“İcra nümayəndəsi kəndə su çəkilməsi üçün göndərilən boruları satdı…” - NARAZILIQ VAR!

12:36 22.02.2023 104
“İcra nümayəndəsi kəndə su çəkilməsi üçün göndərilən boruları satdı…” - NARAZILIQ VAR!

Ordubad rayonunun Dəstə kənd sakini, 67 yaşlı Ağayev Xanlar Şaban oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına müraciət daxil olub. O, kəndin icra nümayəndəsindan şikayətçidir:

“Kəndimizin sabiq icra nümayəndəsi əlifbanı əzbərdən deyə bilməyən, savadsız, “iki eşşəyin arpasın bölə bilməyən”, işlədiyi müddətdə insanları təngə gətirən Şabanov İsfəndiyar Həsən oğlu işlədiyi zaman 4 vəzifə daşıyırdı: kənd icra nümayəndəsi, sovxoz direktoru, YAP sədri və Naxçıvan Ali Məclisinin deputatı.

O vaxt ona nə haqdasa şikayət etmək və yaxud nəsə tələb etmək reyri- mümkün idi. Nəsə tələb edənlərə də hədə-qorxu gəlirdi.

O, sovxozun 2 mərtəbəli inzibati idarə binasını və "tövlə heyəti" adlanan yardımçı tikililərini, kombayn və traktorları, 40 tonluq tərəzini və sair dövlət əmlakını qəpık-quruşa başqalarının adına özəlləşdırmış, hektarlarla pay torpağı mənimsəmişdir.Hal-hazırda ikimərtəbəli inzibati binanı sahibkarlara icarəyə vermişdir.

Ümummilli rəhbərimiz Heydər Əliyevin qayğısı ilə o vaxtlar Araz cayından kəndimizə suvarma su çəkilməsi üçün göndərilən azbest və dəmir borular da onun tərəfindən satıldı. Bu haqda o vaxt şikayət olunsa da bir nəticəsi olmadı. Həmin dəmir borulardan ikisini də mənə satıb. O, dəmir boruların hər birini o vaxt 300 dollar ekvivalenti ilə 240-250 manata sataraq, təxminən 75 000 dollarlı dövlət əmlakını mənimsəmışdir.

Azbest boruları da sovxozun "Gəznə” və “Yalqızağäç" ərazisindən sökdürərək, hamısını satdı. Bu haqda həmin vaxt Ordubad DTX-nın və prokurorlugün arxivində şikayət ərizəsi də var. Mən o vaxtlar bu haqda danışanda məni polislə qorxudurdu, bir neçə dəfə də polisə apartdırmışdı.

İşlədiyi dövrdə kəndimizdə 100-lərlə gəncə pul müqabilində saxta xəstəlik düzəldərək hərbi xidmətdən yayındırıb.

Mən İsfəndiyar Şabanov tərəfindən günahsız yerə şərlənib tutulmamağa görə kəndimi tərk edib, didərgin düşdüm.

Artıq 67 yaşım var. Kəndimə qayıtmaq istəyirəm. Kəndimin içməlı və suvarma suyuna olan ehtiyacı hamı kimi məni də çox narahat edir.

Görəsən, haqq yerini tapacaqmı? El malına göz dikən, xalqın malını yeyən, suvarma suya görə nəzərdə tutulmuş boruları öz malı kimi satan, dövlət əmlakını dağıdan İsfəndiyar Şabanov gec də olsa öz layiqli cəzasını alacaqmı?! Məni bir kənd sakini kimi narahat edən sual budur”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //“Hürriyyət”//
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO