[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABŞ prezidentindən Novruz bayramı ilə bağlı paylaşım
ABŞ Prezidenti Cozef Bayden özünün "Twitter" hesabında Novruz bayramı münasibətilə paylaşım edib.

O, paylaşımında özü və həyat yoldaşı adından Novruzu qeyd edənlərə xoş arzularını çatdırıb.

“Jill və mən bütün dünyada Novruzu qeyd edənlərə ən xoş arzularımızı çatdırmaq istəyirik. Novruz bayramı sevdiklərinizə şükür etmək, nemətlərini düşünmək və yeni mövsümün bütün imkanlarını qarşılamaq üçün Novruz süfrəsi arxasında toplaşmaq deməkdir. Novruz bayramınız mübarək!”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentin köməkçisi: “Bayram sevincini Qarabağla bir yaşamağın dadı başqadır”
“Doğma Azərbaycanımızın milli ənənələrini yaşadan Novruz bayramını Ağdamda qeyd etməyin qürurunu yaşayırıq”.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında yazıb.

“Bayram sevincini Qarabağla bir yaşamağın dadı başqadır. Novruz bayramımız mübarək olsun!”, - Emin Hüseynov əlavə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski “Danışıqlar uğursuz olarsa, bu, üçüncü dünya müharibəsi demək olacaq”
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib.

O, əlavə edib ki, söhbət alınmazsa bu, üçüncü dünya müharibəsinin başlanğıcı ola bilər.

Bunu dövlət başçısı CNN-ə verdiyi müsahibdə deyib.

Zelenski əmindir ki, Ukraynada müharibəni yalnız danışıqlar bitirə bilər.

“Mən danışıqlara hazıram. Son iki ildə hazıram. Və danışıqlar olmadan bu müharibəni bitirə bilmərik”, - Zelenski bəyan edib.

Dövlət başçısı əlavə edib ki, Ukrayna və Rusiya arasında danışıqlar davam etdiriləcək. Belə ki, bu, mülki əhalinin ölümünün qarşısını almaq üçün bir şansdır.

Bununla belə, o vurğulayıb ki, Ukrayna müharibəni bitirmək üçün bütün imkanlardan istifadə etməlidir. Əks halda bu, daha böyük münaqişəyə çevrilə bilər.

Mənbə: rbc.ua
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın şərti, Ermənistanın vurnuxması – TƏHLİL
Azərbaycanın təqdim etdiyi 5 maddəlik tələb Ermənistana diktə edir ki, mövcud problemlərin həll olunması üçün danışıqlar masasına otursun. Ermənistanın Rusiya və Qərb arasında vərdiş etdiyi manevr imkanları tükənir.

Vətən müharibəsindən sonra Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində bir sıra addımlar atıb. Rəsmi Bakı sülh müqaviləsi imzalamağa hazır olmasına dair ən yüksək səviyyədə bəyanatlar verib. Lakin ötən müddət ərzində Ermənistan tərəfi buna qarşılıq verməyib. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin normallaşdırılması üçün növbəti dəfə rəsmi İrəvana təkliflər təqdim edib.

Mövzu ilə bağlı Kaspi qəzetinin təhlilini təqdim edirik:

İkitərəfli sülh sazişi üçün baza prinsipləri

Vasitəçilər tərəfindən Ermənistana çatdırılan bu təkliflər 5 baza prinsipindən ibarətdir. Təklif olunub ki, münasibətlərin normallaşması üçün dövlətlər bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanısın. Dövlətlər bir-birlərinə qarşı ərazi iddialarının olmadığını qarşılıqlı şəkildə təsdiq etsin və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəlik götürsün. Hər iki tərəf dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinsin. Dövlət sərhədinin delimitasiyası və demarkasiyasına başlanılsın, diplomatik münasibətlər qurulsun. Ən nəhayət, nəqliyyat və kommunikasiyalar açılsın, digər müvafiq kommunikasiyalar qurulsun, qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa başlanılsın. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönələn danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər.
Azərbaycanın şərti, Ermənistanın vurnuxması – TƏHLİL
Ermənistanın Rusiya ilə Qərb arasında vurnuxması

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan tərəfinin təqdim etdiyi təkliflər gündəmdə olduğu ərəfədə Fransada səfərdə olub. Rəsmi İrəvan bu təkliflərə cavabını ATƏT-in Minsk qrupuna təqdim edib. Ardınca ABŞ dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycan liderlərinə zəng edib. Blinken Prezident İlham Əliyevlə söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparıb. Eyni zamanda regional təhlükəsizlik məsələləri müzakirə olunub. Belə bir fonda Ermənistan parlamentinin spikeri Türkiyə ilə sərhədləri açmağa hazır olduqlarını bəyan edib. Maraqlıdır, Ermənistanın Azərbaycanın sülh müqaviləsi təklifinə konstruktiv yanaşması realdırmı? Ermənistan prosesə ABŞ və Fransanı da qoşmaqla nəyi hədəfləyir? Rəsmi Yerevanın bu vurnuxmalarına Rusiyanın reaksiyası necə olacaq?

Paşinyan acınacaqlı vəziyyətə düşməkdən qorxur

Politoloq Əlimusa İbrahimov mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistan tərəfi ciddi çaşqınlıq içindədir. Onun sözlərinə görə, rəsmi İrəvan həm dünya dövlətlərinin Rusiyaya qarşı getdikcə güclənən nifrəti fonunda Avropada olan himayədarların vasitəçiliyindən yararlanaraq Azərbaycan və Türkiyə ilə münasibətləri inkişaf etdirmək istəyir, həm də indiki vəziyyətdə Rusiyanı narazı sala biləcək addımlar atmaqdan ehtiyatlanır, tərəddüd edir: "Rusiya-Ukrayna münaqişəsinin Türkiyə və Azərbaycanın regionda, dünyada mövqeyinin möhkəmlənməsinə xidmət etdiyini anlayan Ermənistan acınacaqlı vəziyyətə düşməkdən qorxur. Amma Azərbaycanın israrlı şəkildə mövcud problemləri həll edərək son nəticəyə can atması qarşısında davam gətirə bilməyəcəyini də başa düşür. Baş nazir Nikol Paşinyan qarşısına qoyulan çağırışlara cavab vermək məcburiyyətində olduğunun da fərqindədir”.
Azərbaycanın şərti, Ermənistanın vurnuxması – TƏHLİL
Türkiyə və Azərbaycanın artan beynəlxalq nüfuzu

Politoloqun qənaətincə, Azərbaycanın təqdim etdiyi 5 maddəlik tələb Ermənistana diktə edir ki, mövcud problemlərin tezliklə həll olunması üçün danışıqlar masasına otursun: “Ermənistan Rusiya-Ukrayna müharibəsi kölgəsində gizlənə bilməyəcək. Rusiyanın məsləhətlərindən məhrum olan Paşinyan hökuməti Azərbaycanın tələbləri qarşısında çıxış yolu tapmayaraq, Avropadakı havadarlarına üz tutub. Paşinyan Fransaya səfər edir, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın təqdim etdiyi 5 tələbin cavabını ATƏT-ə verir. Digər tərəfdən, Paşinyan Rusiya ilə Ukrayna arasındakı müharibəni müzakirə etmək üçün ona zəng edən Entoni Blinkenlə Azərbaycanla Ermənistan arasındakı münaqişəni müzakirə etməyə cəhd edir. Bütün bunlar ermənilərin Rusiya-Ukrayna müharibəsi nəticəsində regionda yaranmaqda olan yeni reallıqlar qarşısında qorxuya düşdüklərindən xəbər verir. Türkiyə və Azərbaycanın beynəlxalq nüfuzunun hər keçən gün artması, regionda baş verən münaqişələrin həll olunmasında Azərbaycanın ciddi oyunçu kimi ortaya çıxması erməni strateqlərini ciddi narahat edir”.

Azərbaycanın şərti, Ermənistanın vurnuxması – TƏHLİL
Ermənilər daha çətin şəraitlə üzləşəcəklər

Ə.İbrahimov söyləyib ki, Ermənistan Azərbaycanın sülhə doğru atdığı addımları konstruktiv qiymətləndirmək arzusunda deyil. Onun qənaətincə, Ermənistan siyasi rəhbərliyi yenə də ATƏT və ABŞ kimi ənənəvi havadarlarının yardımına bel bağlamaq istəyir: “Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra qeyd etdiyi kimi, regionda və dünyada gedən geosiyasi proseslər yeni reallıqlar ortaya çıxarmaqdadır. Ermənilər öz istəklərindən asılı olmayaraq, bu reallıqlarla barışmaq məcburiyyətindədirlər. Onların artıq start götürmüş proseslərin istiqamətini dəyişmək cəhdləri nəticə verməyəcək. Ermənilərin Rusiya və Qərb arasında vərdiş etdiyi manevr imkanları tükənir. Əgər Ermənistan bu gün Azərbaycanın tələblərinə cavab verməsə, sabah daha çətin şəraitlə üzləşəcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çökən Rusiyanın altında KİM QALACAQ? - NƏ ETMƏLİ?
Zamantv.az - Rusiyanın Ukraynaya hücumunun davam etdiyi bir zamanda Qərb davamlı olaraq Rusiyaya sanksiyalar tətbiq edir. Hər iki ölkənin Azərbaycanla sıx ticari-iqtisadi əlaqələrinin olduğunu nəzərə alsaq, Rusiya-Ukrayna müharibəsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək.

Rusiya Hökumətinin sədri Mixail Mişustin inkar etsə də, təkcə xarici şirkətlərin ölkəni tərk etməsi səbəbindən artıq yüz minlərlə iş yeri bağlanıb. Rusiyada ərzaq almaq üçün uzun növbələr yaranmağa başlayıb. Həmçinin əmək haqları, gəlirlər sürətlə azalır. Ölkə iqtisadiyyatı kiçilir. Rubl dəyərdən düşür. Demək, bir azdan oradakı azərbaycanlılara işləmək sərf etməyəcək, Azərbaycana pul göndərişləri azalacaq. Soydaşlarımızın ölkəyə geri dönüşü başlaya bilər.

Rusiyadakı soydaşlarımızın kütləvi qayıdışı mümkündürmü? Azərbaycanın əmək bazarı bu köçə nə dərəcədə hazırdır? Dövlət səviyyəsində hansısa ön tədbirlər görülürmü və bu tədbirlər nəyi nəzərdə tutmalıdır?

Rusiyanın ilk ciddi sanksiyalarla üzləşməsi 2014-cü ildə də baş vermişdi. Krımın ilhaqından sonra rubl kəskin ucuzlaşmış, rubl iki dəfədən çox dəyərdən düşmüşdü.

İqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, 2014-cü ildə Rusiya sanksiyalara məruz qaldıqda azərbaycanlıların əksəriyyəti Vətənə qayıtmağa tələsmədilər: “Rusiya çox ağır vəziyyətlə üz-üzə qalmışdı. Ümumi daxili məhsul 5%-ə düşmüşdü. İqtisadi çətinliklər yaşandı. Bir müddət sonra isə vəziyyət düzəldi. İndiki durumda da kimin imkanı yaxud ehtiyat pulu varsa, gözləmə mövqeyi tutacaqlar. Azərbaycana gəlib işsiz qalmaqdansa, səbirli olmaq daha məntiqlidir. Proses uzun çəksə, problemlər dərinləşsə, böhran dalğalarının ard-arda olması ehtimalını nəzərə alsaq, on minlərlə soydaşımız Azərbaycana dönməklə bağlı qərar verə bilər. Ölkə iqtisadiyyatı və əmək bazarı buna hazır deyil.

Zatən ölkədə işsizliklə bağlı problemlər var. İşsizlik dalğası yarana, sosial problemlər arta bilər. Bunları nəzərə alaraq, fevralın 24-dən Nazirlər Kabineti yanında böhran masasının qurulması ilə bağlı təklif verdik ki, həm Ukrayna, həm də Rusiyanı tərk edən və Azərbaycana gəlmək istəyən soydaşlarımızın problemlərinin həlli ilə bağlı yeni təklif proqramları, yeni biznes imkanlarının yaradılmasını ehtiva edən bir proqram hazırlanmalıdır. Təəssüf ki, bununla bağlı ən azı hökumət tərəfindən ciddi müzakirənin, addımların olduğunu görmürük. Biz qəfil yaxalana bilərik. Xəbər gələ bilər ki, 10 minlərlə, 100 minlərlə soydaşımız Azərbaycana gəlmək istəyir, sərhəddə toplaşıb, lakin ölkə buna hazır deyil. Bu masa sürətlə qurulmalıdır, əlaqədar qurumlar koordinasiyalı şəkildə problemlərin həlli ilə bağlı müvafiq istiqamətlər müəyyənləşdirməlidirlər. İmkanı olan soydaşlarımız ən azı ilin sonuna qədər gözləyəcəklər".

Ekspertin fikrincə, azərbaycanlıların üz tutduğu ölkələr arasında Qazaxıstan ön sıradadır: “Əvvəl Belarusa köçürdülər, indi Belarus da sanksiyalarla üzləşib. Qazaxıstanda isə biznes şəraiti bizdən yaxşıdır. Azərbaycanda orta və kiçik sahibkarlığın inkişafı ilə bağlı xüsusi yanaşma tətbiq etməliyik. Qazaxıstanda ölkənin ərazisi çox genişdir, ərazisinə görə dünyanın 9-cu ölkəsidir. Şəhərlərdə sıxlıq bizdəki kimi deyil, iş yeri tapmaq şansı bizdən daha yaxşıdır. Bazar dinamik inkişaf edir. Çin ilə sərhəd olduğu üçün birbaşa biznes əlaqələri qurmaq daha asandır.

Fevralın 21-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanmış ölkələrarası bəyannamənin 43 bəndindən 12-si iqtisadi əlaqələr, iqtisadi sahədə əməkdaşlıq məsələlərini əhatə edir. İki ölkə arasında ticarət dövriyyəsinin təxminən 3 milyard olduğunu nəzərə alsaq, mövcud durumda iqtisadi münasibətlər üçün hər hansı risk yaranması ehtimalı mümkündür".

Natiq Cəfərli hesab edir ki, bəyannaməyə uyğun olaraq müqavilələrin bağlanması yaxın zamanda mümkün görünmür: “Sanksiyalardan əlavə, Rusiya hökuməti ərzaq məhsullarının ixracı ilə bağlı Gömrük İttifaqı və Avrasiya İttifaqına daxil olan ölkələrə belə məhdudiyyətlər tətbiq etdi. Buna görə də müqavilələr bağlanmış olsa belə, bu məhdudiyyətlərə görə Rusiyadan ticarət dövriyyəsi xeyli zəifləyəcək. Builki ticarət dövriyyəmiz keçən ilkinə nisbətən xeyli aşağı düşəcək. Hətta düşünürəm ki, iki dəfə azalması ehtimalı var”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada döyüşlərlə bağlı son vəziyyət AÇIQLANDI
“Ukrayna Silahlı Qüvvələri düşmənin işğal etdiyi ərazilərdəki qoşunlarına zərbə endirib”.

"Zamantv.az" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı əməliyyat məlumatında bildirilib.

Məlumata görə, Ukraynanın zenit-raket qoşunları və aviasiyasının qırıcıları Rusiyanın 12 hava hədəfini – 2 qırıcı, 3 helikopter, 3 PUA və 4 qanadlı raketini məhv edib:

“Ötən sutka ərzində Ukraynanın Silahlı Qüvvələri işğalçının Mikolayevsk və Sumıl vilayətlərində bir neçə texnika karvanını məhv edib, düşmənin itkiləri dəqiqləşdirilir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Stoltenberq: “Zelenskinin NATO-ya dair məyusluğunu başa düşürük, amma...”
NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Volodimir Zelenskinin NATO-ya dair məyusluğunu başa düşdüklərini etiraf edib.

Bununla belə, Yens Stoltenberq bir daha təkrar edib ki, Alyans münaqişənin Ukrayna sərhədlərindən kənara çıxmasını istəmir.

O əlavə edib ki, NATO Ukraynaya maliyyə dəstəyi verməkdə davam edəcək:

“Biz hərbi və maliyyə dəstəyimizi artırmaqda davam edirik”.

NATO-nun baş katibi əlavə edib ki, 2014-cü ildə Rusiya Krımı ilhaq edəndən sonra Alyansın müttəfiqləri Ukrayna hərbçilərinə yüksək səviyyəli təlimlər keçib və bütün bunların nəticəsi olaraq hazırda Ukrayna ordusu Rusiya qoşunlarına qarşı uğurlu müqavimət göstərir.

Mənbə: Tagesschau.de
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski: “Rusiya son 25 ildəki nailiyyətlərini məhv edəcək və 90-cı illərə qayıdacaq”
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Ukraynaya hücum etməklə son 25 ildə əldə etdiyi hər şeyi məhv edəcək və ötən əsrin 90-cı illərinə qayıdacaq.

“Ukraynaya qarşı müharibənin Rusiya üçün qarşılığı belə olacaq”, - deyə Zelenski videomüraciətində bəyan edib.

O vurğulayıb ki, ədalətsiz və aqressiv müharibənin həmişə yüksək bədəli olur.

“Amma onların başına nə gəlsə də, bu, bizə təsəlli verə bilməz. Ölülərimizi diriltməyəcək, şəhərlərimizi bərpa etməyəcək, əbədi olaraq bizimlə qalacaq mənəvi yaraları sağaltmayacaq”, - deyə Ukrayna Prezidenti əlavə edib.

Mənbə: “İnterfaks”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğan Çanaqqala şəhidlərini anarkən azərbaycanlıları da unutmadı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 mart tarixində Çanaqqala Zəfərinin 107-ci ildönümü münasibətilə anım mərasimində çıxış edib.

Türkiyənin Azərbaycandakı səfirliyi R.T.Ərdoğanın çıxışından görüntülər paylaşıb.

“Burada təkcə Türkiyənin hər bölgəsindən, hər rayonundan, hər kəndindən qəhrəmanların qəbirləri yoxdur. Eyni zamanda könül coğrafiyamızın dörd bir guşəsindən gəlib burada torpağa düşən şəhidlərin məzarları da var. Sarayevonun, Skopyenin, Komotininin, Bakının, Batuminin, Hələbin, Qəzzənin, Qüdsün uşaqları ilə İstanbulun, Ankaranın, Çorumun, Antepin, Mardinin, Ədirnənin övladları düz 107 ildir ki, bu müqəddəs torpaqlarda bərabər şəkildə qucaq-qucağa yatırlar”, - deyə R.T.Ərdoğan bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rubl məzənnədən düşür, xurmamız anbarlarda qalır - NARAZILIQ!
Azərbaycan xurmasının ən böyük idxalçılarından olan Rusiya və Ukrayna arasında gedən müharibə ölkəmizdə bu sahə ilə məşğul olanlara böyük zərər vurub. Azərbaycanda ildə 200 min tondan artıq xurma istehsal olunur ki,onun da təxminən 174 min tonu ixrac edilir.

Yeni bazarın olmaması bu sahədə ciddi problemlər yarada bilər. Baş verən hadisələr Azərbaycanın xurma ixracına birbaşa təsir göstərir.
Azərbaycanın xurması üçün əsas bazarı olan bu iki ölkəyə ixracı ümumiyətlə mümükün deyil, ya da Rusiya valyutasının dəyəri itirməsinə görə sahibkara sərf etmir. Məhz buna görə də məhsullar anbarlarda qalmaqdadır.

Göyçay rayonunda fəaliyyət göstərən sahibkar Coşqun Yusifov deyir ki, hazırda tonlarla məhsullarımız rayonun soyuducu anbarlarında qalıb tələf olur. Bu malı da yəqin ki, sahibkarlar Rusiya bazarına göndərə bilmədiyi üçün məhv etməli olacaqlar.
"Bu bizim sahibkarlar üçün maddi zərərdir, ötən ilin payızında bağlardan yığılaraq soyuducu anbarlara yerləşdirilən meyvə günü-gündən xarab olur. Bütün bunlar isə min bir əziyyətlə becərilən məhsulla bağlı külli miqdarda vəsaitin itirilməsi deməkdir. Hər il Rusiya pulunin məzənnəsi sabit olurdu, sahibkarlar da malını rahat satırdı. Hazırda iş adamları məhsulu Rusiya bazarına göndərə bilsə də, əldə olunan gəlir yol, soyuducu və digər xərcləri ödəmir. Sahibkara burda küllü miqdarda zərər dəydiyi üçün heç kim öz malını Rusiya bazarına göndərə bilmir.

Sahibkar deyir ki, xurmanı indiki vəziyyətdə Azərbaycan bazarında satmaq isə sahibkarlar üçün əlverişli deyil. Çünki yerli bazarda bu məhsuldan ən yaxşı halda belə ixracla müqayisədə qat-qat aşağı gəlir götürmək mümkündür:

"Faktiki olaraq Azərbaycanda soyuducu anbarlarda olan məhsullara heç bir alıcı yoxdur. Bu ilki, qarşıdan gələn altı-yeddi aydan sonrakı mövsüm üçün proqnozlarda xoşagələn heç nə yoxdur. Çünki Rusiya və Ukraynyadan başqa hələ ki, böyük miqdarda xurma satmaq üçün bizim bazarlarımız mövcud deyil. Bu bazarlar olmazsa, 2021-ci ilə görə əldə olunmuş 126 milyon dollar vəsaitin heç yüzdə əllisinin də gəlməsinə ümid edilmir".

Xatırladaq ki, ötən il Azərbaycandan 174 min ton xurma ixrac olunub və bu məhsulun satışından ölkəmizə 126 milyon dollara qədər vəsait daxil olub.
Ölkəmizə ən çox valyuta gətirən məhsullardan biri olan xurmanın yenə də gəlirli sahəyə çevrilməsi üçün yəqin ki, yerli bazarların da axtarışına ehtiyac yaranacaq. //sputnik.az/

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO