[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qan təzyiqinin azalmasının üç əsas səbəbi müəyyən edilib

Qan təzyiqi yemək yeyərkən, bədən mövqeyini dəyişərkən, həmçinin uzun müddət dayandıqdan sonra kəskin şəkildə düşə bilər.

Bu barədə rusiyalı kardioloq Olqa Bokeriya danışıb.

Bədənin vəziyyətinin dəyişməsi nəticəsində qan təzyiqinin kəskin azalması ortostatik hipotenziya adlanır, adətən fiziki fəaliyyətə uyğunlaşmayan, çox hərəkət etməyən yaşlı və ya gənclərdə müşahidə olunur.

Yeməkdən sonra qan təzyiqi ən çox ilkin qan təzyiqi yüksək olan və ya avtonom sinir sisteminin xəstəlikləri olan xəstələrdə düşür.

"Kiçik, az karbohidratlı yeməklər yemək, bol su içmək və alkoqoldan qaçmaq adətən problemi həll edir”, - deyə mütəxəssis qeyd edib.

Kardioloq qan təzyiqinin kəskin düşməsinin digər səbəbi kimi uzun müddət ayaq üstə durmağı göstərib. Bu tip hipotenziya nevrogen adlanır. Adətən uşaqlarda və gənclərdə olur. Bəzi hallarda aşağı təzyiq problemi beyin və ürək arasında əlaqənin pozulması səbəbindən baş verir.

Olqa Bokeriya qanda stress hormonunun səviyyəsini necə azaltmağın mümkünlüyündən də danışıb. Həkim qeyd edib ki, toxunma orqanizmə faydalı təsir göstərir və qanda kortizol səviyyəsini azaltmağa kömək edir, oksitosinin ifrazını stimullaşdırır. (Gazeta)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda "Şeyx Nəsrullah"-ın mütasiya olmuş növü xortlayıb- Ölüdən "şirinlik" alırlar...

Naxçıvanın "ölüdən şirinlik" ənənəsi yenidən xortlayıb...

Naxçıvan MR Mərkəzi xəstəxanasında əvvəl bir qayda var imiş: xəstəxanada dünyasını dəyişən xəstənin təcili yardım maşını ilə evə aparılması pulla həyata keçirilirmiş. Ölən əgər Naxçıvan şəhərində yaşayırdısa, buna görə ölü sahibindən 20, kənddə yaşayırdısa 50 manat “şirinlik” (yeri gəlmişkən ölüdən şirinlik almaq rəzaləti ancaq bizdədir) alırdılar.
Naxçıvanda "Şeyx Nəsrullah"-ın mütasiya olmuş növü xortlayıb- Ölüdən "şirinlik" alırlar...

“Xan”lıq rejimi sona çatıb, “canişinlik” rejimi qurulandan sonra bu ənənə tarixə qovuşmuşdu. Naxçıvan əhli bu “islahat”a xeyli sevinmişdi də. Amma necə deyərlər, sən saydığın say, gör, “canişin” əfəndi nə sayır? Üzərindən bir müddət keçəndən və “canişin” həzrətləri yerini möhkəmlətdikdən sonra “ölüdən şirinlik” almaq ənənəsinə yenidən start verilib. İddialara görə, pulsuz naxçıvanlının ölüsü pul tapıb gətirilməyənədək “morq”da qorunur. Lap əski vaxtlarda Kremldəki Mavzoleydə Leninin cəsədi qorunan kimi.
Adının açıqlanmasından çəkinən mənbə soruşur: "Bu pullar kimin cibinə gedir?".

Heydər Oğuz - ovqat.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DYP məmurunun hər(i)f səhvi

Bəzən adama elə gəlir ki, ölkədə bütün sahələrdə gedən inkişafın, yenilənmənin Dövlət Yol Polisinə heç bir dəxli yoxdur. Bu qədər quraşdırlan kameralar, elektronlaşdırılan sistemlər, yeniliklər… Bütün bunların fonunda DYP ilə bağlı gələn şikayətlər nəinki azalmır, hətta yeni-yeni narazılıqlar ortaya çıxır.
Bütün bunları yazmağa əsas verən vətəndaş Məmmədli Kərim Coşqun oğlunun bizə ünvanladığı şikayətdir. O bildirib ki, üzləşdiyi haqsızlıqları əvvəlcə ictimailəşdirmədən həll etməyə çalışıb. İlk olaraq müvafiq quruma şikayətini bildirib, səbr edib, gözləyib, sonra bir də şikayət edib. Cavab gəlmədiyni gördükdə, başa düşüb ki, qarşısında iki yol var. Ya etmədiyi günahın cəzasını çəkib, cərimə ödməlidir, ya da məsələni ictimailəşdirməlidir. Gəlin problem vətəndaşın özündən dinləyək. Müxbirimizlə danışan Coşqun Məmmədli görün, nə deyir:
“Keçən il dekabr ayınınn 23-də mənə etibarnamə ilə idarə etdiyim avtomobilin qayda pozuntusu ilə bağlı protokol yazıldığı haqda bildiriş gəldi. Qayda pozuntusu ilə bağlı yerləşdirilmiş şəkillərə baxarkən, maşının idarə etdiyim maşın olmadığını dərhal hiss etdim. Və şəkli yaxınlaşdırıb baxdıqda, qayda pozuntusunun başqa bir maşın tərəfindən edildiyini gördüm. Qayda pozuntusunu edən maşının nömrəsi 99-MK-658 idi, mənim idarə etdiyim maşınının nömrəsi isə 99-NK-658 dir. Pozuntu ilə bağlı yerləşdirilən bütün şəkillərdə hərflərin çox aydın oxunsa da, düşündüm ki, ola bilər, insandır, səhv edib. Yoldaşlarla bu problemin həll yolunu araşdırdıqda mənə məsləhət gördülər ki, “dyp.gov.az” saytına müraciət edim. Mən sayta daxil olaraq, ən yüksək rəhbərliyə müraciət etdim və şikayətimi bildirdim. Günlərlə gözlədim, heç bir xəbər çıxmadı. Yenə də, “Olar, bəlkə şikayət çoxdur, vaxt çatmır” deyə ikinci dəfə də sayta daxil olub şikayətimi yazdım. Di gəl ki, günlər keçdi, daşdan səs çıxdı, mənim şikayətimə baxacaq adamlardan səs çıxmadı. Artıq cərimənin ödəniş müddəti dolub və yəqin ki, faiz hesablanmağa başlanacaq. Bir müddət sonra da maşına həbs qoyulacaq. İndi ya gərək mən etmədiyim pozuntunun cəriməsini verəm, ya da maşınım aparılsın cərimə meydançasına. Hansısa bir “hərif tanımaqda çətinlik çəkən” məmurun ucbatından bax beləcə problemlə üzləşmişəm”.
Adam şikayəti dünlədikcə düşünür ki, bir sürücünün ilk baxışda asanlıqla ayırdığı hərfi, DYP-də işləyən, ali təhsil almış bir işçi necə olur ki, ayıra bilmir? Bir hərfi o yan bu yan edib, kimisə “hərif” saymaq bu qədərmi asandır? Ölkə inkişaf edir. Hər bir vətəndaşımız, o cümlədən fəhlələr, sürücülər də artıq bu inkişafdan yararlanır, yaradılmış texniki imkanlar vasitəsilə şikayətini çatdırmaq istəyir. Di gəl, bir hərfi tanımayan adamlar, böyük bir qurumun adına ləkə gətirir. Ünvanlanan şikayətlərə cavab verməyənlər də yəqin elə o “hərf tanımayanlardır” ki, şikayəti oxuya bilmirlər. Nəticədə bir vətəndaş aylarla cavab gözləyir, əsəbləri pozulur, avtomobili cərimə meydançalarına aparılır, gördüyü iş yarımçıq qalır və son olaraq da evinə çörək apara bilmir. Beləcə narazı salınır insanlar.
Bütün bunların günahkarı isə, "M" ilə "N"-in fərqini görməyən, “hərfi hərfdən seçə bilməyən” məmurlardır.
Arada oxumaq lazımdır, hörmətli məmurlar, oxumaq. Heç olmasa, “Əlifba”nı oxumaq!
Oğuz
BakuPost
DYP məmurunun hər(i)f səhvi
DYP məmurunun hər(i)f səhvi
DYP məmurunun hər(i)f səhvi
DYP məmurunun hər(i)f səhvi
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Muxtar Babayevin işçiləri bu faktları görməzdən gəlir... - AXI NİYƏ?


Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür.

İqlim dəyişmələrinin qarşısının alınması sahəsində Azərbaycanın həyata keçirdiyi fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Məhz bu səbəbdən, iştirakçıların sayına və səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya ölkələrinin yekdil qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcəkdir.

Bunlar Prezident İlham Əliyevin 7 yanvar 2024-cü ildə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin COP29-un Prezidenti müəyyən ediliməsi ilə bağlı imzaladığı Sərəncamda yer alıb.

Məlum olduğu kimi ətraf mühit dedikdə ilk növbədə təmiz hava, təmiz su, təmiz ekologiya yada düşür. Ekologiyanın təmiz olması üçün də ilk növbədə yaşılıqların qorunması lazımdır. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş Azərbaycanda yaşıl dünyamız necə qorunur?

Bunun üçün internet axtarış sisteminin Azərbaycan seqmentində kiçik bir araşdırma aparılsa kifayət edər ki, ümumi mənzərə ortaya çıxsın. Son illər Azərbaycanın bütün bölgələrində meşələrin qırılması ilə bağlı geniş məlumatlar var. Bir neçə il öncə Qəbələ rayonu, Çuxur Qəbələ bələdiyyəsinin vəzifəli şəxslərinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsinin ağır nəticələrə, yəni Qəbələ rayonu, Çuxur Qəbələ bələdiyyəsinin mülkiyyətinə aid olan “Yeddi çinar” adlanan ərazidə 247 ədəd qızılağac, 101 ədəd yalanqoz, 09 ədəd ağcaqayın, 75 ədəd vələs, 03 ədəd palıd və 06 ədəd göyrüc ağaclarının, cəmi 441 ədəd yaş kök üstə, bioloji inkişafda olan ağacların qanunsuz kəsilməsinə, bununla da fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə 127 min 310 manat məbləğində mühüm zərərin vurulmasına əsaslı şübhələr müəyyən edilib, CM-nin müvafiq maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılmışdı. Xatırladaq ki, Baş prokurorluğun yaydığı inkaredilməz bu məlumat Qəbələnin yalnız bir kəndində baş verənlər idi. Görəsən rayonun gözdən uzaq digər kəndlərində bunun kimi nə qədər ağaclar kəsilir,cinayətlər törədilir. Baş prokurorluğun yaydığı bu məlumatdan hələ xeyli əvvəl Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin keçmiş direktorunun həbsi daha böyük rezonansa, səs-küyə səbəb olmuşdu.

İnternetdə kiçik araşdırma aparsaq görərik ki, az qala hər həftə ölkənin hansısa regionunda meşə massivlərinin amansızcasına məhv edilməsinə dair materiallar verilib. Qəbələdə, Qaxda, Tovuzda, Bərdədə, Göygöldə və sair rayonlarda meşələrin ayrı-ayrı şəxslərin, məmurların himayəsində olan firmalar, sexlər tərəfindən qırılaraq daşındığı, parket, taxta-şalban istehsalında istifadə edildiyinə dair kifayət qədər fakt göstərmək olar. Hamısı da şəkillərlə, videolarla, yəni sübutlarla…

Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri bütün bu yayılanlara sıfır reaksiya göstərir, yaşıllıqların məhv edilməsininqarşısını almır. Nazirliyin tabeçiliyində Meşələrin İnkişafı Departamenti üzərinə düşən işi yerinə yetirmir.

Yeri gəlmişkən, ətraf mühit mövzusu ilə bağlı bir vacib məsələyə də toxunmaq istərdik. Məlum olduğu kimi son illər xüsusəndə dağlıq rayonlarında 100 illər boyu mövcud olan meşəliklərin əraziləri əkin sahələrinə çevrilir. Buna Meşələrin İnkişafı Xidmətinə tabeli 1 saylı Lənkəran, Astara, Lerik, 2 saylı Tovuz, Qazax, Ağstafa, 5 saylı Xaçmaz, Qusar, Quba, 8 saylı Zaqatala, Balakən, 10 saylı Göygöl, Goranboy, 14 saylı Şəmkir, Gədəbəy, Daşkəsən, Samux meşələrinin ərazilərində rast gəlmək mümkündür.

Son günlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin tabeçiliyində olan Masallı, Yardımlı, Cəlilabad rayonlarında meşələrin kütləvi şəkildə qırılması, meşə fonduna aid olan torpaqların ayrı ayrı şəxslərə satılması ilə bağlı geniş məlumatlar yayılmaqdıdır.

Bir həftə əvvəl Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad üzrə mühafizə mühəndisi Fitat Ağayevin meşələrdə kütləvi qırıntılarla bağlı meşə gözətçisinin etdiyi inanılmaz saxtakarlıq faktını ifşa etməsi də bunlara bir sübutdu. Mətbuatda yayılan məlumatlara görə, Fitat Ağayev Cəlilabad meşəbəyliyinin 9 saylı meşə dolayında Qırmızı kitaba daxil olan agağların kütləvi şəkildə qırılmasının şahidi olub. Ağacların qanunsuz qırıldığını qeydə alan mühafizə mühəndisi kəsilən agacların hamısının damğalandığını görüb. Sözügedən damğaların meşəbəyi Elman Əliyevə məxsus olduğu məlum olub. Hər bir qanunsuz kəsilmiş agacların dib kötükləri üzərində bir yox, bir neçə damğanın vurulduğunu görən Fitat Ağayev edilən qanunsuzluqla bağlı Əlisahib adlı meşə gözətçisi ilə söhbət aparmışdır. Əlisahib açıq şəkildə etiraf edərək deyib ki, Elman Əliyevdən 100 manat müqabilində xidməti damğasını götürüb. Və iki gün müddətində qanunsuz kəsilmiş minə yaxın ağacları damğalamışdır.

Cəlilabad meşələrinin kütləvi şəkildə məhv edilməsi ilə bağlı 22 yanvar 2024-cü ildə çəkilmiş daha bir video da Aktualinfo.org redaksiyasına daxil olub. Videoda Cəlilabad rayonunda, Göytəpə meşəbəyliyinin 14 saylı meşə dolayında yüzlərlə palıd ağacını kəsildiyi göstərilir.

Ancaq nə yazıq ki, vəzifəsi meşələri qorumaq olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəinki bu faktları görməzdən gəlir, hətta qurumun rayon şöbələri bu YAŞIL SOYQIRIMDA birbaşa iştirak edir…

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentə kütləvi şikayət: N saylı hərbi hissədə nə baş verir? - VİDEO


“N” saylı hərbi hissədə çalışan Yevax rayonun bir qrup sakini (70 nəfətr) ölkə başçısı İlham Əliyevə kütləvi şəkildə videomüraciət ünvanlayıb.

Gununsesi.info-nun məlumatına görə, şikayətçilər iddia edirlər ki, onların qanunvericiliklə nəzərədə tutulan hüquqları Müdafiə Nazirliyi tərəfindən tanınmır.

Həmin müraciətin mətinini və videosunu təqdim edirik:

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan möhtərəm İlham Əliyevə 44 günlük Vətən müharibəsi dövründə arxa cəbhədə iştirak edən biri Şəhid anası, ikisi Şəhid ailəsi olmaqla 70 nəfər mülki şəxs tərəfindən

Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ

Möhtərəm cənab Prezident, yazıb sizə bildiririk ki, biz 44 günlük Vətən müharibəsi dövründə 033 saylı hərbi hissənin mülki işçiləri komandanlığın rəsmi göstərişi ilə Maddi-texniki təminat taborunun tərkibində ön cəbhədə – döyüş bölgəsində 3000-5000 nəfərlik şəxsi heyətin bütün təminat növlərinin yerinə yetirilməsində gecə-gündüz dayanmadan iştirak etmişik. Hərbi sursatların-ağır atrileyra və top mərmilərinin yüklənməsi, daşınması, döyüş nöqtələrinə boşaldılması, ərazidən yığılması, vurulmuş hərbi texinkaların yüklənməsi və təmiri, geyimlərin daşınması və yuyulması, bütün növ ərzaqların daşınaraq təminat nöqtəsinə çatdırlması, çörək bişirilməsi və s. işləri yorulmadan, usanmadan həyata keçirmişik. Ancaq ötən dövr ərzində bizim hüquqlarımız kobud şəkildə pozulub və biz “Vətən müharibəsi iştirakçısı” statusu ala bilməmişik.

Baxmayaraq ki, müharibədən sonrakı ilk vaxtlarda bizim müvafiq sənədlərimiz aidiyyatı üzrə Müdafiə Nazirliyinə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Hətta bizə veteranlar üçün ödənilən müavinətə görə plastik kartlar belə verilmişdi. Amma bizə bəlli olmayan səbəblərdən, kimlərinsə qanunsuz müdaxiləsindən sonra bizim “Vətən müharibəsi iştirakçısı” statusumuzun qarşısına sədd çəkdilər. Konkret desək, bu məsələ hərbi hissə tərəfindən müvafiq qaydada əmrləşdirilməyib. Bizə bildirilib ki, 1-ci Ordu Korpusun o zamankı rəhbərliyi Hikmət Həsənovun vaxtında təsdiqini tapsa da, sonrakı komandan Qiyas Abbasov bizə bəlli olmayan səbəblərdən buna imkan verməyib. 033 nömrəli hərbi hissənin komandiri İqbal Şərbətov isə bizim üzləşdiyimiz qanunsuzluğun aradan qaldırılması istiqamətində heç bir addım atmır. Deyir ki, mən heç kiməm, mənim heç bir səlahiyyətim yoxdur. Yuxarılar göstəriş versin, mən də aidiyyatı sənədləri korpusa və nazirliyə təqdim edim. Amma yenə də bir çox məqamlar bizə qaranlıqdır…

Cənab Ali Baş Komandan, bir sözlə, Sizin 26 noyabr 2020-ci il tarixli 204-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması və dövlət sərhədlərinin mühafizəsi zamanı arxa cəbhədə döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsində fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə fədakar əməyinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşlarının təltif edilməsi, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 fevral 2022-ci il tarxli sərəncamı ilə Azərbaycan Respublikasının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə ön cəbhədə fədakarlıq göstərmiş mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin əməkdaşları və mülki işçiləri “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsi qaydaları bizə şamil edilməyib (baxmayaraq ki, Bakıda komfortlu kabinetlərdə istirahət edənlərin bəziləri həm “veteran”, həm də “qəhrəman” statuslarına sahiblənib).

Möhtərəm cənab Prezident, onu da diqqətinizə çatdıraq ki, biz təkcə 44 günlük Vətən savaşında deyil, həm “Aprel döyüşləri”ndə, həm də 23 saatlıq anti-terror tədbirlərində arxa cəbhədə tam gücümüzlə çalışımışıq və bütün növ təminatların çatdırılmasında iştirak etmişik.

Cənab Ali Baş komandan, ona görə Sizdən xahiş edirk ki, bizim pozulmuş hüquqlarımızın, yeyilmiş haqlarımızın bərpa olunması üçün müvafiq qaydada göstəriş verəsiniz! Öncədən minnətdarlığımızı bildiririk!”

Müdafiə Nazirliyindən göndərilən cavab məktubunda isə yaradılmış vəziyyətin səbəbləri tam şəkildə aydınlaşdırılmır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kürdəmirin keçilməz küçəsi... - Nə işıq, nə kanalizasiya, nə də asfalt var (VİDEO)

Kürdəmirin mərkəzi küçələrindən olan Mirzə Ələkbər Sabir küçəsinin sakinləri bir neçə problemlə üz-üzə qalıblar.

Belə ki, adıçəkilən küçədə yolun asfaltsız olması, kanalizasiya xəttinin və işıqlandırmanın olmaması onlara çətinliklər yaradır.

Sakinlər sözügedən problemlərin həll edilməsi üçün aidiyyəti qurumlar tərəfindən tədbir görülməməsindən şikayətçidirlər.

"Yolumuz, kanalizasiya xəttimiz, işığımız yoxdur. Gecə küçəyə çıxanda gözümüz ayağımızın altını görmür”, - deyə sakinlər narazılıqlarını bildiriblər.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cinayət Məcəlləsində yeni maddələr - İstintaqını DTX aparacaq

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 30 dekabr 2023-cü ildə imzalanmış və 19 yanvar 2024-cü ildə qüvvəyə minmiş qanunla Cinayət Məcəlləsinə 281-1 və 284-2-ci maddələr əlavə edilib.

Cinayət Məcəlləsinin 281-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributların və ya simvolların nümayiş etdirilməsi, yayılması, nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya gəzdirilməsinə görə cinayət məsuliyyəti müəyyən edilib.

Bu əməllərə görə beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Həmin əməllərin xarici təşkilatlar və onların nümayəndələrinin tapşırığı ilə törədilməsi isə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Cinayət Məcəlləsinin yeni 284-2-ci maddəsi isə müharibə vaxtı və ya döyüş şəraitində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutur. Bu əməlləri törədənlər üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, ağır nəticələrə səbəb olduqda isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə üzləşəcək.

Məzmunundan göründüyü kimi, qeyd olunan əməllər dövrümüzdə ictimai təhlükəliliyinin yüksəkliyi, doğurduğu nəticələrin ağırlığı ilə əlaqədar kriminallaşdırılmışdır.

Qeyd olunan cinayətlərin ibtidai istintaqının aparılması Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
7 manatlıq qoyun sığortası: Əti ucuzlaşdıracaq? - Ekspert danışır...

Aqrar Sığorta Fondunun İdarə Heyəti kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflərin azaldılması ilə bağlı qərar qəbul edib.

Bu barədə Fond məlumat yayıb. Qərara əsasən, heyvanların bazatəminatlı və geniştəminatlı sığorta zərfi üzrə 1 illik sığorta tarifləri müvafiq olaraq 5,17% və 8,19% müəyyən edilib.

Xatırladaq ki, indiyə qədər bu tariflər müvafiq olaraq 6,1% və 9,5% olub.

Tariflərin aşağı salınması fermer və təsərrüfatlara heyvanları daha sərfəli şərtlərlə sığortalamağa imkan verəcək. Belə ki, indiyə qədər qiyməti 1000 manat olan mal-qaranın baza zərfi və geniş təminat üzrə 1 illik sığortası 30,5-47,5 manata başa gəlirdi.

Dəyişiklikdən sonra həmin şərtlərlə sığorta fermerlərə 26-41 manata başa gələcək. Qiyməti 300 manat olan xırdabuynuzlu heyvanların (məsələn, qoyun və ya keçinin) baza zərfi və geniş təminat üzrə 1 illik sığorta haqqı indiyə qədər 9-14 manat idisə, dəyişiklikdən sonra bu rəqəmlər daha da azalaraq 7,8-12,3 manata düşüb. Sığorta müqaviləsi uzun müddətə bağlandıqca, illik sığorta haqqı da azalır. Kənd təsərrüfatı heyvanlarının sığorta haqqının azalması fermerlərə və təsərrüfatlara daha sərfəli şərait yaradır.

Qeyd edək ki, fermerlər heyvanların aqrar sığortasından faydalanırlar. 2023-cü ildə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 910 min manat sığorta ödənişi edilib.

Maraqlıdır, heyvanların sığortalanması kənd təsərrüfatını inkişaf etdirəcək?

Sözügedən məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli "Cebhe.info"- ya bildirib ki, sığortanın işə düşməsi üçün hər zaman dövlət tərəfindən addım atılmalıdır:

"Heyvandarlığın sığorta olunması ənənəvi, həm də zəruri hal almalıdır. Eyni zamanda, Aqrar Sığorta Fondu fermerlərin etibarını qazanmalıdır. Bunun üçün də ilk növbədə fermerlər arasında ciddi təbliğat aparılmalıdır. Müəyyən qədər stimul verilməlidir. Bu addımlardan sonra fermerlərin sığortaya marağı artacaq".

Ekspert qeyd edib ki, Sığorta Fondu fermerlərə dəymiş zərəri lazımi səviyyədə qarşılamalıdır. "Vətəndaşlar arasında olduğu kimi, fermerlərin də sığortaya etimadı və etibarı aşağıdır. Amma Aqrar Sığorta Fondu fermerlərə dəymiş zərəri lazimi səviyyədə qarşılasa, bu zaman digər fermerlərin də aqrar sığortaya marağı artacaq. Bundan sonra da sığorta sistemi lazımı səviyyədə fəaliyyətə davam edəcək". ("Cebhe.info")
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Adı kifayət qədər qalmaqallarda hallanmış Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev yenidən efirdədir. Hər halda, belə bir dönəmdə - seçkilər ərəfəsində xüsusi həssas təbəqə hesab olunan Qarabağ Qaziləri və Şəhid ailələrinin müəyyən bir kəsiminin güzəran yeri kimi gördükləri "Vətən Az. Trans" MMC-yə qarşı müşahidə olunan özbaşınalıqlar belə deməyə əsas yaradır ki, Anar Rzayev rəsmən SABOTAJLA məşğuldur və o heç də məqsədiz deyil...

Gələk məsələnin özünə...

Məlum olduğu kimi, 46 saylı marşrut xətti illərdir ki, məhz Qarabağ Qaziləri və Şəhid ailələri tərəfindən təşkil olunmuş, onların iş yeri hesab olunan "Vətən Az. Trans" MMC-yə məxsusdur. Qeyd edək ki, bu şirkət heç də sözügedən sektorda - yəni nəqliyyat cameəsində hansısa formada əlahiddəliyi ilə fərqlənməyib. Yəni sözügedən şirkət digərləri kimi dövlətin qoyduğu tələblərə nəinki cavab verib, hətta daha da irəli gedərək dövlət-vətəndaş münasibətlərinin məhz etibarlılığına xidmət baxımından CƏBHƏDƏ - SƏNGƏRDƏ olduğu kimi olduqları sektorda da öz dövlətlərinin maraqlarını ümdə tutublar.

Bəli, yuxarıdakı videodan da aydın olduğu kimi, daima yüksək keyfiyyətti xidmətə önəm verən bu şirkət bu gün nədənsə Anar Rzayev cənablarının hədəfinə çevrilib.

Kimdir Anar Rzayev? Onun hansı formada yaddaşlarda qaldığını təxmin etmək çətin deyil... Bunun üçün adamın adını internet üzərindən axtarışa vermək yetərlidir.

Bu gün isə bu adam növbətti təxribata imza atır. Bu, faktdır...

Və bu gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məhz Qarabağ Qaziləri və Şəhid ailələrinə məxsus iki marşrut xəttini, ələlxüsus da 46 saylı xətti tenderə - əslində isə SATIŞA ÇIXARMASI təkcə onun PUL QAZANMA MARAQLARI ilə bağlı deyil... Bu adam rəsmən seçkiqabağı dönəmdə AÇIQ TƏXRİBATLA məşğuldur və Qarabağ Qaziləri və Şəhid ailələrini hədəfə almaqla, onların dolanışıq yerlərini əllərindən almaqla birbaşa təhlükəli məqsədlərə xidmət edir.

Deyə bilərsiniz ki hələ tender olmayıb və bu əndişə hardandır ki, bizlər nəzərdə tutulan tenderdə xəttin əvvəlki və hazırki sahiblərinin - Qarabağ Qaziləri və Şəhid ailələrinin şirkəti olan "Vətən Az. Trans" MMC-nin məğlub olacağı qənaətindəyik...

Bunun üçün yetərincə əsaslarımız var....

1. Tenderdə dünənə qədər yeganə iddiaçı olan "Vətən Az. Trans" MMC-yə qanunsuz və qəfil olaraq "BakuBus" MMC qoşulur... Halbuki bu şirkətin iddiaları rəsmiləşdiyi zaman artıq hansısa şirkətin iddiaçı kimi tenderə qatılması imkansız idi. Yəni Azərbaycan dövləttinin qanunları belə "BakuBus" MMC naminə ayaqlar altına atıldı...

2. Anar Rzayev cənabları heç də uşaq deyil və seçki ərəfəsi dönəmdə Qarabağ Qaziləri və Şəhid ailələri kimi həssas bir zümrənin əsəblərini tarıma çəkirsə, demək, PUL HƏRİSLİYİ bu adamın gözlərini tamamən kor edib və bir neçə il əvvəl ökədə açıq təxribat olaylarına rəvac vermiş AYNA şefi günü bu gün də məhz SİYASİ SAVADSIZLIĞI səbəbindən ciddi problemlərə nədən olmaqdadır..

Nə baş verəcək?

Təbii ki, cam və mallarını bu Vəttən uğrunda fəda etmiş və Qarabağ Qaziləri və Şəhid ailələri, onların şirkətti olan "Vətən Az. Trans" MMC öz haqqını sonna qədər qoruyacaq... Buna əmindirlər və bununla bağlı əldə etdiyimiz xəbərlərdən də məlum olur ki, artıq sözügedən nəqliyyatt şirkətinin rəhbərliyi həm hüquq mühafizə orqanlarından, həm də lkə rəhbərliyindən kömək istəyiblər.

Hadisələr necə olacaq? Bu isə daha çox Anar Rzayevin bu gün həyata keçirməyə çalışdığı təxribat planından daha çox asılıdır...

Məsələ diqqəttimizdədir... Bizi izləməyə davam edin...

dia-az.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azercell” rəsmən başbəlasına çevrilib... - FAKT BUDUR!

“Azercell” mobil operatorundan abonentlərin kütləvi narazılığı yeni xəbər deyil. Amma yeni olan budur ki, şirkətdən şikayətlər səngimir və hər dəfə kampaniyaları, tarifləri, internet xidməti haqda müxtəlif narazılıqlar görmək mümkündür.

Müştərilər şirkəti onları aldatmaqda ittiham edir.

Yəni onilliklərdi “Azercell” var, amma hələ də şirkət müştəriləri məmnun edə bilmir.

Səbəb sadədir – çünki keyfiyyət yoxdur, daha çox pul qazanmaq hərisliyi isə sönməz bir məşələ çevrilib.

Tribunainfo.az şikayətlərdən bəzilərini təqdim edir ki, təsəvvür yaransın. Əslində yüzlərlə belə şikayət var…
“Azercell” rəsmən başbəlasına çevrilib... - FAKT BUDUR!
“Azercell” rəsmən başbəlasına çevrilib... - FAKT BUDUR!

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO