[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirlər kabineti prezidentin fərmanını sabotaj edərək savadlılıq səviyyəsini aşağı salır - NARAZILIQ!
Ötən ilin sonlarında Milli Məclis və Prezident Administrasiyası 1 yanvar 2022-ci il tarixindən etibarən elektron kitablar istisna olmaqla, kitab idxalının və istehsalının ƏDV ödənişindən azad edildiyi barədə məlumat yayıb. Əlavə edilib ki, ƏDV-dən azad olunan kitabların siyahısını müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən orqan təsdiq edir. Dərslik komplektlərinin, bu məhsulun istehsalı üçün rulon və ya vərəqə şəklində kağızın idxalıı zamanı ƏDV tutulmayacaq. Bundan başqa, çap KİV-lərinin buraxılması və kitab nəşri üzrə redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad olunacaq.

İlin dördüncü ayı başa çatmaq üzrədir, amma kitab nəşriyyatçılarından 2021-ci ildəki ilə eyni vergiləri ödəməyi tələb edirlər. “Əli və Nino” nəşriyyatının sahibi Nigar Köçərli FB-də Vergi Xidmətinə, Nazirlər Kabinetinə və Dövlət Gömrük Komitəsinə dəfələrlə müraciət etməsinə baxmayaraq, ƏDV ödəməyə məcbur edildiklərini bildirir. “Nazirlər kabineti və gömrük müraciətlərimizə ümumiyyətlə məhəl qoymur, Vergi Xidməti standart olaraq Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq hansısa kitab siyahısını gözlədiyi barədə cavab verir. Məsələ ondadır ki, qanunda “icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş kitablar siyahısı” ifadəsi var”, deyə N.Köçərli əlavə edir.

“Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu Turan-a məktubunda təəcübünü ifadə edir: necə ola bilər ki, qanun qəbul edilib, amma dövlət orqanları ona məhəl qoymur? “Prezident 18% vergidən azad edilmə haqqında fərman imzalayıb. Amma dövlət idarələrinə getdikdə bizdən ƏDV tələb edirlər. Nə baş verir, idarələr fərmanı saymır, ya fərman baş aldatmaq üçün qəbul edilib?

Turan Dövlət Gömrük Komitəsinə və Vergi Xidmətinə yazılı sorğular göndərib. Qanunun tələb etdiyi cavablar verilməyib. N.Köçərli iki rəsmi cavab alıb. Vergi Xidmətinin məktublarında vergidən azad edilmə haqqında fərmanın olduğu təsdiq edilir, amma xidmət xatırladır ki, fərmanda “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” hazırlanmış siyahıdakı kitabların vergidən azad edildiyi deyilir. Bu orqan kimi Nazirlər Kabinetinin müəyyən edildiyi qeyd edilir. Siyahının hazırlanması üçün üç ay ayrılıb. Aprel başa çatdığına, siyahının isə hələ hazır olmadığına görə, göründüyü qədər, nəşriyyatçılar ziyana uğrayacaqlar.

Köçərli “kitabların siyahısının” hazırlanması metodologiyasının aydın olmamasına və heç yerdə hansı meyarlarla bir çap məhsulunun ƏDV-dən azad ediləcəyi, digər məhsulun nəşrinin isə vergi ödəmək zərurəti ilə əlaqədar baha başa gələcəyi açıqlanmır. “Məsələn, Çexova ƏDV alınacaq, Folknerə yox? Dünyada hər gün yüz minlərlə yeni kitab dərc olunur. Nazirlər Kabineti məktublarımıza cavab verməyə belə vaxt tapmırsa, onları necə “təsdiq edəcək””? – deyə Köçərli sual edir.

Kitab nəşriyyatçıları ictimaiyyəti prezidentin fərmanının müdafiəsinə qalxmağa çağırır. Yazıçılar müsahibələrində deyirlər ki, yerli və idxal kitabların bahalığı əhalinin savadlılıq səviyyəsini aşağı salır, valideynlər isə baha olduğu üçün məktəblilərə yeni dərslik ala bilmir. Prezidentin məntiqli fərmanı Nazirlər Kabinetinin birbaşa öhdəliklərini yerinə yetirə bilmədiyinə görə yerinə yetirilmir?
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ata 1 yaşlı övladını yerə ÇIRPDI - RƏSMİ
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə aprelin 26-da saat 16 radələrində 30 yaşlı Samir Ağakərimovun 1 yaşlı oğlunu evdən həyətə tullaması nəticəsində uşağın kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ceyranbatan 1 nömrəli məktəbdə növbəti qalmaqal-Məktəb direktoru yenə də şagirdi döyüb(?)
Zamantv.az- Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbdə növbəti qalmaqal yaşanmaqdadır. Bu dəfə də məktəbin direktoru Çinarə Atayevanın adı şagird döyməkdə hallanır. Belə ki, qəsəbə sakini İlqar Məmmədovun Yenixeber.org-a verdiyi məlumata görə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbin 9a sinifində oxuyan qızı Məmmədli Gülnar ötən gün məktəbin direktoru Çinarə Atayeva tərəfindən döyülüb və yüksək qiymətli mobil telefonu sındırılıb: “Dünən uşağı həkimə aparacaqdıq deyə mobil telefon verdim ki, əlaqə saxlaya bilim. Sinif otağına gələn məktəbin direktoru Çinarə Atayeva təsadüfən telefonu görüb, heç bir söz soruşmadan götürüb telefonu yerə vurub. Daha sonra təkrar telefonu götürüb, uşağı öz kabinetinə aparmaq üçün koridora çıxıb və yenidən telefonu divara vurub, uşağa da zor tətbiq edib, divara vurub. Daha sonra da, kabinetində bu “qoçuluğ”unu davam etdirib. Mən hadisəni bir az gec eşitsəm də, dərhal 102-yə zəng elədim. Hazırda Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsində təhqiqatçı Zaur Məmmədov hadisəni araşdırır. Təhsil Nazirliyinə də məlumat vermişəm, Rayon Prokurorluğuna da məlumat verəcəyəm”.

***

Şagirdin məktəbə mobil telefon aparması qayda pozuntusu olsa da, şübhəsiz ki, məktəb direktorunun bu əməli törətməsi üçün əsas ola bilməz. Bu halda mobil telefonu alıb da, uşağın valideyini ilə çözüm aparıla bilərdi... Uşağa qarşı kobudluq və maddi zərər vurulması nə pedaqoji qaydalara, nə də bəlli qanunlara uyğun deyil.

Biz bu məlumatla bağlı Çinarə xanımla telefonla danışdıq. Maraqlıdır ki, xanım direktor belə bir hadisədən xəbərsiz olduğunu və əlavə heç bir söz deyə bilməyəcəyini bildirdi(?)

Təhqiqatçı Zaur Məmmədov isə bizimlə telefon danışığında hadisənin tərəfindən araşdırıldığını, bu saatlarda zərərçəkmiş tərəfdən izahat alınacağını dedi. Bu səbəbdən də hələlik ətraflı məlumat verə bilməyəcəyini bildirdi.

Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov da, hadisədən xəbərdar olduqlarını və müvafiq araşdırmaya start verildiyini dedi.

***

Yazının girişində “Bu dəfə də”, “növbəti qalmaqal” ifadələrini yazmağımız təsadüf deyil... Google üzərindən bir axtarış yetər ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbdə yaşanan qalmaqallar, məktəbin direktoru Çinarə Atayevanın şagird döyməsi ilə bağlı ardıcıl yazılarla rastlaşasan(?) Birini bu linkdən də oxuya bilərsiniz: https://lent.az/xeber/sosial/sagirdi-doyen-direktorun-mektebinde-jurnalistlere-hucum-etdiler-415996
Mövzu diqqətimizdədir və olacaq yeniliklərlə bağlı da məlumatlar verəcəyik. //Yenixeber.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağciyər Xəstəlikləri İnstitutunun direktoru işdən çıxarılıb - ƏMR
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova vəzifəsindən azad edilib.

Zamantv.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

TƏBİB-dən faktı APA-ya təsdiqləyiblər. Qeyd edilib ki, Xəstəxanaya hələ ki, yeni direktor təyin edilməyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kənd Təsərrüfatı Nazirliyi torpaqları qanunsuz icarəyə verib? - AKTUAL
Xəbər verdiyimiz kimi, bu ilin mart ayının 15-də Birləşmiş Ərəb Əmirliklərinin “Abu Dhabi Future Energy Company” (“Masdar”) şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə günəş elektrik stansiyasının təməlqoyma mərasimi baş tutub.
Zamantv.az yeniavaz.com-a istinadən xəbər verir ki, “Masdar” şirkətinin Qaradağ rayonu ərazisində inşa edəcəyi günəş elektrik stansiyası 550 hektar ərazini əhatə edəcək.
“Masdar” şirkəti ərazidə tikinti işlərinə başlamazdan əvvəl araşdırma aparıb və məlum olub ki, həmin ərazi Energetika Nazirliyinin balansında olsa da, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC tərəfindən heç bir hüquqi əsas olmadığı halda fermerlərə icarəyə verilib.
Araşdırmada qeyd olunur ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC Mehdiyev Həsənxan adlı fermer ilə 1297,94 hektar torpa sahəsi üçün 12 yanvar 2021-ci il tarixində 1 illik müqavilə bağlayıb. İllik icarə haqqı 3 000 manat olub.
Bundan baqşa həmin ərazidə olan başqa bir torpaq sahəsini Abşeron Rayon İcra Hakimiyyəti heç bir hüquqi əsas olmadan fermerlərə icarəyə verib.
Məlumat üçün onu da bildirək ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin hazırda dövlət büdcəsinə də böyük həcmdə - 188 min 303 manat 68 qəpik vergi borcu var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Goranboyda şagird geyiminə görə təhqir olunaraq, məktəbdən qovulub: - “Yoxundur, get, nənənin tumanını geyin, gəl”
Goranboy rayonunun Səfikürd kənd orta məktəbində biabırçılıq yaşanıb. Biabırçılıq isə kəndin orta məktəbində təhsil alan 12 yaşlı qızın geyiminə görə, məktəbdən uzaqlaşdırmaq, habelə ona psxiloji təzyiq edilib. Zamantv.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu barədə həmin kəndin sakini Elvin Turan sosial şəbəkələrdəki hesabında yazıb.

O bildirib ki, hadisə dünən onun doğulduğu kənddə baş verib. “Goranboy rayonu Səfikürd kənd orta məktəbində 12 yaşında qız uşağı (qohum ailədəndir) məktəb rəhbərliyi tərəfindən dərsdən kənarlaşdıralaraq, yaşının qaldıramayacağı formada psixoloji təzyiqə və təhqirə məruz qalıb. Uşağın məktəbli geyimi hal hazırda geyinmək üçün yararsız olduğuna görə, ətək əvəzinə şalvar geyinirmiş. Məktəb rəhbərliyi tərəfindən “niyə ətək geyinməmisən” sualına, “yoxumdur” deyə cavab verib. Uşağa deyilib ki, “yoxundu get qonşudan al, geyin, ya da nənənin “ştanını” geyin gəl”. Uşaq qanunsuz formada dərsdən çıxarılaraq , evə göndərilib”.

Elvin Turan bildirir ki, uşağın valideyini məktəb direktoruna zəng edərək, “imkanım yoxdu, maaş alanda uşağa yeni geyim alaram, niyə belə biabırçılıq edirsiniz” sualına isə direktor Lamiyə Abışova “mənim sözümdü, mən belə demişəm. Get, uşağına ətək alarsan, sonra uşağın məktəbə gələr” cavabını verib. “Məktəblə əlaqə saxlayıb, bunun qanunsuz və qeyri insani rəftar olduğunu deməyimə, məsələni qaydasına salmağ cəhdimədə baxmayaraq, əlahəzrət direktor xanım bu gün yenə uşağı dərsə buraxmayıb. Görəsən o məktəbdə insan hüququ, uşaq hüququ, uşaq psixolojisi nədir, necə rəftat eləmək lazımdır deyə bilən var, yoxsa hamı direktor xanım kimi bu mətləblərdən xəbərsizdi?”

O, Təhsil Nazirliyindən məsələ ilə bağlı tədbir görməsini tələb edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Paşinyan yeni müharibəyə səbəb olacaq addım atır - BİZ İSƏ SEYR EDİRİK...
Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurası ilə Xankəndidəki separatçl-terrorçu rejimin qondarma “təhlükəsizlik şurasının” birgə iclasını keçirəcək.

Zamantv.az Publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

Nəşrin iddiasına görə, birgə iclasın cümə günü baş tutacağı gözlənilir.

“Ermənistan hakimiyyətinin məqsədi baş nazirin əvvəlki bəyanatlarını redaktə etmək, Qarabağı Azərbaycana təslim etməyəcəklərinə inandırmaqdır. Bu o demək deyil ki, Paşinyan Azərbaycanla sülh sazişi imzalamaq planlarından əl çəkib. Bu görüşün gerçək məqsədi məsuliyyəti bölməkdir”, - nəşr yazır.

Paşinyan “təhlükəsizlik şuralarının birgə iclasını” sonuncu dəfə 44 günlük müharibədən öncə Qarabağda keçirmişdi. Danışıqlar prosesinə son qoyulması, gərginliyin artması səbəblərindən biri də bu idi. Budəfəki iclasın yeri bəlli deyil. Paşinyan Qarabağa gələ bilmədiyi üçün mümkün iclasın Ermənistanda keçiriləcəyi gözləntisi çoxdur. Hərçənd, belə bir iclasın keçirilməsi bütün hallarda gərginliyi daha da yüksəldəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Amerikanın neftlə dolu supertankeri altı ildən sonra Avropaya gəlib
“Vessel Solana” supertankeri aprelin ortalarında İspaniyanın Bilbao limanına çatıb, sonra da Rotterdam və Vilhelmshafenə yola düşüb. Gəmi təqribən iki milyon barel ABŞ nefti tədarük edib. Bu, altı ildən sonra, yəni 2016-cı ildən bu yana Avropaya gələn ilk neft tankeridir.

Bu barədə “Bloomberg” gəmilərin marşrutlarını göstərən məlumatlara istinadən bildirib.

Çox vaxt nefti Avropaya çatdırmaq üçün daşıma qabiliyyəti 600 mindən bir milyon barelə qədər olan kiçik gəmilərdən istifadə edilirdi. “Vortexa” şirkətinin analitiki David Vexin sözlərinə görə, Avropa səlahiyyətliləri Rusiya yanacağına alternativ axtardıqları üçün gələcəkdə supertankerlər ABŞ-dan Avropaya neft daşımaq üçün getdikcə daha çox istifadə olunacaq. Belə ki, artıq may ayında Almaniya Amerika nefti ilə yüklənmiş daha bir supertanker qəbul edəcək.

Mənbə: mk.ru
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramiz Mehdiyevi əvəzləyəcək şəxs bu gün məlum olacaq
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Rəyasət Heyətinin iclası keçiriləcək.
Zamantv.az xəbər verir ki, iclasda AMEA-nın yeni prezidentinin seçiləcəyi gözlənilir.

Xatırladaq ki, Ramiz Mehdiyev fevralın 14-də AMEA-nın prezidenti vəzifəsindən istefa verib. Onun istefa ərizəsi qəbul edildikdən sonra AMEA-nın Nizamnaməsinin 9.6-cı maddəsinə uyğun olaraq, Akademiya prezidentinin səlahiyyətlərinin icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
FHN-in güləş komandası uğurlu nəticələrə imza atıb - FOTO
18-22 aprel 2022-ci il tarixlərində Bakı şəhərinin Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman arenasında Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə yunan-Roma və sərbəst güləş növü üzrə (U-17) gənclər arasında Azərbaycan çempionatı keçirilib.

Çempionatda 32 komandadan 400-ə yaxın idmançı öz qüvvəsini sınayıb. Yarışda mübarizəyə 10 idmançı ilə qoşulan FHN-in güləş komandası İdman-sağlamlıq klubunun əməkdaşı Elmir Qəmbərov və məşqçi-müəllimlər Alov və Etiram Hüseynovun rəhbərliyi altında yüksək nəticə göstəriblər. Belə ki, yunan-Roma güləş növü üzrə 71 kq çəki dərəcəsində mübarizə aparan Davud Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bundan əlavə, 65 kq çəki dərəcəsində Elmir Sərxanov və 110 kq çəki dərəcəsində Mahir Qurbanlı yarışın bürünc medalına yiyələniblər.

Sərbəst güləş növü üzrə isə 80 kq çəki dərəcəsində komandanın üzvü Nihad Əsgərov yarışın bürünc medalının sahibi olub.

Qaliblərə Gənclər və İdman Nazirliyinin medal və diplomları təqdim olunub.
FHN-in güləş komandası uğurlu nəticələrə imza atıb - FOTOFHN-in güləş komandası uğurlu nəticələrə imza atıb - FOTOFHN-in güləş komandası uğurlu nəticələrə imza atıb - FOTOFHN-in güləş komandası uğurlu nəticələrə imza atıb - FOTO

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO