[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İTV Ramiz Novruzla vida mərasimində Əli Nurun tənqidi fikirlərini kəsdi – Video

Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruz fevralın 21-də dünyasını dəyişib. Ötən gün Yeni Yasamalda, mərhumun yaşadığı evdə keçirilən vida mərasimində onun ailə üzvləri və sənət yoldaşları iştirak ediblər.

Yeniavaz.com xəbər verir ki, vida mərasimi zamanı Xalq artisti Əli Nurun İctimai TV-nin mikrafonuna səsləndirdiyi tənqidi fikirlər daha sonra kanalın sosial şəbəkə hesablarından götürülüb.

Əli Nur sözügedən çıxışda Xalq artistinin dəfninə biganə yanaşıldığını bildirib:

“Sovet dövründə adicə əməkdar artist rəhmət gedəndə, onu Akademik Milli Dram Teatrın səhnəsindən götürürdülər. Ən kiçik formada, Aktyorlar Evindən götürürdülər. Yəni dövlət aktyorun qədrini bilirdi, sənətin qədrini bilirdi, sənətə qiymətə verənləri qiymətləndirirdilər. Amma indi elə bil dünya heç bunların vecinə deyil. Arif Quliyev rəhmətə gedəndə, qalmışdı qapının ağzında, asfaltın üstündə. Mən nazirliyi qaldırdım ayağa, Mədəniyyət Şöbəsini qaldırdım, İcra Hakimiyyətini qaldırdım ayağa.

Ayıbdır axı! Bu boyda sənətkar ölüb. Heç olmasa Həzi Aslanovun ruhundan utanın. Nə bir nazirlik nümayəndəsi var, nə bir dövlət adamı var, nə bir təşkilatçı var. Ramiz Novruz dınq eliyib, yersən çıxıb?! Ramiz Novruz Xalq artistidir, prezidentin fəxri təqaüdçüsüdür. O, nə yollar keçib gəlib, 50 ildən artıq səhnədə can qoymuş adamdır, dövlətə xidmət eliyən adamdır, quru maaşa baxan adamdır. Bunun qədrini bilmək lazımdır”.
O aidiyyəti qurumları və məmurları da sərt tənqid edib:

“Nə vaxta qədər bu respublikanı caynağına alacaq məmurlar, qanını soracaq dövlətin?! Sənət adamına qiymət verin də! Aktyorun qitməti yox, sənətin qiyməti yox, noldu daha bu?”

Qeyd edək ki, İTV kadrları silsə də, bəzi sosial şəbəkə istifadəçiləri qeyd edərək yenidən paylaşıb.
My Webpage
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“SOCAR Türkiyə’’yə yeni rəhbər təyin olundu


“SOCAR Türkiyə’’nin Neft emalı və neft-kimya biznes vahidinin baş maliyyə direktoru (CFO) Elçin İbadov şirkətin baş direktoru vəzifəsinə təyin olunub.

SOCAR-dan verilən məlumata görə, Elçin İbadov Çikaqo İllinois Universitetindən məzun olduqdan sonra 2002-ci ildə Çikaqoda Dünya Ticarət Mərkəzində araşdırma mütəxəssisi olaraq əmək fəaliyyətinə başlayıb.

2003-cü ildən etibarən 11 il müddətində PwC şirkətində müxtəlif məsul vəzifələrdə çalışdıqdan sonra 2014-2019-cu illər arasında STAR Neft Emalı Zavodunda (NEZ) maliyyə direktoru və CFO vəzifələrində fəaliyyətini davam etdirib. 2019-cu ilin noyabr ayından etibarən “Petkim”də, həmçinin STAR NEZ, “Petkim”, “SOCAR Depolama” və “SOCAR Petrol Ticaret” şirkətlərini əhatə edən Neft emalı və neft-kimya biznes vahidində baş maliyyə direktoru vəzifəsini icra edib. “Harvard Business School”da müxtəlif peşəkar təhsil və sertifikat proqramlarını tamamlayan Elçin İbadov iqtisadiyyat, mühasibatlıq, maliyyə, beynəlxalq maliyyə hesabatları standartları və maliyyə auditi mövzularında bir neçə dərsliklərin müəllifi, ACCA, ACFE və IIA kimi beynəlxalq maliyyə və audit təşkilatlarının daimi üzvüdür.

2016-cı ildən “SOCAR Türkiyə”nin baş icraçı direktoru vəzifəsində çalışan Zaur Qəhrəmanov isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əhəd Abıyevin adı daha bir qalmaqalda - TƏFƏRRÜAT


Bugünlərdə "Hürriyyət"in redaksiyasına müraciət edən Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 9, mənzil 4-də qeydiyyatda olan və yaşayan Sədaqət İmamqulu qızı Bayramova mənzilinin altındakı zirzəminin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən qanunsuz yolla alınıb Məmmədov Təmraz Əhəd oğlunun adına sənədləşdirildiyini iddia edib.

"Su və kanalizasiya xətləri keçən, bizim istifadə etdiyimiz ikinci zirzəmi də qanunsuz sənədlə razılığımız olmadan alındı"

Yaşadığı mənzilin atasına I qrup Böyük Vətən Müharibəsi əlili olduğu üçün prezident tərəfindən verildiyini deyən şikayətçi bildirib ki, atası hələ sağlığında qeyd olunan mənzili ona bağışlayıb: "Atam uzun müddət müharibənin fəsadlarından əziyyət çəkdiyi üçün doğulduğu Naxçıvan şəhərinə müalicə məqsədiylə gedib və orada dünyasını dəyişib. O, sağlığında Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 9, mənzil 4 ünvanındakı mənzili mənə bağışlayıb. Nəzərinizə çatdırım ki, mənə və qonşuya məxsus olan 5 saylı mənzilin altında zirzəmi var. Həmin zirzəmidə su və kommunikasiya xətləri yerləşir, ora giriş isə mənzilin texniki pasportunda göstərildiyi kimi mənə məxsus anbarın arxasındadır. İndi isə həmin zirzəmi keçmiş millət vəkili, hazırda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı olan Əhəd Abıyev tərəfindən qanunsuz yolla alınıb və Məmmədov Təmraz Əhəd oğlunun adına mənzil kimi sənədləşdirilib. Daha sonra artıq tamah güc gəlib. Belə ki, su və kanalizasiya xətləri keçən, bizim istifadə etdiyimiz ikinci zirzəmi də qanunsuz sənədlə razılığımız olmadan alındı. Onu da bildirim ki, qonşuluqda ofisi olan Məmmədov Təmraz Əhəd oğlu ofisə su axıntısı olduğunu deyərək, bacımdan qapını açmağı xahiş edib. Sonra isə su xətlərinin təmiri adı ilə zirzəmidə qeyri-qanuni qazıntı işləri apararaq evin bünövrəsini boşaltmış, bu da azmış kimi 3 qonşunun bünövrəsinə xeyli ziyan vurub. Nəticədə mənzillərdə çatlar yaranıb. Bu da azmış kimi evə bitişik 15 saylı Uşaq Poliklinikasının bünövrəsini qazaraq oradan xeyli torpaq çıxarıb, evin poliklinikaya tərəf divarını kəsib, arxa qapı yaradıb, sonra qonşunun yataq otağına xeyli ziyan vuraraq ofisdən zirzəmiyə qapı açıb".

"Mən Məmmədov Təmraz Əhəd oğlunun nümayəndəsi Əliyev Faiq Aydın oğluna dövlət orqanlarına müraciətlərimi və verdiyi sözü xatırlatsam da, o mənə "Ala dövlət var", "Nə istəyirsən elə" kimi cavablar verdi"

Sədaqət Bayramovanın sözlərinə görə, bütün bunların nəticəsində mənzilində çatlar əmələ gəlib, girişin bağlanması səbəbindən su xətləri nəzarətsiz qalıb, evin alçipanı divardan aralanıb: "Həmçinin, qonşuların mənzillərində də ciddi fəsadlar yaranıb. Odur ki, mən qeyd olunanlarla bağlı 46 saylı Mənzil İstismar Sahəsinin rəisi Məmməd Əliyevi məlumatlandırdım və o, evə baxış keçirdi, o cümlədən qeyri-qanuni qazıntının video görüntülərini çəkdi. Bununla yanaşı, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə, Səbail Rayon Prokurorluğuna, Baş Prokurorluğa, Səbail Rayon İcra Hakimiyyətinə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Səbail Rayon Mənzil Təsərrüfat Birliyinə hadisə ilə bağlı məlumat verdim, Fövqəladə Hallar Nazirliyinin "112" çağrı mərkəzinə zəng vurdum. Lakin Məmmədov Təmraz Əhəd oğlunun nümayəndəsi Əliyev Faiq Aydın oğlu bərkitmə işlərinə başlayaraq zirzəmini əvvəlki vəziyyətinə gətirəcəyinə, mənzillərdə təmir-bərpa işlərini edəcəyinə dair söz verdiyi üçün şikayətlərimdən imtina etdim. Ancaq Məmmədov Təmraz Əhəd oğlu sözünün üstündə durmadı. Mən onun nümayəndəsi Əliyev Faiq Aydın oğluna dövlət orqanlarına müraciətlərimi və verdiyi sözü xatırlatsam da, o mənə "Ala dövlət var", "Nə istəyirsən elə" kimi cavablar verdi. Bundan sonra yenidən Səbail Rayon İcra Hakimiyyətinin başçısının qəbulunda oldum, vəziyyətin nə qədər təhlükəli olduğunu bildirdim. O, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə təcili məktub ünvanlanmasına göstəriş verdi. Lakin bilərəkdən məktubda ödənişə zəmanət verilmədi. Bu səbəbdən də Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi məktubu Səbail Rayon İcra Hakimiyyətinə geri ünvanladı. İcra hakimiyyətinin bilərəkdən vaxt itkisinə yol verdiyini gördüyüm üçün agentliyə ərizə verdim. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən mənzilə baxış keçirilsə də, zirzəmiyə baxış keçirilməsi mümkün olmadı. Çünki Məmmədov Təmraz Əhəd oğlu qanunsuz olaraq zirzəmiyə girişi daşla hördürmüşdü. Halbuki, biz uzun illər həmin zirzəmidən istifadə edirdik. Əlavə olaraq deyim ki, mənzilimdə yaranmış çatların bərpası üçün 4500 manat tələb olunur".

"Əliyev Faiq Aydın oğlu, Əhəd Abıyevin digər qohumları ekspert İsa Eyvazzadənin üstünə qışqıraraq, ekspertizanı onların tələbləri əsasında keçirməyi əmr etdilər"

Bununla bağlı Səbail Rayon Məhkəməsində iddia qaldırdığını vurğulayan şikayətçi bildirib ki, 2019-cu ildən bu günə kimi hər dəqiqə real təhlükə ilə üz-üzə qalıb: "10 fevral 2023-cü il tarixdə mənzilə və zirzəmiyə ekspert baxışı keçirildi. Lakin Məmmədov Təmraz Əhəd oğlunun nümayəndəsi Əliyev Faiq Aydın oğlu, Əhəd Abıyevin digər qohumları ekspert İsa Eyvazzadənin üstünə qışqıraraq, ekspertizanı onların tələbləri əsasında keçirməyi əmr etdilər. Ekspert İsa Eyvazzadə isə buna dözməyərək bərk əsəbiləşdi, işini gözəl bildiyini söylədi. Bu da azmış kimi, qarşı tərəf mənə və vəkilim Bağırov Abdul Nadar oğluna qışqıraraq, oradan çıxmağımızı tələb etdi. Mən 17 noyabr 2022-ci il tarixli, 2(009)-1937/2022 saylı qərardadı əsas götürərək ekspertiza baxışının keçirilməsini tələb etdim. Zirzəmiyə girmək istəyəndə isə Əhəd Abıyevin qohumları qarşımı kəsdilər. Yalnız ekspert işə qarışıb mənim də iştirakımın vacibliyini qeyd etdikdən sonra biz zirzəmiyə buraxıldıq. Bununla da Məmmədov Təmraz Əhəd oğlunun nümayəndəsi Əliyev Faiq Aydın oğlu zirzəmidə etdiyi özbaşınalıqlar, qeyri-qanuni qazıntı işləri, su xətlərinin, kanalizasiya xətlərinin yerini dəyişdirməsi, zirzəminin tavanının taxtalarını kəsərək evin döşəməsində silkələnmə və əyilmələr yaratdığını, zirzəmiyə giriş qapılarını kubiklə tikməsi, ofisə qeyri-qanuni qapı açmağı boynuna alaraq təsdiqlədi. Həmçinin, o, ekspertin verdiyi suallara etik normaları pozaraq, "Əcəb etmişəm, öz yerimdi, özüm bilərəm" kimi cavab verib".

Beləliklə, Sədaqət Bayramova "Hürriyyət" vasitəsiylə aidiyyəti qurumlara müraciət edərək, onlardan bu məsələyə öz münasibətlərini bildirmələrini, araşdırma aparmalarını, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 9, mənzil 4-ün təmiri üçün 4500 manat, binanın bünövrəsinə və bərkidilməsinə çəkilmiş 800 manat xərcin, "MBA LTD"dən mənzilə dəymiş zərərin bazar dəyərinin müəyyən edilməsi ilə əlaqədar alınmış rəyə görə ödənilmiş 450 manat, hüquqi yardımla bağlı çəkilən xərcin əvəzi olaraq 600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84 manat dövlət rüsumunun, cəmi 6334 manat məbləğində pulun geri qaytarılmasını, həmçinin qeyd olunan mənzilin zirzəmisinin girişinin məhdudlaşdırılması məqsədiylə hörülmüş daş maneənin sökülməsini, zirzəminin əvvəlki vəziyyətə gətirilməsini cavabdeh şəxslərə həvalə edilməsini xahiş edib.

"Hürriyyət"

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Laçın-Xankəndi yolundakı aksiyanın 73-cü GÜNÜ


Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 73 gündür davam edir.

Havanın küləkli, soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində heç bir insident baş verməyib. Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynalıları ruhlandıran səfər: Bayden Kiyevdə nə dedi? - GƏLİŞMƏ


Bazar ertəsi, fevralın 20-də ABŞ Prezidenti Cozef Bayden Polşaya getməli idi, lakin Ukraynaya səfər etdi. Birincisi, bu, simvolik bir hərəkətdir. ABŞ nümayiş etdirir ki, riskə getməyə və qurban verməyə hazırdır (o cümlədən dövlətin birinci şəxsi), lakin sona qədər - işğalçı ölkə üzərində qələbə çalana qədər Ukraynanın yanında olacaq. Bu, ukraynalıları ruhlandırmalıdır.

Bundan əlavə, bu halda söhbət təkcə dəstəkdən deyil, düşmənə qalib gəlmək üçün real yardım göstərməyə hazır olmaqdan gedir. Axı Amerika lideri bizə əliboş gəlməyib. Xüsusilə, Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Co Baydenin F-16 qırıcılarının Ukraynaya təhvil verilmə vaxtı barədə danışdıqları bildirilir. Həmçinin uzaq və ya orta mənzilli raketlər və HİMARS sistemlərinin daha bir partiyasının bizə verilməsi məsələsinin qaldırılacağı gözlənilir.

Təyyarə ilə bağlı yekun qərarın məhz bu bazar ertəsi verilməsi lazım deyil. Amma bu məsələnin irəli gedəcəyinə şübhə etmək olmaz. ABŞ-dan Ukraynaya elan edilən yardım paketi də dəstək deməkdir.

İkincisi, təbii ki, bunkerindən çıxmaqdan, Krıma səfərdən qorxan Kreml sahibinin fonunda Baydenin Kiyevə səfəri çox cəsarətli addım kimi görünür.

ABŞ Prezidentinin Ukraynaya səfərinə indikativ reaksiya bir neçə MiQ-31K qırıcısının havaya qaldırılması olub. Rusların isterik olduğu fikrini bölüşürəm. Təbii ki, birtəhər ortalığı qarışdırmağa çalışdılar.

Ancaq hamı gördü ki, hava hücumu zamanı heç kim sığınacaq üçün qaçmadı və Co Baydeni həyatına mümkün müdaxilədən tez bir zamanda təxliyə etməyə çalışmadı. Lakin Ukrayna Prezidenti amerikalı həmkarını sakit və ləyaqətlə qarşıladı. Biz hamımız Baydenin Ukraynanın paytaxtında Mixaylov meydanında siren səsi ilə getdiyini gördük. Təbii ki, bu, Amerika Prezidentinin cəsarətindən xəbər verir. Ancaq diqqət yetirin: Baydenin təhlükəsizliyinin qorunduğuna heç kim şübhə etmir.

Düşünürəm ki, amerikalılar ölkənin birinci şəxsinin Ukrayna paytaxtına gəlməsinə icazə verməzdilər, əgər onun təhlükəsizliyinə əmin olmasalardı. Ona görə də güman etmək olar ki, bu səfər ərəfəsində Kiyev səmanı mümkün güllələrdən bağlamaq üçün əlavə resurslar əldə edib. İstisna etmirəm ki, “Patriot” sistemləri artıq hava hücumundan müdafiə qüvvələrimizlə birlikdə istifadəyə verilib.

Bununla belə, Baydenin çıxışından və bizə növbəti yardım tranşının açıqlanmasından sonra Rusiya Federasiyasının növbəti kütləvi atəşə əl atmağa çalışacağını da istisna etmək olmaz. Amma ABŞ Prezidentinin səfəri zamanı Ukraynanı atəşə tutması Rusiyanın özü üçün riskdir: onlar bizdən adekvat cavab almaya bilərlər. Bu vəziyyətdə Putin üzünə güclü bir sillə vurur və küçəyə çıxmaqdan qorxan adi bir bunker qorxağına bənzəyir.

Müəllif: Vitali Kulik - Ukrayna Vətəndaş Cəmiyyəti Problemlərinin Öyrənilməsi Mərkəzinin direktoru
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO