[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Astara sakini ÇARƏSİZ DURUMDA - GİLEY

Astara rayonu Ərçivan qəsəbə sakini Xalid Məmmədov deyir ki, atası Vaqif Məmmədov bu ilin aprelində 65 yaşında vəfat edib, amma ona iş yerindən çatası pulu ala bilmirlər.

Onun əlavə etməsinə görə, atası cəmi iki ay pensiya ala bilib və o da müalicəsinə xərclənib: "Müalicəsi böyük pul istəyirdi. Bankdan kredit götürdü. Müalicə düz getmədi. rəhmətə getdi. Atam Astara Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində müəllim işləyib, mədəniyyət sahəsində çalışıb, rayon icra hakimiyyəti başçısının birinci müavini olub. 20 ilə yaxın idi ki, müəllim işləyirdi. Dəfn pulunu - 500 manatı aldıq. İş yerindən veriləcək pulunu isə ala bilmirik".

"Hara lazımdır şifahi və yazılı müraciət etmişəm"
X.Məmmədov xatırladır ki, qanunvericiliyə əsasən, ölən adamın keçmiş iş yerindən əməkhaqqının üç misli ailəsinə verilməlidir: "Hara lazımdır şifahi və yazılı müraciət etmişəm. Astara-Lənkəran regional təhsil şöbəsinə, prezidentə, Elm və Təhsil Nazirliyinə məktub yazmışam. Cavab yoxdur. Get-gələ salırlar. İnanın ki, yorulmuşam. Desələr, gözləyin, gözləyərəm. Heç nə demirlər".

Onun sözlərinə görə, kredit alınan bankda da olub: "Bank dedi ki, krediti ödəməlisiniz, ödəməsəniz, məhkəməyə verərik, sizin üçün ağır keçər. Əlimə pul gələndə hər dəfə 50-60 manat ödəyirəm. Belə başa düşdüm ki, qanunlar işləmir".

V.Məmmədovun qardaşı Fəxrəddin Məmmədov isə hesab edir ki, bank borcları pensiya sığortasından ödənilsə, yaxşı olar: "Qardaşım xəstə yatdı. Belində yırtıq var idi. Onu əməliyyat edəndən sonra dünyasını dəyişdi. Yanvarda 65 yaşı tamam oldu, pensiyaya çıxdı".

"Dedilər ki, belə bir mexanizm yoxdur"
F.Məmmədovun deməsinə görə, qardaşı işdən çıxmamışdı: "Cəmi iki ay pensiya ala bildi. Qardaşımın pensiya sığortası yığılıb qalıb. Dedik ki, heç olmasa, bu pulla bankın borcunu ödəyək. Dedilər ki, belə bir mexanizm yoxdur. İndi oğlu onun bank borcunu ödəyir. Heç olmasa, sığorta pulunun bir hissəsini ailəsinə verin, öz problemlərini həll etsinlər. Dedilər ki, azyaşlı uşağı olsaydı, verilərdi".

X.Məmmədov deyir ki, belə bir vəziyyətdə məhkəməyə müraciət də məsrəf tələb edir: "Pulu haradan gətirim?! İnanmıram ki, məhkəmə çəkişməsi müsbət nəticə versin. Ümid edirəm ki, şikayətimi eşidəcəklər".

Rəsmi cavab...
Astara-Lənkəran təhsil şöbəsinin Astara sektorundan bildiriblər ki, sənədlər Maliyyə Nazirliyinə göndərilib: "Dünyasını dəyişmiş daha bir müəllimin ailəsinə pul ödənməlidir, o da qalıb. Maliyyə Nazirliyi haçan vəsait ayırsa, biz ödəyəcəyik".

Məsələ ilə bağlı Maliyyə Nazirliyi ilə danışmaq mümkün olmayıb.

AzadlıqRadiosu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda və Sumqayıtda mənzillər xeyli bahalaşıb, ipotekanın da "söz"ü keçmir - NƏ ETMƏLİ?


Mənzil bazarında sabitliyi pozan bir sıra amillər var. Məsələn, manatın devalvasiyası hər iki halda özünü göstərib. Milli valyuta dəyər itirəndən sonra qiymətlərə münasibət də dəyişmişdi. Buna qədər bazarda mənzilləri dollarla qiymətləndirmək dəb idi. Devalvasiyadan sonra ABŞ valyutası ilə danışmağın mənası qalmadı. Çünki bu halda ciddi alıcılıq qabiliyyətindən söz açmağa dəymirdi. Mənzillərin manatla qiymətləndirilməsi başlandı. Amma yenə qiymətlərin sürətlə artması dayanmadı.
Bizimyol.info xəbər verir ki, Bakıda və Sumqayıtda mənzillər xeyli bahalaşıb. Əmlak məsələləri üzrə ekspertlər bahalaşmanın qəfil baş vermədiyini, qiymətlərin zamanla artdığını bildirirlər. Ölkədə sosial-iqtisadi durumun pisləşməsi bu istiqamətdə başqa reallıq yaradıb.

Mənzil sahibləri özünü panikada hiss edir, daşınmaz əmlakını ucuz qiymətə satmamağa çalışır. Əslində, son aylar kəskin bahalaşma olmayıb. Amma keçən ilin analoji dövrü ilə müqayisədə ciddi qiymət artımı müşahidə edilir. Məsələn, Sumqayıtda şəhərin mərkəzindən uzaq olmayan mikrorayonlarda “Leninqrad” layihəli binaların üçotaqlı mənzilləri 80 min manatdan ucuz təklif olunmur. Əvvəllər Bakıda belə qiymət nəzərə çarpırdı. İndi paytaxtda eyni şərtlərlə mənzil tapmaq üçün azı 110-115 min manata ehtiyac var.

Təsəvvür edin, Sumqayıtda beşmərtəbəli binalardakı ikiotaqlı mənzillər 60 min manat civarında satılır. Bakıda metronun “20 Yanvar” stansiyası ətrafında belə mənzili 85 min manata tapmaq müşkül görünür. Şəhərin mərkəzinə doğru qiymətlər isə əl yandırır.

Qiymətlərin artması ipoteka mənzil bazarına da böyük zərbə endirir. Çünki güzəştli ipoteka şərtləri ilə yalnız 100 min manat əldə etmək mümkündür. Qiymətlər o qədər yüksəlib ki, getdikcə paytaxtda bu civarda normal mənzil tapmaq çətin işə çevrilir. Yalnız güzəştsiz ipotekaya bel bağlamaq mümkündür. Burada isə faizlər müştərinin nəfəsini kəsir. Bahalaşma kirayə bazarında da özünü çox göstərir. İndi metro stansiyalarına yaxın aylıq 300 manata mənzil tapmaq olmur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərbaycanda qanun yoxdur, rüşvət başkəsənlik dövrüdür” - ETİRAZ


Xaçmaz rayonu, Hacıəlibəyli kənd sakini Dadaşova Zərifə Mustafa qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onun pensiyasını qanunsuz olaraq kəsiblər:

"Mən, Dadaşova Zərifə Musatafa qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

1961-ci ildə anadan olmuşam. 2002-ci ildə əməliyyat olunmuşam. Yüksək təzyiqim olduğu üçün müddətsiz pensiyaya çıxmışdım. 2014-cü ildə açıq ürək əməliyyatə olunmuşam. Ürəyimin 3 klapanı və şah damarımı dəyişib, plastmas qoyublar.

Əməliyyat pulum olmadığından, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət etdik və Heydər Əliyev Fondunun hesabına əməliyyat olundum.

Xəstəxanadan çıxandan sonra penisyamı artırmaq niyyəti ilə sənədlərimi yenidən quruma göndərdim. Müraciətimdən sonra müddətsiz alacağım pensiyamı 5 ildən birə saldılar. Daha sonra pensiyamı tamamilə kəsdilər, səbəbini isə bilmədim.

Dəfələrlə Prezident Administrasiyasına, Birinci vitse-prezident Mehriban xanıma məktublar yazıb göndərsəm də, şikayətimə baxan olmadı. Daha sonra məktuba sığorta idarəsi cavab verdi. Bizi 5 nömrəli xəstəxanaya yönləndirdilər, orada da pul öz sözünü deyirdi. Pulum olmadığından pensiyam düzəlmədi.

2 dəfə Əlillərin Bərpa Mərkəzinə çağırıblar, amma oradada nə mənimlə, nə də digər xəstələrlə maraqlanmadılar.

Ailədə 8 nəfərik, dolanışığımız çətindir, müalicələrim qalıb, ürəyimin vəziyyəti günü-gündən pisləşir. Sağ olsun Mehriban xanım, ölməyə qoymadı, amma bəzi qurumların sayəsində ölümə tərk edilmişəm.

Azərbaycanda qanun yoxdur, rüşvət başkəsənlik dövrüdür”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
3 il öncə olunmuş müraciətə düzgün qiymət verilsəydi, hazırki rüsvayçılıq baş verməzdi... - Elşad Quliyevin başı yenidən dərddə...

"Bir ildən çoxdur ki, işsizəm. Dəfələrlə işlə bağlı müxtəlif qurumlara müraciətlərim cavabsız qalıb. Hətta başqa bir rayonda digər bir müəssisəyə müraciət etmişdim. Orada işçilər məndən soruşdu ki, siz həmin qalmaqallı Nicat müəllimsiniz?” DİA.AZ bildirir ki, bu sözləri 2019-cu ilin yanvarında Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsindən ərizə yazaraq çıxan Nicat Göyüşlü deyir. Söyləyir ki, kollecdə işlədiyi müddətdə bir sıra ciddi qanun pozuntuları ilə üzləşib. Bununla bağlı kollecin direktoru Elşad Quliyevə irad bildirdiyi üçün təzyiqlərə məruz qalıb:
“Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən İnşaat Kollecində müəllim işləyirdim. Həmçinin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışırdım. 2017-ci il mayın 31-də keçmiş Təhsil naziri Mikayıl Cabbarovun (2013-2017) əmri ilə Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olundum. İyunun 16-dan - kollecdə fəaliyyətə başladığım gündən bu təhsil ocağında tədris planının tələblərini tam yerinə yetirməyən tələbələrə saxta diplomların verilməsi, ixtisası uyğun gəlməyən şəxslərin müəllim kimi işə qəbul edilməsi, həmçinin tələb olunandan çox sayda müəllim işə götürüldüyü üçün dərs saatlarının hər hansı bir formadasa, əsassız şəkildə şişirdilməsi kimi qanun pozuntuları ilə rastlaşdım. Direktorun birinci müavinini təyin etmək səlahiyyəti Təhsil nazirindədir. Direktor həmin Vüqar Eyyubov ad-soyadlı şəxsi özbaşına müavin təyin etmişdi. Bilmirəm, kimin tapşırığı və istəyi idisə, direktor bu təyinatı özbaşına həyata keçirmişdi. Direktor 2016-cı ildə ödənişli əsaslarla oxuyan tələbələrin də təqaüd ala biləcəyi haqda Nazirlər Kabinetinin qərarının qulaqardı edirdi. Həmçinin onlara mühasibatlıq sənədlərində adı olub, anbara daxil edilməyən mallar haqqında və daha ciddi qanun pozuntuları barədə iradlarımı bildirdim”.

Şikayətçi bildirir ki, direktorla aralarındakı münasibət ilk gündən yaxşı olmayıb. Zamanla vəziyyət daha gərgin xarakter alıb: “Kollecə gəldiyim ilk gündən direktor Elşad Quliyev məni yanına çağırırdı, basqılar altında olduğunu deyirdi. İddia edirdi ki, mən kollecə gələndən sonra ona qarşı təzyiqlər var. Onu da deyim ki, direktor müavini vəzifəsinə mənə qədər Vüqar Eyyubov təyin olunmuşdu. Onu bu vəzifəyə direktor özü təyin etmişdi”.

Nicat Göyüşlü bildirir ki, Təhsil Naziri postunda dəyişiklik edildikdən sonra yenidən ona qarşı ciddi problemlər yaranmağa başlayıb:

“Kollecin direktoru Elşad Quliyevin basqıları ilə üzləşdim. O, söyləyirdi ki, sənin kollecdə işləməyini Təhsil Nazirliyi istəmir. Məsələni dəqiqləşdirmək məqsədilə, Təhsil Nazirliyinin əməkdaşları ilə danışanda, belə bir iddialarının olmadığını dedilər”.

“Tək kollec və rayon deyil, bütün Gəncəbasara yayılmışdı ki, direktor məni sıxışdırıb işdən çıxarmaq istəyir. Bu haqda mətbuatda yazılar da dərc olunmuşdu. Buna görə kollecin tələbələri yığışıb, imza toplayaraq Təhsil Nazirliyinə müraciət etmək istəmişdilər”,- sabiq tədris işləri üzrə direktor müavini söyləyir:

“Bundan xəbər tutub, həmin tələbələri çağırıb, polislə qorxutmuşdular. Təşkilatçı olan tələbənin mənə qohumluğu çatır. Onu çağırıb, polislə təhdid edib, tələbələr sırasından xaric olunması ilə bağlı hədələyərək izahat yazdırmışdılar. Bu məsələni tələbələrin arasında iğtişaş yaradırmışam kimi aktlaşdırmaq istəyirdilər. Mən həmin tələbələrlə danışmışam, onların səs yazısı telefonumda qalıb. Bir neçə işçi ilə məni üz-üzə qoyduqları üçün başa düşdüm ki, məni ləkələməyə çalışırlar. Gördüm ki, bunlar nəsə qondarma quramayla məni ləkələməyə çalışır. Buna görə də ərizəmi yazıb, işdən ayrıldım”.

Şikayətçi deyir ki, məqsədi kollecdə baş verən qanun pozuntularının təkrarlanmamasıdır. Əlində ciddi faktların olduğunu bildirən Nicat Göyüşlü, məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib:

“Bir daha söyləyirəm, əlimdə kollecin fəaliyyəti ilə bağlı əsaslı şəkildə qanunsuzluqları əks etdirən faktlar var. Ölkə başçısının son dövrlər apardığı islahatlara güvənərək, yola çıxmışam. Cənab Prezidentin Ağstafada və Neftçalada keçirdiyi islahat, həmçinin Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru və direktor müavininin korrupsiya faktına görə həbs olunması əsas verdi ki, mən də fikrimi bildirim. İstəyərdim ki, bu məsələ cənab Prezidentin diqqətini çəksin. Qazax Dövlət Sosial-İqtisadi Kollecində baş verən bu özbaşınalıqlarla bağlı da bir tədbir görülsün. Eyni zamanda da mənim üzərimdə olan bu dırnaqarası ləkə aradan götürülmüş olsun”.
İndi isə, Qazax Dövlət Sosial-İqtisadi Kollecində elə hadisələr baş verir ki, hazırki dövrdə bu işləri mətbuata çıxarmaq nəinki utancverici, heç insanlığa sığmayan bir şeydir. Yəni, Emin Əmrullayevin əlində çox böyük problemdirmi ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecində rəhbər şəxsləri hamılıqla işdən azad etsin. Axı, bu məsələlərin prokurorluqda araşdırılması və ya hər hansı bir qiymət verilməsi, kiminsə yenidən işdə qalması ağlasığmaz bir işdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rüşvətə görə tutulan hərbi komissar hakim qarşısına çıxarılır

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Eks-hərbi komissarın işi hakim Rafiq Abbasovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, R.Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Onun vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyəti ilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manat məbləğində pul vəsaitinin 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 311-ci ( rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

“Qafqazinfo”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hakimlə vətəndaş arasında ev qalmaqalı - TƏFƏRRÜAT


Bakı sakini Səlahəddin Kərimov paytaxtda aldığı evə sahiblənə bilmir.

Bu barədə Qaynarinfo-ya şikayətçi özü məlumat verib.

O, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 27 ünvanda yerləşən fərdi yaşayış evinə çıxarış almaq istəyərkən məlum olub ki, evin başqa mülkiyyətçisi də var: "Məlum oldu ki, mənə məxsus ev Mərdanova Şahnaz Abdulla qızı tərəfindən Mərdanova Xumar Afət qızına bağışlanıb. Məsələ burasındadır ki, bu ev 1959-cu ildən bizim olub. Şahnaz Mərdanovanın bunu hansı əsasla Xumar Mərdanovaya bağışlaması məlum deyil”.

Şikayətçinin sözlərinə görə, bununla bağlı mübahisə yaranıb və o, məhkəməyə müraciət edib. Yasamal Rayon Məhkəməsi bağışlanma ilə bağlı müqavilənin etibarsız hesab edilməsi, mənzil üzərində Saləddin Kərimovun xüsusi mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarıb.

"Qarşı tərəf apellyasiya şikayəti verib. Onların şikayəti təmin olub. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, qarşı tərəf, yəni Xumar Mərdanova Bakı Apellyasiya Məhkəməsinin hakimidir. O, bundan yararlanaraq qətnaməni ləğv etdirib. Eyni zamanda bu məsələ ilə bağlı məhkəmə mübahisələrində səlahiyyətindən istifadə edərək işə obyektiv baxılmasına mane olur”, deyə Saləddin Kərimov vurğulayıb.

Şikayətçi onu da qeyd edib ki, evinin yerləşdiyi ərazidə söküntü işləri aparılır. "Lux Residence” MMC köhnə evləri sökərək yerində yeni binalar inşa etmək istəyir. Xumar Mərdanovanın ərizəsi əsasında mənim evimlə bağlı hər hansı addımın atılmasına qadağa qoyulub”, deyə Saləddin Kərimov vurğulayıb.

O, məsələ ilə bağlı yuxarı instansiyalara da şikayət etmək niyyətindədir.

Qaynarinfo məsələ ilə bağlı Xumar Mərdanovanın da mövqeyini öyrənməyə cəhd edib. Lakin cəhdlər nəticə verməyib. Əməkdaşımız Bakı Apellyasiya Məhkəməsinə zəng vurub. Oradan isə bildirilib ki, yalnız icraatda olan işlər barədə məlumat verilə bilər.(Qaynarinfo)
Hakimlə vətəndaş arasında ev qalmaqalı - TƏFƏRRÜAT
Hakimlə vətəndaş arasında ev qalmaqalı - TƏFƏRRÜAT
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qış gəlir... vəəndaşsa qaz həsrətində... - GİLEY

Ağdaş rayonu, Qumlaq kənd sakini Yusifova İlahə İmaləddin qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddi edir ki, 1994-cu ildən yaşadığı küçədə qaz yoxdur, "Azəriqaz"a müraciət etsələr də, şikayətlərinə baxılmır:

"Mən, Yusifova İlahə İmaləddin qızı, öz adımdan yazaraq sizdən xahiş edirəm ki, bizim problemimizi işıqlandırasınız.

İllərdir odun peçindən istifadə edirik. Kəndin icra nümayəndəliyi, hətta bütün kənd bilir ki, bir neçə evdə qaz yoxdur, "Azəriqaz" deyir ki, bizə deyilsin, biz də çəkək. Kənddə bizim küçənin adı yoxdur, evimiz Çinar ağaclarının yaxınlığıdır".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məhşur broker Əbülfəzin keçmiş ortağı həbs olundusa... - İLGİNC İDDİALAR...


Ötən əsrin 90-cı illərində Bakıya kiçik sahibkar kimi gəlmiş, Azərbaycanda və xaricdə qurduğu geniş biznes şəbəkəsi hesabına milyonlar qazanmış, əslən İrandan olan tanınmış iş adamı Manuçehr Əhədpur Xangah həbs olunub.

Son illər Dubayda yaşayan iş adamı elə həmin şəhərdə həbs edilib. Həbsinə səbəb olan motivlərlə bağlı əlavə məlumat verməyə çalışacağıq.

Xatırladaq ki, iş adamının həyat yoldaşı Diana Əhədpur da bahalı həyat tərzi ilə dəfələrlə gündəmə gəlib.
Məhşur broker Əbülfəzin keçmiş ortağı həbs olundusa... - İLGİNC İDDİALAR...

DİA.AZ xaırladır ki, Manuçehr Əhədpur Xangah bir zamanlar Azərbaycanda sərvəti ilə göz qamaşdıran keçmiş gömrük brokeri Əbülfəzin əsas ortaqlarından biri olub və demək olar ki, Əhədpur özünün Azərbaycandakı imkanlarına görə, məhz "Broker” MMC-nin rəhbəri olmuş Əbülfəz Məlikova minnətdardır.

Xatırladaq ki, Əbülfəz Məlikov da hazırda əvvəlki imkanlarına malik deyil və hətta müəyyən dönəmdə həbsdə belə yatası oldu.

Ona Əhədpurun həbs xəbərinin hansısa formada təsir edə biləcəyinə gəlincə isə... bu barədə növbəti yazımızda...DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elgiz Şirinov kimlərə rüşvət verirsə hamısının adını açıqladı... - Əvvəl 3000, sonra isə ayda 750 manat...


Uzun müddətdir ki, mətbuatda "Həyat üçün şans" Reabilitasiya Mərkəzinin direktoru Elgiz Şirinovun gizli fəaliyyəti haqqında geniş yazılar dərc olunub. Hətta göstərilib ki, Elgiz Şirinov kimlərləsə əlbir olaraq, narkomanları başına yığıb, öz çirkin əməllərini həyata keçirir. Hətta mətbuatdan oxumuşuq ki, Elgiz Şirinovun verdiyi rüşvəti alan məmurların ailə uşaqlarına da söyüşlər yağdırılıb. Olsun, Elgiz Şirinov narkoman olub, ona kim söysə haqqı var. Amma Elgiz Şirinov və ətrafında olan narkomanlar, onların Hüquq Mühafizə Orqanlarında işləyən qohumları, daha kimlər bu işlə əlaqəli deyillər? Elgiz Şirinov kiminlə söhbət edirsə ondan necə yararlanacağını düşünür. Bütün Elgiz Şirinovu tanıyanların hamısı fikirləşir ki, Elgiz Şirinovun ətrafında olan imkanlı narkomanlar və pulsuz gələn narkotik vasitələr qurtaran kimi Elgiz Şirinov yenə də "Konçennıy Narkoman" ləqəbini özünə qaytaracaq. Hamı inanır ki, Elgiz Şirinovun və onun ətrafında olan narkomafiyanın sonuna çox az qalıb. O narkomafiyanın sonu görünür. Artıq Elgiz Şirinovdan şikayətçilərin sayı o qədər artıb ki, onu rüşvət hesabına müdafiə edən şəxslər artıq onu müdafiə etməyəcəklər. Çünki, Elgiz Şirinov və onun ətrafında olan şəxslərdən rüşvət alan hər bir məmura ağır söyüşlər edilib. Bu başqa bir yazının mövzusudur. İndi isə gəlin görək Elgiz Şirinov və həyat yoldaşı hal-hazırda hansı işləri görə bilərlər. Onlar hər ikisi yaradılacaq Reabilitasiya Mərkəzlərində ancaq qab yumaq üçün yarıya bilərlər. Çünki onların heç birinin ali təhsilləri yoxdur. Buyurun, tanış olaq.
Reabilitasiya Mərkəzi nədir və nə üçün lazımdır?
Əsas mövzuya keçməzdən öncə qeyd edək ki, müxtəlif xəstəliklər, asılılıq ( narkotik, alkoqol və s ) halları ilə mübarizə aparmaq, müalicə etmək üçün hər bir ölkədə Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir. Reabilitasiya Mərkəzi müxtəlif fiziki, əqli və ya emosional problemlərini həll etmək istəyən şəxslər üçün özəl tibb müəssisəsidir. Bu mərkəzlər reabilitasiya proseslərini idarə etmək və dəstəkləmək üçün ekspert personal tərəfindən idarə olunur. Reabilitasiya Mərkəzləri müxtəlif ehtiyaclara cavab verir. Fiziki Reabilitasiya Mərkəzləri xəsarətlərdən sonra hərəkətliliyini bərpa etməyə çalışan şəxslərə kömək edir, narkomaniya ilə bağlı Reabilitasiya Mərkəzləri isə maddə asılılığı ilə mübarizə aparanlara dəstək verir. Bundan əlavə, psixi sağlamlıq Reabilitasiya Mərkəzləri psixoloji problemləri olan insanlara müalicə və məsləhət xidmətləri göstərir. Reabilitasiya Mərkəzlərinin əsas məqsədi fərdlərin həyatlarını daha sağlam və müstəqil şəkildə yaşamasına kömək etməkdir. Bu mərkəzlər öz mütəxəssis heyəti ilə fərdlərin ehtiyaclarına uyğun müalicə planları hazırlayır və həyata keçirir. Müalicə fiziki müalicədən tutmuş psixoterapiyaya qədər dəyişə bilər. Nəticədə Reabilitasiya Mərkəzləri müxtəlif sağlamlıq problemləri ilə mübarizə aparan insanlar üçün mühüm rol oynayır. Bu mərkəzlər fərdlərə daha keyfiyyətli həyat təmin etməyi qarşısına məqsəd qoysa da, mütəxəssislərin təqdim etdiyi peşəkar dəstək ilə bu məqsədlərə çatmağı asanlaşdırır.
Azərbaycanda da belə Reablitasiya Mərkəzləri var. Hətta Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin nəzdində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi fəaliyyət göstərir və İdarə Heyətinin sədri də cənab Anar Bayramovdur. Yəni Reablitasiya Mərkəzləri özfəaliyyət sahəsi deyil, dərnək-zad kimi fəaliyyət göstərə bilməz. Bu mərkəzlərin öncə maddi-texniki resursları olmalı və ən əsası həkim-mütəxəssis kollektivi olmalıdır. Reabilitasiya Mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməlidir. Digər tərəfdən Reabilitasiya Mərkəzləri sanitar-gigiyenik, yanğından mühafizə, təhlükəsizlik texnikası və bütün kommunal şəraiti olan binalarda yerləşdirilməlidir. Bura qədər yazdıqlarımz ölkəmizin qanunlarında da təsdiq olunub.
İndi gəlin görək, xeyli müddətdir ki, barəsində yazdığımız, Elgiz Şirinovun təsisçi və direktor olduğu “Həyat üçün şans” Reablitasiya Mərkəzi bu tələblərə cavab verirmi..? İlk onu qeyd edək ki, Elgiz Şirinovun instagram səhifəsinə nəzər salanda bəlli olur ki, bu adamın nəinki peşəkar tibbi təhsili, heç normal orta təhsili də yoxdur. Elgiz Şirinovun Reablitasiya Mərkəzində nəinki təcrübəli həkimlər, heç orta təhsili olan tibb işçiləri də yoxdur. Həmin Reabilitasiya Mərkəzlərində belə olan halda bu adam ora topladığı minlərlə xəstəni necə və hansı metodla müalicə edə bilər. Ancaq onlara gizli narkotik daşıya bilər.
Yuxarıda qeyd etdik ki, Reablitasiya Mərkəzlərinin ciddi sanitar-gigiyenik, yanğından mühafizə, təhlükəsizlik texnikası və bütün kommunal şəraiti olmalıdır. Elgiz Şirinov və arvadı harada gəldi, bağlarda Reablitasiya Mərkəzləri açıblar. Sabah bir yanğın olsa, xəstələr yansa, buna görə kim cavab verəcək..? Xeyli müddətdir ki, qeyri yaşayış sahəsi olmayan, ayrı-ayrı şəxsi evlərdə, bağlarda gizli fəaliyyət göstərən, Hüquq Mühafizə Orqanları xəbər tutan kimi yerlərini dəyişən, polisi şərləyərək onlara haqq verirəm deyən, 18 filialı olan “Həyat üçün Şans” Reabilitasiya Mərkəzində baş verən cinayət əməllərindən və şirkətin rəhbəri Elgiz Şirinovdan yazırıq. Bu boyda Reabilitasiya Mərkəzinin təsisçisi və rəhbəri nə qədər savadsız adamdır. Bu məxluq öz səhifəsində müxtəlif videolar, audiolar, şəkillər paylaşır və hər dəfə qarşısına iri hərflərlə yazılmış reklam şüarı qoyur. Fikir verin... "ƏZYƏTSİZ UGURUN ÖMRÜ AZ OLAR"... Bu "insan" bir az ƏZİYYƏT çəkib oxusa idi, heç olmasa, əlifbamızı əzbər sıralaya bilərdi... Və bununla da ibtidai təhsil alan uşaqlar üçün - adi, Elgiz Şirinov isə özü üçün - böyük bir UĞUR əldə etmiş olardı...
Elgiz hər yerdə çox yüksək vəzifəli şəxslərin adını çəkir və deyir ki, Reabilitasiya Mərkəzinin sahibləri onlardır. Elgiz hətta sponsorlarının da adlarını çəkir, amma özü hər narkomanın valideynlərindən 1500-6500 arası manat pul alır... Bu adam başına 2500 narkomanı toplayıb, özünü muzdlu dəstənin başçısı kimi aparır. Elgiz Şirinov ölkədə tanınan, nüfuzlu və imkanlı şəxslərin uşaqlarının siyahısını tutub, onları tora salmağın, mala otuzdurmağın, valideynlərindən külli miqdarda pul almağın planlarını cızıb və tapıb... Elgizin arvadı isə Abşeronda Reabilitasiya Mərkəzi yaradıb və imkanlı, vəzifəli şəxslərin qız-gəlinlərini orada, guya, müalicə edir...
Yuxarıda yazdığımız kimi, qanunla Reablitasiya Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməlidir. Bəs bu dövlət qurumları hara baxır..?
Elgiz Şirinov arxasında vəzifəli adamların dayandığını dilindən düşürmür, lakin bunu onları şantaj edərək dilə gətirir. Elgiz Şirinov deyir ki, - Azərbaycanda elə vəzifəli adamların uşaqları əlimin altından keçib ki, mən ağzımı açsam, Azərbaycanın yeraltı - yerüstü qatı titrəyər... Görəsən, bu "qorxuducu" sözlərlə, o, kimlərə işarə edir..? Bilməliyik ki, biz bu adamı dindirməklə bir çox cinayət əməllərinin üstünü açaraq dindirilməmiş adamları dindirmiş olarıq... Elgiz Şirinovun və arvadının başçılığı ilə törədilmiş cinayətlərə görə bütün səbəbkarlar, başda Elgiz Şirinov və arvadı cəzalarına qovuşmalıdır... "Bu, can məsələsidir, adi bir oğurluq əməli deyil", - demək də düzgün səslənmir, çünki Elgiz Şirinov və arvadı həm də oğrudur... Onlar öz kirli ruhları - canları ilə ədalətə cavab verməlidirlər!!! İnsanların ömründən azaltdıqları illəri də öz canları ilə ödəməlidirlər...
Elgiz Şirinov və onun cinayətkar dəstəsi ilə bağlı artıq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayətlər verildi. Bilirsiniz əgər Elgiz Şirinov açıq mətnlə deyirsə ki, biz Hüquq Mühafizə Orqanlarında təkcə prokurorluqla dil tapa bilmirik. O birisinə nə vaxt xəbərləri olursa əvvəlinə 3000, hər ay isə 500-750 manat arası aylıq veririk. Deməli, kimsə bu işdə nə isə alırsa onun gizli fəaliyyətinə göz yummalıdır.
Elgiz Şirinov və onun havadarları bilməlidirlər ki, gec-tez bu cinayət əməllərinin üstü açılacaq. Araiki Bakıya gətirənlər Elgiz Şirinovları və onların havadarlarının haqqında ölkə başçımıza əlimizdə olan tutarlı faktları çatdıracaqlar. Həmin vaxt isə, çox gec olacaq. Bir də nəzərə çatdırım ki, kimlərəsə görə, kimlərəsə hörmət qoyulursa onu gərək düzgün qiymətləndirək. Biz həmişə faktla danışmışıq, faktımızı heç vaxt əldən vermirik. İşlərimizə qarışmağı, bizə hədə-qorxu gəlməyi isə heç vaxt bağışlamırıq. Bilirsiniz, Azərbarcan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyev hər bir vətəndaşın prezidenti olduğunu dəfələrlə vurğulayaraq bildirir ki, jurnalistlər bütün məsələlərdə dövlətə dəstək olmalıdır. Məhz ona görə də, biz həmişə cənab Prezidentimizin siyasətini dəstəkləyərək haqq yolumuzdan dönməyəcəyik.
P.S. Elgiz Şirinovun gizli fəaliyyətini dəstəkləyənlər, onun səs yazılarının Hüquq Mühafizə Orqanları haqqında dediklərinin şahidi olduqdan sonra narahat olacaqlar. //gundelik-baku.com//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO