[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Sabah Ərdoğan rəsmi olaraq Ukrayna üçün vasitəçilik təklif edə bilər" - Yuri Uşakov


"Sabah baş tutacaq Ərdoğan-Putin görüşü zamanı prezident Ərdoğan rəsmi olaraq Ukrayna probleminin həlli üçün vasitəçilik təklif edə bilər".

Bunu Kremlin müşaviri Yuri Uşakov bildirib. O, ABŞ prezidenti Co Bayden ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş ehtimalı ilə bağlı açıqlama verərkən "Bu mövzuda hər iki tərəfdən heç bir addım atılmadı" deyib. Kremlin müşaviri Yuri Uşakov bildirib ki, Türkiyə prezidenti Ərdoğan Putinə Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyi rəsmi təklif edə bilər.

"Mətbuatda Türkiyə tərəfinin bu məsələ ilə bağlı müəyyən fikir irəli sürdüyü barədə məlumatlar var. Ona görə də bizi çox maraqlı və faydalı görüş gözləyir. Ərdoğan rəsmən nəsə təklif edə bilər", - Uşakov bildirib.

Kremlin müşaviri Yuri Uşakov ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında görüş ehtimalını şərh edərkən, “Hər iki tərəfdən bu məsələ ilə bağlı heç bir addım atılmayıb” deyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Baydenlə mümkün görüşün əleyhinə olmadıqlarını və qarşı tərəfdən təklif gələrsə, G20-də görüş ehtimalının qiymətləndiriləcəyini bildirib.

Rusiya kanalına açıqlama verən Lavrov, sülh prosesinə kömək edəcək hər cür təklifə açıq olduqlarını ifadə edərək, “Bütün təklifləri dinləməyə açığıq, lakin prosesin bizi hara aparacağını əvvəlcədən deyə bilmərik. ."


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"450 manat borca görə günə 10 kişi ilə cinsi əlaqədə olurduq" - Qadından şok


Xaçmaz rayonundan bir neçə qadını işləmək adı ilə aldadaraq Türkiyəyə aparıb fahişəliyə məcbur edən Aynurənin məhkəməsi keçirilib.

62 yaşlı A.Quliyeva 2017-ci ilin iyun ayında Xaçmaz rayonu Xudat şəhərindəki evində kirayədə yaşayan Gülərə Türkiyənin Merzifon şəhərində iş təklif edib.Gülər məhkəmədə ifadə verərək deyib ki, Aynurə ilə öncə Xaçmaz rayonunda çayxanada ofisiant işləyərkən tanış olub.

Aynurə də həmin kafedə aşpaz işləyib: “Mənə dedi ki, həmin şəhərdə Cəmilə adlı tanışı var, fahişəliklə məşğul olur və buna görə də uşağına baxa bilmir. Mənə təklif etdi ki, Cəmilənin uşağına baxıb günə 10 manat pul alacağam. Mən də razılaşdım, birgə Merzifona getdik. Cəmilə uşağı mənim yanımda qoyub özü gecələr kişilərlə görüşməyə gedirdi. Sonra Aynurə Cəmilədən borca pul götürdü və qaytara bilmədiyi üçün o da fahişəliyə başladı. Bir müddət sonra Aynurə ilə ayrıca kirayə ev tutub birgə fahişəlik edib Cəmiləyə olan borcu yığıb qaytardıq”.Gülər ifadəsinin davamında qeyd edib ki, bir müddət sonra Aynurə Xaçmaza qayıdaraq kafelərin birində xadimə işləyən Rəvanə və Aygünü də özü ilə Türkiyəyə gətirib: “O qızları Yavuzun evinə apardı, onlardan xarici pasportları aldılar ki, itirməsinlər”.Rəvanə ifadəsində bildirib ki, Yavuzun evinə getdikdən sonra həmin şəxs ora bir neçə kişini dəvət edib: “Aynurə dedi ki, bu kişilərlə cinsi əlaqədə olmalısınız. Bizim ona 450 manat borcumuz var idi. Biz borcu ödəmək üçün gündə 8-10 kişi ilə əlaqədə olurduq. Amma Aynurə bizə 50 lirə verirdi”.Gülər əlavə edib ki, 10 gün onları istismar etdikdən sonra xarici pasportunu alaraq oradan gedib, lakin Rəvanə ilə Aygün Yavuzun evində qalıb: “Kişilərdən nə qədər pul aldıqlarını bilmirdik. Bəzən mən hansısa kişi ilə cinsi əlaqədə olmaqdan imtina edirdim. Onda Aynurə məni danlayıb fikrimdən daşındırmağa çalışırdı. Bəzən də kişilər bizi bəyənməyib əlaqədə olmurdu. Mən pasportumu alandan sonra Azərbaycana qayıtdım. Aynurə də gələndən donra ondan Türkiyədə işlədiyimiz vaxt bizi istismar edib aldığı pulları geri qaytarmasını tələb etdik. Aynurə isə pulları qaytarmadı”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Quliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib.Qafqazinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səhiyyə naziri, TƏBİB-in rəhbərliyi hara baxır..? - İLGİNC İDDİALAR...


Haqqında bəhs edəcəyimiz Fazil Alməmmədov haqqında qısa məlumat verək.

Deməli, Fazil Alməmmədov Oğuz rayon Mərkəzi Xəstəxanasında baş həkim olub. 2017-ci ildə səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Bakı şəhəri 5 saylı Kliniki Xəstəxanaya baş həkim təyin edilib. O zaman 35 yaşı olan Fazil Alməmmədovun Bakının ən böyük xəstəxanalarından birinə baş həkim təyin olunması xeyli suallar yaradıb.

Sonradan isə Fazil Alməmmədov TƏBİB-in yaratdığı Nərimanov Tibb Mərkəzinə direktor təyin olunub. Məlumat üçün qeyd edək ki, Mərkəzin direktoru olan Fazil Alməmmədov artıq təkcə 5 saylı xəstəxanaya deyil, həm də 6, 7, 8, 18 saylı şöbələrə də rəhbərlik edir. Hansı ki, həmin şöbələr vaxtilə müstəqil xəstəxanalar olublar.

Sözümüzün canı odur ki, TƏBİB-in “səxavəti” nəticəsində Fazil Alməmmədovun “səhiyyə biznesi” birdən birə 5-6 dəfə böyüyüb. Və Fazil doktor da “əl əli yuyar, əl də üzü” prinsipinə sadiq qalaraq TƏBİB rəhbərliyi qarşısında “borclu” qalmayıb.

Gəlin ölkə mediasında 35 yaşlı gənc Fazil Alməmmədovun barəsində yazılanlara ötəri nəzrə salaq. Bütün maxinasiyaları bir kənara qoyub Fazil Alməmmədovun keçirdiyi 100 minlik saxta tenderləri qeyd eləsək çox uzun olacaq. Qeyd edək ki, kotirovka sorğularının nəticələri ictimaiyyətdən gizlədilib. Abadlaşdırma xidmətləri üzrə, İsitmə sistemlərinə xidmət üzrə, Digər malların alınması üzrə, Yangınsöndürən balonların doldurulması üzrə, İcarə və muzdlu xidmətlər üzrə, Torpaq, tikili və avadanlıqlar üzrə, Maşın və avadanlıqlar üzrə, Mətbəə məhsulları üzrə, Yumşaq inventar,yataq ləvazimatları və xüsusi geyimlərin alınması üzrə, Dəftərxana və təsərrüfat xərcləri üzrə, Mühafizə xidməti üzrə... Bu siyahını uzatmaq da olar.

Ancaq bir neçə tenderə nəzər salaq: Təmir üzrə 92 793 manat, Mühafizə xidmətlərinə 105 800.69 manat, Maşın və avadanlıq mallarının satınalınması üzrə 137 757.92 manat... Görəsən, Fazil Alməmmədov hansı mühafizəyə 105 min manat xərcləyib..?

Deyirlər, Fazil Alməmmədov cangüdənlə gəzir, hətta ona yaxın düşmək mümkün deyil... Əgər buna şübhəniz varsa, buyurun Fazil Alməmmədovun tabeçiliyində olan, “Nərimanov Tibb Mərkəzi”nin Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında provizor-həkim vəzifəsində işləyən xanımın dövlət başçısına müraciətini oxuyun: Həkim xanım dövlət qurumlarından tələb edir ki, Fazil Alməmmədovun maliyyə maxinasiyaları yoxlanılsın, koronavirusdan qazandıqları ortaya çıxsın: “ Fazil Alməmmədov həkimlərin əlavə əmək haqqını niyə vermir..?

Mən Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 112 nömrəli “Yeni növ Koronavirus ( COVİD-19 ) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Qərarın 1.1 bəndinə uyğun olaraq vəzifə maaşının 3 misli məbləğində əlavə əmək haqqını 2021-ci ilin noyabr ayına kimi almışam. Sonrakı dövrlər üçün əlavə ödənişləri “Nərimanov Tibb Mərkəzi”nin baş direktoru Fazil Alməmmədov ödəməkdən imtina edir. Hörmətli Alməmmədova rəsmi müraciət etməyimə baxmayaraq, müraciətimə cavab o yana, heç qəbul etmədi. Bu cənabın köməkçisi, müxtəlif cangüdənləri var. Bu cangüdənlər heç vətəndaşı “Hörmətli Alməmmədova” yaxınlaşmağa qoymurlar”. İndi gördünüzmü, Fazil Alməmmədovun işçisi belə ona yaxınlaşa bilmir, cangüdənlər qoymur. Bunu biz demirik ee, Alməmmədov… Bütün bu maliyyə maxinasiyaları azmış kimi, Fazil Alməmmədov ölkənin tibbi kadr korpusunu da məhv edir. Belə ki, təcrübəli, savadlı, həkim adına layiq olan kadrları işdən uzaqlaşdırıb, özü kimi “biznesmen-həkimləri”, alverçiləri vəzifəyə təyin edir. Özü də çox nəzakətsiz şəkildə…
Bəli, redaksiyamıza daxil olan məlumata görə, Fazil Alməmmədov bu yaxınlarda Nərimanov Tibbi Mərkəzə tabe olan 8 saylı poliklinikaya ( indiki 1 saylı şöbə ) baş həkim təyin edib. Hansı ki, həmin polklinikada 35 il işləyən, sahə həkimindən başlayaraq şöbə müdiri vəzifəsinə yüksələn Gülnar Əfəndiyeva orada baş həkimi əvəz edirdi.

Daha doğrusu, 1 saylı şöbəyə çevrilən 8 saylı poliklinikada baş həkim vəzifəsi ləğv olunmuşdu, amma şöbəyə Gülnar Əfəndiyeva nəzarət edirdi.
Təsəvvür edirsiniz Fazil Alməmmədov 18 saylı poliklinikada ( indiki 2 saylı şöbə ) baş həkim işləyən, 67 yaşlı Şəhla Məmmədovanı şöbəyə “müdir” təyin edir, 55 yaşlı, 35 il iş təcrübəsi olan Gülnar Əfəndiyeva isə işsiz qalır. Bəli, sentyabrın 23-də Fazil Alməmmədovun dəstəsi otağa daxil olaraq 35 ilin həkiminə deyirlər ki, otağı tərk elə, çıx get…

Bütün bunlar azmış kimi, sentyabrın 24-də səhər Şəhla Məmmədovanın özü ilə gətirdiyi mühafizəçilər Gülnar Əfəndiyevanı işə buraxmırlar.

Nəhayət Şəhla Məmmədovadan icazə alandan sonra Gülnar Əfəndiyevanı içəri buraxırlar. Yəni Gülnar Əfəndiyeva əvvəl olduğu kimi həkim-terapevt işini davam etdirmək qərarına gəlir. Amma buna da imkan vermilər. Belə ki, bu dəfə isə həkim-terapevtin yanına xəstənin gəlməsi üçün onun adına kompüterdə çek vurulmalıdır. Buna da Şəhla Məmmədova icazə verməyib. Deyib ki, çek başqa həkimin adına vurulacaq. Və beləcə Gülnar Əfəndiyeva 35 il çalışdığı işindən qanunsuz olaraq uzaqlaşdırılıb. Qanunsuz olaraq işini itirən Gülnar Əfəndiyeva səhiyyə naziri Teymur Musayevə, İcbari Tibbi Sığorta Dövlət Agentliyinin rəhbəri Zaur Əliyevə, TƏBİB-in sədri Vüqar Qurbanova müraciət edərək hüquqlarının qorunmasını tələb edir.

Redaksiyadan: Görəsən, Fazil Alməmmədovun şəhid ailəsi olan, 55 yaşlı, hələ təqaüd vaxtına 10 il qalmış bacarıqlı həkimin yerinə, 68 yaşlı təqaüdçü, vaxtı 2 dəfə uzadılmış şəxsi təyin etməkdə məqsədi nədir..? //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azəriqaz” vətəndaşalara zülm edir - Sayğac üzərində qurulan fəlakət...


Uzun zamandır ki, Bakı və Abşeron sakinləri qaz sayğaclarının düzgün işləməməsindən şikayət edirlər. Xüsusilə də mexaniki sayğacların yanlış işləməsindən daha çox narazılıqlar var. Bu tip sayğacların işləmə prinsipi, ölçü təyin etməsi bəzən vətəndaşlar arasında narazılıqların yaranmasına səbəb olur.

Xüsusilə qış aylarında mexaniki sayğaclarda baş verən işləmə xətasına görə, mənzillərə təbii qaz verilməsində fasilələr yaranır.

Bu yazımızda “Azəriqaz”ın hansı prinsiplərlə işləməsindən və vətəndaşlara göstərilən xidmətlərdən bəhs edəcəyik. “Hürrtiyyət”ə müraciət edən vətəndaşlar bildirir ki, yalnız texnikli şərt, qazın ötürülməsi təmin ediləndən sonra vətəndaşa xidmət çox acınacaqlı səviyyədə olur. Məsələn sayğacında işləmə problemi olan vətəndaşlar günlərlə, hətta həftələrlə “Azəriqaz”ın qapılarında gözləməli olurlar.

Redaksiyamıza müraciət edən Abşeron sakinləri iddia edir ki, regional qaz idarələrində vətəndaşlara xidmət edəcək vəzifəli şəxslər azdır.

““Azəriqaz”-ın regional idarələrində Asan Kommunal şöbələri fəaliyyət göstərir. Smart-kartlar, sayğac problemləri, texniki şərtin alınması və yenilənməsini həyata keçirirlər. Lakin Abşeron kimi böyük bir rayonun əhalisinə yalnız 2 şəxs xidmət göstərir. Bu isə nəticədə uzun-uzadı növbələrin yaranmasına səbəb olur. Həm də adətən Abşeron Regional Qaz İdarəsində Asan Kommunal sistemi demək olar ki, tez-tez sıradan çıxır. Köhnə bilgisayarlarla operativ olaraq vətəndaşlara xidmət göstərmək faktiki olaraq mümkünsüzdür” deyə redaksiyamıza müraciət edən vətəndaş bildirir.

Narazı vətəndaşlar iddia edir ki, şəbəkənin tez-tez sıradan çıxması, uzun-uzadı növbələrin yaranması ilə bərabər, həm də bürokratiya hökm sürür, idarə rəisinin və idarədəki yüksək vəzifəli şəxslərin tapşırığı ilə hansısa növbədə olmayan şəxslərin sənədləri hazırlanır. Saatlarla Abşeron Regional Qaz İdarəsində gözləyən vətəndaşlar buna etiraz etsələr də, onları dinləyən yoxdur.

İndi isə gəlin vətəndaşlara yaradılan süni problemlərdən detallı olaraq bəhs edək. Məsələn, qaz sayğacları sıradan çıxdıqda, istismar müddəti başa çatdıqda (istismar müddəti 5 il nəzərdə tutulub - red.), həmçinin hansısa texniki nasazlıq baş verdikdə “Azəriqaz” əməkdaşları gəlib sayğacı yeniləyirlər. Sayğac yenisi ilə əvəz olunduqda smart tipli sayğac qoyulursa, vətəndaşı daha ağır günlər gözləyir. Yeni sayğac üzərindəki smart tipli kartları sistemə tanıtmaq lazımdır. Bunun üçün mütləq vətəndaş “Azəriqaz”ın müvafiq idarəsinə getməlidir. Orada da yuxarıda qeyd etdiyimiz Asan Kommunal pəncərəsinin önündə saatlarla gözləməlidir ki, yeni smart-kartı sistemə adaptasiya edilsin. Bu günə qədər bu proseduru yerli əməkdaşlar özlərinin elektron cihazları ilə edirdisə, indi siz bu proseduru yalnız müvafiq idarədə etməlisiniz.

“Hürriyyət”ə danışan şikayətçilər deyir ki, əgər sayğaclar cümə günü dəyişdirilirsə, o zaman sizi daha ağır günlər gözləyir. Yəni işinizi-gücünüzü atıb bazar ertəsinə qədər “Azəriqaz”a müraciət edəcəksiniz. Müraciətinizə isə ən yaxşı 3 gün sonra, yəni bazar ertəsi günü cavab verəcəklər. Köhnə sayğac üzrə göstəricilər necə olursa-olsun, yeni sayğacda sizin mavi qaz balansınız olmur. Əgər siz mənzilinizə verilən mavi qazın kəsilməsini istəmirsinizsə, yalınız bir şansınız olur, 2 manatlıq və ya 24 kubmetr mavi qazı kredit balansı olaraq əldə edə bilərsiniz. Əgər cümə günü siz 2 manatlıq kredit balansı götürmüsünüzsə və həmin kredit limitini bitirmisinizsə, o zaman günlərlə qazsız qala bilərsiniz.

Digər bir problem isə vətəndaşların əvvəlki köhnə sayğac üzrə göstəricilərdə borclanmasıdır. Əgər sizin dəyişdirilən sayğac üzrə borcunuz yaranıbsa, bundan da xəbəriniz olmayıbsa, o zaman günahkar siz olursunuz. Yəni vətəndaşın xəbəri olmadan sayğacı sıradan çıxıbsa, buna nəzarət edəcək “Azəriqaz” əməkdaşı deyil, siz günahkar sayılırsınız. Lakin ortada president olan məhkəmə qərarları var. Elektrik enerjisi təminatı ilə bağlı borclanmış vətəndaşlar məhkəməyə müraciət edərək, borclu olduqları dönəmdə ondan borc tələb edilməməsi, əvəzində elektrik təchizatının davam etdirilməsinə görə vətəndaşların məsuliyyət daşımadığı qərarı çıxarılıb.

Nəhayət, açıq qalan suallarımızı “Azəriqaz” rəhbərliyinə ünvanlayaq:

- Sizcə, vətəndaş mənzilində istifadə etdiyi smart tipli qaz sayğacına müdaxilə etmirsə, mənzildə qaz sızması yoxdursa, mənzilinə qaz verilişi baş tutursa, borclana bilərmi? Bu suala cavab var. Bəli, borclana bilər. Sayğac düzgün işləməz, vətəndaşın da xəbəri olmaz, amma mənzilə qaz gələr. Bir müddət sonra məlum olar ki, istehlakçının mənfi balansı yaranıb. Burada günahkar kimdir? Hüquqi olaraq kim məsuliyyət daşımalıdır? Daha sonra Regional Qaz İdarəsinə müraciət edilir və sayğac yenisi ilə əvəzlənir. Dəyişdirmə AKT-ı tərtib edilir. Məlum olur ki, vətəndaşın xeyli borcu var.

Hələlik borclandırılan günahsız vətəndaşlar yarıtmaz xidməti “Azəriqaz”ın qapılarında bu sualları özləri, özlərinə ünvanlayırlar. Çünki bu qurumun səlahiyyətli şəxsləri belə sualları cavablamırlar. //“Hürrtiyyət”//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səlcuq Dəmrilə bağlı yeni iddialar... - İLGİNC


Qərara gəldik ki, “Ziraat Bank”dakı kadr dəyişikliyi ilə bağlı ilkin mənbəyə, yəni bankın Ziraatbank.az saytına nəzər salaq.
Deməli, saytın yazdığına görə, 2021-ci ilin 20 iyun tarixində bankda ciddi kadr dəyişikliyi baş verib. Ziraatbank.az saytı yazır: Bankdaxili rotasiyalar ilə bağlı bankımızın rəhbərliyində yeni təyinatlar baş tutub. Belə ki, dəyişikliklərə əsasən Dr. İlker Met Müşahidə Şurasının sədri, Dr. Selçuk Demir isə İdarə Heyətinin Sədri vəzifələrinə təyin edilib.
Yeni təyinatlarla bağlı bankdaxili tədbir keçirilmiş və İdarə Heyətinin yeni sədri ilə komanda tanış olmuşdur. Tədbirdəki uzun çıxışları və bəy tərifini, bankın xidmətləri ilə bağlı “dejurnı” çıxışları dərc etməyə nə həvəsimiz var, nə də oxucunu yormaq istəmirik.
Ona görə də konkret olaraq saytın Səlcuq Dəmirlə bağlı yazdığını dərc edirik: Dr.Selçuk Demir bank sahəsində zəngin təcrübə və yüksək işgüzar nüfuza malikdir. Anadolu Universitetinin Biznesin İdarəedilməsi, İstanbul Ticarət Universitetinin Beynəlxalq Bankçılıq və İstanbul Universitetinin İqtisadiyyat bölmələrinin məzunudur. İqtisad üzrə fəlsəfə doktorudur. Ziraat Bank komandasına 2001-ci ildə qoşulmuşdur. Fərqli illərdə Ziraat Bank-ın müxtəlif filiallarının müdiri, qrup rəhbəri, bölgə koordinatoru vəzifələrində çalışmışdır.
Son olaraq Ziraat Bank İstanbul-1 Bölgə Müdiri vəzifəsində fəaliyyət göstərmişdir. Onu da qeyd edək ki, Ziraat Bank Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən Ziraat Bank Azərbaycanın Müşahidə şurasında da dəyişikliklər baş vermişdir.
Belə ki, Müşahidə Şurasının sədri Bilgehan Kuru öz vəzifələrini Dr.İlker Mete təhvil vermiş, Tahir Demirkıran və Zaffer Aydını isə Altan Güler və Kemalettin Bayat əvəz etmişlər.
Qeyd edək ki, Dr. İlker Met həmçinin İnsan Resursları üzrə Ziraat Bank-ın Qrup Rəhbəridir. Dr.İlker Met ilə bağlı araşdırmamızı sonraya saxlayaraq diqqəti Səlcuq Dəmirin fəaliyyətinə yönəldək. Ötən yazılarımızın birində qeyd etdiyimiz kimi “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin yeni sədri Səlcuq Dəmir bankı özünün şəxsi “obyekti”nə çevirib.
Belə ki, redaksiyamıza daxil olan məlumata görə, Səlcuq Dəmirin siqaret, gündəlik yeyib-içmək pulundan tutmuş ailəsinin xərclərinə qədər hamısını bankın hesabına ödəyir.
Bütün bunlar azmış kimi Səlcuq Dəmir şənbə və bazar günləri müxtəlif xanımlar üçün bahalı ziyafətlər təşkil edir. Ki, bunun da xərcləri Ziraat Bank tərəfindən ödənilir.
Məlumdur ki, xarici səfərlər zamanı Hava limanında VİP keçidlər olur ki, bu da ödənişlidir. Səlcuq Dəmirin nəinki özünün, həm də ailə üzvlərinin xarici səfərləri zamanı VİP üçün ödənişlər Ziraat Bankın hesabından ödənilir. Bankın özündən daxil olan başqa bir məlumatdan bəlli olur ki, Səlcuq Dəmir bankın hesabına özü üçün 650 manat dəyərində YASTIQ alıb və evində istifadə edir. Belə yerdə deyirlər ki, yastığın ağır olsun... Əgər Mərkəzi Bank, yaxud Vergilər Nazirliyi Ziraat Bankda yoxlama apararsa, bizim yazdıqlarımızın təsdiq olunacağına əsla şübhəmiz yoxdur. Bankın rəhbəri işlədiyi 1 il müddətində Səlcuq Dəmirin kollektiv arasında sanki Don Juan kimi tanınması da əsl biabırçılıqdır. Səlcuq Dəmirin qardaş Azərbaycanda, müsəlman bir ölkədə etdiyi bu işlər heç bir əndazəyə sığımır. Bəs harada qaldı, “İki millət bir dövlət” şüarı, ay Səlcuq əfəndi..? Siz bu hərəkətlərinizlə Türkiyə-Azərbaycan dostluğuna qara kölgə salırsınız.
Qarabağ savaşında Türkiyə-Azərbaycan əsgərləri çiyin-çiyinə vuruşanda, əsgərlərimiz şəhid olanda, sən Bakıda eyş-işrət məclisləri təşkil edirdin. Elə bilirsən ki, Cema xanımla, Dərya xanım Bıçaqçı ilə, Şəms adlı xanımla, Şərəf xanımla, Günel xanımla “oynadığın” oyunlardan cəmiyyətin xəbəri yoxdur..?
“Bunlar mənim özəl həyatımdır” deyib yaxanı çəkə bilərsən. Bəs, proqramist Sadiq Axundovun vasitəsilə bankın proqram təminatları üçün yüz minlərlə vəsaiti mənimsədiyini hara yazaq..?
Bu yaxınlarda bankın konfrans zalı üçün 10 min manat dəyərində olan manitoru 40 min manata sənədləşdirməyini hara yazaq..?
Hələ bu harasıdır..? Səlcuq Dəmir öz şəxsi geyimləri üçün lazım olan kimyəvi təmizləmə maddələrinə 3 min manat pulu bankın hesabından silib. Və bu pulu qonaqların ziyafət xərci kimi “oformit” edib.
Ən dəhşətlisi odur ki, Səlcuq Dəmir müxtəlif toplantılarda müxtəlif şəxslərin barəsində hər cürə hədyanlar, rüsvayçı sözlər danışır. Sonda onu da qeyd edək ki, "Ziraat Bank"da aparılan son araşdırmalar zamanı Hüquq Mühafizə Orqanlarında banka qarşı 300 min manat mənimsəmə ilə bağlı cinayət işi başlanılıb.
Səlcuq Dəmirin Azərbaycan xalqının ünvanına dediyi təhqiramiz ifadələri isə ona bağışlamaq olmaz. Biz qardaş Türkiyənin Azərbaycandakı səfirliyindən xahiş edirik ki, iki qardaş millətin birliyinə ləkə salan Səlcuq Dəmirçinin fəaliyyəti ciddi nəzarətə götürülsün.
P.S. Biz əminik ki, həm Türkiyə səfirliyi, həm də Türkiyə dövləti onlara ünvanladığımız rəsmi məktubları cavabsız qoymayacaqlar. //Gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Astanada Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşü BAŞLAYIB


Astanada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan Facebook səhifəsində yazıb.

Xatırladaq ki, oktyabrın 14-də Rusiya tərəfinin təşəbbüsü ilə Astanada Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BİABIRÇILIQ! Nurlana Həsənova məktəbin həyətində qoyun-quzu saxlayır (VİDEO)


Habil Məmmədov adına Qaraağaclı tam orta məktəbdə gülünc hadisə baş verib.

32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən məktəbin həyətində qoyun-quzu saxlanılır.

Əldə etdiyimiz məlumata görə, məktəbin həyətində heyvandarlıqla məşğul olan şəxs Samux rayon Təhsil Şöbəsinin keçmiş müdiri, hazırda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində sektor müdiri kimi çalışan Nurlana Həsənovadır.

Qoyun-quzu Nurlana xanıma məxsusdur.

Məktəb həyətində otarılan heyvanlarla bağlı saytımıza daxil olan görüntüləri təqdim edirik:

Mətbuatda gedən məlumata görə, Nurlana Həsənova Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin yaxın qohumudur.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq. 32gun.az

Azər (Gəncə müxbiri)


https://bax.tv/son-xeberler/nurlana-hesenovanin-qoyunlari-165267?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=165267
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ölən fəhlələrin yaxınlarına ev tikdilər, iş verdilər, cinayət işini bağladılar" - Naxçıvan sakini


Babək rayon Nehrəm qəsəbə 3 saylı orta məktəbində baş qəzaya görə açılan cinayət işi bağlanıb.

DİA.AZ “Gündəlik Naxçıvan”a istinadən xəbər verir ki, buna səbəb qəza nəticəsində həlak olan 4 nəfər fəhlənin yaxınlarının şikayətlərini geri götürməsi olub.

Bildirilib ki, onlar kompensasiya aldıqdan sonra şikayətlərini geri götürüblər. Bu haqda qəzada həlak olanlardan birinin yaxını məlumat verib:

“Şikayətçilərin hamısına kompensasiya verildi. Demək olar ki, hər birinə ayrılıqda ev tikildi. Onların hər birinin yaxınlarından bir nəfəri də işlə təmin olundu. Bundan sonra onlardan şikayət ərizələrini geri götürmək tələb olundu. Onlar da ərizələrini geri götürdülər. Bu səbəbdən də cəzalanan olmadı. İstintaq dövründə aidiyyəti qurumların kimisə cəzalandırmaq fikirinin olmaması göz önündə idi. Başa düşürdük ki, biz şikayətimizi götürməsək də, heç kim cəzalanmayacaq. Ona görə qərara gəldik ki, kompensasiyanı qəbul edib, şikayəti geri götürək”.

Xatırladaq ki, bu il martın 31-də Babək rayon Nehrəm kəndində təmiri gedən 3 saylı orta məktəbdə uçqun olub. Hadisə baş verən zaman məktəbdə təmir işləri ilə məşğul olan çoxlu sayda fəhlə olub. Uçqun altında qalanlardan 4 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Binada təmir işlərini Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsi aparıb. Hadisədən sonra bu idarənin cavabdeh şəxslərinə qarşı cinayət işi açılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qatarda sərgüzəştlər: problem əhalinin sayında deyil, əhalinin saya salınmamasındadır - Cavid Qurbanovun məzəsinə GECİKMİŞ CAVAB


Bir neçə il əvvəl Azərbaycanda Bakı-Sumqayıt sürətli elektrik qatarı istifadəyə verilib. Həmin günlərdə Sumqayıt sakinlərinin əksəriyyəti Bakıya gəlişləri ilə bağlı uzun sürən işgəncələri bitdi deyib, rahat nəfəs aldılar.

Heç kimə sirr deyil ki, Sumqayıt sakinlərinin çoxu Bakıda işləyir, bu səbəbdən işə və evə çatmaq çox vaxt və əsəb tələb edirdi. Onlar bu nəqliyyat növünün əsas üstünlüyünü - istədikləri dayanacağa çatmağın dəqiq vaxtına inamını yüksək qiymətləndirərək, böyük sevinclə qatardan istifadə etməyə başladılar.

Lakin qatarda sərnişinlərin sıxlığı səbəbindən sevinc tezliklə söndü. Bu vəziyyət xüsusilə sentyabr ayında məktəblərdə və universitetlərdə ənənəvi təhsilin bərpası sərnişinlərin sayının artmasına səbəb olduqdan sonra kəskinləşib. Dəhşətli vəziyyət o həddə çatıb ki, bu yaxınlarda sərnişinlər və dəmiryol işçiləri ilə bağlı insident baş verib. Vaqonların birində ventilyasiya sistemində texniki nasazlıq yaranıb və bu, sərnişinlərin hiddətinə səbəb olub.

Onlar hiddətləniblər ki, Bakı-Sumqayıt elektrik qatarı uzun fasilələrlə işləyir, nəticədə vaqonlara çoxlu adam minir və bu, havalandırma sistemi işləmədikdə, sərnişinlərin, xüsusilə xroniki sağlamlıq problemləri olanların halının pisləşməsinə səbəb olur.

Mövcud vəziyyətdən çıxış yolu kimi “Azərbaycan Dəmir Yolları” QSC oktyabrın 10-dan Sumqayıt-Bakı xəttinə əlavə qatar buraxıb.

Hadisədən bir neçə gün əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbəri, hazırda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov jurnalistlərə müsahibəsində sərnişin sıxlığı ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, Bakı-Sumqayıt-Bakı sürətli elektrik qatarlarının sayı kifayət qədərdir. O, "sadəcə sərnişinlər çoxdur" kimi diqqətsiz bir ifadə də işlədib.

Təəssüf ki, bu cür saymazyana davranışlar ölkə vətəndaşlarını yox, yalnız öz rifahını düşünən bəzi Azərbaycan məmurlarının adətlərində var. Sərnişinlərin rahatlığını əvvəlcədən düşünmək zərurəti bir yana, yalnız insident baş verəndə vəziyyətə reaksiya verirlər.

Bununla yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyətində bu sahə üzrə qeyri-mütəxəssislərin də gözlə görə biləcəyi nöqsanlar çoxdur. Məsələn, eyni Bakı-Sumqayıt-Bakı qatarının sərnişinləri son vağzaldan çıxarkən onlara bileti yaxınlaşdırdıqda açılan platformadakı turniketlərdən keçməlidirlər. Bu proses sərnişinlərin vaxtını alır və sıxlıq yaradır. Əgər sərnişin qatardan düşürsə, deməli, “oraya bilet alıb minib” məntiqi ilə düşünmək düz olsa da, görünür, heç də hamı üçün elə deyil.

Belə olan halda maraqlıdır, əlaqədar qurumlar başqa nəyə görə sərnişinlərin əsəblərini əlavə gərginliyə salıb qiymətli vaxtını alır?

Rəsmilərin diqqətini çəkən ikinci məqam isə Bakı-Sumqayıt-Bakı qatarlarında biznes klassın olması olub. Biznesklass bileti iki manatdır, ekonom klass biletindən 1 manat 30 qəpik bahadır, lakin bahalı bileti demək olar ki, heç kim almır. Biznes sinif vaqonlarının boş olduğunu söyləmək olarsa, niyə yüksək sərnişin sıxlığını boşaltmaq üçün onlardan istifadə etməyəsiniz?

Bundan başqa, qatarların hərəkət qrafikinin tərtibində də ciddi nöqsanlar var. İş günü saat 18:00-da başa çatır, Bakı-Sumqayıt marşrutu üzrə qatarlar saat 17:50 və 18:25-də yola düşür. Eyni zamanda, iş yerindən dəmir yolu vağzalına çatmağa da vaxt tapmalı olan sərnişinlər hələ kassadan və ya avtomatlardan da bilet almalıdırlar. Pik saatları vaxtında kassalarda və bilet satan avtomatlarda artıq uzun növbə olduğunu nəzərə alsaq, saat 18:00-da işdən çıxan şəxs bunu edə biləcək və tutaq ki, 18.25 reysinə çata biləcəkmi?

Bu problemi hiss etmələri və həll etmələri üçün inanıram ki, təcrübə xatirinə məmurlarımız pik saatlarda bir həftə qatara minməyə məcbur edilsələr, problem daha tez həllini tapar. Bu zaman onlara həvalə edilmiş öhdəliklərə səhlənkar münasibət ucbatından yaranan narahatlığı öz bellərində hiss edərək, dərhal müdrikləşəcək və “kifayət qədər qatar var, sadəcə sərnişinlər çoxdur” tipli ifadələrlə camaatı ələ salmayacaqlar... //ayna//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Qazaxıstana getdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qazaxıstan Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Qazaxıstanın Baş naziri Əlixan Smailov və digər rəsmi şəxslər qarşıladılar.

XƏBƏR LENTİ

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

09:45

Buralarda kimi sözü keçərlidir... bilinmir, amma... - İTTİHAM VAR...

09:16

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?