Bu fikirləri Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında söyləyib.

“Qırğız-Azərbaycan İnkişaf Fondunun yaradılması mənim səfərimin ən mühüm nəticələrindən biridir. Əlbəttə, biz ilk dəfə olaraq, Dövlətlərarası Şuranın iclasını keçiririk. Münasibətlərimizi Dövlətlərarası Şuranın hamiliyi altında strukturlaşdırırıq ki, qərarların qəbul olunmasına, o cümlədən ticari-iqtisadi fəaliyyət çərçivəsində nəzarət üçün daha çox imkanlara və daha çox dinamizmə malik olaq”, - deyə dövlət başçısı qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Astanada üçtərəfli görüş KEÇİRİLƏCƏK


Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Astanada görüşəcək.

Bu barədə "Sputnik Armenia" Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyana istinadən məlumat yayıb.
Mətbuat katibi Ermənistan XİN başçısı Ararat Mirzoyanın MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-14-də Astanada səfərdə olacağını bildirib.

“Astanada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü planlaşdırılır”, - o əlavə edib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyada son 60 ilin ən güclü qasırğası - Ölənlər var


Rusiyanın Primorsk diyarını "Hinnamore" qasırğası vurub.

Bu barədə Primorye qubernatoru Oleq Kozhemyakonun açıqlamasına görə, təbiət hadisəsi nəticəsində səkkiz nəfər ölüb, daha bir nəfər isə itkin düşüb.

Qeyd olunub ki, qasırğa 64 dənizkənarı körpünü dağıdıb və son 50-60 ildə regionda ən güclü tayfuna çevrilib. Bundan əlavə, pis hava şəraiti nəticəsində 49 ev dağılıb, 2,3 mindən çox yaşayış binasını su basıb. Təxminən 15 min insan su basmış yaşayış məntəqələrində qalıb, ümumilikdə Primorsk diyarının 18 rayonu qasırğanın fəsadlarından əziyyət çəkib.

İlkin hesablamalara görə, təbii fəlakətdən dəyən ziyan təxminən altı milyard rubl təşkil edib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşdırlar - Prezident


Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşdırlar.

Bu barədə Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında deyib.
Strateji tərəfdaşlıq haqqında Bəyannamənin Bakıda, Qırğızıstan Prezidenti Sadır Japarovun səfəri zamanı imzalandığını xatırladan dövlət başçısı bildirib ki, bu gün məhdud tərkibdə görüşdə bu Bəyannamənin necə uğurla həyata keçməsi barədə fikir mübadiləsi aparılıb.

“Biz onu daha konkret məzmunla zənginləşdirəcəyik. Düşünürəm ki, birgə investisiya fondunun yaradılması barədə qərar belə amillərdən biridir”, - Prezident İlham Əliyev vurğulayıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağalar Vəliyev qadağan olunmuş yerdə BİNA TİKİR... - BUNDAN ƏVVƏL İSƏ...


Yasamal rayonu ərazisində yerləşən və qismən qurudulmuş "Qanlıgöl"ün təmizlənməsi və ətrafında park salınması, inşaat işlərinin aparılması ilə bağlı layihə hazırlanır.

Bununla bağlı sosial şəbəkələrdə bir sıra iddialar səsləndirilib.
Ağalar Vəliyev qadağan olunmuş yerdə BİNA TİKİR... - BUNDAN ƏVVƏL İSƏ...

Sözügedən layihənin isə "Kristal Abşeron" tikinti şirkəti tərəfindən həyata keçiriləcəyi deyilir. Qeyd edək ki, "Kristal Abşeron" tikinti şirkəti deputat Ağalar Vəliyevə aiddir.

Qeyd edək ki, bir müddət əvvəl tikinti işləri ilə bağlı "Qanlıgöl"ün bir hissəsinin qurudulması ilə bağlı məlumatlar mətbuatda geniş dərc olunmuşdu və həmin zaman sözügedən ərazidəki işlər yarımçıq dayandırıldı və bəlli oldu ki, qeyd olunan ünvanda inşaat işlərinin aparılması qadağan olunub.

İndi isə aydın olur ki, Ağalar Vəliyev yenidən "Qanlıgöl" ətrafına TAMAH SALIB... Bunu bacaracaqmı? Dövlətin qadağasına GÜC GƏLƏCƏKMİ? Bunu da zamanla görəcəyik...

Məsələ diqqətimizdədir, olayla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və habelə Bakı Şəhər İcra Hakimiyyətinin açıqlamalarını təqdim etməyə çalışacağıq. Bizi izləməyə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yol polisi şəhidin şəklini bacısının maşınından qopardı - FOTO


Dünən səhər saatlarında metronun “Sahil” stansiyasının yaxınlığında yol polisi əməkdaşı şəhid Fərhad Babayevin bacısı Aysel Süleymanovanın idarə etdiyi “Subaru” markalı avtomobili saxlayıb.

AMİA.AZ xəbər verir ki, Qafqazinfo-ya açıqlama verən A.Süleymanova bildirib ki, 99 YP 432 dövlət qeydiyyat nişanlı xidməti avtomobillə hərəkət edən Vüqar adlı YPX əməkdaşı ona yaxınlaşaraq avtomobilin arxasına yapışdırılmış və şəhid qardaşı Fərhad Babayevə məxsus olan şəkli qoparmağı tələb edib.

Qadın etiraz etdikdə isə yol polisi əməkdaşı ölkə rəhbərliyi tərəfindən göstərişin verildiyini bildirərək özü vinil materialından hazırlanmış bayraq və fotoşəkli qoparmağa başlayıb: “Həmin əməkdaş Prezident tərəfindən rəngi solmuş bayraq və şəhid fotolarının yığışdırılmasının əmr edildiyini dedi. Mən isə bildirdim ki, belə bir göstəriş və ya əmrlə rastlaşmamışam, əgər həqiqətən belə qərar varsa, özüm həmin şəkli yığışdıraram. O isə qayıtdı ki, yox, mən o şəkli sökməliyəm. Mən ağlamağa başladım, o isə maşının arxasına keçərək Fərhadın şəklini cırmağa başladı. Maşından ağlaya-ağlaya düşüb dedim ki, daha dəyməyin, özüm təmizləyərəm. Bu zaman ratsiya ilə kimsə həmin polisdən soruşdu ki, nə məsələdir, qadın niyə ağlayır, onu maşına otuzdurun. O da dedi ki, şəhidin bacısıdır. Ratsiyadakı şəxs bildirdi ki, dəyməyin. Məni saxlayan yol polisi əməkdaşı isə qeyd etdi ki, şəkil iki ildir yapışdırılıb və quruyub”.

Aysel Süleymanova əlavə edib ki, hadisə nəticəsində sarsıntı keçirib və bunu özünə, ailəsinə və şəhid qardaşına qarşı hörmətsizlik kimi qəbul edir: “Həmin şəkli mən özüm də gəlib evdə sökə bilərdim. Evə gələndən sonra atam gözüyaşlı həmin şəklin yapışıb qalmış hissələrini maşından təmizlədi. Bu hadisə, nəinki mənə, ailəmizə, Fərhadı tanıyan bütün insanlara pis təsir edir”.

Şəhidin bacısı qeyd edib ki, baş vermiş hadisədən sonra həmin polis əməkdaşı əlaqə saxlayaraq ondan üzr istəyib: “Mən belə bir hadisənin baş verməsinə görə, belə bir hadisə ilə bağlı şikayətçi olmağıma görə utanıram. Bakıda hamı məni, maşınımı şəhid qardaşımın fotosuna görə tanıyır. O polis qardaşımın şəklini cırmaqla nə əldə etdi? Əvəzində mənə, atama, ailəmizə iki il əvvəl yaşadığımızın daha ağırını yaşatdı”.

Qeyd edək ki, şəhid Fərhad Məhərrəm oğlu Babayev 1992-ci ildə Bakıda anadan olub. O, 24 oktyabr 2020-ci il tarixdə Qubadlı istiqamətində şəhid olub. Özəl sektorda sürücü kimi fəaliyyət göstərən Fərhad Vətən Müharibəsi başlayanda - 28 sentyabr 2020 ci il tarixində SHXÇDX-ın Suraxanı bölməsi tərəfindən səfərbər edilməklə cəbhə bölgəsinə aparılıb. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Yol polisi şəhidin şəklini bacısının maşınından qopardı - FOTO
Yol polisi şəhidin şəklini bacısının maşınından qopardı - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Araz” şəbəkəsinin “endirim” tələsi – Aldanmayın!


Ölkənin ən geniş mağazalar şəbəkəsinə sahib “Araz” supermarketinin şöbələrində alıcılar üçün yeni kampaniyalar nədənsə çox vaxt “tələyə” çevrilir.

DİA.AZ Yenipress.az-a istinadən xəbər verir ki, bu marketdə “endirim kampaniyası” adı ilə yalnız zay məhsullar və yaxud satışdan çıxarılmalı olanlar təklif edilir.

Məsələn, çay paketi (reklam olmaması üçün adını yazmırıq – red.) vaxtaşırı olaraq 5,29 qəpikdən 3,80-ə endirilir. Çaylara diqqət etdikdə isə həmin çayların əhəmiyyətli hissəsinin artıq toz olduğu aşkarca görünür. Bu məhsullar satışdan çıxarılmalı olduğu halda niyə endirimlə alıcıya təklif edilməlidir?

Eyni zamanda, vaxtaşırı olaraq piştaxtada yazılan qiymətlərlə kassadakı qiymətlər arasında ciddi uyğunsuzluq müşahidə edilir. Xüsusilə bu, “endirim kampaniyası” zamanı baş verir.

Piştaxtada 8,9 manata təklif edilən “endirimli” 3 kq-lıq yuyucu tozun kassada 18 manat olduğu “üzə çıxır”. Səbəbini soruşduqda isə 18 manatlıq 3 kq-lıq yuyucu tozun endirimli qiymətinin yalnız 30 manatdan çox, həm də “Araz” bonus kartı ilə alver edənlərə şamil olunduğu bildirilir.

Kassada, arxada növbə düzülmüş halda necə aldığın məhsulları 30 manata çatdırmaq mümkündür? Ən yaxşı halda kassadan siqaret istəyə bilərsən. Bu zaman isə bəlli olur ki, siqaret 30 manatlıq “alverə” daxil deyil, yəni sayılmır. Səbəb isə odur ki, siqaret üçün ƏDV qaytarılması ləğv edilib.

ƏDV – müştərinin özünə qaytarılır, bu ƏDV-nin qaytarılıb-qaytarılmamasının mağazaya nə aidiyyəti var? Mağaza ümumiyyətlə, bu cür kampaniyalarda niyə əvvəlcədən elan yerləşdirmir və yalnız kassada bunlar üzə çıxır?

Yeri gəlmişkən, “Araz” marketlə son aylar əməlli-başlı rəqabətə girməyə çalışan “Bravo”da endirim “adam kimidir”. Burda məhsulun üzərinə endirim yazılıbsa, birmənalı olaraq endirim edilir və bunu fəxrlə elan da edirlər: “30 manatlıq alverin buna nə dəxli? Biz “Araz”-zadıq? Endirim varsa, demək, birbaşa tətbiq edilir”.

Daha bir müqayisə: piştaxtada ikiqat endirim edilən tualet kağızı alıb, “Bravo” kassasına yaxınlaşanda bəlli oldu ki, kampaniya bitib. “Ancaq siz orda endirim olduğunu yazmısınız” iradımıza administrator dərhal reaksiya verdi, sözügedən piştaxtaya yaxınlaşıb, endirimli qiyməti görən kimi kassadan məhz endirimli qiymətlə satılmasına göstəriş verdi və anlaşılmazlığa görə üzr istədi.

“Araz” şəbəkəsində bu münasibəti görməzsən!

P.S. Bu mövzuda bundan öncəki yazımıza “Bravo”nun sifarişi” deyə cəfəng şərhlər gəlmişdi. Əmin olun ki, sifariş deyil! Biz yalnız rəqabətin tərəfindəyik və “Araz”ın da daha yaxşı xidmət etməsini arzulayırıq, rəhbərliyin bu cür çatışmazlığı aradan qaldırmasını istəyirik – bu marketə hər gün müraciət etdiyimiz üçün...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət Turizm Agentliyi adına ŞÜBHƏLİ OYUNLAR... - İLGİNC FAKTLAR


Hazırda Dövlət Turizm Agentliyi daha çox ölkəyə xarici turistlərin cəlb olunması üzərində layihələr həyata keçirməklə yanaşı, tabeliyində olan tarixi-memarlıq qoruqlarında təmir-bərpa işləri də aparır. Son illər İsmayıllı rayonundakı “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun abadlaşdırılmasına, İsmayıllı rayonu, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerləşən 5 memarlıq abidəsində bərpa işlərinə, Şəki şəhəri, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində tikinti və yenidənqurma işlərinə və”Kiş” Tarix-Memarlıq Qoruğunun ərazisində tikinti, bərpa və abadlıq işləri üçün külli miqdarda dövlət vəsaitləri ayrılıb. Qurum bu məqsədlə bir neçə tender proseduru həyata keçirib ki, onlardan biri diqqətimizi daha çox çəkdi.

Dövlət Turizm Agentliyi tərəfindən dövlət satınalmalarının vahid internet portalına 06.09 2022-ci il tarixdə yerləşdirilmiş məlumata görə Quba rayonunda yerləşən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (44 ev) işlərinin satın alınmasının qalibi “MAQRO CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı fililalı olub və sözügedən şirkətlə Agentlik arasında 4 397 618.1 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, şirkətin hansı ölkəyə məxsus olması barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MAQRO CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı fililalının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 07.05.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı göstərilməyən MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, ƏLİŞİR NƏVAİ, ev 17. qanuni təmsilçisi kimi isə Emrah Ucar qeyd olunub.

Göründüyü kimi filial kimi MMC Azərbaycanda cəmi 1 il 4 aydır fəaliyyətə başlayıb. Buna baxmayaraq 2022-ci ilin son 4 ayı ərzində Azərbaycanda “Azərsu” ASC-nin “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işlərinin satın alınması üzrə keçirdiyi tenderdə 49 476 059.86, “Azergold” QSC-nin isə Daşkəsən rayonu, Çovdar Filiz Emalı Sahəsində 4-cü topa qələviləşdirmə sahəsinin tikinti-quraşdırma işlərinin satın alınması üzrə keçirdiyi tenderdə 40 757 001 manat udub. Yəni son 4 ayda tam 90 milyon manat. Dövlət Turizm Agentliyinin keçirdiyi tenderi də bura əlavə etsək bu 94 630 678 manat təşkil edir. Ümumi dəyəri milyonlarla ölçülən dövlət satınalmalarında iştirak edən, lakin barəsində heç bir məlumat olmayan bu şirkətin qalibi olduğu tenderlərə baxdıqda isə qəribə mənzərə yaranır, birində su təchizatı və kanalizasiya sistemi işləri, digərində qələviləşdirmə sahəsinin tikinti-quraşdırma işləri, başqa birində isə qəzalı evlərin təmiri işləri.

Bunları hələlik qoyaq bir kənara. “MAQRO CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyəti Xınalıq kəndindəki qəzalı evləri Dövlət Turizm Agentliyi üçün neçəyə təmir edəcək? Bir evin bərpasına 99 945 manat. Yüz mindən 55-cə manat manat aşağı qiymətə. Çox şişirdilib, deyilmi?

Aktualinfo.org xatırladır ki, ötən il də Xınalıq kəndindəki qəzalı evlərin bərpasına külli miqdarda vəsait ayrılmışdı. Onda Dövlət Turizm Agentliyi Quba rayonunda yerləşən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (16 ev) işləri üzrə keçirmiş olduğu tenderdə 1 183 023.88 manat məbləğində satınalma müqaviləsini 22.07.2021-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlamışdı. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara görə Dövlət Turizm Agentliyi Xınalıqdakı qəzalı evlərin təmiri və bərpası (16 ev) işlərinin satın alınmasına 04.05.2021-ci ildə də 876 181.18 manat məbləğində bir satınalma müqaviləsi də “PERLİT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb. Onda belə çıxır ki, Xınalıqdakı 16 qəzalı evlərin təmir bərpasına 2021-ci ildə 2 milyon manatdan çox vəsait ayrılıb?

Xınalıq kəndində ötən il hər bir evin təmir-bərpasına Dövlət Turizm Agentliyi təxmini hesablamalarımıza görə orta hesabla 73 938 manat ayırmışdı. Həmin dövrdə yaydığımız məqaləyə Agentliyin cavabı belə olmuşdu ki, “Qışı sərt keçən Xınalıq kəndi ərazisində evlərin əksəriyyətində uçqunlar olmuşlar və vətəndaşların həyatı ciddi təhlükə altında qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, iş həcmi mərhələlərə bölünmüşdür. İlkin mərhələdə ən təhlükəli 16 ev seçilib təmir-bərpa layihəsi hazırlanmışdır. Görüləcək işlərin 16 evlə bu ildə məhdudlaşdırılmasının digər əsas səbəbi dağlıq və sərt iqlimi olan Xınalıqda tikinti işləri üçün mümkün olan hava şəraitinin 5 ay olmasıdır (May- Sentyabr). Evlərin təmir-bərpa layihəsi Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin layihə institutu tərəfindən hazırlanmışdır. Layihə institutu tərəfindən hazırlanan layihələr FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə müvafiq rəy verilməsi üçün təqdim edilib.

Layihə smeta sənədlərinə FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin müvafiq rəyi alınıb. Bu rəy və smetaya uyğun olaraq FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən cari qiymətlər səviyyəsində ehtimal dəyəri tərtib olunub. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən verilən qiymət əsasında Dövlət Turizm Agentliyi tərəfindən tender keçirib.”

Göründüyü kimi Agentlik qanun tələb etdiyi qaydaları sadalayır. Yəni, hər şey qanunda nəzərdə tutulan qaydada təşkil olunur. Fövqəladə Hallar Nazirliyinin qoyduğu qiymətlərə də söz yox, öz yerində. Amma bu dəfə də Xınalıqdakı qəzalı evlərin təmiri və bərpasına ayrılan vəsait ötən yazıda da qeyd etdiyimiz kimi, heç inandırıcı gəlmir bizə. Biz kəndin dağlıq ərazidə yerləşdiyini, relyefini, mal-materialların daşınmalarını və işçi qüvvəsini də nəzərə alırıq. Bununla belə ayrlan vəsait yenə də həddindən çox görsənmirmi? Bir qəzalı evin təmir bərpasına ötən il təxminən 74 min manat, bir ildən sonra isə təxminən 100 min manat vəsaitin ayrılması şişirdilmiş rəqəmlərdən başqa bir şey deyildir. Müqayisə üçün Dövlət Turizm Agentliyi tərəfindən redaksiyamıza göndərilmiş təmirli və təmirsiz evlərin şəkillərini diqqətinizə çatdırırıq. Birinci şəkildə evin tavanı köhnə qaydada olduğu kimidir. İkinci şəkildə isə tavan dəyişdirilib, divarlar isə sadəcə ağardılıb. İndi sizcə ayrılan vəsaitlərlə görülən bu işlər üst-üstə düşürmü?

Digər tərəfdən, Dövlət Turizm Agentliyi Xınalıqda tikinti işləri üçün mümkün olan hava şəraitinin 5 ay, may-sentyabr aylarının olduğunu göstərir. Elə isə tenderlər nə üçün sentyabrda keçirilir. Axı, sentyabrdan sonra Xınalıqda tikinti işləri aparmaq olmur. Sentyabrda tender keçirib, gələn ilin may ayında işə başlanılırsa ortada olan 8 ay müddətinə ayrılan pullar necə olur? Tenderləri ilin əvvəllindən, mart-aprel aylarından keçirib, may ayından işlərə başlamaq olmazmı? Hesab edirik ki, burada da bir çox qaranlıq məsələlər var.

Otən yazımızda da qeyd etdiyimiz kimi, biz kəndin qədimliyini başa düşürük. Buranın sadəcə qədim bir kənd olmaqla bərabər, həm də Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu olduğunu da unutmuruq. Amma sadəcə kəndin qədimliyini qorumaqla qəzalı evlərdə təmir-bərpa işlərinin aparılması xatirinə ayrılan milyonları başa düşmürük. Hər şey Fövqəladə Hallar Nazirliyinin qoyduğu qiymətlərdən asılı deyil ki. Bunun İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti var, bunun Hesablama Palatası, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidməti var. Bəs bu qurumlar hara baxır?

Xatırladaq ki, Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli ” mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bəzi tədbirlər haqqında” Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin əsasında yaradılıb. Elə 21 aprel 2018-ci il tarixdən Fuad Nağıyev Dövlət Turizm Agentliyinin sədri təyin edilib.Onun bu sahəyə rəhbərliyinə necə qiymət vermək olar? Bunun üçün sosial şəbəkələrdə və elektron media resusrslarında turizm obyektlərindən olunan çoxsaylı şikayətlərə baxmaq kifayət edər. Dövrü mətbuatda həmçinin yazırlar ki, Fuad Nağıyevi “yaxından tanıyanlar deyir ki, agentlik rəhbəri içki masasına oturdumu, onu oradan qaldırmaq çətin məsələdir, ayaqları sözünə baxmayanadək içəcək, yekunda isə sürücüsünün və ya masa yoldaşlarından ayıq olanların dəstəyi ilə maşına salıb evinə göndərəcəklər. İddia olunur ki, bu vəziyyət demək olar, hər gecə təkrar olunduğundan cənab Nağıyev işə adəti üzrə nahardan sonra gəlir.”

Mətbuatın yazdığından belə çıxır ki, Dövlət Turizm Agentliyinin sədri hər axşam yeyib-içməkdə olur. Hər axşam yeyib-içməyə xərclənən puların haradan gəldiyi isə bəlli deyil. Olmaya, Fuad Nağıyevin hər axşam yeyib-içməyə xərclədiyi pular Xınalıqdakı hər qəzalı evin təmir-bərpa işlərinə ayırdığı 100 minlərdən gəlir?

aktualinfo.org

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO