[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kardiologiya İnstituna direktor təyin olunandan... - İTTİHAM VAR...

Ölkədə aparılan kadr islahatları, Prezidentin vəzifəyə təyin olunanlar qarşısında qoyduğu sərt tələblər cəmiyyətdə böyük rezonans doğurub. İndi korrupsiyaya, məmur özbaşınalıqlarına qarşı mübarizə günün başlıca tələblərindəndir. İndi artıq demək olar ki, Prezident xalqa müraciət edərək məmurlar üzərində ictimai nəzarətin zəruriliyini vurğulayır, hamını fəal olmağa çağırır. Düşünmək olar ki, vəzifə mənsubları bundan bir nəticə çıxardar, fəaliyyətlərində dönüş yaradarlar. Amma,nəfayda…

Artıq illərdir ki, C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna direktor təyin olunan Gülnaz Dadaşova vəzifədə olduğu müddətdə böyük bir kollektivi, tibb ocağını çətin duruma saldı. Naşı idarəçilik, kollektivə qarşı cəbhə açmaq aylardır ki, burada gərgin atmosferin hökm sürməsinə səbəb oldu. Yalnız keçmiş Səhiyyə naziri Oqtay Şirəliyev ilə olan “qudalıq”dan yararlanan G.Dadaşova “burda mənəm nazirlikdə Oqtay müəllim” deyərək istədiyini etmiş-işdən çıxarmış, işə qəbul etmiş… G.Dadaşova ”Sobsan” şirkətinin rəhbəri Cavid bəyin əmisi qızıdır.

Sabiq nazir O.Şirəliyevin oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu yeni qudası da “Sobsan Boya” şirkətinin əsas payçılarından, şəriklərindən biridir. Beləcə, sabiq nazir təzə qohumluğu daha da möhkəmləndirmək üçün (hər halda başqa nəsə səbəb düşünmək istəmirik) Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolunu ağ rəngə boyadı. Rənglərin tündləşməsi isə əsas bundan sonra baş verdi. Gülnaz xanım instituta gəldi nə gəldi. İnstituta təmir adı ilə yüngülvari əl gəzdirəndən sonra(bunun üçün əməkdaşların da xərcə düşdüyü haqqında məlumatlar var) başladı otaqları satmağa. Hətta kişilərin tualetini də sataraq gender bərabərliyini tamamilə pozdu.

Təzə direktorun əsas “islahatları” isə kadr sahəsində oldu. Məhz bu “islahatlar” Kardiologiya İnstitutunu altını üstünə çevirdi. Özünü dövlət institutunun direktorundan çox şirkət rəhbəri kimi aparan, qorxu,xof, kollektivdə qarşılıqlı inamsızlıq, şübhə toxumları səpən, hamını hər an işdən qovulma təhlükəsi altında saxlayan G.Dadaşova tədricən öz komandasını formalaşdırdı. Qanunsuz olaraq işdən çıxarılanlar isə məhkəmələrdə öz haqqlarını qorudu, hətta Gülnaz Dadaşovanın qanunsuz işdən çıxartdığı həkim məhkəmə hökmü ilə işə qayıtdı. İnstitutun keçmiş əməkdaşlarının tələbləri nəinki yerinə yetirilmədi,hətta G.Dadaşova bu məsələyə münasibət bildirməyi belə özünə sığışdırmadı və sonda müəyyən adlar altında təcrübəli həkimləri institutdan kənarlaşdırmaq imkanı əldə etdi.

G.Dadaşova instituta işə qəbul etdiyi şəxsləri hansı kriteriyaları əsas götürərək seçdiyini isə ancaq özü bildi. Çünki həmin şəxslərin nazirliyin keçirdiyi imtahanlarda iştirakı və yaxud hansı vakansiyalara qəbul olunması barədə demək olar ki,heç bir məlumat yox idi. Xüsusilə qeyd edilməlidir ki, G.Dadaşovanın qısa müddət ərzində işə qəbul etdiyi şəxslərin sayı son 15 ildə işə götürülənlərin sayından qat-qat çoxdur.. Bu isə məsələdə şəxsi maraqların və qaranlıq məqamların olmasından xəbər verir.

Ümumiyyətlə G.Dadaşova bu və ya digər mənada öz yaxınlarını ətrafına toplamaqda davam etdi. Verilən məlumatlarda bildirilir ki, təxminən bir neçə il əvvəl «yaxın əlaqələri» olan türk iş adamı nəinki institutun təmir olunmasında, hətta idarə olunmasında belə yaxından iştirak edib.

G.Dadaşovanın gəlişindən sonra Kardiologiya İnstitutu “dərman mafiyası”nın oylağına çevrilib.

Direktorun köməkçisini “görəndən sonra” bu firma əməkdaşlarının təqdim etdiyi dərmanlar xəstələrin ömrünə balta çalmağa başlayır. Məlumatlarda o da bildirilir ki, direktorun razılığını «imtiyazlı müqavilələr» bağladıqdan sonra almaq olar. Gerisi isə artıq həkimlərin reseptlərində sıralanan keyfiyyətsiz və baha dərmanlarda özünü göstərir.

G.Dadaşova elm aləmində “inqilab” hesab olunan plagiat əsəri barədə deyilənlərə də reaksiya verməyi özünə sığışdırmadı. Bu barədə mediada gedən müraciətlərə hələ ki, düz-əməlli bir cavab verilməsə də müvafiq qurumlar-konkret olaraq Ali Attestasiya Komissiyası da susqunluğunu qorudu.

Bir daha bildiririk ki, G.Dadaşovanın “Cinsdən asılı olaraq ürək çatışmazlığının müalicəsi” mövzusunda olan elmi işinin 38 səhifəsi tamamilə köçürmə-plagiatdır. “Əsər”in ərsəyə gəlməsində Mədinə Əzimovanın “Metabolik sindrom zamanı hemodinamika, qanın lipid spektri, insulinərezistenlik,ürək ritmi variabelliyinin əsas parametrləri və müalicənin optimallaşdırılması” mövzusunda dissertasiyasından, eləcə də Nailə Məmmədovanın “Osobennosti kliniçeskoqo teçeniya izmeneniya qemodinamiki, qemoreoloqii u jenşin postmenopauze, perenesşix infarkt miokarda” mövzusunda dissertasiyasından eninə-uzununa istifadə edillmiş, daha doğrusu köçürülmüşdür. Məlumata görə, zəif tərzdə yazılmış, plagiat olan elmi iş əvvəllər təsdiq olunmasa da sabiq nazir O.Şirəliyevlə qohumluq və şəriklik yaranandan sonra bu “dahiyanə əsər”in də bəxti açıldı. Çox məhdud dairədə “müzakirə” olunan elmi iş təsdiq olundu və G.Dadaşova öz adını alimlər sırasına yazdıra bildi.

Göründüyü kimi fəaliyyəti “dramatik çalarla” zəngin olan G.Dadaşova bu gün ölkədə aparılan islahatları, yenilənmə proseslərini görməzdən gəlir. Sanki bütün bunların onun rəhbərlik etdiyi instituta heç bir aidiyyatı yoxdur. Ən pisi odur ki, G.Dadaşova instituta rəhbərlik etdiyi dövrdə hərbi çağırışçılarla bağlı obyektiv olmayan, maraqlara söykənən rəylər verilmişdir.

Hətta belə hallar sosial təqaüd alan «ağır» xəstələrə də şamil edilir. Yəqin ki, bu səbəbdən media üzərində gedən məlumatlara heç bir rəsmi cavab verilmir, münasibət açıqlanmır. Biz dəvəsi ölmüş ərəbik, Gülnaz xanımın bu kaprizinə də dözərik. Amma, yəqin ki, ondan hesab soruşulanda G.Dadaşovanın kaprizləri keçməyəcək!

azerbaycanrealligi.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tikinti şirkəti ilə razılaşmayan vətəndaşın evi yandırılıb? - ŞOK İDDİA

Nəsimi rayonu ərazisində tikinti işləri həyata keçirən qalmaqallı “Pilot-16” şirkətindən şikayətlər davam edir. Bu dəfə şirkətin tikinti işləri apardığı Novruzov qardaşları küçəsi 37 ünvanında yaşayan vətəndaş Ağayeva Fazilə “Pilot-16″nun fəaliyyətindən ciddi narazılığını ifadə edib. Editor.az-a müraciət edən vətəndaş bildirib ki, “Pilot”-16″ ərazidə tikintiyə başladığı dövrdə qısa müddət ərzində evində 2 dəfə müəmmalı şəkildə yanğın baş verib.

O qeyd edib ki, hər dəfə “Pilot-16” şirkətinə faktiki rəhbərlik edən Aslan Quliyevlə görüşdən sonra ya evimin hansısa hissəsi şirkət tərəfindən dağıdılır, ya da evində səbəbləri bəlli olmayan müəmmalı yanğınlar baş verir: “25 yanvar tarixində evimdə yanğın baş verdiyini qonşulardan eşitdim. Həmin gün günorta evimdə olmuş və evi tam təhlükəsiz şəraitdə qoyaraq tərk etmişəm. Evimdə çıxan yanğını söndürməyə gələn FHN əməkdaşları da qeyd etdilər ki, evdə elektrik naqillərində hər hansı qısaqapanma olmayıb. Eyni zamanda evdə arxa tərəfdəki pəncərələr sındırılıb. Bu məndə ciddi şübhələr yaradır. Ola bilər ki, evi kimsə yandırıb.

Ümumiyyətlə, hər dəfə Aslan Quliyevlə görüşüb evimin satılması ilə bağlı məsələləri müzakirə edib razılığa gəlməyəndə, aramızda problem yarananda başıma bu cür müəmmalı hadisələr gəlir. Bütün bunlar məni qorxuya salıb. Evimdə qorxudan qala bilmirəm. Cənab Prezident İlham Əliyev və əlaqədar dövlət qurumlarından kömək gözləyirəm. Bu məsələyə aydınlıq gətirilməsini xahiş edirəm”.

İddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

//Editor.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtı KİM İDARƏ EDİR? - MÜƏMMA
Doğrudan da, dünya düzəlmir ki, düzəlmir! Əgər düzəlsəydi, ölkənin üçüncü şəhəri Sumqayıtı rəhbər şəxsləri bu kökə salmazdılar. Şəhərin təəssübünü çəkənlər də deyirlər ki, belə bir durumuna baxırsan, adamın ürəyi ağrıyır! Və bu zaman sual da edirlər: “Axı, barəsində ağır ittihamla cinayət işi açılan, böyük yeyinti və mənimsəmə faktları ilə ittiham olunan Gündüz Əliyev Sumqayt Şəhər İcra Hakimiyyətində necə işləyə bilir?!”. Suala birbaşa cavab verə bilmirik, lakin…

…Doğrudan da, belədir və kimə məlum deyil ki, barəsində xüsusi ittiham qaydasında cinayət işi açılan bir məmur öz vəzifəsində qala bilməz?! Lakin Gündüz Əliyevi qoruyan havadarı, Sumqayıtın oliqarx kimi özünü tanıdan icra başçısı Zakir Fərəcovdur deyə, bu mümkün olub. Bir də ki, külli miqdarda mənimsəmədə təqsirləndirilən Gündüz Əliyevi Zakir Fərəcov necə qorumasın ki, qanunsuz topladığı haram milyonların əksəriyyətini Gündüz Əliyevin əliylə “qoltuğunda gizlətməyə” nail olub. Elə, onun, imzaladığı “Zəmanət məktubu” ilə, bir-neçə sahibkarı aldadaraq, milyonlarla halal pullarını verməyən Zakir Fərəcovdan uzaqlaşdırmaq üçün, onların “başlarına açdığı oyunları” götürək. Ölkə mətbuatında bu barədə nələr yazılmayıb?! Di gəl ki, onun xətrinə dəyən tapılmır ki, tapılmır!

Yeri gəlmişkən, onu da qeyd edək ki, Gündüz Əliyev bu ilin mart ayında, törətdiyi qanunsuz əməllərə görə, Sumqayıtın icra başçısının əmri ilə, başçının müavini, həmçinin İH-nin Şəhər Təsərrüfatı şöbəsinin müvəqqəti müdiri vəzifəsindən azad olunub da. Di gəl ki, necə deyərlər, hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul işçilərindən biri kimi, vəzifə kreslosuna elə pərçimlənib ki, heç kəs onu yerindən tərpədə bilmir. Konkret desək, faktiki olaraq, Gündüz Əliyev son bir-neçə ayda, hətta, az qala icra başçısının funksiyasını da mənimsəyərək, Sumqayıtın idarəçiliyini ələ keçirə bilib. Elə, onun bütün sahələrin işinə müdaxilə etməsi də, deyilənlərin inkarolunmaz sübutudur. Bir sözlə, şəhərdə “daşı daş üstünə qoymaq” üçün də, onun “icazəsi və razılığı” mütləq alınmalıdır. Həmin “razılığın” alınması isə, həngamə xarakterli ayrıca bir oyundur.

Xatırladaq ki, ağır ittiham altında olan Gündüz Əliyevin, doğma-yaxınları ilə birgə, məhkəmə prosesləri Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə baş tutdu. Di gəl ki, Gündüz Əliyevin heç bu məhkəmə prosesi də vecinə olmadı. Sanki, o, “qanun çərçivəsi” anlamını bilən də deyil. Və milyonları saxta yolla mənimsəməyin nə demək olduğunu da bilmir.

Halbuki Sumqayıtın məhkəməsi, bir-neçə il öncə, aldıqları 150 manat borcu qaytara bilməyən kasıb iki ailənin ağsaqqal başçılarına “moşennik” damğası vuraraq, 3 illik həbsə göndərdi. Milyonları mənimsəyən Gündüz Əliyev isə, bir daha, “dünya vecinə olmadığını” sübut etdi.

Bu yerdə onu da qeyd etmək istəyirik ki, onun “Zəmanət məktubu” ilə aldadılan sahibkarlar da, hakim Aynur Rzayevanın adına Müraciət hazırlayıblar və apardığı həmin məhkəmə işinə, onların iddialarını əlavə etməyi də xahiş edəcəklərini planlaşdırıblar.

Uzunçuluq olmasın deyə, dəyərli oxucularımıza məsləhət görürük ki, Zakir Fərəcova arxalanaraq, Gündüz Əliyevin milyonlar mənimsəmək eşqiylə törətdiyi bəd əməllərinin dəhşətini bilmələri üçün, araz.az xəbər portalının linkini aşağıda verdiyimiz yazısını oxumaları kifayətdir:

https://araz.az/?p=45724

Yeri gəlmişkən, sonda onu da qeyd etmək istəyirik ki, bir-neçə il öncə, əvvəllər yüksək vəzifələrdə işləmiş Sumqayıtın hər yerdə sözü keçən bir ağsaqqalı ilə tanış olmuşuq. İndi də, Sumqayıt haqqında yazdıqlarımızı oxuyandır. Ona görə ki, şəhərin təəssübünü çəkənlərdən biridir. Məhz buna görə də, hər bizi gördükcə, ürək ağrısı ilə belə deyir: “Dünya düzələ bilər, lakin bu gedişlə, zülmət quyusuna bənzər həngamələr məngənəsində boğulan Sumqayıt düzələ bilməz; Əgər düzələrsə, dediyim bu sözlərə görə: “Dədəmə lənət!” — deyərəm…”.

araz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AYNA şefinin PARKLAMA BAZARI... - ETİRAZ

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu tələbəsi olduğu Azərbaycan Milli Konservatoriyasının önünün ödənişli parklanma ərazisinə çevrilməsindən şikayət edib.

KONKRET.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə paylaşım edib.

O, tələbələrin təhsil aldığı yerin qarşısında ödənişli dayanacağın olmasını düzgün hesab etmədiyini bildirib:

“Bura bulvar, restoran, nə də ki, şadlıq sarayıdır. Tələbələr burada təhsil alırlar. Tutaq ki, biri qazanır, digəri isə qazanmır. Hamı o pulu ödəyə bilmir. Bir saat üçün ödəmək olar, amma səkkiz-doqquz saat burada dərsdə olan tələbələr var. Çox xahiş edirəm ki, bu məsələyə bir əncam qılasınız və kökündən həll edəsiniz. Belə olmaz axı, düşünmək lazımdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Dərs keçdiyim zaman məni videoya çəkib paylaşır” - TƏFƏRRÜAT

Qax rayonunda sevdiyi qadını izləyən 42 yaşlı kişi məsuliyyətə cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, rayon məhkəməsində kəndlərdən birinin sakini olan Hamlet Həşimov (ad-soyad şərtidir) barəsindəki inzibati protokola baxılıb.

İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə tərtib edilmiş protokola əsasən, H.Həşimov Qax şəhər sakini olan A.Quliyeva (şərti) və anasını küçədə söyərək təhqir etməklə ictimai qaydaları pozub.

Zərərçəkmiş şəxs qismində tanınan A.Quliyeva isə Hamletin uzun müddətdir onu narahat etdiyini deyib: “Artıq 5 ildir ki, məni narahat edir. Mən məktəbdə müəllim işləyirəm. O məni məktəbdə, yolda, hətta yaşadığım evdə dinc qoymur. Gecələr həyətimizə gəlir, məktəbdə dərs keçdiyim zaman gəlib pəncərədən məni videoya çəkir, çəkdiyi videoları sosial şəbəkələrdə paylaşır. Xahiş edirəm, tədbir görülsün”.

Barəsində protokol tərtib edilən 42 yaşlı kişi isə heç bir qayda pozuntusuna yol vermədiyini düşündüyünü bildirib: “2018-ci ildən bu günədək A.Quliyevanı sevirəm, onunla ailə qurmaq niyyətindəyəm. Hadisə günü küçədə A.Quliyeva və anası ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı anası taxta ilə məni vurdu. Xahiş edirəm, mənə köməklik göstərilsin”.

Qax Rayon Məhkəməsi ikinci qrup əlil olan H.Həşimovu 50 manat cərimə edərək sərbəst buraxıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Bloger Arzu Məmmədova sosial media hesabının hekayə bölməsində "2-ci sinif şagirdinin anasının müraciəti" başlığı ilə skrinşot paylaşıb.

Ölkə.Az xəbər verir ki, infulunser 6 nömrəli məktəbdə baş verənlərlə bağlı izləyiciləri ilə paylaşdığı yazıya "oxuyarkən göz yaşlarımı saxlaya bilmədim" şərhini qeyd edib.

"Mən artıq çarəsizəm, ona görə ki səsimə səs verən yoxdur. Bu məsələni ictimailəşdirməyə də bilərdim, ancaq vicdanım yol vermədi. Hər kəsin övladı var və bunu yaşamasın deyə yazıram. 3 dəfə uğursuz hamiləlikdən, çətin və ağır müalicələrdən 7 il sonra övladım dünyaya gəlib və bir daha ana olmayacağımı bilirdim.
Övladımı 6 saylı məktəbə qoyduq, uşağın üzərində nəzarətim güclü idi. 10.01.2024-cü il tarixində uşaq mənə olanları danışdı və şok yaşadım. 8 yaşlı oğlum 7-ci sinif şagirdlərinin bu murdar əməllərini etiraf etdi. Uşağın bədəni çimdik-çimdik idi. Övladım dərsdən sonra məktəbdə ingilis dilindən hazırlığa qalırdı, həmin uşaq da 7-ci sinif hazırlığına qalırdı. 7-ci sinif şagirdi və dostu oğlumu tutaraq ona video göstərib və gördüklərini icra etməyə məcbur edib. Uşaq günlərdir ürək bulanmasından əziyyət çəkirdi. Bunu danışanda uşaq təşviş və qorxu içində idi. Məktəbin direktoru uşaqları uzaqlaşdıracağına, məsələni həll edəcəyinə söz verdi, amma nədənsə həllini tapmadı. Çünki 7-ci sinif şagirdinin valideyni nəyəsə güvənib bizə "videogörüntü göstər" deyir.

8 yaşlı uşaq 2400 nəfər arasında bu uşaqları göstərir. Hətta o anda mən başqa şagirdi göstərdim, övladım dedi ki, ana, Allah görür axı, səhv deyə bilmərəm.
Kliniki psixiatr bunu təsdiq edirsə, rəy verilirsə, bu nə qədər yanlış ola bilər? 7-ci sinif şagirdi ingilis dili müəlliminin 5 yaşlı övladına, 3-cü sinif uşağına porno videolarını göstərməsi, onlardan bunu icra etmələrini istəməsi nə dərəcədə doğrudur?

7-ci sinif şagirdinin başqa uşaqlara göndərdiyi səs yazısı var. O, ancaq pis ifadələrlə danışır və video çəkərək başqa uşaqları manipulyasiya edir. Səhhətimdə ciddi problem yaşanıb, övladım sarsıntı keçirib".

Xatırladaq ki, sosial şəbəkələrdə Bakı şəhəri 6 nömrəli məktəb-liseydə 2-ci sinif şagirdinin həmin məktəbin 7-ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi-seksual hərəkətlərə məruz qaldığına dair məlumatlar yayılıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bəyan edib ki, səsləndirilən iddialar çərçivəsində aparılan araşdırmalardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilib:
“Məktəbdə nəzarətin təşkili məsələsinə məsul olan pedaqoji heyətin bir hissəsi barədə isə intizam tənbeh tədbiri görülüb. VII sinif şagirdlərindən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib. Digər uşaqlarla bağlı da addımlar atılacaq. Həmçinin II sinif şagirdinin valideyninə də bu istiqamətdə təklif edilib”.
6 saylı məktəbdə baş verənlər ÖRT-BASDIR EDİLİR? - AXI NİYƏ?
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səlim Müslümovun hökmü Əjdər Olun qapısını aça bilər? - AKTUAL

Xəbər verdiyimiz kimi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova hökm oxunub. 20 milyondan çox mənimsəmədə ittiham edilən sabiq nazir həmin məbləğin əksər hissəsini dövlətə geri ödədiyinə görə şərti cəza alaraq azadlıqda qalıb.

“Qafqazinfo”nun məlumatına görə, Müslümovla bağlı hökm onunla birgə cinayət məsuliyyətinə cəlb edilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş şair-publisist Əjdər Cəbiyevi (Əjdər Ol) ümidləndirib.

Əjdər Ol S.Müslümov nazir olduğu dövrdə aparat rəhbəri işləyib. Məhkum yazıçıya qarşı irəli sürülmüş əksər epizodlarda Səlim Müslümovun adı keçir. O, 2021-ci ildə eks-nazirdən bir neçə gün sonra həbs edilib. İbtidai istintaqın sonunda onların işi ayrı-ayrılıqda icraata verilib.

Əjdər Ol külli miqdarda mənimsəmə və rüşvət alma ittihamı ilə mühakimə edilib. Cinayət işi üzrə dövlətə dəymiş ziyan 500 min manat hesablanıb. Həmin məbləğ istintaq dövründə tam ödənilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əjdər Ol 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan apellyasiya məhkəməsi cəza müddətini 3 ay azaldıb. Sonuncu qərardan 1 il keçdikdən sonra məhkumun vəkili kassasiya şikayəti versə də, Əjdər Ol özü şikayətini geri götürüb. Bunun da əsas səbəbi Səlim Müslümovun məhkəmə istintaqının davam etməsi idi.

Səlim Müslümov haqda hökm elan edildikdən dərhal sonra 3 ildir həbsdə olan Əjdər Ol yenidən kassasiya şikayəti verib. Məhkum şair şikayət ərizəsində çəkilmiş cəzanı yetərli hesab edərək azadlığa buraxılmasını xahiş edib.

Son qərarı isə Ali Məhkəmə verəcək. Yüksək instansiya məhkəməsinin hansı qənaətə gələcəyini yaxın aylarda biləcəyik.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Eyvaz İsmayılov hansı qanunla işləyir? - ETİRAZ

DSMF-in pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılovun NK-dan 22.12.2023-cü ildə göndərilən məktuba 24.01.2024 tarixli cavabı ölkədə Konstitusiyanın qüvvəsi olmadığını ortaya qoyur. Müdir açıq mətnlə yazır ki, dövlətin adından çıxarılan məhkəmə qərarı ilə verilməsindən asılı olmayaraq qərarın əsaslandığı “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsinin 2021-ci ildə ləğv edilməsi pensiyaya əlavənin verilməsini də, məhkəmə qərarının icrasını da dayandırır. (?) Bəs axı məhkəmə qərarının özü ləğv olunmayıb, qüvvədən düşməyib! Axı Konstitusiya Məhkəməsi Plenumunun presedent aktına görə , qanuni qüvvəyə minmiş məhkəmə qərarını heç bir hal şübhəyə ala, dəyişdirə bilməz! Axı məhkəmə qərarı ləğv olunmadan onun əsasında verilən vəsaitin verilməsindən imtina edilə bilməz! Ən başlıcası, Konstitusiyanın 129-cu maddəsi məhkəmə qərarlarının dövlətin adından çıxarıldığını və icrasının məcburi olduğunu doğrulayır. Biz hələ 149-cu maddənin Vll hissəsini, qanunun geriyə qüvvəsinin olmaması, yalnız şəxslərin durumunu yaxşılaşdıran normativ hüquqi aktların geriyə qüvvəsinin olmasını demirik. Şəxsin pensiyasını 140 manat azaldan, pisləşdirən 2021-ci il tarixli qanun 15 il geriyə necə şamil oluna bilər? Belə çıxır, DSMF-də Konstitusiya qüvvədə deyil, sıradan məmurların mənimsəmə, rüşvət qərarları Konstitusiyadan üstündür. Deyəsən, heç hüquq (şöbəsi) də yoxdur sosial müdafiə sistemində.
Hüququn olmadığı yerdə hansı hüquqdan, hansı məhkəmə, sosial təminat hüququndan , hansı Konstitusiyadan danışmaq olar? Bircə ağrıdıcı odur ki, ƏƏSM naziri, onun bütün yardımçıları, DSMF sədri hüquq doktorlarıdır. Yəqin bu nədənlə Konstitusiyaya, məhkəməyə, hüquqa hörmətsizliyə özlərinin yox, hüquqdan başı çıxmayan “sosialist”lərin imzasını qoyurlar.
Məğrur Bədəlsoy - dia-az.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qaraşov Babazadə ilə NİYƏ YOLA GETMİR? - İDDİA


Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə arasında ciddi narazılıq yaşandığı iddia olunur.

Editor.az regiondakı mənbələrə istinadən xəbər verir ki, T.Babazadənin icra hakimiyyətindən gələn göstərişləri icra etməkdən boyun qaçırması onunla başçı arasındakı münasibətləri son dərəcə gərginləşdirib:

“Regional Gənclər və İdman İdarəsinin rəisi rayon icra hakimiyyəti tərəfindən təşkil edən dövlət tədbirlərində iştirak etmək, bu tədbirlərin baş tutması üçün öz sferasında təşkilati dəstək vermək istəmir. Bununla bağlı Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən Teymur Babazadəyə dəfələrlər xəbərdarlıq edilib. Ona bildirilib ki, icra hakimiyyəti tərəfindən reallaşdırılan tədbirlər ümumi rayon tədbirləridir və Regional Gənclər və İdman İdarəsinin bu prosesdə iştirakı zəruridir.

Lakin, T.Babazadə birbaşa tabeçiliyinin Gənclər və İdman nazirliyinə olduğunu əsas gətirərək, yalnız oradan gələcək tapşırıqlar əsasında fəaliyyət göstərdiyini bildirir. Bu isə İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovu özündən çıxarıb. Başçı Regional Gənclər və İdman İdarəsinin rəisinin fəaliyyəti ilə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırıb”.

Qeyd edək ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə Gənclər və İdman naziri Fərid Qayıbovun xalası nəvəsidir. Nazir tərəfindən onun regional idarəyə rəis təyin edilməsi ciddi narazılıq və müzakirələrə səbəb olmuşdu.

Səslənən iddialarla bağlı tərəflərin mövqeyini dərc edə bilərik.

Editor.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yasamalın Elşad Həsənov problemi - İTTİHAM VAR...

Azərbaycan hakimiyyətində edilən kadr dəyişiklikləri bəzən lazımi nəticəni vermir. Məsələn Yasamal rayonuna icra başçısı gətirilmiş Elşad Həsənovun misalında olduğu kimi. Prezident deputat Elşad Həsənova Yasamal kimi bir rayonu həvalə etdi, onu sınadı ki, icra başçısı kimi özünü təsdiqləsin. Lakin Elşad Həsənov Yasamalda necə deputat olmuşdusa, elə də icra başçısı oldu. Onun fəaliyyəti ilə bağlı cumhuriyyet.az olaraq internet resurslarında apardığımız araşdırma onu göstərdi ki, deputat olduğu dövrə aid bir-iki informasiya qarşımıza çıxdı, o da Həsənovun alayarımçıq açıqlamaları… Hətta mediada gedən məlumatlarda qeyd olunur ki, deputat olduğu zaman seçiciləri Elşad Həsənovu tapanlara xüsusi mükafat vəd veriblərmiş.

Onun fəaliyyətini bu gün Yasamalın hər qarışında yaşıllıqların kəsilməsi, səkilərin satılması, səliqə-sahmanın olmaması, harada boş yer vaesa satışa çıxarılmasında görmək mümkündür. Bir sözlə, ona havadarlıq edən yüksək çinli məmur kimdirsə, ilk gündən yanlış təqdimat verib, çünki nə 4 il deputat kimi, nə də icra başçısı olaraq etimadı doğruldub. Lakin deputat kimi səsi gəlməyən Elşad Həsənov icra başçısı təyin olunaraq mətbuata bildirmişdi ki, “Əlimdən gələni əsirgəməməyə, mənə həvalə edilən işin öhdəsindən gəlməyə çalışacam”. Amma nə baş verdi? Elşad Həsənov Yasamalın Onun fəaliyyəti rayon büdcəsini, resurslarını və təşkilatların fəaliyyətini qazanc mənbəyinə çevirməkdən ibarət oldu. Məlumdur ki, Yasamalda torpaq satışı ən gəlirli sahələrdən biridir. Elşad Həsənova qədər satılması mümkün olan bütün ərazilər imkanlı şəxslərə satılmışdısa, indi səkilər, istirahət parkların böyür-başından kəsərək satışa çıxarırlar.

Təbii ki, Elşad Həsənovun sərəncamları ilə. Rəsmi rəqəmlərə görə, Yasamal rayonunda Ticarət departamenti və 19 Mənzil İstismar sahəsi var. Bu təşkilatlar ərazidə yaşayan əhalidən hər il əmlak və zibildaşıma haqqı yığır, amma insanların rahatlığı üçün lazım olan işləri görməyi unudur. Hər bir Mənzil İstismar Sahəsində yetəri qədər xadimələr olsa da, icra hakimiyyəti nəzdində olan işsiz insanları sosial işlərə çox sayda adam cəlb olunsa da, binaların blok və həyətlərində, küçə və parklarda insan sağlamlığı üçün çox böyük təhlükə mənbəyi olan antisanitariya hökm sürür. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, icra hakimiyyətindən tutmuş JEK-lərə qədər bütün təyinatlar rüşvətlə həyata keçirilir. Bu da Uasmalaın icra başçısının qurduğu sistemin nəticəsidir. Məhz rayon rəhbərinin xeyir-duası ilə JEK müdirlərinin işə götürdüyü qohum-əqrabaları işə çıxmır, onların əməkhaqqı kartlarından qanunsuz istifadə edilir. Yasamal Rayon Ticarət departamentlərinin küçə ticarətini genişləndirməsi və bunun hesabına yığılan rüşvət, küçə və həyətlərin abadlaşdırılması üçün dövlət büdcəsindən ayrılan pulların tenderlə icra başçısına yaxın şirkətlərə verilməklə mənimsənilməsi böyük bir gəlir sahəsidir. Yasamal ərazisində dünyasını dəyişən tənha insanlarının evlərinin qanunsuz olaraq vətəndaşlara satılması ilə bağlı faktlar isə ayrıca araşdırma mövzusudur və bu proses bir gün məhkəmə salonlarına çıxacaq.
Belə iddialar var ki, özünü doğrultmayan məmurlardan biri kimi Elşad Həsənov da siyasi rəhbərliyin “qara siyahısı”na düşüb və 7 fevral seçkisindən sonra Yasamal icra hakimiyyəti başçısı vəzifəsindən azad edilsin…

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO