[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan ordusunun taktikası dünya hərb tarixini dəyişdi: - PUA-lar tanklar erasını geridə qoyur?
44 günlük müharibə Cənubi Qafqazda siyasi reallıqları əsaslı surətdə dəyişdiyi kimi, dünya hərb tarixində də yeni bir rönesans çağının əsasını qoydu.

Məsələ ondadır ki, Azərbaycan silahlı qüvvələri dünya hərb tarixində bir ilkə imza ataraq Ermənistan silahlı qüvvələrinə qarşı müharibədə aktiv şəkildə kamikadze və zərbə tipli PUA-lardan istifadə edərək qələbə qazandı.

Düzdür, müharibəyə qədər bir çox ölkənin arsenalında müxtəlif tipli PUA-lar mövcud idi. Lakin 44 günlük savaş ilk müharibə idi ki, bir ölkə silahlı qüvvələri rəqibinə qarşı aktiv şəkildə PUA-lardan istifadə edirdi.

Bu dünya hərb tarixində yenilik idi. Bu hadisəni orta əsrlərin sonlarında topların hərb meydanlarına gəlişi və dövlətlərin müharibələrdə toplardan aktiv şəkildə istifadəsi ilə müqayisə etmək olar. Topların aktiv şəkildə müharibələrdə istifadə edilməsi hərb tarixində yeni bir eranın başlamasına səbəb olduğu kimi, 44 günlük müharibəsində Azərbaycan Ermənistana qarşı PUA-lardan istifadə etməklə hərb tarixində yeni bir səhifəni araladı. Təsadüfi deyil ki, bu gün Rusiya-Ukrayna savaşında 44 günlük müharibədə olduğu kimi aktiv şəkildə zərbə və kamikadze PUA-larından istifadə edilir. Müharibə öncəsi heç kəs Ukrayna ordusunun Rusiya qarşısında bu qədər müqavimət göstərəcəyini düşünmürdü. Rəsmi Kiyev isə 44 günlük müharibədə Azərbaycanın əldə etdiyi qələbədən həvəslənmiş qələbənin açarı hesab edilən Türkiyə istehsalı "Bayraqdar”ı öz arsenalına daxil etmişdi. Bu gün Ukrayna ordusu həmin "Bayraqdar” ilə Rusiya ordusuna ağır itkilər verdirir.

Bu gün ABŞ-ın nüfuzlu "Washington Post” saytından tutmuş, müxtəlif hərbi nəşrlərində Rusiya-Ukrayna müharibəsi haqda yazılar yazılır. Həmin yazılarda Ukrayna ordusunun qələbəsi ilə yanaşı, Azərbaycan ordusunun Vətən müharibəsində "Bayraqdar TB2” pilotsuz zərbə aparatları ilə keçirilən hava-hücum əməliyyatları barədə də faktlar qeyd edilir.

Misal üçün, "Washington Post” saytında yayılan son məqalədə bildirilib: "Birləşmiş Ştatlar ukraynalıları yalnızca Javelirlə təmin etmir, həm də texniki olaraq döyüş silah-sursatları kimi tanınan 100 Kamikadze pilotsuz uçuş aparatı ilə təmin edir. Hansı ki, həmin uçuş aparatları rusların daha ağır itkilərə məruz qalması ehtimalını yüksəldir”.

Maraqlıdır ki, həmin yazıda ABŞ-ın Ukraynaya Javelirlər ilə yanaşı, həm də 100 Kamikadze pilotsuz uçuş aparatı ilə təmin etməsi xüsusi vurğulanır. Yəni Vaşinqton qələbənin əldə edilməsini Ukraynaya verdiyi 100 Kamikadze pilotsuz uçuş aparatında görür. Yazıda ABŞ-ın bu yardımını 44 günlük müharibədə Azərbaycanın əldə etdiyi zəfər ilə müqayisə edilir. Yəni rəsmi Bakı müharibədə Türkiyə istehsalı "Bayraqdar TB2" və İsrail istehsalı Haroplar ilə qələbə qazandığı kimi, Ukrayna da ABŞ-ın verdiyi Kamikadze pilotsuz uçuş aparatları ilə qələbə qazana bilər. Maraqlıdır ki, həmin yazıda həm də Azərbaycanın PUA-lar vasitəsilə Ermənistan silahlı qüvvələrinə məxsus döyüş maşınlarının 47 faizini zərərsizləşdirdiyi qeyd edilib.

Başqa bir nəşr olan "Army Times” yazır ki, Ermənistan-Azərbaycan müharibəsi zirehli texnika tərəfdarları və əlehdarları arasında ciddi mübahisəyə səbəb olub.

Prinsip etibarilə bu mübahisələr əvvəldən var idi. Bir sıra ekspertlər hesab edir ki, tank və bu qəbildən olan bir sıra döyüş texnikasının artıq dövrü bitib. Aviasiyanın inkişafı tankları açıq hədəf halına gətirir. 44 günlük müharibə zamanı Azərbaycanın Ermənistana məxsus zirehli texnikaları açıq hədəf kimi məhv etməsi də bu iddiaların nə dərəcədə düz olduğunu sübut etdi.

Nəticə etibarilə demək olar ki, orta əsrlərin sonlarında topların döyüş meydanlarında aktiv şəkildə istifadə edilməsi qalalar erasını geridə qoyduğu kimi, 44 günlük müharibədə Azərbaycanın PUA-lardan aktiv şəkildə istifadə etməsi də tanklar, zirehli texnikalar erasını geridə qoya bilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
NATO Liderlər Sammiti Çin və Belarusa xəbərdarlıqla yekunlaşdı - YENİLƏNİB
Brüsseldə keçirilən NATO Liderlər Sammiti yekunlaşıb.

Tədbirin yekun bəyanatında liderlər Rusiyanı konkret nəticələrə nail olmaq üçün Ukrayna ilə konstruktiv dialoqa çağırıb. Sənəddə bildirilib ki, atəşkəsin ardınca Rusiya qoşunları Ukrayna ərazisindən çıxarılmalıdır.

Bəyanata görə, NATO liderləri Şərqi Avropada dörd döyüş qrupu yerləşdirmək barədə razılığa gəliblər.

“Biz Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada dörd əlavə çoxmillətli döyüş qrupu yaradırıq”, - deyə sənəddə qeyd olunub.

Həmçinin, NATO liderlərinin Ukrayna böhranı fonunda müdafiə xərclərini artırmaq barədə razılıq əldə etməsi də bəyanatda öz əksini tapıb.

Bununla yanaşı, alyans Çin, Belarus və digər ölkələrə də xəbərdarlıq edərək, onları Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəkləməkdən çəkinməyə çağırıb.

13:48

Belçikanın paytaxtı Brüssel şəhərində NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının fövqəladə iclası başlayıb.

Sammit Alyansın mənzil-qərargahında keçirilir.

Toplantıda ABŞ Prezidenti Cozef Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron, NATO-nun baş katibi Yens Stoltenberq və digər liderlər iştirak edirlər.

Liderlər iclasdan əvvəl foto çəkdiriblər.

Sammit Rusiya-Ukrayna müharibəsinə həsr olunub.

Bizimlə əlaqə saxlayın
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Belarus artıq Ukraynaya qarşı döyüşür - NATO
Belarus Rusiyanın Ukraynaya qarşı müharibəsinin ortağıdır.

Zamantv.az-ın xarici KİV-ə istinadla məlumatına görə, bunu martın 23-də NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən NATO sammiti ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.
Baş katibin sözlərinə görə, çünki Belarus öz ərazisindən Rusiya qoşunlarının cəmləşməsi üçün istifadəyə icazə verir və Rusiyanın hücumuna töhfə verməkdə davam edir.

Stoltenberq qeyd edib ki, Belarus da Rusiya qüvvələrinə Ukrayna şəhərlərinə və mülki əhaliyə zərbələr endirmək üçün öz hərbi aerodromlarından istifadə etməyə icazə verib.
Belarus artıq Ukraynaya qarşı döyüşür - NATO

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çində təyyarənin qəzaya uğradığı yerdə ölənlərin qalıqları TAPILDI
Xilasedicilər Çinin cənubunda Boeing 737 sərnişin təyyarəsinin qəzaya uğradığı yerdə ölən insanların qalıqlarını tapıblar.

Zamantv.az-ın xarici KİV-ə istinadla məlumatına görə, ölkənin hakimiyyət orqanları qəza yerində tapılan qara qutunun artıq Pekinə çatdırıldığını bildirib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski məşhur rusiyalı oliqarxla bağlı Baydendən nə xahiş edib?
Rusiyalı milyarder Roman Abramoviç Ukrayna prezidenti Vladimir Zelenskinin tələbi ilə ABŞ-ın sanksiyalarına məruz qalmayıb.
Zamantv.az bildirir ki, bu barədə öz mənbələrinə istinadən “Wall Street Journal” (WSJ) məlumat yayıb.
ABŞ Maliyyə Nazirliyi martın əvvəlində Abramoviçə qarşı sanksiyalar hazırlayıb. Onlar Avropa İttifaqı və Böyük Britaniyanın oliqarxa qarşı qoyduğu məhdudiyyətləri tamamlamalı idi. Lakin Milli Təhlükəsizlik Şurası sanksiyaların təxirə salınmasını istəyib. Bu, Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığından sonra edilib.
Məlumata görə, Ukrayna prezidenti Baydenə izah edib ki, Abramoviç fevralın 24-dən onun ölkəsi ərazisində xüsusi əməliyyat keçirən Rusiya ilə danışıqlarda mühüm vasitəçi ola bilər.

Təhlükəsizlik Şurasının sözçüsü nəşrə bildirib ki, o, Amerika prezidentinin telefon danışıqlarının təfərrüatlarını açıqlamayacaq. Maliyyə Nazirliyi müvafiq sorğuya cavab verməyib.

Britaniya Abramoviçin aktivlərini dondurub, ölkənin fiziki və hüquqi şəxslərinə onunla hər hansı əməliyyat aparmağı qadağan edib. Avropa İttifaqı da oliqarxa qarşı sanksiyalar tətbiq edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna həkimlərinə zirehli gödəkçə paylandı
Müharibə başlayandan Rusiya ordusu Ukraynada 58 təcili tibbi yardım maşınını atəşə tutub, 6 həkimi qətlə yetirib.

Zamantv.az-ın APA-ya istinadla xəbərinə görə, bunu Ukraynanın səhiyyə naziri Viktar Liaşko “Facebook” paylaşımında qeyd edib. Nazir bildirib ki, bu gün səhiyyə işçilərinə gülləkeçirməz jiletlərin ilk partiyası paylanıb.

“Müharibə hər şeyi dəyişdi: planları, prioritetləri,düşüncələri. Mən heç vaxt səhiyyə işçilərimizə gülləkeçirməz jiletlər paylayacağımızı təsəvvür etməzdim”, - deyə səhiyyə naziri qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
London həbsxanasında TOY: “WikiLeaks”in qurucusu evləndi
“WikiLeaks”in qurucusu Culian Assanc London həbsxanasında öz nişanlısı ilə kiçik mərasimlə evlənib.
Zamantv.az xarici mediaya istinadla bildirir ki, 50 yaşlı Assanc 2019-cu ildən 10 il əvvəl “WikiLeaks”in çoxlu sayda məxfi sənədləri yayması ilə bağlı bir sıra ittihamlarla Londonun cənub-şərqindəki Belmarş Yüksək Təhlükəsizlik Həbsxanasında saxlanılır.

Assanc və Stella Morisin toy mərasimində dörd qonaq və iki şahid iştirak edib.
Moris Assancın iki azyaşlı oğlu həbsdən çıxarkən onlarla şəkil çəkdirib. O, gəlinlik paltarı və dostlarından və ailəsindən gələn mesajlarla işlənmiş duvaq geyinib. Paltarı Assancın ən fəal tərəfdarlarından biri olan britaniyalı dizayner Vivyen Vestvud hazırlayıb.
London həbsxanasında TOY: “WikiLeaks”in qurucusu evləndiLondon həbsxanasında TOY: “WikiLeaks”in qurucusu evləndi

Keçən həftə Böyük Britaniyanın Ali Məhkəməsi Assancın casusluq ittihamı ilə ABŞ-a ekstradisiyasına dair bu ölkənin Ali Məhkəmsiənin qərarına qarşı şikayətini rədd edib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynadakı hərbi əməliyyatların YENİ XƏRİTƏSİ: Böyük şəhərlər bombalanır, Mariupol ətrafındakı...
Martın 22-dən 23-nə keçən gecə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Ukraynada hərbi əməliyyatların yeni xəritəsini yayıb.

Zamantv.az-ın xarici mediaya istinadla xəbərinə görə, Rusiyanın quru hücumlarının uğursuzluğundan sonra Kiyev və digər iri şəhərlərin ətrafındakı Rusiya qüvvələrinin getdikcə daha çox uzaqmənzilli bombardmanlara üstünlük verdiyi bildirilir.
Ukraynadakı hərbi əməliyyatların YENİ XƏRİTƏSİ: Böyük şəhərlər bombalanır, Mariupol ətrafındakı...
İnstitut hesab edir ki, Rusiya qoşunlarının böyük şəhərləri bu şəkildə təslim olmağa məcbur etməsi ehtimalı azdır.

“Rusiya qoşunları son sutka ərzində Ukraynanın şimal-şərqindəki Çerniqov, Sumı və Xarkov şəhərləri istiqamətində hücum əməliyyatları keçirməyib. Rusiya qoşunları Mariupolun halqasını daha da azaltmağa davam edib”, - məlumatda deyilir.

Ukraynada fevralın 24-də başlayan Umüharibə 28-ci gündür ki, davam edir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çində “Boeing” qəzası qurbanlarının qalıqları tapıldı - YENİLƏNİB
Xilasedicilər Çinin cənubunda Boeing 737 sərnişin təyyarəsinin qəzaya uğradığı yerdə qurbanların qalıqlarını tapıblar.

Bunu xüsusi mətbuat konfransında Çinin Quansi-Çjuanq Muxtar Bölgəsinin yanğınsöndürmə və xilasetmə xidmətinin birləşmiş dəstəsinin komandiri Den Xi bildirib. “Xilasedicilər əməliyyat aparılan yerdə təxminən 46 min kvadratmetr əraziyə baxış keçirib və təyyarənin qalıqlarını, həmçinin insan bədəninin fraqmentlərini aşkar ediblər”, - deyə o, məlumat verib.

O qeyd edib ki, tapılan bütün nümunələr xüsusi komissiyaya təhvil verilib.

Mənbə: TASS

15:50

Çinin cənubunda qəzaya uğrayan “Boeing 737” sərnişin təyyarəsinin “qara qutu”larından birini tapılıb.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Bildirilir ki, aşkarlanan cihaz ciddi zədələnib.

“Onun uçuş məlumat qeyd cihazı (FDR) və ya Kokpit səs yazıcısı (CVR) olduğu hələ müəyyən edilməyib”, - deyə məlumatda bildirilir.

13:24

Çinin cənubunda “China Eastern Airlines” şirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsinin qəzaya uğradığı yerdə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı yağış səbəbindən dayandırılıb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib.

Qeyd olunur ki, bundan sonra nəinki itkin düşmüş şəxslərin axtarışı və registratorların bərpası, həm də drenaj işlərinin aparılması nəzərdə tutulur, çünki xilasedicilərin fikrincə, yağış suyu torpağa hopur və axtarış sahəsində sürüşmə ehtimalı var ki, bu da işləri xeyli çətinləşdirir.

Xatırladaq ki, Kunmin-Quançjou marşrutunu həyata keçirən “China Eastern Airlines”a məxsus “Boeing 737” sərnişin təyyarəsi martın 21-də Çinin cənubundakı Quansi-Çjuan Muxtar Bölgəsində Uçjou şəhərinin Ten qraflığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 123 sərnişin və doqquz ekipaj üzvü olub.

2015-ci ildən istifadəyə verilən laynerin qəzaya uğramasının səbəbləri hələlik məlum deyil.

Mənbə: RİA Novosti
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistan XİN: “Sülh sazişi üzrə danışıqlar prosesinə başlamaq üçün Azərbaycana ilkin şərt qoymuruq”
Ermənistan sülh sazişinin bağlanması ilə bağlı danışıqlar prosesinə başlamaq üçün Azərbaycana ilkin şərt qoymur və Bakıdan da analoji mövqeni gözləyir.

Bu barədə çərşənbə günü parlamentdəki hökumət saatında ölkənin xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Mirzoyan vurğulayıb ki, Ermənistan danışıqlar prosesi zamanı “xalqların öz müqəddəratını təyin etmək hüququnu” qoruyacaq.

Qeyd edək ki, bir müddət öncə Ermənistan XİN bəyan etmişdi ki, İrəvan yuxarıda qeyd olunan sazişin imzalanması ilə bağlı Bakı ilə danışıqların təşkili üçün ATƏT-in Minsk Qrupuna müraciət edib.

Mənbə: TASS

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO