[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şirkətə ayrılan investisiyanın dövlət proqramının məqsədinə tam uyğun olmadığı məlum olub


Hesablama Palatası “AzerGold” QSC tərkibində törəmə şirkətə ayrılan investisiyanı “dövlət proqramın”ın məqsədlərinə tam uyğun olmadığını hesab edir.

Banker.az xəbər verir ki, Hesablama Palatasının bülleteninin 2023-cü il üzrə birinci nömrəsində qeyd edilir.

Palata qeyd edir ki, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 13 iyul 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə özəlləşdirilməsi haqqında qərar qəbul edilib.

Lakin Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2020-ci il tarixli 2245 nömrəli Sərəncamı ilə müvafiq Sərəncamda dəyişiklik edilib, “Daşkəsən Filizsaflaşdırma” ASC-nin ləğv edilməsi ilə bağlı qərarı əsasında 05 oktyabr 2020-ci il tarixində “Daşkəsən Filizsaflaşdırma” ASC ləğv edilərək 14 dekabr 2020-ci il tarixindən “AzerGold” QSC tərkibində törəmə hüquqi şəxs qismində “Daşkəsən Dəmir Filiz” MMC təsis edilib.

Buna baxmayaraq, 2021-ci ildə “Daşkəsən Dəmir Filizi” MMC-yə 9 milyon 600 min manat maliyyə dəstəyi ayrılmış və 100% həcmində istifadə edilib.

“Beləliklə, qeyd edilən vəsaitin ayrılması “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın məqsədlərinə tam uyğun olmayıb”– deyə, Palata qeyd edir.

II Dövlət Proqramının əsas məqsədi:

-“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsini həyata keçirməkdən;

-iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi və rəqabət mühitinin formalaşdırılması əsasında milli iqtisadiyyatın səmərəliyini yüksəltməkdən;

-bazar münasibətlərinin iqtisadi əsası kimi özəl mülkiyyətçilər təbəqəsini genişləndirməkdən;

-iqtisadiyyata investisiyalar, o cümlədən xarici investisiyalar cəlb etmək yolu ilə onun inkişafına nail olmaqdan;

-dövlət əmlakını dövlət özəlləşdirmə çeklərinə satmaqla özəlləşdirmə prosesinə əhalinin maksimum geniş təbəqələrini cəlb etməkdən;
– I Dövlət Proqramı çərçivəsində özəlləşdirmə üçün açıq elan edilmiş müəssisə və obyektlərin özəlləşdirilməsini başa çatdırmaqdan ibarətdir.

Qeyd edək ki, “Daşkəsən” dəmir filizi sahəsində 6 yataq mövcuddur: “Şimal-şərq”, “Şimal-qərb”, “Cənub-şərq”, “Cənub-qərb”, “Dəmirov”, “Dardərə”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dəniz suyundan içməli su istehsal ediləcək - SƏRƏNCAM


Prezident İlham Əliyev "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" Sərəncam imzalayıb.

Sərəncam “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamının icrası, ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə imzalanıb.

Sərəncama əsasən Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək.

Sənədlə Nazirlər Kabineti və bir sıra qurumlara uyğun tapşırıqlar verilib.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İki nazirliyin BİR DƏRDİ: ADAU... - İLGİNC İDDİALAR...

"Aqrar Universitet (keçmiş AKTI) yarandığı yüz il müddətində ölkəmizdə kənd təsərrüfatının inkişafına öz müəllim və professor heyyətinin peşəkar fəaliyyəti əsasında yetişdirdikləri mütəxəsiz ordusunun xidmətləri sayəsində çox böyük tövhələr vermişdir.Uzun illər şanlı yol keçmiş, dəfələrlə dövrünün layiqli mükafatlarını almışdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalənin ƏVVƏLİ BURADA: ADAU NİYƏ BÜDRƏYİR? - Görünəni odur ki...

Məqalədə daha sonra bildirilir: "Biz qorxuruq tələbələr əsas yiyələnməli olduqları peşələrini kənarda qoyub rektorun əsgərlikdən yayınan, vətən müharibəsində qaçıb gizlənən nəzarətçisi Bəşir Bağırzadənin agentlik və şər böhtan atmaq peşəsinə yiyələnmələridir.

Cənab Zəfər Qurbanov, sən böyük bir universitetə şöbə rəhbəri qoyanda baxmadın ki, bu adam vətənə xidmət etməyib, özü də ehtiyac yarandığı dövrlərdə? Vətənin müdafiəsinə çağırış olduğu dövrdə özünə vətən üçün yararsız etiketi düzəltdirib bir gizləndiyini görmədinmi?

Axı tez-tez deyirsən, "yoxlatdırıram, baxdırıram..." 2021-ci ildə Bəşir Bağırzadə tələbələrdən imtahanlardan keçirəcəyi müqabilində külli miqdarda pul yığmışdı, məsələ kollektivin əməkdaşları və tələbələr tərəfindən açıldı da... polis bu işǝ qarışdı da... Ancaq İbrahim Cəfərov öz vəzifəsindən və universitetin adının ləkələnməsindən qorxaraq işin üstünü ört-basdır etdi.

İndi həmin cəzasızlıqdan Bəşir Bağırzadə istifadə edərək (tələbələri agent yetişdirərək) universiteti isdədiyi kimi idarə edir. Bunları bilən hər kəs düşünür ki, 2020 ci ildə Vətən müharibəsi başlayanda sabiq Daxili Nəzarət və audit şöbəsinin müdiri Namiq Cəfərov öz rahat işini atdı, vətənin müdafiəsinə qalxdı... ordu sıralarına yazıldı, şərəflə vuruşdu. Belə bir cəsarətli, cəsur bir şəxsiyyətin yerinə Başir Bağırzadə kimi hərbidən qaçanın təyinat alması ən öncəsi Kənd Təsərrüfatı Nazirliyinə və ADAU-nun professor və müəllim heyətindən ibarət kollektivə bir lǝkǝdir, təhqirdir".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qida Təhlükəsizlik Agentliyiniun fırıldağı üzə çıxdı - Bu da FAKT


…Bu səbəbə aydınlıq gətirilməsi üçün AQTA-nın özünün aprelin 6-da yayımladığı rəsmi məlumatını yenidən diqqətdən keçirdik. Gözlərimizə inanmadıq. AQTA cədvəlinə oxucunu aldadacaq formada dəyişiklik edərək kolbasa və sosiskalarında ət adına nəsə tapmadığı şirkətləri biabır etdiyi halda\, indi məlum olurdu ki, sən demə, elə deyilmiş, həmin şirkətlər elə kolbasa və sosiskalarını ətdən düzəldirmiş!

Qəribə və həm də təəccüblüdür: axı AQTA-nın, necə deyərlər, hardan ağlına gəlib ki, yox, bu şirkətlər məhsullarını ətdən düzəldibmiş, sadəcə, bu barədə AQTA məlumatsız olub, indi düzəliş edir və s.!

Yaxşı, o boyda dövlət qurumu necə oldu ki, belə səhvə yol vermişdi? Yaxud, sualı belə də qoyaq: AQTA niyə belə bir xəlvəti düzəlişə baş əyməli olub? Rəhbərliyi buna kim və ya nə məcbur edib???

Bu da AQTA-nın 5 gün əvvəl yayımladığı 1-ci rəsmi məlumatı və cədvəli: «Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın tətbiqi ilə mövcud problemlərin, o cümlədən baş verən zəhərlənmə halları və daxil olan istehlakçı şikayətlərinə dair məlumat bazasının təhlili nəticəsində bir sıra qida təhlükəsizliyi problemlərinin müəyyənləşdirilərək müvafiq addımların atılması məqsədilə hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir. Bununla əlaqədar, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Belə ki, cari dövr ərzində 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülüb. Nümunələrin sınaq nəticəsinə əsasən, 80 məhsuldan götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib. 6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır. Nəzarət tədbirləri zamanı həmçinin, “Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb. Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilir, həmin məhsulların satış şəbəkələrindən geri çağırılması, məhdudiyyətlərin tətbiqi, inzibati məsuliyyət və digər tədbirlər görülür. Yoxlamaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək. Bununla yanaşı, AQTA istehlakçılara müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda dərhal Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat versinlər. Uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulları və istehsalçıları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz" (Bax:Cədvəl-№1).
Qida Təhlükəsizlik Agentliyiniun fırıldağı üzə çıxdı - Bu da FAKT

Bu isə xəlvətcə məlum şirkətlərin xeyrinə düzəliş edilmiş, lakin ictimaiyyətə əvvəldən, səmimi şəkildə məlumat verilməmiş 2-ci cədvəl(Bax: Cədvəl-№2):
Qida Təhlükəsizlik Agentliyiniun fırıldağı üzə çıxdı - Bu da FAKT

SONDA: AQTA əvvəlki məlumatı ilə adı çəkilən şirkətlərin imicini lazım olan səviyyədə zədələdi. Bəs indi bu anti-reklam və imicə vurulan zərbəni nə ilə kompensasiya edəcəklər??? İstehlakçılar yenədəmi bu yalanlara inanacaq???

«Təzadlar»ın Araşdırma Qrupu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
MN yaralı hərbçilərimiz barədə məlumat yaydı

Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısı qətiyyətlə alınıb, atəş nöqtələri susdurulub və qarşı tərəf xeyli sayda itki verib.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən yaralanmış dörd hərbi qulluqçumuzdan ikisi əraziyə yaxın yerləşən hərbi tibb müəssisəsindən sanitar aviasiya vasitəsilə peşəkar həkimlərimizin ciddi nəzarəti altında ixtisaslaşdırılmış hərbi tibb müəssisəsinə təxliyə olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Koroğlu Residence" yaşayış kompleksində işçilərin həyatı ilə belə oynayırlar - VİDEO


Teref.az saytının redaksiyasına təqdim edilmiş videoda aydın görünür ki, Bakı şəhəri, Nəsimi rayonu Vaqif Prospekti və Azadlıq Prospekti 80 kəsişməsində yerləşən "Koroğlu Residence "-də inşa edilən çoxmərtəbəli binada fəhlələrin təhlükəsizliyi haqqında heç kim fikirləşmir və bu işə heç nəzarət edən belə yoxdur.

Bakı şəhərinin güclü küləklər şəhəri olduğunu nəzərə alsaq belə təhlükəsizlik kəməri və saxlancı olmadan işləməyin nə dərəcədə təhlükəli olduğunu tikintidə işləyənlər bilir!

"Koroğlu Residence " ilə əlaqə saxladıq və özünü baş mühasib Elnur kimi təqdim edən şəxs ölçü götürəcəyini və işçilərə tapşıracağını dedi.

Görək Elnur bəyin tapşırığından sonra vəziyyət düzələcək?

Teref.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Ermənistanın dünənki təxribatından danışdı


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edib.

Dövlət başçısı Ermənistanla Azərbaycan arasında hazırda sülh prosesinin iki istiqamət üzrə həyata keçirildiyini diqqətə çatdırıb. Bu baxımdan Prezident Azərbaycanın Qarabağ iqtisadi regionundan olan erməni sakinlərlə birbaşa təmasların həyata keçirilməsi istiqamətində Bakıda görüşlərin təşkil edilməsinə dair təkliflərlə çıxış etdiyini vurğulayıb və bu xüsusda Azərbaycan tərəfindən xüsusi nümayəndənin təyin edildiyini deyib və onların Bakıya həm reinteqrasiya, həm də müxtəlif infrastruktur layihələrinin müzakirəsi məqsədilə dəvət edildiyini bildirib.

Prezident İlham Əliyev, eyni zamanda, Ermənistanla Azərbaycan arasında ikitərəfli əsasda sülh müqaviləsi üzrə və münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparıldığını diqqətə çatdırıb.

Dövlət başçısı dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti qeyd edərək, bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu bildirib.

Prezident İlham Əliyev Azərbaycanın ATƏT ilə əməkdaşlığına praktiki müstəvidə baxdığını qeyd edib. Dövlət başçısı bu xüsusda transsərhəd çayları üzrə birgə əməkdaşlıq, humanitar minatəmizləmə, yaşıl limanlar, Orta Dəhliz kimi konsepsiyalar üzrə praktiki və praqmatik əməkdaşlıq layihələrinin icra olunması imkanlarına baxılmasının mümkünlüyünü diqqətə çatdırıb.
Görüşdə, həmçinin Azərbaycanla Şimali Makedoniya arasında nəqliyyat, enerji və qarşılıqlı maraq doğuran digər ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Vidadi Nizami oğlu Zalov, Elşad Qabil oğlu Həsənov və Səbuhi Gündüz oğlu Tağıyev şəhid olublar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda daha bir BAHALAŞMA - Sahibkarlar ÇƏTİN DURUMDA

Türkiyədən Naxçıvana mal daşıyan karqolar son 4 ayda ikinci dəfədir ki, qiymətləri qaldırıblar. Son bahalaşmadan sonra müştərilər karqo vasitəsi ilə gətirdikləri malın hər kilosuna 50 faiz artıq pul ödəməli olurlar. Qiymətlərin bahalaşmasına gömrük rüsumlarının qalxmasının səbəb olduğu bildirilir. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a Türkiyədən mal daşıyan sahibkarlar məlumat verib.
Bu ilin əvvəlində Naxçıvan Gömrük Komitəsi ləğv edilib, Azərbaycana birləşdirildikdən dərhal sonra Türkiyədən daşınan hər kilo üçün qiymət 4 manatdan 5 manata qaldırılmışdı. Aprel ayından bəri isə, bu qiymət 8 manat olub. Yəni, komitə ləğv edilib, idarəyə çevrildikdən sonra karqo qiymətləri iki dəfə bahalaşıb.
Yerli sahibkarlar bildirir ki, daşıma qiymətlərinin qalxması bazarlarda da qiyməti bahalaşdırır. Bu isə, iqtisadi vəziyyəti ağır olan əhalinin vəziyyətini daha da pisləşdirir. Sahibkar Nağı Seyranov deyir ki, mart ayında karqo vasitəsi ilə Türkiyədən gətirəcəyi malın hər kilosu üçün 5 manata razılaşıb. Lakin, mal gəlib Naxçıvana çıxana kimi qiymət bahalanıb:
“Kargo yükü gətirir, Naxçıvan Gömrük İdarəsində rüsumu ödəyir və malı bizə təhvil verir. Biz isə, hər kilo üçün pulu rüsumqarışıq karqoya ödəyirik. 10 gün əvvəl Türkiyədən mal vurdum. Qəbzdə 5 dollar yazılmışdı. Zəng etdilər ki, mallar gəlib. Malları təhvil almağa gedəndə dedilər gömrük qiyməti qaldırıb, 8 dollardan ödəməlisən. Onsuz da camaatda pul yoxdu deyə, alver zəifdi. Bundan sonra daha da pis olacaq”.
Digər sahibkar Səfər Muradov deyir ki, bir neçə gün əvvəl İstanbuldan ona ayaqqabı göndəriblər. Malı götürmək üçün getdikdə isə, ona da daşınma qiymətlərinin qalxdığını bildiriblər:
“Əvvəllər ayaqqabının hər kilosu üçün 4 dollar 30 sent alırdılar. Yeni ildə bir dollar bahalaşmışdı. Müştəriləri itirməmək üçün məcbur qalıb həmin qiymətlərlə malı qəbul etdim. İndi yenidən qiyməti 2-3 dollar qaldırıblar. Onlar qiyməti qaldırır, biz isə qaldıra bilmirik. Belə getsə işimizi dayandırmalı olacağıq. Naxçıvan gömrüyü Bakıya tabe olandan sonra, rüsumların endiriləcəyini düşünürdük, lakin əksinə olub. İndi, lap dərimizi soyurlar“.
Naxçıvan Gömrük İdarəsindən sahibkarların şikayətlərinə münasibət bildirmək istəmədilər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda daha bir institut əməkdaşlarından ETİRAZ: - “Tədqiqat bazaları tamamilə dağıdılıb”

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutun əməkdaşları narazıdırlar.

DİA.AZ bildirir ki, bu barədə əməkdaşlar Oxu.Az-ın redaksiyasına müraciət ünvanlayıblar.
Onların sözlərinə görə, “Dendrologiya Bağı” publik hüquqi şəxs statusunu aldıqdan sonra bir sıra problemlə üzləşiblər:

“Ərazidə təmir-tikinti adı ilə institutun bütün elmi-təşkilati və təcrübə-tədqiqat bazaları tamamilə dağıdılıb və talan edilib. Təmir işlərini aparanlar institutun elmi laboratoriyalarının bazasında olan tədqiqat avadanlıqlarının əlimizdən alınacağına dair hədə-qorxular irəli sürülür. Avadanlıqlar əlimizdən alınırsa, biz necə tədqiqat işləri apara bilərik?
Vəziyyət o yerə gəlib çatıb ki, institutda illər boyu elmi fəaliyyətlə məşğul olan görkəmli elmi əməkdaşları təhdid edilir. Bütün elmi tədqiqat avadanlıqlarının əlimizdən alınacağı, institutu bağlatdıracaqları ilə bağlı məlumatlar verilir”.

Qeyd edək ki, zəngin tarixə malik Dendrologiya İnstitutu 1924-1926-ci illərdə akademik Nikolay İvanoviç Vavilovun təşəbbüsü ilə Ümumittifaq Təcrübi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya filialının tərkibində yaradılıb.

1966-1996-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun strukturuna daxil olub. 1996-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin və Biologiya Elmlər bölməsinin qərarı ilə Mərdəkan Dendrarisi, Biologiya və Tibb Elmləri Bölməsinə tabe edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2014-cü il tarixli, 104 saylı qərarına əsasən, Mərdəkan Dendrarisinə AMEA-nın Dendrologiya İnstitutu hüquqi statusu verilib.
Əməkdaşlar qeyd ediblər ki, Dendrologiya İnstitutunun əsas fəaliyyət istiqaməti respublika ərazisində biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, ağac və kol bitkilərinin Abşeron şəraitində öyrənilməsi, introduksiyası, qorunması və biomüxtəlifliyinin artırılması istiqamətində tədqiqat işlərinin aparılmasıdır:

“İnstitutun müasir avadanlıqlarla təchiz edilmiş səkkiz laboratoriyasının əməkdaşları tərəfindən, Böyük Qafqaz və Kiçik Qafqaz ərazilərində monitorinqlər aparılır, Azərbaycan dendroflorasının müasir vəziyyəti öyrənilir, işğaldan azad olunmuş ərazilərdə tədqiqat işlərinin aparılması üçün müxtəlif mövzular üzrə mərhələlər hazırlanır, ekosistemin bərpası, bitkilərin ekoloji-coğrafi təhlili, iqlim dəyişkənliyinin və antropogen amillərin təsiri nəticəsində bitkilərin areallarının dəyişmə səbəbləri araşdırılır.

Dendrologiya İnstitutu tərəfindən Bakı şəhəri və onun ətraf qəsəbələrinin yaşıllaşdırılması və landşaft arxitekturasının qorunub saxlanılması ilə bağlı qiymətli tövsiyələr verilib. Dendrologiya İnstitutunda Azərbaycanın təbii florası üzrə elmi tədqiqat işlərinin yerinə yetirilməsində əldə olunmuş nailiyyətlərlə bərabər, gələcək fəaliyyətində, elmi tədqiqat işlərinin davam etdirilməsi üçün institutun balansında olan əmlakın və eyni zamanda, tədqiqat işləri üçün laboratoriya avadanlıqlarının institutun öz balansında qalmasına və digər münasibətlərin hüquqi tənzimlənməsinə yardım göstərilməsinə ciddi ehtiyac vardır. Biz sıxışdırılmaq əvəzinə yerlə təmin olunmaq istəyirik”.
Dendrologiya İnstitutunda MDB ölkələri Beynəlxalq Botanika Bağları Cəmiyyətinin III Qurultayı və altı Beynəlxalq elmi konfrans (2006, 2010, 2013, 2015, 2017, 2022) keçirilib. Hazırda Dendrologiya İnstitutu 30-a yaxın nüfuzlu Beynəlxalq Elmi Cəmiyyətlərlə, elmi-tədqiqat institutları və ali təhsil ocaqları ilə imzalanmış elmi-texniki əməkdaşlıq müqavilələri əsasında birgə elmi-tədqiqat işlərini davam etdirir. Dünyanın müxtəlif botanika bağları və institutları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində toxum mübadiləsi edilir, flora zənginliyi artırılır.

Qeyd edək ki, ötən il institut Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Daha sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 yanvar 2022-ci il tarixli 5 nömrəli qərarına əsasən “Dendrologiya Bağı” publik hüquqi şəxs statusu alıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mərkəzi Nəbatat Bağında aparılan təmir işləri nəticəsində Botanika İnstitutunun yerləşdiyi binanın söküləcəyi bildirilmişdi. Əməkdaşları narahatdırlar ki, illərlə qurudulub saxlanılan herbari fondu məhv olacaq.
Azərbaycanda daha bir institut əməkdaşlarından ETİRAZ: - “Tədqiqat bazaları tamamilə dağıdılıb”
Azərbaycanda daha bir institut əməkdaşlarından ETİRAZ: - “Tədqiqat bazaları tamamilə dağıdılıb”
Azərbaycanda daha bir institut əməkdaşlarından ETİRAZ: - “Tədqiqat bazaları tamamilə dağıdılıb”

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO