[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
22-ci günün duası - İmsak və iftar vaxtı


Sabah Ramazan ayının 22-ci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 13-də imsak vaxtı saat 04:36-də, iftar vaxtı isə 19:31-dədir.

İmsak duası:

“Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də-vətil-muztərrin!”

Tərcüməsi:

“İlahi, bu gün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün sənin razılığına bais olan işlərdə məni müvəffəq et, məni behiştin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını qəbul edən Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul eləsin!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyalı politoloq: “Azərbaycan sərt şəkildə cavab verməlidir” - VİDEO


44 günlük Vətən müharibəsində acı məğlubiyyətə uğrayan, ordusu darmadağın olan təcavüzkar Ermənistanın yenidən sərhəd təxribatlarına əl atması Azərbaycanda əsəbləri tarıma çəkib.

Ermənistan silahlı qüvvələrinin son insidentini Baku TV-yə şərh edən rusiyalı politoloq İqor Korotçenko bildirib ki, bu İrəvanın Avropa İttifaqının monitorinq missiyası adı altında həyata keçirdiyi silahlı təxribatlar siyasətinin davamıdır və bütün bunlar öncədən planlaşdırılıb.

O qeyd edib ki, Azərbaycan sərt şəkildə cavab verməlidir.
Daha ətraflı süjetdə:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azər Rəcəbova ağır cəza verildi


Şəmkir Regional Mədəniyyət İdarəsinin keçmiş rəisi Azər Rəcəbova hökm oxunub.

AzadMedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Azər Rəcəbov 10 il 6 ay, həmin dövrdə mütəxəssis kimi çalışan Ələkbər Əliyev 3 il 6 ay və məsləhətçi kimi işləyən Seymur Səfərov isə şərti olmaqla iki il azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Azər Rəcəbov, Ələkbər Əliyev və Seymur Səfərova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə, barələrində ötən ilin iyununda məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Caliber”: Sərhədboyu toqquşmada kim maraqlıdır? – VİDEO


Ermənistan tərəfi mümkün nəticələri öncədən anlayaraq qəsdən vəziyyəti gərginləşdirir.

Bu barədə “Caliber”in “YouTube” kanalındakı videomaterialında bildirilir.

“Ermənistan rəhbərliyinin sıravi erməniləri şübhəli məqsədlər uğrunda qurban verməyə hazır olması bizi artıq çoxdandır təəccübləndirmir. Yaxın tarixdə çoxsaylı belə nümunələr var. Bəs görəsən, bu dəfə bilərəkdən vəziyyəti gərginləşdirənlərin hədəfi nə idi?”, - süjetdə sual olunur.
Daha ətraflı “Caliber”in videomaterialında:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Togg” Özbəkistan Prezidentinə təqdim olundu - Video


Türkiyənin ilk yerli elektrik avtomobili olan “Togg” Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim olunub.

Avtomobili Özbəkistan Prezidentinə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank təqdim edib.

Xatırladaq ki, “Togg” bundan öncə Türkiyə və Azərbaycan prezidentlərinə təqdim edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bakı Zooparkı” heyvanlara 840 min manatlıq yem alır


Bakı şəhər Heyvanat Parkı (“Bakı Zooparkı”) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “NAR GROUP SUPPLY” MMC (VÖEN – 1406131061) olub.

“Bakı Zooparkı” “NAR GROUP SUPPLY” şirkətindən heyvanlar və sair canlılar üçün illik rasion üzrə yemlər və qidalar satın alacaq. Alınacaq yemlərin qarşılığında “NAR GROUP SUPPLY” şirkətinə 839 min 959 manat 1 qəpik ödəniləcək.
Onu da bildirək ki, “Bakı Zooparkı” ümumilikdə 77 adda yem və qida alacaq. Bunların arasında diri formada 10 min birgünlük siçan, 1000-dən çox diri dovşan, 18 kiloqram diri tarakan, 7 mindən çox diri bildirçin, 250 kiloqram qoz, 17 minə yaxın yumurta da olacaq.

Qeyd edək ki, “NAR GROUP SUPPLY” MMC ötən ilin sentyabr ayının 12-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC barəsində açıq internet resurslarda heçbir məlumat yoxdur. Şirkətin daha əvvəl bu sahədə hansı təcrübəsinin olduğu barədə məlumat əldə etmək mümkün deyil.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daha bir korrupsiya qoxulu layihə


“2022-ci ilin noyabrın 21-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC “Suryapı AZ” MMC və “Sur Yapı Endüstri Sanayi və Ticarət Anonim şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi” ilə “Yengicə su anbarının tikintisi”nə dair müqavilə imzalandı”.

Arqument.az xəbər verir ki, bunu iqtisadçı Toğrul Maşallı bildirib.

O qeyd edib ki, müqavilənin dəyəri 53 milyon 997 min 131,1 AZN təşkil edib: “Müqavilənin bitmə tarixi isə 2025-ci ilin 30 iyunu göstərilib”.

2023-cü ilin aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Yengicə su anbarının tikintisi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Qəbələ rayonunda Yengicə su anbarının tikilməsi qərara alınıb.

Dövlət Su Ehtiyatları Agentliyinə Yengicə su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini təmin edilməsi tapşırığı verilib.

“Sual: o zaman 2022-ci ilin noyabrın 21-də imzalanmış müqavilə nə idi?”, – deyə ekspert bildirib.

Arqument.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
95 milyon manat büdcə vəsaiti dövlət siyasətinə uyğunsuz xərclənib - RƏSMİ İTTİHAM


Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) fermer (yəni, kənd təsərrüfatı məhsullarının istehsalçısı) kimi qeydiyyatda olmayan 2020-ci ildə 510 sayda, 2021-ci ildə 2049 sayda rezident hüquqi və ya fiziki şəxsə texnikaların və avadanlıqların alışı üzrə 40% güzəşt maliyyə təminatı qismində verilib.

DİA.AZ Hesablama Palatasına istinadən xəbər verir ki, ümumilikdə bu məqsədlə 95 milyon 6,4 min manat məbləğində vəsait (həmin güzəşt üzrə xərclənmiş ümumi vəsaitin 65,7%-i) verilib ki, bu da vergi güzəştləri və azadolmalarının tətbiqi üzrə dövlət siyasəti ilə uyğunsuzluqlar yaradıb.

Qeyd edək ki, texnikaların(kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların, suvarma sistemləri dəstinin və avadanlıqların) 40%-lik güzəşt hissəsinin maliyyələşdirilməsi ilə reallaşdırılan alışı prosesində daxili nəzarətin malların bir vergi ödəyicisindən digərinə hərəkətini təsdiqləyən elektron qaimə-fakturalar üzərindən həyata keçirilməməsi dövlət büdcəsindən ayrılan həmin vəsaitlərin təyinatı üzrə xərclənməsi vəziyyətinin müəyyənləşdirilməsini mümkünsüz edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İnam Kərimovdan sonra KTN TƏFTİŞ OLUNUR... - NƏ BAŞ VERİR?

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyində(AXA) Hesablama Palatasının 7-8 nəfərdən ibarət ən peşəkar təftişçilərinin yoxlama apardığı barədə məlumat vermişdik.

Yoxlamanın fevral ayının 6-dan başladığını aprel ayını da əhatə edəcəyini,təftiş olunan sahələrə dair hər hansı güzəştin edilməyəcəyi ehtimalını vurğulamışdıq.

Hazırda Faktinfo.az saytını məlumatlandıran mənbə bildirir ki,Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yoxlama qrupu KTN-ə tabeli qrum "Aqroservis"ASC-də mart ayının sonundan yoxlamalara başlayıb.Yoxlama qrupunun ilkin olaraq gübrə şöbəsini yoxladığı,hazırda isə mühasibatlıq və digər istiqamətləri təftiş etdikləri qeyd edilir. //Faktinfo.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
3 saylı uşaq evində daha bir qalmaqal: Gülcan Nağıyeva işdən çıxarıldı


Xətai rayonunda yerləşən 3 saylı uşaq evi haqqında qalmaqal səngimək bilmir.

AZXEBER.COM xəbər verir ki, uşaq evində tərbiyəçi köməkçisi çalışan və uşaq evindən videolar paylaşan, oradakı şəraitə etiraz edən Gülcan Nağıyeva işdən azad olunub.
3 saylı uşaq evində daha bir qalmaqal: Gülcan Nağıyeva işdən çıxarıldı

Bu haqda AZXEBER.COM-a onun özü məlumat verib.

Gülcan Nağıyeva dünən işdən çıxarıldığını bildirib:

"Mən 3 saylı uşaq evində tərbiyəçi köməkçisi vəzifəsində çalışırdım. Uşaqların haqqını tələb etdiyim üçün işdən azad etdilər. Mən özüm də uşaq evində böyümüşəm, ona görə də daim uşaqların haqqını tələb etmişəm. İndi mən 3 uşaq anası və ən əsası əsgər anası olaraq işsiz qalmışam".

O, işdən azad olmağına səbəb kimi oradan yaydığı videoları göstərib:

"Tam əminliklə deyə bilərəm ki, işdən azad olunmağıma səbəb uşaq evindən çəkib paylaşdığım videolardır. Həmin videolarda uşaqlara olan qulluq, onların necə qidalandığı haqda məlumat vermişəm. Mən özüm də uşaq evində böyümüşəm. Hazırda orada olan uşaqların haqqını tələb etdiyim üçün işdən azad olunmuşam".

Dünən Uşaq Evinin direktoru 73 yaşlı Məhbubə xanım məni çağırıb əmək kitabçamı təqdim etdi. Əmək Müqaviləsinin 70 Ç yarımbəndinə əsaslanaraq işimə xitam verildi. Dünən əmək kitabçam mənə verilərkən irəli sürülən ittihamların sübut olunmasını istədim. Uşaq evinin hər tərəfi kamera olduğu üçün etdiyim "yalnışlığın" sübut olunması çox asan idi. Ancaq mənə heç bir şey deyilmədi, sadəcə belə qərara gəlindiyi bildirildi. Bu çox ədalətsizlikdir. Necə olur 73 yaşlı qadın bu gün işləyir, ancaq uşaqların hüququnu tələb edən 41 yaşlı tərbiyəçi haqqı tələb etdiyi üçün işdən azad olunur. Mən ölənə qədər uşaqların haqqının tapdalanmasna razı olmayacağam.

Gülcan xanım bundan öncə də işdən azad olunduğunu bildirib: "Məhbubə xanım bundan öncə də uşaqlara şiddət tətbiq etdiyimi bildirərək məni işdən azad etmişdi. Ancaq şikayətimdən 6 ay sonra yenidən işimə bərpa olunmuşdum. İndi də sonuna qədər haqqımı tələb edəcəm".
3 saylı uşaq evində daha bir qalmaqal: Gülcan Nağıyeva işdən çıxarıldı

3 saylı uşaq evinin direktoru Məhbubə Hüseynova AZXEBER.COM-a açıqlamasında Gülcan Nağıyevanın işdən azad olunmasında onun çəkdiyi videolarla heç bir əlaqənin olmadığını bildirib:

"Kollektiv ondan narazı idi. Uşaq evinə Ombudsman aparatından yoxlama gəlib. Bütün tərbiyəçiləri tək-tək yoxlayıblar. Uşaqlarla aparılan söhbətlərdə uşaqlar ondan şikayət edib, döydüyünü bildiriblər. Onun çəkdiyi videolar boş şeydi. Biz onu saya da almırıq. İndi bütün dünya o işlə məşğuldur".

Məhbubə xanım Gülcan Nağıyevaya başqa iş də təklif etdiyini bildirib:

"Mən Gülcanı çağırıb onu başqa işlə təmin etməyi təklif etdim. Mühasiblik kursunu bitirib işə başlamağını təklif etdim. Ancaq o, əvvəlcə fikirləşəcəyini desə də, sonradan razılaşmadı.

Gülcan xanımın yenidən uşaq evinə qayıda bilməyəcəyini deyən Məhbubə xanım bu qərarın yekun olduğunu bildirib:

"O, yenidən uşaq evindəki işinə qayıda bilməz. Həmkarlar İttifaqı tərəfindən çağırılan iclasda o, tutduğu vəzifədən azad olunub. Gülcan Nağıyeva işdən Həmkarlar ittifaqının yekun qərarına və 45 nəfərin rəyinə əsasən işdən azad olunub".

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU