[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hesablama Palatası: Gəncə Regional Mədəniyyət İdarəsində 62 ştat vahidinin artıq saxlanılması aşkar olunub

Hesablama Palatası Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsində (RMİ) kənar dövlət maliyyə nəzarəti tədbiri keçirib.

Nəticələr Hesablama Palatasının “Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən dövlət vəsaitlərinin və dövlət əmlakının idarə olunmasının auditinin nəticələri haqqında” məlumatında qeyd olunub.

Bildirilib ki, Hesablama Palatasının 2022-ci ilin İş planına əsasən, Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsində keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbiri İdarənin 2020-2021-ci illərdə və 2022-ci ilin 6 ayı ərzində fəaliyyətini əhatə edib.

Nəzarət tədbiri ilə İdarənin əhatəsində olan 180 kitabxana, 106 mədəniyyət evi və klub, 15 muzey və 22 musiqi məktəbinin fəaliyyətinin təmin edilməsi məqsədilə büdcədənkənar fəaliyyətdən daxilolmalar da nəzərdə alınmaqla, ümumilikdə icra olunmuş 55 milyon 110 min 500 manat məbləğində vəsait əhatə olunub.

İdarə və əhatəsində olan mədəniyyət və incəsənət müəssisələrində ümumilikdə 2020-ci ildə 2777, 2021-ci ildə 2773,5 və 2022-ci ilin 6 ayı üzrə 2683 ştat vahidi fəaliyyət göstərmiş, auditin əhatə etdiyi dövrdə həmin əməkdaşların əməyinin ödənilməsinə istifadə edilmiş vəsaitin 96%-i yönəldilib.

Audit nəticəsində aşağıdakılar müəyyən edilib:

- Proqnozlaşdırma prosesinə əsaslı yanaşılmaması və təsiredici amillərin diqqətə alınmaması 2020-2021-ci illərdə pandemiya şəraitinin təsiri də nəzərə almaqla bir sıra xərclərin aşağı səviyyəli icra davranışına malik olduğunu göstərir. Aşağı icra davranışı nümayiş etdirən xərclərin əsas hissəsi kommunal, rabitə və poçt xidmətləri ilə bağlı olub ki, həmin istiqamətlər üzrə tələbatlara təsir edən faktorlar proqnozlaşdırılandır. Tikinti və avadanlıqların cari təmiri ilə bağlı xərclərdən isə hər iki ildə, demək olar ki, vəsait istifadə edilməyib;

- Büdcədənkənar fəaliyyətdən gəlirlərin formalaşması ilə bağlı tədbirlərin məhdud istiqamətlər və qurumlar üzrə həyata keçirilməsi, ümumilikdə auditin əhatə etdiyi dövrdə bu sahədə potensialın istifadəsi ilə bağlı fəaliyyətin tam və düzgün təşkil olunmaması İdarənin fəaliyyət çərçivəsində olan 323 mədəniyyət və incəsənət müəssisəsinin yalnız 8-dən cəmi 10,4 min vəsaitin daxil olması ilə nəticələnib;

- Əmlakla bağlı hesabatlılığın təmin olunması fonunda ondan istifadə prosesində əlavə gəlir əldə etmək potensialı reallaşdırılmayıb. Belə ki, İdarənin əhatəsində olan qurum tərəfindən düzgün olmayaraq dövlət əmlakının bir hissəsi ictimai birliyə istifadəyə verilib, həmin birlik tərəfindən bu sahə kommersiya məqsədi ilə istifadə edilsə də, əmlakdan istifadə ilə bağlı icarə müqaviləsi bağlanmayıb və icarə haqqı tutulmayıb.

Həmçinin qeyd olunub ki, maliyyə intizamına tam əməl olunmaması bəzi hallarda ayrılmış vəsaitlərin İdarə tərəfindən təyinatı üzrə istifadə edilməməsi ilə nəticələnib.

“Eləcə də idarənin tabeliyindəki 2 uşaq musiqi məktəbinə 7 ədəd elektron lövhə əvəzsiz verilərək sinif otaqlarında quraşdırılsa da, auditin başa çatdığı dövrədək lövhələrdən istifadə ilə bağlı bacarıqların aşılanmaması ümumilikdə 45,3 min manat dəyərində dövlət əmlakının istifadəsiz saxlanmasına səbəb olub, bununla da həmin avadanlıqların tədris prosesində tətbiqi yolu ilə tədris keyfiyyətinin yüksəldilməsi imkanlarından istifadə edilməyib.

Əməyin ödənilməsi ilə bağlı vəsaitlərin istifadəsinin düzgünlüyünün yoxlanılması ilə Vahid Tarif-İxtisas Sorğu Kitabçaları ilə müəyyən edilmiş tarif dərəcələri və ixtisas tələblərinə əməl olunmayaraq tarif dərəcələrinin bəzi hallarda yuxarı, bir sıra hallarda isə aşağı müəyyənləşdirilməsi hallarına yol verildiyi aşkar edilib, həmin hallar əməyin müvafiq olaraq 18,3 min manat artıq və 277,8 min manat əskik ödənilməsi ilə nəticələnib.

Tədris planlarında əks olunmuş normalara riayət edilmə vəziyyətinin araşdırılması bəzi hallarda əvvəlki dərs ilinin son aylarında qruplarda yeni şagirdlərin adının qeyd olunduğunu, bir sıra hallarda isə bunun yeni dərs ilinin əvvəlində həyata keçirilməklə qruplar formalaşdırıldıqdan qısa müddət sonra həmin uşaqların adının siyahıdan çıxarıldığını göstərib. Beləliklə də, göstərilən səbəblər 2019/2020-ci tədris ilində artırılmış 56 saat üzrə 15,5 min manat, 2020/2021-ci tədris ilində artırılmış 340 saat hesabına 132,6 min manat vəsaitin ödənilməsinə şərait yaradıb, 2021/2022-ci tədris ilinin auditin əhatə müddətinə düşən dövrü üçün bu göstəricilər müvafiq olaraq 166 saat və 58,3 min manat təşkil edib.

İdarə tərəfindən Əsasnamə ilə müəyyən edilmiş hüquqların tam reallaşdırılmaması, ştat vahidləri və vəzifələrə dair hüquqi aktların tələblərinə əməl olunmaması, ümumilikdə bu sahədə nəzarət fəaliyyətinin təşkil edilməməsi kitabxana sistemləri və mədəniyyət evləri üzrə auditlə əhatə olunmuş hər dövr üzrə 62 ştat vahidinin artıq saxlanılması, bu əməkdaşlara ümumilikdə 608,4 min manat məbləğində vəsait ödənilməsi ilə nəticələnib.

İdarənin tabeliyindəki müəssisələrdə ali və ya orta ixtisas tələb olunan vəzifələrdə hüquqi aktların tələblərinə uyğun olmayaraq Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onun filiallarında 77 vahid, muzey və muzey tipli müəssisələrdə 5 vahid, mədəniyyət evləri və klublarda 137 vahid orta təhsilli şəxslərin işlədiyi müəyyən edilib, həmin işçilərin tələb olunan ixtisas göstəricilərinə malik əməkdaşlarla əvəzlənməsi ilə bağlı fəaliyyət həyata keçirilməyib.

“Ştatda olan işçilərin əməkhaqqı” paraqrafında 2020-ci illə müqayisədə 2021-ci ildə 653,5 min manat məbləğində azalmanın səbəbləri ilə bağlı toplanmış audit sübutları ilə həmin vəsaitin bir hissəsinin artıq ödənilmiş əməkhaqqı ilə bağlı olması ilə yanaşı, 447,1 min manatının 2020-ci ildə adları işdə olan, lakin 2021-ci ildə işdən azad edilmiş 87 nəfər işçinin əməkhaqqı və əməkhaqlarına üstəlik xərclərindən ibarət olduğu müəyyən edilib. 2021-ci ildə İdarədə 188 nəfər işdən azad edilib, 101 nəfər isə işə qəbul olunub. 87 ştat vahidi üzrə əməkdaşların eyni gündə işdən azad edildiyini və həmin vahidlər üzrə işə əməkdaşın götürülmədiyini, eləcə də bu ştat vahidlərinin bir hissəsinin artıq ştatlardan ibarət olduğunu diqqətə almaqla, həmin əməkdaşların faktiki olaraq çalışmama riskinin mövcud olduğunu qeyd etmək olar.

İdarə tərəfindən dövlət satınalmalarını tənzimləyən hüquqi aktların dövlət satınalmalarının planlaşdırılması müddətləri ilə bağlı tələblərinə əməl olunsa da, icra prosesində tərtib edilmiş planlara riayət olunmayıb, bəzi satınalmalar vaxtında icra edilməyib, planlaşdırılmış bir neçə satınalma həyata keçirilməyib və əksinə, nəzərdə tutulmamış satınalmalar icra edilib.

Satınalınacaq mallara (işlərə və xidmətlərə) dair tələbin müəyyənləşdirilməməsi ilə yanaşı, ehtimal olunan qiymətlərin hesablanmaması və ya bu qiymətlərin formal xarakter daşıması bir sıra hallarda daha yüksək qiymətlərin tətbiqinə şərait yaratmaqla, dövlət vəsaitinin 64,4 min manat artıq istifadəsi ilə nəticələnib. Bir sıra hallarda ehtimal olunan qiymət və bağlanmış müqavilələrin dəyəri nəzərdə tutulmuş vəsaitin məbləğindən də çox olmuş, bəzi hallarda isə ehtimal olunan qiymətlə tender təklifi və müqavilə məbləği eynilik təşkil edib. Qeyd olunanlar İdarə tərəfindən satınalmalarda ehtimal olunan qiymətin hesablanmasına əsaslı yanaşılmadığını, ümumiyyətlə bu qiymətlərin formal xarakter daşıdığını, eləcə də dövlət vəsaitlərinin istifadəsi prosesində sövdələşmə risklərinin mövcud olmasını vurğulamaq imkanı verir.

Maliyyə hesabatlarının məzmununun hüquqi aktların tələb etdiyi formaya uyğun olmaması hesabatlılığın təmin edilməsində riskləri formalaşdırıb, aktivlərin silinməsi ilə bağlı tələblərə riayət edilməməsi bəzi hallarda bu aktivlərin təsdiqedici sənədlər olmadan, eləcə də istifadə müddəti başa çatmadan silinməsi ilə nəticələnib. Kreditor və debitor borcların uçotu düzgün qurulmamış, ümumiyyətlə, maliyyə hesabatlarında öz əksini tapan debitor və kreditor borclar xəzinə üzləşmə aktlarında öz əksini tapmayıb”.APA
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“LANDAU School” illik qiymətləri artırdı: Valideyinlər narazılıq edir!


Bakıda "LANDAU School”da təhsil haqqının 2023-2024-ci təhsil ili üçün artırılması ciddi narazılığa səbəb olub.

Valideynlər bu qərarla razılaşmayıb və məktəb rəhbərliyinə narazılıqlarını bildiriblər. Onlar qiymətlər endirilməyəcəyi halda övladlarını başqa məktəblərə aparacaqlarını deyiblər.

"LANDAU School”un İdarə Heyəti valideynlərin narazılığını başqa bir yolla həll etməyə çalışsa da, bu da onları qane etməyib. İdarə Heyəti tərəfindən qərar verilib ki, əvvəllər hər sinifdə 18 şagird təhsil alırdısa, onların sayı 20-21 nəfərə yüksəldilsin. Rəhbərlik şagird sayını artırmaqla təhsil haqqını müəyyən qədər aşağı salmağı planlaşdırır.

Bundan başqa qərar verilib ki, 2024-2025-ci tədris ili üçün təhsil haqqı artımı olarsa, hazırkı şagirdlər üçün maksimum 500 AZN-ə qədər olacaq. Bu bənd müqavilənin əlavəsində də qeyd ediləcək.

Hazırkı təhsil ilində təhsil haqqları 1-4 siniflər üçün 7300 (hissəli ödəniş 7600 manat), 5-11 siniflər üçün 8800 (hissəli ödəniş 9200 manat) olub.

Dəyişikliklərdən sonra 2023-2024-cü tədris ili üçün birdəfəlik təhsil haqqı ödənişi aşağıdakı kimi təyin edilib:

1-4-cü siniflər 8,000 AZN (hissəli ödəniş olduqda 8,400 AZN)
5-7 siniflər 9,300 AZN (hissəli ödəniş olduqda 9,700 AZN)
8-9 siniflər 9,900 AZN (hissəli ödəniş olduqda 10,400 AZN)
10-11 siniflər 10,000 AZN (hissəli ödəniş olduqda 10,500 AZN)
10-11 siniflər xüsusi ixtisaslar üzrə 12,500 AZN (hissəli ödəniş olduqda 13,000 AZN)

Valideynlər ən çox hissəli ödənişlərə üstünlük verdiyindən 1-4 siniflər üçün 1100 manat, 5-7-ci siniflər üçün 900 manat, 8-9 siniflər üçün 1100 manat, 10-11 siniflər üçün 1700-3100 manat arası qiymət artımı qeydə alınıb.

"LANDAU School” İdarə Heyəti təhsil haqqlarının artırılmasına səbəb kimi ölkədə baş verən qiymət artımını əsas gətirib.

Məsələ ilə bağlı "LANDAU School”un da mövqeyini dərc etməyə hazırıq.Qaynarinfo
“LANDAU School” illik qiymətləri artırdı: Valideyinlər narazılıq edir!
“LANDAU School” illik qiymətləri artırdı: Valideyinlər narazılıq edir!
“LANDAU School” illik qiymətləri artırdı: Valideyinlər narazılıq edir!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Avtoklimat" MMC gömrük qaydalarını pozub


"Avtoklimat" MMC-yə gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib edilib.

DİA.AZ FED.az-a istinadla xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddasinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 70 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İşə Bakı Şəhər Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın icraatındadır.

Məhkəmə ilə əlaqəli baxış iclası 26.04.2023, saat 15:30-a təyin edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Neftçilərin PULUNU KİM KƏSİR? - Qanunla CƏZASI VAR, amma...

"SOCAR Nəqliyyat idarəsində çalışan işçilər hələ də mart ayının əməkhaqqısını almayıblar". Bunu DİA.AZ-a açıqlamasında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, sözügedən məsələ ilə bağlı ona işçilərin özləri tərəfindən şikayət olunub.

"Bu halda İdarə rəhbərliyi tərəfindən Əmək Məcəlləsinin aşağıda qeyd olunmuş maddələrini pozulmuş olur" deyən M.Qəhrəmanlı qanundan sitat gətirib:

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində aşkar şəkildə deyilir ki, (maddə 172.5.) əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

Məcəllənin 178. 1.-ci maddəssində isə nəzərdə tutulur ki, işçiyə aylıq əməkhaqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir".

Məsələ diqqətimizdədir. Bütün əlaqədar şəxs və qurumları dia.az olaraq dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Deyirlər ki, yeni “Porsche” almasan, səni həbsə göndərəcəyəm” - Araz Ağalarov NARAZILIQ EDİR


Ötən ilin dekabrında Bakının Babək prospektində yol qəzası törədən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Araz Ağalarov hadisədən sonra ona açılmış cinayət işinin maddəsindən narazıdır.

DİA.AZ-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən A.Ağalarov bildirib ki, törədilən yol-nəqliyyat hadisəsinə görə Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozma) maddəsi ilə iş başlanılmalı olsa da, ona 186-cı (Əmlakı qəsdən məhvetmə) maddə ilə cinayət işi açılıb.

O, hadisə ilə bağlı ekspertiza rəyinin saxtalaşdırıldığını da iddia edir: “17 dekabr 2022-ci il tarixdə Babək prospektində idarə etdiyim “Mercedes” markalı avtomobillə ehtiyatsızlıqdan Dilsuz Məmmədova məxsus “Porsche Cayenne” markalı avtomobili vurdum. Etiraf edirəm ki, hadisə mənim günahım ucbatından baş verib. Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsində araşdırma başladı. Qarşı tərəf iddia edir ki, guya onun maşınının arxası ilə sürüb qəsdən avtomobilini vurmuşam. Halbuki həmin zaman başqa yolla getmək imkanım yox idi. Üstəlik, maşına dəymiş ziyanla bağlı ekspert tərəfindən fantastik qiymət qoyulub. Maşının arxa hissəsi əzilib. Görüntülərdən də məlum olur ki, “Porsche Cayenne”ə maksimum 30 min manat ziyan dəyib. Lakin ekspertə 220 min manat ziyan yazdırıblar. Mənə də açıq şəkildə deyirlər ki, yeni avtomobil almasan, səni həbsə göndərəcəyəm”.
“Deyirlər ki, yeni “Porsche” almasan, səni həbsə göndərəcəyəm” - Araz Ağalarov NARAZILIQ EDİR

Fotoda: D.Məmmədova məxsus "Porsche" markalı avtomobil

Şikayətçinin sözlərinə görə, avtomobilini vurduğu şəxs tanınmış iş adamıdır və əlaqələrindən istifadə edərək onun barəsindəki işin birtərəfli aparılmasına çalışır: “Maşınını vurduğum Dilsuz Məmmədovun Bakıda “Günəş” hamamı, “Labirint” klub-restoranı və s. obyektləri var. Ora varlı, vəzifəli şəxslər gəlir. Dilsuz Məmmədov da əlaqələrindən istifadə edib məni həbs etdirmək istəyir. Həmçinin barəmdəki işi yol-nəqliyyat hadisəsi kimi deyil, əmlakı qəsdən məhvetmə kimi qələmə verir. Mən ehtiyatsızlıqdan qarşı tərəfə zərər vurmuşam. Baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə Nizami Rayon Polis İdarəsində izahatım alınıb. Hadisəni qəsdən törətməmişəm, hər şey ani ehtiyatsızlıq nəticəsində baş verib. Maşının Dilsuz Məmmədova aid olduğunu çox sonra öyrənmişəm. Dostumla birgə evə gedərkən anidən qəza oldu, əyləci sıxsam da, işləmədi və avtomobilim onun avtomobilinə çırpıldı. Hadisə nəticəsində əslində mən özüm ağır xəsarət alsam da, ekspert rəyi saxtalaşdırılaraq guya mənim yüngül, qarşı tərəfin isə ağır xəsarət alması qeyd edilib. Bütün sübutlar açıq-aşkar göstərir ki, hadisə ehtiyatsızlıqdan baş verib. Lakin indi Dilsuz Məmmədov məni həbslə hədələyərək ona yeni avtomobil almalı olduğumu deyir”.
“Deyirlər ki, yeni “Porsche” almasan, səni həbsə göndərəcəyəm” - Araz Ağalarov NARAZILIQ EDİR

Fotoda: Şikayətçi A.Ağalarova məxsus "Mercedes GL 500" markalı avtomobil

A.Ağalarov bildirib ki, iş əvvəlcə Nizami Rayon Polis İdarəsində araşdırılsa da, sonradan Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib. O, baş vermiş hadisəyə obyektiv hüquqi qiymətin veriməsi ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini də əlavə edib: “Düşünürəm ki, işin Bakı Baş Polis İdarəsi tərəfindən araşdırılması birbaşa olaraq hüquqlarımın kobud şəkildə pozulması ilə nəticələnəcək. Bu isə barəmdə qanunsuz və ədalətsiz qərarın qəbul edilməsinə şərait yaradacaq. Bu qəbildən olan işlərdə ekspert rəyi mühüm əhəmiyyətə malikdir. Ekspert rəyinin qanunsuz olmağı işin obyektiv, tam, hərtərəfli araşdıılmasına maneə törətməklə yanaşı, gələcəkdə məhkəmə müstəvisində də qanunsuz hökmün çıxarılmasına şərait yaradacaq”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirdi ki, aparılan araşdırmalar ekspertiza rəyinə əsaslanır: “Araşdırmalarla müəyyən edilib ki, 17.12.2022-ci il tarixində A.Ağalarov idarə etdiyi “Mercedes” markalı maşınla aralarında pul borcu üstündə yaranan mübahisə zəminində Dilsuz Məmmədovun Nizami rayonu, Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində işıqforun qırmızı işığında dayanan “Porsche” markalı avtomobilinin arxa hissəsindən qərəzli olaraq çırpıb, əmlakı qəsdən zədələməklə zərərçəkən şəxsə külli miqdarda ziyan vurub.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 186.2.1 (özgənin əmlakını qəsdən zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədikdə) maddəsi ilə cinayət işi başlanılıb hazırda ibtidai istintaq davam etdirilir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göygöldəki müəllimin uğursuz müqayisəsi... BAŞINA BƏLA OLDU - TƏFƏRRÜAT

DİA.AZ bildirir ki, Göygöldəki oxucularımızdan Moderator.az-a bir video və ilginc məlumat daxil olub.

Bildirilir ki, rayonun Nadil kənd orta məktəbinin biologiya müəllimi Verdiyeva Lilipar Nəsrəddin qızı ümummilli lider Heydər Əliyev haqqında işlətdiyi xoşagəlməz ifadəyə (daha doğrusu, uğursuz müqayisəyə) görə 2021-ci ilin oktyabrında Əmək Məcəlləsinin 70 c bəndi ilə işdən kənarlaşdırılıb.

Amma üstündən 2 il keçəndən sonra gözlənilmədən məhkəmə qərarı olmadan 2023-cü ilin aprelin 10-da rayonun Göyçəkənd kəndindəki orta məktəbə direktor müavini təyin edilib.

Xəbəri dəqiqləşdirmək imkanımız olmadığından məsələyə müvafiq qurumun mövqe bildirəcəyini gözləyirik. Ümid edirik ki, xəbər təsdiqini tapmayacaq. Əks halda Ulu Öndərin 100 illiyini yaşadığımız bir dönəmdə Təhsil Nazirliyi rəhbərliyinin başı bərk ağrıya bilər. Xəbər ölkənin ali rəhbərliyinin qulağına çatsa, ən sərt tədbirlər görüləcəyi də gözləniləndir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Kontakt home”, “İrşad Electronics”də məhsullar niyə bahadır? - Ekspert danışır

“Hərdən mən də eşidirəm ki, “Kontakt home”, “İrşad Electronics” və bu kimi mağazalar şəbəkəsində satılan telefon digər mağazalarla müqayisədə bahadır. Amma səbəblər fərqli ola bilər. Ola bilsin, burada satılan məhsulların qiymətinə 18% Əlavə Dəyər Vergisi (ƏDV) daxildir. Hansı mağazanın illik dövriyyəsi 200 mindən aşağıdırsa, onlarda ƏDV yoxdur. Buna görə də həmin mağazalarda məhsul nisbətən ucuzdur. Səbəblərdən biri bu ola bilər. Monopliyadırsa, niyə digərlərində ucuzdur, amma “Kontakt home”, “İrşad Electronics” və bu kimi mağazalarda bahadır? Onda monopoliya deyil. Başqa sual yaranır: Bahadırsa, niyə insanlar gedib sözügedən mağazalardan məhsul alırlar? Başqa yerdə eyni malın ucuz olduğunu bilirlərsə, gedib oradan alsınlar...”

DİA.AZ bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib.

“Bu mağazalarda olan mal digərlərində yoxdursa, belə halda da qiyməti müqayisə etmək olmur. Başqa bir səbəb də mümkündür. Ola bilər, “Kontakt home”, “İrşad Electronics” və bu kimi mağazaların zəmanəti daha etibarlıdır. Bu da vacibdir. Bahalı avadanlıq, elektrotexniki məhsullar alan insan əmin olmaq istəyir ki, onu aldatmırlar. Bəlkə, aldığı istifadə olunmuş maldır? Belə hallara görə sözügedən mağazalara daha çox etibar edə bilərlər. Yəni səbəbləri dərindən araşdırmaq lazımdır”, - ekspert deyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Laçın-Xankəndi yolundakı aksiyanın 122-ci GÜNÜ


Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 122 gündür davam edir.

Aksiya iştirakçıları ötən gecə yüksək fəallıq nümayiş etdiriblər.

Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər. Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO