Vəli Abdullayev narkotacirləri azadlığa buraxmaqla Azərbaycan məhkəmə-hüquq sistemini göydən yerə vurdu....

13:50 12.04.2023 79
Vəli Abdullayev narkotacirləri azadlığa buraxmaqla Azərbaycan məhkəmə-hüquq sistemini göydən yerə vurdu....

Vəli Abdullayevin bu əməli ölkə polisinə ağır zərbədir....
Avropa Məhkəməsi yəqin ki, Vəli Abdullayevin bu əməlinə hüquqi qiymət verəcək...
Sözün düzü, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin əməlləri barədə, daha dəqiq desək, məhkəmə sədrinin narkotacirləri azadlığa buraxması barədə xəbərləri oxuyanda qeyri-ixtiyari olaraq yadıma böyük şairimiz Səməd Vurğunun misraları düşdü: Afrikadan, Hindistandan qonaq gəlir bizə quşlar, Zülm əlindən qurtulmuşlar...
Vallah bizi qınamayın adam bəzən ən ağır problemə yumorla, ironiya ilə yanaşmaq istəyir. Çünki başqa bir çarəmiz yoxdur. Bəli, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin rəhbəri olduğu Şirvan Apellyasiya Məhkəməsinin hakimi Əhməd İsmayılov məşhur narkotacirlər İqbal Mikayılovu, Samir Qasımovu azadlığa buraxması xəbəri ildırım sürəti ilə dünyaya yayılıb.
Deyirlər ki, Afrikadakı, Meksikadakı, Nikaraquadakı, Hindistandakı, böyük şairimiz demişkən, QUŞLAR, bağışlayın narkotacirlər Vəli Abdullayevin bu əməlini eşidən kimi onun şəkilini əllərinə alaraq aksiya keçiriblər və tələb ediblər ki, onların da cinayət əməllərinə Vəli Abdullayev hüquqi qiymət versin.
Bəli, sizə bəlkə də yumor kimi gələr, amma Vəli Abdullayev bu hərəkəti ilə Azərbaycan məhkəmə-hüquq sistemini göydən yerə vurdu, problemə saldı, indi ölkəmizin adı hansı qara siyahılara düşəcək, özünüz təsəvvür edin...
Bəli, dünuyada analoqu olmayan haldır ki, Şirvan polisi min bir əzab-əziyyətlə, riskə gedərək bölgədəki məşhur narkotacirləri, İqbal Mikayılovu, Samir Qasımovu həbs edərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçir, onlara Cinayət Məcəlləsinin ən ağır maddəsi ilə, ( CM 234.4.3 ) ilə cinayət işi açılır, istintaq-filan, sonda rayon məhkəməsi hər ikisini ev dustaqlığına buraxaraq, fəaliyyətlərinin davam etdirmələrinə şərait yaradır. Və...
Bəli, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin göstərişi ilə hakim Əhməd İsmayılov hər iki narkotaciri açıb azadlığa buraxır. Avropa Məhkəməsinin hakimləri bunu eşidəndə şoka düşüblər. Bu hələ harasıdır...?
Yuxarıda dediyimiz kimi, dünyanın bütün narkotacirləri yığışıb qərar qəbul ediblər ki, bundan sonra biznesimizi Şirvana köçürmək lazımdır. Çünki orada Vəli Abdullayev kimi bizə dəstək verən hakimlər var.
İndi təsəvvür edin ki, bu məsələ həyata keçərsə, bizi nələr gözləyir.
Bəli, ölkə başçımız bütün gücünü, enerjisini, vaxtını sərf edir ki, dövlətimizin imici müsbətə doğru dəyişsin, bizi dünyada sivil bir xalq kimi qəbul etsinlər, Vəli Abdullayev kimi məhkəmə sədrləri isə ölkəmizi göydən yerə vurur. Beləsinin nəinki məhkəmə sədri, heç bazarda araba basmağa da mənəvi haqqı yoxdur.
İndi təsəvvür edin ki, mənfur ermənilər Vəli Abdullayevin narkotacirləri azadlığa buraxması qərarını dünyaya yayırlar. Bu rəzalətdir. Əlbəttə, burada Vəli Abdullayev və Əhməd İsmayılov bəlkə də elə bir qərar çıxarıblar ki, tam əsaslı bir qərardır. Deməli, bu halda polis və prokurorluq orqanları işlərini düzgün qurmayıblar. Əks təqdirdə heç cür qəbul etmək mümkün deyil ki, 234.4.3-lə həbs olunan bir qrup şəxslər azadlığa buraxılsın. Məqsəd nədir? Narkotacirləri müdafiə etmək, narkotik ticarətini genişləndirmək və ya onlarla əlbirmi olmaq? Bu hallarda narkotacirlərlə danışığa getmək olar. Bu da heç bir sivil dövlətdə mümkün olan hal deyil.
Məhkəmə sədri və ya hakim İqbal Mikayılovla, Samir Qasımovun yanında elə bir gözükölgəliliyə malik olmalıdırlar ki, cinayətkarların dediklərini dərhal həll etsinlər. Çox qəliz və mürəkkəb bir məsələdir.
Hal-hazırda polis işini təcili yuxarı instansiyalara çatdırmalı, prokuror protest verməli və həmin hakimlər öz vəzifələrindən azad olmalıdırlar. Ən yüksək səviyyədə bu iş müzakirə olunmalıdır, yoxsa cəmiyyətin kimə inanması, min bir əziyyətlə narkotaciri həbs edən polisə, nəyinsə müqabilində narkotacirləri ev dustaqlığına buraxan hakimə və ya məhkəmə sədrinə, və yaxudda protest verməyən prokurora.
Hamımıza bəllidir ki, iş görüləndə hər 3 tərəflə razılaşdırılır. Bunu hamı bilir. Bu başqa bir yazının mövzusudur.
Ümid edirik ki, yaxın zamanda Ali Məhkəmənin yeni rəhbərliyi Vəli Abdullayevin məsələsinin obyektiv həll olunması üçün yuxarı orqanlara müraciət edəcəkdir. Amma başqalarına, bu halı təkrar etməmək üçün, məsələnin bəzi detallarına varmaq istərdik. Vəli Abdullayevin bu hərəkəti Azərbaycan polisinin çəkdiyi əziyyəti yerə vurmaqdır, onu nüfuzdan salmaqdır. Vəli Abdullayevin bu əməli həm də vətəndaşlarda dövlətə inamsızlıq yaradır. Vətəndaş düşünür ki, barəsində CM-nin 234.4.3 maddəsi ilə cinayət işi açılan, birinci instansiya məhkəməsinin hökmü ilə barəsində həbs qətimkan tədbiri seçilən Samir Qasımovu Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin tapşırığı ilə işə baxan hakim İsmayıl Əhmədov ( hamı bilir ki, Şirvan Məhkəmə Sistemində Vəli Abdullayevin xeyir-duası olmadan heç bir arayış da vermək olmaz ) necə azadlığa buraxa bilər..?
Vətəndaş düşünür ki, bəlkə məhkəmənin sədri düşünmədən bu qərarı qəbul edib. Bəs dövlət ittihamçısı niyə etiraz etməyib, protest verməyib..? Bu günə qədər, protest haqqında heç bir xəbər yoxdur.
Bu şəxslərə başa salan lazımdır ki, sənin adının önündə DÖVLƏT ittihamçısı yazılır ee, ayy mənim hüquqlarımı qoruyan cavabdeh şəxslərim.
Sözün qısası, yəqin ki, yaxın zamanda bu rüsvayçılığın, rəzalətin səsi çox-çox uzaqlardan gələcək.
P.S. İqbal Mikayılov, Samir Qasımov, Vəli Abdullayev, Əhməd İsmayılov və Lənkərandan olan İqbal Mikayılovun prokuror dostu və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin İqbal Mikayılovun toyunda şıdırğı rəqs edən nümayəndələrinə üzümüzü tutub deyirik. Vəli Abdullayev sizə arxayın olub bu addımı atıb. Ümidvarıq ki siz o səhvi etməzsiniz. Nazim də Nizami də hamısı xalqın övladlarıdır.
gundelik baki.com
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO