[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Kubinka" və "Papanin"də ƏMƏLİYYAT: 14 nəfər belə saxlanıldı
Dəfələrlə Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Hətta elə olub ki. bu cür əməliyyat zamanı 40 nəfərdən çox adam saxlanılıb. Növbəti belə əməliyyat paytaxtın Nəsimi rayonunda keçirilib. Əməliyyat zamanı narkotik satan və silah saxlayan 14 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 4 kiloqram narkotik vasitə və psixotrop maddə, 1 ədəd “Naqan” markalı tapança və 6 ədəd patron aşkar olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan Elvin Məmmədov və Nail Bəkirov saxlanılıb. Elvin Məmmədovun üzərindən 1 ədəd “Naqan” markalı tapança, 6 ədəd patron və külli m miqdarda heroin aşkar edilib. Nail Bəkirovun üzərində şəxsi axtarış aparılan zaman isə 1 kiloqrama yaxın satış məqsədi ilə əldə etdiyi heroin aşkar edilib.

İdarənin son 10 gündə keçirdiyi digər əməliyyatlar zamanı rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olan daha 12 nəfər saxlanılıb. Bu şəxslərdən külli miqdarda heroin, metmfetamin və elektron tərəzilər aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduqları xaricdə yaşayan narkotacirlərdən onlayn yolla əldə ediblər. Onlar maddi qazanc müqabilində paytaxt ərazisində həmin narkotacirlərin narkokuryerlik təklifi ilə razılaşıblar. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən bəziləri yaşadıqları evlərdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxana da təşkil ediblər.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
"Kubinka" və "Papanin"də ƏMƏLİYYAT: 14 nəfər belə saxlanıldı
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kişi arvadını bıçaqladı, ürəyi soyumadı...
Gəncədə 52 yaşlı X.Qəhrəmanov həyat yoldaşı, 53 yaşlı A.Qəhrəmanovaya bıçaqla xəsarət yetirib, daha sonra onu çəkiclə də döyüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. Onun sözlərinə görə, hadisə ilə əlaqədar müəyyən ekspertizalar təyin olunub.

Həmin ekspertizaların rəyindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda maşını göldə batırıb klip çəkdilər - FOTO
Azərbaycanda qeyri-adi klip çəkilib.

Zamantv.az xəbər verir ki, bu dəfə klip çəkilişi prosesi avtoqəzadan seçilməyib. Hətta bu proses şahidlərdə başqa təəssürat da yaradıb. Yoldan keçənlər əvvəlcə burada ölümlə nəticələnən avtoqəza olduğunu da düşünüblər.

Hadisə aprelin 24-ü axşam saatlarında İsmayıllı rayonu, Təzəkənd kəndində qeydə alınıb. Yoldan keçənlər “BMW” markalı avtomobilin göldə batdığını görüblər. Avtomobillərinii saxlayıb hadisə yerinə yaxınlaşanda isə məlum olub ki, baş verənlər heç də göründüyü kimi deyilmiş. Sən demə, burada bir gənc qız klip çəkdirirmiş. Bu səbəbdən də həmin avtomobili göldə batırıblar.
Görüntüləri təqdim edirik
Azərbaycanda maşını göldə batırıb klip çəkdilər - FOTOAzərbaycanda maşını göldə batırıb klip çəkdilər - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabah 29 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında aprelin 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Zamantv.az"a verilən məlumata görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 19-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-29° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev İqor Xovayevi qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

"Zamantv.az" xəbər verir ki, görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və demarkasiyası, Azərbaycan tərəfinin təqdim etdiyi 5 prinsip əsasında iki ölkə arasında sülh müqaviləsinin hazırlanması məsələləri müzakirə olundu.

Prezident İlham Əliyev sülh müqaviləsinin hazırlanması üzrə Azərbaycan nümayəndə heyətinin və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibinin müəyyən edildiyini vurğuladı, ölkəmizin Ermənistanla danışıqlara hazır olduğunu qeyd etdi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Goranboyun icra başçısı da BELƏ YEYİR... - BU DA FAKT!!!
Zamantv.az İcra hakimiyyəti tərəfindən aparılan “təmir işləri” binanın mərkəzi yola tərəf olan hissəsinin - fasadın boyanması ilə yekunlaşıb. Binanın görünməyən hissəsi, yəni arxa tərəfi isə olduğu kimi saxlanılıb. Və bu proses bir-iki ildən bir təkrarlanıb.

Təxminən 11 il bundan öncə - 27 dekabr 2011-ci il tarixdə Prezident İlham Əliyev tərəfindən “Azərbaycanda körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə” sərəncam imzalanıb. Həmin Sərəncamla Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib. Belə bir qərarın qəbul edilməsində başlıca məqsəd ölkədəki bağçaların fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasını, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək olub.

"Kaspi" qəzetinin yazısını təqdim edirik:

"Goranboydakı uşaq bağçalarının ümumi vəziyyəti

Amma çox təəssüf ki, bu Sərəncamından irəli gələn tapşırıq və vəzifələr bəzi rayonlarda tam icra olunmayıb. Belə rayonlardan biri də Goranboydur. Bunu isbat etmək üçün adi qaydada icra hakimiyyətinin elektron ünvanına sorğu göndərdik, rayondakı uşaq bağçalarının ümumi vəziyyətini onlardan öyrənmək istədik. Sorğumuza cavab olaraq bildirildi ki, Goranboy rayonunda 32 uşaq bağçası fəaliyyət göstərir. Bunlardan 21 Körpələr evi-uşaq bağçası inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin balansında olan binalarda yerləşir. Goranboy şəhər 2 saylı, Dəliməmmədli şəhər, Qızılhacılı qəsəbə 1 saylı, Səfikürd, Borsunlu, Tap Qaraqoyunlu, Tap, Muzdurlar, Qarqucaq, Nizami və Todan kənd Körpələr evi-uşaq bağçalarının inzibati binası qəzalı vəziyyətdə olduğu üçün başqa binalarda yerləşdirilib. Bu uşaq bağçaları üçün yeni binaların tikintisinə ehtiyacı var. İcra hakimiyyətindən o da bildirildi ki, Kələk, Xınalı və Şəfəq kənd Körpələr evi uşaq bağçaları son illərdə tikilib. İndiyə qədər Goranboy şəhər 1 və 3 saylı, Qızılhacılı qəsəbə 3 saylı, Balakürd, Xoylu, Sarov, Qaradağlı və Boluslu kənd Körpələr evi-uşaq bağçaları dövlət vəsaiti hesabına əsaslı şəkildə bərpa edilib. Bununla yanaşı, Qızılhacılı qəsəbə 2 və 3 saylı, Zeyvə və Şəfəq kənd Körpələr evi-uşaq bağçalarının təmir olunması üçün işlər aparılır. Qazanbulaq qəsəbə, Fəxralı, Xan Qərvənd, Veyisli, Qaraçinar, Hazırəhmədli, Tatarlı və Düzqışlaq kənd Körpələr evi-uşaq bağçalarının isə təmirə ehtiyacı var.

Üzü bəzək, içi təzək

İlk baxışda icra hakimiyyətinin sorğumuza verdiyi cavabda qeyri-adi heç nə yoxdur. Amma Qaradağlı kəndindəki uşaq bağçasının real vəziyyəti məsələyə fərqli yanaşmanı tələb edir. Belə ki, icra hakimiyyətinin verdiyi məlumatda Goranboy rayonun Qaradağlı kəndindəki 90 yerlik uşaq bağçası dövlət vəsaiti hesabına əsaslı şəkildə bərpa edilənlər sırasında yer alır. Lakin kənd sakinləri deyirlər ki, Qaradağlıdakı uşaq bağçasında heç vaxt əsaslı təmir işi aparılmayıb. Kəndin düz girəcəyində yerləşən və 1985-ci ildə istifadəyə verilən uşaq bağçasının ikimərtəbəli inzibati binası tamamilə yararsız haldadır. 2013-cü ilin may ayında təhsil müəssisəsinin əsaslı təmir olunacağı xəbəri yayılsa da, icra hakimiyyəti tərəfindən aparılan “təmir işləri” binanın mərkəzi yola tərəf olan hissəsinin - fasadın boyanması ilə yekunlaşıb. Binanın görünməyən hissəsi, yəni arxa tərəfi isə olduğu kimi saxlanılıb. Və bu proses bir-iki ildən bir təkrarlanıb, adına da “əsaslı təmir” deyilib.

Acınacaqlı durum

İcra hakimiyyətinin məlumatı ilə reallıq arasındakı fərq ortadadır. Bəs bu cür şəraitsiz uşaq bağçaları körpələrin təlim-tərbiyəsinə necə təsir edir? Bununla bağlı qəzetimizə açıqlama verən Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov bildirib ki, ümumən ölkədə məktəbəqədər təhsil müəssisələri ilə bağlı vəziyyət qənaətbəxş deyil. Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyətlərinin balansına verildikdən sonra bağçalarda vəziyyət kifayət qədər acınacaqlı duruma düşüb: “Bağçaların böyük əksəriyyəti özəlləşdirilib, əraziləri iş adamlarına satılıb. Düzdür, Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif rayonlarda yeni uşaq bağçaları tikilib. Lakin Azərbaycan əhalisinin sayı hər il artdığından, sadəcə Fondun bu istiqamətdəki layihələri yetərli deyil, ölkəmizdə daha çox məktəbəqədər təhsil müəssisələrinə ehtiyac var. Uşaq bağçasına getməli olan xeyli sayda balacalarımız var. Onların heç də hamısı təhsilə cəlb oluna bilmirlər. Təhsil nazirliyi mövcud boşluğu doldurmaq üçün bu istiqamətdə bir layihə həyata keçirib. İcma əsaslı siniflər, məktəblər təşkil olunub”.

Məktəbəqədər təhsildə çətinliklər

Təhsil eksperti deyib ki, yeni məktəbəqədər təhsil müəssisələrinin tikilməsi, təmirə ehtiyacı olanların əsaslı təmir edilməsi lazımdır: “Əvvəllər tikilmiş, istismar müddətini başa vurmuş uşaq bağçalarının ümumi vəziyyəti müasir dövrlə ayaqlaşmır, infrastruktur baxımdan tələblərə cavab vermir. Bu, uşaqların təlim-tərbiyə prosesində xeyli çətinliklər yaradır. Məktəbəqədər təhsil müəssisələrinin təmir olunması, maddi texniki bazasının güclənməsi, yeni bağçaların tikintisi bilavasitə uşaqların təlim-tərbiyə prosesinə müsbət təsir göstərən faktorlardan biridir. Çünki bağçalarda uşaqların ilkin bilikləri formalaşır, onlara vətənpərvərlik aşılanır. Körpələr, eyni zamanda sosiallaşır ki, bu da gələcəkdə onların məktəbə adaptasiyası baxımından mühüm amildir”.


Xatırladaq ki, Prezident İlham Əliyevin 20 dekabr 2021 tarixdə imzaladığı sərəncamla dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması üçün yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri yenidən Təhsil Nazirliyinin tabeliyinə verilib.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Goranboyun icra başçısı da BELƏ YEYİR... - BU DA FAKT!!!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda iki kişi zəhərlənib öldü
Azərbaycanda iki nəfər dəm qazından zəhərlənərək ölüb.

Zamantv.az-ın əldə etdiyi məlumata görə, hadisələrdən biri Bakının Binəqədi rayonunda qeydə alınıb. Aprelin 23-ü saat 10:40-da 49 yaşlı Əhmədov Hilal Qabil oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Hər iki faktla bağlı araşdırma aparılır.

Digər anoloji hadisə Abşeron rayonunda baş verib. Aprelin 20-də “At yalı” yaşayış massivində kirayədə qalan 82 yaşlı yaşlı Səmədov Sərxoş Əliabbas oğlu hamam otağında dəm qazından zəhərlənərək ölüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Attestatsız direktor müavini işləyən qadınla bağlı araşdırma başladı
Bakıda attestatsız şəxsin direktor müavini vəzifəsinə təyin edilməsilə bağlı araşdırma aparılır.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, paytaxtdakı 3 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Yusifova İsmət Qədir qızı 01.09.2004-cü ildə işə qəbul edilib:

"2004-cü ildə 3 nömrəli tam orta məktəb Binəqədi Rayon Təhsil Şöbəsinin tabeliyində olub. 2006-cı ildə Bakı şəhərində rayon təhsil şöbələri ləğv edilərək Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılıb. Həmin məsələ ilə bağlı araşdırma aparılıb. Bununla bağlı müvafiq tədbir görülməsi üçün aidiyyəti orqanlara müraciət olunub".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda mikroavtobus YANDI
Bakı şəhərinin Binəqədi rayonunda "Mercedes" markalı mikroavtobusun mühərrik hissəsi və qismən salonu yanıb.

Fövqəladə Hallar Nazirliyidən bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şabranda 16 yaşlı gənc itkin düşdü
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran rayon sakini, 2006-cı il təvəllüdlü Samuray Qasımov aprelin 15-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

S.Qasımovun boyu 160 santimetrdir, orta bədən quruluşludur.

Evdən çıxarkən əynində qara gödəkcə, qara şalvar və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya (055) 650-20-44 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO