[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Sahil-R” MTK-nın rəhbəri həbs oluna bilər... - İTTİHAM VAR!


“Sahil-R” MTK binanın zirzəmisinə “Bazar Store”yə məxsus təhlükəli avadanlıqlar quraşdırıb... Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hara baxır..?
Azərbaycanda fəaliyyət göstərən, yüksək mərtəbəli yayayış binaları tikən MTK-larla bağlı neçə ildir ki, yazırıq.
Əslində təkcə biz yazmırıq, bütün ölkə mediası yazır. Təkcə media yazmır e, az qala ölkənin yarısı, bu barədə haray salır, dövlət qurumlarına, məhkəmələrə, Arxitektura Komitəsinə, nə bilim Prezident Administarsiyasına müraciət edir, Baş Prokurorluğun qarşısında aksiya keçirir, amma... Əmması odur ki, yüz minlərlə insanın səsi-harayı yuxarılara çatmır. Amma qardaş Türkiyədə zəlzələdən sonra binaların çökməsi, tikintinin düzgün aparılmaması, deyəsən bizimkilərin də canına titrətmə salıb. Bunlara deyən lazımdır ki, biz illərdir yazırıq...mütləq zəlzələ olmalı idi ki, nəhayət ayılasınız...
Yeri gəlmişkən, qardaş Türkiyədə ölənlərin sayı 50 minə yaxılaşandan, 100 minlərlə yaralı olandan, 10 minlərlə bina çökəndən sonra, 174 nəfər inşaatçını həbs ediblər. Bunlara başa salmaq lazımdır ki, bu həbslər 50 min öləni geri qaytaracaq..? Həm də axı icraçını həbs etməklə deyil ee, bu tikintiyə kimlər icazə verib, kimlər təhvil-təslim aktı verib..? Bəs onlar niyə həbs olunmur..?
Sözün qısası, MTK-lar Azərbaycan üçün ciddi problemə çevrilib. Söhbət təkcə ketfiyyətsiz tikintidən getmir ee....
Vətəndaşlar yazır ki, bizi aldadaraq bir mənzili 4-5 adama satmış şirkətin rəhbəri həbs olunsa da, problemlərimiz hələ də qalmaqdadır. Bizim əsas xahişimiz budur ki, dövlət bu işə qarışsın, məsələni himayəsinə götürsün, mənzil alan bütün sakinləri, aldadılmış vətəndaşları bu binada mənzillə təmin etsin, ədalət öz yerini tapsın. Biz vətəndaşlara yardım olaraq MTK-larla bağlı qanunları, rəsmi sənədləri taparaq dərc etmişik, insanlara demişik ki, MTK-ların tikdiyi bina, onun həyəti, zirzəmisi və s orada yaşayan mənzil sahiblərinin, yəni payçıların xüsusi mülkiyyətidir. Binanın tikintisi başa çatandan sonra MTK sədri kimdir, komendant kimdir ki, həyəti sata, zirzəmini kiməsə icarəyə verə, nə bilim binanın həyətində özəl bağça aça və daha nələr... Biz bunları sadə dildə yazaraq vətəndaşlara çatdırmışıq.
Ümumiyyətlə, MTK problemi çox ciddi və geniş məsələdir. Bu təkcə sadaladığımız məsələlərlə bitmir. İndi haqqında bəhs edəcəyimiz məsələ konkret binalardakı liftlə bağlıdır. Söhbət liftdən düşmüşkən, bir neçə il əvvəl Bakıda Lift İdarəsinin müdiri Qüdrət Şükürov qızına yarım milyonluq toy edəndə cəmiyyət şoka düşmüşdü ki, lift hara, yarım milyon hara..? Əlbəttə, Allah hər bir övlada toy qismət eləsin. Amma lift idarəsi nədir ki, onun müdiri 10 milyonlara sahib olsun..? Sonra məlum oldu ki, Rusiyadan köhnə, xarab liftləri gətirib Bakıda “kraskalayıb” təzə binalara quraşdırırlar.
İndi gördünüzmü, MTK problemi təkcə 1 mənzili 5 nəfərə satmaqla bitmir.
Haqında bəhs edəcəyimiz binanın sakinləri “Sahil-R” MTK-dan şikayətçidirlər.
Şikayətçilərin redaksiyamıza daxil olmuş şikayət ərizəsini olduğu kimi dərc edirik: Nəzərinizə çatdırırıq ki, “Sahil-R” MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Akademik M.Mirqasımov küçəsi, ev 55, 57, 59 ünvanında yerləşən binanın inşası 2016-cı ildə başa çatdırılmış və istismara verilmişdir… Binada təhlükəli və insan ölümü ilə nəticələnə biləcək problemlərdən başlıcası “Sahil-R” MTK tərəfindən müvafiq standartlara cavab verməyən liftlərin quraşdırılmasıdır. MTK rəhbərliyinin təqdim etdiyi sənədlərə əsasən bu liftlər HKS Has Asansör LTD ŞTİ-yə məxsusdur. Sakinlər tərəfindən dəvət olunmuş mütəxəssislərin şifahi rəyinə əsasən, quraşdırılmış liftlər 8-10 mərtəbəli binalar üçün nəzərdə tutulmuşdur. Liftlər texniki parametrlərinə görə tələblərə cavab vermədiyi üçün mütəmadi olaraq sıradan çıxır, bu isə sakinlərin (azyaşlı uşaqlar, yaşlı və səhhətində müxtəlif problemi olan insanların) liftdə qalması ilə nəticələnir. MTK rəhbərliyi nə desə yaxşıdır..? Liftlər istismara yararsız olsa idi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən rəy verilməzdi.
Şikayətçilər deyir ki, bizim binanın həyətində digər binaya məxsus olan uşaq baxçasının istifadəsi üçün nəzərdə tutulmuş oyun sahəsinin yerləşməsidir. Bütün bunlar azmış kimi, şikayətçilər yazır ki, “SunLab” tibb müəssisəsi binanın Mirəli Qaşqay küçəsinə baxan hissəsində, fasadda əlavə artırmalar etmiş və bununla qanunvericiliyin tələblərini pozmuşdur.
Şikayətçilər onu da yazır ki, binanın özəyində “Bazarstore” marketinə, “Sun Lab” tibb müəssisəsinə, “Göygöl” kafesinə və digər obyektlərə məxsus iri həcmli avadanlıqların (mərkəzi havalandırma sisteminə aid qurğuların, iri həcmli kondisionerlər, çillerlər, binanın fasadına quraşdırılmış və nəzarətsiz qalan kombilər) yerləşdirilməsidir. Binanın özəyinə quraşdırılmış avadanlıqlar ciddi vibrasiyaya, səs-küyə səbəb olur.
Bundan əlavə, yuxarıda adı çəkilən “Bazarstore”a məxsus təhlükə mənbəyi (yanğın və s) olan generatorun və stabilizatorun sakinlərin istirahəti üçün nəzərdə tutulmuş sahədə yerləşdirilməsidir. Elektrik istehlakı kəsilən zaman generator işə düşür ki, bu da sakinlərin ciddi narahatçılığı və narazılığına səbəb olan tüstü və yüksək səs yaradır. Sakinlərin müraciətindən sonra FHN-nin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi liftlərin istifadəyə yararsız olması barədə rəy verib. Hətta Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri buradakı səs-küyün normadan artıq olması barədə rəy verib və sənədlər Rayon Məhkəməsinə göndərilib. Təəssüf ki, Rayon Məhkəməsi iki dövlət qurumunun iddiasını təmin etməyib.
İndi hazırda Ekologiya və Təbii Sərvətlər nazirliyi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Hazırda binanın sakinləri yuxarıda qeyd olunan narazılıqlarla bağlı Səhiyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, FHN-ə, DİN-ə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Bakı və Nəsimi İcra Hakimiyyətlərinə müraciət ediblər.
Ümid edirik ki, dövlət qurumlarının araşdırması və Apelyasiya Məhkəməsi bütün bu baş verən özbaşınalıqlara son qoyacaq. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu nazirliyin işçilərinin say həddi artırıldı - FƏRMAN


Azərbaycan İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi cəmi 4394 ştat vahidindən (Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları istisna olmaqla) 4494-ə çatdırılıb.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Digər dəyişikliklə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının işçilərinin say həddi 429 ştat vahidindən 499-a çatdırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əli Nur Ramiz Novruzun dəfnindəki fikirlərinə aydınlıq gətirdi - Video

Ötən gün uzunsürən xəstəlikdən sonra dünyasını dəyişən Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzla vida mərasimində həmkarı Əli Nurun çıxışı müzakirələrə səbəb olub. Belə ki, xalq artisti R. Novruzun dəfnində Mədəniyyət Nazirliyinin heç bir nümayəndəsinin iştirak etmədiyini və aktyora laqeyd münasibət göstərildiyini qeyd edib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya bildirildi ki, Xalq artistinin dəfn mərasiminin təşkili ilə Mədəniyyət Nazirliyi birbaşa məşğul olub. Eyni zamanda, qurumun 4 nümayəndəsi - nazirliyin Aparat rəhbəri Vüqar Məmmədov, Teatr sektorunun müdiri Könül Cəfərova, Musiqi sektorunun müdiri Vüqar Hümbətov, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin məsul əməkdaşı Cəfər Həsənov dəfndə iştirak ediblər.

Xalq artisti Əli Nur dünən səsləndirdiyi fikirlərin sosial şəbəkələrdə müzakirə yaratdığı üçün məsələni bir daha aydınlaşdırıb. Aktyor “Qafqazinfo”ya açıqlamasında səhərdən ona davamlı zənglər gəldiyini qeyd edib:

“Mən onlara da dedim, indi də bildirirəm ki, Mədəniyyət Nazirliyinin dörd əməkdaşı vida mərasimində də, dəfn mərasimində də iştirak edib. Azərbaycan Mədəniyyət Nazirliyi böyük diqqət və qayğı ilə Azərbaycan incəsənətinə kömək edir. Bu, tək teatra aid deyil, musiqiyə, rəssamlığa, ədəbiyyata da aiddir. İnsanları işığa, sivilizasiyaya aparan mədəniyyətdir.”

Əli Nur, həmçinin mədəniyyət naziri vəzifəsini hazırda icra edən nazirin birinci müavini Adil Kərimlinin təyinatından bir neçə gün sonra onunla ad günündə şəxsən telefonla danışdığını əlavə edib: "Məni təbrik elədi, mən də ona minnətdarlığımı bildirdim. Son sözüm də bu oldu ki, Azərbaycan teatrı dövlətimizin səsidir, simasıdır, dövlətin bütün proqramını yerinə yetirən tribunadır”.

Xatırladaq ki, son zamanlar ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti Ramiz Novruzun müalicəsi də nazirlik və Heydər Əliyev Fondunun nəzarətində idi. Heydər Əliyev Fondu aktyorun müalicəsini öz üzərinə götürmüşdü. Bir müddət əvvəl Ramiz Novruzun övladları Şəfəq Novruz və Cavidan Novruz sosial şəbəkə hesablarında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya atalarının səhhəti ilə bağlı göstərdiyi dəstək və diqqətə görə təşəkkür etmişdilər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ


Bakıda və Abşeron yarımadasında fevralın 23-də günün ikinci yarısında şimal küləyi 15-20 m/s, 24-də arabir 23-28 m/s-yə çatacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraitinin dəyişəcəyi haqqında yaydığı xəbərdarlıqda bildirilib.

Hava şəraitinin qısa müddətə yağıntılı olacağı gözlənilir. Belə ki, fevralın 23-ü axşama doğru arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə sulu qara keçəcəyi, 24-də gün ərzində fasilələrlə sulu qar, axşam tədricən kəsiləcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 23-də gecə və səhər əsasən şimal və qərb rayonlarında, 23-ü axşama doğru və 24-də əksər rayonlarda arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Fevralın 22-24-də qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Manaf Ağayev qızıl diş qoyanları "düşük" adlandırdı

"Toylar kralı" titulu ilə tanınan müğənni Manaf Ağayev açıqlaması ilə diqqət çəkib.

DİA.AZ Lent.az-a istinadla xəbər verir ki, o, "Səhər mərkəzi" proqramında qızıl diş qoydurmağın dəb olmasını lağa qoyub:

"Vaxt var idi ki, düşük-düşük gedib sağlam dişimizi çıxardıb, qızıl diş qoyurduq. Ağlımız kəsmirdi də. O zaman dəb idi. Bir dəfə efirdə İzzət Bağırovun arxiv görüntülərini göstərdilər. O kadrlarda İzzət böyük pencək geyinmişdi. Dedim ki, gör, İzzət bu gündədirsə, biz nə gündə olmuşuq?”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rafiq Cəlilov Mikayıl Cabbarova əzələ nümayiş etdirir..


Hörmətli oxucularımıza, Cəlilabad rayon Qarağac kəndinin bir qrup sakinləri tərəfindən daxil olmuş şikayət ərizəsində qaldırılmış problem, Hamarqışlaq kənd inzibati ərazisinin icra nümayəndəsi Mədət Nəzərov tərəfindən heyvanların otlaması üçün nəzərdə tutulan örüş sahəsinin qanunsuz olaraq satılması və sözügedən sahənin setka və metal konstruktorlar vasitəsilə çəpərlənərək zəbt edilməsi barəsində ətraflı məlumat vermişdik.
Bütün bunlara baxmayaraq, sakinlərin aidiyyatı orqanlara olan şikayətini, biz Mediatv.az saytı olaraq problemi ictimailəşdirməyimizə rəğmən, “əbədi icra nümayəndəsi” tituluna sahib olan Mədət Nəzərov (30 ildən artıqdır ki, bu vəzifədə çalışır) min cəhdlə icra hakimiyyətinin məsul işçilərini, hətta icra başçısını da aldadaraq bəhs edilən torpağın örüş sahəsinə aid olmadığına inandırmağa çalışırdı.
Bu barədə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sakinlərin şikayəti əsasında rayon icra hakimiyyətinə ünvanladığı və icra başçısının müavini Qalib Xudaverdiyevin imzası ilə verilən məlumatda da bəhs edilmişdir.
“Rayon icra hakimiyyəti başçısının Hamarqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mədət Nəzərovun kəndin örüş təyinatlı torpaq sahələrini satması barədə müraciətinizə Cəlilabad rayon icra hakimiyyətində baxılmışdır.
Bildiririk ki, müraciətdə qeyd olunan məsələ ilə bağlı mütəxəssislər tərəfindən həmin torpaq sahəsinə baxış keçiriləcək. Ərazinin koordinatları qeydə alınmış, komeral şəraitdə araşdırma aparılacaqdır.”

Bəli, rayon icra hakimiyyətinin və kənd sakinlərinin səbirsizliklə gözlədiyi araşdırma mütəxəssislər tərəfindən aparılmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti öz qərarını açıqlamışdır:
“Müraciətdə qeyd olunan məsələ ilə əlaqədar xidmətin Cəlilabad ərazi şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırma aparılan zaman kənd təsərrüfatı təyinatlı örüş sahəsinin 0,36 hektar hissəsinin Ağacanov Pərviz Adış oğlu tərəfindən çəpərlənməsi faktı müəyyən edilmişdir.
Bununla bağlı Hamarqışlaq kənd inzibati dairə üzrə nümayəndəsi tərəfindən sözügedən çəpərin qısa müddət ərzində sökülərək ərazinin zəbtdən azad ediləcəyi bildirilmişdir".

Hörmətli oxucular, göründüyü kimi, hər şey gün kimi aydındır. Bir daha, kənd sakinlərinin öz şikayətlərində haqlı olduqları əyani təsdiqini tapır. Lakin, təəssüf doğuran başqa məsələdir.
Mediatv.az-a verilən məlumata görə yaradılmış problemin öz həllini tapması, çəpərin sökülərək örüş sahəsinin zəbtdən azad edilməsi, Hamarqışlaq kənd inzibati ərazisinin icra nümayəndəliyinə həvalə edilməsinə baxmayaraq, problem bu gün də öz həllini tapmayıb. Mədət Nəzərov hələ də gözləmə mövqeyindədir. Necə deyərlər: “bəlkə də qaytardılar.”
Əməkdaşlarımızın məlum qərarın yerinə yetirilməməsində, çəpərin sökülməsi prossesinin yuvadılmasında icra nümayəndəsi M.Nəzərovun məqsədi nə ola bilər?-Sualına, sakinlərdən birinin diqqətimizi cəlb edən maraqlı cavabı olmuşdur.
O, bildirmişdir ki, “neçə illərdir şeytanın belə düşünə bilmədiyini bu Mədət insanların başına gətirir. Bu məsələdə də yəqin ki, o, prossesi uzatmaqla gözləyir ki, kənd sakinləri qarşı-qarşıya dayanaraq münaqişə, dava-dalaş yaransın, ondan sonra məsələnin əsas mahiyyəti ikinci plana keçərək hüquqi müstəvidə prosseslər davam etsin.
Bu da yaranmış vəziyyətdən “məharətlə” istifadə etsin. Çünki, bu hal Mədətin iş təcrübəsində çoxlu sayda sınaqdan keçirilib.”
Doğrusu, sakinlərin bu fikrinə haqq qazandırmaq istəməsək də necə deyərlər, “görünən dağa bələdçi lazım deyil.”
Rayon icra hakimiyyətinin baçşısı cənab Rafiq Cəlilovun isə bu məsələlərə hələ də susqun yanaşması, dövlətin mühüm nazirliklərindən birinin qərarını “qulaqardına” vurması, icra nümayəndəsinin bu qədər qanunsuz hərəkətlərinə, özbaşınalığına, korrupsiya əməllərinə göz yumaraq, “yaşıl işıq” yandırması əsaslı şübhələrdən xəbər verir.Mədət Nəzərovun qanunazidd əməllərinə Rafiq Cəlilovun göz yummasının arxasında görəsən hansı maddi maraqlar durur?Yaxud ötən yazıda qeyd etdiyimiz kimi, Rafiq Cəlilovu Mədət Nəzərov qarşısında gözükölgəli edən hansı səbəbdir ki,icra nümayəndəsini cəzalandırmaqdan çəkinir?Bəlkə örüş sahəsini satan elə Rafiq Cəlilovun özüdür.Rafiq Cəlilov torpağın hansı kateqoriyaya aid olduğunu axı yaxşı bilməlidir.Çünki o,üzün illər DƏMK-də "çıxarış işinə" baxıb.Görünür Rafiq Cəlilov ya Azərbaycan Respublikasının qanunlarını saymır,ya da ki Mikayıl Cabbarova əzələ nümayiş etdirir.
Bu barədə, daha ətraflı növbəti yazılarımızda. Bizi izləyin.(Mediatv.az)
Rafiq Cəlilov Mikayıl Cabbarova əzələ nümayiş etdirir..
Rafiq Cəlilov Mikayıl Cabbarova əzələ nümayiş etdirir..
Rafiq Cəlilov Mikayıl Cabbarova əzələ nümayiş etdirir..
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“İcra nümayəndəsi kəndə su çəkilməsi üçün göndərilən boruları satdı…” - NARAZILIQ VAR!

Ordubad rayonunun Dəstə kənd sakini, 67 yaşlı Ağayev Xanlar Şaban oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına müraciət daxil olub. O, kəndin icra nümayəndəsindan şikayətçidir:

“Kəndimizin sabiq icra nümayəndəsi əlifbanı əzbərdən deyə bilməyən, savadsız, “iki eşşəyin arpasın bölə bilməyən”, işlədiyi müddətdə insanları təngə gətirən Şabanov İsfəndiyar Həsən oğlu işlədiyi zaman 4 vəzifə daşıyırdı: kənd icra nümayəndəsi, sovxoz direktoru, YAP sədri və Naxçıvan Ali Məclisinin deputatı.

O vaxt ona nə haqdasa şikayət etmək və yaxud nəsə tələb etmək reyri- mümkün idi. Nəsə tələb edənlərə də hədə-qorxu gəlirdi.

O, sovxozun 2 mərtəbəli inzibati idarə binasını və "tövlə heyəti" adlanan yardımçı tikililərini, kombayn və traktorları, 40 tonluq tərəzini və sair dövlət əmlakını qəpık-quruşa başqalarının adına özəlləşdırmış, hektarlarla pay torpağı mənimsəmişdir.Hal-hazırda ikimərtəbəli inzibati binanı sahibkarlara icarəyə vermişdir.

Ümummilli rəhbərimiz Heydər Əliyevin qayğısı ilə o vaxtlar Araz cayından kəndimizə suvarma su çəkilməsi üçün göndərilən azbest və dəmir borular da onun tərəfindən satıldı. Bu haqda o vaxt şikayət olunsa da bir nəticəsi olmadı. Həmin dəmir borulardan ikisini də mənə satıb. O, dəmir boruların hər birini o vaxt 300 dollar ekvivalenti ilə 240-250 manata sataraq, təxminən 75 000 dollarlı dövlət əmlakını mənimsəmışdir.

Azbest boruları da sovxozun "Gəznə” və “Yalqızağäç" ərazisindən sökdürərək, hamısını satdı. Bu haqda həmin vaxt Ordubad DTX-nın və prokurorlugün arxivində şikayət ərizəsi də var. Mən o vaxtlar bu haqda danışanda məni polislə qorxudurdu, bir neçə dəfə də polisə apartdırmışdı.

İşlədiyi dövrdə kəndimizdə 100-lərlə gəncə pul müqabilində saxta xəstəlik düzəldərək hərbi xidmətdən yayındırıb.

Mən İsfəndiyar Şabanov tərəfindən günahsız yerə şərlənib tutulmamağa görə kəndimi tərk edib, didərgin düşdüm.

Artıq 67 yaşım var. Kəndimə qayıtmaq istəyirəm. Kəndimin içməlı və suvarma suyuna olan ehtiyacı hamı kimi məni də çox narahat edir.

Görəsən, haqq yerini tapacaqmı? El malına göz dikən, xalqın malını yeyən, suvarma suya görə nəzərdə tutulmuş boruları öz malı kimi satan, dövlət əmlakını dağıdan İsfəndiyar Şabanov gec də olsa öz layiqli cəzasını alacaqmı?! Məni bir kənd sakini kimi narahat edən sual budur”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //“Hürriyyət”//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qadın müəllim tərəfindən döyülən direktor polisə şikayət etdi - FOTO


Bərdə rayonunda məktəb direktorunu döyən ingilis dili müəllimi cərimələnib.

18 yanvar 2023-cü il tarixdə rayonun Nazırlı kənd 1 №-li tam orta məktəbinin direktoru Nəcəfov Yusif Şahlar oğlu məktəbin ingilis dili müəllimi Nuruyeva Aytən Mülkədar qızı tərəfindən döyülməsilə bağlı şikayət edib. İşə Bərdə Rayon Məhkəməsində baxılıb.

Aytən Nuriyeva məhkəmə ifadəsində özünü təqsirli bilməyərək deyib ki, direktor Yusif Nəcəfov ona məktəbdə qanunsuz işlər
görmək üçün əlbir olmağı təklif edib. Müəllim bildirib ki, direktorun təklifilə razılaşmayıb, bu zaman aralarında mübahisə yaranıb, onun qolundan tutmağa çalışıb, sonra isə onu çölə itələyib. Bundan sonra anasına zəng edərək, məktəbə çağırıb və bu barədə polisə məlumat verib. Məktəb direktorunu döyməyib, ona xəsarət yetirməyib.

Yusif Nəcəfov isə ifadəsində bildirib ki, 2015-ci ildən Bərdə rayonu Nazırlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışır. Direktor qeyd edib ki, müəllimlərin diaqnostik qiymətləndirməsi ilə bağlı Aytən Nuruyevadan narazılığı olub, bu vaxt aralarında mübahisə yaranıb. Mübahisə zamanı müəllim, həyat yoldaşı və anası onunla dalaşıb. Aytən Nuriyeva onu döyərək, xəsarət yetirib. Direktor müəllimlə barışmadığını və məhkəmə tərəfindən cəzalandırılmasını xahiş edib.

Bərdə Rayon Məhkəməsinin hakimi Fuad Babaşovun sədrliyi ilə keçirilən prosesdə Nuruyeva Aytən Mülkədar qızı İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə təqsirli bilinib və 300 manat cərimə edilib.Qaynarinfo
Qadın müəllim tərəfindən döyülən direktor polisə şikayət etdi - FOTO
Qadın müəllim tərəfindən döyülən direktor polisə şikayət etdi - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaqatalada YAŞILLIQLARI KİM MƏHV EDİR? - "Bu işin arxasında hansısa məmur dayanır..."

Zaqatala rayonunda yaşıllıqlar məhv edilir. DİA.AZ bildirir ki, bu barədə videoşikayət edən rayon sakini 32 ağacın qanunsuz olaraq məhv edildiyini iddia edir.

"İllərlə bu ağacların yetişdirilməsinə dövlətin gücü və pulu sərf olunub" deyən narazı Zaqatala sakini bildirir ki, bu ağacların qırılması nəticəsində tikilən obyekt sadə bir adama məxsus deyil.

Narazı vətəndaş bildirir: "Reyestr idarəsinin qarşısında əgər qanunsuz tikili aparılırsa, yaşıllıq məhv edilirsə, deməli, bu işin arxasında elə-belə adam dayanmır".

Daha ətraflı aşağıdakı videoda:

DİA.AZ bildirir ki, sözügedən videogileylə bağlı yerli RİH də mövqe açıqlamasında bulunub. İcra hakimiyyətinin olaya reaksiyasında deyilir:

"Qeyd olunan ərazidə 2007-ci ildə yaşıllıq zolağı salındığı zaman həmin ərazidə xidmət sahəsi üçün yer ayrılmışdır. Əvvəlki illərin peyk görüntülərinə baxsanız həmin yerdə yaşıllıq zolağının olmadığı aşkar görünür. Hazırda ərazidə tikilən iaşə obyekti həmin xidmət sahəsində tikilir və tikintisi zamanı ətrafdakı ağacların kəsilməsinə yol verilməmişdir".

Görünəni odur ki, Zaqatala RİH ağacların kəsilmədiyini bildirir. Vətəndaş isə bunun əksini iddia edir. Hər halda, gərəkən qurumlar bu faktı araşdırmalıdır...DİA.AZ
Zaqatalada YAŞILLIQLARI KİM MƏHV EDİR? - "Bu işin arxasında hansısa məmur dayanır..."

Zaqatala rayonunda yaşıllıqlar məhv edilir. DİA.AZ bildirir ki, bu barədə videoşikayət edən rayon sakini 32 ağacın qanunsuz olaraq məhv edildiyini iddia edir.

"İllərlə bu ağacların yetişdirilməsinə dövlətin gücü və pulu sərf olunub" deyən narazı Zaqatala sakini bildirir ki, bu ağacların qırılması nəticəsində tikilən obyekt sadə bir adama məxsus deyil.

Narazı vətəndaş bildirir: "Reyestr idarəsinin qarşısında əgər qanunsuz tikili aparılırsa, yaşıllıq məhv edilirsə, deməli, bu işin arxasında elə-belə adam dayanmır".

Daha ətraflı aşağıdakı videoda:

DİA.AZ bildirir ki, sözügedən videogileylə bağlı yerli RİH də mövqe açıqlamasında bulunub. İcra hakimiyyətinin olaya reaksiyasında deyilir:

"Qeyd olunan ərazidə 2007-ci ildə yaşıllıq zolağı salındığı zaman həmin ərazidə xidmət sahəsi üçün yer ayrılmışdır. Əvvəlki illərin peyk görüntülərinə baxsanız həmin yerdə yaşıllıq zolağının olmadığı aşkar görünür. Hazırda ərazidə tikilən iaşə obyekti həmin xidmət sahəsində tikilir və tikintisi zamanı ətrafdakı ağacların kəsilməsinə yol verilməmişdir".

Görünəni odur ki, Zaqatala RİH ağacların kəsilmədiyini bildirir. Vətəndaş isə bunun əksini iddia edir. Hər halda, gərəkən qurumlar bu faktı araşdırmalıdır...DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda mövqelərimiz atəşə tutuldu - Rəsmi


Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun mövqeləri 15 dəfə atəşə tutulub.

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO